Ana səhifə »  Müəlliflər »  Azərbaycanın təşəbbüsü ilə keçirilən beynəlxalq konfranslar İslam həmrəyliyinin təbliğ və təşviq edilməsinin yeni mərhələsidir
A+   Yenilə  A-
Azərbaycanın təşəbbüsü ilə keçirilən beynəlxalq konfranslar İslam həmrəyliyinin təbliğ və təşviq edilməsinin yeni mərhələsidir
Yazdı: Hikmət BABAOĞLU

İstanbulda keçirilən “İslam həmrəyliyi: Türkiyə-Azərbaycan dostluğu timsalında” beynəlxalq konfransı İslam həmrəyliyinin hazırkı mürəkkəb tarixi mərhələdə nə qədər mühüm və aktual olduğunu göstərdi
Müasir beynəlxalq münasibətlər sisteminin səciyyəvi xüsusiyyətlərindən biri müxtəlif coğrafi məkanlarda - ayrı-ayrı regionlarda və ölkələrdə dini, etnik zəmində qarşıdurmaların baş verməsidir. Başqa sözlə, bu gün dünyanın real mənzərəsi dini və etnik zəmində çoxsaylı ziddiyyətlər və konfrantasiyalarla səciyyələnir.
Müsəlman coğrafiyasının etnik və dini zəmində qarşıdurmalar poliqonuna çevrildiyi bir vaxtda Azərbaycan İslam həmrəyliyi təşəbbüsü ilə çıxış edir
Ümumiyyətlə, XXI əsrin siyasi proseslərinin əsas paradiqmalarından biri məhz sivilizasiyaların qarşıdurması fəlsəfəsi kimi müəyyənləşdirilib. Bunu dünya siyasətinin əsaslarını müəyyənləşdirən və geosiyasi prosesləri öz nəzarətində saxlayan dominant güclər daha da aktuallaşdıraraq müasir dünyanı fərqli mədəniyyətlərin - sivilizasiyaların, dinlərin qarşıdurma poliqonuna çeviriblər.
Xüsusilə də, hazırkı dövrdə İslam dininə qarşı total hücumlar təşkil edilir. Qlobal imperializmin müsəlman coğrafiyasında tətbiq etdiyi “idarə edilən xaos” nəzəriyyəsi əsasında bir çox müsəlman ölkəsi dini və etnik zəmində çoxsaylı problemlərlə - xaos, kataklizm və konfrantasiyalarla qarşı-qarşıya qalıb. Ayrıca, islamofob dairələrin direktivləri əsasında fəaliyyət göstərən transmilli media institutları müxtəlif dezinformasiyalar və “qara piar” kampaniyaları vasitəsilə müsəlman ölkələrini və İslam dinini hədəfə almaqla beynəlxalq ictimai rəylə manipulyasiya edirlər. İslamın terror dini, müsəlmanların isə radikal-ekstremist və terrorçu toplum kimi dünyaya təqdim edilməsi müsəlman ölkələrinə qarşı total hücumun bariz nümunəsidir. 
Belə bir şəraitdə total hücumlara məruz qalan, imperializmin siyasi-ideoloji hədəfinə çevrilən müsəlman coğrafiyasında İslam həmrəyliyinə nail olunması strateji əhəmiyyətli məsələdir. Bununla yanaşı, müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin sülh, sabitlik şəraitində mehriban birgəyaşayışının təmin olunması da xüsusi aktuallıq və əhəmiyyət kəsb edir. 
Dini və etnik tolerantlıq İslam həmrəyliyinin əsas komponentləridir
Belə bir mürəkkəb şəraitdə Azərbaycan etnik və dini zəmində sabitliyin hökm sürməsi, fərqli etnik mənsubiyyətə və dini dünyagörüşünə sahib olan qrupların əmin-amanlıq və sülh şəraitində yaşaması ilə fərqlənir. Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm İli” elan etməsindən sonra müasir siyasi, mənəvi və ideoloji çağırışların nəzərə alınaraq ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması böyük əhəmiyyətə malikdir. 
Azərbaycan multikulturalizminin tarixi ənənələri var. Müasir mərhələdə Azərbaycan cəmiyyətinin özünəməxsus keyfiyyətlərini sosioloji tədqiqata cəlb edərək səciyyələndirsək, o zaman biz tarixi ənənələrin bu gün də cəmiyyətimizdə mövcud olduğunu söyləyə bilərik. Bütövlükdə, Azərbaycan coğrafiyası mövcud səmavi dinlərin hamısı ilə təmasda olub. Azərbaycan xalqının milli dəyərlərini və yaddaşını şərtləndirən tək amil din deyil, burada mədəniyyət də mühüm daxili komponentlərdəndir. Dini fərqliliklərə dözümlülük müasir Azərbaycan multikulturalizminin bir ayağıdırsa, etnik və mədəni fərqliliklərə tolerantlıq isə ikinci ayağı təşkil edir. Üçüncü istiqamət isə mənəvi, dünyagörüşü və siyasi fərqliliklərə dözümlülükdür. Deməli, bu üç istiqamət Azərbaycan multikulturalizmini xüsusi model kimi səciyyələndirməyə imkan verir. Əslində, bunların alt qatında bu gün Qərbdən bizə xüsusi dəyər kimi təqdim edilən demokratiyanın özü var. Bu dəyərləri hüquqi müstəviyə transfer etsək, Azərbaycan vətəndaş cəmiyyəti institutlarının və hüquqi dövlətin əsasları ortaya çıxacaq. Dolayısıyla, Azərbaycan multikulturalizmi həm də özündə hüquqi və siyasi mədəniyyəti ehtiva edir.
İslamofobiya meyillərinə qarşı qətiyyətli mübarizəsi ilə seçilən Azərbaycan İslam həmrəyliyinin təbliğ və təşviq olunmasında mühüm rol oynayır
Bunlarla yanaşı, Azərbaycanda dini etiqad və vicdan azadlığı Konstitusiya normasıdır, ölkədə çoxlu sayda dini təşkilat fəaliyyət göstərir. Azərbaycan hazırda beynəlxalq arenada həm dini azadlığın yüksək səviyyədə təmin edildiyi, həm də tolerant ölkə kimi tanınır. Sivilizasiyalararası dialoqa mühüm töhfələr verən, tolerantlıq məkanı kimi tanınan Azərbaycanda bütün azadlıqlar, o cümlədən vicdan azadlığı təmin edilib. Dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirilir, İslam həmrəyliyinin gücləndirilməsi, İslam dəyərlərinin müdafiəsi üçün beynəlxalq səviyyədə fəal iş aparılır.
Digər tərəfdən, Azərbaycan İslam həmrəyliyinin təmin olunmasına xüsusi önəm verir. Ölkəmiz müsəlman coğrafiyasında çoxsaylı kataklizmlər və konfrantasiyaların müşahidə edildiyi mürəkkəb mərhələ və şəraitdə İslam həmrəyliyinin təmin olunmasını strateji əhəmiyyətli məsələ kimi qiymətləndirir. Prezident İlham Əliyev bu məqamlara toxunaraq qeyd edib: “Bu gün müsəlman dünyasının əvvəlki dövrlərdə heç zaman olmadığı qədər daha çox birliyə və həmrəyliyə ehtiyacı var. Buna görə də 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması bütün müsəlman aləminə və dünyaya xoşməramlı mesajdır. “İslam Həmrəyliyi İli”nin əsas məqsədləri müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərməkdir”.
Xüsusi vurğulamaq lazımdır ki, ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi dünyaya mühüm mesaj olmaqla yanaşı, geniş miqyasda - İslam coğrafiyasında müsəlmanlar arasında həmrəylik və bütövlüyün təmin olunması baxımından önəmli çağırışdır. Ümumiyyətlə, islamofobiya meyillərinə qarşı qətiyyətli mövqeyi və mübarizəsi ilə seçilən Azərbaycan İslam həmrəyliyinin təbliğ və təşviq olunmasında mühüm rol oynayır.
Bununla yanaşı, Azərbaycan öz təklif və təşəbbüsləri ilə dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, ümumbəşəri dəyərlərin, multikulturalizm ənənələrinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə, ayrı-ayrı istiqamətlərdə müşahidə olunan problemlərin həllinə dəyərli töhfələr verir. Azərbaycan qlobal və regional səviyyəli tədbirlərə ev sahibliyi edən, bütün dünyanın diqqət mərkəzində olan mühüm məsələlərin müzakirə olunduğu siyasi, iqtisadi və humanitar mərkəz kimi tanınmağa başlayıb. Təsadüfi deyil ki, Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Zirvə toplantısı, Qlobal Bakı Forumu və digər tədbirlər məhz Azərbaycanda keçirilir. Bu kontekstdə son olaraq Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi xüsusi olaraq qeyd edilməlidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bizim üçün böyük şərəfdir. Biz bunu İslam ölkələrinin Azərbaycana olan hörmətinin və inamının təzahürü kimi qəbul edirik”.
Bütövlükdə, Azərbaycan həm müxtəlif tədbirlərə ev sahibliyi etməklə, həm də dünyanın ayrı-ayrı ölkələrində keçirilən beynəlxalq konfranslarda uğurla təmsil olunmaqla İslam həmrəyliyinin möhkəmləndirilməsi, bu istiqamətdə səmərəli fikir mübadiləsinin aparılması və işbirliyinin gücləndirilməsi prosesində fəal rol oynayır. Bu kontekstdə sentyabrın 25-də Türkiyənin İstanbul şəhərində “İslam həmrəyliyi: Türkiyə-Azərbaycan dostluğu timsalında” mövzusunda keçirilən beynəlxalq konfrans mühüm əhəmiyyətə malikdir.
Müasir mürəkkəb tarixi mərhələdə İstanbulda keçirilən İslam həmrəyliyi konfransı İslam dünyasına edilən yeni çağırışlarla yadda qaldı
Müasir mürəkkəb tarixi mərhələdə İstanbulda keçirilən İslam həmrəyliyi konfransı İslam dünyasına edilən yeni çağırışlarla yadda qaldı. Məlumat üçün qeyd edək ki, tədbirdə Azərbaycan, Türkiyə, Rusiya, Bolqarıstan və Monteneqrodan görkəmli ilahiyyatçı alimlər və rəsmi şəxslər İslam həmrəyliyi mövzusunda müzakirələrdə iştirak etdilər. Konfrans Türkiyə Diyanət İşləri Başqanlığı, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, İslam Əməkdaşlıq Təşkilatının İslam Tarix, İncəsənət və Mədəniyyət Tədqiqatları Mərkəzi (IRCICA) və Mərmərə Universiteti tərəfindən birgə təşkil olunmuşdu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən elan edilmiş “İslam Həmrəyliyi İli” çərçivəsində İstanbulda təşkil olunan konfransda ölkəmizi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları, elm və din xadimlərindən ibarət geniş nümayəndə heyəti təmsil edib.
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın konfrans iştirakçılarına müraciəti İslam həmrəyliyinin nə qədər mühüm əhəmiyyətli olmasına bir işarə idi
Öz növbəsində, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın konfrans iştirakçılarına müraciəti İslam həmrəyliyinin nə qədər mühüm əhəmiyyətli olmasına bir işarə idi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətində diqqətə çatdırılıb ki, yarandığı dövrdən etibarən sülh, ədalət, bərabərlik kimi humanist ideyaları təbliğ edən İslam dini yayıldığı böyük coğrafiyada elmin, təhsilin və mədəniyyətin inkişafına təkan vermiş, dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün insanların qarşılıqlı hörmət və dostluq mühitində yaşamalarına zəmin yaratmışdır. Əsrlər boyu dünya mədəniyyətinə və elminə misilsiz töhfələr vermiş müsəlmanlar, təəssüf ki, bu gün məzhəb ayrı-seçkiliyi, dini radikalizm, ekstremizm və terror kimi ciddi problemlərlə qarşılaşırlar. Dünyanın müxtəlif yerlərində baş verən terror hadisələrinin İslam adı altında pərdələnən, dinimizlə heç bir əlaqəsi olmayan qruplar tərəfindən həyata keçirilməsi İslama və müsəlmanlara qarşı böyük haqsızlıq və ədalətsizlikdir. Bu gün dünyada törədilən terror aktlarının qurbanlarının əksəriyyəti də məhz müsəlmanlardır. Müraciətdə o da qeyd edilir ki, Şərqlə Qərbin qovuşuğunda yerləşən qədim Azərbaycanda müxtəlif dinlərin, ayrı-ayrı mədəniyyətlərin nümayəndələri tarix boyu sülh və əmin-amanlıq şəraitində yaşamışlar. Azərbaycan xalqı bu gün də özünün zəngin tolerantlıq və multikulturalizm ənənələrini qoruyur, sivilizasiyalararası dialoqa, İslam həmrəyliyinə öz töhfələrini verir. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsi bütün dünyada, xüsusilə İslam aləmində sülhə, dostluğa, qarşılıqlı hörmət və birgəyaşayışa mühüm çağırış və töhfədir. Tarixin sınaqlarından çıxmış, “Bir millət, iki dövlət” prinsipi ilə gündən-günə güclənən Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı İslam həmrəyliyinə layiqli nümunə kimi qiymətləndirilir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan konfrans iştirakçılarına müraciətində isə Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsini və bu çərçivədə İstanbulda beynəlxalq konfrans təşkil olunmasını məmnunluqla qarşıladığını bildirib. Qeyd edilib ki, Azərbaycan və Türkiyə öz qədim tarixlərindən və ortaq hədəflərindən aldıqları ilhamla mətinləşməyə nail ola biliblər. “Bir millət, iki dövlət” prinsipinə əsaslanan münasibətlərimiz illər keçdikcə daha da güclənir. 
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin çıxışı Türkiyə və Azərbaycan münasibətlərinin İslam həmrəyliyi üçün nümunə olduğunu göstərdi
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin çıxışı isə Türkiyə və Azərbaycan münasibətlərinin İslam həmrəyliyi üçün nümunə olduğunu göstərdi. Çıxışı zamanı Azərbaycanda dini etiqad azadlığının yüksək səviyyədə qorunduğunu bildirən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, hazırda yaşanan böhranlara baxmayaraq, dünyamızı məhvərindən çıxmağa qoymayan əbədi mənəvi dəyərlər mövcuddur. Fərəhli haldır ki, Azərbaycan ümumbəşəri önəm kəsb edən ideyaların bütün dünya ictimaiyyətinə xitabən ucaldığı ənənəvi məkan statusunu qorumağa davam edir. Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi istər “Multikulturalizm İli”, istərsə də “İslam Həmrəyliyi İli” ümumi, bəşəri məramlara xidmət edir. Bu, Azərbaycan dövlətinin dünyada gedən proseslərə dəyərli töhfəsidir.
Şeyxülislam diqqətə çatdırıb ki, müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin təməlində və “Bir millət, iki dövlət” fəlsəfəsinin bünövrəsində dini-mənəvi dəyərlərə sadiqlik, İslam həmrəyliyi ideyaları böyük önəm kəsb edir. Bu gün Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı İslam həmrəyliyinin ən bariz nümunəsidir: “Tarixi təcrübə göstərir ki, zamanında beynəlxalq qınaqla qarşılanmayan, ədalətli hüquqi-siyasi qiymətini almayan soyqırımları bəşəri cinayətlərin təkrarlanmasına rəvac verir. İllərdir Türkiyə dövləti amansız terrordan əziyyət çəkir, lakin bunu törədənlər terrorçu kimi tanınmırlar. Əzəli torpaqları, ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımı cinayəti də ikili yanaşmalar səbəbindən zamanında hüquqi-siyasi qiymətini almamış cinayətlər sırasındadır. Axan günahsız insan qanları, yaşanan miqrant faciələri - özünü demokratiya və insan hüquqlarının təəssübkeşi kimi təqdim edən Avropada miqrantların müsəlman və qeyri-müsəlman ayrı-seçkiliyi ilə qarşılanması bizi narahat etməyə bilməz”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan-Türkiyə dostluğunu İslam həmrəyliyinə xidmət edən strateji əhəmiyyətli faktor kimi qiymətləndirdi
Azərbaycanda dini etiqad azadlığı, dinlər və təriqətlər arasındakı dostluq və qardaşlıq əlaqələrinin qorunması istiqamətində görülən tədbirlər barədə geniş məlumat verən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə diqqətə çatdırıb ki, bu gün insanlığın ən qorxulu probleminə çevrilmiş radikalizm, ekstremizm, terrorizm minlərlə insanın ölümü, şəhərlərin dağıdılması, insanların öz vətənlərindən qovulması ilə nəticələnir. Terrorun, onu törədən terrorçunun dini və milli mənsubiyyəti olmur. Təəssüf ki, bütün bu antibəşəri aksiyanı sülh, sabitlik, sevgi dini olan İslam ilə eyniləşdirməyə çalışırlar. Komitə sədri Azərbaycan-Türkiyə qardaşlığının göstəriciləri kimi çıxış edən bir çox məqamlara toxunaraq bunların həmrəylik nümunəsi kimi bütün dünyaya örnək olduğunu diqqətə çatdırıb. 
Türkiyənin Diyanət İşləri başqanı Ali Erbaş, Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Necdet Ünüvar, Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, Bolqarıstanın Diyanət İşləri başqanı Mustafa Hacı, Rusiya Müsəlmanlarının Məclis başqanı, Moskva müftisi Albir Krqanov, Monteneqro Diyanət İşləri başqanı Rıfat Feyziç, Mərmərə Universitetinin ilahiyyat fakültəsinin dekanı Ali Köse, İstanbul müftisi Hasan Kamil Yılmaz, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev, professorlar Azmi Özcan, İrfan Gündüz, Haluk Alkan və başqalarının çıxışlarında Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşlıq münasibətləri, həmçinin dövlət başçılarının İslam həmrəyliyinə nail olmaq üçün göstərdikləri birgə səylər yüksək qiymətləndirilib.
Bütövlükdə, hazırkı mərhələdə belə bir konfransın İslam coğrafiyasında müsəlman həmrəyliyinə fundamental töhfələr verən qardaş Türkiyədə keçirilməsi müstəsna əhəmiyyətə malikdir. Həm Türkiyə, həm də Azərbaycan müsəlman coğrafiyasında etnik və məzhəb rəngarəngliyinə görə fərqlənən ölkələr sırasında yer alır. Hər iki ölkədə İslam dininin gerçək mahiyyəti - fəlsəfəsi rasional düşüncə əsasında dərk olunur, dini və etnik zəmində tolerantlıq, xoşgörü nəzərə çarpır. Həqiqətən də, bir-birinə münasibətdə “bir millət, iki dövlət” fəlsəfəsini mənimsəyən Türkiyə və Azərbaycan İslam həmrəyliyi kontekstində də eyni fəlsəfədən çıxış edir. Yəni Azərbaycan və Türkiyə xalqlarının eyni dinə, ortaq mədəniyyətə və milli dəyərlərə mənsub olan vahid millət kimi müsəlman həmrəyliyinə xüsusi diqqət yetirməsi strateji əhəmiyyətə malikdir. Hər iki ölkənin timsalında İslam həmrəyliyinə xidmət edən bu konkret və vahid mövqe bütün müsəlman coğrafiyası üçün mühüm stimuldur. Bütövlükdə isə, Azərbaycan-Türkiyə dostluğu həm də İslam həmrəyliyinə xidmət edən strateji əhəmiyyətli faktor kimi səciyyələndirilir. 
Hikmət BABAOĞLU
Bakı-İstanbul-Bakı

 
  • Oxunub:  17940  |  
  • Tarix:  30-09-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı üçün lazım olan bütün tədbirlər görülür

20 Noyabr 10:37
Milli Məclisin komitələrinin birgə iclasında 2020-cu ilin dövlət büdcəsi ilə bağlı müzakirələr davam etdirilir
20 Noyabr 10:31
Parisdə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 illiyi təntənəli şəkildə qeyd olunub
20 Noyabr 10:29
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
20 Noyabr 10:19
IDEA İctimai Birliyi tərəfindən Bakıda tutuquşular məskunlaşdırılır
20 Noyabr 10:18
Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı üçün lazım olan bütün tədbirlər görülür
20 Noyabr 10:15
Tolerantlıq və multikulturalizm məkanı olan Azərbaycan dünyada dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına mühüm töhfələr verir
20 Noyabr 10:13
Milli Məclisin plenar iclası keçirilib
20 Noyabr 10:11
Siyavuş Novruzov: Məhkəmə qərarlarının icrası ilə bağlı yeni mexanizm işlənib hazırlanmalıdır
20 Noyabr 10:10
Dünya dini liderlərinin 2-ci Bakı Sammiti birgəyaşayışın və multikultural modelin parlaq nümayişi üçün növbəti imkan oldu
20 Noyabr 10:06
Abşeronda YAP-ın yaranmasının 27-ci ildönümü münasibəti ilə tədbir keçirilib
20 Noyabr 10:05
Rafael Hüseynov: “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis olunması son dərəcə əlamətdar bir hadisədir
20 Noyabr 10:00
Sumqayıt şəhəri 70 illik yubileyini möhtəşəm bayram tədbiri ilə qeyd edib
20 Noyabr 09:55
Vətəndaşların hüquqlarının təminatında mühüm rol oynayan məhkəmə qərarlarının vaxtında və dürüst icrasının təmin olunması icra məmurlarının ən ümdə vəzifələrindən biridir
20 Noyabr 09:51
Radikal müxalifət partiyalarının saxta sənəd şəbəkəsi ifşa edilir
20 Noyabr 09:50
Tur-aksiyanın ikinci günü məktəblilər Lənkəran, Astara və Masallı rayonlarına səyahət ediblər
20 Noyabr 09:48
X sinif şagirdi: Hər bir bölgəmizin özünəməxsus zəngin tarixi, mədəniyyəti, ənənələri var
20 Noyabr 09:45
Zərdab məktəblisi: Ölkəmizin şimal bölgəsi ilə tanışlıqdan böyük zövq alırıq
20 Noyabr 09:44
Azercell-in Rominqi millər qazandırır!
20 Noyabr 09:40
Regionlarda pambıq yığımı başa çatmaq üzrədir
19 Noyabr 22:11
Aşqabadda SPECA-nın dayanıqlı nəqliyyat, tranzit və əlaqə mövzusunda növbəti iclası keçirilir
19 Noyabr 21:43
Ankarada “Anadan olmasının 150-ci ildönümündə ortaq dəyərimiz Əhməd bəy Ağaoğlu” mövzusunda konfrans keçirilib
19 Noyabr 21:13
Kəlbəcər, Naftalan, Xocalı və Goranboy təhsil şöbələri müdirlərinin hesabat məruzələri dinlənilib
19 Noyabr 21:07
Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi Vaşinqton şəhərində müzakirə olunub
19 Noyabr 20:51
Dövlət Gömrük Komitəsində kollegiya iclası keçirilib
19 Noyabr 20:45
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19 Noyabr 20:30
DİN polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
19 Noyabr 20:21
Əmək və sosial siyasət komitəsinin iclası keçirilib
19 Noyabr 20:12
Prezident İlham Əliyev Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin yenidənqurmadan sonra açılışında iştirak edib
19 Noyabr 20:08
SOCAR və “Equinor” “Qarabağ” yatağında ilk quyunun qazılmasına hazırlaşır
19 Noyabr 20:05
UNEC-də Xalq yazıçısı İsmayıl Şıxlının yubileyinə həsr olunan tədbir
19 Noyabr 19:57
Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar Bakıya gələn qonaqlar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olublar
19 Noyabr 19:41
Hikmət Şikarov: Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvədir
19 Noyabr 19:38
Hərbi ekspert: Azərbaycan Ordusunun Naxçıvan istiqamətində əldə etdiyi uğurlar erməniləri ciddi narahat edir
19 Noyabr 19:33
Çin Azərbaycanın nəqliyyat infrastrukturundan istifadə ilə bağlı müzakirələr aparıb
19 Noyabr 19:19
Azərbaycanın və Qazaxıstanın Baş nazirləri Aktauda iki ölkə arasında fiber-optik rabitə xəttinin təməlqoyma mərasimində iştirak ediblər
19 Noyabr 17:28
YAP Pirallahı rayon təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirildi
19 Noyabr 17:27
Vüqar Rəhimzadə: Saxta arayış və vəsiqə ilə soydaşlarımızı aldatmış Müsavat və AXCP rəhbərliyi dələduzluğa görə məsuliyyətə cəlb edilməlidir
19 Noyabr 17:24
Aloha Nunyez: Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının prinsiplərinin daha səmərəli şəkildə həyata keçiriləcəyinə əminəm
19 Noyabr 17:20
Naxçıvanda sosial qayğıya ehtiyacı olan məktəbli uşaqlara qış geyimləri verilib
19 Noyabr 17:11
İyirmi dörd yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun yenidən qurulmasına ilkin olaraq 5 milyon manat ayrılıb - SƏRƏNCAM
19 Noyabr 16:53
Haaqada “İstanbul prosesi”nin 7-ci iclasında Azərbaycandakı dini tolerantlıqdan və multikulturalizm siyasətindən danışılıb
19 Noyabr 16:49
Rusiyanın Novqorod vilayəti və Azərbaycanın Şəki rayonu arasında əməkdaşlıq memorandumu imzalanıb
19 Noyabr 16:33
GUAM XİN-in rəsmiləri Kiyevə toplaşır
19 Noyabr 16:28
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ağdam rayonunda vətəndaşları qəbul edib
19 Noyabr 16:07
Sədaqət Vəliyeva: 650 min ağacın əkilməsi təşəbbüsü ekologiyanın sağlamlaşdırılmasına daha bir sanballı töhfə olacaq
19 Noyabr 15:26
BƏƏ, Hindistan və Çin turoperatorları ilə əlaqələr genişləndirilir
19 Noyabr 15:05
“Türkiyə” qəzeti: Mehriban Əliyeva Avropa və dünyada genişmiqyaslı mədəni və sosial layihələrə verdiyi dəstəklə böyük nüfuz qazanıb
19 Noyabr 14:58
Qanunsuz hərəkətlərə yol verən vəzifəli şəxsin 7 milyonluq əmlakına həbs qoyulub
19 Noyabr 14:40
BSU-da “Nəsimi ili”: Çün Nəsimi əyyamın sultanıdır, dövr onun, dövran onun dövranıdır
19 Noyabr 14:39
Xarici ölkələrin səfirliyində çalışan şəxsin vergi öhdəliyi
19 Noyabr 14:23
Hala Tavil: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə təşkilatın daha da güclənəcəyinə inanıram
19 Noyabr 14:17
Şəki Xan Sarayı ilə tanışlıq tur-aksiya iştirakçılarında böyük maraq doğurub
19 Noyabr 14:10
Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi UNESKO-da qeyd ediləcək
19 Noyabr 14:06
AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub
19 Noyabr 14:03
UNESKO-nun Baç Konfransı çərçivəsində Mədəniyyət nazirlərinin forumu keçirilib
19 Noyabr 13:59
Bakıda III “Beynəlxalq dərgi Qara dəniz sosial elmlər simpoziumu” keçirilir
19 Noyabr 13:16
Yeni Azərbaycan Partiyasının İcra Katibliyində partiyanın yaradılmasının 27-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib
19 Noyabr 13:12
Siyavuş Novruzov: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisədir
19 Noyabr 13:01
Həssas qruplardan olan uşaqlar hər cür qayğı ilə əhatə olunublar
19 Noyabr 12:33
“Jewish Journal” nəşrində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsinin açılışı barədə məqalə dərc edilib
19 Noyabr 12:23
Salim Əl-Malik: Azərbaycanın İSESKO ilə münasibətlərinin zəngin tarixi var
19 Noyabr 12:22
MDBMİ-də Azərbaycan həftəsi açılıb
19 Noyabr 12:13
Milli Məclisin növbəti plenar iclası keçirilir
19 Noyabr 12:10
Milli Məclis Sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyəti Sankt-Peterburqda səfərdə olacaq
19 Noyabr 12:08
Maliyyə Bazarlarına Nəzarət Palatası “Sinqapur Fintech Festival x Switch” tədbirində iştirak edib
19 Noyabr 12:04
Sumqayıt şəhəri 70 illik yubileyini qeyd edir
19 Noyabr 12:02
Azərbaycan Mədəniyyət naziri Kuba və Bəhreyndən olan həmkarları ilə görüşüb
19 Noyabr 11:28
Ölkəmiz “Jazz Across Borders” Beynəlxalq Caz Forumunda təmsil olunub
19 Noyabr 11:07
Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri Los-Ancelesdə Amerika Yəhudi Komitəsnin və Sinay Sinaqoqunun rəhbərliyi ilə görüşlər keçirib
19 Noyabr 10:56
Amerikalı din xadimi Azərbaycan İlahiyyat İnstitutunda olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+10 +13
gecə+6 +9