Ana səhifə »  Müəlliflər »  “Beşinci kolon”un yenidən “hərəkətə gətirilməsi” nəyə xidmət edir?
A+   Yenilə  A-
“Beşinci kolon”un yenidən “hərəkətə gətirilməsi” nəyə xidmət edir?
Yazdı: Nurlan Qələndərli

Yaxud bir qrup ermənipərəstin anti-Azərbaycan dairələrin direktivləri əsasında təşkil etdiyi petisiya şousu uğursuzluğa düçar olacaq
Müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. Müstəqil iqtisadi siyasət yürütməsi, sivilizasiyalararası dialoqa mühüm töhfələr verməsi, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında mühüm rol oynaması Azərbaycanın beynəlxalq nüfuzunu artıran mühüm strateji faktorlar kimi çıxış edir. Digər tərəfdən, ölkəmizin geosiyasi mövqeyini möhkəmləndirən başqa bir səbəb də regionda sabitləşdirici aktor kimi praqmatik, çoxvektorlu və balanslaşdırılmış siyasət həyata keçirməsi, eyni zamanda, ölkəmizin təşəbbüsü ilə mühüm əməkdaşlıq layihələrinin gerçəkləşdirilməsidir.
Anti-Azərbaycan dairələrdən “beşinci kolon”a yeni direktiv, yaxud antimilli ünsürlərin petisiya şousu
Şübhəsiz ki, Azərbaycanın milli maraqlara əsaslanan müstəqil xarici siyasət həyata keçirməsi və milli mənafelərlə bağlı prinsipial mövqedən çıxış etməsi anti-Azərbaycan dairələr tərəfindən qısqanclıq və narahatlıqla qarşılanır. Həmin dairələr mühüm siyasi kampaniyalar ərəfəsində “beşinci kolon” nümayəndələrini “aktivləşdirir” və antimilli ünsürlərin xidmətlərindən istifadə edirlər. Məlumdur ki, “sapı özümüzdən olan balta”lar - ermənipərəst, antimilli şəxslər anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirir, Azərbaycanın milli maraqlarına zidd mövqe sərgiləyirlər. Həmin ünsürlərin xarici maraq qruplarından aldıqları qrantların “haqq”ını vermək və maliyyə axınının davamlılığını təmin etmək üçün istinad etdiyi vasitələrdən biri məhz anti-azərbaycançı çağırışlar səsləndirmək, ölkəmizin əleyhinə yönəlmiş pozucu fəaliyyətlərə dəstək vermək, həmçinin ümummilli məsələlərdə dövlətimizin və xalqımızın ali mənafeyinə zidd mövqe tutmaqdır.
Yeri gəlmişkən, “www.ipetition.com” saytında xaricdə yaşayan bir qrup azərbaycanlı tərəfindən ölkəmizdə aprelin 11-də keçiriləcək prezident seçkilərinin ləğv olunmasını tələb edən petisiyanın yaradılması da bu cür anti-azərbaycançı fəaliyyətin tərkib hissəsidir. Qeyd edək ki, petisiyanın müəllifləri Hollandiyada yaşayan Ataxan Əbilov, Almaniyada yaşayan “Dünya Azərbaycanlıları Məclisi”nin sədri Rövşən Qəmbər və hüquqşünas Qurban Məmmədovdur. AŞPA, Avropa Parlamentinə, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, BMT Təhlükəsizlik Şurasına və Baş Katibinə, ABŞ-ın və Avropa İttifaqı dövlətlərinin başçılarına ünvanlanan petisiyanın tərtibçilərinin tərkibi və iddiaları sual və gülüş doğurur.
Antimilli ünsürlər hüquqi savadsızlıqlarını və məhdud dünyagörüşlərini nümayiş etdirirlər
Əvvəla, seçkilərin vaxtının dəyişdirilməsi milli qanunvericiliyə -Azərbaycan qanunlarına tamamilə uyğundur. Belə olan halda, seçkilərin vaxtının dəyişdirilməsinə qarşı çıxmaq və ya bunu qanundankənar hesab etmək özü savadsızlıqdır. Məhz bu məqam petisiyanın tərtibçilərinin - təşkilatçıların hüquqi savadsızlığını və məhdud dünyagörüşlərini göstərir. Digər tərəfdən, bu şəxslər müasir dəyərlərdən, Avropa standartlarından bəhs edirlər, amma bu cür davranışları ilə ölkə qanunvericiliyinə, beynəlxalq hüquq normalarına və sivil qaydalara zidd mövqedə dayanırlar.
Xoruzun quyruğu aydın görünür
Əslində, bu məqamların fonunda xoruzun quyruğu aydın görünür. Belə ki, irəli sürülən iddialar məhz “beşinci kolon” nümayəndələrinin Azərbaycanda fikir çaşqınlığı və qarşıdurma yaratmaq arzusunda olduqlarını göstərir. Öz şəxsi ambisiyalarına və korporativ maraqlarına görə Avropa ölkələrinə yaşamaq üçün üz tutan bu şəxslər hazırda ictimai rəylə manipulyasiya etməyə çalışırlar. Onlar guya “təqib təhlükəsi altında yaşamaqdan qaçaraq Avropa ailəsinə sığındıqlarını” iddia etsələr də, onların məqsədi məhz anti-Azərbaycan dairələrə xidmət etməkdir. Bu səbəbdən hazırda aldıqları direktivlər əsasında anti-xalq və anti-dövlət çağırışları səsləndirirlər.
Azərbaycan xalqı prezident seçkilərinə kölgə salmaq cəhdlərini qətiyyətlə pisləyir
Bütün hallarda müasir müstəqil Azərbaycan hüquqi və demokratik dövlətdir, ölkəmizdə bütün qərarlar milli qanunvericiliyin tələblərinə uyğun olaraq - Konstitusiya normaları əsasında qəbul edilir. Ayrıca, ölkəmizdə əlverişli seçki mühiti, seçki mədəniyyəti və stabillik hökm sürür. Bu səbəbdən anti-Azərbaycan dairələrin və “beşinci kolon”un məlum cəhdləri fiaskoya məhkumdur. Azərbaycan xalqı prezident seçkilərinə kölgə salmaq cəhdlərini qətiyyətlə pisləyir. Ən əsası, bu cür cəhdlərə ən adekvat cavab məhz onun təşəbbüsçülərinin xalq tərəfindən hər cür dəstəkdən məhrum olmasıdır.

 
  • Oxunub:  11550  |  
  • Tarix:  16-02-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir

22 Aprel 12:00
Bu vaxtadək “Azəri-Çıraq-Günəşli”dən 482 milyon tonadək neft çıxarılıb
22 Aprel 11:39
Pirallahıda “Beynəlxalq Mədəniyyət Günü”nə həsr olunmuş tədbir keçirildi
22 Aprel 11:38
Vyetnam KİV-ləri OANA İcraiyyə Komitəsinin 44-cü iclasına böyük diqqət ayırıb
22 Aprel 11:36
Elman Nəsirov: Azərbaycanın uğurlarını həzm edə bilməyən xarici və daxili bədxahlarımız unutmsasınlar ki, heç bir qüvvə ölkəmizi öz düzgün yolundan sapdıra bilməz
22 Aprel 11:10
Şirvanda kütləvi tibbi müayinə aksiyası çərçivəsində 92 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb
22 Aprel 11:09
Heydər Əliyev Mərkəzində “Oxu günü” keçirilib
22 Aprel 11:03
“100 yaşlı tarix fakültəsinin məzunları” layihəsi çərçivəsində növbəti görüş
22 Aprel 11:02
“ASAN Akademiya 2019” layihəsinin açılış mərasimi keçirilib
22 Aprel 10:58
Maliyyə Bazarlarına Nəzarət Palatasında yaradılmış Apelyasiya Komissiyasının fəaliyyəti açıqlanıb
22 Aprel 10:56
Los-Ancelesdə Azərbaycana həsr olunmuş fotosərgi keçirilib
22 Aprel 10:48
Azərbaycan İlahiyyat İnstitutu ilə Lənkəran Dövlət Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb
22 Aprel 10:30
Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvada beynəlxalq konfransda iştirak edəcək
22 Aprel 10:22
Ermənistan ordusu cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 23 dəfə pozub
22 Aprel 09:30
UEFA Avropa Liqasının Bakıda keçiriləcək final matçının səfirləri Moskvada azarkeşlərlə görüşüblər
22 Aprel 09:21
Azərbaycan mətbəxi Pekində beynəlxalq qida sərgisində nümayiş olunub
22 Aprel 09:19
Gənc gimnastlarımız: Yaxşı nəticələr əldə etdiyimiz üçün çox xoşbəxtik
22 Aprel 09:16
Stokholmda Azərbaycan mədəniyyəti nümayiş olunub
21 Aprel 20:47
Bakıda keçirilən bədii gimnastika üzrə II "AGF Junior Trophy" beynəlxalq turnirinə yekun vurulub
21 Aprel 19:52
“Oş-Türk dünyasının mədəniyyət paytaxtı” tədbirləri çərçivəsində biznes-forum keçirilib
21 Aprel 19:40
Rafael Ağayev "Karate 1" seriyasından Premyer Liqa turnirində bürünc medal qazanıb
21 Aprel 19:38
Naqif Həmzəyev: Ukraynada səsvermə xirda problemlər çıxmaq şərti ilə yaxşı təşkil olunub
21 Aprel 16:20
Bakı Qarnizonunda nizam-intizamın vəziyyəti təhlil edilib
21 Aprel 15:48
Milli Məclisin deputatı Ukraynada seçki məntəqələrində səsvermə prosesini izləyir
21 Aprel 15:45
Orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanları başa çatıb
21 Aprel 15:11
Azərbaycan gimnastı lentlə hərəkətlərdə gümüş medal qazanıb
21 Aprel 14:53
Bədii gimnastika üzrə II "AGF Junior Trophy" turnirində gürzlərlə hərəkətlərdə mükafatçıların adları məlum olub
21 Aprel 14:25
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında ənənəvi olaraq “Açıq qapı” günü keçirilib
21 Aprel 13:37
Fransanın Nant şəhərində Azərbaycan məktəbi açılıb
21 Aprel 12:48
Bədii gimnastika üzrə II "AGF Junior Trophy" turnirində ayrı-ayrı alətlər üzrə final yarışları keçirilir
21 Aprel 12:12
Azərbaycan nümayəndə heyəti Qırğızıstanda keçirilən mədəni tədbirdə iştirak edib
21 Aprel 10:55
Oş şəhərində türkdilli dövlətlər arasında əlaqələrin daha da dərinləşdirilməsi məsələlərindən danışılıb
21 Aprel 10:52
Bədii gimnastika üzrə Azərbaycan komandası çoxnövçülük yarışlarında gümüş medal qazanıb
21 Aprel 10:49
Masallıda əhalinin su təminatı yaxşılaşdırılır
21 Aprel 10:24
Qırğızıstanda “Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılış mərasimi keçirilib
21 Aprel 10:04
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
20 Aprel 18:49
Milli Məclisin deputatı Ukraynada bir sıra görüşlərdə iştirak edib
20 Aprel 18:48
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib
20 Aprel 18:19
Aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olmasının 10 illiyi ilə bağlı tədbir keçirilib
20 Aprel 18:15
Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda indiyədək 12 mindən artıq ağac əkilib
20 Aprel 18:00
“Heydər Əliyev siyasi məktəbini öyrənirik” gənc liderlər proqramının icrasına başlanılıb
20 Aprel 17:55
Qobustan qoruğunda “açıq qapı” günü təşkil olunub
20 Aprel 17:53
“Olimpsport” jurnalının fəaliyyətə başlamasının 10 illik yubileyi qeyd olunub
20 Aprel 17:47
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Kitabın işığın olsun” adlı tədbir keçirilib
20 Aprel 17:44
Milli Məclisin deputatı sağlam qidalanma ilə bağlı regional simpoziumda iştirak edəcək
20 Aprel 17:40
Bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın Ədilə Hüseynzadəyə həsr edilən kitabın təqdimatı olub
20 Aprel 17:36
Brüsseldə NATO Parlament Assambleyasının 100-cü Rouz-Rout seminarı keçiriləcək
20 Aprel 17:33
Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib
20 Aprel 17:30
Gömrük sistemində həyata keçirilən islahatlarla bağlı məlumat verilib
20 Aprel 16:27
Erl Litzenberqer: Amerikada təhsil alan azərbaycanlı tələbələrin sayının ildən-ilə artmasından qürur duyuruq
20 Aprel 16:19
YAP-ın təşkilatçılığı ilə Şəki şəhərində “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda regional müşavirə keçirilib
20 Aprel 15:54
Baş nazirin müavini Əli Əhmədov: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsini insanların rifahının yaxşılaşdırılması təşkil edir
20 Aprel 15:25
Səfir: ABŞ Azərbaycanda aparılan islahatları dəstəkləyirik
20 Aprel 15:03
Əli Əhmədov: Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir
20 Aprel 14:33
Türkiyə universitetləri ilə əməkdaşlıq Azərbaycanın inklüziv inkişafı barədə elmi ictimaiyyəti məlumatlandırmağa geniş imkanlar yaradır
20 Aprel 14:20
Professor Akkan Suver: Elmira Axundovanın əsərləri ulu öndər Heydər Əliyev ideyalarını dərindən mənimsəmək üçün əsaslı vəsaitdir
20 Aprel 14:19
Daxili işlər nazirinin birinci müavini Qubada vətəndaşların qəbulunu keçirib
20 Aprel 14:11
YAP-ın təşkilatçılığı ilə Şəkidə “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda müşavirə keçirilir
20 Aprel 14:06
Azərbaycan-Fransız Universitetinin gələcək superkompüterinin təqdimatı olub
20 Aprel 14:02
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüblər
20 Aprel 13:53
Rauf Əliyev: Qarşıda duran bütün vəzifələr müvəffəqiyyətlə həyata keçiriləcək
20 Aprel 13:45
Baş nazirin müavini Əli Əhmədov Şəki şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib
20 Aprel 13:17
Hikmət Babaoğlu: Mürəkkəb beynəlxalq və regional şərtlər daxilində ölkəmizin əldə etdiyi uğurlar anti-Azərbaycan şəbəkəni ciddi narahat edir
20 Aprel 13:07
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturu təsdiqlənib
20 Aprel 13:03
YAP rayon təşkilatlarında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 Aprel 12:59
Cavid Osmanov: Enerji sektorunda uğurlarımız davamlıdır
20 Aprel 12:57
Qadınlar İKT-də Beynəlxalq Gününə həsr olunan elmi-praktik konfrans təşkil ediləcək
20 Aprel 12:55
Sona Əliyeva: Azərbaycan reallığında birgəyaşayış nümunəsi dünya üçün örnəkdir
20 Aprel 12:50
Azərbaycan və Rusiya arasında pensiya təminatı sahəsində müqavilə layihəsi hazırlanır
20 Aprel 12:48
Tahir Rzayev: Bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ölkəmizdə davamlı addımlar atılır
20 Aprel 11:08
“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+7 +11
gecə+4 +6