Ana səhifə »  Müəlliflər »  Rüstəm İbrahimbəyovun “Milli şura”sı antimilli maraqlara xidmət edir
A+   Yenilə  A-
Rüstəm İbrahimbəyovun “Milli şura”sı antimilli maraqlara xidmət edir
Yazdı: Nadir Azəri

Müxalifət düşərgəsinin özündə belə bu qondarma quruma qarşı ciddi narazılıq var
Rüstəm İbrahimbəyovun “Milli şura”sı ətrafında gərginlik davam edir. Daha doğrusu, göbəyi soyuq diyarlarda kəsilən bu antimilli ideyanın ortaya atılması, bir tərəfdən radikal düşərgədə heç də hamı tərəfindən müsbət qarşılanmayıb, digər tərəfdən isə, düşərgədaxili qarşıdurmanı daha da gücləndirib. Əslində, Rüstəm İbrahimbəyovun “Milli şura”sı ətrafında hadisələrin məhz bu axarla davam edəcəyi tamamilə gözlənilən idi. Birincisi, ona görə ki, buraya toplaşan insanların indiyə qədər sərgilədikləri mövqe, həmçinin, onların uğursuzlar kimi tanınması bu qondarma qurumun ayaq tutub yeriməyəcəyindən xəbər verirdi. Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun da dediyi kimi, “Milli şura”ya toplaşan insanlar son bir ildə ən azı 4-5 təşkilat dəyişiblər. Gənc olsaydılar, bunu başa düşmək olardı. Ancaq bunların yaşları o yaş deyil. “Milli şura”da təmsil olunanlar müəyyən yaş həddinə çatmış insanlardır. Əgər hələ də axtarışdadırlarsa, demək bu adamlardan heç bir perspektiv gözləməyin mənası yoxdur.
İkinci bir tərəfdən isə, “Milli şura”nın Rusiyanın anti-azərbaycançı dairələrinin layihəsi olduğu kimsəyə sirr deyil. Məhz buna görə də, cəmiyyətin aparıcı kəsimi, eyni zamanda, bir sıra müxalifətçilər də Rüstəm İbrahimbəyovun bu antimilli ideyasına qarşı çıxırlar.
Məsələn, Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli Rüstəm İbrahimbəyovun “Milli şura”sı ilə bağlı ölkə ictimaiyyətinə müraciət ünvanlayıb. Müraciətdə bildirilir: “Əsrlərdir Azərbaycanın taleyüklü anlarında hər zaman millətimizin və dövlətimizin milli mənafeyini hər şeydən öndə tutan, təmsil etdiyim Qarabağ Seyid Ocaqları adından bəyan edirəm ki, yaradılması yeni elan edilən “Milli şura”nın əsl fikir ağaları Rusiyada fəaliyyət göstərən və ölkəmizin bütövlüyünü istəməyən zərərli qüvvələrdir. Rusiyada təhlükəli “beyin mərkəzləri”nin uzun illərdir ölkəmizdə sabitlikdən və siyasi mühitdən istifadə edərək öz təhlükəli oyunlarını həyata keçirmək üçün fürsət axtardıqları hər birimizə məlum idi”.
Seyid Camal Əzimbəyli müraciətində onu da bildirib ki, tariximizdə ən şərəfli yerlərdən birini tutan Milli Şuranın adından düşmən qüvvələrin təlimatı ilə sui-istifadə olunması həqarətdir, xəyanətdir: “Açıq şəkildə bildirirəm ki, artıq neçə müddətdir istər Bakıda, istərsə də Moskvada bu təhlükəli layihənin ölkəmizdə həyata keçirilməsi üçün hansı “səylər” göstərildiyinin şahidi olmuşam. Hətta xaricdən ölkəmizə edilə biləcək təhdid və təhlükənin ünvanını mətbuatda açıq şəkildə göstərdim”.
Seyid Camal Əzimbəyli bildirib ki, ən utancverici hal və tarixdə unudulmayacaq hadisə isə ölkənin bir sıra müxalifət partiya rəhbərlərinin bu Şurada “milli birlik” adı altında təmsil olunmasıdır: “Tam məsuliyyətimlə bildirirəm ki, bu birliyin yaradılmasının həqiqi müəllifləri tək Eldar Namazov və Rüstəm İbrahimbəyov deyil”.
Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Bədrəddin Quliyev də Rüstəm İbrahimbəyovun “Milli şura”sının heç də xoş məramlara xidmət etmədiyini deyib. KİV-ə müsahibəsində “Yaxın zamanlarda “Milli şura”nın Rusiyanın ssenarisi olduğunun açıq şahidi olacağıq, bir çox rıçaqlar işə düşəcək” deyən Bədrəddin Quliyev bu qondarma qurumda təmsil olunmaqdan imtina etmələrinin səbəbini də açıqlayıb. CXP sədri deyib ki, “Milli şura”nın ideya müəllifi olan Rüstəm İbrahimbəyovun müsahibələrində Avrasiya İttifaqına münasibət və quruma qoşulmaqla bağlı qaranlıq mövqeyi onu qane etməyib. Çünki Azərbaycanın gələcəkdə Avrasiya İttifaqına qoşulması müstəqilliyimizə təhdiddir: “Qarabağ məsələsi həll olunmadığına görə Ermənistanla bir ittifaqda olmağımız doğru deyil. Milli maraqlar önə gəldiyinə görə “Milli şura”da təmsil olunmaq istəmədik”.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də bu qondrama qurumun Rusiyanın anti-azərbaycançı dairələrinin sifarişi olduğunu bildirib. Onun sözlərinə görə, konkret olaraq bu layihənin müəllifi var. Həmin müəllif də kinorejissor Rüstəm İbrahimbəyovdur: “Müəllifin özünün mətbuata bildirdiyinə görə, o, Azərbaycanda seçkiöncəsi Kreml tərəfindən Moskvada yaradılmış “Milyarderlər ittifaqı”nın ölkəmiz üzrə koordinatoru elan edilmiş şəxsdir. Bir halda ki, layihənin müəllifi, ilham vericiləri Moskvada əyləşiblər, həmçinin, layihənin həyata keçirilməsi üçün vəsait ayıranlar da Moskvadadır, Rusiya siyasətinə qulluq edən Azərbaycan əsilli insanlardır, mənim fikrimcə, o layihənin məqsədi yalnız Rusiyanın planlarına uyğun ola bilər”.
Beləliklə, müxalifət düşərgəsində təmsil olunan şəxslərin də bəyan etdiyi kimi, Rüstəm İbrahimbəyovun “Milli şura”sı Rusiyadakı anti-azərbaycançı dairələrin sifarişi ilə ortaya atılıb. Deməli, xarici sifariş əsasında yaradılması nəzərdə tutulan bu qondarma qurum Azərbaycan dövlətinin, xalqının maraqlarına deyil, ölkəmizin inkişafının qarşısını almağa çalışan bəzi qərəzli xarici dairələrin istəklərinə xidmət edir.

 
  • Oxunub:  22110  |  
  • Tarix:  07-06-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
“Dünya dini liderlərinin II Bakı sammiti” ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib

20 Aprel 10:26
Masallıda “Milli aktyorluq məktəbi” mövzusunda keçirilən mühazirə maraqla qarşılanıb
20 Aprel 10:22
YAP Səbail rayon təşkilatında Könüllülər Birliyinin təqdimatı keçirilib
20 Aprel 10:21
YAP Qubadlı rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib
20 Aprel 10:16
Anti-Azərbaycan dairələr tərəfindən ölkəmizə qarşı aparılan “qara piar” kampaniyası heç bir nəticə verməyəcək
20 Aprel 10:13
BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun keçirdiyi beynəlxalq konfransın əsərləri “Clarivate Analytics”də yerləşdirilib
20 Aprel 10:11
“France-24” kanalının saytında Naftalan nefti haqqında məqalə verilib
20 Aprel 10:10
“Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir
20 Aprel 10:09
Azərbaycanın regionlarında əhalinin su təchizatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır
19 Aprel 21:36
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib
19 Aprel 21:33
Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiqlənib
19 Aprel 21:28
Bakı Dövlət Universitetinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 21:23
Azərbaycan “Equinor” üçün mühüm ölkədir
19 Aprel 21:17
Bakıda İran Ticarət Mərkəzi açılıb
19 Aprel 21:04
Anar Bağırov: Vəkilliyə qəbulla bağlı namizədlər üçün hər cür şərait yaradılıb
19 Aprel 21:01
Gənclər Fondunun yenilənmiş veb-səhifəsinin təqdimatı olub
19 Aprel 20:55
Bakı Metropolitenində Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş seminar keçirilib
19 Aprel 20:53
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
19 Aprel 20:50
Bakıda “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçirilib
19 Aprel 20:45
Vüqar Rəhimzadə: Ölkəmizin uğurlu inkişafı antiazərbaycan qüvvələrin və “5-ci kolon”un çirkin kampaniyasına tutarlı cavabdır
19 Aprel 20:40
Mərakeş qəzeti Azərbaycanın əhalisinin sayının 10 milyona çatmasından bəhs edir
19 Aprel 20:37
Elçin Mirzəbəyli: Azərbaycana qarşı olan qüvvələr ölkə Prezidentinin böyük ictimai dəstəyə malik olmasından narahatdırlar
19 Aprel 20:27
Vyetnamın Baş naziri OANA İcraiyyə Komitəsi iclasının bir qrup iştirakçısını qəbul edib
19 Aprel 20:22
Ekspert: Ölkəmizin uğurları erməni lobbisini, anti-Azərbaycan qüvvələri və daxildəki “5-ci kolon”u ciddi narahat edir
19 Aprel 18:08
Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası fiziki şəxslərin problemli kreditləri ilə bağlı açıqlama yayıb
19 Aprel 18:05
Azərbaycan Ordusunun nümayəndələri NATO-nun çoxmillətli tibb təlimində iştirak edib
19 Aprel 17:57
Paşinyan hökumətində böyük korrupsiya qalmaqalı
19 Aprel 17:48
Azərbaycan və Rusiyanın təhsil müəssisələri arasında təcrübə mübadiləsinə dair müzakirələr aparılıb
19 Aprel 17:46
Seymur Orucov: Bakı şəhərində keçirilən “Formula 1” yarışına dünyada maraq ildən ilə artır
19 Aprel 17:45
Hadi Rəcəbli: Azərbaycanın iqtisadi uğurları nəticəsində əhalinin sosial müdafiəsi daha da gücləndirilib
19 Aprel 17:43
YAP Gənclər Birliyi “YAP GB K-2019” adlı kartinq yarışı keçirib
19 Aprel 17:36
YAP Qaradağ rayon təşkilatının Gənclər Birliyinin V konfransı keçirilib
19 Aprel 17:27
Ermənistanda saxta hökumət fəaliyyət göstərir
19 Aprel 17:27
İlyas Umaxanov: Azərbaycanlı həmkarımızın çıxışında qaldırılan məsələlərin əksəriyyəti konfransın yekun sənədində öz əksini tapacaq
19 Aprel 17:24
Maliyyə Nazirliyi birinci rübdə dövlət büdcəsinin icrasına dair məlumat yayıb
19 Aprel 17:21
Səudiyyə Ərəbistanı mətbuatı AZAL-ın bu ölkənin bir neçə şəhərinə yeni aviareyslərinin təqdimatından yazır
19 Aprel 17:18
Birinci rübdə əhalinin gəlirləri 5,5 faiz artıb
19 Aprel 17:09
Sankt-Peterburqda MDB Parlament Assambleyasının 49-cu plenar iclası keçirilib
19 Aprel 17:08
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 16:52
Qubada dövlət-din münasibətləri ilə bağlı ikigünlük seminar-müşavirə davam edib
19 Aprel 16:45
Azərbaycanın iki güləşçisi dünya reytinqində liderliyə yüksəlib
19 Aprel 16:39
Sədaqət Vəliyeva: Tibbi sığorta insanların sağlamlığının “qızıl zəmanəti”dir
19 Aprel 16:32
Pirallahı rayonunda avtomobil yollarının yenidən qurulmasına 1,9 milyon manat ayrılıb
19 Aprel 16:29
Daxili işlər naziri polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19 Aprel 16:25
Yaxın Şərqdə iki təhlükəli proses: dağıdıcı trendlərin güclənməsi
19 Aprel 16:06
Məleykə Abbaszadə Qəbələdə vətəndaşları qəbul edib
19 Aprel 16:03
İran nümayəndə heyəti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
19 Aprel 15:57
İsrailli jurnalistlər işğalçı ermənilərin vandalizminin və qəddarlığının nəticələrini öz gözləri ilə görüblər
19 Aprel 15:37
Səyyar “ASAN xidmət” Qazaxda
19 Aprel 15:35
Rusiya-Azərbaycan: ölkələri və qitələr birləşəndə
19 Aprel 15:24
Binəqədi rayonunda yeni salınmış abad məhəllədə sakinlərlə görüş olub
19 Aprel 15:01
Respublika ərazisində keçirilən “Təmiz hava” aylığı davam edir
19 Aprel 14:44
Baş prokuror Ucar rayonunda vətəndaşları qəbul edib
19 Aprel 14:41
Azərbaycanda uşaqlara yönələn dayanıqlı inkişaf məqsədlərinin milliləşdirilməsi üzrə seminar keçirilib
19 Aprel 14:38
Yekaterinburqda “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi” təqdimatı olunub
19 Aprel 14:34
Prezident İlham Əliyev hər addımı ilə vətəndaşın yanında olduğunu sübut edir
19 Aprel 14:26
PA rəsmisi: Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib
19 Aprel 14:26
Zaqatalada fermerlər üçün təlim keçirilib
19 Aprel 14:19
“Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 14:18
UNEC alimlərinin dünya elminə töhfəsi
19 Aprel 14:14
“Azərmaş” ASC İranın “Maral” şirkəti ilə distribüterlik müqaviləsi imzalayıb
19 Aprel 14:11
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Cocuq Mərcanlıda vətəndaşları qəbul edib
19 Aprel 14:07
Azərbaycanla İran gömrük xidmətlərinin nümayəndələri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər
19 Aprel 14:01
Birinci rübdə Gürcüstan Azərbaycandan 22,2 milyon dollarlıq elektrik enerjisi alıb
19 Aprel 13:55
Milli Kitabxanada “İsmayıl Şıxlı. Biblioqrafiya” kitabının təqdimatı olub
19 Aprel 13:50
Leyla Abdullayeva: Ermənistan XİN-i “3+2” formatında qəbul edilmiş bəyanatlara qoşulmağa dəvət edirik
19 Aprel 13:46
Rusiyalı tarixçi: Ermənilər qədim keçmişə sahib olmadıqları üçün hansısa yolla öz mövcudluqlarını saxlamaq məcburiyyətindədirlər
19 Aprel 12:54
Millət vəkili: Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan uğurla inkişaf edəcək
19 Aprel 12:44
Ekologiya və təbii sərvətlər naziri Ağcabədi rayonunda vətəndaşların müraciətlərini dinləyib
19 Aprel 12:41
“Xəmsə” milli intellektual oyunu üzrə “Heydər Əliyev kuboku”nun ilk seçim mərhələsi başa çatıb
19 Aprel 12:40
AMEA-nın Şərqşünaslıq İnstitutunda akademik Həmid Araslının xatirəsi anılıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA