Ana səhifə »  Müəlliflər »  Siyasi autsayderlərin “facebook” rüsvayçılığı...
A+   Yenilə  A-
Siyasi autsayderlərin “facebook” rüsvayçılığı...
Yazdı: Aqşin Şahinoğlu

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin “facebook” səhifəsində aparılmış sorğunun nəticələri və orada yazılmış şərhlər radikal müxalifət təmsilçilərinin “bloklama” siyasətini ifşa edib
Radikal müxalifət düşərgəsinin fəaliyyətinin milli maraqlara zidd olması, qeyri-demokratik mübarizə üsullarına, bir sıra hallarda isə, hətta təxribatlara əl atması bu siyasi azlığın ölkədaxili proseslərdən tamamilə təcrid olunmasına, öz yararlılıq müddətini çoxdan başa vuraraq cəmiyyətin qarınaltı yükünə çevrilməsinə gətirib çıxarıb. Despot təfəkkürlü siyasətçilərin lövbər saldığı radikal düşərgə artıq özlərini tayfa-qəbilə başçısı kimi aparan 3-5 mənfəətçinin gəlir mənbəyi olmaqdan başqa bir işə yaramır. Real həyatda heç bir uğur qazana bilməyən, ictimai dəstəyi və elektorat potensialı sıfır səviyyəsində olan bu qrup son illər bütün fəaliyyətini virtual məkana transfer edib. Lakin burada da sözügedən ünsürlərin davranışları Azərbaycan cəmiyyətinin ümumi əxlaqi keyfiyyət göstəricilərinə və demokratik mübarizə üsullarına uyğun gəlmir. Siyasi opponentlərinə qarşı “qara piar” kampaniyası aparmaq, onların ünvanına şər və böhtan yağdırmaq bəzən, hətta təhqirlərə yol vermək bu marginal qrupun sosial şəbəkələrdə mövcud olmasının əsas məqsədidir. 
Radikal müxalifətə məxsus səhifələrdə bu qrupun azsaylı fəallarının “saxta profil”lərdən yazdıqları şərhlər istisna olmaqla, digər rəylər, bir qayda olaraq, silinir. Xüsusilə, vətəndaşlıq mövqeyindən çıxış edən sağlam düşüncəli gənclərin ciddi faktlara istinad edərək, “fake məlumat”larla dolu “post”lara yazdıqları şərhlər “filtrdən” keçmir, “senzurada ilişib qalır”, onların profilləri isə “blok olunur”. Bu günlərdə Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin “facebook” səhifəsində aparılmış sorğunun nəticələri və orada gənclərin yazdıqları rəylər radikalların “silmə və bloklama siyasəti”ni bütün detalları ilə açıb göstərir. Sorğuya 700-dək şəxs şərh yazaraq profillərinin hansı səhifələrdə “blok” olunduğunu qeyd edib.
Sözügedən sorğuda iştirak edən Elmar Məmmədov yazır ki, o, müxalifyönlü səhifələrdə dəfələrlə “blok” olunub: “Hətta təhdidlərə, təhqirlərə məruz qalmışam. “Azadlıq” qəzeti, “Azadlıq” radiosu, “Meydan” TV, Gültəkin Hacıbəyli, Emin Milli, Cəmil Həsənli, “Made in Azerbaijan”, Əli Kərimli, AXCP Gənclər Təşkilatı, “Demokratiyaya doğru” və s. kimi səhifələrdə öz fikrimi yaza bilmirəm...”.
Ramilə Rzayeva adlı fəal radikal müxalifət təmsilçilərinin sosial şəbəkələrdəki səhifələrində müşahidə etdiyi başqa bir məqamı diqqətə çatdırır: “Polemikaya başlayırlar və verilən cavablara söz tapmayanda qəfildən bir başqa profildən bir nəfər (çox güman ki, bu, eyni şəxsdir, sadəcə olaraq, başqa profillə yazır) qatılır söhbətə, başlayır təhqirə - “Belə manqurtlarla polemikaya girmək sizə yaraşmaz” və bitməyən təhqirlər. Beləliklə, bizləri soyutmağa çalışırlar”
Lamiyə Rövşən qızı Əhmədova isə yazır: “Hələ 3-4 il bundan qabaq “Azadlıq” qəzetinin, Əli Kərimlinin səhifələrində “blok olunmuşam”. Bundan başqa, göbələk kimi gündən-günə artan səhifələrdə də “bloka atılıram”. Orduxan Temirxan, Emin Milli, “Azad söz”, AXCP, “Zəncir”, “Kanal Turan”, Sevinc Osmanqızı və s. səhifələrdə adları çəkilən şəxslərin əməllərini ifşa etdiyim üçün təhqirlərə məruz qalmışam. Dəfələrlə bildirmişəm ki, sıravi vətəndaş kimi öz münasibətimi ortaya qoyuram və hər zaman da diskussiyaya hazıram. Cavab, arqument tapılmayanda isə təhqir eşitmişəm”.
Həsən Hüseynzadə yazır ki, öz sərbəst mövqeyini ifadə etdiyinə görə “Meydan” TV, “Kanal Turan”, “Made in Azerbaijan”, Orduxan Temirxan, Cəmil Həsənli, AXCP Gənclər Komitəsi, “Azərbaycan Xalq Cəbhəsi Partiyası”, “Azad söz”, “Demokratiyaya dogru”, Qurban Məmmədov, İlqar Məmmədov, “Amerikanın səsi”, “Azadlıq” radiosu, “AzerFreedom” və bu kimi düşmən dəyirmanına su tökməklə məşğul olanlar tərəfindən idarə olunan səhifələr onu qara siyahıya salıb: “Bu gün özünü müxalifət adlandıran yığıncağın açıq siyasi mübarizəyə nə əqidəsi, nə də gücü çatmır”.
Nərminə Yunusova da “Meydan” TV, “Azadlıq” qəzeti və radiosu, Əli Kərimli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Cəmil Həsənli və digər müxalifyönlü səhifələrdə və müxalifətçilərin şəxsi profillərində onlara əks olan, onları tənqid edən hər bir fikrin dərhal silindiyini bildirib: “Onlar, demək ki, bu işlə məşğul olan komanda yaradıblar. Bu da o deməkdir ki, söz azadlığını boğan elə müxalifətin özüdür!” .
Ramil Vəlibəyov radikal müxalifət düşərgəsinə məxsus “facebook” səhifələrində gənclərin “blok” olunmasının səbəbini antimilli ünsürlərin ifşa olunmaqdan qorxmaları ilə əlaqələndirib. Onun yazdığına görə, bu kimi səhifələri idarə edənlər heç vaxt söz və fikir azadlığına məhəl qoymur, dözümsüzlük nümayiş etdirirlər. Yazılan fikirlərə qarşı əks arqument ortaya qoya bilməyəndə gəncləri təhqir edir, “bloklayırlar”. Bu isə, təbii ki, onların zəif və qorxaq olduqlarını göstərir.
Kübra Əliyarlı adlı gəncin də üzləşdiyi vəziyyət digərləri ilə təxminən eynidir: “Söz, fikir azadlığından danışan müxalifət nümayəndələri özləri söz və fikir azadlığını pozurlar. Onlara qarşı təhqir yazılmadığı halda tənqidlərə dözümsüz yanaşaraq, profillərimizi “blok edir” və ya şərhlərimizi silirlər. Budurmu onların fikir azadlığına verdikləri “dəstək”?!” .
YAP Gənclər Birliyinin səhifəsindəki sorğuda iştirak edən Lamiyə Hacızadə, Gülay Əliyeva, Kənan Kərimov, Vüsal Əliyev, Tural Nəbiyev, Orxan Daşdəmirli, Rahil Şükürov, Aydın Əhmədov, Anar Əliyev, Mehdi Mehdili, Elmir Əlizadə, Ənvər Haqverdiyev, Ülvi Fərzəliyev, Yeganə Cavadova, Zamin Süleymanov, Arzu Məmmədli, Şəmşir Kərimov, Aqşin Əliyev, Aygün Osmanova, Əli Quliyev və yüzlərlə digər gənc radikal müxalifət təmsilçilərinin sosial şəbəkələrdə söz və ifadə azadlığına qarşı dözümsüz münasibətindən, polemika və diskussiya imkanlarını məhdudlaşdırmasından, şərhləri silməsi və real profil sahiblərini “bloklamasından” yazıb. Sorğunun yekununa dair hazırlanmış digər bir paylaşımda isə gənclərin profillərinin ən çox “blok” olunduğu səhifələr açıqlanıb, onlardan ibarət kollaj hazırlanıb.
Beləliklə, sadalanan faktlar bir daha radikal müxalifət təmsilçilərinin dillərində əzbər etdikləri demokratik dəyərlərdən, plüralizmdən nə qədər uzaq olduqlarını göstərir. Bu qaragüruhçu qrup ən xırda tənqidi, onların yalanlarını ifşa edən fikirləri süngü ilə qarşılayır, gəncləri, sadə vətəndaşları sırf radikal siyasi azlıqla eyni baxış və mövqeyə malik olmadıqlarına görə təhqir edir. Əlbəttə, söyüş və təhqiri özlərinə qalxan edənlərin, bunu nəfəslik olaraq görənlərin cavabını da elə Azərbaycan cəmiyyəti və onun ən fəal təbəqəsi olan gənclərimiz layiqli şəkildə verir.
Aqşin ŞAHİNOĞLU

 
  • Oxunub:  9480  |  
  • Tarix:  27-11-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək səviyyəli infrastruktur quruculuğu Azərbaycanda prioritet sahə kimi müəyyənləşdirilib

23 Avqust 17:09
Türkiyədə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə sikkəsi buraxılıb
23 Avqust 16:53
Beyləqanda “Pambıq yığımına hazırlıq və qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
23 Avqust 16:48
Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi Baş katib Antonio Quterreşə məktub ünvanlayıb
23 Avqust 16:42
Əmlak Məsələləri Dövlət Komitəsində vətəndaşların müraciət və qəbulları canlı bağlantı ilə aparılacaq
23 Avqust 16:35
Məhəbbət Vəliyeva: Bu tədris ili üçün 7 mindən artıq vakant müəllim yeri var
23 Avqust 16:29
Azər Badamov: Həyata keçirilən tədbirlər nəticəsində aqra sahədə daha böyük nailiyyətlər qazanılacaq
23 Avqust 16:24
Tahir Mirkişili: Texnoloji dünyada onun sirlərini və şərtlərini daha yaxşı mənimsəyərək öz milli maraqlarımızı qorumalıyıq
23 Avqust 16:20
Pərvin Kərimzadə: Mehriban xanım Əliyevanın çoxistiqamətli fəaliyyətinin əsasında xalq sevgisi dayanır
23 Avqust 16:17
Fransanın Azərbaycanda yeni səfiri təyin olunub
23 Avqust 16:11
Ramin Quluzadə Tovuzda, birinci müavini Ağstafada vətəndaşları qəbul edib
23 Avqust 16:07
Sabah Fransada G7 sammiti başlayacaq
23 Avqust 15:47
Srisuda Vanapinyosak: Azərbaycan ilə Tailand arasında birbaşa aviareysin açılması hər iki ölkəyə turist axınını artıracaq
23 Avqust 15:42
Qusarın fındıq bağlarından 4 min tona yaxın məhsul toplanacaq
23 Avqust 15:13
Mehriban xanım Əliyeva müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir
23 Avqust 14:54
Qarabağ müharibəsi veteranları “Qazax” əlahiddə sərhəd diviziyasında olublar
23 Avqust 14:42
Azərbaycanın xarici dövlət borcu açıqlanıb
23 Avqust 14:19
Kənd Təsərrüfatı naziri Beyləqanda vətəndaşları qəbul edib
23 Avqust 14:15
İlin sonunadək Şəkidə 13 subartezian quyusu istismara veriləcək
23 Avqust 14:10
Bu il 750-dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub
23 Avqust 14:01
Vüqar Rəhimzadə: Bu gün Azərbaycan dövləti və xalqı əleyhinə satqınlardan ibarət “virtual terrorçular” fəaliyyət göstərir
23 Avqust 12:57
KOB-lar “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda maarifləndirilib
23 Avqust 12:54
Hava hücumundan müdafiə vasitələri döyüş atışları icra edib
23 Avqust 12:52
Naxçıvanda Dövlət Bayrağı Muzeyinin yaradılmasının beş illiyi qeyd olunub
23 Avqust 12:43
Səidə Əhmədova: Müəllimlər işə qəbul olunarkən onların psixoloji hazırlıq səviyyəsi nəzərə alınmalıdır
23 Avqust 12:37
Gənclər və İdman naziri Göygöl rayonunda vətəndaşları qəbul edib
23 Avqust 12:09
Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanda səfərdədir
23 Avqust 12:03
Şərurda icbari tibbi sığortanın tətbiqi ilə bağlı ikigünlük təlim başa çatıb
23 Avqust 12:01
UNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil olan müsəlman qəbiristanlığı
23 Avqust 11:42
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında hərbi hissənin yaradılmasının 27-ci ildönümü qeyd olunub
23 Avqust 11:36
Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzi bəyanat yayıb
23 Avqust 11:31
Azərbaycanda istilik təchizatı sisteminin səmərəliliyinin artırılması mövzusunda İşçi Qrupunun iclası keçirilib
23 Avqust 11:05
Jewish Journal: Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi tamam olur
23 Avqust 10:40
Dünya birjalarında neftin qiyməti bahalaşıb
23 Avqust 10:13
Bu gün Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 26-cı ildönümü tamam olur
23 Avqust 10:03
Füzuli rayonunun tarixi memarlıq və arxeoloji abidələri erməni vəhşiliyinin qurbanına çevrilib
23 Avqust 10:00
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
23 Avqust 09:58
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Füzuli və Cəbrayıl rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb
23 Avqust 09:49
Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür
23 Avqust 09:44
Nur-Sultanda “Etnos günü” festivalında qədim adətlərimiz nümayiş olunub
23 Avqust 09:43
UEFA Avropa Liqasının play-off mərhələsinin oyunları keçirilib
23 Avqust 09:40
Yüksək səviyyəli infrastruktur quruculuğu Azərbaycanda prioritet sahə kimi müəyyənləşdirilib
23 Avqust 09:36
Birinci xanım nümunəsi: Azərbaycan qadınının xeyirxahlığı, müasirliyi və fəallığı modeli
23 Avqust 09:33
Koreya Respublikasının Azərbaycandakı səfiri Pirşağı tullantı sutəmizləyici qurğusunun tikintisi ilə tanış olub
23 Avqust 09:31
“Nar”-ın abunəçi bazası sürətlə artmaqdadır
23 Avqust 09:29
Əli Kərimlinin budəfəki avantürası alınmadı
22 Avqust 22:13
“Linfild” və “Qarabağ” komandalarının start heyətləri məlum olub
22 Avqust 22:10
Azərbaycan XİN: Ermənistan heç bir halda demokratiyanın qasidi statusuna iddia edə bilməz
22 Avqust 20:47
“KOB Dostu” Xəzər rayonunda sahibkarlara xidmət göstərəcək
22 Avqust 20:45
Kiçik dövlət müəssisələrində çalışanlar güzəştli satışı xidmətindən elektron formada istifadə edə bilər
22 Avqust 20:38
Vergilər Nazirliyi: Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır
22 Avqust 20:32
Vergilər nazirinin müavini Qobustanda vətəndaşları qəbul edib
22 Avqust 20:28
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
22 Avqust 18:14
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Mədəniyyətlərarası dialoqa Azərbaycanın töhfəsi” mövzusunda konfrans keçirilib
22 Avqust 18:11
Beynəlxalq Cüdo Federasiyasının növbəti konqresi keçirilib
22 Avqust 17:43
AFFA-da “Elit məşq” layihəsinin təqdimatı olub
22 Avqust 17:40
Bəhruz Quliyev: Belə hadisələrin siyasi mübarizə predmetinə çevrilməsinə imkan verməməliyik
22 Avqust 17:06
Bakı metrosunda daha iki yeni qatar xəttə buraxılıb
22 Avqust 17:01
Flora Qasımova: İqtisadi və siyasi böhran işğalçı Ermənistanı uçuruma aparır
22 Avqust 17:00
Mübariz Qurbanlı: Bu il Azərbaycanda dünya din xadimlərinin sammiti keçiriləcək
22 Avqust 16:59
Pərvin Kərimzadə: Azərbaycanda həyata keçirilən uğurlu siyasət istənilən hədəflərə nail olmağa əlverişli şərait yaradır
22 Avqust 16:53
Baş Prokurorluqda Tofiq Yaqubluya xəbərdarlıq edilib
22 Avqust 16:31
Əli Əhmədov: Hökumət süni qiymət artımına yol verilməməsi üçün lazımi tədbirlər görür
22 Avqust 16:29
Məcburi köçkün məktəbləri üzrə şagirdlərin elektron yerdəyişməsinə avqustun 26-dan başlanılacaq
22 Avqust 16:25
Azərbaycan XİN separatçı rejimin hesabatının BMT-də yayılmasına münasibət bildirib
22 Avqust 16:23
Əli Həsənov: Maraqlı dairələr Azərbaycanda özünün koloniyasını yaratmaq istəyirdi
22 Avqust 16:20
“Avro 2020”nin sponsorlarının nümayəndələri Bakıda səfərdədir
22 Avqust 16:19
BMT-nin Baş katibi dini mənsubiyyət və inancına görə zorakılığa məruz qalmış qurbanlarla bağlı müraciət edib
22 Avqust 16:16
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
22 Avqust 16:09
Bakıda "Şeyxülislam Allahşükür Paşazadə 70 - Mənəviyyata həsr olunmuş ömür" adlı konfrans keçirilib
22 Avqust 12:35
Pakistanlı astronavt Namirə Səlim: Kosmos diplomatiyası dünyaya sülh gətirəcək

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+35 +38
gecə+20 +24