Ana səhifə »  Müəlliflər »  “Milli şura”nı yaradanlar XXI əsrin bolşevikləridir
A+   Yenilə  A-
“Milli şura”nı yaradanlar XXI əsrin bolşevikləridir
Yazdı: Aqşin Şahinoğlu

Siyasi ekspertlərin bu antimilli layihənin perspektivləri haqqında proqnozları bədbin olmaqla bərabər, onun ən yaxın zamanlarda tarixin arxivinə qovuşacağı ilə bağlı ümumi rəy formalaşıb
Məlum olduğu kimi, son dövrlər radikal müxalifət düşərgəsinin əsas müzakirə mövzularından biri diletant, ermənipərəst kinossenarist Rüstəm İbrahimbəyovun qeyri-milli “şura”sının yaradılması ilə bağlı aparılan müzakirələrdir. Hələ bir həftə öncə pafosla mayın 28-də bu qondarma təşkilatın elan olunacağı bəyan edilsə də, həmin tarixdən 4 gün keçməsinə baxmayaraq, hələ də onun gələcək pespektivləri ilə bağlı konkret mənzərə yaranmayıb. Nə bu antimilli şurada yer alacaq adamların siyahısı, nə də onun proqram və məramı bəllidir. Siyasi sferada ümumi rəy isə bu yöndədir ki, kənar qüvvələrin təlimat və reseptləri əsasında formalaşdırılması istənilən bu qondarma qurum cəmiyyətimizin sosial sifarişini əks etdirmir. Eyni zamanda, bu təşkilatın yaradılması müxalifətdaxili ziddiyyətləri də gərginləşdirməklə, növbəti parçalanma dalğasını şərtləndirəcək.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev KİV-ə açıqlamasında deyib ki, “Milli şura”nın baş tutacağına və səmərəli fəaliyyət göstərəcəyinə inanmır. Onun sözlərinə görə, belə bir təşkilata Azərbaycan cəmiyyətinin də ehtiyacı və sosial sifarişi yoxdur: “Bu təşkilatda bir araya gələn qüvvələr ötən 20 il ərzində potensiallarını tam tükətmiş insanlardır. Bu təşkilatda bir-biri ilə zidd, düşmən mövqedə olan şəxslərin, o cümlədən, Rəsul Quliyevlə Lalə Şövkətin bir araya gəlməsi göstərir ki, bu, səmimi birlik deyil. Bu sadəcə cəmiyyətə süni birlik görüntüsü yaratmaq məqsədilə verilən “mesaj”dır. Ona görə hesab edirəm ki, bu şəxslərin də birliyi heç cür səmimi olmayacaq və bu birlik alınmayacaq. İstəyirlər, lap müxalifətin bütün qanadlarında olan insanları bu siyahıya salıb siyahını uzatsınlar, yenə heç bir effekti və səmərəsi olmayacaq. Bu “birlik” bəri başdan fiaskoya məhkumdur”.
Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputat Fəzail Ağamalı isə bildirib ki, bu, Rusiyadakı müəyyən dairələrin layihəsidir. Onun sözlərinə görə, “Milli şura” eyni zamanda heç bir uğur qazanmaq imkanı və Azərbaycanda sosial dayaqları olmayan qondarma qurumdur: “Rusiyadakı bəzi dairələrin həyata keçirmək istədiyi bu layihənin əsas icraçısı Rüstəm İbrahimbəyov və Eldar Namazovdur. “Milli şura”nın yaranmasına xeyr-dua verən hər bir təşkilat və ya vətəndaş artıq həmin anti-azərbaycançı qüvvələrin maraqlarına xidmət edir. İndi “Milli şura” mahiyyət etibarilə əvvəlki “Milli şura”dan xeyli fərqlənir. Yəni, 1918 və 1991-ci illərdə yaradılmış olan “Milli şura”nın qarşısında duran əsas vəzifə Azərbaycanın dövlət müstəqilliyinə nail olmaq olub və onlar qarşılarına qoyduqları məqsədə də nail olublar. XX əsrdə yaranmış olan Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsində o zamankı bolşeviklər necə böyük rol oynamışdırlarsa, XXI əsrdə isə həmin bolşeviklər “Milli şura”nı yaradanlardır. Bu adamların başlıca məqsədi Azərbaycanı xarici qüvvələrdən asılı vəziyyətə salmaqdır”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da bu qondarma təşkilatın gələcək perspektivi ilə bağlı nikbin deyil. Onun sözlərinə görə, “Milli şura”da problemlərin olduğu, prinsipial razılığın olmadığı göz qabağındadır. “Milli şura” ilə bağlı danışıqlar gizli aparılır, proseslə bağlı dəqiq açıqlama verilimir: “Yəni proses qeyri-şəffaf getdiyi üçün konkret fikir bildirmək mümkün deyil. “Milli şura” ətrafında müxtəlif fikirlərin yaranmasının səbəblərindən biri də məhz prosesin qeyri-şəffaflığı ilə bağlıdır”. “Milli şura”nın perspektivi məsələsinə toxunan Cəlaloğlu qeyd edib ki, yarandığı elan olunsa da “Milli şura” hələ nə tərkibini, nə də məqsədlərini elan edib: “Ona görə də, onun aydın perspektivi haqqında nəsə demək çətindir”.
Azərbaycan Sosial Demokratlar Partiyasının sədri Araz Əlizadənin antimilli təşkilat haqqında fikirləri isə daha maraqlıdır. O, bu qondarma qurumun prezident seçkilərinə vahid namizədlə qatılmaq ideyasını şərh edərkən deyib ki, onların arasında vahid namizəd gözləmək olmaz: “Çünki İsa Qəmbər onsuz da seçkilərə gedəcək. Əli Kərimli də bildiyim qədəri ilə namizədliyini verəcək. Lalə Şövkətin Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürəcəyi bildirilir. Hərəsinin ağzından bir avaz gəlir. Bunlar “xərçəng”, “durna” və “balıqdır”.
O bildirib ki, konfliktli insanların orada təmsil olunmağı bir daha onu göstərir ki, “Milli şura”dan heç nə alınmayacaq, ayaq tutub gəzməyəcək: “Milli şura” harada nəyi itirib, onu da tapıb ora soxub. Bu qurum amorf bir təşkilata çevriləcək”.
Siyasi ekspertlərin fikirlərindən də göründüyü kimi, bu qondarma təşkilatla bağlı proqnozlar heç də nikbin deyil. Bunun da səbəbləri kifayət qədərdir. Əvvəla, onu yaradanların tərcümeyi-halında qara ləkələr yetərincədir və bu insanların yaratdıqları hər hansı birliyin milliliyindən söhbət belə gedə bilməz. Eyni zamanda, xarici maraq qruplarının təlimatı ilə yaradılması heç kəs də şübhə doğurmayan bu antimilli layihənin xalqdan dəstək ala bilməyəcəyi də ortadadır. Ona görə, ən yaxın zamanlarda daha bir təşkilatın yaranmadan tarixin arxivinə qovuşması xəbərləri mətbuat səhifələrində yer alsa, heç kəs buna təəccüblənməyəcək. Ən azından bu gözlənilən bir reallıqdır.

 
  • Oxunub:  25950  |  
  • Tarix:  03-06-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Baş nazirin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyəti ilə görüşüb

24 İyul 10:30
Almaniyalı tennisçi: Bakı tarixi ənənələri və müasirliyi özündə birləşdirir
24 İyul 09:56
Beynəlxalq Astronavtika Federasiyasının nümayəndələrinə “ASAN Viza” sistemi haqqında məlumat verilib
24 İyul 09:31
Mübariz Qurbanlı: Sosial mediada dinlə bağlı yayılan yazılar bəzi hallarda bizi qane etmir
24 İyul 09:25
Yeganə Əsgərli: Yay məktəbləri vasitəsi ilə gənclər öz siyasi biliklərini, dünyagörüşlərini, intellektual səviyyələrini artırıblar
24 İyul 09:22
Qarabağ Komitəsinin təşəbbüs qrupunun üzvlərinə Bakı Şəhər Baş Polis İdarəsində xəbərdarlıq edilib
24 İyul 09:21
Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur
24 İyul 09:18
Regionlarda avtomobil yollarının tikintisi və əsaslı şəkildə yenidən qurulması işləri intensiv şəkildə davam etdirilir
23 İyul 20:39
Hakimlərin Seçki Komitəsinin iclası keçirilib
23 İyul 20:37
Dövlət Komitəsində Ağdamın işğal günü ilə bağlı tədbir keçirilib
23 İyul 20:23
Argentinalı və uruqvaylı jurnalistlərə ölkəmizdə mövcud olan dini vəziyyət barədə məlumat verilib
23 İyul 20:20
Azərbaycanın Xarici İşlər naziri Ekvatorial Qvineyanın dövlət katibi ilə görüşüb
23 İyul 20:15
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ağdam rayonunun işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb
23 İyul 20:13
İdlib qlobal geosiyasi kontekstdə: Türkiyə və supergüclərin mübarizəsi
23 İyul 20:10
“EYOF Bakı 2019”: Cəbrayıl Hacıyev Azərbaycana səkkizinci qızıl medalı qazandırıb
23 İyul 20:08
“Bakı 2019”: Ukrayna millisi idman gimnastikası üzrə komanda yarışlarının qalibi olub
23 İyul 20:04
DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tabeçiliyində olan orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
23 İyul 20:02
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Komitə könüllüləri ilə görüşüb
23 İyul 19:59
XV Avropa Gənclər Olimpiya Festivalında velosiped idmanı üzrə oğlanlar arasında yarışlar başa çatıb
23 İyul 19:55
Çin nümayəndə heyəti Yeni Azərbaycan Partiyasının üzvü Mübariz Abdullayevin ailəsinin qonağı olmuşdur
23 İyul 17:51
Azərbaycan ilə İsrail arasında daxili və ictimai təhlükəsizlik məsələlərində əməkdaşlığın inkişafı müzakirə edilib
23 İyul 17:45
Milli Mətbuat Gününə həsr olunmuş “Din və media” mövzusunda konfrans keçirilib
23 İyul 17:40
Oktyabrda Bakıda İslam Ölkələri Gənc Sahibkarlar Şəbəkəsinin 3-cü Baş Assambleyası keçiriləcək
23 İyul 17:32
Baş nazirin müavini, YAP Sədrinin müavini – İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyəti ilə görüşüb
23 İyul 17:29
Azərbaycan biznesə başlama üzrə dünyanın ən yaxşıları sırasına daxil ola bilər
23 İyul 17:25
Beynəlxalq İnformatika Olimpiadasının praktiki sessiyası işə başlayıb
23 İyul 17:10
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
23 İyul 16:54
Yunan-Roma güləşçisi Xasay Həsənli əzmkar qələbə qazanaraq “EYOF 2019”un çempionu olub
23 İyul 16:32
“EYOF Bakı 2019”: Yunan-Roma güləşçimiz Elmir Əliyev komandamızın beşinci qızıl medalını qazanıb
23 İyul 16:11
Azərbaycan Banklar Assosiasiyasının Ekspert Qrupunun iclası keçirilib
23 İyul 16:10
ADA Universitetində XIII Bakı Yay Enerji Məktəbi başa çatıb
23 İyul 15:46
Samuxda kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınıb
23 İyul 15:39
XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək
23 İyul 14:57
Eldəniz Səlimov: Azərbaycanla Çin arasında münasibətlər daha da genişlənir
23 İyul 14:53
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
23 İyul 14:49
Mübariz Qurbanlı: Sosial mediada dinlə bağlı yayılan yazılar bəzi hallarda bizi qane etmir
23 İyul 14:36
Gədəbəydə metodiki tövsiyələrin təqdimatı olub
23 İyul 14:24
Xanlar Fətiyev: Azərbaycan istənilən böyük və mötəbər yarışlara ev sahibliyi etməyə qadirdir
23 İyul 14:17
Həmkarlar təşkilatlarının xətti ilə hər il 100 mindən çox vətəndaşa istirahət etmək imkanı yaradılır
23 İyul 14:16
Robert Landa: Azərbaycan bu səviyyəli idman tədbirləri keçirilməsində zəngin təcrübəyə malikdir
23 İyul 14:11
TAP-ın İtaliya hissəsində boruların inşasına başlanılıb
23 İyul 14:03
Mübariz Qurbanlı: Ağdamda 17 məscidin dağıdılması ilə bağlı bizdə məlumatlar var
23 İyul 14:00
“Eternity-2019” təliminin yekun planlaşdırma konfransı keçirilib
23 İyul 13:55
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sonq Taonun başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
23 İyul 12:40
XV Avropa Gənclər Olimpiya Festivalında velosiped idmanı üzrə qızlar arasında yarışların qalibləri müəyyən edilib
23 İyul 12:23
Artıq ödənilmiş vergilərin qalan məbləğləri 45 gün ərzində vergiödəyicisinə qaytarılır
23 İyul 12:13
Prezident İlham Əliyev Çinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 12:09
BDU-nun məzunu müəllimlərin işə qəbulu imtahanlarında maksimum nəticə göstərib
23 İyul 12:05
Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 12:00
Prezident İlham Əliyev İsveçrənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 11:57
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 11:51
Prezident İlham Əliyev Kolumbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 11:17
“EYOF Bakı 2019”: Tennisçilərin fərdi yarışlarında otuzikidəbir final mərhələsinin görüşləri keçirilir
23 İyul 11:15
“EYOF Bakı 2019”: güləş yarışlarının sonuncu günündə yeddi idmançımız mübarizə aparır
23 İyul 11:13
Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının ikinci gününə start verilib
23 İyul 11:06
“EYOF Bakı 2019”: Bakı Su İdmanı Sarayında üzgüçülük yarışlarının ikinci gününə start verilib
23 İyul 11:02
XV Avropa Gənclər Yay Olimpiya Festivalında idman gimnastikası yarışları başlayıb
23 İyul 11:01
Hesablama Palatasının nümayəndə heyəti Nyu-Yorkda beynəlxalq toplantıda iştirak edib
23 İyul 10:56
DOST xidmətləri sırasına övladlığagötürmə üzrə xidmətlər də əlavə edilib
23 İyul 10:31
Ermənistan ordusu iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 18 dəfə pozub
23 İyul 10:24
“Azeri Light”ın bir barreli 65,34 dollara satılır
23 İyul 10:22
Neftin qiyməti bahalaşıb
23 İyul 09:38
Azərbaycan söz və mətbuat azadlığının yüksək səviyyədə təmin olunduğu ölkədir
23 İyul 09:35
Hikmət Babaoğlu: Media azadlığının təmin edilməsi və mətbuata qayğı keyfiyyətcə yeni KİV formalaşdırdı
23 İyul 09:34
Qurban Qurbanov: Azarkeşlərin inamını doğrultduğum üçün sevinirəm
23 İyul 09:32
Regionların elektrik enerjisi ilə təminatı gücləndirilir
23 İyul 09:30
Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il keçir
22 İyul 21:54
Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
22 İyul 21:44
Litvanın və İordaniyanın Azərbaycandakı səfirlərinin diplomatik fəaliyyəti başa çatır
22 İyul 20:58
“EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının ikinci günü başa çatıb
22 İyul 20:45
Azərbaycanın Gənclər və İdman naziri Slovakiya Baş Nazirinin müavini ilə görüşüb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +34
gecə+21 +25