Ana səhifə »  Müəlliflər »  4 iyun hadisələrindən 20 il ötür
A+   Yenilə  A-
4 iyun hadisələrindən 20 il ötür
Yazdı: Nardar Bayramlı

1993-cü ilin bu tarixində AXC-Müsavat hakimiyyəti Azərbaycanı vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu
Bu gün 1993-cü ilin iyun hadisələrindən 20 il ötür. Məlum olduğu kimi, həmin ilin 4 iyun tarixində Gəncədə hərbi qiyam baş verdi, dövlətə tabe olmaq istəməyən 709 saylı hərbi hissənin komandiri Surət Hüseynov tabeçiliyindəki hərbi birləşmə ilə hakimiyyəti silah gücünə devirmək məqsədi ilə paytaxta doğru irəliləməyə başladı. Həmin gün bir-birinə silah işlətməklə hər iki tərəf ölkədə vətəndaş müharibəsinə gedən təhlükəli yolun əsasını qoydular. Xatırladaq ki, artıq dövlətin qorunması üçün heç bir şey edə bilməyən, səriştəsizliyi ilə Azərbaycan dövlətçiliyini və xalqımızı uçurumun kənarına sürükləyən AXC-Müsavat hökuməti vəziyyəti kritik həddə gətirib çıxarmışdı. Zor gücü ilə hakimiyyətə gəlmiş bu komanda yarıtmaz, səriştəsiz fəaliyyəti ilə ölkəni parçalanıb məhv olmaq təhlükəsinə məhkum etmişdi. Vəziyyət elə bir dərəcəyə çatmışdı ki, qarşıdurmanın reallaşacağı təqdirdə xalqın və dövlətin taleyinin necə olacağı sual altında idi.
Maraqlıdır ki, AXC-dən ayrılan bütün partiyalar öz silahlı dəstələrini yaradır, partiya sədrləri hətta parlamentdə belə özlərini batalyon komandari kimi aparırdılar. Siyasi böhrandan istifadə edərək rəhbərliyə gəlmək istəyən bu siyasi qüvvələrin hakimiyyət hərisliyi həmin könüllü birləşmələrin Bakıya gətirilməsinə səbəb olmuşdu və düşmənlə üz-üzə duran ön xətt şüurlu şəkildə zəiflədilirdi. Yanlış kadr siyasəti, daxili didişmələrin get-gedə böyük miqyas alması, vəzifə uğrunda aparılan mübarizə sərhəd bölgələrindəki qüvvələr nisbətini, demək olar ki, hər gün Azərbaycanın ziyanına dəyişirdi. Məhz belə bir məqamda, Gəncədə yerləşən 709 saylı hərbi hissəsinin ləğv edilməsi ilə bağlı qərar çoxdan gözlənənlərin baş verməsində katalizator rolunu oynadı. Milli Qvardiya ilə qarşıdurmaya gedən və Bakıya tərəf yol alan silahlı birləşmələr hakimiyyəti ölkədə vətəndaş müharibəsi yaratmaqda günahlandırırdı.
Bakıda isə vəziyyət olduqca pis idi. Demək olar ki, hər gün cəbhə xəttindən torpaqlarımızın işğalı xəbərləri gəlirdi, hökumət isə başsız qalmışdı. Belə bir məqamda Azərbaycan xalqı artıq vəziyyətin ən son həddə gəlib çatdığını, yalnız bir çıxış yolu olduğunu anladı. Bu çıxış yolu isə, dahi, fenomenal siyasi biliyə malik, XX əsrin ən görkəmli siyasi və dövlət xadimlərindən biri, Naxçıvan Muxtar Respublikasının Ali Məclisin sədri, Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevin Bakıya dəvət olunmasından ibarət idi. Azərbaycan dövlətçiliyinin yaşamasını istəyən, ölkənin seperatçı rejimlər tərəfindən bölüşdürülməsini sakit şəkildə izləyə bilməyən ziyalılar Ulu öndər Heydər Əliyevə müraciət etdilər. Azərbaycan xalqının böyük oğlu 1993-cü il iyunun 9-da Bakıya döndü. Bu dönüş xalqın istəyi, tarixi zərurət idi. Çünki, əgər Heydər Əliyev olmasaydı, Azərbaycan dövləti XX əsrdə ikinci dəfə əldə etdiyi müstəqilliyini yenidən itirə bilərdi.
İyunun 15-də keçirilən parlament iclası demək olar ki, o günün canlı şahidi olmuş hər bir azərbaycanlının yaddaşına həkk olunub. AXC-Müsavat cütlüyünün parlament sədri istefa verdiyi üçün Milli Məclis öz işinə sədrsiz başladı. Həmin gün Azərbaycan parlamentinin sədri vəzifəsinə seçilən Ümummilli liderimiz Heydər Əliyev deputatlar qarşısında çıxış edərək bütün imkanlarından istifadə edib bu ağır və məsuliyyətli yükü aparmağa çalışacağını və vəzifəsini ləyaqətlə yerinə yetirəcəyini vəd etdi: “Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm”.
Həmin hadisələrin canlı şahidlərindən olan Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov o dövrdə AXC-Müsavat hakimiyyətinin atdığı addımlarla xalqın inamını itirdiyini bildirib. Millət vəkili Ulu öndər Heydər Əliyevin dünyada böyük nüfuza sahib olduğunu və xalqın sevgisini qazandığını deyib: “Ona görə də, həmin hakimiyyət Heydər Əliyevi qəbul etmək istəmirdi və 1992-ci ilin 24 oktyabrında, Əbülfəz Elçibəy də başda olmaqla, onlar Naxçıvanda dövlət çevrilişinə cəhd etdilər. Naxçıvanda Daxili İşlər Nazirliyinin binasını, televiziyanı zəbt etdilər, televiziya ilə camaata müraciət etmək istəyirdilər. Baxmayaraq ki, Xalq Cəbhəsinin üzvləri bütün yolları bağlamışdılar, Heydər Əliyevi müdafiə etmək üçün bütün kəndlərdən camaat gəlmişdi. Xalq Heydər Əliyevə sevgisini Onun ətrafında sıx birləşməklə, müdafiə etməklə göstərdi. Ulu öndər Heydər Əliyevi hakimiyyətə xalqın sevgisi, iradəsi gətirmişdi”.
1993-cü ilin yayında baş verənləri isə xalqın taleyi ilə oynayan səriştəsiz, qabiliyyətsiz hakimiyyətin dövləti təhlükəyə atması kimi dəyərləndirən millət vəkili dövlətçiliyin xilasının məhz Ulu öndərin gəlişi ilə təmin olunduğunu dedi: “Ulu öndər Heydər Əliyev Bakıya iyunun 9-da gəldi, iyunun 13-də Gəncəyə getdi, orada baş verənləri öz gözləri ilə gördü və vəziyyəti dəqiq müəyyənləşdirdi. Heydər Əliyev 15 iyunda Azərbaycanı xaosdan, anarxiyadan, müharibədən, qardaş qırğınından, vətəndaş müharibəsindən, dövlət çevrilişindən qurtardı. 4 iyun Gəncə hadisələrindən danışarkən bir məsələ qeyd olunmalıdır ki, özlərinin qəhrəman etdikləri Surət Hüseynov həmin hakimiyyətin axırına çıxdı. Söhbət Rusiya qoşunlarının Gəncədən çıxarılmasından gedirdisə, niyə Naxçıvandakı sovet qoşunları çıxarılarkən dava, qarşıdurma olmadı? Amma AXC-Müsavat cütlüyünün siyasi səriştəsizliyi vətəndaş müharibəsinə gətirib çıxarmışdı. Heydər Əliyev dövlətçilik ustadı idi, müdrik insan idi, Azərbaycana əmin-amanlıq gətirdi. Buna görə də, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 15 iyun tarixi həyatımıza Milli Qurtuluş Günü kimi daxil olub. Mənim üçün bundan əziz bayram yoxdur. Çünki 15 iyun olmasa idi, nə Azərbaycan, nə də suveren dövlət olacaqdı. O zaman hakimiyyətdə olanlar bəzən bu bayrama başqa cür yanaşır, deyirlər ki, nədən qurtulduq. Tam məsuliyyətimlə deyirəm ki, məhz onlar Surət Hüseynovun “dar ağacı”ndan qurtuldular. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəlməklə, AXC-Müsavat hakimiyyətinin rəhbərlərini S.Hüseynovun “dar ağacı”ndan xilas etdi. Buna görə onlar bütün həyatı boyu Heydər Əliyevə borcludurlar”.

 
  • Oxunub:  24270  |  
  • Tarix:  04-06-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Milli Məclisdə 2019-cu ilin büdcə zərfinə daxil olan məsələlər müzakirə olunur

10:45
14 Noyabr
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Qırğızıstanda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXI iclasında iştirak edib
10:41
14 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 29 dəfə pozub
10:39
14 Noyabr
Azərbaycan Braziliyada keçirilən növbəti diplomatik yarmarkada təmsil olunub
10:38
14 Noyabr
Bərdə məktəbliləri ölkəmizin şimal bölgəsi ilə yaxından tanış olacaqlar
10:18
14 Noyabr
Tur-aksiyalar şagirdlərə respublikamızın tarixini, mədəniyyətini daha yaxından öyrənməyə imkan yaradır
10:11
14 Noyabr
Tərtər rayonunun məktəbliləri Quba-Qusar-Xaçmaz istiqaməti üzrə tur-aksiyaya başlayıblar
10:09
14 Noyabr
Cənub bölgəsinin məktəbliləri Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə tur-aksiyaya çıxıblar
09:30
14 Noyabr
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Kolumbiya Parlamentində qəbul keçirilib
08:47
14 Noyabr
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
17:55
13 Noyabr
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən növbəti aksiya keçirilib
17:44
13 Noyabr
Vüqar Gülməmmədov: Növbəti ilin dövlət büdcəsinin layihəsi ilə bağlı sənədlərdə sosial-iqtisadi inkişafın meyillərinin əsas göstəricilərinin əks etdirilməsi maliyyə inzibatçılığında şəffaflığının yüksəldilməsinə də şərait yaradır
17:41
13 Noyabr
Samir Şərifov: 2019-cu ilin büdcə layihəsi təkcə ölkəmizdə baş verən makroiqtisadi prosesləri deyil, dünyada və regionda baş verən geosiyasi proseslər nəzərə alınmaqla tərtib olunub
17:39
13 Noyabr
Tbilisidə keçirilən beynəlxalq konfransda “Azerkosmos” və “Azersky”in fəaliyyəti barədə məlumat verilib
17:25
13 Noyabr
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
17:19
13 Noyabr
Azərbaycan regionda digər sahələrdə olduğu kimi, paralimpiya hərəkatında da lider ölkədir
17:16
13 Noyabr
Qida Təhlükəsizliyi Agentliyi: neqativ hallara qarşı aparılan mübarizə daha da gücləndiriləcək
17:14
13 Noyabr
Beynəlxalq Qızıl Xaç Komitəsi Bərdə şəhərində media nümayəndələri üçün seminar təşkil edib
17:12
13 Noyabr
Şamaxıda “Mənəvi dəyərlərimiz - dünən, bu gün, sabah” mövzusunda seminar-treninq keçirilib
17:10
13 Noyabr
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
17:03
13 Noyabr
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində UNESCO-nun dəyər və prinsipləri də kobudcasına pozulub
17:01
13 Noyabr
Dövlət və bələdiyyə idarəçiliyinin strateji istiqamətlərinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
16:58
13 Noyabr
Leyla Abdullayeva: Avropa Parlamentinin etik məsələlərə məsul komitələri deputat Eleni Teoxarusun fəaliyyətini araşdırmalıdır
16:51
13 Noyabr
Peter Pelleqrini: Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
16:29
13 Noyabr
Folklorda milli dövlətçilik ideyaları ən müxtəlif janrlarda əksini tapıb
15:52
13 Noyabr
Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində mühüm addımlar atılır
15:43
13 Noyabr
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb – operativ məlumat
15:37
13 Noyabr
Doqquz ayda Azərbaycan ilə Slovakiya arasında ticarət dövriyyəsi 33 faiz artıb
14:59
13 Noyabr
Bakıda gənclər təşkilatlarının V Respublika sərgisi açılıb
14:57
13 Noyabr
AQTA-da iri ticarət şəbəkələrinin rəhbərləri ilə görüş keçirilib
14:54
13 Noyabr
“Asan İmza” İƏİT nəzdində Dövlət Sektorunun İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi tərəfindən ən innovativ nümunə kimi qəbul edilib
14:49
13 Noyabr
Nazir: Növbəti ildə əsas kapitala investisiya qoyuluşlarının 17.9 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır
14:47
13 Noyabr
Respublika Veteranlar Təşkilatında Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi qeyd edilib
14:39
13 Noyabr
Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb
14:36
13 Noyabr
Slovakiyanın Baş naziri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14:32
13 Noyabr
Şahin Mustafayev: 2019-cu ildə tədiyyə balansının cari hesabının müsbət olacağı proqnozlaşdırılır
13:32
13 Noyabr
Milli Məclisin sədri: 2019-cu ilin dövlət büdcəsi sosialyönümlülüyünü qoruyacaq
13:22
13 Noyabr
İndiyədək Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan layihələrə təqribən 32 milyard dollar xərclənib
13:19
13 Noyabr
Oqtay Əsədov: Vergi sistemində nəzərdə tutulan islahatlar ölkə iqtisadiyyatının inkişafına töhfə verəcək
12:56
13 Noyabr
2040-cı ilədək qlobal enerji tələbatı 25 faizdən çox artacaq
12:51
13 Noyabr
Türkmənistan qazının Avropa bazarlarına tədarükü imkanları müzakirə edilir
12:31
13 Noyabr
İçərişəhərlə tanışlıq Slovakiyanın Baş nazirində zəngin təəssürat yaradıb
12:29
13 Noyabr
Hakan Aras: Azərbaycan ali təhsil verdiyi türkiyəli tələbələrə öz vətəndaşları kimi yanaşır
12:17
13 Noyabr
Səhiyyə Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyi Dünya Diabet Gününə həsr olunmuş aksiya keçirib
12:10
13 Noyabr
Milli Məclisin plenar iclasında 2019-cu ilin dövlət büdcəsi müzakirə olunur
12:05
13 Noyabr
Bakıda akademik Mahmud Kərimovun 70 illik yubileyinə həsr olunan beynəlxalq konfrans işinə başlayıb
11:56
13 Noyabr
Yunanıstanın Saloniki şəhərində “Əbədi Ezamiyyət” filmi nümayiş etdirilib
11:34
13 Noyabr
“Caspian Ecology 2018” sərgisində 8 ölkədən 43 şirkət iştirak edəcək
11:08
13 Noyabr
Dünya şöhrətli professor ölkəmizdə aparılan islahatları izlədiyini bildirib
11:03
13 Noyabr
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
10:49
13 Noyabr
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
10:43
13 Noyabr
Naxçıvanda tələbələr arasında keçirilən “Xəmsə” milli intellektual oyununun qalibləri müəyyənləşib
10:41
13 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub
10:35
13 Noyabr
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
10:32
13 Noyabr
Sona Əliyeva: Ölkəmiz dünya miqyasında sivilizasiyalar arasında dialoqa, humanitar əməkdaşlığa böyük töhfələr verir
10:30
13 Noyabr
Səyyar “ASAN xidmət” davam edir
10:29
13 Noyabr
“Azeri Light”ın bir barrelinin qiyməti 72 dolları keçib
17:53
12 Noyabr
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi üçün 3,5 milyon manat ayrılıb
17:44
12 Noyabr
Tahir Rzayev: Konstitusiyanın Azərbaycanın hüquqi, demokratik dövlət kimi formalaşmasındakı rolu olduqca böyükdür
17:21
12 Noyabr
Salyanda dini radikalizmlə mübarizə ilə bağlı seminar-müşavirə keçirilir
17:05
12 Noyabr
Nizami Cəfərov: Dövlət başçısının Fərmanı Azərbaycan dilinin həm qorunmasına, həm də inkişafına əhəmiyyətli təsir göstərəcək
17:00
12 Noyabr
Pedaqoji Universitetdə Beynəlxalq Loqopedlər Günü ilə bağlı tədbir keçirilib
16:55
12 Noyabr
Siyasi Sənədlər Arxivində “Azərbaycan tarixində alman səhifələri” mövzusunda sərgi keçirilib
16:53
12 Noyabr
YAP Pirallahı rayon təşkilatı "Yeni Azərbaycan Partiyası zəfərlərə doğru" başlığı altında tədbir keçirib
16:49
12 Noyabr
Silahlı Qüvvələrin Baş Qərargah rəisi təlimlərin gedişi ilə bağlı məruzələri dinləyib
16:38
12 Noyabr
Milli Məclisin bir sıra deputatı milli ordumuzun 100 illiyi ilə bağlı yubiley medalı ilə təltif olunub
16:26
12 Noyabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
16:23
12 Noyabr
Prezident İlham Əliyev Bakıda Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib
16:20
12 Noyabr
Bəxtiyar Aslanbəyli: Ötən 21 ildə “Çıraq” platformasından 700 milyon barreldən çox neft hasil edilib
16:17
12 Noyabr
YAP Nəsimi rayon təşkilatının təşəbbüsü ilə Dövlət Bayrağı Günü münasibətilə fləşmob keçirilib
15:58
12 Noyabr
Dövlət Gömrük Komitəsinin Akademiyasında “Konstitusiya günü” qeyd olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+11 +13
gecə+7 +9