Ana səhifə »  Müəlliflər »  Xaricdəki antimilli ünsürlərin pul davasında yeni mərhələ...
A+   Yenilə  A-
Xaricdəki antimilli ünsürlərin pul davasında yeni mərhələ...
Yazdı: Pərviz Sadayoğlu

Məhəmməd Mirzəli Əlövsət Sadıqlının oğlu Turalla əlbir olaraq “mühacir biznesi” qurduğunu bildirib
Xarici ermənipərəst mərkəzlərin maliyyə dəstəyi ilə ölkəmizin milli maraqlarına xəyanət edən, dövlətimizə qarşı aparılan çirkin kampaniyaların tərkib hissəsinə çevrilən xaricdəki radikal ünsürlərin arasında gərginlik daha da artıb. Qeyd edək ki, Azərbaycan dövlətinin milli maraqlara uyğun müstəqil xarici və daxili siyasət kursu yürütməsindən, eləcə də ölkəmizdəki demokratik inkişafdan narahatlıq keçirən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində işğalçı ermənilərə yardım etmək üçün bir sıra yollara baş vuran xarici antimilli dairələrin qrant verdiyi bu satqın və xayanətkar ünsürlər pul qarşılığında hər şeyə hazır olduqlarını dəfələrlə sübuta yetiriblər. Onlar 3-5 manat qrant üçün nəinki xalqımızı və dövlətimizi hədəfə alır, maraqları toqquşanda hətta bir zamanlar birgə fəaliyyət göstərdikləri “iş yoldaşları”na da xəyanət etməkdən çəkinmirlər. Necə deyərlər, pulun şirinliyi bu köhnə “dostları” yeni düşmənə çevirir.
Elə bir neçə gündür ki, davam edən Tural Sadıqlı - Məhəmməd Mirzəli “savaş”ı buna bariz misaldır. Xəbər verildiyi kimi, xarici mərkəzlərdən aldıqları pulları bölə bilməyən, daha doğrusu, pulun mənimsənildiyini iddia edən xəyanətkar ünsürlər sosial şəbəkələrdə bir-birlərinə qarşı təhqirlər yağdırırlar. Belə ki, M.Mirzəlinin Tural Sadıqlıya xitabən “Mən heç zaman bunu yazmazdım, özün məcbur etdin. Sən özünü ifşa etmək qərarına gəldin, davam elə. Mənim də deyəcəyim şeylər olacaq. Qrantı aldın, nə qrant verən təşkilatın adını açıqladın, nə aldığın qrantın məbləğini dedin, məni efirə çıxarıb məndən pul qazandın. Mən də sənin bu əməlinə qarşılıq olaraq öz videolarımı youtubdan sildirdim. Mən bu işləri pulsuz görən adamam, biz qrant gəlməsə belə birgə nəyəsə razılaşsaydıq, təbii ki, işlər görüləcəkdi. Amma məsələnin mahiyyəti budur ki, sən məndən istifadə etdin, “xalqın layihəsi”ni də qrant üçün etdin, mən bu dəqiqənin özündə belə “xalqın layihəsi”ni etməyə hazıram, pulsuz-parasız gəl edək, digər səhifələri də çağıraq. Bir də ki, elə yazmısan ki, yanımıza çəkdik, filan etdik. Mən öz işimi özüm həyata keçirmişəm” deməsinin ardından T.Sadıqlı keçmiş şərikini təhqir edib. Əlində olan videolardan da istifadə etməklə M.Mirzəlini biabır edən T.Sadıqlı bildirib ki, Məhəmməd satqın və ikiüzlü insandır. T.Sadıqlı sosial şəbəkələrdə Məhəmmədin qohumlarının həbsi ilə bağlı yaydığı xəbərlərin yalan olduğunu deməklə yanaşı, onu savadsız və cahil adam adlandırıb: “Bu adamın danışığından da bilinir ki, heç bir savadı, dünyagörüşü yoxdur. Yalnız söyüş söyməklə nəyəsə nail olmaq istəyirdi, hamı da bizi qınayırdı ki, niyə bu adama efir verirsiz. Biz, sadəcə, ona dəstək olmaq istədik, o da belə etdi. Mən, sadəcə olaraq, sizə videonu göstərəcəm və özünüz hər şeyi başa düşəcəksiz. Məhəmməd canlı yayımda deyir: şərəfsiz sözü söyüş deyil, evdə həyat yoldaşım da mənə şərəfsiz deyir”.
M.Mirzəli isə bu dəfə yeni məsələlərə aydınlıq gətirib. Belə ki, Turalın onu aldadaraq “gəlirləri” mənimsədiyini deyən M.Mirzəli bildirib ki, keçmiş şəriki onu beynəlxalq təşkilatlarda qrant yeyən, yalan danışan, insanları aldadan adam kimi təqdim edib. Turaldan “xidmətinin qarşılığında pulunu” tələb edən M.Mirzəli T.Sadıqlının atasının da qanunsuz fəaliyyətlə məşğul olduğunu bildirib: “Əlövsətin oğlu Tural! Mənə çatacaq pulu özümə ver. Vaxtilə Tural demişdi ki, gördüyümüz işlərdən 10-20 min avro arası mənə pul çatacaq. Ancaq o pulu vermədi. İndi də həmin pulu mənim bank hesabıma göndərmir. Turalın atası Əlövsət Azərbaycanda qrant alan, qrant yeyən QHT-şnik kimi tanınır. Mühacirət edən azərbaycanlılara saxta arayışlar düzəldib satan da, mənim adıma göndərilən pulları mənimsəyən də Tural Sadıqlıdır. Azərbaycanda korrupsiya var deyən Əlövsətin oğlu Turalın özü və atası ən böyük korrupsionerlərdir”.
M.Mirzəli onu da bildirib ki, vaxtilə Siracla Fərəc qardaşlarından polisə şikayət edən, çıxdığı yola, dostlarına, əqidədaşlarına xəyanət edən kəsdir Tural Sadıqlı: “Mənim üzərimdən pullar qazanıb, reytinq əldə edib Tural. Haqqımı halal etmirəm, haramı olsun! Saxta sənəd satan, qaçaqmalçılıq edən, insanları aldadan, Avropanın, o cümlədən Almaniyanın küçələrinə tökən yenə də Əlövsətin oğlu Turaldır. Ailəsini dağıdan, qadınına sahib olmayan, onu qapıdan qovan birisidir Tural. Bu video ilə Turalın nöqtəsini qoyuram, onu ifşa edirəm mən. Almaniyada təşkilat yaradan və guya ətrafına 200-300 nəfər toplayan Turalın indi yanında bir nəfər də yoxdur. Maraqlıdır, niyə? Çünki Tural çamurun içində olduğu üçün ətrafındakı təmiz insanların paxıllığını çəkir, onlara çamur atır, ləkələyir. Belə xarakterə sahibdir. Təsəvvür edin, Tural mənim barəmdə yazı yazır, onun dədəsi Əlövsət də girib həmin yazının altında söyüş söyür. Ağsaqqal kişidir, utanmır. Tural Sadıqlı əgər qrant almırsa, Berlindəki ofisi hansı pulla saxlayır? Yardım kimi ayda ona verilən 450 avro ilə ofis saxlamaq olar? Son olaraq demək istəyirəm ki, tüpürüm sənin vicdanına”.
Beləliklə, antimilli şəbəkə qismində çıxış edən radikal ünsürlərin maddi mənfəət qarşılığında hansı vəziyyətə düşdükləri ortadadır. Bütün “paxırları” ortaya çıxmış radikal ünsürlərin bundan sonra hansı üzlə həmin antimilli mərkəzlərə üz tutacaqları isə başqa bir müzakirə mövzusudur...

 
  • Oxunub:  5700  |  
  • Tarix:  05-12-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir

15 İyun 20:58
Qadın parlamentarilər TürkPA Beynəlxalq Katibliyinin mənzil-qərargahında olublar
15 İyun 19:11
Milli Qurtuluş Günü xalqımızın taleyində dönüş günüdür
15 İyun 19:02
Bakı Konqres Mərkəzində məzun gecəsi keçirilib
15 İyun 18:27
Polis Akademiyasında Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 18:24
Mehriban Əliyeva: Təhsil hər bir millətin tərəqqisinin, parlaq gələcəyinin əsasını təşkil edir
15 İyun 16:42
Müdafiə naziri: Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir
15 İyun 16:40
Bakıda “İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” adlı beynəlxalq konfrans keçirilib
15 İyun 16:38
15 iyun - Müstəqilliyimizi şərəfləndirən şanlı tarix
15 İyun 16:30
Milli Qurtuluş Günü münasibətilə Yaponiyanın “Himalaya” radiosunda xüsusi veriliş yayımlanıb
15 İyun 15:50
Hulusi Kılıç: Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan milli qurtuluşa nail oldu
15 İyun 15:37
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib
15 İyun 15:13
Dövlət Təhlükəsizliyi Xidmətində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan təntənəli tədbir keçirilib
15 İyun 15:06
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
15 İyun 14:35
Kənd Təsərrüfatı Nazirliyi: Bu günədək kümçülər 499,28 ton yaş barama təhvil veriblər
15 İyun 11:25
İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb
15 İyun 11:24
Fuad Axundov: Ermənistan istorioqrafiya sahəsində informasiya müharibəsini uduzub
15 İyun 11:17
Daşkənddə keçirilən regional forumda Azərbaycan da iştirak edib
15 İyun 11:15
ABŞ-ın Con Batçelor Şou radio proqramında Azərbaycanın inkişaf modeli barədə danışılıb
15 İyun 11:14
Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə toplantısı keçirilir
15 İyun 10:22
Mingəçevirdə “Azərbaycanın müasir uğurlarının başlanğıc tarixi - 15 iyun 1993-cü il” mövzusunda konfrans keçirilib
15 İyun 10:21
Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi bütün xalqın, bütün millətin arzusu idi
15 İyun 10:18
Dövlət Rəssamlıq Akademiyasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
15 İyun 10:16
Tərtərdə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib
15 İyun 10:14
Fransa məhkəmələrinin qərarları Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimləşdirmək cəhdlərinin üstündən xətt çəkdi
15 İyun 10:10
Gədəbəy rayonunda 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
15 İyun 10:09
Qusarda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 10:06
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir
14 İyun 22:19
Naxçıvanda Milli Qurtuluş Günü münasibətilə konsert olub
14 İyun 21:52
Dövlətin və cəmiyyətin Qurtuluşu: Ulu öndər tarixi xilaskar kimi
14 İyun 21:35
Milli Qurtuluş Gününün bəhrələri
14 İyun 21:32
İraq mətbuatı 150 yaşında
14 İyun 21:23
Azərbaycanın təşəbbüsü ilə “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə UNESKO hərbi bələdçisi”nin NATO-da təqdimatı olub
14 İyun 21:19
Bakı Atatürk Liseyində məzun günü münasibətilə tədbir keçirilib
14 İyun 21:10
Heydər Əliyevin tarixi qayıdışı ölkəmizi anarxiya və dağılmaqdan xilas etdi
14 İyun 21:07
VƏTƏN NAMİNƏ QAYIDIŞ
14 İyun 20:42
Ukraynanın “5 kanal” televiziyası Naxçıvan haqqında növbəti reportaj yayımlayıb
14 İyun 20:15
Yeni Azərbaycan Partiyasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
14 İyun 20:00
Oqtay Əsədov: TÜRKPA çərçivəsindəki proseslərə qadınların cəlb edilməsi günümüzün reallığıdır
14 İyun 19:28
Novruz Məmmədov: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çox əhəmiyyətli platformadır
14 İyun 19:17
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib
14 İyun 18:48
Dünya Xəbər Agentliklərinin Sofiyada keçirilən VI Konqresi işini başa çatdırıb
14 İyun 18:30
TÜRKPA-nın nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14 İyun 18:04
Azərbaycan dayanıqlı inkişafla bağlı Milli Hesabat təqdim edəcək
14 İyun 18:01
Ziya Zakir Acar: Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində xilas və quruculuq erasının başlanğıcıdır
14 İyun 17:59
Azərbaycanın Baş Naziri Novruz Məmmədov Tacikistanda səfərdədir
14 İyun 17:57
Tibol Roş: Zaldakı bütün insanların ayağa qalxaraq Azərbaycanın dövlət himnini dinləməsi möhtəşəm idi
14 İyun 17:55
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində məzunların buraxılışı olub
14 İyun 17:53
Ulu Öndərin dəstəyi olmasaydı, Azərbaycanda obyektiv qiymətləndirmə sistemi formalaşmayacaqdı
14 İyun 17:33
Dövlət Statistika Komitəsində 15 iyun - Milli Qurtuluş Günü geniş qeyd olunub
14 İyun 17:27
“Heydər Əliyev siyasəti: sözün qurtuluşundan media azadlığına doğru” mövzusunda konfrans keçirilib
14 İyun 17:22
Vergilər nazirinin müavini Ağsuda vətəndaşları qəbul edib
14 İyun 17:08
Dövlət Komitəsində BMT İnkişaf Proqramının Azərbaycandakı yeni rezident nümayəndəsi ilə görüş keçirilib
14 İyun 16:54
Milli Qurtuluş Gününə həsr olunmuş “Xilaskar” adlı konfrans təşkil edilib
14 İyun 16:53
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:48
Azərbaycan Ulu Öndərin zəngin ideyalarının işığında gələcəyə doğru inamla addımlayır
14 İyun 16:33
Ulu Ondərin yenidən siyasi hakimiyyətə gəlməsi dövlətçilik tariximizin şanlı və parlaq səhifəsidir
14 İyun 16:27
“Azərbaycan Səninlədir, Sənsiz deyil” adlı IX yaradıcılıq festivalı keçirilib
14 İyun 16:23
Ağsaqqallar Şurasının üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
14 İyun 16:20
XİN: danışıqların ən mühüm məqsədlərindən biri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasıdır
14 İyun 16:18
SOCAR və “Equinor” şirkətləri “Qarabağ” yatağında yeni platformanın quraşdırılmasına hazırlaşır
14 İyun 16:15
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
14 İyun 16:13
BSU-da Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:11
YALAN AYAQ TUTAR, YERİMƏZ
14 İyun 16:10
Karl Kulessa: BMT-nin Əhali Fondu ilə Azərbaycan hökuməti arasında çox güclü əməkdaşlıq var
14 İyun 16:08
ELMİN VİCDAN MƏSƏLƏSİ – “Bizə hansı Ali Attestasiya Komissiyası lazımdır?”
14 İyun 15:56
Qurtuluşumuz bugünkü növrağımıza çevrilib
14 İyun 15:44
Məzunların "Son zəng" sevinci
14 İyun 15:39
Paytaxt məktəbləri 2018-2019-cu tədris ilini yüksək göstəricilərlə başa vurub
14 İyun 15:31
“Asan İmza”nın tətbiqi təcrübəsi Londonda identitet üzrə seminarda müzakirə olunub
14 İyun 15:25
AMEA-nın prezidenti alimlərlə görüşdə İKT-nin elmi fəaliyyətdə tətbiqindən danışıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA