Ana səhifə »  Müəlliflər »  Xəyanət və cinayət yolunu tutanlar
A+   Yenilə  A-
Xəyanət və cinayət yolunu tutanlar
Yazdı: Nadir Azəri

Və ya AXCP təmsilçiləri Azərbaycan xalqının milli maraqlarına xəyanət edənlərin kimlər olduğunu bilmək istəyirlərsə, sadəcə öz rəhbərləri ilə birlikdə güzgüyə baxsınlar
Məlum olduğu kimi, Azərbaycan bu gün öz inkişafına görə regionun lider dövlətinə çevrilib. Hazırda bir sıra beynəlxalq nüfuzlu tədbirlərin keçirildiyi Azərbaycan, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı rola malik ölkə kimi önə çıxıb. Ölkəmiz bu uğurlara Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən inkişaf strategiyası nəticəsində nail olub. Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, bu siyasət həyata keçirilərkən daima milli və dövlət maraqlarımız əsas götürülüb. Eyni zamanda, Ümummilli liderimiz Heydər Əliyevin qurucusu, Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası (YAP) milli maraqlara söykənən bu siyasətin reallaşmasında üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlib, hər zaman dövlətin və xalqın maraqlarını öz fəaliyyətinin başlıca prinsipi kimi öndə tutub.
Ancaq təəssüflər olsun ki, milli maraqlardan danışarkən radikal düşərgədə təmsil olunan bəzi partiyalar, xüsusən də Əli Kərimlinin AXCP-si haqqında heç də müsbət fikir söyləmək mümkün deyil. Bunun başlıca səbəbini isə daha çox sözügedən partiyaya rəhbərlik edən şəxsin özündə axtarmaq lazımdır. Ümumiyyətlə, siyasətə gəlişi belə müəmmalarla zəngin Əli Kərimlinin fəaliyyətinə nəzər yetirdikdə orada xəyanət çalarları dərhal diqqəti cəlb edir. Digər tərəfdən, elə radikal düşərgənin öz təmsilçilərinin zaman-zaman səsləndirdikləri fikirlər Əli Kərimlinin siyasətə, həmçinin, AXCP rəhbərliyinə gələndən sonra sərgilənən xəyanətləri bir daha xatırlamağa imkan verir. Yeri gəlmişkən, istər bu açıqlamaları, istərsə də ümumilikdə, Əli Kərimlinin AXCP-yə rəhbər keçəndən sonra cərəyan edən prosesləri aşağıdakı formada qruplaşdırmaq olar: Milli Azadlıq Hərəkatı dövründə baş verən müəmmalı proseslər; Daşıyıcısı olduğu ideologiyaya və öz liderinə xəyanət; Müxalifət düşərgəsinə arxadan zərbə; Milli və dövlət maraqlarına xəyanət.
Beləliklə, ilk olaraq Əli Kərimlinin siyasətə gəlişi illərindən baş verənlərə nəzər yetirək.
Milli Azadlıq Hərəkatı dövründə baş verən müəmmalı proseslərdə komsomol izi...
Həmin dövrdə cərəyan edən proseslərin bəzi şahidlərinin söylədiklərinə görə, Əli Kərimlinin Milli Azadlıq Hərəkatına qoşulması müəmmalı bir şəkildə baş verib. Daha doğrusu, həmin vaxt hərəkatda öncüllük edənlərin əsasən Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tələbələrinin olması istər SSRİ rəhbərliyini, istərsə də o zamankı Azərbaycan rəhbərlərini ciddi narahat edirmiş. Və məhz belə bir narahatçılığın fonunda tələbələrin necə ram edilməsinin yolları aranırmış. Buna görə də həmin vaxt aksiyalara çıxan tələbələr nəzarətə götürülür, təqib olunurdular. Çox maraqlıdır ki, bu təqiblər fonunda keçmiş komsomolçu Əli Kərimli meydanda zühur edib və tezliklə tələbələrin lideri kimi önə çıxmağa başlayıb. Söylənilənlərə görə, həmin vaxt onun irəli çıxmasında hansısa yerli və xarici qaranlıq qüvvələr maraqlı olub. Məhz həmin ermənipərəst qüvvələrin gizli dəstəyi hesabına keçmiş komsomolçu tezliklə “tələbə-gənclərin lideri” kimi cəmiyyətə sırınmağa başlayıb. Və istər Milli Azadlıq Hərəkatının, istərsə də sonralar Xalq Cəbhəsinin daxilində baş verən xəyanətkar əməllərin əksəriyyətinin arxasından həmin komsomolçunun boylanması Əli Kərimliyə “stavkanın” nəyə hesablandığından xəbər verib.
Əli Kərimli daşıyıcısı olduğu ideologiyaya və öz liderinə xəyanət edib
Xalq Cəbhəsində baş vermiş proseslərdən söhbət düşmüşkən. 1994-1995-ci illərdə AXC-də baş verənlər, Əbülfəz Elçibəyin cəbhədaxili proseslərdən təcrid olunması, Əli Kərimlinin öz liderinə xəyanəti, nəhayət, o xəstə yatarkən belə, Bakıda Əli Kərimlinin təlimatı ilə “Yurd”çuların min bir oyundan çıxması, Elçibəyin xəstəliyi barədə KİV-ə çeşidli dezinformasiyaların ötürülməsi barədə bir qədər sonra. Hələlik isə, Əli Kərimlinin daşıyıcısı olduğu ideologiyaya xəyanəti, həmçinin, AXC-“Müsavat” hakimiyyəti dövründəki əməllərinin bir qismini xatırlatmaq yerinə düşər.
Məlum olduğu kimi, Əli Kərimlinin AXC-yə gəlişi ilə yanaşı, bu qurum daxilində “Yurd” qruplaşmasının dirçəlməsi, önə çıxması prosesinin əsası qoyuldu. Daha doğrusu, Əli Kərimli AXC daxilindəki əməllərini məhz bu günə kimi də yaranması barədə çeşidli müəmmalar dolaşan sözügedən yarımqaranlıq qruplaşma vasitəsilə həyata keçirməyə başladı. Bu məqamda vurğulamaq yerinə düşər ki, Əli Kərimlinin və onun “Yurd” qruplaşmasının AXC daxilindəki xəyanətkar fəaliyyətini iki hissəyə bölmək olar. Bu fəaliyyətin birinci hissəsi AXC-”Müsavat” cütlüyünün hakimiyyəti dövrünü, ikinci hissəsi isə bu cütlük hakimiyyətdən getdikdən sonra başlanan və Əbülfəz Elçibəyin vəfatına qədər davam edən dövrü əhatə edir.
Birinci dövr haqqında danışan məlumatlı mənbələrin sözlərinə görə, həmin vaxt Əli Kərimlinin əsas hədəfi Prezident Əbülfəz Elçibəyi bütün proseslərdən təcrid etmək və hakimiyyəti əlində cəmləşdirmək olub. Lakin Kərimli həmin dövrdə parlamentin rəhbəri olan İsa Qəmbəri bu istəyinin gerçəkləşməsi yolunda başlıca maneə kimi görürmüş. Elə buna görə də, Kərimli öz emissarlarını rayonlara ezam edərək “İsa Qəmbər Əbülfəz Elçibəyi devirmək istəyir. Buna yol vermək olmaz. Bunun qarşısını almaq üçün fəaliyyətə keçmək lazımdır” tipli təbliğat aparırmış. Bu təbliğatın mərkəzində də o dayanırmış ki, “Yurd”çular AXC-nin rayonlardakı şöbələrinə nəzarəti ələ almalıdırlar. Mənbələrin məlumatına görə, məhz bu təbliğat və AXCdaxili savaş onsuz da böyük dayağı olmayan AXC-“Müsavat” cütlüyünün hakimiyyətinin ömrünü bir qədər də qısaldıb. Hər halda, KAXCP sədri Mirmahmud Mirəlioğlunun KİV-ə müsahibəsində dediyi aşağıdakı sözlər çox şeydən xəbər verir: “Bilirsiniz ki, Elçibəy hakimiyyəti dövründə parlament seçkilərinin keçirilməsi gündəmdə idi. Dəfələrlə qeyd olunub ki, Elçibəy hakimiyyətinin məğlubolma səbəblərindən biri parlament seçkilərinin keçirilməməsi oldu. Niyəsi var. Ona görə ki, “Yurd”-“Müsavat” qarşıdurması bütün prosesləri tormozlayırdı. 1993-cü ilin payızında seçkiləri keçirmək istəyirdik. Bunun baş tutmamasının başlıca səbəbi hakimiyyət daxilində “Yurd”-“Müsavat” qarşıdurması olub”.
İkinci mərhələyə gəlincə, bu mərhələdə Əli Kərimlinin fəaliyyəti əsasən Əbülfəz Elçibəyi AXCdaxili proseslərdən təcrid etmək, onu gözdən salmaq və qurumu tamamilə “Yurd”un nəzarətinə keçirməkdən ibarət olub. Özü də bu zaman ən iyrənc metodlardan belə, istifadə olunub. Bunun belə olduğunu isə biz deyil, elə düşərgənin öz təmsilçiləri deyirlər. Məsələn, Əli Kərimlinin göstərişilə Azərbaycanda Demokratiyanın İnkişafı Fondunun Əbülfəz Elçibəyin əleyhinə təbliğat aparılması üçün böyük miqdarda vəsait ayırdığını bildirən KAXCP sədri Mirmahmud Mirəlioğlunun sözlərinə görə, həmin fondun Qərbdə, ABŞ-da olan nümayəndələri etiraf edirdilər ki, fondun pulları təyinatı üzrə xərclənməyib: “Yəni həmin pulların böyük əksəriyyəti Əbülfəz Elçibəyin əleyhinə xərclənib. Sonrakı dövrlərdə konkret olaraq bu, etiraf olundu. Bu barədə sənədlər var. Neçə yüz min dollar birbaşa Elçibəyin əleyhinə təbliğat aparılmasına xərclənib”.
Müsahibəsində “Yurd”un Xalq Cəbhəsini tamamilə ələ keçirmək planından da danışan Mirmahmud Mirəlioğlu “Biz təşkilatın qorunub saxlanması üçün mübarizə aparmışıq. Başqaları isə təşkilat daxilində öz qruplarını qoruyub saxlamaq üçün çalışıblar. Etiraf edim ki, daxildə AXC-“Yurd” mübarizəsi gedib. Bu, olub. Bir xüsusi məqama diqqət yetirməliyik. Biz təşkilatımıza, onun nizamnaməsinə və liderinə sədaqətimizi ortaya qoymuşuq. Onlar da təşkilatın nizamnaməsinə yox, öz qrup mənafelərinə xidməti və təşkilat liderinə xəyanəti ortaya qoyublar. Bu da faktdır. Bunun ikinci bir adı yoxdur”, deyib.
AXCP-dən müxalifət düşərgəsinə arxadan zərbə
Yeri gəlmişkən, yuxarıda vurğuladığımız kimi, Əli Kərimli və onun rəhbərlik etdiyi AXCP, daha dəqiq desək, AXCP qlafına girmiş “Yurd”, eyni zamanda, müxalifət düşərgəsinə xəyanəti ilə də məşhur olub. Əslində, bu xəyanətin də əsası elə Elçibəyə xəyanət edilməsi ilə bir vaxtda qoyulub. Məsələn, Mirmahmud Mirəlioğlu sözügedən müsahibəsində onu da bildirib ki, bunlar (yəni, “Yurd”çular-red.) 1997-1998-ci illərdəki fəaliyyətlərində açıq xətlə Elçibəyi “bitmiş bir insan” kimi qeyd edirdilər: “Prezident seçkilərində iştirak etməmənin kökü də gedib ora çıxırdı. Müxalifətin seçkidə vahid komandada iştirak etməməsi bir tərəfdən, ikinci tərəfdən isə təşkilat daxilində birliyin olmaması, qarşıdurmanın güclənməsi var idi. Məsələ tək maliyyədə, qrantda deyildi. Əsas niyyət iyrənc idi: anti-Elçibəy, Elçibəyə xəyanət”.
Bir sözlə, xəyanəti və cinayəti ümumiyyətlə fəaliyyətinin başlıca prinsipi kimi qəbul edən AXCP sədri Əli Kərimli öz “ənənəsini” hazırda təmsil olunduğu müxalifət düşərgəsində də davam etdirib. Onun rəhbərlik etdiyi partiyanın müxalifət düşərgəsinə arxadan zərbə vurmasını da elə sözügedən düşərgənin təmsilçilərinin özləri bəyan ediblər.
Məlum olduğu kimi, hələ xeyli müddət öncə Müsavat Partiyasının rəhbəri İsa Qəmbər xarici fondlarla, maraqlı beynəlxalq qüvvələrlə işbirliyinə malik müxalifət rəhbərlərinin olduğunu qeyd etmişdi. Onun sözlərindən belə anlaşılırdı ki, həmin şəxslər yeri gələndə dövlət və millət maraqlarını da satırlar. Həmin dövrdə bu məsələ uzun müzakirələrə səbəb oldu və bütün müxalifət partiyalarının rəhbərləri dolayısı ilə İ.Qəmbərin sözlərini təsdiqlədi. Amma bu şəxs(lər)in, yəni, müxalifətdəki “cəsusların” kimliyi haqda dəqiq fikir bildirilmədi. Lakin aradan bir müddət keçəndən sonra KAXCP sədri Mirmahmud Mirəlioğlu mətbuata verdiyi müsahibədə bu sirr pərdəsinin üstünü açmağa çalışıb. Belə ki, siyasətə AXC şinelindən gələn M.Mirəlioğlu konkret şəkildə hələ Xalq Cəbhəsinin hakimiyyətdə olduğu dövrlərdə indiki AXCP sədri Əli Kərimlinin xarici fondlara işlədiyini bildirib.
Milli maraqlara və dövlətə xəyanət
Beləliklə, M.Mirəlioğlunun bildirdiyi kimi, Ə.Kərimli elə ilk dövrlərdən xəyanət yolu seçib. Bu xəyanətin bir ucunda Əli Kərimli, digər ucunda isə ölkəmizin parçalanmasında, dağılmasında, torpaqlarımızın işğalında və Azərbaycanın başına min bir müsibətin gətirilməsində maraqlı olan beynəlxalq maliyyə mənbələri yer alıb. Daha doğrusu, bu sadalananlar bir daha onu göstərir ki, Ə.Kərimlinin xəyanət yolu əvvəlcədən hazırlanmış plan üzrə davam edib. Sonradan isə bu plan daha da genişləndirilərək dövlətə və millətə qarşı yönəlib. Təsadüfi deyil ki, məhz Ə.Kərimli və onun kimi düşünənlərin “sayəsində” Azərbaycan dövlətinin imicinə qarşı beynəlxalq miqyasda piar aparılıb. Bu isə bir müddət öncə AXCP-dən ard-arda ayrılan insanların sözügedən partiyadan niyə uzaqlaşdığının əsl səbəblərini ortaya qoyur. Məlumat üçün bildirək ki, Əli Kərimlinin bölücülük əməllərindən, xəyanətlərindən vaxtında xəbərdar olan Asim Mollazadə, Qulamhüseyn Əlibəyli, Əliməmməd Nuriyev, Əli Məsimli kimi onlarla cəbhəçi AXCP-nin sıralarından istefa verməklə “Yurd”çu sədrə etirazlarını bildirdilər. Demək, insanlar Ə.Kərimlinin xəyanət yolu seçdiyini və rəhbərlik etdiyi AXCP-ni də bu yolla apardığını artıq dəqiqləşdiriblər.
Yeri gəlmişkən, elə Əli Kərimlinin AXCP-sinin antimilli maraqlara xidmət etdiyi, Rusiyadakı anti-azərbaycançı mərkəzlərin sifarişi ilə ortaya atıldığı kimsədə şübhə doğurmayan “Milli şura”da təmsilçiliyi də həmin xəyanətkar mahiyyətdən irəli gəlir.
Sonda AXCP sədri Əli Kərimlinin və onun partiyasında qalanların nəzərinə yenə də Mirmahmud Mirəlioğlunun fikirlərini çatdırmaq istərdik: “Hakim partiya öz prinsiplərinə sadiqdir. Nəyi deyibsə onu da edib. Bizimkilər isə bir şey deyib, başqa iş görürlər. Doğrudan danışıb, başqa əməl edirlər. Ən mühüm məsələ də budur. Niyyətin saf olmaması, xəyanətin öndə olması buna gətirib çıxardı. Hətta Elçibəyin cənazəsi bura gətirilən gün mətbuatı izləsəniz dəhşət, fəlakət görərsiniz. Bu insanı (Əli Kərimli nəzərdə tutulur - N.A.) dayandırmaq mümkün olmayıb. Bu insanın həvəsi, qisasçılıq hissi, xəyanəti, nə bilim həmin sözü tapmaq çətindir, əxlaqdan uzaq hərəkətləri özünü büruzə verib. O, özünü bir gün belə saxlaya bilməyib”.
Mirmahmud Mirəlioğlu onu da deyib ki, “AXCP tarixində Əli Kərimli qədər pozuculuq fəaliyyəti, Əli Kərimli qədər Elçibəy əlehinə gedən, bu məsələni təşkilatlanmış, mobil şəkildə təşkil edib, sonunda xəyanət yolu tutan ikinci bir adam olmayıb. Bu, faktdır, tarixdir. Bu, mənim şəxsi mövqeyim deyil. Bu, Əli Kərimlinin fəaliyyətinin nəticəsi və adıdır”.
Beləliklə, artıq şərhə ehtiyac yoxdur. Bu gün AXCP təmsilçiləri Azərbaycan xalqının milli maraqlarına xəyanət edənlərin kimlər olduğunu bilmək istəyirlərsə, sadəcə öz rəhbərləri ilə birlikdə güzgüyə baxsınlar. O zaman millətə və dövlətə xəyanət edənləri, həmçinin cinayət edənləri həmin güzgüdə görə biləcəklər...

 
  • Oxunub:  18540  |  
  • Tarix:  06-06-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Bizim bayrağımız qürur mənbəyimizdir

17:55
13 Noyabr
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən növbəti aksiya keçirilib
17:44
13 Noyabr
Vüqar Gülməmmədov: Növbəti ilin dövlət büdcəsinin layihəsi ilə bağlı sənədlərdə sosial-iqtisadi inkişafın meyillərinin əsas göstəricilərinin əks etdirilməsi maliyyə inzibatçılığında şəffaflığının yüksəldilməsinə də şərait yaradır
17:41
13 Noyabr
Samir Şərifov: 2019-cu ilin büdcə layihəsi təkcə ölkəmizdə baş verən makroiqtisadi prosesləri deyil, dünyada və regionda baş verən geosiyasi proseslər nəzərə alınmaqla tərtib olunub
17:39
13 Noyabr
Tbilisidə keçirilən beynəlxalq konfransda “Azerkosmos” və “Azersky”in fəaliyyəti barədə məlumat verilib
17:25
13 Noyabr
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
17:19
13 Noyabr
Azərbaycan regionda digər sahələrdə olduğu kimi, paralimpiya hərəkatında da lider ölkədir
17:16
13 Noyabr
Qida Təhlükəsizliyi Agentliyi: neqativ hallara qarşı aparılan mübarizə daha da gücləndiriləcək
17:14
13 Noyabr
Beynəlxalq Qızıl Xaç Komitəsi Bərdə şəhərində media nümayəndələri üçün seminar təşkil edib
17:12
13 Noyabr
Şamaxıda “Mənəvi dəyərlərimiz - dünən, bu gün, sabah” mövzusunda seminar-treninq keçirilib
17:10
13 Noyabr
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
17:03
13 Noyabr
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində UNESCO-nun dəyər və prinsipləri də kobudcasına pozulub
17:01
13 Noyabr
Dövlət və bələdiyyə idarəçiliyinin strateji istiqamətlərinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
16:58
13 Noyabr
Leyla Abdullayeva: Avropa Parlamentinin etik məsələlərə məsul komitələri deputat Eleni Teoxarusun fəaliyyətini araşdırmalıdır
16:51
13 Noyabr
Peter Pelleqrini: Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
16:29
13 Noyabr
Folklorda milli dövlətçilik ideyaları ən müxtəlif janrlarda əksini tapıb
15:52
13 Noyabr
Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində mühüm addımlar atılır
15:43
13 Noyabr
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb – operativ məlumat
15:37
13 Noyabr
Doqquz ayda Azərbaycan ilə Slovakiya arasında ticarət dövriyyəsi 33 faiz artıb
14:59
13 Noyabr
Bakıda gənclər təşkilatlarının V Respublika sərgisi açılıb
14:57
13 Noyabr
AQTA-da iri ticarət şəbəkələrinin rəhbərləri ilə görüş keçirilib
14:54
13 Noyabr
“Asan İmza” İƏİT nəzdində Dövlət Sektorunun İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi tərəfindən ən innovativ nümunə kimi qəbul edilib
14:49
13 Noyabr
Nazir: Növbəti ildə əsas kapitala investisiya qoyuluşlarının 17.9 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır
14:47
13 Noyabr
Respublika Veteranlar Təşkilatında Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi qeyd edilib
14:39
13 Noyabr
Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb
14:36
13 Noyabr
Slovakiyanın Baş naziri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14:32
13 Noyabr
Şahin Mustafayev: 2019-cu ildə tədiyyə balansının cari hesabının müsbət olacağı proqnozlaşdırılır
13:32
13 Noyabr
Milli Məclisin sədri: 2019-cu ilin dövlət büdcəsi sosialyönümlülüyünü qoruyacaq
13:22
13 Noyabr
İndiyədək Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan layihələrə təqribən 32 milyard dollar xərclənib
13:19
13 Noyabr
Oqtay Əsədov: Vergi sistemində nəzərdə tutulan islahatlar ölkə iqtisadiyyatının inkişafına töhfə verəcək
12:56
13 Noyabr
2040-cı ilədək qlobal enerji tələbatı 25 faizdən çox artacaq
12:51
13 Noyabr
Türkmənistan qazının Avropa bazarlarına tədarükü imkanları müzakirə edilir
12:31
13 Noyabr
İçərişəhərlə tanışlıq Slovakiyanın Baş nazirində zəngin təəssürat yaradıb
12:29
13 Noyabr
Hakan Aras: Azərbaycan ali təhsil verdiyi türkiyəli tələbələrə öz vətəndaşları kimi yanaşır
12:17
13 Noyabr
Səhiyyə Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyi Dünya Diabet Gününə həsr olunmuş aksiya keçirib
12:10
13 Noyabr
Milli Məclisin plenar iclasında 2019-cu ilin dövlət büdcəsi müzakirə olunur
12:05
13 Noyabr
Bakıda akademik Mahmud Kərimovun 70 illik yubileyinə həsr olunan beynəlxalq konfrans işinə başlayıb
11:56
13 Noyabr
Yunanıstanın Saloniki şəhərində “Əbədi Ezamiyyət” filmi nümayiş etdirilib
11:34
13 Noyabr
“Caspian Ecology 2018” sərgisində 8 ölkədən 43 şirkət iştirak edəcək
11:08
13 Noyabr
Dünya şöhrətli professor ölkəmizdə aparılan islahatları izlədiyini bildirib
11:03
13 Noyabr
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
10:49
13 Noyabr
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
10:43
13 Noyabr
Naxçıvanda tələbələr arasında keçirilən “Xəmsə” milli intellektual oyununun qalibləri müəyyənləşib
10:41
13 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub
10:35
13 Noyabr
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
10:32
13 Noyabr
Sona Əliyeva: Ölkəmiz dünya miqyasında sivilizasiyalar arasında dialoqa, humanitar əməkdaşlığa böyük töhfələr verir
10:30
13 Noyabr
Səyyar “ASAN xidmət” davam edir
10:29
13 Noyabr
“Azeri Light”ın bir barrelinin qiyməti 72 dolları keçib
17:53
12 Noyabr
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi üçün 3,5 milyon manat ayrılıb
17:44
12 Noyabr
Tahir Rzayev: Konstitusiyanın Azərbaycanın hüquqi, demokratik dövlət kimi formalaşmasındakı rolu olduqca böyükdür
17:21
12 Noyabr
Salyanda dini radikalizmlə mübarizə ilə bağlı seminar-müşavirə keçirilir
17:05
12 Noyabr
Nizami Cəfərov: Dövlət başçısının Fərmanı Azərbaycan dilinin həm qorunmasına, həm də inkişafına əhəmiyyətli təsir göstərəcək
17:00
12 Noyabr
Pedaqoji Universitetdə Beynəlxalq Loqopedlər Günü ilə bağlı tədbir keçirilib
16:55
12 Noyabr
Siyasi Sənədlər Arxivində “Azərbaycan tarixində alman səhifələri” mövzusunda sərgi keçirilib
16:53
12 Noyabr
YAP Pirallahı rayon təşkilatı "Yeni Azərbaycan Partiyası zəfərlərə doğru" başlığı altında tədbir keçirib
16:49
12 Noyabr
Silahlı Qüvvələrin Baş Qərargah rəisi təlimlərin gedişi ilə bağlı məruzələri dinləyib
16:38
12 Noyabr
Milli Məclisin bir sıra deputatı milli ordumuzun 100 illiyi ilə bağlı yubiley medalı ilə təltif olunub
16:26
12 Noyabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
16:23
12 Noyabr
Prezident İlham Əliyev Bakıda Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib
16:20
12 Noyabr
Bəxtiyar Aslanbəyli: Ötən 21 ildə “Çıraq” platformasından 700 milyon barreldən çox neft hasil edilib
16:17
12 Noyabr
YAP Nəsimi rayon təşkilatının təşəbbüsü ilə Dövlət Bayrağı Günü münasibətilə fləşmob keçirilib
15:58
12 Noyabr
Dövlət Gömrük Komitəsinin Akademiyasında “Konstitusiya günü” qeyd olunub
15:53
12 Noyabr
Zərdabda Konstitusiya Günü qeyd olunub
15:37
12 Noyabr
Bakı Slavyan Universitetində rus dili ilə bağlı beynəlxalq elmi-praktik seminar keçirilir
15:26
12 Noyabr
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 24 min 510 ipoteka krediti verilib
15:26
12 Noyabr
YAP Yevlax rayon təşkilatı “Bayrağımız qürur mənbəyimizdir” devizi ilə təntənəli tədbir keçirib
15:09
12 Noyabr
ABŞ gələn il Azərbaycanın gündəlik neft və kondensat hasilatının həcmi ilə bağlı proqnozunu açıqlayıb
15:05
12 Noyabr
Azərbaycan və Türkiyə ürək-damar cərrahlarının birgə toplantısı keçirilib
15:04
12 Noyabr
Hikmət Hacıyev: Azərbaycanın müqabil tərəfdaş ölkələrlə qarşılıqlı hörmət və bərabərhüquqlu prinsiplər əsasında ikitərəfli əlaqələri davamlı olaraq inkişaf edir
14:59
12 Noyabr
Zona seçim turunda Balakən və Oğuzun gənc intellektualları finala vəsiqə qazanıblar
14:46
12 Noyabr
Los-Ancelesdə “Əbədi Ezamiyyət” filminin ABŞ premyerası keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA