Ana səhifə »  Müəlliflər »  R.İbrahimbəyovdan radikal müxalifətə vahid namizəd xəbərdarlığı
A+   Yenilə  A-
R.İbrahimbəyovdan radikal müxalifətə vahid namizəd xəbərdarlığı
Yazdı: Nardar Bayramlı

Ermənipərəst kinodramaturqun öz namizədinin olduğunu elan etməsi radikal düşərgədə yeni ziddiyyətlər yaradıb
Azərbaycan cəmiyyəti hər seçkilər ərəfəsində müxalifətçilərin yeni adlar altında qondarma qurumlar yaratmasının şahidi olur. Həmin qurumların da seçkidən qısa müddət sonra dağılması ənənəvi hal alıb və dəyişməz reallığa çevrilib. Hazırda ortaya atılan “Milli şura” məsələsi də radikalların “birlik-birlik oyunu”nun tərkib hissəsidir. Amma hadisələr göstərir ki, bu təşkilat da ölü doğulub və “Milli şura”nın qarşıdan gələn seçkilərədək fəaliyyətdə olacağı şübhə doğurur. Yəni, bu qondarma qurumun yaranmamış dağılması daha realdır. Belə ki, bu antimilli qurumun təsisçiləri çox ziddiyətli fikirlər səsləndirir, bir-birilərinə qarşı ittihamlar irəli sürürlər.
Əslində, “Milli şura”nın ideya müəlliflərinin və yaradanlarının kimlər olduğuna diqqət yetirmək real mənzərə ilə tanış olmağa kifayət edir. Bunlardan biri qoca kinodramaturq və vergi qaçaqçısı Rüstəm İbrahimbəyov, digəri isə reneqat Eldar Namazovdur. Bu şəxslərin milli maraqlarımıza zidd fəaliyyətləri ictimaiyyətə məlumdur. Onların müəyyən dairələrin təsiri altında olması da heç kəsə sirr deyil.
Belə ki, ermənipərəst Rüstəm İbrahimbəyov və reneqat Eldar Namazov “ziyalı” pərdəsi adı altında şəxsi maraqlarını təmin etməyə çalışırlar. Onlar iddia edirlər ki, guya xalqın problemlərindən narahatdırlar. Lakin hamıya məlumdur ki, bu iddia tamamilə yanlışdır.
Yeri gəlmişkən, “Milli şura”nın tərkibi, məramı tam bəyan edilməsə də artıq müxalifət qruplarının “liderləri” kimin seçkilərdə vahid namizəd olmasını müzakirə edirlər. R.İbrahimbəyov isə daha da irəli gedərək özünün namizədinin olduğunu iddia edib. Mətbuata açıqlama verən qoca dramaturq deyib ki, “Milli Şura”nın vahid namizədlə seçkiyə qatılmaq məsələsi gələcəyin işidir: “Əvvəlcə gərək təşkilat öz işinə başlasın, proqramını elan etsin, İdarə Heyətini seçsin. Bütün bunlar ediləndən sonra hər bir şəxs vahid namizədlə bağlı təkliflərini verə bilər. Seçki yolu ilə vahid namizədi seçmək olar. Mənim də namizəd kimi adım bəzi şəxslər tərəfindən hallanır. Amma mənim də öz namizədim var. Mən zamanı çatanda başqa bir hörmətli adamın namizədliyini irəli sürəcəm”.
Həmin şəxsin adını çəkməyən R.İbrahimbəyov bunu zamanının çatmadığını iddia edib (!).
Göründüyü kimi “Milli şura”nın yaradıldığını elan edənlər artıq indidən vahid namizəd savaşına çıxıblar. Bu fakt isə qondarma qurumun seçki prosesi ilə məşğul olmaqdan daha çox, müxalifətçilərin daxili mübarizəsi ilə məşğul olacağını göstərir.
Həm də bu fakt heç kimə sirr deyil ki, milli maraqlara zidd mövqe sərgiləyən bu qüvvələr bir tərəfdən öz aralarında mövcud olan dərin ziddiyyətlərlə qarşı-qarşıyadırlar, digər tərəfdən isə, Azərbaycan ictimaiyyəti tərəfindən ciddi narazılıqla qarşılanırlar. Bunun əsas səbəbi isə bu qurumda “birləşən” şəxslərin milli maraqlara zidd və korporativ, şəxsi mənafelər əsasında fəaliyyət göstərmələridir. Onlar üçün şəxsi maraqlar, maddi sərvətlər hər şeydən üstündür. Bunu qoca dramaturqun timsalında da açıq şəkildə görmək olar. Xatırladaq ki, bir müddət öncə mətbuatın verdiyi məlumata görə, Rüstəm İbrahimbəyovla “El” hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev arasında telefon danışığı olub. Mənbənin bildirdiyinə əsasən, Rüstəm İbrahimbəyov Eldəniz Quliyevə zəng edərək əsəbini gizlədə bilməyib. Belə ki, Rüstəm İbrahimbəyov telefon danışığında “El” hərəkatının fəaliyyətindən narazılığını bildirib. Telefon danışığı zamanı məlum olub ki, bu məsələ ilə bağlı Rüstəm İbrahimbəyov Eldəniz Quliyevə 100 min dollar məbləğində pul ayırıb. Bunun müqabilində “El” hərəkatı effektli fəaliyyət göstərməli idi. Məlumata görə, Rüstəm İbrahimbəyov telefon danışığında Eldəniz Quliyevə fəaliyyəti belə davam etdirəcəyi təqdirdə ikinci tranşı ayırmayacağını deyib. Eyni zamanda, R.İbrahimbəyovun qanunsuz obyektlər əldə etmək cəhdlərinin qarşısının alındıqdan sonra müxalifətə keçdiyi də hər kəsə bəllidir.
Göründüyü kimi, belə şəxslərin hansısa milli maraqlardan danışması sadəcə gülüş doğurur. Bu fakt isə təsdiqləyir ki, onları düşündürən maddi və şəxsi maraqlardır. Bu maraqlarını təmin etmək üçün Azərbaycanın müstəqilliyini gözü götürməyən xarici qüvvələrlə əməkdaşlıqdan çəkinmirlər. Buna görə də, bu ünsürlərin xalqın adından danışmaq cəhdləri yolverilməzdir.

 
  • Oxunub:  22110  |  
  • Tarix:  03-06-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatçı hərəkətlərinin layiqli cavabını verir və bundan sonra da verəcək

20:22
20 Sentyabr
Səccad Kərim: Azərbaycanda mövcud olan birgəyaşayış modeli bir çox ölkələr üçün nümunədir
20:04
20 Sentyabr
Nikol Paşinyanın Paris yalvarışları və növbəti böhtanları: erməni baş nazir öz ampluasında
20:00
20 Sentyabr
Azərbaycan-Vyetnam münasibətləri zəngin ənənələrə malikdir
19:51
20 Sentyabr
Gəncədə qanvermə aksiyasında 540 nəfər könüllü qan verib
19:48
20 Sentyabr
“ASAN xidmət”in fəaliyyəti Fransa mətbuatında
19:46
20 Sentyabr
Azərbaycan ilə Qətər arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı müzakirə olunub
19:43
20 Sentyabr
İndiyədək TANAP-la Türkiyəyə 200 milyon kubmetrədək “Şahdəniz” qazı nəql olunub
19:41
20 Sentyabr
İordaniyanın “Ər-Ray” dövlət qəzeti Qarabağ məsələsində Türkiyənin Azərbaycana dəstəyindən yazır
19:07
20 Sentyabr
Azərbaycan Milli Məclisi ilə NATO Parlament Assambleyası arasında sıx əlaqələr mövcuddur
19:06
20 Sentyabr
Azərbaycan-Pakistan təhsil əlaqələrinin geniş perspektivləri var
18:29
20 Sentyabr
Belarus parlamenti Nümayəndələr Palatasının sədri Azərbaycanda səfərdədir
18:26
20 Sentyabr
“İki sahil” Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb
18:14
20 Sentyabr
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə öz xarici ticarət yüklərinin daşınma həcminin artırılmasında maraqlıdır
18:01
20 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
18:00
20 Sentyabr
Milli Məclisdə Hindistan parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib
17:55
20 Sentyabr
Rektor: Dövlət Pedaqoji Universiteti bu günədək 150 mindən çox pedaqoji kadr hazırlayıb
17:54
20 Sentyabr
Xələf Xələfov: Azərbaycan Ermənistan rəhbərliyini sələflərinin səhvini təkrarlamamağa çağırır
17:50
20 Sentyabr
XİN: Cəbhə bölgəsində yaranmış gərginliyin bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür
17:49
20 Sentyabr
Genişmiqyaslı təlimlərdə gündüz vaxtı döyüş atışları keçirilib
17:47
20 Sentyabr
ABŞ Dövlət Departamenti: Azərbaycan 2017-ci ildə terrorçuluqla mübarizədə Birləşmiş Ştatların güclü tərəfdaşı olub
17:46
20 Sentyabr
Bu gün Azərbaycan gəncliyində vətənpərvərlik ruhu çox yüksəkdir
17:43
20 Sentyabr
Birinci vitse-prezident Mehriban Əliyeva NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
17:40
20 Sentyabr
Azərbaycan-Pakistan əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
17:36
20 Sentyabr
Naxçıvanda Aşura mərasimləri keçirilib
17:24
20 Sentyabr
Prezident İlham Əliyev NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
17:22
20 Sentyabr
Prezident İlham Əliyev bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib
17:09
20 Sentyabr
Pakistan Senatının sədri Milli Məclisdə olub
17:05
20 Sentyabr
Ağcabədidə Aşura günündə hemofiliyalı və talassemiyalı xəstələr üçün qan verilib
16:57
20 Sentyabr
Van Çunqan: Azərbaycanın iqtisadiyyatı qarşılıqlı investisiya qoyuluşları üçün əlverişlidir
16:53
20 Sentyabr
AMEA-nın prezidenti Akif Əlizadə Belarusda medalla təltif edilib
16:49
20 Sentyabr
Azərbaycanın Milli Olimpiya Komitəsinin nümayəndəsi Madriddə beynəlxalq marketinq seminarında iştirak edib
16:44
20 Sentyabr
Dövlət İdarəçilik Akademiyasında ilk mühazirə “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”ndə dinlənilib
16:39
20 Sentyabr
Aşura günü Qubada keçirilən humanitar aksiyada 100-dən çox könüllü qan verib
16:29
20 Sentyabr
Fəxri xiyabanda görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb
16:27
20 Sentyabr
Professor Oleq Kuznetsov: SSRİ DTK da daşnakları təhlükəli hesab edib
16:22
20 Sentyabr
Qırğızıstan Joqorku Keneşinin sədri TÜRKPA Katibliyində olub
16:18
20 Sentyabr
UNEC yeni tədris ilinə yüksək keyfiyyət göstəriciləri ilə start verib
16:07
20 Sentyabr
Qurban Qurbanov: “Futbolçular meydanda əlindən gələni edəcək”
15:49
20 Sentyabr
Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq
15:44
20 Sentyabr
Ağsuda keçirilən qanvermə aksiyasında 70 litrədək qan toplanıb
15:38
20 Sentyabr
Aşura günündə Bərdə və Beyləqanda 150 nəfər könüllü qan verib
15:26
20 Sentyabr
Varşavada Avropa Xəbər Agentlikləri Alyansının növbəti konfransı keçirilir
15:22
20 Sentyabr
Suveren Fondların Beynəlxalq Forumunun XII illik yığıncağı Bakıda keçiriləcək
15:07
20 Sentyabr
ATƏT-in İnsan Ölçüsü üzrə illik görüşündə Ermənistanın təcavüzkar siyasətindən danışılıb
15:05
20 Sentyabr
Azərbaycanda Çinlə birgə elektron ticarət platformasının yaradılması təklif olunub
14:45
20 Sentyabr
Kiyevdəki Azərbaycan Ticarət Evi məhsullarımızın Ukrayna bazarında satışı üçün sertifikat və lisenziya alıb
14:42
20 Sentyabr
Bolqarıstan Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə böyük maraq göstərir
14:41
20 Sentyabr
Azərbaycanda kiçik və orta biznes evləri yaradılacaq
14:32
20 Sentyabr
Qida Təhlükəsizliyi Agentliyi uşaq qidaları ilə bağlı maarifləndirici məlumat yayıb
14:30
20 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti Cocuq Mərcanlıda fermerlərin yetişdirdiyi məhsulu satın alıb
14:25
20 Sentyabr
Tsveta Karayançeva: Bolqarıstan-Azərbaycan əlaqələri inkişaf edir
14:22
20 Sentyabr
İsmayıllıda Heydər Əliyev İdarəetmə Məktəbinin növbəti məşğələsi keçirilib
14:20
20 Sentyabr
Cüdoçumuz Aişə Qurbanlı dünya çempionatında mübarizəni dayandırıb
14:18
20 Sentyabr
Sudan Milli Assambleyası sədrinin Azərbaycana səfəri başlayıb
14:16
20 Sentyabr
Milli Məclisdə Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətləri müzakirə olunub
14:15
20 Sentyabr
Bakı Dövlət Universitetində görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb
14:12
20 Sentyabr
Kamran Nəbizadə: Ulu öndər Heydər Əliyevin şah əsəri olan “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına böyük yol açdı
12:59
20 Sentyabr
Dövlət Gömrük Komitəsinin 3 500 əməkdaşı attestasiyadan keçiriləcək
12:45
20 Sentyabr
Pambığın alış qiymətinin artırılması fermerlər üçün 12-13 milyon manat əlavə qazanc deməkdir
12:43
20 Sentyabr
Kəramət Hüseynov rusiyalı Olimpiya çempionuna ipponla qalib gəlib
12:35
20 Sentyabr
Naxçıvanda “Avropa günləri” keçiriləcək
12:32
20 Sentyabr
Bakıda Əfqanıstan üzrə NATO proqramının məzunlarına sertifikatlar təqdim edilib
12:31
20 Sentyabr
Heydər Əliyev Fondu və BP birgə layihələrin icrasına dair əməkdaşlıq memorandumu imzalayıb
12:13
20 Sentyabr
"Bakı-2018": Orxan Səfərov uğurlu çıxışını davam etdirir
12:12
20 Sentyabr
Rouz Gotemoller: Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir
12:01
20 Sentyabr
Azərbaycan beynəlxalq eID Forumunda “Asan İmza” və Rəqəmsal Ticarət Qovşağı ilə təmsil olunub
11:57
20 Sentyabr
Mübariz Qurbanlı: “Hər il xeyli sayda vətəndaşımız qanvermə aksiyasına qoşulur”
11:56
20 Sentyabr
İrəvan xanlığının tarixinə dair əsərlərin erməni və fars dillərinə çevrilmiş nəşrlərinin təqdimatı keçirilib
11:52
20 Sentyabr
Siyavuş Novruzov: “Paşinyanın ordudan xəbəri yoxdur”
11:45
20 Sentyabr
Bakıda “Qadınlar, sülh və təhlükəsizlik” mövzusunda konfrans keçirilir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA