Ana səhifə »  Müəlliflər »  2018-ci ildə Azərbaycanın beynəlxalq nüfuzu daha da yüksəlib
A+   Yenilə  A-
2018-ci ildə Azərbaycanın beynəlxalq nüfuzu daha da yüksəlib
Yazdı: Mübariz Abdullayev

Prezident İlham Əliyev: Mən keçən il xarici ölkələrə 16 səfər etmişəm və Azərbaycana 16 dövlət və hökumət başçısı səfər edib. Bu, bir daha onu göstərir ki, bizim xarici siyasətimiz çoxşaxəlidir və bizimlə əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır
Əmin-amanlıq, möhkəm daxili sabitlik şəraitində inkişaf edərək öz potensialını getdikcə artıran müstəqil Azərbaycan, eyni zamanda, çoxvektorlu xarici siyasət kursuna malikdir. Respublikamız öz imkanlarını təqdim edərək regional və qlobal miqyasda əməkdaşlığın dərinləşməsinə böyük səy göstərir. Ölkəmiz ardıcıl səciyyə daşıyan xarici siyasət kursunda daim o mövqedən çıxış edir ki, yaxın-uzaq dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətlərdə milli maraqlar ən yüksək səviyyədə təmin olunmalı və əməkdaşlıqdan bütün tərəflər qarşılıqlı şəkildə fayda götürməlidirlər.
Öz növbəsində Azərbaycanın Prezident İlham Əliyevin siyasi iradəsi ilə həyata keçirdiyi rasional xarici siyasət ölkəmizə beynəlxalq miqyasda böyük hörmət və nüfuz qazandırıb. Təsadüfi deyil ki, son illərdə mötəbər beynəlxalq təşkilatlar özlərinin mühüm əhəmiyyət daşıyan tədbirlərini keçirmək üçün ev sahibi kimi məhz Azərbaycanı seçirlər ki, bu da bir tərəfdən ölkəmizin imkanlarını təcəssüm etdirir, digər tərəfdən isə qlobal miqyasda respublikamıza böyük inam yarandığını təsdiqləyir.
Əlamətdar haldır ki, müstəqil Azərbaycanın beynəlxalq nüfuzunun artması baxımından artıq tarixə dönən 2018-ci il də istisna olmayıb. Ölkəmizin xarici siyasəti ötən il də öz intensivliyi və səmərəliliyi ilə yadda qalıb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ötən il ölkəmizin xarici siyasətdə qazandığı uğurlardan məmnunluğunu bildirib. “...Keçən il xarici siyasət sahəsində də uğurlu olubdur. Mən keçən il xarici ölkələrə 16 səfər etmişəm və Azərbaycana 16 dövlət və hökumət başçısı səfər edib. Bu, bir daha onu göstərir ki, bizim xarici siyasətimiz çoxşaxəlidir və bizimlə əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır”.
Azərbaycan Ermənistandan başqa bütün qonşu dövlətlərlə çox müsbət əlaqələr qurmağa nail olub
Hər bir ölkənin uğurlu inkişafını şərtləndirən amillər sırasında regional əməkdaşlığın, qonşularla münasibətlərin xüsusi önəmi var. Qonşulardan təcrid olunan və yaxud onlara qarşı davamlı şəkildə iddialar sərgiləyən ölkələr bir qayda olaraq inkişafla bağlı ciddi problemlər yaşayırlar. Biz bunu işğalçı Ermənistanın timsalında bir daha görürük. Bu ölkə qonşu dövlətlərə, o cümlədən də Azərbaycana qarşı sərgilədiyi əsassız ərazi iddialarının və işğalçılıq siyasətinin girovuna çevrilərək regionda reallaşdırılan bütün irimiqyaslı iqtisadi layihələrdən kənarda qalıb, dalan ölkəyə çevrilib. Azərbaycan isə davamlı şəkildə öz imkanlarını təqdim edərək regional siyasi və iqtisadi əməkdaşlıq platformalarının yaradılmasına və onların funksionallığının artırılmasına böyük töfhələr verir. Belə xoşməramlı siyasətin nəticəsidir ki, respublikamız Ermənistandan başqa bütün qonşu dövlətlərlə çox müsbət əlaqələr qurmağa nail olub. Prezident İlham Əliyev Azərbaycanın region dövlətləri ilə münasibətlərinin yüksək səviyyədə olduğuna diqqət çəkərək deyib: “...Biz, ilk növbədə, qonşularımızla əlaqələrimizi daha yüksək pilləyə qaldıra bilmişik. Keçən il qonşu ölkələrin dövlət və hökumət başçıları ilə mənim çoxsaylı görüşlərim olub və bu görüşlərdə praktiki məsələlər həll edilib. Hər bir ölkə üçün onun qonşuları ilə yaxşı münasibətlərin qurulması çox vacib amildir. Azərbaycan o ölkələrdəndir ki, Ermənistandan başqa bütün qonşularımızla çox düşünülmüş siyasət apararaq gözəl münasibətləri qura bilib və ölkəmiz bu münasibətlərdən faydalanır. Həm regional təhlükəsizliyin inkişafı, eyni zamanda, nəqliyyat, energetika, ticarət məsələlərinin uğurla həlli, o cümlədən qonşularımızla münasibətlərdən asılıdır. Bir sözlə, qonşu ölkələrlə əlaqələrimiz çox müsbətdir və əminəm ki, bu il də bu istiqamətdə yeni müsbət addımlar atılacaqdır”.
Regional əməkdaşlığın dərinləşməsi baxımından Türkiyə və Azərbaycan arasındakı tarixi dostluq əlaqələri mühüm əhəmiyyətə malikdir. Yer üzündə iki qardaş xalqın və ölkənin dostluğuna xələl gətirə biləcək güc, qüvvə yoxdur. Türkiyə Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlətdir. Qardaş Türkiyə Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə cavab olaraq Ermənistanla bütün siyasi-iqtisadi əlaqələri dayandırıb, eyni zamanda, 1993-cü ildən etibarən bu ölkə ilə sərhədlərini bağlayıb. Öz növbəsində Azərbaycan da ermənilərin Türkiyəyə qarşı irəli sürdükləri ərazi və “soyqırımı” iddialarına layiqli cavab verilməsində daim qardaş ölkənin yanındadır.
İki ölkə, eyni zamanda, böyük iqtisadi önəm daşıyan enerji, nəqliyyat və digər layihələrin icrasına birgə səylər göstərirlər. Azərbaycanın karbohidrogen ehtiyatları bu ölkədən keçən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Supsa boru kəmərləri ilə daşınaraq dünya bazarlarına çıxardılır. İki ölkə Azərbaycanın zəngin “Şahdəniz” yatağının ehtiyatlarını Avropa bazarlarına daşıyacaq Cənub Qaz Dəhlizi çərçivəsində də sıx əməkdaşlıq edir. 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi çox əlamətdar hadisədir. Cənub Qaz Dəhlizinin mühüm seqmenti olan TANAP-ın istifadəyə verilməsi Türkiyə-Azərbaycan dostluğunun mühüm göstəricisi hesab olunur. Ötən il həmçinin qardaş ölkədə Azərbaycanın investisiya qoyuluşu ilə yaradılan “Star” neft emalı zavodu istifadəyə verildi. 2017-ci ildə işə salınan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi isə Asiya ilə Avropanı birləşdirir. Sevindirici haldır ki, bu marşrutla daşımaların həcmi getdikcə artır.
Azərbaycanın regionun digər dövləti - Gürcüstanla da münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Hər iki ölkəni üst-üstə düşən siyasi, iqtisadi maraqlar birləşdirir. Gürcüstan da regionda respublikamızın moderatorluğu ilə reallaşdırılan enerji və nəqliyyat layihələrində yer alır. Ölkələrimiz arasında ticarət dövriyyəsi getdikcə artır. Eyni zamanda, respublikamız Gürcüstanda genişmiqyaslı investisiya layihələri həyata keçirir. Hazırda Azərbaycan Gürcüstana sərmayə qoyan xarici ölkələrin arasında birinci yeri tutur. Respublikamız 2012-ci ildən bu birinciliyi qoruyub saxlayır. Bundan başqa, Azərbaycanın dünya brendinə çevrilən SOCAR şirkətinin Gürcüstanda çoxlu sayda pərakəndə yanacaqdoldurma məntəqəsi açılıb. SOCAR həmçinin dost ölkənin “mavi yanacaq”la təchizatında, o cümlədən də burada paylayıcı şəbəkənin qurulmasında və istismarında mühüm rol oynayır.
Azərbaycanın İranla tarixi ənənələr və iqtisadi maraqlar əsasında formalaşan yüksək səviyyəli münasibətləri regionda təhlükəsizliyin təmin olunmasına və əməkdaşlığın dərinləşməsinə öz töhfələrini verir. Son illərdə iki ölkə arasında ticarət dövriyyəsinin 70 faizədək artması məmnunluq doğurur. Eyni zamanda, qarşılıqlı investisiya qoyuluşu genişlənir. Azərbaycanın Pirallahı Sənaye Parkında İranın “TPİCO Holdinq” Şirkətlər Qrupunun iştirakı ilə “Caspian Pharmed” əczaçılıq zavodunun təməli qoyulub. Azərbaycan və İran şirkətlərinin müştərək layihəsi əsasında Neftçala Sənaye Məhəlləsində avtomobil zavodu yaradılıb və ötən il müəssisədə avtomobil istehsalına başlanılıb.
Enerji sektorunda əməkdaşlıq Azərbaycanla İran arasında münasibətlərin ənənəvi istiqamətidir. İki ölkə həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasında fəal əməkdaşlıq edir. Azərbaycan İran ərazisində Astara-Rəşt dəmir yolunun tikintisinin maliyyələşdirilməsində iştirak edir. Artıq İran tərəfi ilə Astara-Rəşt dəmir yolunun tikintisi və avadanlıqla təchiz olunması layihəsi üzrə 500 milyon dollar dəyərində kredit sazişi ilə bağlı danışıqlar uğurla başa çatıb.
Müstəqil Azərbaycanın xarici siyasət kursunda şimal qonşumuz Rusiya ilə əlaqələrin daha da möhkəmləndirilməsi strateji istiqamətlərdən biri kimi müəyyənləşdirilib. İki ölkə arasında əlaqələrin dinamikasında Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putin arasında yaranan dostluq münasibətləri və onların qarşılıqlı səfərləri mühüm rol oynayır. Bu gün həyatın elə bir sahəsi yoxdur ki, Azərbaycanla Rusiya sıx əməkdaşlıq etməsinlər. Xüsusi olaraq vurğulamaq lazımdır ki, iki ölkə arasında ikitərəfli iqtisadi əlaqələr çox uğurla inkişaf edir. Hazırda Azərbaycan bazarında təxminən 700 birgə müəssisə var ki, onlardan da üçdəbiri 100 faizlik Rusiya kapitalı ilə fəaliyyət göstərir.
Öz növbəsində Azərbaycan da qonşu ölkədə investisiya qoyuluşunu getdikcə artırır. Hazırda Azərbaycan Rusiyada müxtəlif investisiya layihələri reallaşdırır. İndiyədək Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1 milyard ABŞ dollarından çox sərmayələr yönəldilib. Azərbaycanlı sahibkarların investisiyaları hesabına Yessentukidə sanator-kurort mərkəzi inşa edilib. Hazırda Azərbaycandan yönəldilən sərmayələr hesabına Jeleznovodskda mehmanxana kompleksi ucaldılır. Belə misalların sayı kifayət qədər çoxdur.
Respublikamızın İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində atdığı addımlar müsəlman ölkələri tərəfindən yüksək qiymətləndirilir
VII-VIII əsrlərdən etibarən Azərbaycan xalqının həyat tərzi, mədəniyyəti, məişəti İslam dini ilə sıx vəhdətdə olub. Ölkə ərazisində mövcud olan Əshabi-Kəhf ziyarətgahı, Bibiheybət məscid-ziyarətgah kompleksi, Gəncə “İmamzadə” kompleksi və digər çoxsaylı abidələr Azərbaycanın İslam dini-mədəni dəyərlər sisteminə əhəmiyyətli töhfəsi kimi qiymətləndirilə bilər. Xalqımız həmişə öz tarixi keçmişinə, mənəvi sərvətlərinə hörmətlə yanaşıb.
Müstəqillik dövründə İslam aləmi ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edib. Ölkəmiz bütün sahələrdə İslam dünyası ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirməyə xüsusi önəm verir. Əlamətdar haldır ki, müstəqil Azərbaycanın ilk diplomatik missiyaları məhz müsəlman ölkələrində fəaliyyətə başlayıb, dövlətimiz qısa zamanda bütün müsəlman dünyasını birləşdirən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fəal üzvünə çevrilib. Azərbaycan İslam həmrəyliyinin möhkəmlənməsinə töhfə verən İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi, İƏT-ə Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası kimi yeni qurumların yaradılmasının təşəbbüskarı kimi çıxış edib. Eləcə də ölkəmiz müsəlman dünyası ilə əlaqələrin genişləndirilməsinə xidmət edən ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatları qurub. Bu çərçivədə həyata keçirilən bir çox layihələr Azərbaycanla İslam ölkələri arasında qarşılıqlı münasibətlərin möhkəmlənməsinə xidmət edir.
Azərbaycan həmçinin İslam aləminin təhsil, elm, mədəniyyət təşkilatı olan İSESCO ilə də sıx əməkdaşlıq edir. Xatırladaq ki, bir neçə il bundan əvvəl Bakı İSESCO tərəfindən İslam mədəniyyətinin paytaxtı elan edilib və bir il ərzində ölkəmizdə, Bakıda çox mühüm tədbirlər keçirilib. 2018-ci ildə isə Azərbaycanın digər bir şəhəri - Naxçıvan İslam mədəniyyəti paytaxtı elan olunub.
Azərbaycan həmçinin beynəlxalq miqyasda İslam Həmrəyliyinin möhkəmlənməsinə sanballı töhfələr verir. Respublikamızda 2017-ci ildə elan olunan “İslam Həmrəyliyi İli” çərçivəsində çoxsaylı tədbirlər keçirildi. Eləcə də 2017-ci ilin birinci yarısında Bakıda əksər İslam ölkələrinin təmsilçilərinin iştirakı ilə keçirilən IV İslam Həmrəyliyi Oyunları ölkələr arasında əsl dostluq və qardaşlıq bayramına çevrildi.
Öz növbəsində Azərbaycanın İslam həmrəyliyinin möhkəmlənməsinə verdiyi davamlı töhfələr beynəlxalq miqyasda böyük rəğbətlə qarşılanır. İslam ölkələri beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın həyata keçirdiyi siyasətə, ələlxüsus da Dağlıq Qarabağ münaqişəsinin ədalət prinsipi və beynəlxalq hüquq normaları çərçivəsində həllinə hərtərəfli dəstək nümayiş etdirirlər. İslam dövlətlərinin Azərbaycana dəstəyini yüksək qiymətləndirən Prezident İlham Əliyev deyib: “Bildiyiniz kimi, Azərbaycan müsəlman aləmində çox böyük hörmət, nüfuz qazanıb. Bizim İslam həmrəyliyi ilə bağlı atdığımız addımlar İslam Əməkdaşlıq Təşkilatı və eyni zamanda, bir çox müsəlman ölkələri tərəfindən çox yüksək qiymətləndirilir və bu sahədə verdiyimiz töhfə çox təsirlidir. Yəni, bizim apardığımız siyasət İslam aləmində həmrəyliyi, əməkdaşlığı möhkəmləndirir”.
