Ana səhifə »  Müəlliflər »  Xaricdən idarə olunan bir sıra internet resurslarında Azərbaycana qarşı “qara piar” kampaniyası aparılır
A+   Yenilə  A-
Xaricdən idarə olunan bir sıra internet resurslarında Azərbaycana qarşı “qara piar” kampaniyası aparılır
Yazdı: Nurlan Qələndərli

Ölkəmizdə vətəndaş qarşıdurması yaratmağa çalışanlara, milli-etnik və dini ayrı-seçkiliyi təbliğ edənlərə qarşı aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görülməlidir
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan özünəməxsus inkişaf modelinə malikdir. Bütün sahələrdə əldə edilən nailiyyətlər ölkəmizin qarşısında yeni inkişaf perspektivləri açıb. Bununla yanaşı, həyata keçirilən uğurlu xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənib və Azərbaycan etibarlı strateji tərəfdaş kimi tanınır. Dünya siyasətinin güc mərkəzləri, eləcə də ayrı-ayrı regional aktorlar Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir və qarşılıqlı faydalı əlaqələrin inkişafının zəruriliyini bildirirlər. Şübhəsiz ki, bütün bu nailiyyətlər bəzi dairələr tərəfindən qısqanclıq və narahatlıqla qarşılanır. Bu səbəbdən həmin çevrələr ölkəmizə qarşı qarayaxma kampaniyası aparır və bu məqsədlə müxtəlif üsul və vasitələrdən istifadə edirlər.
Son zamanlar müşahidə edilən neqativ tendensiyalardan biri isə xaricdən idarə olunan bir sıra internet resurslarında - saytlarda, müxtəlif “facebook” səhifələrində Azərbaycana qarşı “qara piar” kampaniyasının aparılması və dezinformasiyaların dövriyyəyə buraxılmasıdır. Həmin resurslar müxtəlif məsələlərlə bağlı manipulyasiyalar edərək cəmiyyətdə çaşqınlıq yaratmağa, eləcə də Azərbaycanın müsbət beynəlxalq imicinə, həyata keçirilən uğurlu daxili və xarici siyasət kursuna kölgə salmağa çalışırlar. Onlar bu cür hərəkətlərlə məhz anti-Azərbaycan dairələrin ideoloji ruporu funksiyasını canfəşanlıqla icra etmiş olurlar. Çünki bu resurslarda əksini tapan qərəzli məlumatlar məhz anti-Azərbaycan dairələrin məqsəd və maraqlarına cavab verir, ölkəmizin milli mənafelərinə qarşı fəaliyyət göstərən mərkəzlərin işinə yarayır.
Xüsusilə də, “Nuraz.com”, “Abna.com”, “Aran.news”, “Qafqaz.ir”, “Rasthaber.com”, “Ru-clip.ru” kimi saytlarda mütəmadi olaraq təxribat xarakterli məlumatlar paylaşılır - cəmiyyətdə ajiotaj yaratmağa xidmət edən informasiyalar dövriyyəyə buraxılır. Mingəçevirdə İstilik Elektrik Stansiyasında qəza baş verdiyi zaman, eləcə də Gəncə hadisələri ilə əlaqədar həmin internet resurslarının təxribat xarakterli informasiyalar yayması, hüquqazidd əməlləri dəstəkləyərək qeyri-qanuni çağırışlara yer verməsi də bu qəbildən olan nümunələr sırasındadır. O da reallıqdır ki, bəhs olunan proseslər fonunda bu resurslara xaricdəki müəyyən dairələr, şəxslər və separatçı qüvvələr dəstək veriblər, yəni sözügedən saytlar həmin qüvvələrin sifarişlərini icra edərək “qara piar” xarakterli informasiyalarında radikal çağırışlara, təxribatlara yol veriblər. Yeri gəlmişkən, Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da iyulun 3-də Gəncədə məlum hadisə baş verdikdən dərhal sonra radikal dini səhifələr və saytların, Vətənə xəyanət ittihamı ilə mühakimə edilmiş separatçılara bağlı KİV-lərin Yunis Səfərovu yeni “Gəncəbasar qisasçısı”, “qəhrəman” elan etməyə tələsdiklərini diqqətə çatdıraraq deyib: “Bu dəfə də onlara Avropadakı iaşə müxalifəti və onların rəhbərlik etdiyi internet kanallarından, Leyla Yunusova kimi antimilli ünsürlərdən kömək gəldi. Rusiyada “talış separatçısı kimi ad-san qazanmış” İsmayıl Şabanovun, Hollandiyada eyni statusla yaşayan Ələkrəm Hümbətovun çevrəsi cinayətkarın müdafiə komitəsini yaradıb xarici dövlət rəsmilərinə müraciət etdilər. 2016-cı ilin Aprel döyüşləri zamanı erməni hərbi mundiri ilə ekranlardan Azərbaycanı, Azərbaycan əsgərini aşağılayan bir xain ona şeir də həsr etdi. Təsadüfi deyil ki, Azərbaycan dövləti və onun müstəqil siyasətinin əleyhinə son dövrlərdə sistemli ideoloji təxribatla məşğul olan bəzi xarici dini saytlar da bu günlərdə xüsusi canfəşanlıq göstərdilər. Kimə məxsusluğu bəlli olmayan Ru-clip.ru saytının Youtube kanalı isə “Səda HD” kimi təqdim olunan şirkətin hazırladığı və üsyana səsləyən 5 klip - çağırış yayımladı”.
İyulun 10-da isə polis əməkdaşlarına qarşı törədilmiş qəddar cinayətə bəraət qazandırmağa yönəlik informasiyaların həmin resurslarda yayılması Azərbaycanın ciddi və koordinasiya olunmuş təxribatla qarşı-qarşıya olduğunu göstərdi. Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu məqamlara da toxunaraq bildirib: “Biz dövlətçiliyimizə qarşı separatçıların, radikal dindarların, yalnız pula və məişət komfortuna işləyən “iaşə müxalifəti”nin sinxronlaşdırılmış ideoloji təxribatı faktı ilə üz-üzəyik. Xarici anti-Azərbaycan qüvvələrin bu mənfur niyyətini anlamaq olar, ancaq daxildən onlara dəstək verən, polis əməkdaşlarına qarşı qəddar cinayətə bəraət qazandırmağa çalışan, yaxud da xaricə qaçıb erməni maliyyəsinin girovuna çevrilənlərin xain canfəşanlığını heç cür başa düşmək mümkün deyil”.
Şübhəsiz ki, bu cür vasitələrlə Azərbaycanda ictimai rəyə təsir etmək, yaxud cəmiyyətdə çaşqınlıq yaratmaq mümkün deyil. Amma bununla bərabər, bütün bu neqativ hallar Azərbaycan cəmiyyəti tərəfindən kəskin narazılıq və ikrah hissi ilə qarşılanır. Azərbaycan cəmiyyəti ölkəmizdə terroru alovlandırmaq və xaos yaratmaq məqsədilə radikal çağırışlar səsləndirənlərə qarşı aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlərin görülməsini tələb edir. Xalqımızın mövqeyi bundan ibarətdir ki, həmin resursların Gəncədə baş vermiş hadisələri - cinayət olayını xalqın qəzəbi kimi qələmə verməyə, vətəndaşları itaətsizliyə çağıraraq terror və qarşıdurmanı alovlandırmağa çalışması konkret olaraq hüquqazidd əməldir və onlara qarşı müvafiq dövlət qurumları tərəfindən adekvat tədbirlər görülməlidir. Yəni, Azərbaycanda vətəndaş qarşıdurması yaratmağa, milli-etnik və dini ayrı-seçkiliyi təbliğ edərək mövcud tolerantlıq mühitini pozmağa çalışanların qanun qarşısında cavab verməsinin zəruri olduğu bildirilir.
Öz növbəsində məsələyə münasibət bildirən Milli Məclisin deputatı Azər Badamov deyib ki, separatizmi dəstəkləyənlərin internet resurslarında təxribatçı paylaşımlar etməsi bir sıra qaranlıq məqamlardan xəbər verir: “Ümumiyyətlə, dövlətə qarşı təxribatçı əməllər birmənalı olaraq pislənilməli, təxribatçılar çox ciddi cəzalandırılmalıdır. Eyni zamanda, Gəncədə baş verən hadisə ilə bağlı təxribatçı məlumatlar yayan insanlara, həmçinin internet resurslarına qarşı da ciddi tədbirlər görülməlidir. Təxribatı təbliğ etmək olmaz, əksinə onun qarşısı alınmalıdır. Biz demokratik və hüquqi dövlət qurmuşuq. Azərbaycanda etibarlı sabitlik və təhlükəsizlik mühiti yaradılıb. Sabitliyi pozmağa çalışan hər bir şəxs qanun qarşısında cavab verərək layiqli cəzasını almalıdır”.
“Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev bildirib ki, ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. B.Quliyev Azərbaycanda internet istifadəçilərinin sayının da kifayət qədər çox olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, bununla belə hər bir vətəndaş, sosial şəbəkə istifadəçisi və mətbuat nümayəndəsi həssas məqamlarda ehtiyatlı olmalı və məsuliyyətini dərk etməlidir: “Qeyd edilməlidir ki, bu gün sosial şəbəkələrdə elə səhifələr var ki, onları idarə edənlər ölkəmizdəki insan hüquq və azadlıqlarından sui-istifadə etməyə çalışır, bəzi hallarda hətta qanunvericiliyin tələblərini belə pozmaqdan çəkinmirlər. Təəssüfləndirici haldır ki, sosial şəbəkələrdəki bir sıra səhifələr hətta xaricdən idarə olunur və orada anti-Azərbaycan mövqeyi, ermənipərəst dairələrin maraqları ifadə edilir. Həmin internet resurslarında açıq terror çağırışları olunur. Gəncədə baş verən məlum hadisələrdən sonra da bunun şahidi olduq. Ayrı-ayrı şəxslər, sosial şəbəkələrdə antimilli ünsürlər tərəfindən idarə olunan bəzi səhifələr açıq şəkildə təxribat yaratmağa çalışır, Azərbaycana qarşı kampaniyalar aparırlar. Həmin internet resurslarında separatizmi dəstəkləyən bəzi antimilli ünsürlər və onların havadarları terrora dəstək verən fikirlər səsləndirir, insanları təxribata çağırırlar. Bu, yolverilməzdir. Həmin çağırışlar, təxribatçı paylaşımlar bir daha anti-Azərbaycan qüvvələrin əsl məqsədlərini ortaya çıxarır və bununla bağlı mütləq ciddi tədbirlər görülməlidir. Eləcə də ölkə vətəndaşları və xüsusilə mətbuat nümayəndələri bu məsələlərdə diqqətli davranmalıdırlar. Hər birimiz terrora, təxribata, bu əməlləri dəstəkləyənlərə qarşı amansız olmalıyıq. İnanıram ki, vətəndaşlarımız hər zaman olduğu kimi bu məsələdə də birlik nümayiş etdirəcək və sosial şəbəkələrdə terror çağırışları edənlərə qarşı mövqelərini ortaya qoyacaqlar”.
Təhlükəsizlik və geosiyasi məsələlər üzrə ekspert Arzu Nağıyev isə bildirib ki, Gəncədə baş verən hadisələr ölkəmizdə sabitliyin pozulmasını istəyən, Azərbaycana qarşı düşmənçilik fəaliyyəti ilə məşğul olan bir sıra xarici qüvvələrin, eləcə də xaricdən idarə olunan bir qrup təxribatçının atdıqları addımların nəticəsidir. O qeyd edib ki, həmin qüvvələr Gəncəni məxsusi olaraq seçiblər və hər şey əvvəlcədən planlaşdırılmış şəkildə həyata keçirilib: “Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı terror aktından sonra dərhal informasiya terroruna keçərək, bəzi KİV-lərdə, eyni zamanda, sosial şəbəkələrdə müəyyən qruplaşmalar yaradaraq Azərbaycana məzhəb ayrı-seçkiliyi salmaq, dini zəmində münaqişə yaratmaq istiqamətində bir sıra addımlar atıldı. Daha sonra əhalini qanunsuz mitinqlərə səsləyərək Gəncədə təxribatçıları, terrorda vasitə ola biləcək şəxsləri ayağa qaldırmağa çalışdılar. Bütün bunlara baxmayaraq, şəhərdə əmin-amanlığı və sabitliyi bərpa etməyə çalışan Azərbaycan polisi onlara qarşı humanistlik göstərdi. Yəni, polislər əlisilahlı insanlara qarşı heç bir silahdan istifadə etməyərək onlarla danışıqlar aparmağa çalışdılar. Lakin təxribatçılar yüksəkrütbəli iki polis əməkdaşını qətlə yetirdilər”.
Ekspert bildirib ki, onların planları Azərbaycanın dövlətçiliyini sarsıtmaq, müstəqilliyinə xələl gətirməkdir. Bütün bu proseslər müəyyən mərkəzlər tərəfindən məqsədli şəkildə hazırlanıb, xüsusi təlim və təlimat almış şəxslər tərəfindən həyata keçirilib. Arzu Nağıyevin sözlərinə görə, istər real həyatda, istərsə də sosial şəbəkələrdə bu cür qruplaşmaların qarşısını almaq üçün ciddi tədbirlər görülməlidir. Ümumiyyətlə, Azərbaycanda terrorla sabitliyi pozmaq istəyənlər məqsədlərinə nail ola bilməyəcəklər.

 
  • Oxunub:  12540  |  
  • Tarix:  13-07-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 91-ci kitabı çapdan çıxıb

13 Noyabr 21:31
Azərbaycan ilə Özbəkistan arasında dini-mənəvi sahədə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub
13 Noyabr 21:28
Asiya İnkişaf Bankının “Texniki dəstək” layihəsinin təqdimetmə mərasimi keçirilib
13 Noyabr 20:09
Azərbaycanın kosmik proqramı: Zəngin ənənələr və müasir çağırışlar
13 Noyabr 20:00
Azərbaycanda mövcud nəqliyyat problemləri və onların həll yollarına dair müzakirələr aparılıb
13 Noyabr 19:56
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində dağıstanlı deputatlarla görüş keçirilib
13 Noyabr 19:50
Yeni TV-də canlı yayımda Hikmət Babaoğlunun qonağı Milli Məclisin deputatı Aydın Hüseynov olmuşdur (VİDEO)
13 Noyabr 19:45
Sona Əliyeva: Radikal müxalifətin təmsilçiləri xaricdəki havadarlarının sifarişlərini yerinə yetirirlər
13 Noyabr 17:39
AMEA-da tədris prosesinin cari vəziyyəti müzakirə olunub
13 Noyabr 17:31
ABŞ-ın nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub
13 Noyabr 17:26
Prezident İlham Əliyev Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavinini qəbul edib
13 Noyabr 17:24
Azərbaycan Dillər Universitetində Qədim dillər elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb
13 Noyabr 17:21
“Azəriqaz”da istehsalat müşavirəsi keçirilib
13 Noyabr 17:20
Mərkəzi Seçki Komissiyası Gəncədə regional seminar-müşavirə keçirib
13 Noyabr 17:11
Mərkəzi Seçki Komissiyası “Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb
13 Noyabr 17:08
Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri ABŞ-a səfərə gedib
13 Noyabr 17:06
Prezident İlham Əliyev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 Noyabr 17:00
Prezident İlham Əliyev Misirin Nümayəndələr Palatası sədrinin birinci müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 Noyabr 16:49
Prezident İlham Əliyev Rusiya Federasiya Şurasının sədr müavinini və komitə sədrini, Dağıstan Xalq Məclisinin sədrini və sədrin müşavirini qəbul edib
13 Noyabr 16:45
Təhsil nazirinin Fransaya səfəri davam edir
13 Noyabr 16:38
Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına 5 milyon manat ayrılıb
13 Noyabr 16:36
Prezident İlham Əliyev: Ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir
13 Noyabr 16:34
Hadi Rəcəbli: Büdcənin sabitliyi və dayanıqlılığının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir
13 Noyabr 16:33
Birləşmiş Ərəb Əmirlikləri indiyədək Azərbaycan iqtisadiyyatına 2,2 milyard dollar sərmayə yatırıb
13 Noyabr 16:28
Naqif Həmzəyev: 2020-ci ilin sosialyönümlü büdcəsi əhalinin rifah halının yaxşılaşdırılmasına hesablanıb
13 Noyabr 16:26
Milli Məclisin Sədri Rusiya Federasiya Şurasının sədr müavini ilə görüşüb
13 Noyabr 16:13
Sahibə Qafarova: Bu gün Azərbaycan özünün inkişafında ən yüksək zirvəni yaşamaqdadır
13 Noyabr 16:10
Eldəniz Səlimov: Dünyada Azərbaycan müstəqil siyasət yürüdən ölkə kimi qəbul edilir
13 Noyabr 16:07
Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrini qəbul edib
13 Noyabr 16:02
Futbol üzrə Azərbaycan kuboku turnirinin 2019-2020-ci illər mövsümünün püşkü atılıb
13 Noyabr 15:55
Los-Ancelesdə Azərbaycan-Pakistan-Türkiyə dostluq münasibətlərinə həsr olunmuş tədbir keçirilib
13 Noyabr 15:53
Erməni diplomatlar tərəfindən Azərbaycana qarşı yönəlmiş çirkin əməllərin qarşısı alınır
13 Noyabr 15:46
Ticarət obyektlərinin sahibləri ilə görüşdə istehlakçı hüquqlarının qorunmasından bəhs olunub
13 Noyabr 15:43
“Made in Azerbaijan” brendli məhsullar “Food and Hotel China 2019” sərgisində
13 Noyabr 15:38
İlahiyyat İnstitutu: “Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışında iştirak etmiş tələbələrlə görüş
13 Noyabr 15:24
Eliy Abadi: Azərbaycan tolerantlıq ənənələrinə görə dünyanın ən qabaqcıl ölkələri sırasındadır
13 Noyabr 15:14
Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri Şəhidlər xiyabanını ziyarət edib
13 Noyabr 14:51
Oktyabrda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 384 vətəndaş müraciəti daxil olub
13 Noyabr 14:28
Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin ofisi açılıb
13 Noyabr 14:17
Hərbi Hava Qüvvələri əməliyyat təlimi çərçivəsində qarşıya qoyulan tapşırıqları icra edir
13 Noyabr 14:13
Ermənistan Azərbaycanla Gürcüstan arasında qardaşlıq və dostluq münasibətlərinə həmişə nifaq salmağa çalışır
13 Noyabr 14:08
Milli Məclisdə “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib
13 Noyabr 14:00
AzMİU ilə Türkiyənin Yıldız Texnik Universiteti arasında əlaqələr genişlənir
13 Noyabr 13:57
Hikmət Babaoğlu: “Azərbaycanda son illərin ən yaxşı inkişaf göstəriciləri bu il qeydə alınıb”
13 Noyabr 13:56
Nazir: Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin turizm və investisiyaların cəlbi sahələrində əməkdaşlığı genişləndirilə bilər
13 Noyabr 13:52
Təhsil nazirinin müavini Ucar rayonunda
13 Noyabr 13:50
Sahil Babayev: 2020-ci ildə Dövlət Sosial Müdafiə Fondundan əhaliyə ödənişlərin məbləği 4 milyard 684 milyon manat olacaq
13 Noyabr 13:05
Müdafiə Nazirliyi: Monitorinq insidentsiz başa çatıb
13 Noyabr 13:02
Mikayıl Cabbarov: Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin iqtisadi əməkdaşlığı daha da inkişaf edəcək
13 Noyabr 12:51
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Sergey Lavrovun fikirləri ilə bağlı bəyanat yayıb
13 Noyabr 12:21
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələr davam edir
13 Noyabr 12:13
BŞBPİ: Bakıda yolu bağlayaraq avtomobillərə və vətəndaşlara hücum edən şəxslər saxlanılıblar
13 Noyabr 12:09
Xətai məktəbliləri Gəncə, Şəmkir, Göygöl rayonları üzrə ekskursiyaya çıxıblar
13 Noyabr 12:04
Bilal Dündar: Nəsiminin yubileyi münasibətilə 650 min ağac əkilməsi təşəbbüsü onun xatirəsinə böyük ehtiramdır
13 Noyabr 12:01
Ağcabədidə 18 kilometrlik yol yenidən qurulub
13 Noyabr 12:00
Getaçyu Engida: Azərbaycan regionda və dünyada sülhün və sabitliyin inkişafına töhfə verir
13 Noyabr 11:54
Strateji Elmi Tədqiqatlar Mərkəzinin əməkdaşları Dövlət Sərhəd Xidməti tərəfindən mükafatlandırılıb
13 Noyabr 11:42
Sabunçuda sakinlərin problemləri dinlənilib
13 Noyabr 11:24
Nərimanov rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak etməyin sevincini yaşayırlar
13 Noyabr 11:17
Bakıda tanınmış bolqarıstanlı fotoqrafın sərgisi açılıb
13 Noyabr 11:16
Noyabrın 13-ü Beynəlxalq Gözdən Əlillər Günüdür
13 Noyabr 10:47
Bakı Ekspo Mərkəzində “Caspian Ecology” X Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi işə başlayıb
13 Noyabr 10:46
Nəsimi rayon məktəbliləri Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyaya yola düşüblər
13 Noyabr 10:37
Zaqatala məktəbliləri cənub bölgəsi ilə tanış olacaqlar
13 Noyabr 10:36
Ahmet Altay Cengizer: Azərbaycan güclü mədəniyyəti olan ölkədir
13 Noyabr 10:31
Cənub bölgəsinin məktəbliləri Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə tur-aksiyaya qoşulublar
13 Noyabr 10:25
Qax məktəblilərini cənub bölgəsində maraqlı ekskursiyalar gözləyir
13 Noyabr 10:16
Şimal rayonlarından olan yüzə yaxın məktəbli maarifləndirici tur-aksiyaya qoşulub
13 Noyabr 10:04
Avstraliyanın turizm saytı: Səfərə hazırlaşırsınızsa, Azərbaycanı seçin!
13 Noyabr 10:00
Bu gündən “Ölkəmizi tanıyaq” növbəti maarifləndirici tur-aksiya başlayır
13 Noyabr 09:51
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 22 dəfə pozub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA