Ana səhifə »  Müəlliflər »  Radikal müxalifət ermənipərəst dairələrin sifarişi ilə yenidən “fəallaşır”
A+   Yenilə  A-
Radikal müxalifət ermənipərəst dairələrin sifarişi ilə yenidən “fəallaşır”
Yazdı: Pərviz Sadayoğlu

Anti-Azərbaycan qüvvələrin əlaltısı qismində çıxış edən “beşinci kolon” nümayəndələrinin uğursuz petisiya cəhdi iflasa məhkumdur
Azərbaycanın sabit və dayanıqlı inkişafının ölkəmizə qarşı olan antimilli qüvvələri daim narahat etdiyi heç kimə sirr deyil. Bu mənada, ölkəmizdə baş tutan önəmli siyasi hadisələr öncəsi xaricdəki ermənipərəst dairələrin və onların əlaltısı rolunda çıxış edən daxildəki ünsürlərin “qara piar” kampaniyaları aparmaları, şəxsi maraqlarından çıxış etmələri və bu çirkin kampaniyalarını təzyiq rıçağı şəklində istifadə etməyə çalışmaları onların əsl məqsədlərini üzə çıxarır. Ölkəmizin əldə etdiyi iqtisadi uğurlar, regionun lider dövlətinə çevrilməsi xaricdəki bəzi dairələrin maraqları ilə uzlaşmır və bu səbəbdən də zaman-zaman həmin mərkəzlər onlara xidmət edən “beşinci kolon” nümayəndələri vasitəsilə siyasi təxribatlara əl atırlar. Təbiidir ki, bu kimi kampaniyalar hər zaman iflasa uğrayır və radikal ünsürlərin xəyanətləri növbəti dəfə ifşa olunur.
Öz növbəsində aprelin 11-də keçiriləcək prezident seçkiləri öncəsi anti-Azərbaycan qüvvələrin yenidən “fəallaşması”, həmçinin onlara xidmət edən “beşinci kolon” nümayəndələrini də “səfərbər” etməsi məhz bu amillə bağlıdır. Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda aprelin 11-də növbəti prezident seçkiləri keçiriləcək. Onu da qeyd edək ki, seçkilərin vaxtının təyini məsələsi ölkə başçısının Konstitusiya ilə təsbit olunmuş hüququdur və bu, Azərbaycan qanunları ilə tənzimlənir. Gücsüz, elektoratı olmayan, xalqın etimadını itirmiş radikal qüvvələr isə qanunları gözardı edərək sadəcə xarici anti-Azərbaycan dairələrin sifarişi ilə yenidən “fəallaşdırılıblar”.
Bunun bir misalı da www.ipetitions.com saytında xaricdə yaşayan bir qrup azərbaycanlı tərəfindən Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərinin ləğv olunmasını tələb edən petisiya yaradılmasıdır. Qeyd edək ki, petisiyanın müəllifləri Hollandiyada yaşayan Ataxan Əbilov, Almaniyada yaşayan “Dünya Azərbaycanlıları Məclisi”nin sədri Rövşən Qəmbər və hüquqşünas Qurban Məmmədovdur. Petisiya AŞPA-ya, Avropa Parlamentinə, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, BMT Təhlükəsizlik Şurasına və Baş Katibinə, ABŞ-ın və Avropa İttifaqı dövlətlərinin başçılarına ünvanlanıb.
Öncə onu vurğulamaq yerinə düşər ki, petisiya tərtibçilərinin tərkibi və iddiaları sual və gülüş doğurur. Adıçəkilən şəxslərin hər biri zaman-zaman fəaliyyətləri ilə Azərbaycana qarşı aparılan antimilli kampaniyaların tərkib hissəsi kimi çıxış edib. Onların belə bir “ideya” ilə çıxış etmələrinin arxasında isə birmənalı şəkildə xarici qüvvələrin sifarişləri dayanır. Digər tərəfdən, nəzərə alsaq ki, seçkilərin vaxtının dəyişdirilməsi Azərbaycan qanunlarına tam uyğundur və ölkə Konstitusiyasının maddələri ilə tənzimlənir, ona qarşı çıxmaq, yaxud bunu qanundankənar hesab etmək özü belə bu işin təşkilatçılarının hüquqi savadlarının və dünyagörüşlərinin məhdudluğunu aydın göstərir. Yəni, Avropa və müasir dünya dəyərlərindən danışan həmin şəxslərin bu cür addımları ölkə qanunvericiliyinə, beynəlxalq hüquq normalarına, eləcə də sivil yaşam qaydalarına ziddir. Vurğulanmalıdır ki, Azərbaycanda insan hüquq və azadlıqları yüksək səviyyədə təmin olunub və ölkə qanunvericiliyi, Konstitusiya ilə tənzimlənir. Azərbaycan Konstitusiyası hüquq və azadlıqların təsbiti baxımından dünyanın ən təkmil əsas qanunlarından biridir. Bu baxımdan, öz şəxsi maraqlarına görə Avropa ölkələrinə yaşamağa getmiş bu insanlar guya “təqib təhlükəsi altında yaşamaqdan qaçaraq Avropa ailəsinə sığındıqlarını” iddia etsələr də, məqsədləri Azərbaycanda fikir çaşqınlığı və qarşıdurma yaratmaqdır. Bu şəxslərin hər biri korporativ maraqlarına, eləcə də sifariş aldıqları xarici anti-Azərbaycan dairələrin direktivlərinə əsaslanaraq belə bir əsassız iddia ilə ortaya düşüblər.
Çünki bir daha vurğulamaq yerinə düşər ki, Azərbaycan müstəqil, hüquqi dövlətdir və burada bütün qərarlar qanunvericiliyin tələblərinə uyğun qəbul edilir və həyata keçirilir. Azərbaycan dövlətində qanunun aliliyi təmin olunub. O cümlədən, vətəndaşların azad seçib-seçilmək hüququna hörmətlə yanaşılır. Ölkəmizdə əlverişli seçki mühiti, seçki mədəniyyəti və stabillik var. Azərbaycanın Seçki Məcəlləsi Avropanın bir sıra beynəlxalq təsisatları tərəfindən təhlil olunub və mükəmməl seçki qanunvericiliyi statusuna malikdir. Bununla yanaşı, ölkəmizdə seçkilərdə iştirak edən hər bir şəxsə bərabər imkanlar yaradılır.
Lakin “beşinci kolon” təmsilçiləri bütün bunları görməzdən gələrək öz çirkin məqsədlərindən əl çəkmirlər. Məhz bunun nəticəsidir ki, prezident seçkiləri öncəsi anti-Azərbaycan mövqeyi ilə “ad çıxarmış” radikal ünsürlərin yenidən ölkəmizə qarşı açıq şantaj və böhtan kampaniyaları başlayıb. Bu şəbəkəyə aid olan bir sıra “insan hüquqlarının qorunması” sahəsində (əslində isə imperialist qüvvələrə xidmətçilik etməkdə) “ad çıxarmış”, ölkəmizin müstəqil siyasi xətt yürütməsindən narahat olan mərkəzlərin “dilmanclığını” həyata keçirən şəxslər və təşkilatlar yenidən öz amplualarındadır. Amma onların bu cəhdləri də öncəki kimi faydasızdır. Çünki ölkəmizdə milli maraqların keşiyində dayanan xalq-hakimiyyət birliyi formalaşıb. Azərbaycanda indiyə qədər keçirilən seçkilərin nəticələrinə əsaslanaraq xalqımızın radikal müxalifətə və onların arxasında dayanan ermənipərəst dairələrə qarşı hansı münasibətdə olduğunu demək mümkündür. Bu gün dərnək şəklində fəaliyyət göstərən həmin radikal ünsürlərin keçirdikləri “mitinqlərə” qatılmamaqla, dağıdıcıların danışdıqları yalanları, törətməyə çalışdıqları təxribatları ifşa etməklə Azərbaycan xalqı dövlətçiliyin, milli maraqlara əsaslanan siyasi kursun dəstəkçisi olduğunu hər zaman sübuta yetirib. Bu mənada bir daha qətiyyətlə bildirmək lazımdır ki, Azərbaycan xalqı prezident seçkilərinə kölgə salmaq cəhdlərini pisləyir.

 
  • Oxunub:  10020  |  
  • Tarix:  15-02-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatçı hərəkətlərinin layiqli cavabını verir və bundan sonra da verəcək

20:22
20 Sentyabr
Səccad Kərim: Azərbaycanda mövcud olan birgəyaşayış modeli bir çox ölkələr üçün nümunədir
20:04
20 Sentyabr
Nikol Paşinyanın Paris yalvarışları və növbəti böhtanları: erməni baş nazir öz ampluasında
20:00
20 Sentyabr
Azərbaycan-Vyetnam münasibətləri zəngin ənənələrə malikdir
19:51
20 Sentyabr
Gəncədə qanvermə aksiyasında 540 nəfər könüllü qan verib
19:48
20 Sentyabr
“ASAN xidmət”in fəaliyyəti Fransa mətbuatında
19:46
20 Sentyabr
Azərbaycan ilə Qətər arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı müzakirə olunub
19:43
20 Sentyabr
İndiyədək TANAP-la Türkiyəyə 200 milyon kubmetrədək “Şahdəniz” qazı nəql olunub
19:41
20 Sentyabr
İordaniyanın “Ər-Ray” dövlət qəzeti Qarabağ məsələsində Türkiyənin Azərbaycana dəstəyindən yazır
19:07
20 Sentyabr
Azərbaycan Milli Məclisi ilə NATO Parlament Assambleyası arasında sıx əlaqələr mövcuddur
19:06
20 Sentyabr
Azərbaycan-Pakistan təhsil əlaqələrinin geniş perspektivləri var
18:29
20 Sentyabr
Belarus parlamenti Nümayəndələr Palatasının sədri Azərbaycanda səfərdədir
18:26
20 Sentyabr
“İki sahil” Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb
18:14
20 Sentyabr
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə öz xarici ticarət yüklərinin daşınma həcminin artırılmasında maraqlıdır
18:01
20 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
18:00
20 Sentyabr
Milli Məclisdə Hindistan parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib
17:55
20 Sentyabr
Rektor: Dövlət Pedaqoji Universiteti bu günədək 150 mindən çox pedaqoji kadr hazırlayıb
17:54
20 Sentyabr
Xələf Xələfov: Azərbaycan Ermənistan rəhbərliyini sələflərinin səhvini təkrarlamamağa çağırır
17:50
20 Sentyabr
XİN: Cəbhə bölgəsində yaranmış gərginliyin bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür
17:49
20 Sentyabr
Genişmiqyaslı təlimlərdə gündüz vaxtı döyüş atışları keçirilib
17:47
20 Sentyabr
ABŞ Dövlət Departamenti: Azərbaycan 2017-ci ildə terrorçuluqla mübarizədə Birləşmiş Ştatların güclü tərəfdaşı olub
17:46
20 Sentyabr
Bu gün Azərbaycan gəncliyində vətənpərvərlik ruhu çox yüksəkdir
17:43
20 Sentyabr
Birinci vitse-prezident Mehriban Əliyeva NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
17:40
20 Sentyabr
Azərbaycan-Pakistan əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
17:36
20 Sentyabr
Naxçıvanda Aşura mərasimləri keçirilib
17:24
20 Sentyabr
Prezident İlham Əliyev NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
17:22
20 Sentyabr
Prezident İlham Əliyev bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib
17:09
20 Sentyabr
Pakistan Senatının sədri Milli Məclisdə olub
17:05
20 Sentyabr
Ağcabədidə Aşura günündə hemofiliyalı və talassemiyalı xəstələr üçün qan verilib
16:57
20 Sentyabr
Van Çunqan: Azərbaycanın iqtisadiyyatı qarşılıqlı investisiya qoyuluşları üçün əlverişlidir
16:53
20 Sentyabr
AMEA-nın prezidenti Akif Əlizadə Belarusda medalla təltif edilib
16:49
20 Sentyabr
Azərbaycanın Milli Olimpiya Komitəsinin nümayəndəsi Madriddə beynəlxalq marketinq seminarında iştirak edib
16:44
20 Sentyabr
Dövlət İdarəçilik Akademiyasında ilk mühazirə “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”ndə dinlənilib
16:39
20 Sentyabr
Aşura günü Qubada keçirilən humanitar aksiyada 100-dən çox könüllü qan verib
16:29
20 Sentyabr
Fəxri xiyabanda görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb
16:27
20 Sentyabr
Professor Oleq Kuznetsov: SSRİ DTK da daşnakları təhlükəli hesab edib
16:22
20 Sentyabr
Qırğızıstan Joqorku Keneşinin sədri TÜRKPA Katibliyində olub
16:18
20 Sentyabr
UNEC yeni tədris ilinə yüksək keyfiyyət göstəriciləri ilə start verib
16:07
20 Sentyabr
Qurban Qurbanov: “Futbolçular meydanda əlindən gələni edəcək”
15:49
20 Sentyabr
Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq
15:44
20 Sentyabr
Ağsuda keçirilən qanvermə aksiyasında 70 litrədək qan toplanıb
15:38
20 Sentyabr
Aşura günündə Bərdə və Beyləqanda 150 nəfər könüllü qan verib
15:26
20 Sentyabr
Varşavada Avropa Xəbər Agentlikləri Alyansının növbəti konfransı keçirilir
15:22
20 Sentyabr
Suveren Fondların Beynəlxalq Forumunun XII illik yığıncağı Bakıda keçiriləcək
15:07
20 Sentyabr
ATƏT-in İnsan Ölçüsü üzrə illik görüşündə Ermənistanın təcavüzkar siyasətindən danışılıb
15:05
20 Sentyabr
Azərbaycanda Çinlə birgə elektron ticarət platformasının yaradılması təklif olunub
14:45
20 Sentyabr
Kiyevdəki Azərbaycan Ticarət Evi məhsullarımızın Ukrayna bazarında satışı üçün sertifikat və lisenziya alıb
14:42
20 Sentyabr
Bolqarıstan Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə böyük maraq göstərir
14:41
20 Sentyabr
Azərbaycanda kiçik və orta biznes evləri yaradılacaq
14:32
20 Sentyabr
Qida Təhlükəsizliyi Agentliyi uşaq qidaları ilə bağlı maarifləndirici məlumat yayıb
14:30
20 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti Cocuq Mərcanlıda fermerlərin yetişdirdiyi məhsulu satın alıb
14:25
20 Sentyabr
Tsveta Karayançeva: Bolqarıstan-Azərbaycan əlaqələri inkişaf edir
14:22
20 Sentyabr
İsmayıllıda Heydər Əliyev İdarəetmə Məktəbinin növbəti məşğələsi keçirilib
14:20
20 Sentyabr
Cüdoçumuz Aişə Qurbanlı dünya çempionatında mübarizəni dayandırıb
14:18
20 Sentyabr
Sudan Milli Assambleyası sədrinin Azərbaycana səfəri başlayıb
14:16
20 Sentyabr
Milli Məclisdə Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətləri müzakirə olunub
14:15
20 Sentyabr
Bakı Dövlət Universitetində görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb
14:12
20 Sentyabr
Kamran Nəbizadə: Ulu öndər Heydər Əliyevin şah əsəri olan “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına böyük yol açdı
12:59
20 Sentyabr
Dövlət Gömrük Komitəsinin 3 500 əməkdaşı attestasiyadan keçiriləcək
12:45
20 Sentyabr
Pambığın alış qiymətinin artırılması fermerlər üçün 12-13 milyon manat əlavə qazanc deməkdir
12:43
20 Sentyabr
Kəramət Hüseynov rusiyalı Olimpiya çempionuna ipponla qalib gəlib
12:35
20 Sentyabr
Naxçıvanda “Avropa günləri” keçiriləcək
12:32
20 Sentyabr
Bakıda Əfqanıstan üzrə NATO proqramının məzunlarına sertifikatlar təqdim edilib
12:31
20 Sentyabr
Heydər Əliyev Fondu və BP birgə layihələrin icrasına dair əməkdaşlıq memorandumu imzalayıb
12:13
20 Sentyabr
"Bakı-2018": Orxan Səfərov uğurlu çıxışını davam etdirir
12:12
20 Sentyabr
Rouz Gotemoller: Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir
12:01
20 Sentyabr
Azərbaycan beynəlxalq eID Forumunda “Asan İmza” və Rəqəmsal Ticarət Qovşağı ilə təmsil olunub
11:57
20 Sentyabr
Mübariz Qurbanlı: “Hər il xeyli sayda vətəndaşımız qanvermə aksiyasına qoşulur”
11:56
20 Sentyabr
İrəvan xanlığının tarixinə dair əsərlərin erməni və fars dillərinə çevrilmiş nəşrlərinin təqdimatı keçirilib
11:52
20 Sentyabr
Siyavuş Novruzov: “Paşinyanın ordudan xəbəri yoxdur”
11:45
20 Sentyabr
Bakıda “Qadınlar, sülh və təhlükəsizlik” mövzusunda konfrans keçirilir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA