Qoca və ağılsız Peykkonun şarlatanlığı...
09.01.2019 [09:47]
Aqşin Şahinoğlu
Yaxud Rüstəm İbrahimbəyov, Əkrəm Əylisli kimi antimilli ünsürlər Azərbaycan xalqının dünəni, bu günü və sabahı ola bilməzlər
Antimilli şəbəkənin və onun xaricdəki havadarlarının son günlər həbsdə olan Mehman Hüseynovla bağlı Azərbaycana qarşı həyata keçirdiyi qarayaxma kampaniyasının detalları və məqsədləri ölkəmizin ictimai-siyasi gündəmini az-çox izləyən hər kəs üçün bəllidir. Bu tip proseslər həmişə eyni ssenari üzrə baş verir. Əvvəlcə bir diletant müəyyənləşdirilir, onun guya hansısa haqsızlığa qarşı müqavimət göstərən, buna görə də ciddi təzyiqlərə məruz qalan dissident olması yönündə ictimai rəy formalaşdırmağa çalışılır, bir barmaq toxunuşu ilə bu oyunun bütün daşları domino effekti ilə hərəkətə gətirilir, “qəhrəman”ın müdafiə şuraları yaradılır, Azərbaycan dövlətçiliyinə qarşı şəbəkələşmiş qrupun yerli və xaricdəki təmsilçiləri bir-birinin ardınca hədyanlar yağdırmağa, böhtan danışmağa başlayır, ən nəhayət, xaricdəki təzyiq qruplarına bağlı media orqanları qərəzli reportajlar yayımlayır. İndi də yenə eyni oyun eyni ssenari üzrə oynanılır.
“Sorosun uşaqları” fürsəti qazanc imkanına çevirmək üçün hər cür riyakarlığa əl atırlar
Törətdiyi cinayət hadisəsinə görə həbs olunmuş və bu əməli də məhkəmə qərarı ilə sübuta yetirilmiş Mehman Hüseynovun bir neçə gün öncə, “aclıq aksiyası” keçirməsi yönündə iddialar ortaya atıldı. Ardınca da xaricdəki anti-azərbaycançı şəbəkə və onların ölkəmizdəki uzantıları hadisəni fürsət bilib Azərbaycanın əleyhinə növbəti kampaniyaya başladılar. Yenə də eyni simalar artıq qulaqları yağır etmiş nəqarəti söyləyirlər. Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimi siyasi mühitin qarınaltı yükünə çevrilmiş işbazlar, Həbib Müntəzir, Ramiz Yunus, Arif Məmmədov, Sevinc Osmanqızı, Orduxan Temirxan, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Nahid Cəfərov və digər bu kimi xaricdə məskən tutmuş “Sorosun uşaqları” fürsəti özləri üçün pul qazanmaq imkanına çevirməkdən ötrü hər cür riyakarlığa əl atırlar. Baxmayaraq ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti M.Hüseynovun aclıq aksiyası keçirməsi və səhhəti ilə bağlı hansısa problemin olmasını dərhal rəsmi şəkildə təkzib etdi, onun qidalandığını, vəkili ilə görüşdüyünü, ailə üzvləri ilə telefonla danışdığını bəyan etdi, yenə də “leş qoxusuna daraşmış yalavac quzğunlar qanadlarına dinclik vermirlər”. Son olaraq isə prosesə ahıl yaşlarında ağıl tutulması yaşayan qoca kinossenarist Rüstəm İbrahimbəyov qoşulub...
Rüstəm İbrahimbəyov ahıl çağında ağıl tutulması yaşayır
Hər insan qocalığı bir cür yaşayır. Kimsə yaşa dolduqca kamilləşir, illərin, keçmişin hesab-kitabını doğru aparır, ağsaqqal kimi sanbalını qoruyur, bəzilərinin isə ötən illər ömrü kimi ağlını da, yaddaşını da əlindən alır, psixi və psixoloji cəhətdən ciddi əziyyət çəkir. Təəssüf ki, Rüstəm İbrahimbəyov da ömrünün ahıl çağını zamana məğlub olaraq keçirənlər sırasındadır. O, bütün həyatı boyu qazandıqlarını qoca vaxtında cəmi bir neçə ildə sovurub özünü də, nüfuzunu xərcləyərək sıfır nöqtəsinə lövbər salıb. Rüstəm İbrahimbəyovdan söz düşəndə həmişə finlərin nağıl qəhrəmanı qoca Peykko yadıma düşür. 2013-cü ildə Azərbaycanın radikal müxalifət düşərgəsinin “siyasi dələduzlar”ı onu az qala dənizlər sahibi, meşələr şahı kimi qələmə verməyə çalışsalar da, çox keçmədi ki, R.İbrahimbəyovun elə Peykko kimi ağılsız, gənc mattilərin şit zarafatlarına alət olan zavallı bir adamdan başqa heç kim olmadığı ortaya çıxdı.
Həyatının təxminən 70 ilə qədərini kinostudiyaların qaranlıq otaqlarında keçirən Rüstəm İbrahimbəyov nə zaman ki, studiya zirzəmilərini tərk edib havaya çıxmağa qərar verdi, o zamandan etibarən qoca kinossenarist natamamlıq sindromu, şəxsiyyət böhranı yaşamağa, özünü tapmaqda çətinlik çəkməyə başladı. Ona görə də mövsümdən-mövsümə dəyişikliyə uğradı, 2008-ci ildə “ziyalı” kimi başladığı ikinci həyatına 2013-cü ildən sonra “siyasətçi” kimi davam etməyə qərar verdi. Burada da özünü tapa bilməyən R.İbrahimbəyov “mən siyasətçi deyiləm” deyib sinəsini kənara çəksə də, dəyişən, inkişaf edən kino sənayesində də artıq nə ona, nə də onun çoxarvadlı kişi, çoxərli qadın obrazlarına yer olmadığını qətiləşdirdi. İndi bir həsir, bir Məmmədnəsir, bir də iflasa uğramış, xarabalığa çevrilmiş şərab biznesinin ziyanları ilə ortalıqda qalıb.
Kor atın kor nalbəndi...
Deməli, səbəb aydındır, içində olduğu ağır dramatik durum, itirilmiş və əldən çıxmış keçmişin bitməyən həsrəti, mənsub olduğu xalqa qarşı içində daşıdığı kin və qəzəb R.İbrahimbəyovun soyuqqanlı və məntiqlə düşünüb doğru qərarlar verməsinə mane olur, onu bir yanlışdan başqa bir yanlışa doğru sürükləyir. Qoca kinossenarist indi də ağlınca Mehman Hüseynovun müdafiəsinə qalxıb. Amma “müdafiə mətni”ndə orta məktəb şagirdlərinin inşa yazılarında belə yer vermədikləri qədər üslub və mətn nöqsanlarına rast gəlinir. Amma məqsədimiz onun müraciətini sintaktik təhlil etmək deyil. Burada daha vacib və üzərində durulmalı məqam ondan ibarətdir ki, R.İbrahimbəyov Mehman Hüseynovla bağlı ölkə Prezidenti İlham Əliyevə müraciətində utanmadan erməni təəssübkeşi, qələmə aldığı “Daş yuxular” romanı ilə Azərbaycan xalqını təhqir edən, ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri dəhşətli qırğınlara, soyqırımlarına az qala bəraət qazandıran Əkrəm Əylislini Azərbaycan xalqının keçmişi, kəmağıl, savadsız bir diletant olan Mehman Hüseynovu isə xalqımızın gələcəyi adlandırır. Təbii ki, R.İbrahimbəyovun xalqımıza qarşı belə təhqiramiz münasibəti təəccüblü deyil. Çünki Azərbaycan xalqına münasibətdə Ə.Əylisli ilə R.İbrahimbəyov həmişə eyni mövqedən çıxış edirlər. Xatırlayaq, hələ 90-cı illərin əvvəllərində xarici ölkə mediasına müsahibəsində Azərbaycanda ziyalı mühitinin olmadığını, bu mühitdə boğulduğunu söyləyən Əkrəm Əylisliyə dəstək verənlərdən biri də məhz R.İbrahimbəyov olmuşdu. O, 2008-ci ildə Rusiya mətbuatına müsahibəsində bir az da irəli gedərək ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində ermənilərin Bakını tərk etməsinə təəssüfünü gizlətməmiş, ermənilərsiz Bakının intellektual potensialının aşağı düşdüyünü, xalqın elitasının olmadığını iddia edərək, Azərbaycan xalqını təhqir etmişdi. Bədnam “Daş yuxular”a qarşı Azərbaycan ictimaiyyəti haqlı narazılığını bildirəndə, ona qarşı nifrətini ifadə edəndə də Ə.Əylisliyə yenə də qoca kinossenarist qucaq açmışdı. Tam əminliklə deyə bilərik ki, mahiyyət etibarilə Ə.Əylisli də, R.İbrahimbəyov da eyni əxlaq və mənəvi dəyərlərin daşıyıcılarıdır. Ona görə də İbrahimbəyovun Əkrəm Əylislinin müdafiəsinə qalxması kor atın kor nalbəndi olmaqdan başqa bir işə yaramır.
Zəngin tariximizdə Rüstəm İbrahimbəyova və Əkrəm Əylisliyə yer yoxdur
Əlbəttə, Azərbaycan ədəbiyyatının, söz-fikir tarixinin çox böyük şəxsiyyətləri, dünya mənəvi irsinə adını qızıl hərflərlə yazdırmış böyük mütəfəkkirləri var və onlar, sadəcə, təmsil etdiyi xalqın pasportunu daşımır, yazdıqları, yaratdıqları ilə qlobal mahiyyət kəsb edirlər. Amma tam əminliklə söyləmək olar ki, bu zəngin tariximizdə Rüstəm İbrahimbəyova və Əkrəm Əylisliyə yer yoxdur. Onlar bu gün fiziki olaraq mövcud ola bilərlər, Allahın işinə qarışmırıq, bəlkə də, hələ neçə illər yaşayacaqlar, amma bu iki şəxsin ömrü Azərbaycan xalqının mənəvi zənginliklərinə heç nə qatmır. Onlar “fikir adamları” olaraq, Azərbaycan xalqının nə dünəni, nə bu günü, nə də sabahı ola bilməzlər. Hər ikisi də ermənilərlə bir zindana çəkic döyəcləməyə başlayanda bu mənəvi haqlarını itirib. Elə Mehman Hüseynov da Azərbaycanın gələcəyi olan savadlı, parlaq gənc nəslin nümayəndələrindən biri olmaq şansını çoxdan əldən verib. Azərbaycan xalqı öz gələcəyini vətənpərvər, intellektual, milli-mənəvi dəyərlərinə sahib çıxan və bu dəyərlərlə yaşamağı üstün tutan gənclərə etibar edir, xaricdən 3-5 manat ianə alıb dövlətini və xalqını təhqir edən şarlatanlara deyil!
Müəllifin digər məqalələri:
Beynəlxalq Seçki Müşahidə Missiyası: Legitimlik məsələsini yalnız Azərbaycan xalqı müəyyən edir
Missiya üzvlərinin hesabatında...
11.02.2020 [09:39]
Siyasi autsayderlərin “facebook” rüsvayçılığı...
Yeni Azərbaycan Partiyası Gənclər...
27.11.2018 [10:48]
Boqota gerçəkləri: MHŞT oyununda kim qalib, kim məğlub oldu?
Yaxud Azərbaycan hökuməti həm...
17.03.2017 [10:11]
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 Mart 19:44
Xəbər lenti
18 Mart 19:40
Xəbər lenti
18 Mart 18:11
Xəbər lenti
18 Mart 17:36
Xəbər lenti
18 Mart 17:00
Siyasət
18 Mart 16:44
İqtisadiyyat
18 Mart 16:32
Xəbər lenti
18 Mart 16:23
Xəbər lenti
18 Mart 16:16
Xəbər lenti
18 Mart 16:14
Siyasət
18 Mart 16:06
Xəbər lenti
18 Mart 15:59
Xəbər lenti
18 Mart 15:58
Xəbər lenti
18 Mart 15:50
Siyasət
18 Mart 15:49
Xəbər lenti
18 Mart 15:47
Gündəm
18 Mart 15:40
Gündəm
18 Mart 15:38
Xəbər lenti
18 Mart 15:33
Xəbər lenti
18 Mart 15:16
Xəbər lenti
18 Mart 14:52
Xəbər lenti
18 Mart 14:28
Siyasət
18 Mart 14:25
Siyasət
18 Mart 13:53
Xəbər lenti
18 Mart 13:42
Xəbər lenti
18 Mart 13:26
Xəbər lenti
18 Mart 13:21
Xəbər lenti
18 Mart 13:08
Xəbər lenti
18 Mart 13:06
Xəbər lenti
18 Mart 13:04
Gündəm
18 Mart 12:48
Xəbər lenti
18 Mart 12:42
Xəbər lenti
18 Mart 12:41
Xəbər lenti
18 Mart 12:30
Xəbər lenti
18 Mart 12:14
Xəbər lenti
18 Mart 11:49
Xəbər lenti
18 Mart 11:21
Xəbər lenti
18 Mart 11:16
İqtisadiyyat
18 Mart 10:52
Xəbər lenti
18 Mart 10:49
İdman
18 Mart 10:46
Xəbər lenti
18 Mart 10:37
Siyasət
18 Mart 10:12
Xəbər lenti
18 Mart 10:08
Müsahibə
18 Mart 10:00
Xəbər lenti
18 Mart 09:39
Xəbər lenti
18 Mart 09:00
Gündəm
18 Mart 00:56
Siyasət
17 Mart 23:27
Xəbər lenti
17 Mart 23:14
Gündəm
17 Mart 23:08
Siyasət
17 Mart 22:51
Xəbər lenti
17 Mart 22:45
Dünya
17 Mart 22:35
Xəbər lenti
17 Mart 22:26
Gündəm
17 Mart 20:28
Gündəm
17 Mart 20:10
Xəbər lenti
17 Mart 20:08
Xəbər lenti
17 Mart 17:56
Xəbər lenti
17 Mart 16:30
İdman
17 Mart 15:22
Xəbər lenti
17 Mart 14:24
Xəbər lenti
17 Mart 13:36
Sosial
17 Mart 12:31
Mədəniyyət
17 Mart 12:12
Xəbər lenti
17 Mart 11:26
Xəbər lenti
17 Mart 11:05
Xəbər lenti
17 Mart 11:01
Dünya
16 Mart 20:30
Xəbər lenti
16 Mart 17:27