Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici ölkələrə sığınan bəzi antimilli ünsürlər yenidən öz ampluasındadır

Xarici ölkələrə sığınan bəzi antimilli ünsürlər yenidən öz ampluasındadır

27.04.2018 [09:25]

Pərviz Sadayoğlu

Ermənipərəst mərkəzlərin sifarişi ilə hərəkət edən belələri ölkəmizə qarşı yeni təxribatlara əl atırlar
Xaricdəki anti-azərbaycançı qüvvələrin əlində oyuncağa çevrilmiş, ölkəmizdəki dağıdıcı radikal müxalifət düşərgəsinin də dəstəklədiyi bəzi antimilli ünsürlər yenidən öz ampluasındadır. Belə ki, Qərbin anti-azərbaycançı mərkəzlərinin sifarişləri və direktivləri əsasında özünə hərəkət trayektoriyası cızan bu “sapı özümüzdən olan baltalar” ölkəmizə qarşı aparılan yalan, böhtan kampaniyalarında yer almaqdan “qürur” duyur, ermənipərəst dairələr tərəfindən onlara həvalə olunan sifarişləri canla-başla yerinə yetirirlər. Xüsusi olaraq qeyd etmək lazımdır ki, həmin xəyanətkarların da iştirak etdiyi çirkin kampaniyalar demokratik inkişaf yoluna sədaqət nümayiş etdirən, insan hüquq və azadlıqlarının qorunması yönümündə mühüm addımlar atan, eləcə də regionun əsas iqtisadi güc mərkəzinə çevrilən Azərbaycan dövlətinə qarşı erməni lobbisi və onların havadarları tərəfindən həyata keçirilir. Məhz erməni lobbisinin təsiri və maddi təminatı qarşılığında yuxarıda adını qeyd etdiyimiz xaricə sığınan radikal ünsürlər ölkəmizə qarşı iftiralar yağdırır, erməni təbliğatının maraqlarına uyğun “fəaliyyət” nümayiş etdirirlər. 
Digər tərəfdən, əvvəllər bu xəyanətkar qrupun xidmətindən bir sıra məqamlarda istifadə edən ermənipərəst dairələr son zamanlarda daha mütəmadi şəkildə onlara müraciət edirlər. Məsələn, ölkəmizdə keçirilən prezident seçkiləri öncəsi həmin xəyanətkar dəstənin fəallaşdırılması, ölkəmizin xarici imicinə qarşı aparılan çirkin kampaniyalar, Azərbaycanda həyata keçirilən islahatlara kölgə salmaq cəhdləri buna misal ola bilər. Anti-azərbaycançı dairələrin əlaltısı qismində çıxış edən, siyasi fəallığı siyasi satqınlıq kimi qavrayan belələri açıq şəkildə ermənipərəst mərkəzlərin direktivlərinə əsaslandıqlarını ortaya qoydular. Hətta bəzi məqamlarda açıq kontekstdə Ermənistan tərəfindən işğal edilən Azərbaycan torpaqlarında, Dağlıq Qarabağda ermənilərin guya heç bir vandalizm aktı həyata keçirmədiklərini deyən belələri kimlərin əmri ilə “oturub-durduqlarını” açıq şəkildə bəlli etdilər. 
Vurğulandığı kimi, Azərbaycanın radikal müxalifətinin, o cümlədən onların Avropaya emissar qismində göndərdiyi antimilli ünsürlərin ermənipərəst mərkəzlərlə sıx əlaqədə işləməsi, həmin dairələrin sifarişləri ilə hərəkət etməsi bütün çılpaqlığı ilə ortadadır. Həmçinin xəyanətkar qruplaşmanın üzvlərinin addımları, açıqlamaları, ifadələri də bu faktı bir daha təsdiqləyir. Belə ki, ölkəmizə qarşı açıq qərəz nümayiş etdirən bəzi anti-azərbaycançı təşkilatların yalanlarla dolu hesabatlarının, aparılan çirkin kampaniyaların dəstəkçisinə çevrilən və təbliğini aparan həmin xəyanətkar qruplaşma AŞPA-nın son iclasında da bunu əməli ilə sübuta yetirib. Maraqlıdır ki, heç bir siyasi statusu olmayan, heç bir siyasi qurumun üzvü olmayan, hətta adi siyasi etiket qaydalarını mənimsəyə bilməmiş belələri rahat şəkildə özünü mötəbər qurum sayan beynəlxalq təşkilatın iclas zallarına daxil olur, orada çəkilişlər aparır, təxribatlara əl atırlar. Bu isə bir daha təsdiqləyir ki, ölkəmizə qarşı təxribat xarakterli əməllərlə məşğul olan belələri ermənipərəst dairələr tərəfindən açıq şəkildə dəstəklənir. AŞPA-nın iclaslarından, iclasın keçirildiyi binanın foyesindən çəkilişlər edən bu ünsürlər ölkəmizi bu qurumda təmsil edən parlamentariləri belə təxribata çəkməyə cəhd göstərir, dövlətin, xalqın əleyhinə yalanlar səsləndirirlər. Əlbəttə ki, həmin xəyanətkar qruplaşma bu təxribatı ilə diqqəti özünə cəlb etməyə, digər ölkələrin nümayəndələri qarşısında “məsum” görüntü yaratmağa çalışır. Amma artıq hər kəs onların əsl məqsədlərini bilir və dərk edir. 
Sonda qeyd edək ki, xalqını, dövləti pula satanların nə iş görməsindən, gündə necə dəfə kimlərə satılmasından asılı olmayaraq Azərbaycan dövləti öz qətiyyətindən, ərazi bütövlüyünün bərpası ilə bağlı apardığı fəaliyyətindən bir addım geri çəkilmək fikrində deyil. Çünki dövlətimiz xalqın mənafeyini qoruyur. Ermənilərin “danışan dili”nə çevrilən xəyanətkar mühacirlər dəstəsi və onlara dəstək verənlər isə məğlub olduqlarını işin başından anlayıblar. 

Paylaş:
Baxılıb: 997 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Tarix bəlli oldu...

16 Aprel 10:33

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30