Ana səhifə »  Müəlliflər »  Radikal ünsürlər Azərbaycanın mövcud reallıqlarını təhrif edirlər
A+   Yenilə  A-
Radikal ünsürlər Azərbaycanın mövcud reallıqlarını təhrif edirlər
Yazdı: Pərviz Sadayoğlu

Dağıdıcı müxalifət sosial şəbəkələrdən yalan, şantaj xarakterli, təhrikçi informasiya yaymaq üçün platforma kimi istifadə edir
Siyasi palitranın qarınaltı yükünə çevrilən radikal müxalifət düşərgəsinin antimilli xarici dairələrin sifarişləri əsasında hərəkət etdiyi hər kəsə məlumdur. Əsasən parçalanmalarla, qarşılıqlı ittihamlarla gündəmə gələn, öz varlığını qorumaq üçün min bir yola baş vuran dağıdıcı ünsürlərin təşkil etdikləri “mitinqlər” isə onların əsl “güc”ünü ortaya qoyur.
Vurğulanmalıdır ki, Azərbaycan dövləti heç də icazəli mitinqlərin keçirilməsinin əleyhinə deyil. Hüquqi dövlət olan Azərbaycanda insan hüquq və azadlıqları tam qorunur. Amma radikalların keçirdikləri mitinqlər vətəndaş itaətsizliyinə çağırışla müşayiət olunduğu, yaxud dövlət və konstitusion quruluşun əleyhinə çağırışlar səsləndirildiyi təqdirdə yenidən qanun çərçivəsində ölçü götürülməsi şərtlənir. Bu, həm də həmin mitinqlərin məqsədinin qarşıdurma və gərginlik yaratmaq niyyətlərinə xidmət etdiyini göstərir. Digər tərəfdən, kimsəyə sirr deyil ki, radikal müxalifət və bu gün Avropada anti-azərbaycançı şəbəkənin buyruq quluna çevrilmiş “sapı özümüzdən olan baltalar” hər addımda Azərbaycanın mövcud reallıqlarını təhrif edirlər. Radikal müxalifətin son dövrlər bu istiqamətdə “fəallaşması”nın səbəblərindən biri də Azərbaycanın inkişafından qıcıqlanan və ölkəmizi gözü götürməyən xarici qüvvələrin, həmçinin ermənipərəst mərkəzlərin verdiyi sifarişlərin intensivliyinin artmasıdır.
Bu məqamda vurğulamaq lazımdır ki, “Məhsul” stadionunda biabır olan, hətta iki minlik mitinq kontingentini belə “uğur” sayan radikal ünsürlər 31 yanvarda ikinci fiasko ilə üz-üzə qaldılar. Belə ki, yanvarın əvvəlindən sosial şəbəkələrdə “təbliğat” aparan, minlərlə, hətta on minlərlə tərəfdarlarının yanvarın 31-də Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə toplaşacağını iddia edən radikal ünsürlər nəticədə 200-300 nəfərin “ümidinə” qaldılar. Hətta tərəfdarları belə Əli Kərimliyə “hanı on minlər” deyə rişxənd etdilər. Bu da səbəbsiz deyil. Çünki Azərbaycan ictimaiyyəti dağıdıcı ünsürləri dəstəkləmir, həmçinin Əli Kərimlinin, Cəmil Həsənlinin M.Ə.Rəsulzadə adından sui-istifadə edərək öz siyasi məqsədlərini reallaşdırmaq, manipulyasiya etmək, buna siyasi çalarlar vermək cəhdlərini qətiyyətlə pisləyir.
Ən maraqlısı isə odur ki, istər bu antimilli ünsürlərin “Məhsul” stadionunda keçirdiyi mitinqin, istərsə də yanvarın 31-də M.Ə.Rəsulzadənin abidəsinin önündəki toplantısının ardından radikal düşərgə təşkilatları arasında yenidən “adam sayı” davası başlayıb. Cəmisi “bir neçə yüz adamı” bölə bilməyənlər iştirakçıları öz adlarına çıxmağa çalışırlar. Bu isə müxtəlif ucuz oyunlarla öz varlıqlarını sürdürməyə çalışan radikal müxalifət partiyalarının əsas missiyasının düşərgədaxili mübarizədə önə çıxmaq və bu yolla xarici mərkəzlərin ianələrinə sahib olmaqdan ibarət olduğunu bir daha göstərir. Lakin artıq ermənipərəst mərkəzlər belə onların yalanlarına inanmırlar. Çünki vaxtilə özünü “əsas müxalifət”, “ana müxalifət” adı ilə “bəzəyənlər” bu gün partiyasının seçkili orqanlarının iclasını keçirmək iqtidarında belə deyillər. Nəinki kütləvi aksiya keçirmək, hətta heç bir struktura malik olmayan bu cür dağıdıcı partiyaların fəaliyyəti sıfra bərabərdir.
Bəli, mitinqlərdə fiaskoya uğrayan radikal ünsürlərin yenə də sosial şəbəkələrə üz tutmasının əsas səbəbi məhz budur. Digər tərəfdən, onların sosial şəbəkədəki durumları da bəllidir. Radikal müxalifət və antimilli qruplar sosial şəbəkələrdən yalan, şantaj xarakterli, təhrikçi informasiya yaymaq üçün platforma kimi istifadə edir və onu mənəvi terror alətinə çevirirlər. Eləcə də sosial şəbəkələri özlərinə “ünvan” seçən radikal ünsürlər sifariş aldıqları antimilli dairələrin qarşısında vəzifə borclarını bu yolla “ödəmiş” olurlar. Xüsusi olaraq vurğulanmalıdır ki, sosial şəbəkələrdə lokal dəstə şəklində, şər-böhtan, yalan və dezinformasiya maşını kimi “işlədilən” radikal ünsürlər insanları təhqirlərə, şantaja məruz qoyur, bununla da bir daha öz kimliklərini, mənəvi-psixoloji vəziyyətlərini cəmiyyətimizə nümayiş etdirirlər. Belələri unudurlar ki, şəxsi hikkə və maraqlar əslində sosial medianın predmeti olmamalıdır, çünki adından da göründüyü kimi, bu, sosial məzmun kəsb edən, ictimai əhəmiyyət daşıyan məsələlərin müzakirəsi üçün bir platformadır.
Bir sözlə, artıq qohum-əqrəba “birliyindən” seçilməyən radikal müxalifət partiyaları öz yalanlarını tirajlaya bilmir, cəmiyyət daxilində bu yalanların təbliğini qurmağı bacarmırlar. Çünki onların xəyanətkar, satqın xarakteri Azərbaycan cəmiyyətinə yaxşı tanışdır. Özlərini ermənipərəst mərkəzlərin qarşısında “fəal elektorata malik qüvvə” kimi tanıtmağa çalışan dağıdıcı ünsürlərin planları boşa çıxdıqca, yalanlarının üstü açıldıqca biabır olurlar.

 
  • Oxunub:  2520  |  
  • Tarix:  12-02-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
“Dünya dini liderlərinin II Bakı sammiti” ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib

19 Aprel 21:36
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib
19 Aprel 21:33
Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiqlənib
19 Aprel 21:28
Bakı Dövlət Universitetinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 21:23
Azərbaycan “Equinor” üçün mühüm ölkədir
19 Aprel 21:17
Bakıda İran Ticarət Mərkəzi açılıb
19 Aprel 21:04
Anar Bağırov: Vəkilliyə qəbulla bağlı namizədlər üçün hər cür şərait yaradılıb
19 Aprel 21:01
Gənclər Fondunun yenilənmiş veb-səhifəsinin təqdimatı olub
19 Aprel 20:55
Bakı Metropolitenində Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş seminar keçirilib
19 Aprel 20:53
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
19 Aprel 20:50
Bakıda “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçirilib
19 Aprel 20:45
Vüqar Rəhimzadə: Ölkəmizin uğurlu inkişafı antiazərbaycan qüvvələrin və “5-ci kolon”un çirkin kampaniyasına tutarlı cavabdır
19 Aprel 20:40
Mərakeş qəzeti Azərbaycanın əhalisinin sayının 10 milyona çatmasından bəhs edir
19 Aprel 20:37
Elçin Mirzəbəyli: Azərbaycana qarşı olan qüvvələr ölkə Prezidentinin böyük ictimai dəstəyə malik olmasından narahatdırlar
19 Aprel 20:27
Vyetnamın Baş naziri OANA İcraiyyə Komitəsi iclasının bir qrup iştirakçısını qəbul edib
19 Aprel 20:22
Ekspert: Ölkəmizin uğurları erməni lobbisini, anti-Azərbaycan qüvvələri və daxildəki “5-ci kolon”u ciddi narahat edir
19 Aprel 18:08
Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası fiziki şəxslərin problemli kreditləri ilə bağlı açıqlama yayıb
19 Aprel 18:05
Azərbaycan Ordusunun nümayəndələri NATO-nun çoxmillətli tibb təlimində iştirak edib
19 Aprel 17:57
Paşinyan hökumətində böyük korrupsiya qalmaqalı
19 Aprel 17:48
Azərbaycan və Rusiyanın təhsil müəssisələri arasında təcrübə mübadiləsinə dair müzakirələr aparılıb
19 Aprel 17:46
Seymur Orucov: Bakı şəhərində keçirilən “Formula 1” yarışına dünyada maraq ildən ilə artır
19 Aprel 17:45
Hadi Rəcəbli: Azərbaycanın iqtisadi uğurları nəticəsində əhalinin sosial müdafiəsi daha da gücləndirilib
19 Aprel 17:43
YAP Gənclər Birliyi “YAP GB K-2019” adlı kartinq yarışı keçirib
19 Aprel 17:36
YAP Qaradağ rayon təşkilatının Gənclər Birliyinin V konfransı keçirilib
19 Aprel 17:27
Ermənistanda saxta hökumət fəaliyyət göstərir
19 Aprel 17:27
İlyas Umaxanov: Azərbaycanlı həmkarımızın çıxışında qaldırılan məsələlərin əksəriyyəti konfransın yekun sənədində öz əksini tapacaq
19 Aprel 17:24
Maliyyə Nazirliyi birinci rübdə dövlət büdcəsinin icrasına dair məlumat yayıb
19 Aprel 17:21
Səudiyyə Ərəbistanı mətbuatı AZAL-ın bu ölkənin bir neçə şəhərinə yeni aviareyslərinin təqdimatından yazır
19 Aprel 17:18
Birinci rübdə əhalinin gəlirləri 5,5 faiz artıb
19 Aprel 17:09
Sankt-Peterburqda MDB Parlament Assambleyasının 49-cu plenar iclası keçirilib
19 Aprel 17:08
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 16:52
Qubada dövlət-din münasibətləri ilə bağlı ikigünlük seminar-müşavirə davam edib
19 Aprel 16:45
Azərbaycanın iki güləşçisi dünya reytinqində liderliyə yüksəlib
19 Aprel 16:39
Sədaqət Vəliyeva: Tibbi sığorta insanların sağlamlığının “qızıl zəmanəti”dir
19 Aprel 16:32
Pirallahı rayonunda avtomobil yollarının yenidən qurulmasına 1,9 milyon manat ayrılıb
19 Aprel 16:29
Daxili işlər naziri polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19 Aprel 16:25
Yaxın Şərqdə iki təhlükəli proses: dağıdıcı trendlərin güclənməsi
19 Aprel 16:06
Məleykə Abbaszadə Qəbələdə vətəndaşları qəbul edib
19 Aprel 16:03
İran nümayəndə heyəti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
19 Aprel 15:57
İsrailli jurnalistlər işğalçı ermənilərin vandalizminin və qəddarlığının nəticələrini öz gözləri ilə görüblər
19 Aprel 15:37
Səyyar “ASAN xidmət” Qazaxda
19 Aprel 15:35
Rusiya-Azərbaycan: ölkələri və qitələr birləşəndə
19 Aprel 15:24
Binəqədi rayonunda yeni salınmış abad məhəllədə sakinlərlə görüş olub
19 Aprel 15:01
Respublika ərazisində keçirilən “Təmiz hava” aylığı davam edir
19 Aprel 14:44
Baş prokuror Ucar rayonunda vətəndaşları qəbul edib
19 Aprel 14:41
Azərbaycanda uşaqlara yönələn dayanıqlı inkişaf məqsədlərinin milliləşdirilməsi üzrə seminar keçirilib
19 Aprel 14:38
Yekaterinburqda “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi” təqdimatı olunub
19 Aprel 14:34
Prezident İlham Əliyev hər addımı ilə vətəndaşın yanında olduğunu sübut edir
19 Aprel 14:26
PA rəsmisi: Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib
19 Aprel 14:26
Zaqatalada fermerlər üçün təlim keçirilib
19 Aprel 14:19
“Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 14:18
UNEC alimlərinin dünya elminə töhfəsi
19 Aprel 14:14
“Azərmaş” ASC İranın “Maral” şirkəti ilə distribüterlik müqaviləsi imzalayıb
19 Aprel 14:11
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Cocuq Mərcanlıda vətəndaşları qəbul edib
19 Aprel 14:07
Azərbaycanla İran gömrük xidmətlərinin nümayəndələri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər
19 Aprel 14:01
Birinci rübdə Gürcüstan Azərbaycandan 22,2 milyon dollarlıq elektrik enerjisi alıb
19 Aprel 13:55
Milli Kitabxanada “İsmayıl Şıxlı. Biblioqrafiya” kitabının təqdimatı olub
19 Aprel 13:50
Leyla Abdullayeva: Ermənistan XİN-i “3+2” formatında qəbul edilmiş bəyanatlara qoşulmağa dəvət edirik
19 Aprel 13:46
Rusiyalı tarixçi: Ermənilər qədim keçmişə sahib olmadıqları üçün hansısa yolla öz mövcudluqlarını saxlamaq məcburiyyətindədirlər
19 Aprel 12:54
Millət vəkili: Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan uğurla inkişaf edəcək
19 Aprel 12:44
Ekologiya və təbii sərvətlər naziri Ağcabədi rayonunda vətəndaşların müraciətlərini dinləyib
19 Aprel 12:41
“Xəmsə” milli intellektual oyunu üzrə “Heydər Əliyev kuboku”nun ilk seçim mərhələsi başa çatıb
19 Aprel 12:40
AMEA-nın Şərqşünaslıq İnstitutunda akademik Həmid Araslının xatirəsi anılıb
19 Aprel 12:38
Diplomatik korpus nümayəndəliklərinin rəhbərləri Şamaxı rayonuna səfər edib
19 Aprel 12:35
ADU-da “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 12:34
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ağcabədidə vətəndaşları qəbul edəcək
19 Aprel 12:31
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
19 Aprel 12:29
Nqiem Vu Kay: Coğrafi baxımdan uzaqda yerləşən Azərbaycanın Vyetnama çox isti münasibəti var
19 Aprel 11:56
“Azərbaycan Respublikasının innovasiya strategiyası”nın layihəsinin hazırlanması ilə bağlı müzakirələr aparılıb
19 Aprel 11:53
YAP Səbail rayon təşkilatında könüllülər birliyinin təqdimatı keçirilir - YENİLƏNƏCƏK
19 Aprel 11:51
“İçərişəhər” və “Qala” qoruqlarında “Açıq qapı” günü keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA