Ana səhifə »  Müəlliflər »  Terrorun 3 ayağı və yaxud bir daha Gəncədə baş verən hadisələrin ideoloji, mənəvi və siyasi tərəfləri haqqında...
A+   Yenilə  A-
Terrorun 3 ayağı və yaxud bir daha Gəncədə baş verən hadisələrin ideoloji, mənəvi və siyasi tərəfləri haqqında...
Yazdı: Hikmət BABAOĞLU

İyulun 10-da Gəncə Şəhər İcra Hakimiyyəti qarşısında baş verən təxribat hadisəsi bir neçə gün əvvəl Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı törədilən terror aktının heç də təsadüfi olmadığını göstərdi. Bəziləri sosial şəbəkələrdə iyulun 3-dəki hadisənin guya məişət zəminində baş verməsi ilə bağlı ictimai rəy formalaşdırmağa çalışsalar da, bu cəhdləri baş tutmadı. Bəs Gəncədə bu hadisələrin baş verməsinə səbəb nədir? Nə üçün din pərdəsi altında dövlət məmuruna qarşı terror hadisəsi törədilir? Bu suallara cavab tapmaqla biz terrorizmin qlobal mahiyyətini bir daha açıb ortaya qoya bilərik.
Hazırkı mərhələdə terrorun daha effektiv nəticə verməsi üçün informasiya resurslarından da geniş istifadə olunur. Heç şübhəsiz, Gəncədə baş verən terror hadisəsi hər şeydən öncə Azərbaycan dövlətinin etibarsızlaşdırılmasına hesablanmışdı. Bu terrorun arxasında Azərbaycanın müstəqil siyasətini qəbul etməyən qüvvələr durur. Təkcə son dövrlərdə baş verən bir neçə faktı sadalamaq və bunlar arasında məntiqi əlaqə qurmaqla biz müəyyən həqiqətlərə işıq tutmuş ola bilərik. Belə ki, güclü orduya, iqtisadiyyata, hərbi və siyasi gücə malik olan Azərbaycanda xalq-iqtidar birliyi var ki, bu da ölkəmizdəki sabitliyin və inkişafın əsasını təşkil edir.
Son zamanlarda Azərbaycanın həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar, böyük iqtisadi gücə malik olan meqalayihələr, beynəlxalq aləmdə ölkəmizin artan nüfuzu işğalçı Ermənistanın və onun havadarlarının ürəyində xof yaradıb. O cümlədən elə iyulun 11-də Brüsseldə Azərbaycan ilə Avropa İttifaqı arasında müqavilənin paraflanması ölkəmizin beynəlxalq gücünü bir qədər də artırıb. Paraflanan sənəddə bir daha Azərbaycanın Avropa institutlarına inteqrasiyasının göstərilməsi və ərazi bütövlüyümüzün dəstəklənməsinin bəyan edilməsi yuxarıda söylədiklərimizə əyani sübutdur.
Bununla yanaşı, bu il Azərbaycan Ordusunun yaranmasının 100 illik yubileyi münasibətilə təntənəli parad keçirildi, o cümlədən Azərbaycan polisinin yaranmasının 100 illiyi qeyd edildi. Azərbaycan bir növ öz hərbi-siyasi gücünü nümayiş etdirməklə dosta və düşmənə lazımi ismarıclar göndərdi. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik təntənəsini yaşadığımız bir vaxtda iyirminci əsrin sonunda əldə etdiyimiz ikinci müstəqilliyimiz illərində baş verən mühüm siyasi-iqtisadi hadisələrə və onların baş verdiyi zaman ölkəmizə qarşı törədilən təxribatlara nəzər salmaqla bunları ümumiləşdirərək təhlil aparmağa çalışsaq, bütün mühüm siyasi və iqtisadi layihələr ərəfəsində xarici qüvvələrin bənzər davranışlar sərgilədiyini görəcəyik.
Tarixə qısa ekskursiya edərək sadəcə bir neçə fakta nəzər salsaq, görəcəyik ki, 1990-cı illərin əvvəllərində “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində yenə hədəf Gəncə seçilmişdi. Bundan sonra Azərbaycanın cənubunda etnik separatçılıq baş qaldırmış və nəhayət, 1995-ci ilin mart hadisələrində dövlət çevrilişinə cəhd edilmişdi. Yenə də məqsəd gələcəkdə Azərbaycanın həyata keçirəcəyi böyük iqtisadi layihələri əngəlləmək idi. Belə bir sual ortaya çıxır. Bəs nə üçün məkan olaraq məhz Gəncə ikinci dəfə hədəf seçilir?
Biz bilirik ki, Gəncə Azərbaycanın mənəvi paytaxtı, qərb paytaxtı, Azərbaycan Xalq Cümhuriyyətinin ilkin paytaxtı olmaqla yanaşı, Azərbaycan mənəviyyatının və milli şüurunun formalaşdığı mərkəzlərdən də biridir. Eyni zamanda, Gəncə Azərbaycanın Qərbə açılan qapısıdır. Bütün Orta Asiya və Mərkəzi Asiyadan, o cümlədən Azərbaycandan Qərbə gedən yolun çox mühüm dəhlizi kimi çıxış edir. Azərbaycanın bütün meqalayihələri, o cümlədən böyük İpək yolundan başlamış böyük qaz layihələrinə, Cənub Qaz Dəhlizinə, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinə, Bakı-Tbilisi-Ceyhan neft kəmərinə qədər bütün kommunikasiyaların keçdiyi ərazidir. Həm də Azərbaycanla əməkdaşlıq edərək Orta Asiyadan Qərb marşrutuna çıxmaq istəyən dövlətlər üçün mühüm nəqliyyat dəhlizidir. Bu nəqliyyat dəhlizini daha cazibədar etmək üçün Azərbaycan Bakı-Tbilisi-Qars dəmiryolunu da inşa edib. Dolayısıyla Gəncə özlüyündə mühüm geostrateji nəqliyyat kommunikasiya mərkəzinə çevrilib. Ona görə də Azərbaycana zərbə vurmaq istəyən antiazərbaycançı mərkəzlər üçün Gəncənin hədəf kimi seçilməsi heç də təsadüfi deyil. Belə mərkəzlər isə həm Qərbdə, həm Şimalda, həm də Cənubda mövcuddur. Nəzərə almaq lazımdır ki, işğalçı Ermənistan da həmişə bizi Gəncə ilə təhdid edir və son hadisələr də bir daha onu göstərdi ki, bu məsələdə onun xeyli sayda həmfikirləri də var. Yəni Azərbaycanın qərb dəhlizində təhlükənin olması bütövlükdə Azərbaycanın və onun müttəfiqlərinin təhlükəsizliyinin pozulması, ölkəmizin həyata keçirdiyi qlobal iqtisadi layihələrin önünün kəsilməsi deməkdir. Bu, Azərbaycanın düşmənləri tərəfindən çoxdan müəyyənləşdirilmiş məqsəddir. Yada salaq ki, birinci Qarabağ savaşında ermənilər bunu tez-tez dilə gətirirdilər. İkinci mühüm məsələ isə ondan ibarətdir ki, Azərbaycan heç vaxt indiki qədər Dağlıq Qarabağ problemini həll etməyə yaxın olmayıb. Bu məsələyə Ermənistanda baş verən son hadisələr kontekstindən nəzər salsaq, görərik ki, müqavimətini və müdafiə gücünü itirən Ermənistan dövlətçiliyi bu gün tükənmək üzrədir. Belə vəziyyətdə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi bir qədər də asanlaşır. Ona görə də məhz bu hadisənin arxasında mütləq erməni faktoru və onun havadarları faktorunu da axtarmaq lazımdır.
Terrorun ikinci ayağı fiziki terrordan sonra mənəvi terrordur. Biz bilirik ki, Azərbaycan cəmiyyətində həmrəyliyi təmin edən əsaslardan biri bizim milli-dini mənəviyyatımız və dini identifikasiyamızdır. Azərbaycanda multikultural cəmiyyət və tolerant mühit var. Ancaq çox təəssüf ki, milli gücümüzün mənəvi komponentləri olan bu faktorları düşmənlərimiz milli gücümüzün əleyhinə yönləndirməyə çalışırlar. Bu gün Azərbaycanda vəhdət namazı qılınır, bütün dini konfessiyalar birgə yaşayırlar. Belə olan halda, radikalizmi pərdə edərək onun arxasında gizlənib “Allahu-Əkbər” sədaları ilə terror törətmək əslində Azərbaycanı suriyalaşdırmaq məqsədindən başqa bir şey deyil. Bu eyni zamanda, Azərbaycanın həqiqi dindarlarının və möminlərinin hədəfə alınmasıdır. Çünki heç bir dindar dinin terror vasitəsi olmasını istəməz. Bu da əslində islamofob mərkəzlərə xidmət edən bir hadisədir. Harada terror faktı varsa, o mütləq bir şəkildə İslam dini ilə əlaqələndirilir ki, İslam dini terrorist din kimi qəbul edilsin.
Terrorun üçüncü ayağı olaraq müəyyənləşdirdiyimiz hadisə informasiya terroru hadisəsidir. Gəncədə baş verən hadisələrdən dərhal sonra sosial şəbəkələrdə informasiya terroru milli informasiya resurslarımıza hücuma keçdi, terroru törədənlərdən bir qəhrəman obrazı yaratmağa cəhd etdilər. Bunu isə Azərbaycan informasiya məkanına kənardan daxil olan marginal qruplar vasitəsilə etməyə çalışdılar. Nəticədə nə baş verdi? Azərbaycan cəmiyyəti hər üç istiqamətdə aktiv sosial müqavimət göstərməklə isbat etdi ki, savadlı Azərbaycan cəmiyyəti baş verən hadisələrin fərqindədir. Birincisi, informasiya terroruna qarşı Azərbaycanın fəal sosial şəbəkə iştirakçıları və vətənpərvər ictimai fəal fərdləri, ikincisi, mənəvi terrora qarşı ölkəmizdə həqiqi möminlər və dindarlar, üçüncüsü isə fiziki terrora qarşı funksional dövlət aparatı və öz işinin öhdəsindən layiqincə gəlməyi bacaran hüquq-mühafizə orqanları var. Bu əslində Azərbaycanda xalq-hakimiyyət birliyinin nümunəsi idi. Və Azərbaycan xalqının öz Prezidentinə olan etimadının göstəricisi idi.
Qısa müddətdə hadisələr lokalizə edildi və Azərbaycan cəmiyyəti tərəfindən rədd edildi. Azərbaycan cəmiyyəti bir daha sübut etdi ki, radikalizm onun sosial sifarişi deyil, ola da bilməz. Savadlı və yetkin Azərbaycan cəmiyyətini, obyektiv əsaslarda formalaşmış ictimai şüuru manipulyasiya etmək olmaz. Azərbaycan xalqı ümummilli məsələlərdə həmrəydir və öz iradəsilə legitim əsaslarda formalaşdırdığı hakimiyyətin arxasındadır. Bu həmrəylik əslində terroru törədənlərə, onu dəstəkləyən ayrı-ayrı güc mərkəzlərinə Azərbaycan xalqının və hakimiyyətinin birgə verdiyi cavab idi. Qoy onlar bundan dərs çıxarsınlar. Əlbəttə ki, cinayətkarlar mütləq cəzalandırılmalıdır. Hər bir Azərbaycan vətəndaşı bu hadisə haqqında öz mövqeyini bildirməlidir. Məsələ ilə bağlı Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov öz yazısında çox mühüm aspektlərə toxunaraq bu prosesdə hər bir Azərbaycan vətəndaşının mövqe sərgiləməsini vacib hesab etdi. Tamamilə doğrudur. Cəmiyyətin hər bir fərdinin maraqları o cəmiyyətin ümumi maraqlarını formalaşdırır və biz bunu ümummili maraq kimi ifadə edirik. Bu gün ümummilli marağımız bizdən qətiyyətli mövqe nümayiş etdirməyi tələb edir və Azərbaycan cəmiyyəti buna hazırdır.
Hadisəni törədənlər mütləq ən sərt şəkildə cəzalandırılmalıdır. Onların havadarları ifşa edilməlidir. Bu, Azərbaycan xalqının sosial sifarişidir. Əminik ki, bu belə də olacaqdır.

 
  • Oxunub:  2160  |  
  • Tarix:  13-07-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir

17:58
18 Sentyabr
Bakı Dövlət Universitetində beynəlxalq elmi konfrans: “Dünya azərbaycanlıları: tarix və müasirlik”
17:54
18 Sentyabr
Nazir müavini: “Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır
17:53
18 Sentyabr
Bilik Fondu Abşeronda və Tərtərdə Milli Musiqi Gününü qeyd edib
17:51
18 Sentyabr
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
17:46
18 Sentyabr
Bakıda Azərbaycan-Qazaxıstan İşçi Qruplarının ilk iclası keçirilib
17:44
18 Sentyabr
Vitse-kansler: Avstriyada da şahmat, cüdo və güləş idman növlərinin Azərbaycandakı səviyyəyə yüksəlməsini istərdim
17:19
18 Sentyabr
Vətənə xidmət şərəfdir
17:15
18 Sentyabr
Əli Həsənov: Ailəsini siyasi alver predmetinə çevirən Paşinyanın rəhbərlik etdiyi xalqı hansı fəlakətlər gözlədiyini ehtimal etmək çətin deyil
17:11
18 Sentyabr
Cüdo üzrə Azərbaycan yığması dünya çempionatına hazırdır
17:02
18 Sentyabr
Azərbaycanı “Uşaq Avroviziya-2018” mahnı müsabiqəsində Fidan Hüseynova təmsil edəcək
17:01
18 Sentyabr
Prezident təqaüdçüsü: “UNEC Azərbaycanın ən yaxşı universitetləri sırasındadır”
16:48
18 Sentyabr
43-cü Dünya Şahmat Olimpiadasının başlanmasına 5 gün qalır
16:36
18 Sentyabr
Azərbaycanla Moldova ikitərəfli daşımalar və tranzit keçid üçün “İcazə”ləri artıracaq
16:07
18 Sentyabr
Sona Əliyeva: Möhtəşəm parad Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının tərənnümüdür
15:58
18 Sentyabr
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin zəif görənlər bölməsinin təqdimatı olub
15:30
18 Sentyabr
Bəstəkarlar İttifaqında “Üzeyir Hacıbəyli və Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda elmi konfrans təşkil edəcək
15:22
18 Sentyabr
Aşura mərasimlərində heç bir halda xurafata yol vermək olmaz
15:05
18 Sentyabr
Milli Məclisdə Rumıniya Deputatlar Palatası xarici işlər komitəsinin sədri ilə görüş olub
14:45
18 Sentyabr
Biləsuvarda Gənclər Evi açılıb
14:38
18 Sentyabr
Azərbaycan ilə Avstriya arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
14:34
18 Sentyabr
Prezident İlham Əliyev Biləsuvarda Bayraq Muzeyinin açılışında iştirak edib
14:32
18 Sentyabr
Bakı metrosunda Milli Musiqi Günü qeyd olunub
14:31
18 Sentyabr
Çinin Sinxua agentliyinin nümayəndə heyəti Xəzər Televiziyasının fəaliyyəti ilə tanış olub
14:28
18 Sentyabr
Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolu istifadəyə verilib
14:26
18 Sentyabr
İşaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatları sistemi daha təkmil hüquqi əsasda formalaşır
14:24
18 Sentyabr
Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün təlim keçirilir
14:22
18 Sentyabr
Sinxua agentliyi “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində AZƏRTAC-la əməkdaşlığa hazırdır
14:16
18 Sentyabr
Prezident İlham Əliyev Biləsuvar rayonuna səfərə gəlib
14:15
18 Sentyabr
Bakı Musiqi Akademiyasının qarşısında Milli Musiqi Günü təntənəli şəkildə qeyd edilib
14:13
18 Sentyabr
AMEA Naxçıvan Bölməsində arxeoloji ekspedisiyaların yekunları müzakirə olunub
12:44
18 Sentyabr
Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin Bakıda keçirilmiş iclasının qərarları açıqlanıb
12:43
18 Sentyabr
İnsan resurslarının idarə edilməsi sahəsində qabaqcıl Azərbaycan təcrübəsi müzakirə olunub
12:38
18 Sentyabr
Hərbi rəhbərlərin növbəti təlim toplantısı başa çatıb
12:36
18 Sentyabr
Masallıda əsaslı şəkildə yenidən qurulan Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolu istifadəyə verilib
12:34
18 Sentyabr
Təlimlər zamanı qoşunlarda döyüşə hazırlıq tədbirləri aparılır
12:32
18 Sentyabr
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
12:31
18 Sentyabr
Birləşmiş Ərəb Əmirliklərinin Xəlifə Fondunun baş direktoru Heydər Əliyev Fondunun layihələri barədə məlumatlandırılıb
12:28
18 Sentyabr
Aqrar Universitetdə akademik Cəlal Əliyevin adını daşıyan auditoriya açılıb
12:24
18 Sentyabr
“Masallı - Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətin çəltik emalı müəssisəsi istifadəyə verilib
12:22
18 Sentyabr
Yaqub Mahmudov: Türk dünyasının ilk cümhuriyyəti Azərbaycanda yaradılıb
12:21
18 Sentyabr
Azərbaycan Ümumdünya Poçt İttifaqının konqresində təmsil olunub
12:15
18 Sentyabr
Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edib
12:11
18 Sentyabr
Milli Musiqi Günü münasibətilə ilk konsert Milli Konservatoriyada olub
12:10
18 Sentyabr
Azərbaycan nümayəndə heyəti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş Konfransının sessiyasında iştirak edir
12:01
18 Sentyabr
Sinxua agentliyinin baş redaktoru Hi Pinqin Azərbaycana səfəri davam edir
11:59
18 Sentyabr
Cəlilabadda Torpaqların Elektron Kadastr Uçotu işləri yekunlaşıb
11:54
18 Sentyabr
Prezident İlham Əliyev Masallı rayonuna səfərə gəlib
11:45
18 Sentyabr
Prezident İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib
11:41
18 Sentyabr
Azərbaycan və Özbəkistanın dövlət müstəqilliyinin 27-ci ildönümü geniş konsert proqramı ilə qeyd edilib
11:36
18 Sentyabr
NAYORA MDB üzv dövlətlərinin Gənclər Forumunda təmsil olunub
11:05
18 Sentyabr
Bu il Azərbaycana payız sentyabrın 23-də qədəm qoyacaq
11:03
18 Sentyabr
Naxçıvan Dövlət Universiteti ilə Van Yüzüncü İl Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
11:00
18 Sentyabr
Ələt azad iqtisadi zonasının inkişafının təmin edilməsi məqsədilə İşçi qrupu yaradılıb
10:59
18 Sentyabr
Nyu-Yorkda ABŞ-Xəzər Biznes Forumu keçiriləcək
10:56
18 Sentyabr
Müdafiə naziri düşmənə qarşı daha sərt tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlar verib
10:50
18 Sentyabr
Mülazim Pahsa: Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
10:24
18 Sentyabr
Parisdə Azərbaycan-UNESCO əməkdaşlığının daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
10:11
18 Sentyabr
Bu gün Milli Musiqi Günüdür
10:09
18 Sentyabr
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir
18:11
17 Sentyabr
Azərbaycan Prokurorluğu Beynəlxalq Prokurorlar Assosiasiyasının xüsusi mükafatı ilə - Fəxri Sertifikatla təltif edilib
17:56
17 Sentyabr
Fəxri ad almış bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub
17:54
17 Sentyabr
Azərbaycan-Qətər əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
17:43
17 Sentyabr
“İrəli” İctimai Birliyinin Lənkəranda həyata keçirdiyi “SAY: Cümhuriyyət” layihəsinin icrası başa çatıb
17:42
17 Sentyabr
İçərişəhərlə tanışlıq Çinin Sinxua agentliyinin nümayəndələrində zəngin təəssürat yaradıb
17:28
17 Sentyabr
Fövqəladə Hallar Nazirliyinin Akademiyasının məzunlarının buraxılışı olub
17:27
17 Sentyabr
Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti Qırğızıstanda iclasda iştirak edib
17:18
17 Sentyabr
Müdafiə naziri təlimlər keçirilən bölgəyə gedib
17:07
17 Sentyabr
İspaniya KİV-ləri: Prezident Ərdoğan Azərbaycanın ərazi bütövlüyünün bərpasına Türkiyənin dəstəyini bir daha vurğuladı
17:01
17 Sentyabr
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının iclası keçirilib
16:49
17 Sentyabr
Bakıda Beynəlxalq Atletika Federasiyasının seminarı təşkil olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA