Ana səhifə »  Müəlliflər »  Avropadakı bəzi “siyasi mühacir”lərin iç üzü açılır...
A+   Yenilə  A-
Avropadakı bəzi “siyasi mühacir”lərin iç üzü açılır...
Yazdı: Nurlan Qələndərli

Yaxud Ermənistan xüsusi xidmət orqanlarının göstərişi ilə hərəkət edən və “etnik separatizm” virusuna yoluxmuş bu ünsürlər Azərbaycanın ərazi bütövlüyünü hədəfə alan çirkin planların icraçısı rolunda çıxış edirlər
Azərbaycanın müstəqil siyasət həyata keçirməsi və inkişaf yolunda əmin addımlarla irəliləməsi, eyni zamanda, ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsi, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli mövqeyini davam etdirməsi anti-Azərbaycan, ermənipərəst dairələr tərəfindən böyük narahatlıqla qarşılanır. Ona görə də xaricdəki ermənipərəst dairələr Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparır, ölkəmizi hədəfə alan çirkin planları reallaşdırmağa çalışırlar. Onların ölkəmizə qarşı çirkin planlarının reallaşmasında isə Avropadakı bəzi “siyasi mühacir”lər xüsusi canfəşanlıq edirlər ki, bu sırada da “etnik separatizm” virusuna yoluxan ünsürlər öndə gedirlər. Elə fevralın 11-də “aznews.az” saytında yerləşdirilən “Siyasi mühacirlər erməni kəşfiyyatı tərəfindən necə tovlanır?” adlı araşdırmada da bu məqamlardan bəhs edilir. Daha doğrusu həmin məqalədə Azərbaycana qarşı “etnik separatizm” və qondarma “Dağlıq Qarabağ məsələsi”ndən istifadə etmək cəhdlərinin müşahidə edildiyi diqqətə çatdırılır, qondarma “Dağlıq Qarabağ rejimi” ilə yanaşı, xaricdə saxtakarcasına elan edilmiş “Talış-Muğan Mühacir Hökuməti” (TMMH) adlı qondarma qurumun dövlətimizin əleyhinə çirkin məqsədlərə xidmət edən fəaliyyətindən ətraflı bəhs olunur. Məqalədə həmçinin “TMMH”nin Ermənistan xüsusi xidmət orqanları tərəfindən idarə edildiyi, bununla yanaşı, ölkəmizə qarşı çirkin planların reallaşdırılması üçün “Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatı” adlı qondarma təşkilatın xidmətlərindən də istifadə olunduğu faktlarla oxucuların diqqətinə çatdırılır.
Məsələn, qondarma “TMMH” adına fəaliyyət göstərən sosial şəbəkələr Ermənistan KİV-ləri ilə birlikdə Azərbaycan əleyhinə qarayaxma kampaniyasına xidmət edən mövzulara geniş yer verirlər. Bu məqamlara işıq salan, “Siyasi mühacirlər erməni kəşfiyyatı tərəfindən necə tovlanır?” adlı araşdırmada digər maraqlı və düşündürücü məqamlara da toxunulur. Belə ki, özlərini “Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatı” adlı qondarma bir təşkilatın lideri kimi qələmə verən və Azərbaycan Respublikasının Konstitusiyasının dəyişdirilərək “şəriət dövləti” kimi elan edilməsi təşəbbüslərini gizlətməyən, bu cinayət əməlləri məhkəmələrdə isbat edilərək həbs olunan Taleh Bağırov və digər radikal islamçı məhbusların iki günlük “aclıq” aksiyaları zamanı aparılan təbliğat və onlara kənardan verilən “dəstək” necə deyərlər xoruzun quyruğunu göstərib. Sözügedən araşdırma yazısında vurğulandığı kimi, “TMMH”də təmsil olunan bir neçə şəxs bu proses zamanı həddindən artıq “fəallıq” göstərib. Daha dəqiq desək, “TMMH”də özlərini müxtəlif “vəzifə”lərdə cəmiyyətə sırımağa çalışan ünsürlər bu “aclıq aksiyası”nı dəstəkləyib və təbliğ ediblər.
“TMMH”nin çirkin niyyətlərini və hansı qaranlıq məqsədlərə, daha dəqiq desək erməni maraqlarına xidmət etdiyini göstərən faktlardan biri də bu qondarma qurum tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə qarşı “qara piar”, qərəzli təbliğat kampaniyasının aparılmasıdır. Əlbəttə, burda da hər şey aydındır. Yəni kimsəyə sirr deyil ki, Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında yer almasından, işğal altında olan torpaqlarımızı istənilən vaxt azad etmək iqtidarında olmasından, həmçinin ölkəmizin Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində qətiyyətli mövqe nümayiş etdirməsindən narahat olan məhz erməni lobbisi, işğalçı Ermənistanın xüsusi xidmət orqanları və ermənipərəst dairələrdir. Və deməli “etnik separatizm” virusuna yoluxmuş ünsürlər məhz Ermənistan xüsusi xidmət orqanlarının maraqlarına uyğun olaraq Ordumuzu hədəfə alırlar. Daha dəqiq desək “etnik separatizm”ə dəstək verən, bu işlərdə ön sırada gedən ünsürlər ermənilərdən aldıqları qrantlar müqabilində, həmçinin erməni kəşfiyyatından aldıqları sifariş əsasında bu çirkin təbliğat kampaniyasında alət qismində iştirak edirlər.
Bunlarla yanaşı, qondarma “TMMH”nin ermənilərin maraqlarına xidmət edən daha bir əməli onların əsl simalarını aşkar edir. Belə ki, bu qondarma təşkilata məxsus “tolishstan.com” saytı Fransa prezidenti Emmanuel Makronun fevralın 6-da qondarma “erməni soyqırımı” barəsində verdiyi bəyanatı, demək olar, hər gün geniş şəkildə təbliğ edir. Yəni bu ünsürlər işğalçı Ermənistan və erməni lobbisi ilə eyni cəbhədə yer alır, ermənilərin mövqeyini müdafiə edirlər. “aznews.az” saytında yerləşdirilən araşdırmada qeyd olunur ki, İrəvanda fəaliyyət göstərən “hrapark.am” saytı və eyniadlı “Hrapark” qəzeti də qondarma “TMMH”nin ideyalarına stimul verən mövzuları gündəmə gətirir. Ermənilər bir az da irəli gedərək Azərbaycanın federativləşməsi “təşəbbüsünü” irəli sürürlər.
Həmin araşdırma zamanı üzə çıxan digər məqam isə radikal müxalifətin dəstəklədiyi şəxslərin, həmçinin saxta yollarla Avropada “siyasi mühacir” statusu almış bəzi şəxslərin erməni maraqlarına xidmət etmələri ilə bağlıdır. Bəlli olub ki, qondarma “TMMH”nin başçısı kimi tanınan Əlikram Hümbətovun öncədən hazırladığı xüsusi “arayış”lar sayəsində Avropada “siyasi mühacir” statusu almış bir sıra şəxslər Azərbaycanı, ölkəmizin ərazi bütövlüyünü və konstitusion quruluşunu hədəfə alan çirkin təbliğat aparırlar. Bunlar da öz növbəsində iki qrupa bölünürlər. Birinci qrup “TMMH”nin təbliğatçısı” statusu ilə çıxış edərək sosial şəbəkələrdə fəallıq göstərməli, eyni zamanda, bu qondarma qurumun keçirdiyi bütün tədbirlərdə, aksiyalarda məcburi şəkildə iştirak etməli olanlardır. Onlar həmçinin AND (Azərbaycan Naminə Demokratiya) adlı təşkilatın (bu təşkilatın da kim tərəfindən yaradıldığı və hansı məqsədlərə xidmət etdiyi bəllidir-red.) üzvü statusu ilə fəaliyyət göstərməlidirlər. İkinci qrupa isə Ə. Hümbətovun “qoçuları” daxildir. Onlar qarşılarına qoyulan tapşırıqları yerinə yetirməlidirlər. Almaniyanın Frankfurt şəhərində AND-nin keçirdiyi tədbir zamanı Orduxan Teymurxanın həmin “qoçular” tərəfindən hər kəsin gözü qarşısında döyülməsi faktı da bu reallığın tərkib hissəsidir. Yuxarıda bəhs olunan məqalədə də deyildiyi kimi, bu qruplaşma idman mərkəzlərində təlim keçərək “TMMH” ideyalarına hazır olduqlarını isbat etməyə çalışır, çünki istənilən an Əlikram Hümbətovun yeni “arayış”ı gündəmə gələ bilər və onlar “deport” rəzalətini yaşamaq zorunda qalarlar.
Məqalədə Hollandiyada məskunlaşmış Leyla və Arif Yunus ailəsinin əməllərindən, daha dəqiq desək onların havadarları olan ermənilərə xidmətindən də bəhs edilir. Bildirilir ki, bu ailə “insan haqları” adı altında hər hansı bir beynəlxalq təşkilata azərbaycanlı mühacirlə bağlı göndərdiyi “arayış”la həmin şəxs deportasiya olunmaq təhlükəsini yaşaya bilər. Buna görə də “siyasi mühacir”lər Leyla Yunus və Arif Yunusun ermənipərəst mövqelərinə göz yummaq məcburiyyətində qalırlar. Hətta bir sıra soydaşlarımız bu iki ermənipərəstə xoş gəlmək üçün Azərbaycan Respublikasına qarşı “insan haqları” adı altında çamurlar atmaqdan çəkinmirlər.
Beləliklə, Avropadakı bəzi “siyasi mühacir”lərin iç üzü açılır. Görünən odur ki, Ermənistan xüsusi xidmət orqanlarının göstərişi ilə hərəkət edən və “etnik separatizm” virusuna yoluxmuş ünsürlər Azərbaycanın ərazi bütövlüyünü hədəfə alan çirkin planların icraçısı rolunda çıxış edirlər.

 
  • Oxunub:  2640  |  
  • Tarix:  13-02-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Əhmədov: Əli İnsanov əvvəlki səhvinin mənəvi yükünü nəinki dərk edir, hətta onu yenidən etməyə hazırdır

24 Mart 11:55
Xarici işlər naziri Elmar Məmmədyarov Paraqvaya rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirib
24 Mart 11:51
Doqquz rayondan olan 360 məktəbli şimal-qərb bölgəsinə ekskursiya çərçivəsində Qəbələyə gəlib
24 Mart 11:47
Tur-aksiya iştirakçılarının Lənkərana ekskursiyası Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan başlayıb
24 Mart 11:40
Naxçıvan məktəbliləri İçərişəhərlə tanış olublar
24 Mart 11:35
Özbəkistanda keçirilən festivalda azərbaycanlı dizaynerin “Novruz” kolleksiyası nümayiş etdirilib
24 Mart 11:29
Qardaşlaşmış Xırdalan və Cocuq Mərcanlı məktəblərinin Novruz görüşü
24 Mart 11:24
Bakılı məktəblilər Naxçıvan şəhərindəki tarixi, mədəni və təhsil müəssisələri ilə tanış olublar
24 Mart 11:21
Ankarada birinci Türk Dünyası Qurultayı təşkil olunub
24 Mart 11:15
Uruqvayın xarici işlər naziri: Azərbaycanla münasibətləri gələcəkdə daha da dərinləşdirmək niyyətindəyik
23 Mart 17:13
Azərbaycan hərbçiləri Pakistanın Milli Gününə həsr olunmuş hərbi paradda iştirak ediblər
23 Mart 16:34
Azərbaycan ilə Uruqvay arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
23 Mart 16:20
İki ayda Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatları 60 milyon dollara çatıb
23 Mart 15:58
Hedva Ser: UNESCO-da “Yeddi gözəl” muğam konserti möhtəşəm oldu
23 Mart 13:49
Cenevrədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatında Beynəlxalq Novruz Günü qeyd edilib
23 Mart 13:41
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Novruz şənliyi təşkil edilib
23 Mart 10:11
Meksika senatında Novruz bayramı təntənəsi
23 Mart 09:49
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsinə start verilir
23 Mart 09:43
Azərbaycanın müdafiə naziri Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb
23 Mart 09:34
Ann-Sofi Kopən: Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
23 Mart 09:32
Azərbaycan nümayəndələri Dünya Bankının Daşkənddə keçirilən iclasında iştirak ediblər
23 Mart 09:29
Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub
23 Mart 09:23
Nazirlik: Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara da gələn aydan Prezidentin təqaüdü veriləcək
23 Mart 09:17
İstanbulda İƏT-in Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilib
23 Mart 09:13
Prezident Arif Alvi: Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
22 Mart 14:06
Azərbaycan və Argentina parlamentlərarası əlaqələrin daha da dərinləşdirilməsinə dair fikir mübadiləsi aparıb
22 Mart 13:59
Azərbaycan və Pakistan arasında hərblə bağlı sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
22 Mart 13:53
"The Washington Times" Azərbaycanın iqtisadi-siyasi nailiyyətlərindən yazıb
22 Mart 13:48
Jan Dürinq: Qarabağ, xüsusən də Şuşa Azərbaycan musiqisinin beşiyidir
22 Mart 13:44
“Saat Meydanı” Kompleksi sakinlərin və turistlərin rahatlığına hesablanıb
22 Mart 13:40
BMT-də Beynəlxalq Novruz Günü qeyd olunub
22 Mart 13:34
Türkiyə KİV-ləri Prezident İlham Əliyevin Azərbaycan xalqına bayram təbrikini geniş işıqlandırıb
22 Mart 13:31
Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
21 Mart 17:46
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21 Mart 17:42
Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq davam edir
21 Mart 17:39
Mənəvi dəyərlərimizə böyük qayğı
21 Mart 17:35
Əli Həsənov: Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək
21 Mart 15:07
Doğma bulvarda Novruz...
21 Mart 14:09
İstanbulda türk xalqlarının təmsil olunduğu Novruz şənliyi keçirilib
21 Mart 14:07
Suraxanı rayonunda Novruz bayramı geniş qeyd edilir
21 Mart 14:02
Azərbaycan və İran dövlət sərhədində Novruz bayramı münasibətilə tədbir təşkil olunub
21 Mart 13:53
Meksikada Novruz bayramı və Azərbaycan Mədəniyyəti Günü qeyd olunub
21 Mart 13:49
21 mart - Beynəlxalq Meşələr və Ağaclar Günüdür
21 Mart 13:43
Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında möhtəşəm qələbə qazanıb
21 Mart 13:38
Paytaxtımızda Novruz bayramı böyük təntənə ilə qeyd edilir
21 Mart 13:30
UNESCO-nun baş qərargahında Alim Qasımovun “Yeddi gözəl” muğam konserti olub
21 Mart 13:24
Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
21 Mart 10:16
Qırxa yaxın ölkənin iştirak etdiyi sərgidə XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi öz stendi ilə təmsil olunub
21 Mart 10:12
“Avro 2020”: Bu gün Azərbaycan millisi ilk oyununa çıxacaq
21 Mart 10:09
Azərbaycan və Xorvatiya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib
21 Mart 10:03
Elmar Məmmədyarov: Ermənistanın hərbi işğalına son qoyulacağı təqdirdə, Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək
21 Mart 09:58
Azərbaycana yaz gəldi…
20 Mart 17:30
Müdafiə Nazirliyinin rəhbərliyi Novruz bayramı münasibətilə hərbi hospitalda olub
20 Mart 16:09
Gürcüstan Prezidenti Salome Zurabişvili Qardabanidə azərbaycanlıların Novruz şənliklərinə qatılıb
20 Mart 16:00
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20 Mart 15:36
Azərbaycan Ordusunun nümayəndələri Pakistanın Milli Gününə həsr olunmuş paradda iştirak edəcəklər
20 Mart 15:25
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20 Mart 14:41
Novruz bayramı muxtar respublikamızda yüksək əhval-ruhiyyə ilə qeyd edilib
20 Mart 14:32
Azərbaycan ilə Çili arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün geniş potensial var
20 Mart 14:29
20 mart – Ümumdünya Yer Kürəsi Günüdür
20 Mart 14:24
Bayram konserti əsgər və zabitlərdə xoş əhval-ruhiyyə yaradıb
20 Mart 14:19
Hikmət Hacıyev: Azərbaycanın işğal edilmiş torpaqları azad olunmalı, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar
20 Mart 11:51
İsveçrədə Novruz bayramı sevinci yaşanıb
20 Mart 11:49
Prezident: Bizim beynəlxalq mövqelərimiz möhkəmlənir
20 Mart 11:45
“İdman – sağlamlıq, dostluq, birlik...” mövzusunda keçiriləcək rəsm müsabiqəsinin təqdimatı olub
20 Mart 11:43
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20 Mart 11:40
“Azərxalça”nın filiallarında Novruz şənlikləri keçirilib
20 Mart 11:37
Prezident: Cənub Qaz Dəhlizinin icrası ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcək
20 Mart 11:36
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20 Mart 11:34
Novruz bayramı - ortaq mənəvi dəyər kimi
20 Mart 11:33
Prezident İlham Əliyev: Bu gün Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA