Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasi diletantın reallıqdan uzaq sayıqlamaları...

Siyasi diletantın reallıqdan uzaq sayıqlamaları...

05.09.2018 [09:11]

Nurlan Qələndərli

Yaxud İlqar Məmmədov anti-Azərbaycan dairələrin direktivləri əsasında fəaliyyət göstərir
Sirr deyil ki, ölkəmizin dinamik inkişafı, milli maraqlara əsaslanan müstəqil siyasət həyata keçirməsi və milli mənafelərlə bağlı prinsipial mövqedən çıxış etməsi anti-Azərbaycan dairələr tərəfindən qısqanclıq və narahatlıqla qarşılanır. Həmin dairələr “beşinci kolon” nümayəndələrinin xidmətlərindən istifadə etməklə ölkəmizə qarşı təzyiq mexanizmi formalaşdırmağa, dövlətimizin müsbət beynəlxalq imicinə kölgə salmağa çalışırlar. “Sapı özümüzdən olan balta”lar, yəni “beşinci kolon” nümayəndələri - ermənipərəst və antimilli şəxslər isə anti-Azərbaycan dairələrin sifarişlərini canla-başla yerinə yetirir, ölkəmizin milli maraqlarına zidd mövqe sərgiləyirlər. Həmin ünsürlərin xarici maraq qruplarından aldıqları qrantların “haqq”ını vermək və maliyyə axınının davamlılığını təmin etmək üçün istinad etdiyi vasitələrdən biri məhz anti-azərbaycançı çağırışlar səsləndirmək, ümummilli məsələlərdə dövlətimizin və xalqımızın mənafeyinə zidd mövqe tutmaqdır. Belə şəxslərdən biri də REAL-ın sədri İlqar Məmmədovdur. İlqar Məmmədovun dünən keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər bu şəxsin olduqca ziddiyyətli təfəkkürə malik olduğunu göstərməklə yanaşı, onun konkret olaraq anti-Azərbaycan dairələrin direktivləri əsasında fəaliyyət göstərdiyini bir daha nümayiş etdirir.
Azərbaycan iqtisadiyyatının dinamik inkişafı və əldə edilən möhtəşəm nailiyyətlər REAL sədrini nə üçün narahat edir?
İlqar Məmmədov sözügedən mətbuat konfransında Azərbaycan iqtisadiyyatının inkişafı və perspektivləri ilə bağlı reallıqlara uyğun olmayan və qərəzli fikirlər səsləndirib. Bu şəxsin diqqətinə mövcud reallıqları dolğun surətdə çatdıraraq qeyd edək ki, Azərbaycan son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində böyük inkişaf yolu keçib. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, Azərbaycanın milli gücünün artmasını təmin edib. Həyata keçirilən uğurlu siyasətin nəticəsi kimi, ötən illər ərzində ölkəmizin valyuta ehtiyatları artıb, müxtəlif sahələri əhatə edən layihələr uğurla reallaşdırılıb, islahatlar müvəffəqiyyətlə davam etdirilib. İqtisadiyyatın şaxələndirilməsinə nail olmaq üçün reallaşdırılan islahat xarakterli tədbirlər, eyni zamanda, yeni inkişaf perspektivlərinin meydana çıxmasını şərtləndirib. Həyata keçirilən iqtisadi islahatlara paralel olaraq makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənib, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılıb, əhalinin sosial rifahı daha da yaxşılaşıb. Təsadüfi deyil ki, Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı birmənalı şəkildə müsbət proqnozlar səsləndirilir, ölkəmizin iqtisadi nailiyyətləri beynəlxalq miqyasda da təqdir olunur - yüksək qiymətləndirilir. Nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında yer alan məqamlar ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin müsbət nəticələrini əks etdirir. Amma görünür Azərbaycan iqtisadiyyatının dinamik inkişafı və bütün sahələrdə əldə edilən möhtəşəm nailiyyətlər siyasi diletant İlqar Məmmədovu ciddi şəkildə narahat edir. Çünki bu şəxs, qeyd etdiyimiz kimi, anti-Azərbaycan dairələrə xidmət edir, həmin qüvvələrin siyasi sifarişlərini icra edir və bu məqsədlə müxtəlif manipulyasiyalarla cəmiyyətdə çaşqınlıq yaratmağa çalışır.
Azərbaycan bütün azadlıqların təmin edildiyi demokratik və hüquqi dövlətdir
Sözügedən mətbuat konfransında iqtisadiyyat sahəsində savadsızlığını büruzə verən REAL sədri Azərbaycanda hüquq sistemi ilə bağlı da qərəzli və qeyri-obyektiv fikirlər səsləndirərək bu məsələni manipulyasiya predmetinə çevirməyə çalışıb. Şübhəsiz, İlqar Məmmədovun özünə də yaxşı məlumdur ki, Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə hüququn üstünlüyü və qanunların aliliyi prinsipi əməli şəkildə təsbit olunub, eləcə də hər bir şəxs qanun qarşısında bərabərdir və heç kəs əlahiddə hüquqlara malik deyil. Ölkəmizdə insan və vətəndaş hüquqları hansısa qüvvələrin maraqları əsasında yox, milli dövlətimizin Konstitusiya tələblərinə görə qorunur. Azərbaycanda uğurla davam etdirilən demokratik inkişaf siyasəti, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasına yönəlmiş sistemli fəaliyyət müasir dövrün çağırışlarına, eləcə də milli maraqlarımıza cavab verir. Ölkəmizin bu istiqamətdə əldə etdiyi nailiyyətlər beynəlxalq miqyasda da təqdir olunur. Ardıcıl, məqsədyönlü və davamlı islahatların həyata keçirilməsi təqdirəlayiq hal kimi qiymətləndirilir. Azad, demokratik və şəffaf cəmiyyət quruculuğuna nail olunması, siyasi-hüquqi islahatların uğurla həyata keçirilməsi kimi mühüm faktlar Azərbaycanın demokratik inkişaf yolunda əmin addımlarla irəlilədiyini göstərir. Bir sözlə, müasir müstəqil Azərbaycan hüquqi və demokratik dövlətdir, ölkəmizdə bütün qərarlar milli qanunvericiliyin tələblərinə uyğun olaraq - Konstitusiya normaları əsasında qəbul edilir. Əlbəttə, İlqar Məmmədovun isə bu müsbət reallıqları gözardı edərək müxtəlif böhtan xarakterli və qərəzli fikirlər səsləndirməsi yenə də onun siyasi sifariş əsasında fəaliyyət göstərməsinin növbəti ifadəsidir.
İlqar Məmmədov mətbuat konfransında həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə bağlı ziddiyyətli fikirlər səsləndirib. Azərbaycanın milli maraqlarına zidd mövqedə duran bu şəxsə bir daha xatırladırıq ki, Cənubi Qafqazın lider dövləti kimi çıxış edən, yüksək beynəlxalq nüfuza malik olan Azərbaycanın xarici siyasət kursunun başlıca strateji prioritetlərindən birini Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi təşkil edir. Başqa sözlə, beynəlxalq hüquqa və ədalətə söykənərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında həllinə nail olmaq Azərbaycan üçün başlıca prinsipial və prioritet məsələlərdən biridir. Təsadüfi deyil ki, Azərbaycan dövləti bütün diplomatik imkanlardan və beynəlxalq tribunalardan istifadə edərək Dağlıq Qarabağ münaqişəsinin həllinin zəruriliyini daim diqqətə çatdırır. Azərbaycanın bu istiqamətdə prinsipial mövqeyi ayrı-ayrı milli dövlətlər və beynəlxalq ictimaiyyət tərəfindən problemə adekvat yanaşmanın ortaya qoyulmasını şərtləndirib. Yəni Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi üstünlük təşkil edir.
İlqar Məmmədov, sən kimsən?!
Beləliklə, yuxarıda sadalanan və bunun kimi çoxsaylı faktlar bir daha Azərbaycan dövlətinin demokratik inkişaf yolunda əmin addımlarla irəlilədiyini və bütün sferalarda kifayət qədər geniş uğurlar qazandığını sübuta yetirir. Belə olduğu halda, İlqar Məmmədovu yalan danışmağa nə vadar edir?
Ümumiyyətlə, REAL sədri İlqar Məmmədovun kimliyi Azərbaycan cəmiyyətinə yaxşı məlumdur. Vaxtilə AMİP-də kağız-kuğuz daşımaqla gününü gün edən İlqar Məmmədov bir müddət sonra Soros fondunun agenti kimi qarşımıza çıxdı. Bu “libas”da da İ.Məmmədov maddi maraqlar və siyasi ambisiyalar naminə Azərbaycanın milli maraqlarına zidd fəaliyyətini davam etdirdi. Onun anti-Azərbaycan dairələrə xidmət etməsini göstərən mühüm faktlardan biri bu şəxs həbsdə olarkən bəzi beynəlxalq təşkilatların hətta ən kiçik çinli nümayəndələrinin də onunla bağlı çağırışlar səsləndirməsidir. Hər halda, törətdiyi cinayət əməlinə görə həbs olunmuş İlqar Məmmədovun müdafiəsinə qalxanlar onun “qara qaşına, qara gözünə” vurulmayıblar. Bu fakt onu göstərir ki, İlqar Məmmədov Azərbaycanda sabitliyin pozulmasının tərəfdarı olan, ölkəmizin inkişafından, beynəlxalq mövqeyinin möhkəmlənməsindən ciddi narahatlıq keçirən anti-Azərbaycan dairələrin xidmətçisidir. Öz şəxsi ambisiyalarına və anti-Azərbaycan dairələrin korporativ maraqlarına görə ölkəmizin əleyhinə çağırışlar səsləndirən bu şəxsin fəaliyyəti xalqımızın və dövlətimizin mənafeyinə zidd xarakter daşıyır. Bu fəaliyyət, şübhə yoxdur ki, Azərbaycanın müstəqil siyasət həyata keçirməsindən, qazandığı ciddi uğurlardan narahat olan dairələrin maraqları ilə uzlaşır.
Anti-Azərbaycan dairələrə xidmət edən REAL sədri “ana müxalifət” lideri olmağa çalışır
Əslində, bu məqamların fonunda xoruzun quyruğu aydın görünür. Belə ki, REAL sədri “ana müxalifət” lideri olmağa çalışır. Təsadüfi deyil ki, bir müddət öncə özünü “ana müxalifət” kimi təqdim edən radikal müxalifət nümayəndəsi - AXCP sədri Əli Kərimli ilə REAL sədri İlqar Məmmədov arasında “facebook” üzərindən rəy sorğularının təşkil edilməsi bu məqsəd və prosesin ilkin konturlarını göstərmiş oldu. Başqa bir fakt isə İlqar Məmmədovun ətrafındakı qrup üzvlərinin sosial şəbəkələrdə AXCP və onun sədrinin ünvanına səsləndirdiyi tənqidi, bəzən isə təhqir dolu fikirlərdir. Belə aydın olur ki, AXCP-nin cəmiyyətdə heç bir etimada malik olmamasından və ciddi siyasi qüvvə kimi qəbul edilməməsindən istifadə etmək istəyən REAL sədri siyasi palitrada “aktivlik” görüntüsü yaratmağa çalışmaqla bu məqsədə nail olmaq istəyir.
Bütövlükdə, anti-Azərbaycan dairələrin direktivləri əsasında fəaliyyət göstərən və Azərbaycanın milli maraqlarına zidd mövqedə duran siyasi diletantın reallıqdan uzaq sayıqlamaları onun müxtəlif manipulyasiyalarla gündəmə gəlmək niyyətində olduğunu göstərir.

Paylaş:
Baxılıb: 722 dəfə

Müəllifin digər məqalələri:

Yalanlar seriyası, yaxud Əli Kərimlinin növbəti manipulyasiya cəhdi

Vaxtilə özünü “siyasi...

20.03.2021 [08:57]

Xaossevərin “siyasət” anlayışı

Siyasətin tərifi çoxdur. Bəziləri...

13.03.2021 [10:00]

“Virtual müxalifət”in “onlayn siyasi teatr tamaşası”

Azərbaycan Dağlıq Qarabağ...

19.02.2021 [09:30]

Qalib Azərbaycanın yaratdığı geostrateji reallıqlar...

Yaxud qələbənin əhəmiyyətini...

13.01.2021 [09:44]

Terror dövlətində orduya könüllülərin cəlb olunması nəyin ifadəsidir?

Adı işğalçı siyasət və...

01.09.2020 [08:50]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31