Ana səhifə »  Müəlliflər »  Avropa Parlamentinin Əfqan Muxtarlı ilə bağlı “qətnamə”sinin heç bir hüquqi əsası yoxdur
A+   Yenilə  A-
Avropa Parlamentinin Əfqan Muxtarlı ilə bağlı “qətnamə”sinin heç bir hüquqi əsası yoxdur
Yazdı: Pərviz Sadayoğlu

Konkret cinayət əməlində ittiham edilən Əfqan Muxtarlının həbsini siyasiləşdirmək cəhdləri uğursuzluğa məhkumdur
Öz inkişafına görə, yerləşdiyi regionun lideri olan Azərbaycan, eyni zamanda, demokratik prinsiplərin, hüquqi dövlət quruculuğunun inkişafına sədaqətinə görə nəinki postsovet məkanının, eləcə də dünyanın ən aparıcı dövlətləri arasında yer almaqdadır. Bu da səbəbsiz deyil. Belə ki, Azərbaycan Respublikası müstəqillik qazandığı dövrdən indiyə kimi insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində mühüm addımlar atıb. Ölkə Konstitusiyasının müddəalarının təxminən yarıdan çoxu insan hüquq və azadlıqlarını əhatə edir, eləcə də Azərbaycan insan hüquqlarının qorunması prinsiplərini özündə ehtiva edən beynəlxalq müqavilələri və konvensiyaları dəstəkləyib. Ölkəmizdə dini, irqi, etnik baxımdan heç bir ayrı-seçkilik qoyulmur və Konstitusiya ilə bütün ölkə vətəndaşları qanun qarşısında eyni məsuliyyəti daşıyır.
Əfqan Muxtarlı törətdiyi cinayət əməlinə görə həbs olunub
Lakin təəssüflər olsun ki, ölkəmizdə insan hüquq və azadlıqları prinsiplərinə verilən dəyər bəzi ermənipərəst və anti-azərbaycançı dairələr tərəfindən qısqanclıqla qarşılanır. Hətta Azərbaycana qarşı yalan, şər-böhtan səsləndirməkdən belə çəkinməyən xaricdəki antimilli mərkəzlər konkret cinayət işlərini belə siyasiləşdirməkdən çəkinmir, qeyri-hüquqi bəyanatlar səsləndirir, demokratiya ilə səsləşməyən “qətnamə”lər qəbul edirlər. Məsələn, bir müddət öncə Balakən rayonu ərazisində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan nəzarət-buraxılış məntəqələrindən kənarda Gürcüstandan Azərbaycan Respublikasına qanunsuz olaraq keçdikdən sonra qaçmağa cəhd edərkən, Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq, onlara qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərən Əfqan Muxtarlı haqqında cinayət işi açılıb. Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin yaydığı rəsmi məlumata görə, DSX-nin əməkdaşları tərəfindən axtarış zamanı Ə.Muxtarlının üzərindən 10 min avro məbləğində nağd pul, “Bank of Georgia ekspress” plastik kartı və digər əşyalar aşkar edilərək götürülüb. Faktla bağlı mayın 30-da DSX-nin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 206.1-ci (Qaçaqmalçılıq) maddələri ilə cinayət işi başlanıb və Ə.Muxtarlı şübhəli şəxs qismində tutulub. Mayın 31-də Ə.Muxtarlı təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 318.1-ci, 206.1-ci və 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan olunub.
Konkret cinayətdə ittiham olunan Əfqan Muxtarlının həbsi hansı səbəbdən Avropa Parlamentini bu qədər narahat edir?
Maraqlıdır ki, Ə.Muxtarlı ilə bağlı istintaq hələ davam etsə də, artıq bir sıra “beynəlxalq strukturlar” qeyri-hüquqi fikirlər səsləndirir, hətta qətnamələr qəbul edirlər. Bu günlərdə isə Avropa Parlamenti tərəfindən qəbul olunan “qətnamə”də Azərbaycan dövlətindən konkret olaraq cinayət faktına görə saxlanılan, haqqında cinayət işi açılan və istintaqı davam edən Ə.Muxtarlını azad etmək “tələb olunur”. Göründüyü kimi, özünü beynəlxalq təsisat adlandıran, amma hüququn aliliyinin təmin olunması prinsipini arxa plana atan Avropa Parlamentinin bu “qətnamə”si bir sıra məqamlarına görə absurd xarakter daşıyır. Birincisi, Azərbaycan Avropa İttifaqının üzvü olmadığı üçün Avropa Parlamentinin bu tonda bir “qətnamə” qəbul etməsi heç bir hüquqi əsas yaratmır. Yəni Avropa Parlamentinin bu “qətnamə”sinin heç bir hüquqi çəkisi yoxdur. Digər tərəfdən, istintaqın nəticələrini gözləmək istəməyən Avropa Parlamentinin “azad olunsun” şəklində tələb irəli sürməsi ortaya bir sıra suallar çıxarır. Görəsən, Azərbaycan sərhədlərini qeyri-qanuni pozan, o cümlədən törətdiyi cinayət əməlləri rəsmi şəkildə açıqlanan Əfqan Muxtarlının həbsi Avropa Parlamentini, eləcə də digər qurumları niyə bu qədər narahat edir? “Demokratiya”, “qanunun aliliyi”, “qanunvericiliyin tələblərinə riayət” kimi prinsipləri qorumağa borclu olan bir qurum hansı səbəbdən konkret cinayət faktını siyasiləşdirməyə çalışır? Bütün bu sualların fonunda qeyd edək ki, erməni lobbisinin, eləcə də Ermənistan mətbuatının və Azərbaycanın daxilindəki “beşinci kolon”un dəstəklədiyi Əfqan Muxtarlının saxlanılması anti-azərbaycançı mərkəzlərin əsl simasını bir daha üzə çıxardı.
Anti-azərbaycançı mərkəzlər heç bir hüquqi əsası olmayan “qətnamə”lərin kölgəsinə sığınmağa çalışırlar
Beləliklə, göründüyü kimi, “insan hüquqları və azadlıqları”, “qanun aliliyi” kimi pafoslu sözləri dilində əzbər edən, əməlində isə bunun əksini ortaya qoyan, açıq şəkildə şəxsi maraqlara xidmət göstərən belə təşkilatların fəaliyyət mexanizmində də dəyişiklik edilmir. Ölkəmizə qarşı məkrli planlar həyata keçirməyə çalışan həmin anti-azərbaycançı mərkəzlər çirkin niyyətləri ifşa olan kimi bu cür ucuz və antidemokratik ruha malik bəyanatların və heç bir hüquqi əsası olmayan “qətnamə”lərin kölgəsinə sığınmağa çalışır, motivi siyasiləşdirməyə niyyətlənir, yalanlar uydururlar. Amma artıq bu da effekt vermir. Onların yalanları ayaq belə tutmur...

 
  • Oxunub:  14340  |  
  • Tarix:  17-06-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
20 Yanvar Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixinin qürur doğuran şanlı səhifəsidir

21:50
21 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyev Davosda Çinin CGTN televiziyasına müsahibə verib
21:32
21 Yanvar
Azərbaycanlı deputat: Ermənistanın gələcək inkişafı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından asılıdır
21:30
21 Yanvar
Prezident İlham Əliyev Davosda “Rossiya 1” televiziya kanalına müsahibə verib
21:26
21 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə işgüzar səfəri
20:55
21 Yanvar
Səudiyyə Ərəbistanı parlamentinin nümayəndə heyəti Qafqaz Müsəlmanları İdarəsində olub
20:49
21 Yanvar
Əhliman Əmiraslanov: İcbari tibbi sığorta sistemin tətbiq edildiyi pilot rayonlarda nəticələr çox müsbətdir
19:53
21 Yanvar
"Milli Şura Azərbaycanın dəyərlərinə hörmət etmir"
19:30
21 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyev məhkum Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tapşırıq verib
18:52
21 Yanvar
Hüquq müdafiəçiləri Mehman Hüseynova görə Prezidentdən xahiş etdilər
17:34
21 Yanvar
Təhsil Nazirliyində səmərəli fəaliyyətinə görə bir qrup şəxs mükafatlandırılıb
17:26
21 Yanvar
Hadi Rəcəbli: İqtisadi nailiyyətlər əhalinin sosial rifahının yüksəlməsində mühüm rol oynayır
16:59
21 Yanvar
Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçilib
16:55
21 Yanvar
Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
16:53
21 Yanvar
AZƏRTAC ispan dilində xəbər yayımına başlayıb
16:47
21 Yanvar
Rektor: Şəhidlərin xatirəsi UNEC-də daim ehtiramla yad edilir
16:13
21 Yanvar
Lənkəranda qış turizminin inkişafı üçün əlverişli şərait var
16:11
21 Yanvar
Kənd Təsərrüfatı Nazirliyində ölkədə taxıl əkini prosesinə həsr olunmuş müşavirə keçirilib
16:06
21 Yanvar
Gürcüstan Karate Federasiyasının prezidenti: Azərbaycan karatenin inkişafına görə, nəinki regionda, dünyada liderdir
15:18
21 Yanvar
Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb
15:13
21 Yanvar
Avropa Şurası Parlament Assambleyasının qış sessiyası öz işinə başlayıb
14:56
21 Yanvar
İbrahim İbrahimi: Azərbaycan xalqı cəsarətlə mübarizə apardı və müstəqilliyinə nail oldu
14:53
21 Yanvar
Ötən il Azərbaycanla Moldova arasında ticarət dövriyyəsinin həcmi 7 milyon dollara yaxın olub
14:51
21 Yanvar
Mübariz Qurbanlı: Bu gün Azərbaycan sürətlə inkişaf edir
14:25
21 Yanvar
Fayez bin Abdulla Al-Şehri: Səudiyyə Ərəbistanı Azərbaycanla bütün sahələrdə əlaqələrin inkişafı üçün səy göstərir
14:16
21 Yanvar
Qanlı Yanvar faciəsinin qurbanlarının xatirəsi Abu-Dabidə də anılıb
14:11
21 Yanvar
Qadın sahibkarların güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi müzakirə olunub
14:09
21 Yanvar
Türkiyə KİV-ləri: 20 Yanvar faciəsi məqsədli şəkildə törədilmiş hərbi cinayətdir
14:04
21 Yanvar
Qadın sahibkarlar üçün stimullaşdırıcı mexanizmlər işlənəcək
12:49
21 Yanvar
Azərbaycan İlahiyyat İnstitutunda mediatur təşkil olunub
12:21
21 Yanvar
TAP-ın Yunanıstan və Albaniya hissəsində boruların 760 kilometrdən çoxu qaynaqlanıb
12:19
21 Yanvar
Azərbaycanda ilk dəfə Talassemiya Mərkəzində xüsusi metodla alınan kök hüceyrələr klinik praktikada tətbiq edilib
12:16
21 Yanvar
Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat elan olunub
12:01
21 Yanvar
Bakıda “Arpaçay Open” beynəlxalq karate turniri başa çatıb
11:39
21 Yanvar
Qılıncoynadanlarımız Moskvada güclərini sınayıblar
10:57
21 Yanvar
Azərbaycanın elektrik enerjisi ixracı artıb
10:53
21 Yanvar
Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan layihələrin icra vəziyyəti açıqlanıb
10:13
21 Yanvar
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub
09:41
21 Yanvar
Parisdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
09:38
21 Yanvar
Avstriyada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
09:34
21 Yanvar
Litva portalında 20 Yanvar faciəsi ilə bağlı məqalə yerləşdirilib
09:34
21 Yanvar
Küveytdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
09:32
21 Yanvar
Türkiyə və ABŞ prezidentləri Suriyada təhlükəsizlik zonasının yaradılması məsələsini müzakirə ediblər
17:50
20 Yanvar
Milli Şura Şəhidlər Xiyabanında qarşıdurma yaratdı - 20 nəfər saxlanıldı
16:44
20 Yanvar
Naxçıvan Muxtar Respublikasında 20 Yanvar faciəsinin ildönümü qeyd edilib
16:41
20 Yanvar
Elçin Əhmədov: Sovet qoşunlarının Bakıya hərbi müdaxiləsini Qarabağdakı erməni təcavüzündən ayrı təhlil etmək mümkün deyil
12:45
20 Yanvar
Mübariz Qurbanlı: 20 Yanvar xalqımızın yaddaşına həkk olunan mübarizə rəmzidir
12:43
20 Yanvar
Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anır
12:40
20 Yanvar
Hafiz Paşayev: Biz həmişə müstəqilliyimiz uğrunda mübarizəyə hazır olmalıyıq
12:39
20 Yanvar
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi artıb
12:37
20 Yanvar
Türkiyə-Azərbaycan Dərnəyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
12:32
20 Yanvar
ISESCO ilk dəfə olaraq 20 Yanvar hadisələrini pisləyən bəyanat yayıb
12:30
20 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib
12:26
20 Yanvar
Şəhid ailəsinə, müharibə iştirakçılarına mənzil və avtomobil təqdim olunub
12:11
20 Yanvar
Əli Əhmədov: Milli Şuranın növbəti mitinqinin uğursuzluğunun səbəbi bu mitinqin insanları düşündürən məsələlərlə heç bir əlaqəsinin olmamasındadır
17:43
19 Yanvar
İtaliyada 20 Yanvar Şəhidlərinin əziz xatirəsi anılıb
17:30
19 Yanvar
Pərvin Kərimzadə: Avropa Parlamentinin bu qərəzli addımı erməni lobbisinin təsiri altına düşən dairələrin növbəti oyunudur
17:28
19 Yanvar
“ASAN xidmət” mərkəzlərində 20 Yanvar şəhidləri anılıb
17:26
19 Yanvar
Məcburi köçkün uşaqları üçün intensiv tədris düşərgəsinə seçimlər başa çatıb
17:15
19 Yanvar
AZƏRTAC-ın kollektivi Qanlı Yanvar faciəsinin 29-cu ildönümünü qeyd edib
17:14
19 Yanvar
Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqların konkret nəticələrini səbirsizliklə gözləyir
16:56
19 Yanvar
Deputat: Zimbabve Azərbaycanın düzgün idarəçilik təcrübəsinə, iqtisadi və sosial islahatlar praktikasına ciddi maraq göstərir
16:44
19 Yanvar
Zimbabve Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
16:27
19 Yanvar
20 Yanvar faciəsi milli istiqlal tariximizin qəhrəmanlıq səhifəsidir
16:23
19 Yanvar
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
16:20
19 Yanvar
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Dövlət İdarəçilik Akademiyasında elmi konfrans keçirilib
16:15
19 Yanvar
Ankarada keçirilən konfrans “Azərbaycanın müstəqilliyinə gedən yolda 20 Yanvar faciəsi” mövzusuna həsr olunub
16:12
19 Yanvar
Bakı Dövlət Universitetində 20 Yanvar faciəsinin növbəti ildönümü qeyd edilib
16:09
19 Yanvar
Bakıdakı 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti Zimbabve Prezidentində böyük maraq doğurub
16:06
19 Yanvar
UNEC-də hər bir tələbə müraciəti araşdırılır
16:01
19 Yanvar
Yaqub Mahmudov: 20 Yanvar faciəsi Azərbaycan xalqının öz ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizəsinin qarşısını almaq məqsədi daşıyırdı

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA