Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / “Milli şura”nın antimilli layihə olduğu öz üzvləri tərəfindən etiraf olunur

“Milli şura”nın antimilli layihə olduğu öz üzvləri tərəfindən etiraf olunur

01.06.2018 [08:49]

Pərviz Sadayoğlu

Qondarma qurumun Əli Kərimlinin yedəyinə çevrilməsi və “marionet” sədr Cəmil Həsənlinin yarıtmaz fəaliyyəti sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib
Maddi təminat qarşılığında xarici anti-azərbaycançı dairələrlə işbirliyinə girən, onların sifarişi ilə özünün hərəkət trayektoriyasını müəyyənləşdirən, ən əsası, milli maraqlarımıza düşmən kəsilən radikal müxalifət düşərgəsi yenidən öz ampluasındadır. Vurğulamaq lazımdır ki, illərdir eyni “məqsəd”ə xidmət göstərən dağıdıcı ünsürlərin təmsil olunduğu partiyalar da, yaratdıqları qondarma birliklər də xarakter etibarı ilə analogiya təşkil edir.
Bu mənada AXCP sədri Əli Kərimli və ətrafındakı azsaylı dəstənin cəm olduğu qondarma “Milli şura”nın “fəaliyyəti” isə xüsusilə fərqlənir. Vurğulayaq ki, 2013-cü ildə prezident seçkilərindən əvvəl xarici anti-azərbaycançı dairələrin direktivləri əsasında yaradılan qondarma qurum hələ o dövrdə də radikallar üçün “gəlir mənbəyi” kimi fəaliyyət göstərirdi. Və sözügedən satqınlar klubu bu gün də yalnız şəxsi maraqların təcəssümü olaraq qalmaqdadır. Hər halda qondarma qurumun üzvü olan şəxslərin “Milli şura”nın yedək bir təşkilat kimi fəaliyyət göstərdiyini, C.Həsənlinin isə Ə.Kərimlinin sözündən qırağa çıxa bilmədiyini bəyan etmələri də deyilənləri təsdiqləyir. Son dövrlərdə isə Ə.Kərimliyə yaxınlığı ilə tanınan bir sıra şəxslərin də qondarma “şura” haqqında fikirlər irəli sürməsi aranı qarışdırıb. Belə ki, “Milli şura”nın Əlaqələndirmə Mərkəzinin üzvü, baş prokurorun sabiq birinci müavini, keçmiş millət vəkili, Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimlinin mayın 27-də “Facebook” üzərindən C.Həsənliyə və kütləvi informasiya vasitələrinə müraciəti dağıdıcı düşərgədə birmənalı qarşılanmayıb. M.Mütəllimli ilə yanaşı, sabiq müdafiə naziri Rəhim Qazıyev, Ramiz Tağıyev və Sərdar Əlibəylinin də imza atdığı müraciətdə bildirilir ki, onlar görüş üçün 8 may 2018-ci il tarixdə C.Həsənliyə müraciət ünvanlasalar da, müraciətləri cavabsız qalıb. Bunun ardından isə adıçəkilən şəxslər görüşdə bölüşmək istədikləri fikirləri sosial media və KİV vasitəsi ilə ictimailəşdirmək məcburiyyətində qalıblar. Müraciətdə qeyd olunub ki, “Milli şura” hazırda qapalı bir quruma çevrilib və ünvanına deyilən haqlı tənqidlərə dözümsüz yanaşır. C.Həsənlinin fəaliyyətsizliyini açıq-aşkar diqqətə çatdıran müraciət müəllifləri daha sonra bildiriblər ki, şura hələ də köhnə metodlarla işləməkdə davam edir, yeni ideyalar, demokratiyanın müdafiəsi üçün daha təsirli vasitələr axtarmır, digər təşkilatlarla, o cümlədən Müsavat Partiyası, KXCP və Realla, həmçinin ziyalılarla birgə işləmək üçün imkanlardan istifadə edilmir. Müraciət müəlliflərinin qənaətincə, “Milli şura”da bəzi şəxslər o qədər özünə vurğundurlar ki, əks fikirləri yaxına buraxmaq istəmir, belə fikirləri süngü ilə qarşılayırlar. Onlar buna misal kimi Ə.Kərimlinin adını çəkiblər və bildiriblər ki, AXCP sədrində özünəvurğunluq daha çox müşahidə olunur. M.Mütəllimlinin yazdığına görə, AXCP sədrinin hərəkətlərindən, davranışlarından belə təsəvvür yaranır ki, “Milli şura” üzvlərindən başqa kənarda olan insanların hamısı satqındır, agentdir, yaramazdır, xəyanətkardır.
Təbii ki, bu müraciət qondarma şura haqqında deyilənlərin, əsl həqiqətlərin bir daha aşkara çıxmasını təmin edir. Hətta bu qurumun üzvləri belə “Milli şura” layihəsinin bitdiyini etiraf edirlər. Məsələn, AXCP Rəyasət Heyətinin üzvü Xaliq Bahadır M.Mütəllimlinin yanaşmasında gerçəklik payı olduğunu vurğulayıb. Digər sosial şəbəkə istifadəçiləri də Ə.Kərimli ilə yanaşı, onun ətrafındakıların da fərqli fikrə qarşı dözümsüz yanaşdıqlarını deyiblər. Bu azmış kimi sosial şəbəkə istifadəçiləri “Milli şura”nın əsl rəhbərinin Ə.Kərimli olduğunu, C.Həsənlinin formal olaraq orada otuzdurulduğunu önə çəkiblər.
Beləliklə, bu faktlar da Əli Kərimlinin yedəyinə çevrilən qondarma “Milli şura”nın içindəki çaxnaşmaları, bu layihənin yalnız maddi maraqlara əsaslandığını bir daha sübuta yetirir. Həmin şurada Rüstəm İbrahimbəyov kimi xəyanətkarların təmsil olunması bu qondarma qurumun Azərbaycan dövlətinə və xalqına qarşı münasibətinin üzərinə tam olaraq işıq salır.
Bu məqamda vurğulamaq yerinə düşər ki, özünü hər zaman “milli” sayan bu şura İbrahimbəyovun “Qafqaz üçlüyü” xəyanətinə hələ də münasibət bildirməkdən yayınır. Bu isə həmin qondarma qurumdakıların da ölkəmizə, xalqımıza münasibətdə heç də İbrahimbəyovdan fərqli düşüncəyə sahib olmadıqlarını bir daha ortaya çıxarır...

Paylaş:
Baxılıb: 889 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Milli ziyalı...

19 Mart 11:14

Xəbər lenti

Xəbər lenti

Analitik

MEDİA

Xəbər lenti

İcma etiraz edir

19 Mart 10:45

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31