Ana səhifə »  Müəlliflər »  Xədicə İsmayıl, sən kimsən?
A+   Yenilə  A-
Xədicə İsmayıl, sən kimsən?
Yazdı: Aqşin Şahinoğlu

Qrantyeyən jurnalist və hüquq müdafiəçisi, xarici kəşfiyyat orqanlarının agenti, ermənilərin tezisləri əsasında fəaliyyət göstərən təxribatçı, bəlkə hamısı?
2015-ci ildə “Azadlıq” radiosunun keçmiş prezidenti Ceffri Qodmin “The Boston Globe” qəzetində radionun müxtəlif ölkələrdəki bölmələrində çalışan jurnalistlərlə bağlı sensasiya xarakterli bir məqalə ilə çıxış etmişdi. Qodmin vaxtilə radionun Bakı bürosuna rəhbərlik etmiş Xədicə İsmayılın da sıralarına daxil olduğu bu media nümayəndələrinin əslində jurnalist yox, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin agentləri olduqlarını açıqlamışdı. O, jurnalistlərin MKİ tərəfindən “verbovka” olunduğunu, onlardan milli dövlətlərə qarşı istifadə olunduğunu açıq mətnlə dilə gətirmişdi. İndi Qodminin qələmə aldığı məqaləni xatırlayarkən, Azərbaycanda “beşinci kolon” təmsilçilərinin ən “parlaq” simalarından biri olan X. İsmayılın fəaliyyətinin nüvəsində hansı məqsədlərin yatdığı, onun bəzi “araşdırmalarında” hansı mənbələrdən yararlandığı və bu cızma-qaraların ərsəyə gəlməsində xarici xüsusi xidmət orqanlarının hansı rol oynadığı daha parlaq cizgilərlə ifadə olunur. 
Ermənilərlə çiyin-çiyinə...
Sirr deyil ki, Xədicə İsmayıl hər platformada guya Azərbaycan hökumətinə müxalifətdə olduğunu iddia etsə də, əslində, xaricdən aldığı təlimatlar əsasında birbaşa dövlətə qarşı fəaliyyət göstərir. Ermənilərlə əməkdaşlıq etmək onun tərcümeyi-halından qırmızı xətlə keçir. Elə yaxın tarixə qısa ekskurs edərək bir neçə məqamı xatırlatmaqla bu anti-Azərbaycan yönümlü fəaliyyətin müəyyən konturlarını görmək mümkündür. 
Məsələn, Xədicənin 2014-cü ilin 24 sentyabr tarixində ATƏT-in Varşava bürosunun təşkil etdiyi konfransda Dağlıq Qarabağ mövzusunda azərbaycanlı QHT təmsilçisinin çıxışı zamanı ermənilərlə birlikdə ayağa qalxaraq arxasını çevirməsi yaddaşlardan silinməyib. Yaxud cari ilin fevral ayında Avropa Parlamentinin çexiyalı deputatı, qatı ermənipərəstliyi ilə tanınan Yaromir Ştetinanın dəstəyi ilə keçirilən və əvvəldən axıradək Azərbaycan dövlətinin hədəf alındığı tədbirdə də X.İsmayıl ermənilərin tezislərinə söykənən çıxışı ilə diqqət çəkdi. Və gələk, bu il mayın 3-də baş verən növbəti hadisəyə. Qısaca arayış verək ki, 3 May - Dünya Mətbuat Azadlığı günündə “əl-Cəzirə” telekanalının ingilisdilli saytında Xədicə İsmayılın “Araşdırma jurnalistikasının artan önəmi” adlı məqaləsi dərc edilib. Məqalədə Xədicə İsmayıl yenə də ənənəsinə sadiq qalaraq Azərbaycan dövlətinin ünvanına əsassız ittihamlar irəli sürüb, mövcud duruma adekvat olmayan uydurma fikirlər səsləndirib. Bundan sonra həmin saytda jurnalist Azər Həsrət “Dövlət maraqları ifadə azadlığını sıxışdırırmı?” başlıqlı yazı ilə çıxış edib. “Əl-Cəzirə” hər iki yazını fərqli mövqe kimi yayımlayıb. Azər Həsrət məqaləsində Azərbaycanda medianın durumu ilə bağlı X.İsmayıldan fərqli mövqe ilə çıxış edib. X. İsmayıl da dərhal şərh yazıb ki, Azər Həsrət hakimiyyətin sözçüsüdür. Sitat: “Azərbaycan hakimiyyətinin sözçüsü mənə cavab verdi. Özü də o, Beynəlxalq Mətbuat İnstitutu və başqa beynəlxalq qurumların adı altında kölgələnir”...
Xədicə İsmayılın bu reaksiyasından sonra erməni dəstəkçiləri onun yazısından və şərhlərindən istifadə edərək, Azər Həsrətə və Azərbaycana qarşı hücuma start verdilər. Bu “desant” dəstəsinin ən çox diqqət çəkənlərindən biri isə Xədicənin erməni rəfiqəsi Eni Vandaryan oldu. O, özünün rəsmi “tvitter” səhifəsində belə bir paylaşım edib: “Azərbaycan hakimiyyətinə loyallığının əvəzində bu günlərdə İndoneziyaya səfərlə mükafatlandırılan rejim tərəfdarı - qulluqçusu Azər Həsrətin yazısı”.
Xədicənin qondarma “erməni soyqırımı”nın fəal təbliğatçılarından olan vəkil Amal Kluni ilə əməkdaşlığı da ayrıca bir müzakirənin mövzusudur.
Cılız bazar adamı...
İnsanlarda Xədicə ilə bağlı yaranmış assosiasiyalar müxtəlifdir. Kimə görəsə qrantyeyən jurnalist və hüquq müdafiəçisi, digərlərinə görə xarici kəşfiyyat orqanlarının agenti olan Xədicəni bir çoxları ermənilərin tezisləri əsasında fəaliyyət göstərən təxribatçı hesab edirlər. Və bu qrup düşünür ki, Xədicənin ermənilərlə əməkdaşlığa hazır olması təəccüblü deyil. Çünki normal halda etik baxımdan qəbuledilməz sayılan addımları atmaq Xədicəyə “bir qurtum su içmək” kimi asandır. Bu “keyfiyyəti” X.İsmayılın çoxlarında “cılız bazar adamı” təsəvvürü yaratmasına səbəb olur. Ona görə də uzun illər eyni cəbhədə yer aldığı, ötən ilin oktyabrında isə “siyasi məhbus” məsələsində üz-üzə gəldiyi, hətta “ağılsız ambisioz” adlandırdığı Əli Kərimli və Cəmil Həsənli ilə 4-5 ay sonra mitinqdə çiyin-çiyinə “poza verməsi” Xədicə üçün qətiyyən xəcalət çəkiləcək bir nüans deyil. Yetər ki, maraqların uzlaşa biləcəyi bir nöqtə tapmaq mümkün olsun. Xədicənin ermənilərlə mənafelərinin üst-üstə düşdüyü məqamlar isə, görünür, yetərincədir. 
Yeri gəlmişkən, X.İsmayılın ermənipərəst fəaliyyəti, onun müvazinətinin anti-azərbaycançı mərkəzlərin “dirijor çubuğuna” bağlı olması sosial şəbəkə istifadəçilərinin də kəskin tənqid və qınağına səbəb olur. Sosial şəbəkələrdə, o cümlədən elə X.İsmayılın özünün səhifələrində bununla bağlı çoxlu sayda şərhə rast gəlinir. “Facebook”da yaradılmış “5-ci kolon” adlı səhifədə Etibar Etibarlı adlı sosial şəbəkə istifadəçisi yazır: “... Dövlətə xəyanəti heç kimə bağışlamaq olmaz. Bu müstəqilliyi qanımız bahasına qazanmışıq. Ancaq inanmıram ki, bu Xədicə İsmayılovanın qanında erməni qanı olmasın”.
Fuad Məmmədov adlı şəxs isə belə yazıb: “Bizdə müxalifət yoxdur. Anti-Azərbaycan qüvvələrin xeyrinə işləyən şəxslər var. Xədicə İsmayıl da onlardandı”.
Gülhüseyn Yolçuyevin yazdığı şərhlərdə bu fikirlər yer alıb: “Mənə maraqlıdır ki, bu Xədicə İsmayıl necə dolanır? Maaşını xaricdən alır, yəqin ki... Ona görə də onların çaldığını oynayır. Əgər erməniyə dayaq durubsa, daha başqa söz deməyə ehtiyac qalmır”.
Xədicə İsmayıl hesabat verməkdən niyə qorxur?
Sonuncu şərhdən yola çıxaraq, doğrudan da maraqlı olan bir məsələyə toxunmağa ehtiyac var. Əlbəttə, şəffaflıq istənilən demokratik cəmiyyətlərdə başlıca şərtlərdən, açıq cəmiyyət quruculuğu prosesində mühüm komponentlərdən biridir. Bu, sadəcə, hüquqi tələb deyil, həm də mənəvi bir öhdəlikdir. Hər bir şəxs öz fəaliyyəti ilə bağlı müvafiq strukturlara hesabat verməlidir. Bu mənada müəyyən ictimai nüfuzu olan, cəmiyyətdə populyarlıq qazanmış şəxslər, siyasətçilər, jurnalistlər, sənətçilər və digərləri daha geniş kontingent qarşısında məsuliyyət daşıyırlar. Ona görə də cəmiyyətin bu insanlardan şəffaflıq tələb etməsi tamamilə normal qarşılanmalıdır. Di gəl ki, Azərbaycanda bir qrup insan var ki, onlar hər kəsdən şəffaf olmağı, cəmiyyətə hesabat verməyi umduqları halda, özləri bu yöndə çağırışları süngü-bıçaqla qarşılayırlar. X.İsmayıl belələrindəndir. 
Bəllidir ki, X.İsmayıl uzun müddətdir fəal jurnalist kimi fəaliyyətini dondurub, rəsmi olaraq başqa bir işlə də məşğul deyil. O zaman onun gəlir mənbəyi ilə bağlı suallar meydana çıxır. Ola bilər ki, o, gəlirləri ilə bağlı hesabatı yalnız xarici donorlara verir. Amma bu, Xədicəyə bu barədə sual ünvanlayanları təhqir etmək haqqı vermir. Son bir neçə gündə onun sosial şəbəkələrdəki səhifələrində müşahidə etdiyimiz reallıq bundan ibarətdir ki, nəinki digər vətəndaşlarımızın, elə bəzi jurnalistlərin də X.İsmayıla yönəltdikləri sualların əksəriyyəti cavablandırılmayıb, üstəlik sonradan həmin həmkarlarımız “bloklanıb”. 
Məsələn, jurnalistlər Fuad Hüseynzadə, Səbuhi Abbasov və digərləri sözügedən mövzuda ünvanladıqları suallara görə Xədicənin qəzəbinə tuş gəliblər. X.İsmayıl ona gəlir mənbələri barədə ünvanlanan sadə sualları cavablandırmaq əvəzinə, qarşı tərəfi təhqir etmək yolunu tutub: “Tvitter”də suallara cavab verib, sonra blok etmişəm. İndi də blok edəcəm. Siz gedin, yiyəniz gəlsin, lütfən. Uşaq-muşağa vaxt itirmirəm”.
Plintusdan aşağı, plintusdan yuxarı...
Həmkarlarımın bu suallarının cavabları bir jurnalist kimi məni də maraqlandırdığı üçün Xədicənin “paylaşım”ının altına rəy yazaraq onun fəaliyyətinə az-çox bələd olan şəxslərin əksəriyyətində belə sualların yarandığını, həmkarlarımızı “bloklamaq” əvəzinə onların qoyduğu konkret suallara cavab verməyin daha uyğun olacağını qeyd etdim. Amma X.İsmayıl daşı ətəyindən yerə qoymaq niyyətindən uzaq olduğunu, ondan şəffaflıq gözləyənlərin boşuna “xəyal qurduğunu” digər şərhləri ilə sübuta yetirdi. O, qarşı fikirdə olan hər kəsi ya hökumətin adamı, ya da “feykprofil”, “troll” adlandıraraq işin içindən çıxmağa cəhd edir. Bəzən isə etik normaları bir kənara qoyaraq insanları təhqir etməkdən də çəkinmir. Xədicənin məntiqinə görə, “5-ci kolon” təmsilçilərinə qarşı fikir söyləyən adamların “səviyyələri plintusdan aşağıdır”. Bəs görəsən, Xədicənin “plintusdan yuxarı olan” səviyyəsi özünü nədə göstərib? Məgər xarici xüsusi xidmət orqanlarından hazır material alıb onu öz adından araşdırma məqaləsi kimi təqdim etmək səviyyənin yüksəkliyindən xəbər verir? Ya da məhdud arsenalını öz dövlətinə, xalqına qarşı işlətmək nə vaxtdan intellekt göstəricisi sayılır? Xarici donorlar qarşısında boynubükük gəzən X.İsmayıl Azərbaycan ictimaiyyətinə hesabat verməyi niyə özünə ar bilir?
Əminik ki, bu yazıda Xədicəyə ünvanlanan suallar da cavabsız qalacaq. 

 
  • Oxunub:  32970  |  
  • Tarix:  13-05-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir

20 Aprel 11:08
“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
20 Aprel 10:58
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə ikinci “AGF Junior Trophy” beynəlxalq turniri başlayıb
20 Aprel 10:49
Elçin Əhmədov: Anti-Azərbaycan qüvvələrin ölkəmizə təzyiq göstərmək, onu öz yolundan döndərmək cəhdləri əbəsdir
20 Aprel 10:44
Hanoyda OANA İcraiyyə Komitəsinin 44-cü iclası başa çatıb
20 Aprel 10:41
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub
20 Aprel 10:32
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir
20 Aprel 10:30
Sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin sərgisi təşkil olunub
20 Aprel 10:28
Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri Şamaxıya səfər ediblər
20 Aprel 10:26
Masallıda “Milli aktyorluq məktəbi” mövzusunda keçirilən mühazirə maraqla qarşılanıb
20 Aprel 10:22
YAP Səbail rayon təşkilatında Könüllülər Birliyinin təqdimatı keçirilib
20 Aprel 10:21
YAP Qubadlı rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib
20 Aprel 10:16
Anti-Azərbaycan dairələr tərəfindən ölkəmizə qarşı aparılan “qara piar” kampaniyası heç bir nəticə verməyəcək
20 Aprel 10:13
BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun keçirdiyi beynəlxalq konfransın əsərləri “Clarivate Analytics”də yerləşdirilib
20 Aprel 10:11
“France-24” kanalının saytında Naftalan nefti haqqında məqalə verilib
20 Aprel 10:10
“Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir
20 Aprel 10:09
Azərbaycanın regionlarında əhalinin su təchizatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır
19 Aprel 21:36
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib
19 Aprel 21:33
Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiqlənib
19 Aprel 21:28
Bakı Dövlət Universitetinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 21:23
Azərbaycan “Equinor” üçün mühüm ölkədir
19 Aprel 21:17
Bakıda İran Ticarət Mərkəzi açılıb
19 Aprel 21:04
Anar Bağırov: Vəkilliyə qəbulla bağlı namizədlər üçün hər cür şərait yaradılıb
19 Aprel 21:01
Gənclər Fondunun yenilənmiş veb-səhifəsinin təqdimatı olub
19 Aprel 20:55
Bakı Metropolitenində Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş seminar keçirilib
19 Aprel 20:53
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
19 Aprel 20:50
Bakıda “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçirilib
19 Aprel 20:45
Vüqar Rəhimzadə: Ölkəmizin uğurlu inkişafı antiazərbaycan qüvvələrin və “5-ci kolon”un çirkin kampaniyasına tutarlı cavabdır
19 Aprel 20:40
Mərakeş qəzeti Azərbaycanın əhalisinin sayının 10 milyona çatmasından bəhs edir
19 Aprel 20:37
Elçin Mirzəbəyli: Azərbaycana qarşı olan qüvvələr ölkə Prezidentinin böyük ictimai dəstəyə malik olmasından narahatdırlar
19 Aprel 20:27
Vyetnamın Baş naziri OANA İcraiyyə Komitəsi iclasının bir qrup iştirakçısını qəbul edib
19 Aprel 20:22
Ekspert: Ölkəmizin uğurları erməni lobbisini, anti-Azərbaycan qüvvələri və daxildəki “5-ci kolon”u ciddi narahat edir
19 Aprel 18:08
Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası fiziki şəxslərin problemli kreditləri ilə bağlı açıqlama yayıb
19 Aprel 18:05
Azərbaycan Ordusunun nümayəndələri NATO-nun çoxmillətli tibb təlimində iştirak edib
19 Aprel 17:57
Paşinyan hökumətində böyük korrupsiya qalmaqalı
19 Aprel 17:48
Azərbaycan və Rusiyanın təhsil müəssisələri arasında təcrübə mübadiləsinə dair müzakirələr aparılıb
19 Aprel 17:46
Seymur Orucov: Bakı şəhərində keçirilən “Formula 1” yarışına dünyada maraq ildən ilə artır
19 Aprel 17:45
Hadi Rəcəbli: Azərbaycanın iqtisadi uğurları nəticəsində əhalinin sosial müdafiəsi daha da gücləndirilib
19 Aprel 17:43
YAP Gənclər Birliyi “YAP GB K-2019” adlı kartinq yarışı keçirib
19 Aprel 17:36
YAP Qaradağ rayon təşkilatının Gənclər Birliyinin V konfransı keçirilib
19 Aprel 17:27
Ermənistanda saxta hökumət fəaliyyət göstərir
19 Aprel 17:27
İlyas Umaxanov: Azərbaycanlı həmkarımızın çıxışında qaldırılan məsələlərin əksəriyyəti konfransın yekun sənədində öz əksini tapacaq
19 Aprel 17:24
Maliyyə Nazirliyi birinci rübdə dövlət büdcəsinin icrasına dair məlumat yayıb
19 Aprel 17:21
Səudiyyə Ərəbistanı mətbuatı AZAL-ın bu ölkənin bir neçə şəhərinə yeni aviareyslərinin təqdimatından yazır
19 Aprel 17:18
Birinci rübdə əhalinin gəlirləri 5,5 faiz artıb
19 Aprel 17:09
Sankt-Peterburqda MDB Parlament Assambleyasının 49-cu plenar iclası keçirilib
19 Aprel 17:08
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 16:52
Qubada dövlət-din münasibətləri ilə bağlı ikigünlük seminar-müşavirə davam edib
19 Aprel 16:45
Azərbaycanın iki güləşçisi dünya reytinqində liderliyə yüksəlib
19 Aprel 16:39
Sədaqət Vəliyeva: Tibbi sığorta insanların sağlamlığının “qızıl zəmanəti”dir
19 Aprel 16:32
Pirallahı rayonunda avtomobil yollarının yenidən qurulmasına 1,9 milyon manat ayrılıb
19 Aprel 16:29
Daxili işlər naziri polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19 Aprel 16:25
Yaxın Şərqdə iki təhlükəli proses: dağıdıcı trendlərin güclənməsi
19 Aprel 16:06
Məleykə Abbaszadə Qəbələdə vətəndaşları qəbul edib
19 Aprel 16:03
İran nümayəndə heyəti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
19 Aprel 15:57
İsrailli jurnalistlər işğalçı ermənilərin vandalizminin və qəddarlığının nəticələrini öz gözləri ilə görüblər
19 Aprel 15:37
Səyyar “ASAN xidmət” Qazaxda
19 Aprel 15:35
Rusiya-Azərbaycan: ölkələri və qitələr birləşəndə
19 Aprel 15:24
Binəqədi rayonunda yeni salınmış abad məhəllədə sakinlərlə görüş olub
19 Aprel 15:01
Respublika ərazisində keçirilən “Təmiz hava” aylığı davam edir
19 Aprel 14:44
Baş prokuror Ucar rayonunda vətəndaşları qəbul edib
19 Aprel 14:41
Azərbaycanda uşaqlara yönələn dayanıqlı inkişaf məqsədlərinin milliləşdirilməsi üzrə seminar keçirilib
19 Aprel 14:38
Yekaterinburqda “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi” təqdimatı olunub
19 Aprel 14:34
Prezident İlham Əliyev hər addımı ilə vətəndaşın yanında olduğunu sübut edir
19 Aprel 14:26
PA rəsmisi: Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib
19 Aprel 14:26
Zaqatalada fermerlər üçün təlim keçirilib
19 Aprel 14:19
“Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 14:18
UNEC alimlərinin dünya elminə töhfəsi
19 Aprel 14:14
“Azərmaş” ASC İranın “Maral” şirkəti ilə distribüterlik müqaviləsi imzalayıb
19 Aprel 14:11
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Cocuq Mərcanlıda vətəndaşları qəbul edib
19 Aprel 14:07
Azərbaycanla İran gömrük xidmətlərinin nümayəndələri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+8 +12
gecə+5 +7