Ana səhifə »  Müəlliflər »  Əli Kərimlinin yaxın ətrafından daha bir ermənipərəst addım
A+   Yenilə  A-
Əli Kərimlinin yaxın ətrafından daha bir ermənipərəst addım
Yazdı: Pərviz Sadayoğlu

Yaxud, Aleksandr Lapşinin əməllərinə bəraət qazandıran dağıdıcı ünsürlər ermənilərlə eyni məqsədə xidmət göstərdiklərini bir daha təsdiqləyirlər
Hər zaman Azərbaycanın milli maraqlarına qarşı olan radikal müxalifət düşərgəsi yenə də öz ampluasındadır. Belə ki, xarici ermənipərəst mərkəzlərlə işbirliyində olan, Azərbaycanın mənafeyinə qarşı fəaliyyət nümayiş etdirən, hətta ümummilli məsələ olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yanaşmada düşmən mövqe sərgiləyən “beşinci kolon” təmsilçiləri bəd əməlləri ilə özlərini növbəti dəfə ifşa edirlər. “Azərbaycan Naminə Demokratiya” adlı qondarma qurumun bu günlərdə yaydığı bəyanat isə radikal düşərgənin əsl simasını bir daha ortaya çıxardı. Məlumat üçün bildirək ki, AXCP sədri Əli Kərimlinin nəzarətində olan bu qondarma qurumun “bəyanat”ında Ukrayna hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Fikrət Hüseynlinin, Gürcüstanda həbs olunmuş Əfqan Muxtarlının və Dağlıq Qarabağ ərazisinə qeyri-qanuni səfər etdiyi üçün Belorus dövləti tərəfindən saxlanılaraq Azərbaycana təhvil verilən Aleksandr Lapşinin həbsi eyniləşdirilir. Bu isə Əli Kərimlinin yaxın ətrafının ermənipərəst mövqeyini bir daha bütün çılpaqlığı ilə ortaya qoyur. O mənada ki, hər üç şəxs konkret cinayət əməlinə görə həbs olunsa da, Lapşin birmənalı şəkildə işğalçı Ermənistanın maraqlarından çıxış edən bir şəxs idi. Lakin sözügedən qondarma təşkilat tərəfindən bu əməl gözardı edilir və açıq şəkildə Lapşinin həbsi pislənilir, onun əməllərinə bəraət qazandırılır.
Beləliklə də bu addımı atmaqla radikal ünsürlər beynəlxalq ictimaiyyəti Lapşinin məsələsinə görə Azərbaycanı qınamağa səsləyirlər. Bir sözlə, radikal müxalifət düşərgəsi, konkret olaraq Əli Kərimli və onun nəzarətində olan qondarma təşkilatlar bir daha hansı məramlara kökləndiklərini, hansı havaya oynadıqlarını ortaya qoyurlar. Sirr deyil ki, A.Lapşin Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarına qeyri-qanuni səfər etməklə beynəlxalq səviyyədə tanınan prinsiplərə zidd hərəkət edib. Buna isə dünyada yalnız ermənilər etiraz etdilər. Maraqlıdır ki, hətta Aleksandr Lapşinin özü də cinayətini etiraf etdi və Azərbaycan xalqından üzr istədi. Demək ki, Əli Kərimli və onun nəzarətində olan bu tipli qondarma qurumlar açıq şəkildə ermənilərin mənafeyinə xidmət göstərir, onların dediklərini təkrarlayırlar. O cümlədən hər zaman erməni KİV-i üçün “istinad mənbəyi” rolunu oynamış Əli Kərimli və onun nəzarətindəki mətbu orqanlar, QHT-lər yenidən üzərlərinə düşən “vəzifə”ni yerinə yetirirlər. Bu kontekstdə, erməni lobbisinin sifarişi olan adıçəkilən bəyanat, yəqin ki, Ermənistan mətbuatı üçün xammal rolunu da oynayacaq.
Əslində bütün bunlar heç də təsadüfi deyil. Ə.Kərimli bu cür xəyanətkar qurumların xətti ilə erməni lobbisi, ermənipərəst xarici mərkəzlər ilə əlaqələr yaradır, bəzən başqa adlar altında gizlənən ermənipərəst dairələrdən qrantlar alır. Eləcə də bu tipli təşkilatlar və onların təmsilçiləri Əli Kərimlinin “siyasi mühacir biznesi”nin Avropadakı həlqələridir. Onlar xaricdəki ermənipərəst mərkəzlərin Əli Kərimliyə ötürüləcək “maddi yardım”larının bir sıra yollarla AXCP sədrinə çatdırılmasında vasitəçilik rolunu da oynayırlar. Ermənipərəst mərkəzlər tərəfindən göndərilən həmin “maddi yardım”ların isə xərclənmə arealı bəllidir. Bu kimi qrantlar və yardımlar birmənalı şəkildə ölkəmizdəki sabitliyin pozulmasına, xaosun yaradılmasına xidmət göstərir.
Beləliklə, bütün bunların fonunda bir daha qeyd edilməlidir ki, artıq bütün əməlləri ifşa olunan radikal ünsürlər, xüsusilə də Əli Kərimlinin yaxın ətrafı Azərbaycan xalqının düşməni olan ermənilərlə eyni səfdə yer aldıqlarını gizlətmirlər. Təbii ki, Ə.Kərimliyə yaxın bir sıra şəxslərin Avropaya “transferinin” də arxasında məhz bu amil dayanır. Azərbaycan dövlətinə təzyiq etmək üçün ermənipərəst mərkəzlər məhz həmin xəyanətkar ünsürlərdən istifadə edir, onların törətdikləri cinayətləri, hüquq pozuntularını siyasi motivlə pərdələməyə çalışırlar.
Lakin bir şey gün kimi aydındır ki, ermənipərəst mərkəzlərin ölkəmizdəki buyruq qulları öz çirkin niyyətlərinə heç zaman nail ola bilməyəcəklər. Çünki Azərbaycan cəmiyyəti onları yaxşı tanıyır və bu ünsürlərin əməllərindən xəbərdardır. Cəmiyyətimiz tərəfindən erməniləri dəstəkləyən bu satqın qruplaşmaya qarşı edilən etirazlar isə bir daha göstərir ki, dağıdıcı müxalifət öz yalanlarının içində əriyib məhv olmağa məhkumdur.

 
  • Oxunub:  18450  |  
  • Tarix:  21-10-2017  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olub

21 Fevral 20:01
Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
21 Fevral 19:54
Ekspert: “Azəriqaz”dakı islahatlar yüz dəfə ölçülüb və bir dəfə qərar verilib”
21 Fevral 19:50
Dövlət Komitəsinin sədri Goranboyda məcburi köçkünləri qəbul edib
21 Fevral 19:47
Milli və dini ayrıseçkilik monoetnik cəmiyyətin yaranmasına səbəb olur
21 Fevral 19:36
Prezident İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub
21 Fevral 17:51
Kamal Abdulla Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru ilə görüşüb
21 Fevral 17:41
Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib
21 Fevral 17:11
Azərbaycanda keçirilən bütün seçkilər mətbuat üçün açıqdır və KİV-lər bu prosesdə önəmli rola malikdir
21 Fevral 17:04
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Hacıqabul, Saatlı rayonlarının və Şirvan şəhərinin sakinləri ilə görüşüb
21 Fevral 17:00
İstiqlal Muzeyində “Xocalıda can qaldı” adlı tədbir təşkil olunub
21 Fevral 16:52
Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul edib
21 Fevral 16:49
Ali Məhkəmənin sədri Ağsu rayonunda vətəndaşları qəbul edib
21 Fevral 16:47
Milli Arxiv İdarəsində müşavirə keçirilib
21 Fevral 16:23
İradə İbrahimova: Vizual məlumat bazasının yaradılması yaşıllıqların qorunması işində müsbət başlanğıcdır
21 Fevral 15:51
Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər
21 Fevral 15:40
Təhsil naziri Kürdəmir şəhərində vətəndaşları qəbul edir
21 Fevral 15:37
Azərbaycan Milli Paralimpiya Komitəsinin ümumi yığıncağı keçirilib
21 Fevral 15:34
Nəzarətsiz zonalarda silahların qeyri-qanuni transferi təhlükəsizlik üçün kəskin təhdid yaradır
21 Fevral 15:18
AMEA-nın Şərqşünaslıq İnstitutu ilə Yaponiya arasında elmi əlaqələrin perspektivləri müzakirə olunub
21 Fevral 15:08
Seymur Orucov: Yeni Azərbaycan Partiyasının gəncləri könüllülər hərəkatında fəal iştirak edirlər
21 Fevral 15:03
YAP İcra Katibliyində Yeni Azərbaycan Partiyasının könüllülərinin toplantısı keçirilib
21 Fevral 14:36
Bakı Şəhər İcra Hakimiyyətində Xocalı faciəsinin ildönümünə həsr olunan tədbir keçirilib
21 Fevral 14:13
Sercio Mattarella: İtaliya ilə Azərbaycan bir-biri ilə dost ölkələrdir və regionda əsas tərəfdaşlardır
21 Fevral 13:52
Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib
21 Fevral 13:49
Los-Ancelesdəki UCLA Universitetində İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
21 Fevral 13:45
Sercio Mattarella: İtaliya-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri geniş və dərin panoramaya malikdir
21 Fevral 13:10
Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanında səfərdədir
21 Fevral 12:54
Sabah ölkə ərazisində temperaturu 15 dərəcəyə yüksələcək
21 Fevral 12:33
Milli Onkologiya Mərkəzində Azərbaycan-Türkiyə müştərək konfransı keçirilib
21 Fevral 12:28
Özbəkistanlı alim Ədəbiyyat İnstitutunun fəxri doktoru seçilib
21 Fevral 12:15
Kibertəhlükəsizlik üzrə yeni strategiya hazırlanır
21 Fevral 11:38
Yanvarda Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 110 milyon dollara yaxın olub
21 Fevral 11:22
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron xidməti “myGov” portalına inteqrasiya olunub
21 Fevral 11:07
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı qurbanlarını xatirəsi anılıb
21 Fevral 10:57
Kənd təsərrüfatı məhsullarının istehsalı artıb
21 Fevral 10:36
Monoetnik dövlət olan Ermənistanın nümayəndələrinin insan hüquqlarından danışması riyakarlıqdır
21 Fevral 10:17
Ceyhun Ələkbərov: Azərbaycan Prezidentinin Münxendə parlaq çıxışı bir daha göstərdi ki, Ermənistanın işğalçı siyasətinin sonu sürətlə yaxınlaşmaqdadır
21 Fevral 10:11
Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 Fevral 09:43
Şəffaf və operativ xidmət
21 Fevral 09:40
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yeni binada fəaliyyətə başlaması ilə bağlı tədbir keçirilib
21 Fevral 09:38
Naftalanda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
21 Fevral 09:36
YAP Qazax rayon təşkilatı Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbir keçirib
21 Fevral 09:33
Xocalı soyqırımı insanlıq tarixinə ən qəddar kütləvi terror aktlarından biri kimi daxil olub
21 Fevral 09:30
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qarşıya qoyulmuş vəzifələr uğurla icra olunur
21 Fevral 09:24
Bakıda “Partners and Business” sərgisi keçirilir
21 Fevral 09:23
UNEC brendi Avropada tanınır
21 Fevral 09:20
Xaçmaz, Qusar və Qubada müasir içməli və tullantı su şəbəkələri yaradılıb
20 Fevral 20:38
Azərbaycan meşə yanğınlarının fəsadlarının aradan qaldırılması məqsədi ilə Avstraliyaya humanitar yardım edib
20 Fevral 20:28
Azərbaycan-İtaliya sənədləri mübadilə edilib
20 Fevral 20:17
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olub
20 Fevral 20:00
Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Senatının Sədri ilə görüşüb
20 Fevral 17:46
Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının Sədri Cüzeppe Konte ilə görüşü olub
20 Fevral 17:39
Rusiyanın Baş Naziri Azərbaycana yeni ticarət nümayəndəsi təyin edib
20 Fevral 17:36
Dövlət Neft və Sənaye Universiteti ilə “British Council” arasında əməkdaşlıq genişlənir
20 Fevral 16:36
Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
20 Fevral 16:31
Azərbaycan Milli Elmlər Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
20 Fevral 16:06
X Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Azərbaycandakı tolerantlıq barədə məlumatlandırılıb
20 Fevral 16:01
AZAL Daşkənddə keçirilən Beynəlxalq Aviasiya Forumunda təmsil olunub
20 Fevral 15:58
Üzüm bağlarında yaz hazırlıqlarına başlanıb: məqsəd məhsuldarlığı artırmaqdır
20 Fevral 15:38
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Gəncə və Goranboyda vətəndaşları qəbul edib
20 Fevral 15:25
Yevlax rayonunda 2019-cu ilin yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib
20 Fevral 15:20
Harvard Universitetinin saytında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Münxendə keçirilən müzakirələrə dair məqalə yerləşdirilib
20 Fevral 15:14
Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın geniş tərkibdə görüşü olub
20 Fevral 15:06
Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşü
20 Fevral 14:57
Prezident İlham Əliyevin Romada rəsmi qarşılanma mərasimi olub
20 Fevral 14:35
Milli Konservatoriyada UNESCO klubunun təqdimatı olub
20 Fevral 14:24
Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri bu ölkənin mətbuatının diqqətindədir
20 Fevral 13:32
Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilib
20 Fevral 13:21
Vyanada ATƏT Parlament Assambleyasının 19-cu qış sessiyası işə başlayıb
20 Fevral 13:17
YAP İcra Katibliyində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransı keçirib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA