
Özlərini “geniş elektorata malik qüvvə” kimi tanıtmağa çalışan dağıdıcı ünsürlərin planları bu dəfə də boşa çıxacaq
Uzun illər ərzində düşüncə tərzində, məsələlərə yanaşmasında heç bir dəyişiklik edə bilməyən radikal müxalifət düşərgəsinin təmsilçiləri yalnız antidövlət, antimillət mövqeyi ilə “seçilib”lər. Daha doğrusu, antidemokratik çağırışlarla yadda qalan, Azərbaycanın dövlət maraqlarına düşmən kəsilən, xarici ermənipərəst qüvvələrin təsiri ilə ölkədə siyasi sabitliyi pozmağa çalışan və hər addımda yalnız korporativ maraqlarını düşünən radikal ünsürlər əsl müxalifətçilik missiyasından çoxdan uzaq düşüblər. Son illərdə siyasi palitrada “epizodik gözədəymələrlə” “fərqlənən” dağıdıcılar 2017-ci ildə də öz “ənənələrinə” sadiq qaldılar. Belə ki, ötən il ərzində də əsasən partiyadaxili çəkişmələrlə, parçalanmalarla, düşərgədaxili qarşılıqlı ittihamlarla öz varlığını qorumağa çalışan dağıdıcı ünsürlər yalnız sosial şəbəkələrdə, eləcə də bəzi internet resurslarında gözə dəyməklə sifariş aldıqları xarici ermənipərəst dairələrin qarşısında vəzifə borclarını “ödəmiş” oldular. Bir sözlə, əsl müxalifətçilikdən çox-çox uzaq olan dağıdıcılar bir daha sübut etdilər ki, onların fəaliyyəti yalnız bəlli xarici dairələrin maliyyə yardımı qarşılığında dövlətin və xalqın maraqlarına qarşı çıxış etməyə yönəlib.
Bu məqamda qeyd edək ki, artıq qohum-əqrəba “birliyindən” seçilməyən radikal müxalifət partiyaları öz yalanlarını tirajlaya bilmir, cəmiyyət daxilində bu yalanların təbliğini qurmağı bacarmırlar. Onların xəyanətkar, satqın xarakteri Azərbaycan cəmiyyətinə yaxşı tanışdır. Elə bu səbəbdən idi ki, ötən il həmin adı olub özü və üzvü olmayan partiyalar, təşkilatlar hətta icazəli kütləvi aksiyalarına, mitinqlərinə 200 nəfərdən çox adam yığa bilmədi. Beləliklə, özlərini ermənipərəst mərkəzlərin qarşısında “aktiv elektorata malik qüvvə” kimi tanıtmağa çalışan dağıdıcı ünsürlərin planları növbəti dəfə boşa çıxdı. Azərbaycan xalqı bir daha onlara əsl yerini göstərmiş oldu. Sonrakı mərhələdə isə yenidən “qeybə” çəkilən radikal ünsürlər ilin sonuna qədər bir daha siyasi palitrada “görünmədilər”.
Lakin maraqlıdır ki, radikal kəsim 2018-ci ilin əvvəlindən bir sıra sosial şəbəkələrdə yenidən “aktiv fazaya” qədəm qoymağa çalışır. Yəni şəxsi mənfəətləri və ermənipərəst dairələrdən alacaqları maddi təminatı əsas “nəticə” sayan antimilli ünsürlərin yeni sifarişlər aldıqları açıq görünür. Vurğulayaq ki, adətən mühüm siyasi hadisələrin təsadüf etdiyi zamanlarda ermənipərəstlərin “istinadgahına” çevrilmək üçün dəridən-qabıqdan çıxan radikal ünsürlər yenidən bir-birləri ilə yarışır, yalan, şər-böhtan kampaniyaları aparır, ölkəmizə qarşı məkrli planların tərkib hissəsinə çevrilmək üçün mübarizəyə girişirlər. Destruktiv ünsürlər bu yolda hətta ermənilərlə belə əməkdaşlığa hazır olduqlarını dəfələrlə nümayiş etdiriblər. Və son günlər dağıdıcı düşərgə daxilində hiss edilən növbəti “canlanma” isə bu ünsürlərin xarici anti-azərbaycançı, ermənipərəst mərkəzlərdən yeni sifarişlər almalarına dəlalət edir.
Lakin bütün bu cəhdlərin də əvvəlkilər kimi nəticəsiz qalacağı bəllidir. Çünki radikal ünsürlərin “boş sözlərdən”, xarici ermənipərəstlərin sifarişləri əsasında fəaliyyətdən ibarət “müxalifətçiliyi” artıq tam şəkildə ifşa olunub. Daha dəqiq desək, “müxalifətçiliyi” yalnız ermənipərst dairələrdən pul almaqla Azərbaycan dövlətinə və xalqına qarşı şər-böhtan kampaniyası aparmaq kimi dərk edən bu azlığın xəyanətkar siması bütün cəmiyyətimiz tərəfindən tanınır. Buna görə də, özlərini “aktiv elektorata malik qüvvə” kimi tanıtmağa çalışan dağıdıcı ünsürlərin planları bu dəfə də boşa çıxacaq.
- Oxunub: 11100 |
- Tarix: 30-01-2018 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Azərbaycan iqtidarının əldə etdiyi hər bir uğur Əli Kərimli və ətrafının siyasi iflasını dərinləşdirir(2019-02-21 09:47:50)
- - “Milli şura” iqtidarın həyata keçirdiyi uğurlu siyasətə özünü “həmmüəllif” kimi göstərməklə siyasi plagiatizmlə məşğul olur(2019-02-20 09:59:08)
- - Antimilli ünsürlərin əməlləri xalqımıza qarşı mənəvi terrora cəhddir(2019-02-16 10:08:49)
- - Radikal müxalifət təmsilçiləri Azərbaycana qarşı aparılan çirkin kampaniyaların fəal iştirakçılarıdır(2019-02-15 09:29:37)
- - Radikal müxalifət və xaricdəki antimilli ünsürlər Azərbaycan xalqının mənəvi dəyərlərini hədəfə alırlar(2019-02-13 09:44:12)
- - Radikal ünsürlər Azərbaycanın mövcud reallıqlarını təhrif edirlər(2019-02-12 09:28:05)