BMT-dən sonra dünyanın ikinci böyük təşkilatına - Qoşulmama Hərəkatına sədrlik ölkəmizin beynəlxalq nüfuzunu daha da artıracaq
Azərbaycanın çoxvektorlu xarici siyasətində beynəlxalq təşkilatlarla əlaqələrin dərinləşdirilməsi mühüm istiqamətlərdən birini təşkil edir. Ölkəmiz beynəlxalq təşkilatlar qarşısında götürdüyü bütün öhdəliklərə yüksək səviyyədə əməl edir. Respublikamızın qısa müstəqillik tarixində 155 dövlətin dəstəyini qazanaraq BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi son dərəcə qürurverici haldır.
Ardıcıllıqla reallaşdırdığı məqsədyönlü siyasət sayəsində Cənubi Qafqaz coğrafiyasının lider dövləti səviyyəsinə yüksələn Azərbaycanın Avropa ölkələri üçün də önəmi getdikcə artır. 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin ayrı-ayrı Avropa ölkələrinə səfərləri böyük uğurla keçib. Eyni zamanda, Avropanın bir sıra nüfuzlu dövlətlərinin dövlət və hökumət başçıları da respublikamıza səfərlərə gəliblər. Bu səfərlər çərçivəsində keçirilən görüşlərdə Azərbaycanın Avropa İttifaqı məkanı üçün önəmi və qlobal əməkdaşlığın dərinləşməsinə verdiyi töhfələr yüksək dəyərləndirilib.
Avropa İttifaqı ilə Azərbaycan perspektivdə münasibətlərin daha da dərinləşməsinə siyasi iradə nümayiş etdirirlər. Bunu tərəflərin yeni Saziş üzərində işləməsi bir daha təsdiqləyir. 2018-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması əməkdaşlığın gələcək inkişafı üçün çox önəmlidir. Bəhs olunan sənədin paraflanması Azərbaycanın Avropa ilə əlaqələrə böyük əhəmiyyət verdiyini bir daha təsdiqləyir. Prezident İlham Əliyev bəhs olunan sənəddə Azərbaycanın ərazi bütövlüyünün Avropa İttifaqı tərəfindən dəstəkləndiyini nəzərə çatdıraraq deyib: “Keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın prioritetləri adlı mühüm sənəd imzalanmışdır. Bu sənəddə bir çox məsələlər öz əksini tapır. Xüsusilə onu vurğulamalıyam ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan məsələlər çox müsbət xarakter alır. Bu sənəddə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək və hörmət ifadə olunur”.
Respublikamız, eyni zamanda, NATO-nun etibarlı tərəfdaşıdır. Azərbaycan əsgərləri 2002-ci ildən NATO qüvvələri tərkibində Əfqanıstanda sülhyaratma əməliyyatlarında iştirak edirlər. Artıq Azərbaycan Əfqanıstandakı hərbi kontingentini 120 hərbçiyə qədər artırıb. Qeyd edək ki, NATO Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirir. Yeri gəlmişkən, NATO-nun ötən il keçirilən Zirvə görüşündə qəbul edilmiş yekun bəyannamədə də Azərbaycanın ərazi bütövlüyünə dəstək və hörmət əksini tapıb.
Müstəqil Azərbaycanın BMT-dən sonra dünyada ən böyük təşkilat olan Qoşulmama Hərəkatı ilə münasibətləri də yüksələn xətlə inkişaf edir. Ötən il respublikamızda Qoşulmama Hərəkatının xarici işlər nazirləri səviyyəsində böyük konfrans keçirildi. Prezident İlham Əliyev cari ildə respublikamızın Qoşulmama Hərəkatına sədrliyinin Dağlıq Qarabağ münaqişəsinin həllinə də müsbət təsir edəcəyinə əminliyini bildirib. “Bu il Bakıda Qoşulmama Hərəkatının Zirvə görüşü keçiriləcək və Azərbaycan bu böyük təşkilata sədrlik edəcək. Əlbəttə ki, BMT-dən sonra dünyanın ikinci böyük təşkilatına sədrlik etmək bizim nüfuzumuzu daha da artıracaq, eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işinə müsbət təsir göstərəcəkdir”.
Azərbaycanın müdafiə etdiyi mövqe Xəzərin hüquqi statusu ilə bağlı konvensiyada tam olaraq öz əksini tapıb
Xəbər verildiyi kimi, 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması ilə müəyyən məsələlərdə sahil dövlətləri arasında uzun illərdən bəri davam edən mübahisələrə son qoyulub. Artıq Xəzəryanı ölkələr arasında əməkdaşlığa geniş imkanlar açan möhkəm hüquqi bazanın olduğunu söyləmək mümkündür. Konvensiya sahil dövlətlərinin dənizin resurslarından bərabərhüquqlu əsaslarla bəhrələnmələrinə zəmin yaradan çox mühüm bir sənəddir. Konvensiya fundamental normativ sənəd kimi Xəzər dənizinin ümumi hüquqi rejimini müəyyən edir. Prezident İlham Əliyev sənəddə Azərbaycanın mövqeyinin tam olaraq nəzərə alındığını diqqətə çatdıraraq vurğulayıb: “Xarici siyasətimizlə bağlı vacib məsələlərdən biri də Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi idi. İmzalanmış Konvensiya bu məsələnin həlli üçün çox böyük əhəmiyyət daşıyır. Şadıq ki, bizim uzun illər ərzində müdafiə etdiyimiz mövqe bu Konvensiyada tam öz əksini tapmışdır. Bu sənədin imzalanması bir daha göstərir ki, Xəzər dənizi sülh, əməkdaşlıq, təhlükəsizlik dənizidir”.
Qeyd edək ki, bəhs olunan sənəd üzərində iş 1996-cı ildən aparılıb. 2003-cü il mayın 14-də Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında “Xəzərin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi, su səthinin ümumi istifadəsi” haqqında üçtərəfli saziş imzalanıb və tərəflər Xəzərin dibinin bölünməsinə dair yekun razılığa imza atıblar. 2010-cu ildə Bakıda keçirilən III Zirvə toplantısı ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi işinə xüsusi töhfə verib. Həmin toplantıda regionda təhlükəsizliyin və sabitliyin qorunub saxlanması baxımından mühüm əhəmiyyət daşıyan “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. Bakı sammitində imzalanan Sazişdə ilk dəfə konseptual olaraq suverenlik və balıqçılıq zonaları yüksək səviyyədə razılaşdırılıb. Sammitdə həmçinin Xəzəryanı dövlətlərin Xəzər dənizində əməkdaşlığının əsas prinsipləri barədə anlaşma əldə olunub. Sonrakı mərhələdə Azərbaycan Xəzər dənizinin hüquqi statusu ilə bağlı müzakirələrin aparıldığı digər zirvə görüşlərində də fəal iştirak edib və özünün beynəlxalq normalara əsaslanan konstruktiv təkliflərini irəli sürərək əsaslandırıb.

 
  • Oxunub:  3720  |  
  • Tarix:  18-01-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
“Dünya dini liderlərinin II Bakı sammiti” ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib

19 Aprel 16:06
Məleykə Abbaszadə Qəbələdə vətəndaşları qəbul edib
19 Aprel 16:03
İran nümayəndə heyəti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
19 Aprel 15:57
İsrailli jurnalistlər işğalçı ermənilərin vandalizminin və qəddarlığının nəticələrini öz gözləri ilə görüblər
19 Aprel 15:37
Səyyar “ASAN xidmət” Qazaxda
19 Aprel 15:35
Rusiya-Azərbaycan: ölkələri və qitələr birləşəndə
19 Aprel 15:24
Binəqədi rayonunda yeni salınmış abad məhəllədə sakinlərlə görüş olub
19 Aprel 15:01
Respublika ərazisində keçirilən “Təmiz hava” aylığı davam edir
19 Aprel 14:44
Baş prokuror Ucar rayonunda vətəndaşları qəbul edib
19 Aprel 14:41
Azərbaycanda uşaqlara yönələn dayanıqlı inkişaf məqsədlərinin milliləşdirilməsi üzrə seminar keçirilib
19 Aprel 14:38
Yekaterinburqda “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi” təqdimatı olunub
19 Aprel 14:34
Prezident İlham Əliyev hər addımı ilə vətəndaşın yanında olduğunu sübut edir
19 Aprel 14:26
PA rəsmisi: Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib
19 Aprel 14:26
Zaqatalada fermerlər üçün təlim keçirilib
19 Aprel 14:19
“Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 14:18
UNEC alimlərinin dünya elminə töhfəsi
19 Aprel 14:14
“Azərmaş” ASC İranın “Maral” şirkəti ilə distribüterlik müqaviləsi imzalayıb
19 Aprel 14:11
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Cocuq Mərcanlıda vətəndaşları qəbul edib
19 Aprel 14:07
Azərbaycanla İran gömrük xidmətlərinin nümayəndələri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər
19 Aprel 14:01
Birinci rübdə Gürcüstan Azərbaycandan 22,2 milyon dollarlıq elektrik enerjisi alıb
19 Aprel 13:55
Milli Kitabxanada “İsmayıl Şıxlı. Biblioqrafiya” kitabının təqdimatı olub
19 Aprel 13:50
Leyla Abdullayeva: Ermənistan XİN-i “3+2” formatında qəbul edilmiş bəyanatlara qoşulmağa dəvət edirik
19 Aprel 13:46
Rusiyalı tarixçi: Ermənilər qədim keçmişə sahib olmadıqları üçün hansısa yolla öz mövcudluqlarını saxlamaq məcburiyyətindədirlər
19 Aprel 12:54
Millət vəkili: Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan uğurla inkişaf edəcək
19 Aprel 12:44
Ekologiya və təbii sərvətlər naziri Ağcabədi rayonunda vətəndaşların müraciətlərini dinləyib
19 Aprel 12:41
“Xəmsə” milli intellektual oyunu üzrə “Heydər Əliyev kuboku”nun ilk seçim mərhələsi başa çatıb
19 Aprel 12:40
AMEA-nın Şərqşünaslıq İnstitutunda akademik Həmid Araslının xatirəsi anılıb
19 Aprel 12:38
Diplomatik korpus nümayəndəliklərinin rəhbərləri Şamaxı rayonuna səfər edib
19 Aprel 12:35
ADU-da “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 12:34
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ağcabədidə vətəndaşları qəbul edəcək
19 Aprel 12:31
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
19 Aprel 12:29
Nqiem Vu Kay: Coğrafi baxımdan uzaqda yerləşən Azərbaycanın Vyetnama çox isti münasibəti var
19 Aprel 11:56
“Azərbaycan Respublikasının innovasiya strategiyası”nın layihəsinin hazırlanması ilə bağlı müzakirələr aparılıb
19 Aprel 11:53
YAP Səbail rayon təşkilatında könüllülər birliyinin təqdimatı keçirilir - YENİLƏNƏCƏK
19 Aprel 11:51
“İçərişəhər” və “Qala” qoruqlarında “Açıq qapı” günü keçirilib
19 Aprel 11:36
Nazir: İlin ilk iki ayında Azərbaycanla İranın ticarət dövriyyəsi 4,5 dəfə artıb
19 Aprel 11:16
Siyavuş Novruzov: Ermənistan kimi müqavilə əsasında yaranan dövlətlər qonşu ölkələrin mədəniyyətindən, tarixindən oğurluq edirlər
19 Aprel 11:13
Paytaxt məktəblərində “Oxu günü” çərçivəsində tədbirlər keçirilir
19 Aprel 11:11
Şamil Ayrım: Ulu öndər Heydər Əliyev ilə bağlı əsərlər Türkiyə kitabsevərləri üçün böyük sərvətdir
19 Aprel 11:00
Moldova Prezidenti Azərbaycan diasporunun fəalını mükafatlandırıb
19 Aprel 10:53
Hacıqabul Sənaye Məhəlləsində avtobus və yük avtomobillərinin istehsalı zavodunun təməli qoyulub
19 Aprel 10:51
Bakıda "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir" mövzusunda konfrans keçirilir
19 Aprel 10:48
Hanoyda AZƏRTAC-ın sədrliyi ilə OANA İcraiyyə Komitəsinin 44-cü iclası işə başlayıb
19 Aprel 10:46
Azərbaycan-İran iqtisadi əməkdaşlığı müzakirə edilib
19 Aprel 10:42
“Piylənmənin idarə olunmasında ən yeni tendensiyalar” mövzusunda elmi-praktik konfrans keçirilir
19 Aprel 10:30
Müdafiə naziri Hərbi Hava Qüvvələrinin təlim-məşq mərkəzinin açılışında iştirak edib
19 Aprel 10:23
Fəlsəfə İnstitutunda “Azərbaycan tarixinin fəlsəfi dərki və müasir dövr” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 10:21
Valentina Matviyenko: Mehriban xanım çox maraqlı həmsöhbətdir
19 Aprel 10:19
“Beynəlxalq konfransın yüksək şəkildə keçirilməsinə nail olacağıq”
19 Aprel 10:17
İstanbulda Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub
19 Aprel 10:14
ADA Universitetində 44 ölkənin milli mədəniyyət nümunələri sərgilənib
19 Aprel 10:12
Azərbaycan etnik-mədəni müxtəlifliklərin tənzimlənməsi sahəsində böyük nailiyyətlər qazanıb
19 Aprel 10:11
Bakı Kitab Mərkəzində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü qeyd edilib
19 Aprel 10:08
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Qanın milliyyəti yoxdur” adlı xeyriyyə aksiyası keçirilib
19 Aprel 10:03
YAP Göygöl rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib
19 Aprel 09:56
Qusar rayonunda şəhid Əmiraslan Xeyirbəyovun xatirəsi anılıb
19 Aprel 09:53
Formula 1 Malayziya Qran-Prisi yenidən keçirilə bilər
19 Aprel 09:51
Bakcell Formula 1 Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu
19 Aprel 09:50
“Nar” NETTY-2019 milli internet mükafatının əsas tərəfdaşı seçildi
19 Aprel 09:48
Azercell-dən rəqəmsallaşma strategiyası çərçivəsində daha bir yenilik
19 Aprel 09:46
Azərbaycanda fındıqçılığın inkişafına böyük diqqət göstərilir
18 Aprel 21:24
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub
18 Aprel 21:21
Azərbaycanla Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 70 milyon dollara çatıb
18 Aprel 21:19
Formula 1 Azərbaycan Qran-Pri yarışı ilə əlaqədar Daxili Qoşunların şəxsi heyətinin hazırlığı yoxlanılıb
18 Aprel 21:17
Azərbaycandan Qətərə bir sıra məhsulların ixracına dair razılıq əldə olunub
18 Aprel 21:14
Dövlət İdarəçilik Akademiyası Türkiyə ilə əməkdaşlıq əlaqələrini genişləndirir
18 Aprel 21:05
Ali Məhkəmənin sədri Sumqayıtda vətəndaşları qəbul edib
18 Aprel 21:00
Dariqa Nazarbayeva: Azərbaycanın və Qazaxıstanın parlamentləri arasında möhkəm əlaqələr mövcuddur
18 Aprel 20:50
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Nəsimi rayonunda tədbir keçirilib
18 Aprel 20:47
Prezident İlham Əliyev: Azərbaycanda minimum əməkhaqqı, minimum pensiya bundan sonra da qaldırılacaq
18 Aprel 20:39
Cocuq Mərcanlı kəndində şagirdlərə Azərbaycanın ekoloji vəziyyəti haqqında məlumat verilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA