Ana səhifə »  Müəlliflər »  Azərbaycan Prezidentinin İslam Həmrəyliyi təşəbbüsü Özbəkistanda böyük rəğbətlə qarşılandı
A+   Yenilə  A-
Azərbaycan Prezidentinin İslam Həmrəyliyi təşəbbüsü Özbəkistanda böyük rəğbətlə qarşılandı
Yazdı: Hikmət BABAOĞLU

“İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” adlı beynəlxalq konfransda İslam Həmrəyliyinin aktuallığı, fərqli dinlər və mədəniyyətlər arasında dialoqun vacibliyi elmi-nəzəri kontekstdə və real siyasi proseslər əsasında müzakirə edildi

 

Özbəkistanda - müxtəlif mədəniyyətlərin sülh şəraitində mövcud olduğu, qarşılıqlı anlaşma və tolerantlıq mühitinin hökm sürdüyü bir ölkədə nüfuzlu dövlət, elm və din xadimlərinin, beynəlxalq təşkilatların rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri bu tədbirin keçirilməsi qanunauyğun bir haldır. Ölkələrimiz İslam mədəniyyətinin və dünya mədəni-tarixi irsinin mərkəzi sayılır. Müsəlman intibahında mühüm rol oynayan Azərbaycan və Özbəkistan Şərqlə Qərb arasında birləşdirici körpü olaraq müxtəlif mədəniyyətlərin, dinlərin və konfessiyaların inkişafına əvəzsiz töhfə verib.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

 

Dövlətlərimiz və xalqlarımız ta qədimdən dostluq edib və bundan sonra da edəcəklər. Daşkənd, Səmərqənd, Buxara və Xivə şəhərləri İslam mədəniyyətinin mərkəzləri kimi məşhurdur. Özbəkistanın İmam Buxari, Maturidi, Termezi kimi məşhur şəxsiyyətləri olub və onları bütün dünyada tanıyırlar. Ölkəmiz milli mənəvi dəyərlərə hörmət edən ölkə kimi tanınıb. Hazırda Özbəkistanda 130 xalq və millətin, 16 konfessiyanın nümayəndələri sabitlik və əmin-amanlıq şəraitində yaşayırlar.

Şavkat Mirziyayev
Özbəkistan Respublikasının Prezidenti


Müasir dövrdə beynəlxalq münasibətlər sisteminə təsir edən başlıca amillərdən biri sivilizasiyalararası dialoqdur. Mürəkkəb beynəlxalq münasibətlər şəraitində fərqli dinlər və mədəniyyətlər arasında dialoqun yaradılması tərəqqipərvər bəşəriyyətin inkişafı, regional və beynəlxalq təhlükəsizliyin, sülh, sabitlik və həmrəyliyin təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir.
İslam həmrəyliyi təkcə müsəlman ölkələri üçün deyil, həm də beynəlxalq münasibətlər sistemində gərginliyin azaldılması üçün vacibdir
Əfsuslar olsun ki, bu gün müəyyən geopolitik mərkəzlərin, xüsusilə də islamofob dairələrin ekspansionalist siyasəti nəticəsində müsəlman coğrafiyasında dini və etnik zəmində ciddi kataklizmlər yaşanır, xaos və anarxiya mühiti hökm sürür. İslam terror dini, müsəlmanlar isə radikal-ekstremist toplum kimi səciyyələndirilir. Bu hal özlüyündə İslam Həmrəyliyinin yaradılmasını və bu istiqamətdə ardıcıl, məqsədyönlü fəaliyyətin təmin olunmasını, eləcə də ciddi təşəbbüslərin ortaya qoyulmasını zəruri edir. 
Əminliklə söyləmək olar ki, İslam Həmrəyliyi təkcə müsəlman ölkələri üçün deyil, həm də beynəlxalq münasibətlər sistemində gərginliyin azaldılması üçün vacibdir. Çünki İslam Həmrəyliyi ideyası özündə sülh, sabitlik, dialoq və tərəqqi kimi mütərəqqi dəyərləri ehtiva edir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən İslam həmrəyliyi beynəlxalq konfransları dinlər və mədəniyyətlərarası dialoq platformasının yaradılmasına böyük töhfələr verir
Sevindirici haldır ki, tolerantlıq nümunəsi olan, multikultural dəyərləri təbliğ edən Azərbaycan bu kontekstdə mütərəqqi nümunə kimi çıxış edir. Başqa sözlə, Azərbaycan etnik və dini zəmində sabitliyin hökm sürməsi, fərqli etnik mənsubiyyətə və dini dünyagörüşünə sahib olan qrupların əmin-amanlıq və sülh şəraitində yaşaması ilə fərqlənir. Bundan başqa, ölkəmiz İslam Həmrəyliyi təşəbbüsü ilə çıxış edərək bu istiqamətdə mühüm tədbirlər həyata keçirir. Bu kontekstdə Prezident İlham Əliyev tərəfindən Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması böyük əhəmiyyətə malikdir. 
O da qeyd edilməlidir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən İslam Həmrəyliyi beynəlxalq konfransları dinlər və mədəniyyətlərarası dialoq platformasının yaradılmasına böyük töhfələr verir. Azərbaycan həm müxtəlif tədbirlərə ev sahibliyi etməklə, həm də dünyanın ayrı-ayrı ölkələrində keçirilən beynəlxalq konfranslarda uğurla təmsil olunmaqla İslam həmrəyliyinin möhkəmləndirilməsi, bu istiqamətdə səmərəli fikir mübadiləsinin aparılması və işbirliyinin gücləndirilməsi prosesində fəal rol oynayır. Bu kontekstdə oktyabrın 18-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda keçirilən beynəlxalq konfransın əhəmiyyətinə xüsusi olaraq diqqət yetirmək lazımdır. 
Özbəkistanın paytaxtı Daşkənd şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin, Özbəkistan Nazirlər Kabineti yanında Dini İşlər üzrə Komitəsi və Özbəkistan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə keçirilən konfransda Milli Məclisin deputatları, tanınmış elm, mədəniyyət və din xadimlərindən ibarət nümayəndə heyəti, Türkiyənin din xadimləri iştirak etdilər. Konfransa Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərindən, Qaraçay-Çərkəz Respublikasından və digər müsəlman subyektlərindən, həmçinin bir sıra beynəlxalq təşkilatlardan nümayəndələr də qatılmışdılar. Tədbirdə həmçinin Özbəkistan tərəfdən Baş nazir Abdulla Aripov, Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Usmanxon Alimov, Nazirlər Kabineti yanında Dini İşlər üzrə Komitənin sədri Ortikbek Yusupov və digərləri iştirak edirdilər. Konfransda İslam həmrəyliyinin aktuallığı, fərqli dinlər və mədəniyyətlər arasında dialoqun vacibliyi elmi-nəzəri kontekstdə və real siyasi proseslər əsasında müzakirə edildi.
Özbəkistan Prezidentinin müşaviri Alişer Sultanov dövlət başçısı Şavkat Mirziyayevin konfrans iştirakçılarına müraciətini oxudu. Müraciətdə deyilir ki, dövlətlərimiz və xalqlarımız ta qədimdən dostluq edib və bundan sonra da edəcəklər. Daşkənd, Səmərqənd, Buxara və Xivə şəhərləri İslam mədəniyyətinin mərkəzləri kimi məşhurdur. Özbəkistanın İmam Buxari, Maturidi, Termezi kimi məşhur şəxsiyyətləri olub və onları bütün dünyada tanıyırlar. Ölkəmiz milli mənəvi dəyərlərə hörmət edən ölkə kimi tanınıb. Hazırda Özbəkistanda 130 xalq və millətin, 16 konfessiyanın nümayəndələri sabitlik və əmin-amanlıq şəraitində yaşayırlar. Daşkənddə İslam İnstitutu və İslam Universiteti fəaliyyət göstərir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxudu. Müraciətdə deyilir ki, Özbəkistanda - müxtəlif mədəniyyətlərin sülh şəraitində mövcud olduğu, qarşılıqlı anlaşma və tolerantlıq mühitinin hökm sürdüyü bir ölkədə nüfuzlu dövlət, elm və din xadimlərinin, beynəlxalq təşkilatların rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri bu tədbirin keçirilməsi qanunauyğun bir haldır. Ölkələrimiz İslam mədəniyyətinin və dünya mədəni-tarixi irsinin mərkəzi sayılır. Müsəlman intibahında mühüm rol oynayan Azərbaycan və Özbəkistan Şərqlə Qərb arasında birləşdirici körpü olaraq müxtəlif mədəniyyətlərin, dinlərin və konfessiyaların inkişafına əvəzsiz töhfə verib. Bu günlərə qədər qorunub saxlanılan tolerantlıq və mədəni-etnik rəngarənglik mühiti xalqlarımızın mənəvi zənginliyini göstərən tarixi nailiyyətdir.
Müraciətdə qeyd olunur ki, bu gün tolerantlıq və multikulturalizm kimi tarixi ənənələrə sadiq qalan dövlətlərimiz öz xarici siyasətlərində İslam dünyası ilə və başqa dövlətlərlə münasibətlərin möhkəmlənməsinə eyni səviyyədə mühüm əhəmiyyət verir. Qeyd edilir ki, bu gün dünyada insan sivilizasiyası üçün real təhlükə sayılan ziddiyyətli proseslər və hadisələr baş verir. Müxtəlif regionlarda etnik və dini zəmində münaqişələr yaranır, terrorizm, separatizm, ksenofobiya, islamofobiya meyilləri güclənir, dindən siyasi məqsədlər üçün istifadə etməyə cəhd göstərilir. Bəşəriyyət yalnız birgə səylərlə bu təhlükələrə qarşı dura bilər. Bizi sevindirir ki, Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilən ildə xalqlarımız arasında olan dostluq münasibətləri dövlətlərimizin İslam həmrəyliyi və dinlərarası dialoqun tərəfdarı olduğuna bir daha sübutdur.
Azərbaycan və Özbəkistan öz multikultural dəyərləri və tolerant ictimai mühiti ilə İslam həmrəyliyi və mədəniyyətlərarası dialoqun inkişafına zəmin yaradır
Şübhəsiz ki, Azərbaycan və Özbəkistan öz multikultural dəyərləri və tolerant ictimai mühiti ilə İslam Həmrəyliyi və mədəniyyətlərarası dialoqun inkişafına zəmin yaradır. Konfransda çıxış edən şeyxülislam Allahşükür Paşazadə bu məqamlara toxunaraq qeyd etdi ki, Daşkənddə keçirilən bu konfrans Azərbaycanın və Özbəkistanın İslam Həmrəyliyi ideyalarına, o cümlədən mədəniyyətlərarası dialoq ənənələrinə sadiq olduğunu sübut edir. Özbəkistan İslam dünyasının bir hissəsi kimi İslam sivilizasiyasının inkişafına öz töhfəsini verib.
Allahşükür Paşazadə “İslam Həmrəyliyi İli” çərçivəsində Azərbaycanda və digər ölkələrdə keçirilən tədbirlər barədə də məlumat verdi. Şeyxülislam dedi ki, Daşkənddə, Səmərqənddə, Buxarada müxtəlif millətlərin nümayəndələri bir ailə kimi yaşayırlar: “Bir çox din xadimləri kimi, mənim taleyim də Özbəkistan, onun xalqı, bu müqəddəs torpağın gözəl ənənələri ilə sıx bağlıdır. Bunun üçün biz özbək xalqına minnətdarıq”.
Allahşükür Paşazadə vurğuladı ki, müstəqil Azərbaycan və Özbəkistan arasında münasibətlərin təməlini Ümummilli lider Heydər Əliyev və Özbəkistanın birinci Prezidenti İslam Kərimov qoyublar. Bu gün bu münasibətləri prezidentlər İlham Əliyev və Şavkat Mirziyayev uğurla davam etdirirlər. Azərbaycan və Özbəkistan inamla irəliyə doğru addımlayır. Bu yolda əsas məqsəd xalqın rifahı və xoşbəxtliyi, dünya birliyində layiqli yer tutmaqdır.
Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Usmanxan Alimov Azərbaycan-Özbəkistan dostluğundan danışdı, qardaş xalqlar arasında dostluğun qədim tarixə söykəndiyini diqqətə çatdırdı. Bu iyul ayında Azərbaycana səfərini xatırladan U. Alimov ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsinin əhəmiyyətindən də bəhs etdi.
Həqiqətən, həm Azərbaycan, həm də Özbəkistan ayrılıqda tolerantlığın və multikultural dəyərlərin təbliğinə İslam Həmrəyliyi kontekstində böyük əhəmiyyət verirlər. Bununla yanaşı, iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafı bütövlükdə İslam həmrəyliyinin təşviqi və möhkəmləndirilməsinə mühüm töhfə kimi səciyyələndirilir. İslam həmrəyliyi təşəbbüsünün hər iki ölkədə və digər müsəlman dövlətlərində rəğbətlə qarşılanması da bunun bariz nümunəsidir.
İslam həmrəyliyi təşəbbüsü fərqli dini icmalar tərəfindən rəğbətlə qarşılanmaqla sivilizasiyaların dialoqunu təmin edən vasitə kimi qəbul edilir
Ümumiyyətlə, İslam həmrəyliyi təşəbbüsü fərqli dini icmalar tərəfindən rəğbətlə qarşılanmaqla sivilizasiyaların dialoqunu təmin edən vasitə kimi qəbul edilir. Çünki İslam həmrəyliyi təşəbbüsünün əsasında heç bir dini və məzhəb ayrı-seçkiliyinə yol verilməməsi, fərqli dini icmaların sülh, sabitlik, tərəqqi və həmrəyliyə xidmət edən mövqedən çıxış etmələrinin zəruriliyi kimi müsbət dəyərlər dayanır.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov isə diqqətə çatdırdı ki, müasir dünyada baş verən siyasi proseslər, müsəlman ölkələrindəki müharibə və münaqişələr, bəzi ölkələrdə islamofobiyanın yayılması İslam dünyasında həmrəyliyin zəruriliyini bir daha əyani surətdə göstərir. Belə şəraitdə Azərbaycan bütün dünyada İslam həmrəyliyinin təmin edilməsinin tərəfdarı kimi çıxış edir. 2015-ci ildə Azərbaycanda ilk Avropa Oyunlarının, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ölkəmizin sivilizasiyalar və dinlər arasında dialoq məkanı, iqtisadi və mədəni körpü olduğunu göstərir. 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi isə İslamı təhlükəli sayan, xalqları dini mənsubiyyətlərinə görə ayıran, müsəlman qaçqınlara hörmətsizlik edən və “STOP İslam” kampaniyası aparanlara bir mesajdir. Azərbaycan müsəlman dünyası ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın çərçivələrini müəyyən edib. Bu kontekstdə dost və qardaş Özbəkistanla əlaqələr böyük əhəmiyyət daşıyır.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov konfransda çıxışı zamanı diqqətə çatdırdı ki, Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ili ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ili isə “İslam Həmrəyliyi İli” elan edib. Xalqımızın tarixi keçmişindən qalan tolerantlıq və multikulturalizm prinsipləri ölkəmizin qanunvericiliyində də öz əksini tapıb. Belə ki, parlament “Dini etiqad azadlığı haqqında”, “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanunlar qəbul edib: “Azərbaycan-Özbəkistan əlaqələri fonunda İslam həmrəyliyinə qiymət verərkən demək olar ki, bu münasibətlərin təməlində əsrlərin dərinliklərindən gələn mədəniyyət, dil və adət-ənənələrin yaxınlığı, tarix boyu formalaşan mənəvi və ümumbəşəri dəyərlər dayanır”.
Parlamentin komitə sədri vurğuladı ki, xalqlarımızın İslam sivilizasiyasına verdiyi töhfəni dahi Azərbaycan şairi Nizami Gəncəvinin, Azərbaycan alimi Nəsirəddin Tusinin, dahi özbək şairi Əlişir Nəvainin, məşhur alim və dövlət xadimi Mirzə Uluqbəyin yaradıcılığında görmək olar. Bu yaxınlığın nəticəsidir ki, Bakıda Əlişir Nəvainin, Daşkəndə Nizami Gəncəvinin abidələri qoyulub.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə isə çıxışında diqqətə çatdırdı ki, ölkəmizdə ayrı-ayrı dinlərin nümayəndələri sülh şəraitində yaşayırlar. Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzi uğurla fəaliyyət göstərir. Bir neçə il bundan əvvəl Bakı İslam mədəniyyətinin paytaxtı elan edilib. Azərbaycanda milli mənəvi dəyərlərə hörmət edilir. Gələcək nəsillər dini fanatizmin qurbanına çevrilməməlidir. Bu məsələdə, ilk növbədə, biz alimlər və ilahiyyatçılar məsuliyyət daşıyırıq. Təkcə İslam alimləri deyil, həm də tarixçilər, şərqşünaslar, hətta dəqiq fundamental elmlərin nümayəndələri bu işdə fəal olmalıdırlar.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi İslam Həmrəyliyi beynəlxalq konfranslarını yüksək intellektual və multikultural əsaslarda təşkil edir
Bu kontekstdə toxunulması zəruri olan mühüm məqamlardan biri isə budur ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi İslam Həmrəyliyi beynəlxalq konfranslarını yüksək intellektual və multikultural əsaslarda təşkil edir. Bu iki qurumun koordinasiyalı fəaliyyəti, tolerantlıq və multikultural dəyərləri uğurla təbliğ və təşviq etməsi, bu prosesə müxtəlif dini icmaların nümayəndələrinin cəlb olunması təqdirəlayiq hal kimi çıxış edir. Bundan öncə təşkil edilən konfransların nəticələri göstərir ki, birgə fəaliyyət nəticəsində təşkil olunan bu cür mötəbər tədbirlər bu istiqamətdə qarşıya qoyulan məqsədə - İslam həmrəyliyinin uğurla təbliğ olunmasına, dini və məzhəb ayrı-seçkiliyinə yol vermədən multikultural dəyərlərin aşılanmasına nail olmağa imkan verir. 
Səmavi dinlərin sülh fəlsəfəsi və həmrəylik terrorizm və radikalizmə qarşı effektiv mübarizə vasitəsidir
Konfransın nəticələri həm də onu göstərir ki, terrorizm və radikalizmə qarşı effektiv mübarizə mexanizminin formalaşdırılmasında səmavi dinlərin sülh fəlsəfəsi və həmrəylik amili müstəsna önəm kəsb edir. Həqiqətən də, bu gün terrorizm və radikalizm bəşəriyyətə qarşı yönəlmiş başlıca təhdid ünsürləri sırasında yer alır. Müxtəlif mərkəzlərin radikalizm və terrorizmi təbliğ etməsi, eləcə də müəyyən xalqların hədəfə alınması dinc birgəyaşayışa, tolerantlıq ənənələrinin möhkəmlənməsinə və multikultural dəyərlərin təbliğinə ciddi əngəllər yaradır. Xüsusilə, islamofob mərkəzlərin müsəlman ölkələrinə qarşı total hücumları bütün bəşəriyyət üçün təhdidlərin meydana çıxmasına səbəb olur.
Bəhs olunan konfransda çıxışı zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu məqamlara toxunaraq qeyd etdi ki, İslam Həmrəyliyi bu gün İslam dünyası qarşısında duran mühüm vəzifədir. İslam Həmrəyliyi ancaq müsəlman ölkələrində deyil, bütün dünyada harmoniyanın və dinc yanaşı yaşamağın mühüm şərtlərindəndir. Müsəlman dünyasını ümumi məqsəd əsasında birləşdirmək və vahid mövqedən çıxış etmək Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin bu ili ölkəmizdə “İslam Həmrəyliyi İli” elan etməsi bizi fərəhləndirməklə yanaşı, dövlətimizin başçısının İslam birliyinə həssas münasibətini də göstərir. İslam Həmrəyliyinin əhəmiyyətindən danışan Azərbaycan Prezidenti deyib ki, bu ilin “İslam Həmrəyliyi İli” elan edilməsi bizim siyasətimizi və məqsədimizi əks etdirir. Biz müsəlman ölkələri öz aramızdakı problemləri sülh yolu ilə həll etməli və həmrəyliyi gücləndirməliyik.
Əmir Teymurun ruhunun hakim olduğu qədim və yeni Səmərqənd
Daşkənddə “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfrans başa çatdıqdan sonra yüksək sürətli qatar vasitəsilə Səmərqənd şəhərinə yollandıq. Teymurilər dövlətinin paytaxtı, Orta Asiyanın böyük mədəniyyət və ticarət mərkəzi olan Səmərqənd şəhərində olmaq çoxdankı arzum idi. Özbəkistan qısa müddət ərzində bir neçə şəhərlə paytaxt arasında yüksək sürətli qatar xətti yaratmağa nail olub. Daşkənd-Səmərqənd, Daşkənd-Buxara və digər istiqamətlərdə yüksək sürətli qatarlarla hərəkət etmək mümkündür. Qatarların sürəti saatda 250 km-ə qədər arta bilir. Bizim vaqonlarda müşahidə etdiyimiz ən yüksək sürət isə 222 km oldu. Ona görə də biz təqribən 300 km-lik məsafəni iki saata yaxın müddətdə qət edə bildik.
Səmərqənd özünəməxsus ruhu olan şəhərdir, desək, yanılmarıq. Bu şəhərin çoxsaylı özünəməxsus keyfiyyətləri var. Səmərqənddə qaldığımız hotelin qarşısında Əmir Teymurun taxt üzərində oturmuş, başında tacı olan möhtəşəm bir heykəli ucaldılıb. Mənə elə gəldi ki, sanki bu gün də Səmərqəndin hökmdarı elə Əmir Teymurdur. Sanki Əmir Teymurun ruhu hələ də bütövlükdə Özbəkistan üzərində hiss edilir.
Özbəkistanda yolboyu hərəkət edərkən sanki Azərbaycanın bir rayonundan digərinə səfər edirsən. Yolun sağına və soluna səpələnmiş kəndlər, kəndlərin ətrafını çevrələmiş qələmə və çinar ağacları, pambıq sahələri, taxıl zəmiləri, suvarma kanalları və s. hamısı Azərbaycanı xatırladır. Özbəkistanda SSRİ dövründən qalmış xüsusi kanal sistemləri hələ də fəaliyyətdədir. Ölkə iki böyük çay arasında - Mavərənnəhrdə yerləşdiyi üçün Amudərya və Sırdərya çaylarının suyundan əkinçilik məqsədilə səmərəli istifadə edilir. Bütövlükdə, Özbəkistanın 33 milyon əhalisi var. Hər il əhali təqribən 500 minə qədər artır ki, bu da hər iki ildən bir əhali sayının bir milyon nəfər artdığını göstərir. Belə sürətli demoqrafik artıma malik olan ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün bu ölkənin çox böyük potensialı var. Ən böyük potensialın kənd təsərrüfatı sahəsinə aid olması ilə yanaşı, Özbəkistanda zəngin yeraltı qaynaqlar var ki, bunun başında uran gəlir. Əgər bundan səmərəli istifadə edilsə, Özbəkistan gələcəkdə Mərkəzi Asiyada ən sürətlə inkişaf edən ölkələrdən birinə çevrilə bilər.
Özbək xalqı əməksevər və səmimi xalqdır. Onların bu keyfiyyəti hər addımda özünü büruzə verir. İstər sizi müsafir edərkən, istərsə də sizinlə ünsiyyətdə olarkən onların səmimiyyətini duymaq mümkündür. Özbək xalqının ən böyük mənəvi zənginliklərindən biri də onların bu cür səmimi olmalarıdır. Ayrıca, Özbəkistanda çoxsaylı xalqlar yaşayır və bu ölkə Azərbaycan kimi multikultural və tolerantdır.
Azərbaycanın təşəbbüsü ilə keçirilən konfransda həmçinin yerli pravoslav və ortodoks kilsəsinin, o cümlədən digər dinlərin nümayəndələrinin iştirak etməsi onu göstərdi ki, İslam Həmrəyliyi yalnız müsəlman həmrəyliyi demək deyil. Sivilizasiyaların dialoq qurması üçün təşkil olunan konfrans İslam dini ilə yanaşı, digər səmavi dinlərin həmrəyliyini şərtləndirir. Bu məqsədlə də Azərbaycan nümayəndələrinin tərkibində həm ortodoks, həm pravoslav, həm də yəhudi icmasının rəhbəri iştirak edirdilər. Elə bu zəngin nümayəndə heyəti ilə də Səmərqənd şəhərinə çatdıq.
Düşünürəm ki, Səmərqənd başdan-başa Əmir Teymurun əsəridir. 2750 ildən çox yaşı olan bu şəhər öz qədimliyi ilə insanı heyrətə gətirir. Şəhər kontinental iqlimə malik olsa da, başdan-başa yaşıllıqlardan ibarətdir. Tarixi ənənələrin davamı olaraq şəhərin küçələrindəki xüsusi arxlardan yağış və sel sularından qorunmaq və suvarmanı təmin etmək üçün hələ də effektiv şəkildə istifadə edirlər. Şəhərin adı hər nə qədər Əmir Teymurun adı ilə assosiasiya olunsa da, bir o qədər də Azərbaycanla bağlıdır. Çünki bu şəhərin tikilməsində Azərbaycan memarlarının, ustalarının, nəqqaş və mühəndislərinin böyük əməyi olub. Əli Hafiz adlı azərbaycanlı memarın tikdiyi Bibixanım məscidi bu gün də möhtəşəmliyi ilə Səmərqəndə yaraşıq verir.
Səmərqənd küçələrində dolaşarkən Əmir Teymurun Hindistandan dönərkən Qarabağda qışlaması, Şirvanşah I İbrahimlə dialoqları, o cümlədən İmadəddin Nəsimi ilə fəlsəfi polemikası düşüncələrimdə canlandı.
Növbəti gün Əmir Teymurun məqbərəsini ziyarət etdik. Sözün əsl mənasında, Əmir Teymurun adına yaraşan bu məqbərəni digər abidələrlə müqayisə etmək qeyri-mümkündür. Buraya daxil olarkən ilk olaraq diqqəti onun məzarının üzərindəki tuğrası çəkir. Bu tuğra müqəddəs hesab olunur və Əmir Teymur səfərlərə gedərkən bu tuğranın altından keçib gedərmiş.
Nümayəndə heyətimizin bir neçə üzvü ilə məzarı ziyarət etmək üçün zirzəmi qatına endik. Bu əzəməti görmək üçün dar və alçaq qapıdan keçməli olduq. Görünür, simvolik olaraq Teymurun hüzurunda əyilmək üçün belə tikilmişdi. Mən dərhal Əmir Teymurun məzarının şəklini çəksəm də, bəlkə də, onun ruhunu incidəcəyimi düşündüyüm üçün həmin şəkli oradaca silmək qərarına gəldim. Bununla onun ruhuna da hörmət göstərmiş olduğumu düşündüm.
Böyük təəssüratlarla oradan ayrılıb Səmərqənddən 20 km-lik məsafədə yerləşən böyük İslam alimi Buxarinin məzarını ziyarət etməyə yollandıq. Buxari əslən Buxaradan olduğu üçün bu adı özünə ləqəb götürüb. Elm-irfan öyrənmək üçün Mədinəyə və Məkkəyə yollanan Buxari daha sonra böyük alim kimi yetişir. Vətəninə qayıtmaq istəyən Buxari yerli din xadimləri tərəfindən qısqanclıqla qarşılandığı üçün öz yurd-yuvasından didərgin düşür. Çıxış yolunu isə Buxaradan qaçmaqda görür. Beləliklə, Səmərqənd yaxınlığında bir kəndə gəlir və burada haqqın dərgahına qovuşur. Bir növ Məhəmməd peyğəmbərin həyatını yaşamış olur. Daha sonralar böyük İslam alimi və “Səhih-Buxari” kitabının müəllifi kimi hər kəsin diqqətini çəkir.
Buxari adına tikilmiş məsciddə şeyxülislam Allahşükür Paşazadənin iştirakı ilə namaz qıldıq. Daha sonra Səmərqənddə dəfn olunan Özbəkistanın böyük dövlət xadimi İslam Kərimovun məzarını ziyarət etdik. İslam Kərimov hər nə qədər böyük siyasətçi olsa da, din adamı kimi dəfn olunmağa üstünlük verdiyi üçün elə onu da qədim bir qəbiristanlıqda dəfn edib, üstündə türbə tikiblər.
Elm və irfan mərkəzi Buxarada bir gün
Səmərqənddən sonra zəngin təəssüratlarla Buxara şəhərinə gəldik. Buxara şəhəri sanki Səmərqənddən daha qədimdir, desək, yanılmarıq. İnsan özünü orta əsrlərdə hiss edir, bu şəhərdə hündürmərtəbəli binalara rast gəlmək mümkün deyil. Məqbərə və mədrəsələr Buxaranın əsl simasını müəyyənləşdirir. Buxaranın küçələrində dolaşarkən insan özünü sanki 600 il keçmişə qayıtmış kimi hiss edir. İnsana qəribə bir rahatlıq və ruhi təmizlik gəlir.
Mir Ərəb mədrəsəsinin nuru
Özbəkistanın hər yerində olduğu kimi, Buxarada da özbəklərin Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəyə qarşı xüsusi diqqət və qayğısının şahidi olduq. Şeyxülislam konfransda etdiyi möhtəşəm çıxışı ilə, elm-irfan aldığı ustadlarının adlarını yüksək səslə zikr etməklə, Özbəkistan mənəviyyatının və mədəniyyətinin böyük təmsilçilərini xatırlamaqla özbəklərin dərin rəğbətini təkrar qazandı. Bu yerdə düşündüm ki, şeyx həzrətlərinə olan münasibət həm də onun qədrşünaslığından irəli gəlir.
Bizim üçün burada ən əlamətdar olan mühüm tikililərdən biri də Mir Ərəb mədrəsəsidir. Bu mədrəsədə 500 ildən çoxdur ki, alimlər və din xadimləri yetişdirilir. Azərbaycandan olan bir neçə nəfər də bu mədrəsənin yetirmələridir. Həm azərbaycanlı olan, həm də bu günə qədər mədrəsədə təhsil alan tələbələrin ən yüksək rütbəyə çatmışı şeyxülislamdır. Mədrəsənin içərisində şeyxülislam Allahşükür Paşazadənin böyük tablosu, avtobioqrafik məlumatları asılıb. Fəxri məzun kimi onun gənclik illərində təhsil aldığı dövr, ali təhsil müəssisələrində mühazirə oxuduğu və bütün Qafqazın şeyxi kimi fəaliyyətini əks etdirən şəkillər ardıcıllıqla fotostenddə əksini tapıb. Şeyx həzrətlərinin təhsil aldığı sinif otağını da görmək imkanımız oldu. Otaq şeyxin rəsmləri ilə bəzədilmişdi. Bu, bir azərbaycanlı kimi, hər birimizdə qürur hissi yaratdı.
İş elə gətirdi ki, biz Buxarada olarkən oktyabrın 22-də Buxara şəhərinin “şəhər günü” qeyd olunurdu. Çox maraqlı tədbirlər hazırlanmışdı. Biz şəhər merinin dəvəti ilə həmin tədbirdə iştirak etdik. Uzaqdan döyüş borularının səsi gəlirdi. Meydana irəliləyərkən sanki orta əsrlərə aid bir döyüş meydanına doğru gedirdik. Boruların qədim və vahiməli səsi insanda qəribə ovqat yaradırdı. Meydanın bir tərəfində incəsənət nümayəndələri, digər tərəfində isə idmançılar şəhərin bayramını coşqunluqla qeyd edirdilər. Elə meydandaca bayram süfrəsi açılmışdı.
Yeri gəlmişkən, bir az da özbək mətbəxi haqqında danışmaq istərdim. Özbəklərin mətbəxi çox zəngindir. Özbək mətbəxi oturaq həyat keçirən insanın həyat tərzinə uyğun olmasa da, dadı və ləzizliyi ilə hər bir insanın damaq zövqünü oxşayır. Bildiyiniz kimi, özbəklər plov yeməyini çox sevirlər, həm bir-birinə çox bənzəyən, həm də bir-birindən xeyli fərqlənən çoxsaylı plov növləri var. Ət və xəmirin kombinasiyası ilə çoxsaylı yeməklər bişirilir. Bunların başında gələn ən ləziz təamlardan biri də samsa adlanır. 
Bu ölkədə kənd təsərrüfatı məhsulları da boldur. Xüsusilə də bazarlarında bolluq və zənginlik müşahidə etdik. Buxarada və Səmərqənddə bazarlarda yüksək mədəniyyətin olduğunu gördük. Şübhəsiz ki, bu mədəniyyətin kökləri orta əsrlərdən gəlir.
Əmir Teymur demişdir ki, əgər kim altın və zənginlik istəyirsə, Səmərqəndə gəlsin. Kim elm-irfan istəyirsə, Buxaraya gəlsin. Biz hər iki şəhərdə olmaqla həm Teymurilərin iqtisadi paytaxtını, həm də irfan paytaxtını gördük. Bugünkü Özbəkistan bu iki ənənənin - zənginlik və irfanın vəhdətini təşkil edir.
Hikmət BABAOĞLU
Bakı-Daşkənd-Səmərqənd-Buxara-Bakı

 
  • Oxunub:  10230  |  
  • Tarix:  25-10-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan ilə Belarus arasında strateji tərəfdaşlığa və qarşılıqlı etimada əsaslanan münasibətlər uğurla inkişaf edir

20:29
21 Noyabr
“Kibertəhlükəsizlik: çağırışlar, trendlər və qabaqcıl təcrübələr” mövzusunda seminar keçirilib
20:27
21 Noyabr
Yeni Azərbaycan Partiyasının uğurlarının təməlində sözlə əməl birliyi dayanır
20:22
21 Noyabr
Türkdilli Ölkələrin Parlament Assambleyasının plenar iclası İzmir Bəyannaməsinin qəbul olunması ilə başa çatıb
20:21
21 Noyabr
Heydər Əliyev siyasi xətti Azərbaycanın dünəni, bu günü və gələcəyidir
20:13
21 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-ın Bruklin şəhərinin meri ilə görüşüb
20:10
21 Noyabr
Aşqabaddakı Türkmən milli xalça muzeyi ilə tanışlıq
20:02
21 Noyabr
Prezident İlham Əliyev Aşqabadda Olimpiya Kompleksi ilə tanış olub
19:59
21 Noyabr
Muxtar respublikada YAP-ın yaradılmasının 26-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirilib
19:57
21 Noyabr
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir
17:53
21 Noyabr
ADA Universiteti beynəlxalq mükafata layiq görülüb
17:51
21 Noyabr
Elektrik enerjisi sektorunda islahatlar müzakirə olunub
17:40
21 Noyabr
Prezident İlham Əliyev Aşqabadda “Xalq xatirəsi” memorial kompleksini ziyarət edib
17:34
21 Noyabr
Qazaxıstanda türk dünyasının mənəvi yenilənməsinə dair beynəlxalq konfrans keçirilib
17:10
21 Noyabr
Ucarda Yeni Azərbaycan Partiyasının təsis olunmasının 26-cı ildönümü qeyd edilib
17:07
21 Noyabr
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
17:01
21 Noyabr
Əli Əhmədov: Yeni Azərbaycan Partiyasının yaranması, keçdiyi şərəfli tarixi yol Azərbaycan tarixinin ən önəmli hadisələri sırasındadır
16:59
21 Noyabr
Azərbaycanda ilk dəfə Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb
16:52
21 Noyabr
Azərbaycan Tacikistan ilə əmtəə dövriyyəsinin genişləndirilməsində maraqlıdır
16:49
21 Noyabr
Goranboyun Yəhərçi Qazaxlar kəndi “mavi yanacaq”la təmin edilib
16:40
21 Noyabr
YAP Sədrinin müavini: Bu gün YAP-ın sıralarında 725 min Azərbaycan vətəndaşı birləşib və bu möhtəşəm bir siyasi ordu deməkdir
16:35
21 Noyabr
YAP Zərdab rayon təşkilatında partiyanın yaranmasının 26-cı ildönümü qeyd olunub
16:33
21 Noyabr
YAP Bərdə rayon təşkilatı partiyanın yaradılmasının 26-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirir
16:17
21 Noyabr
Oğuzun Muxas kəndinə təbii qaz verilib
16:14
21 Noyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana rəsmi səfərə gəlib
16:12
21 Noyabr
XİN: Paşinyanın azərbaycanlı girovlarla bağlı bəyanatı onun ümumbəşəri humanizm prinsiplərini rədd edən biri olduğunu göstərir
16:09
21 Noyabr
TANAP və TAP boru kəmərləri bir-birinə qaynaq olunub
15:32
21 Noyabr
Moskvada MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin altıncı görüşü keçirilib
15:29
21 Noyabr
Yeni Azərbaycan Partiyasının ötən 26 ildə qazandığı uğurların təməlində sözlə əməl birliyi dayanır
15:23
21 Noyabr
Vladimir Solovyov: Rusiyalılar müasir Azərbaycanın həyatı barədə nə qədər çox məlumatlı olsalar, xalqlarımız arasında qarşılıqlı münasibətlər bir o qədər yaxşı olacaq
15:17
21 Noyabr
Masallının daha iki kəndi qazlaşdırılıb
15:13
21 Noyabr
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
15:08
21 Noyabr
Dövlət Sərhəd Xidməti ilə Türkiyənin Silahlı Qüvvələri arasında əməkdaşlığın vəziyyəti yüksək qiymətləndirilib
15:07
21 Noyabr
Ümumdünya Dağ Yəhudiləri Konqresi: “Azərbaycan multikulturalizm, tolerantlıq və dinlərarası dialoq nümunəsidir”
15:02
21 Noyabr
Deputat: Azərbaycan Prezidentinin Belarusa səfəri ölkələrimizin əlaqələrinin hərtərəfli inkişafına təkan verəcək
14:57
21 Noyabr
Yaşar Güler: Üçtərəfli formatda əməkdaşlığın inkişafı bizi son dərəcə məmnun edir
14:53
21 Noyabr
“Eko səyahət” qısa film müsabiqəsinin qalibləri mükafatlandırılıb
14:50
21 Noyabr
Bahar Muradova: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazda uzun müddət iqtidarda olan siyasi partiyadır
14:47
21 Noyabr
Azərbaycanın öz multikultural və dini tolerantlıq dəyərlərini dünya ölkələri ilə bölüşmək niyyəti yüksək qiymətləndirilib
14:44
21 Noyabr
Əli Əhmədov: Azərbaycanın tarixi keçmişi nə qədər əzəmətlidirsə, gələcəyi də bir o qədər parlaqdır
14:41
21 Noyabr
Vladimer Çaçibaia: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı regionda sabitliyin təmin olunmasına mühüm töhfə verir
14:38
21 Noyabr
Yevlax və Gəncədə sahibkarlar üçün seminar keçirilib
14:36
21 Noyabr
Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü ilə bağlı tədbir keçirilib
14:28
21 Noyabr
Hacıbala Abutalıbov: Heydər Əliyevin dövlətçilik siyasətinə xas olan xüsusiyyətləri İlham Əliyev öz əməli fəaliyyətində yüksək peşəkarlıqla həyata keçirir
14:00
21 Noyabr
Sevinc Fətəliyeva: Azərbaycan-Belarus münasibətləri qarşılıqlı faydalı əməkdaşlığa və strateji tərəfdaşlığa əsaslanır
13:58
21 Noyabr
TÜRKSOY-un xalq çalğı alətləri orkestrinin Yaponiya turnesi möhtəşəm qala-konsertlə başa çatıb
13:55
21 Noyabr
Azərbaycanda miqrasiya idarəçiliyinin təkmilləşdirilməsi sahəsində mühüm addımlar atılır
13:52
21 Noyabr
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının plenar iclası keçirilir
13:48
21 Noyabr
Bahar Muradova: Belarusa rəsmi səfər Azərbaycan Prezidentinin xarici siyasətinin növbəti uğurudur
12:41
21 Noyabr
YAP-ın yaranmasının 26 illiyi Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində qeyd edilib
12:19
21 Noyabr
BMT-nin Sivilizasiyalar Alyansının Nazirlər Konfransında “Bakı Prosesi”nin təqdimatı olub
12:16
21 Noyabr
Yeni Azərbaycan Partiyasının rəhbərliyi və üzvləri ümummilli lider Heydər Əliyevin xatirəsini yad ediblər
11:56
21 Noyabr
Günay Əfəndiyeva: Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarında mədəni irsi tamamilə məhv edib
11:52
21 Noyabr
Yeni Azərbaycan Partiyası regionda ən güclü siyasi təşkilatdır
11:50
21 Noyabr
Azərbaycanın müdafiə naziri Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb
11:48
21 Noyabr
Azərbaycan ilə Moldova arasında idxal-ixrac əməliyyatları artıb
11:45
21 Noyabr
Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır
11:35
21 Noyabr
Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə rəsmilərinin üçtərəfli görüşü strateji səviyyədə əməkdaşlığın bariz nümunəsidir
11:27
21 Noyabr
Azərbaycan ilə Gürcüstan arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub
11:23
21 Noyabr
Türkiyənin və Gürcüstanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri Şəhidlər xiyabanını ziyarət ediblər
10:50
21 Noyabr
Azərbaycanda ilk dəfə laboratoriya şəraitində mikroklonal çoxaltma üsulu ilə calaqaltılar yetişdiriləcək
10:46
21 Noyabr
Bakıda Azərbaycanın müdafiə nazirinin, Türkiyənin və Gürcüstanın Baş Qərargah rəislərinin iştirakı ilə üçtərəfli görüş keçirilir
10:27
21 Noyabr
Yeni Azərbaycan Partiyasının yaradılmasından 26 il ötür
09:59
21 Noyabr
Elman Nəsirov: Prezident İlham Əliyevin Belarusa səfəri ikitərəfli münasibətlərin strateji xarakterə malik olduğunu bir daha təsdiqlədi
09:43
21 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 27 dəfə pozub
09:21
21 Noyabr
Vyanada dahi bəstəkar Qara Qarayevin 100 illiyi münasibətilə konsert keçirilib
09:15
21 Noyabr
UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub
09:09
21 Noyabr
Heydər Əliyev Fondunun Nizami Gəncəvi irsini təbliğ edən daha bir layihəsi – “Yeddi gözəl” sərgisi Moskvada açılıb
09:07
21 Noyabr
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
09:04
21 Noyabr
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
19:58
20 Noyabr
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA