/ “Azərbaycan parlamentarizmi tarixi”: milli parlamentarizmin tarixinə və inkişaf yoluna həsr olunan fundamental tədqiqat əsəri
“Azərbaycan parlamentarizmi tarixi”: milli parlamentarizmin tarixinə və inkişaf yoluna həsr olunan fundamental tədqiqat əsəri
10.01.2019 [09:56]
Hikmət BABAOĞLU
İkicildlik kitab multidisiplinar üslubda yazılmaqla tarix, politologiya, siyasi sosiologiya, müqayisəli politologiya sahələrini əhatə edir, yeni elmi-tədqiqat əsərlərinin yaradılması üçün mötəbər elmi mənbə səciyyəsi daşıyır
Yola saldığımız 2018-ci il Azərbaycan üçün çox mühüm uğurlar və əlamətdar hadisələrlə yadda qaldı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində bütün sahələrdə tarixi əhəmiyyətə malik olan möhtəşəm nailiyyətlər əldə olundu. Ardıcıl islahatlar və məqsədyönlü tədbirlərin müvəffəqiyyətlə davam etdirilməsi, tarixi nailiyyətlərin altına imza atılması Azərbaycan Respublikasının qüdrətinin - milli gücünün daha da artmasını təmin etmiş oldu.
Bununla yanaşı, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar respublika miqyasında və ölkəmizin hüdudlarından kənarda silsilə tədbirlər keçirildi. Xüsusi vurğulamaq gərəkdir ki, Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi dövlətimizin başçısının milli dövlətçilik tariximizə diqqət və qayğısının göstəricisidir. Ötən il mayın 28-də isə Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbul təşkil edildi. Tədbirdə geniş nitq söyləyən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan xalqının bu tarixi hadisə ilə haqlı olaraq fəxr etdiyini, Cümhuriyyətin 23 aylıq qısa fəaliyyəti dövründə böyük işlər gördüyünü vurğuladı. Bütövlükdə, “Azərbaycan Xalq Cümhuriyyəti İli”ndə keçirilən çoxsaylı tədbirlər dövlətçilik tariximizin və ənənələrimizin öyrənilməsi, təbliğ olunması, xüsusilə gənc nəslin dövlətçilik şüurunun möhkəmlənməsi baxımından müstəsna əhəmiyyətə malik oldu.
Digər tərəfdən, 2018-ci ildə Azərbaycan parlamentinin 100 illiyi də ölkəmizdə silsilə tədbirlərlə qeyd edildi. Sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirildi. Xarici ölkələrdən dəvət olunmuş çoxsaylı qonaqların iştirak etdiyi iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nitq söylədi. Dövlətimizin başçısı nitqində ölkəmizdə parlament institutunun formalaşması, keçdiyi yol barədə danışdı. Cümhuriyyət dövrü parlamentinin 200-dən çox qanun qəbul etdiyini, qadınlara səsvermə hüququ verdiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycan Milli Məclisinin əsası 100 il əvvəl qoyulmuş demokratik ənənələri bu gün uğurla davam etdirdiyini, milli maraqların tam şəkildə təmin olunmasında önəmli rolunu diqqətə çatdırdı.
Parlamentin 100 illiyi ərəfəsində Azərbaycanın parlamentarizm ənənələrinin dərindən tədqiq edilməsi, öyrənilməsi baxımından həyata keçirilən ən mühüm tədbirlərdən biri Milli Məclisin spikeri Oqtay Əsədovun elmi məsləhətçiliyi və redaktorluğu, parlamentin sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Bahar Muradovanın, millət vəkili, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının və AMEA-nın aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Vasif Qafarovun müəllifliyi ilə “Azərbaycan parlamentarizmi tarixi” adlı ikicildlik kitabın işıq üzü görməsi oldu.
Ümumiyyətlə, ölkəmizdə parlamentarizmin tarixi və ənənələri haqqında ilk dəfədir ki, kitab dərc olunub. “Azərbaycan parlamentarizmi tarixi” kitabı ölkəmizdə milli parlamentarizmin tarixinə və inkişaf yoluna həsr olunan birinci kitab kimi böyük əhəmiyyətə malikdir. Nəşrlərdə Azərbaycan parlamentarizminin tarixi təkcə 100 il bundan əvvəl Cümhuriyyət qurucularının yaratdığı parlamentin tarixi ilə əlaqəli şəkildə göstərilməyib. Müəlliflər həmçinin ölkəmizdə parlamentarizmin qədim tarixi ənənələrə malik olduğunu göstərmək üçün ilk dəfə olaraq bu istiqamətdə dərin, sistemli tədqiqatlar aparıblar.
Zəngin mənbə və ədəbiyyatlardan geniş istifadə edilməklə yazılmış iki cilddən ibarət əsərin birinci cildində qədim və orta əsrlər Azərbaycan dövlətlərində qərarların qəbul edilməsi ənənəsi, Azərbaycanın şimalının çar Rusiyası tərəfindən işğal edilməsindən sonra qanun və qərarların qəbulolunma qaydası, Dövlət dumalarında azərbaycanlı deputatların fəaliyyəti, Birinci dünya müharibəsinin sonlarında Cənubi Qafqaz regionunda yaranmış parlamentarizm sistemində azərbaycanlı nümayəndələrin iştirakı, Azərbaycan Milli Şurasının, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin yaradılması və fəaliyyəti, sovet hakimiyyəti qurulduqdan sonra yaradılmış Müvəqqəti İnqilab Komitəsinin, Ümumazərbaycan Sovetlər qurultaylarının, Mərkəzi İcraiyyə Komitəsinin və Azərbaycan SSR Ali Sovetinin tarixi, sovet hakimiyyəti illərində Azərbaycan əleyhinə müəyyən erməni dairələrin fəaliyyəti və ona qarşı respublikanın hakimiyyət orqanlarının, o cümlədən parlamentin mövqeyi araşdırılıb. Arxiv sənədlərinin, demək olar ki, hamısı elmi dövriyyəyə ilk dəfə gətirilib.
Monoqrafiyanın 1991-2018-ci illəri əhatə edən ikinci cildində isə dövlət müstəqilliyinin bərpası, SSRİ-nin dağılmasından sonrakı şərait, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Xocalıda törədilən soyqırımından sonra və 1992-ci ilin mayından 1993-cü ilin iyununadək ölkədə yaranmış vəziyyət, ümumi böhran, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsi, Milli Məclisin Sədri, ölkə Prezidenti seçilməsi, atəşkəsin elan edilməsi, “Əsrin müqaviləsi”nin imzalanmasından sonrakı şəraitin parlamentdə müzakirə edilməsi, Azərbaycanda dövlət çevrilişi cəhdlərinin qarşısının alınması, ictimai-siyasi sabitliyin təmin olunması və iqtisadi inkişafın, yüksəlişin əsasının qoyulması, Milli Məclisə ilk seçkilər və müstəqil Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi, islahatların həyata keçirilməsi, II, III, IV, V çağırış Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyəti, parlament diplomatiyası ən mötəbər mənbə və ədəbiyyatlardan geniş istifadə edilməklə tədqiq olunub. Kitabın ikinci cildində də arxiv sənədlərinin, demək olar ki, hamısı elmi dövriyyəyə ilk dəfə gətirilib.
Kitabda həmçinin Azərbaycan dövlətçilik tarixinin dönüş nöqtələri hesab olunan hadisələrə və tarixi mərhələlərə dair analitik qənaətlər faktlar əsasında diqqətə çatdırılıb. Qeyd edilib ki, 1969-cu ildə Ümummilli lider Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə seçilməsindən sonra Azərbaycanın inkişafında yeni bir mərhələ başladı. Azərbaycanda sənaye, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət və digər sahələrdə böyük tarixi əhəmiyyət daşıyan tədbirlər həyata keçirildi. Vurğulanıb ki, 1993-cü ildə isə Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbiylə hakimiyyətə gəlməsi ilə ölkə separatçılıqla parçalanmaqdan, dövlət dağılmaqdan, xalq isə vətəndaş müharibəsindən qurtuldu. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi və gərgin səyləri ilə ölkədə geniş sosial-iqtisadi, hüquqi, demokratik islahatlara başlandı, ordu quruculuğu sahəsində sistemli və məqsədyönlü tədbirlər reallaşdırıldı, geniş beynəlxalq fəaliyyət həyata keçirildi. O da diqqətə çatdırılıb ki, 2003-cü ildə keçirilən prezident seçkilərində cənab İlham Əliyevin xalqın böyük etimadı əsasında ölkə başçısı seçilərək hakimiyyətə gəlməsi ilə ölkə müasir, modern və rəqabətə davamlı dövlət quruculuğu dönəminə qədəm qoydu, geniş demokratik islahatlar davam etdirildi.
Kitabda, eyni zamanda, böyük dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin ölkə parlamenti, onun fəaliyyəti haqqında fikirləri diqqətə çatdırılıb. Bütövlükdə, həmmüəlliflər Azərbaycanda tarixən qərarların qəbul edilməsi ənənəsinin öyrənilməsini, parlamentin dövlət idarəçiliyi sistemində tutduğu yerin, oynadığı rolun dəyərləndirilməsini, eləcə də bu günə qədər bu sahədəki elmi-nəzəri araşdırmaları özündə əks etdirən, ümumiləşmiş tədqiqat əsəri ortaya qoymağı başlıca məqsəd kimi müəyyənləşdiriblər və buna nail olublar. Məsələlərin tədqiqi zamanı tarixi-xronoloji, sistemli yanaşma, şərh, təhlil, müqayisəli təhlil metodları əsas götürülüb, elmi-nəzəri ümumiləşdirmələr aparılıb.
Kitab multidisiplinar üslubda yazılmaqla tarix, politologiya, siyasi sosiologiya və müqayisəli politologiya sahələrini əhatə edir, gələcəkdə çoxsaylı elmi-tədqiqat əsərlərinin yaradılması üçün mötəbər elmi mənbə və əhəmiyyətli baza səciyyəsi daşıyır. Əsər siyasətçilər, tələbələr, alimlər və Azərbaycan parlamentarizmi tarixi ilə maraqlanan şəxslər üçün nəzərdə tutulub.
Müəllifin digər məqalələri:
MEDİA-nın yeni fəaliyyət modeli Azərbaycan mətbuatı qarşısında hansı perspektivlər açır?
Hikmət BABAOĞLU 06.07.2021 [09:39]
Bu günlərdə “Sərhədsiz...
22.04.2021 [08:32]
Bir səfərin təəssüratları, yaxud milli qürur və sevincin bölüşüldüyü tarixi anlar
Martın 13-də Azərbaycan...
16.03.2021 [09:47]
Yeni Azərbaycan Partiyasının (YAP) martın...
10.03.2021 [09:06]
Prezident İlham Əliyev böyük tarixi şəxsiyyət, böyük dövlət xadimi və böyük strateqdir
Dünyanın siyasi tarixinə nəzər...
23.12.2020 [09:16]
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 Mart 19:44
Xəbər lenti
18 Mart 19:40
Xəbər lenti
18 Mart 18:11
Xəbər lenti
18 Mart 17:36
Xəbər lenti
18 Mart 17:00
Siyasət
18 Mart 16:44
İqtisadiyyat
18 Mart 16:32
Xəbər lenti
18 Mart 16:23
Xəbər lenti
18 Mart 16:16
Xəbər lenti
18 Mart 16:14
Siyasət
18 Mart 16:06
Xəbər lenti
18 Mart 15:59
Xəbər lenti
18 Mart 15:58
Xəbər lenti
18 Mart 15:50
Siyasət
18 Mart 15:49
Xəbər lenti
18 Mart 15:47
Gündəm
18 Mart 15:40
Gündəm
18 Mart 15:38
Xəbər lenti
18 Mart 15:33
Xəbər lenti
18 Mart 15:16
Xəbər lenti
18 Mart 14:52
Xəbər lenti
18 Mart 14:28
Siyasət
18 Mart 14:25
Siyasət
18 Mart 13:53
Xəbər lenti
18 Mart 13:42
Xəbər lenti
18 Mart 13:26
Xəbər lenti
18 Mart 13:21
Xəbər lenti
18 Mart 13:08
Xəbər lenti
18 Mart 13:06
Xəbər lenti
18 Mart 13:04
Gündəm
18 Mart 12:48
Xəbər lenti
18 Mart 12:42
Xəbər lenti
18 Mart 12:41
Xəbər lenti
18 Mart 12:30
Xəbər lenti
18 Mart 12:14
Xəbər lenti
18 Mart 11:49
Xəbər lenti
18 Mart 11:21
Xəbər lenti
18 Mart 11:16
İqtisadiyyat
18 Mart 10:52
Xəbər lenti
18 Mart 10:49
İdman
18 Mart 10:46
Xəbər lenti
18 Mart 10:37
Siyasət
18 Mart 10:12
Xəbər lenti
18 Mart 10:08
Müsahibə
18 Mart 10:00
Xəbər lenti
18 Mart 09:39
Xəbər lenti
18 Mart 09:00
Gündəm
18 Mart 00:56
Siyasət
17 Mart 23:27
Xəbər lenti
17 Mart 23:14
Gündəm
17 Mart 23:08
Siyasət
17 Mart 22:51
Xəbər lenti
17 Mart 22:45
Dünya
17 Mart 22:35
Xəbər lenti
17 Mart 22:26
Gündəm
17 Mart 20:28
Gündəm
17 Mart 20:10
Xəbər lenti
17 Mart 20:08
Xəbər lenti
17 Mart 17:56
Xəbər lenti
17 Mart 16:30
İdman
17 Mart 15:22
Xəbər lenti
17 Mart 14:24
Xəbər lenti
17 Mart 13:36
Sosial
17 Mart 12:31
Mədəniyyət
17 Mart 12:12
Xəbər lenti
17 Mart 11:26
Xəbər lenti
17 Mart 11:05
Xəbər lenti
17 Mart 11:01
Dünya
16 Mart 20:30
Xəbər lenti
16 Mart 17:27