Ana səhifə »  Müəlliflər »  Azərbaycanda və Ermənistanda eyni ayda keçirilmiş seçkilərin nəticələri bu ölkələr üçün tam fərqli perspektivlər yaratdı
A+   Yenilə  A-
Azərbaycanda və Ermənistanda eyni ayda keçirilmiş seçkilərin nəticələri bu ölkələr üçün tam fərqli perspektivlər yaratdı
Yazdı: Mübariz Abdullayev

Bu gün KİV-lərdə, sosial şəbəkələrdə yayılan və Yerevanda cərəyan edən gərginliyi, Bakıda isə “Formula-1” yarışlarına hazırlığı əks etdirən fotolar hər iki ölkədəki kəskin təzadlı mənzərəni aydın göstərir
Seçkilər hər bir ölkənin ictimai-siyasi həyatının barometridir. Seçkilərdə cəmiyyətin nümayiş etdirdiyi aktivliyə, xalqın öz iradəsini ortaya qoymasına əsasən bu və ya digər ölkənin ab-havasını öyrənmək, nəbzini tutmaq mümkündür. Ermənistanda və Azərbaycanda keçirilən son seçkilər də hər iki dövlətin vəziyyətini dəyərləndirmək, müqayisələr aparmaq üçün önəmlidir. Bəli, iş elə gətirdi ki, bu dəfə işğalçı Ermənistanda və işğala məruz qalan Azərbaycanda seçkilər eyni ayda - apreldə keçirildi. Bəs artıq tarixə dönən seçkilər hansı nəticələri ortaya qoydu? Serj Sarkisyan rejiminin apardığı işğalçılıq siyasəti erməni xalqının həyatına hansı “xoşbəxtliklər”i gətirib və bu ölkənin perspektivləri hansı aspektdən dəyərləndirilir? Azərbaycanda əhval-ruhiyyə necədir? İşğalla üz-üzə qalan bu ölkə Cənubi Qafqazın lider dövlətinə çevrilməyi necə bacardı? Bütövlükdə, Azərbaycanın uğur hekayəsini tamamlayan mühüm faktorlar hansılardır?
Suallar çoxdur. Bəri başdan deyək ki, Azərbaycanda və Ermənistanda eyni ayda keçirilmiş seçkilərin nəticələri bu ölkələr üçün tam fərqli perspektivlər yaradıb. Bu gün Yerevanda cərəyan edən gərginlik ilə bağlı fotolar paylaşılır. Bakıda isə dünyanın bütün qitələrində həyəcanla izlənilən, təxminən 500 milyon tamaşaçı auditoriyasına malik “Formula-1” yarışlarına hazırlıq tədbirləri uğurla yekunlaşmaq üzrədir. Təkcə bu iki fakt hər iki ölkədə kəskin fərqli mənzərəni aydın şəkildə göstərir.
Forpost ölkədə Ermənistan və Qarabağ klanları arasında gərginlik daha da artacaq
Ermənistanda cərəyan edən hadisələri izləyən və müvafiq təhlillər aparan ekspertlər forpost ölkədəki ictimai-siyasi vəziyyəti və baş verənləri müxtəlif aspektlərdən dəyərləndirirlər. Ümumi qənaət isə ondan ibarətdir ki, forpost ölkədə gedən proseslər bir-birlərinə qarşı açıq və gizli şəkildə intriqalar, düşmənçilik sərgiləyən iki əsas qüvvə - Ermənistan və Qarabağ klanları arasında gərginliyi daha da artıracaq. Bildirilir ki, qeyd olunan klanlar arasında antaqonist ziddiyyətlər mövcuddur, son hadisələr isə yanan odun üstünə yağ töküb və alov daha da şiddətlənib.
Müqayisə tam yerinə düşür. Ermənistanda narazı xalq yeni prezident Armen Sarkisyanı və köhnə prezident Serj Sarkisyanı qəbul etmir, Ermənistanda kəskin siyasi hakimiyyət böhranı yaranıb. Burada siyasi böhranın hələ nə qədər davam edəcəyini söyləmək də çətindir. Çünki iqtidardan yalnız bir adam, bir fiqur getməyib - əslində, iddialı “Qarabağ klanı” ciddi zərbə alıb və hakimiyyətdən çəkilməyə məcbur olub. Ehtimal olunur ki, klanlararası qarşıdurmanın daha da gərginləşməsi fonunda qondarma “DQR”lə rəsmi İrəvanın münasibətlərinin mahiyyəti dəyişəcək. Onsuz da inkişafdan əsər-əlamət qalmayan, tənəzzül, aclıq və səfalət hökm sürən, iqtisadiyyatı dağıdılmış, sabitliyi pozulmuş Ermənistanın hələ uzun müddət özünə gələ bilməyəcəyi aydındır.
Azərbaycan iqtidarı ölkənin müstəqil qərarlar vermək hüququnu heç vaxt heç kimə güzəştə getməyib
Son 15 ildə bütün dünyada Azərbaycan kimi dinamik inkişaf edən, iqtisadi-maliyyə imkanlarını genişləndirən, eyni zamanda, daxili sabitliyini, təhlükəsizliyini yüksək səviyyədə təmin edən ölkələrin sayı çox azdır. İnkişaf yolu isə, əlbəttə ki, heç də asan olmayıb, daim təhdidlərə, maneçilik cəhdlərinə qarşı qətiyyətlə mübarizə aparmaq lazım gəlib.
Həqiqətən də, İlham Əliyev iqtidarının uzaqgörənliyi və qətiyyətli siyasi iradəsi olmasaydı, ölkənin inkişafı fərqli istiqamət ala bilərdi. 2005 və 2010-cu illər parlament seçkiləri zamanı Qərb Azərbaycana ciddi təzyiqlər göstərmək istəsə də, öz istəyinə nail ola bilmədi. İqtidar bu təzyiqləri neytrallaşdırdı, ölkə sabitlik yoluna kurs götürdü.
Sonrakı illərdə də “siyasi məhbus” və “demokratiya” adı altında pərdələnmiş bəzi beynəlxalq institutlar ölkəyə kənardan “demokratiya ixracı”na cəhdlər edirdilər. Amma Prezident İlham Əliyev Azərbaycanın daxili işlərinə kənardan müdaxilələrə sərt cavab verdi. Azərbaycanı qarışdırmaq istəyən bəzi Qərb institutlarının ölkədə fəaliyyəti dayandırıldı.
Son illərdə uzaq və yaxın coğrafiyalarda baş verənlər yaddaşlardan silinməyib. Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı Ukraynanı qarışdırdı, Moldovada ciddi parlament-prezident böhranı yaratdı, Ermənistanı hakimiyyət böhranına və xaosa sürüklədi. Prezident İlham Əliyev isə Aİ ilə münasibətlərdə həm ölkədaxili müxalifətin, həm Avropa Parlamentinin iradlarına baxmayaraq, fərqli siyasətə üstünlük verdi. Azərbaycan assosiativ saziş deyil, Aİ ilə ikitərəfli əlaqələri ehtiva edən sənədlə bağlı danışıqlara başladı. Bu danışıqlar hələ də davam edir və həm rəsmi Bakı, həm Brüssel bu əməkdaşlıq formatından məmnundur.
Prezident İlham Əliyev anti-Azərbaycan çevrələrin ittihamlarına baxmayaraq, Azərbaycanı dünyada baş verən iqtisadi böhrandan və “inqilab eksperimentləri”ndən qorudu, ölkənin müstəqil qərarlar vermək hüququnu heç kimə güzəştə getmədi.
Rusiya ilə strateji müttəfiqlik siyasətinə baxmayaraq, Azərbaycan Avrasiya İttifaqına da üzv olmadı. Halbuki, Rusiya Avropadan fərqli olaraq bu cür məsələlərdə açıq təzyiqlərə də əl atır.
Beləliklə, Prezident İlham Əliyev ölkəni müxtəlif siyasi qütblərin təzyiqlərindən qorudu. Bu müstəqil siyasətin nəticəsidir ki, Azərbaycan stabil, təhlükəsiz, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik ölkədir. Bu gün Azərbaycanda xarici siyasi qüvvələrin təhriki ilə küçələrə axışmağa, rəngli inqilablar etməyə maraqlı olan narazı kütlə yoxdur.
Prezident İlham Əliyev həm seçkidən əvvəl, həm də seçkidən sonra verdiyi açıqlamalarında yaxın 7 ildə də siyasi və iqtisadi müstəqilliyin qorunmasının, ölkənin daha da inkişaf etdirilməsinin Öz siyasətinin ana xəttini təşkil edəcəyini bildirib. Ukraynada və Ermənistanda baş verən hadisələr cənab İlham Əliyevin siyasi kursunun yeganə doğru yol olduğunu bir daha təsdiqləyir.
Azərbaycanda seçkilər xalqın iqtidara olan inamını növbəti dəfə ortaya qoydu
Azərbaycan bölgənin və postsovet məkanının sabitlik adasıdır, bu sabitliyin əsası iqtidar-xalq vəhdəti, İlham Əliyev iqtidarının düzgün siyasi kursudur. Sarsılmaz xalq-iqtidar birliyi Azərbaycanın daxili mənzərəsini səciyyələndirən çox əlamətdar bir amildir. Son 15 ildə Azərbaycan iqtidarı apardığı siyasətdə bir qayda olaraq milli maraqları əsas götürüb, daim xalqın mənafeyindən çıxış edib. Bəhs olunan dövrdə Azərbaycanın keçdiyi uğurlu inkişaf yolunu göz önündə canlandırsaq, görərik ki, ölkəmizin təcrübəsi identik və heyrətamizdir. Keçilən yola nəzər saldıqda biz Prezident İlham Əliyevin daim xalqın arzu və istəkləri ilə üst-üstə düşən və reallıqla səsləşən təşəbbüslərlə çıxış etdiyinin şahidi oluruq. Ölkədə aparılan praqmatik siyasət ilk növbədə xəlqi mahiyyəti ilə fərqlənir. Dövlət başçısı mütəmadi qaydada ictimaiyyətin nümayəndələri ilə görüşür, tez-tez bölgələrə səfərlərə gedir. Beləliklə, bir tərəfdən nəzarət möhkəmlənir, məmurların məsuliyyəti artır, digər tərəfdən isə dövlət siyasətinin prioritetləri müəyyənləşdirilərkən yerlərdə insanların qaldırdıqları məsələlər mütləq nəzərə alınır.
Eyni zamanda, 11 aprel seçkilərinin nəticələrindən də göründüyü kimi, cəmiyyət də iqtidarın siyasətinə yüksək səviyyədə dəstək verir. Xatırladaq ki, seçkilərin nəticələrinə əsasən, etibarlı hesab edilmiş səslərin 3 milyon 394 min 898-i və ya 86,02 faizi seçkilərə Yeni Azərbaycan Partiyasının (YAP) namizədi kimi qatılan İlham Heydər oğlu Əliyevin lehinə verilib. Beləliklə, aprelin 11-də keçirilən seçkilər bütün dünyaya Azərbaycan xalqının iradəsini nümayiş etdirdi. Xalq iqtidarın uğurlu siyasətinə - inkişafa, tərəqqiyə, təhlükəsizliyə, sabitliyə səs verdi. Təsadüfi deyil ki, Azərbaycanda seçkilərin nəticələri ilə bağlı hər hansı bir narazılıq yaranmadı, Prezident İlham Əliyev böyük səs üstünlüyü ilə daha 7 il hakimiyyətdə qalmaq şansı əldə edərək yeni hökumət formalaşdırdı.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  19080  |  
  • Tarix:  26-04-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Azərbaycanda bütün nəqliyyat infrastrukturu yeniləşir, müasirləşir

15 Noyabr 18:05
Prezident İlham Əliyev ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15 Noyabr 18:03
Nəsib Məhəməliyev: 2020-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir
15 Noyabr 18:01
Malik Həsənov: İqtisadiyyatımız qeyri-neft sektorunun inkişafı hesabına daha da güclənir
15 Noyabr 18:00
Mahir Abbaszadə: Dövlət büdcəsində baş verən artım ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir
15 Noyabr 17:59
Tahir Rzayev: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir
15 Noyabr 17:57
Milli Oftalmologiya Mərkəzinin Gözdən Əlillər Cəmiyyətində keçirdiyi tibbi aksiya zamanı 71 nəfər müayinə olunub
15 Noyabr 17:55
Siyavuş Novruzov: Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir
15 Noyabr 17:54
Tarixi mirasın tolerantlıq dərsləri
15 Noyabr 17:29
“euro2020.affa.az” saytı istifadəyə verilib
15 Noyabr 17:27
Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin açılışı olub
15 Noyabr 17:23
“Ağ Şəhər”də növbəti yaşıllıq zonası yaradılır
15 Noyabr 17:14
Prezident İlham Əliyev Şamaxıda zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsinə 3 milyon manat ayırıb
15 Noyabr 17:08
Azərbaycan nümayəndə heyəti VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir
15 Noyabr 17:07
Azərbaycanın Ankaradakı səfiri İstanbulda təhsil alan tələbələrlə görüşüb
15 Noyabr 16:49
Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib
15 Noyabr 16:38
Erməni deputatlar Vaşinqtonda sual atəşinə tutulublar
15 Noyabr 16:34
Prezident İlham Əliyev Rusiyanın Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edib
15 Noyabr 16:24
BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlıq müzakirə olunub
15 Noyabr 16:18
Prezident İlham Əliyev KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibini qəbul edib
15 Noyabr 16:15
Rob Sobhani: Dünya dini liderlərinin II Bakı Sammiti Azərbaycanın dini azadlıq nümunəsi olduğunu nümayiş etdirir
15 Noyabr 15:59
Vüqar Rəhimzadə: Azərbaycan nadir qlobal dialoq və əməkdaşlıq məkanına çevrilib
15 Noyabr 15:34
Azərbaycan 13 milyard dollarlıq neft və bitumlu minerallardan alınan neft məhsulları ixrac edib
15 Noyabr 15:26
Mədəniyyət naziri və müavinləri bölgələrdə vətəndaşlarla görüşüb
15 Noyabr 15:24
Azərbaycanla Gürcüstanın dəmir yollarının əməkdaşlığının perspektivləri müzakirə olunub
15 Noyabr 15:20
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Masallı və Yardımlıda vətəndaşları qəbul edib
15 Noyabr 15:18
Zoltan Hernyeş: İnsan hüquqları ilə süni intellekt məsələlərin əlaqəsi mühüm məsələlərdən biridir
15 Noyabr 15:08
BDU-nun 100 illik yubileyi ilə bağlı yaradıcılıq müsabiqəsinə yekun vurulub
15 Noyabr 15:06
Avropa İnvestisiya Bankı 2021-ci ildən ənənəvi enerji mənbələri üzrə layihələri maliyyələşdirməyəcək
15 Noyabr 14:46
Dünya dini liderlərinin II Bakı Sammitinin yekunlarına dair mətbuat konfransı keçirilib
15 Noyabr 14:37
2025-ci ildən sonra neft tələbatındakı artım tempi yavaşlayacaq
15 Noyabr 14:35
Ravvin Eli Abadi: Azərbaycan dünyada multikulturalizm və dinlərarası əməkdaşlıq diyarı kimi tanınır
15 Noyabr 14:07
Bakı Dövlət Universitetində tədbir: Ozan sənəti milli sərvətimizdir
15 Noyabr 14:03
Azərbaycanın Energetika naziri Dayanıqlı İnkişaf Məqsədləri üzrə Qazaxıstan sammitində iştirak edib
15 Noyabr 13:56
Dünya dini liderlərinin II Sammitinin Bakı Bəyannaməsi qəbul edilib
15 Noyabr 13:22
Naybori Sammiti çərçivəsində Azərbaycanda qadın hüquqları sahəsində görülmüş işlərdən danışılıb
15 Noyabr 13:17
Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib
15 Noyabr 13:13
Dünya dini liderlərinin II Bakı Sammiti plenar iclasla işini davam etdirir
15 Noyabr 12:59
AVCİYA bələdiyyə seçkiləri ilə bağlı maarifləndirmə tədbirlərinə başlayıb
15 Noyabr 12:55
Bakının Türkan qəsəbəsində sakinlərin problemləri dinlənilib
15 Noyabr 12:54
Senator Lindsi Qrem qondarma “erməni soyqırımı”nın tanınması haqqında qətnaməni ABŞ Senatında bloklayıb
15 Noyabr 12:50
Qadın kimyaçılara həsr olunan tədbir
15 Noyabr 12:46
2020-ci ilin dövlət büdcəsinin 39.5 faizi bilavasitə sosial məqsədlərə yönələcək
15 Noyabr 12:43
Azərbaycanın Xarici İşlər naziri 10-cu Sir Bani Yas Forumunda iştirak edəcək
15 Noyabr 12:42
Ümidlər və proqnozlar: Ərdoğanın Vaşinqton səfərinin nəticələri
15 Noyabr 12:06
Stanislav Zvolenski: Bakı Sammiti müxtəlif dinlər və təriqətlər arasında dialoqun və əməkdaşlığın inkişafına töhfə verəcək
15 Noyabr 11:48
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının bölmə katibləri hesabat veriblər
15 Noyabr 11:43
Azərbaycanda startaplar üçün “StartupFest 2019” keçiriləcək
15 Noyabr 11:39
Los Anceles sinaqoqunda Qarabağ həqiqətlərinə həsr olunmuş geniş tədbir keçirilib
15 Noyabr 11:27
“Avro 2020”: Bu gün 11-ci tur çərçivəsində səkkiz qarşılaşma oynanılacaq
15 Noyabr 11:26
Müxtəlif qoşun növlərinin cəlb olunduğu əməliyyat təlimi davam edir
15 Noyabr 11:23
Nazir Əbülfəs Qarayev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb
15 Noyabr 11:12
Zərdab–Qaravəlli avtomobil yolu yenidən qurulub
15 Noyabr 11:07
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 20 dəfə pozub
15 Noyabr 10:51
“Euronews” televiziya kanalı Bakı Caz Festivalı haqqında reportaj yayımlayıb
15 Noyabr 10:48
Bakıda ilk dəfə olaraq “Süni intellekt və insan hüquqları” mövzusunda beynəlxalq konfrans işə başlayıb
15 Noyabr 10:39
Daşkənddə Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı çərçivəsində 18-ci Nazirlər Konfransı keçirilib
15 Noyabr 10:29
Belarusda Azərbaycanın turizm imkanları təqdim olunub
15 Noyabr 10:17
Prezident İlham Əliyev: Azərbaycanda bütün nəqliyyat infrastrukturu yeniləşir, müasirləşir
15 Noyabr 10:15
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi başa çatıb
15 Noyabr 10:13
Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Bakıda “Jen Mironosits” pravoslav kafedral kilsəsini ziyarət edib
15 Noyabr 10:07
Beyləqanda tullantı sutəmizləyici qurğunun tikintisi yekunlaşır
15 Noyabr 10:04
AzTU-da sərgi: dəyəri 5 min manatdan baha olan əl işi müsabiqəyə çıxarıldı
15 Noyabr 10:03
Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkiləri ilə əlaqədar Şəkidə seminar-müşavirə təşkil edib
15 Noyabr 09:57
Qaradağ rayonunda qeyri-qanuni dini tədris kursunun fəaliyyət göstərdiyi aşkarlanıb
15 Noyabr 09:56
Bakcell Azərbaycanda ən sürətli mobil internet təqdim edir
15 Noyabr 09:50
Azercell-in dəstəyi ilə sayca beşinci Uşaq Paralimpiya Oyunları keçirilib
15 Noyabr 09:48
“Nar”ın sosial layihəsi nüfuzlu beynəlxalq müsabiqədə qalib olub
15 Noyabr 09:46
Azərbaycanın regionlarında payızlıq taxıl səpini uğurla davam etdirilir
14 Noyabr 22:19
Azərbaycanın Xarici İşlər naziri BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi ilə görüşüb
14 Noyabr 22:14
Ali Erbaş: Terror təşkilatlarına yardım edənlərə Bakı Sammiti vasitəsilə mesaj göndərməyə çalışacağıq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+12 +14
gecə+9 +11