Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır
05.04.2019 [09:44]
Mübariz Abdullayev
Prezident İlham Əliyev: Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır
Bu günlərdə Azərbaycan xalqı və dövləti Silahlı Qüvvələrimizin 2016-cı il aprelin əvvəlində qazandığı tarixi zəfərin növbəti ildönümünü böyük ruh yüksəkliyi, qürur hissi ilə qeyd edir. Məlumdur ki, Aprel döyüşlərində Azərbaycan Ordusu qoşunların təmas xəttində düşmənin növbəti təxribat cəhdinin qarşısını qətiyyətlə aldı və qarşı tərəfə sarsıdıcı əks həmlələr endirdi. Cəmi bir neçə gün davam edən döyüşlərdə ordumuzun rəşadəti sayəsində düşmən qüvvələri geri oturduldu. Aprel döyüşləri zamanı Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan azad edildi, Silahlı Qüvvələrimiz bir neçə strateji əhəmiyyətli yüksəkliklərdə möhkəmləndi. İşğaldan təmizlənən minlərlə hektar ərazilərə bu gün Azərbaycan Ordusu nəzarət edir. Hazırda Lələtəpə yüksəkliyində üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Ordumuzun strateji əhəmiyyətli yüksəkliklərdə möhkəmlənməsi Azərbaycan tərəfinə əlavə üstünlüklər qazandırıb.
Azərbaycan ərazi bütövlüyünün təmin olunmasında prinsipial mövqedən çıxış edir
Aprel döyüşləri barədə söhbət açarkən, heç şübhəsiz ki, Azərbaycan Ordusunun düşmənin silahlı qüvvələri üzərində qazandığı hərbi üstünlüyün önəmini xüsusi qeyd etmək lazımdır. Müharibə şəraitində yaşayan respublikamızda Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu müasir ordu quruculuğu siyasəti son 15 ildə eyni ardıcıllıqla davam etdirilib və dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Hazırda dövlət büdcəsindən Silahlı Qüvvələrin möhkəmləndirilməsinə lazımi qədər vəsait yönəldilir. Qeyd etmək yerinə düşər ki, iqtisadi-maliyyə imkanları getdikcə genişlənən respublikamız 2003-cü ildən bəri özünün hərbi xərclərini 15 dəfə artırıb.
Davamlı dövlət qayğısı sayəsində Azərbaycan Ordusunun maddi-texniki təchizatını yüksək səviyyəyə çatdırmaq mümkün olub. Ali Baş Komandanın tapşırığına əsasən ordumuzun möhkəmləndirilməsi prosesi mərhələlərlə, davamlı surətdə həyata keçirilir. Son illər ərzində hərbi potensialımız xeyli dərəcə artaraq Ermənistan ilə Azərbaycan arasında hərbi balansı bizim xeyrimizə əhəmiyyətli dərəcədə dəyişib. 2018-ci ildə Bakının “Azadlıq” meydanında keçirilən iki möhtəşəm hərbi parad Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirdi. Bu gün Silahlı Qüvvələrimizin arsenalında Rusiya, İran, Ukrayna, Belarus, İsrail və bu kimi digər ölkələrdən alınan ən müasir silahlar - hava hücumundan müdafiə sistemləri, tanklar və digər zirehli texnika, pilotsuz uçuş aparatları, hədəfləri yüksək dəqiqliklə müəyyənləşdirən və məhv edən qurğular və s. cəmləşib.
Eyni zamanda, qısa müstəqillik tarixində Azərbaycanın yerli müdafiə təyinatlı sənaye quruculuğuna nail olması, təxminən 1200 adda hərbi təyinatlı məhsul istehsalını mənimsəməsi son dərəcə qürurverici haldır. Bir vaxtlar Azərbaycan Ordusunun silah-sursata olan tələbatı sırf ixrac hesabına ödənilirdi. Bu isə böyük həcmdə valyutanın xarici bazarlara axması demək idi. Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən, Müdafiə Sənayesi Nazirliyinin (MSN) yaradılması ilə ölkəmizdə ordu quruculuğunda keyfiyyətcə yeni mərhələ başlayıb. Belə ki, yerli istehsalatların uğurlu fəaliyyəti nəticəsində artıq ordumuzun xarici silah bazarlarından asılılığı əhəmiyyətli dərəcədə azalıb. Ölkəmizdə hərbi-sənaye kompleksinə aid “İqlim”, “Avia-Aqreqat”, “Sənayecihaz”, “Dalğa” elm-istehsalat birlikləri, “Elektron Hesablayıcı Maşınlar”, “Gəncə maşınqayırma”, “Elektromexanika”, “Radioquraşdırma”, “Telemexanika”, “Cihazqayırma”, “Azon”, “Araz”, “Peyk”, “Üfüq”, “Dalğa” kimi müəssisələr uğurla fəaliyyət göstərir. Bu müəssisələrdə aviasiya, naviqasiya, cihazqayırma və digər hərbi təyinatlı məhsulların istehsalı ildən-ilə genişləndirilir, eyni zamanda, ən yeni nəsil müasir texnologiyalar istehsalata tətbiq olunur. Qeyd edək ki, 2005-ci ildən bəri ölkənin hərbi-sənaye kompleksində istehsal olunan hərbi təyinatlı məhsulların çeşidi dəfələrlə artıb. Ötən müddət ərzində istehsalı mənimsənilmiş məmulatlardan “Mübariz”, “İstiqlal”, “Yalquzaq” və digər snayper tüfənglərini, AK-74 və NATO standartlarına uyğun avtomatları, müxtəlif növ tapançaları, minaatanları, qumbaraatanları və onların atəş yığımlarını, optik cihazları, minaları, aviasiya bombalarını, “Matador” və “Marauder” tipli zirehli maşınları, “Gürzə”, “Əqrəb” və “Bəbir” kəşfiyyat-patrul maşınlarını, “Orbiter-2M, 2B, 3B və “Orbiter-4”, “Aerostar-BP” və “Zərbə” tipli pilotsuz uçuş aparatlarını və başqalarını misal göstərmək mümkündür. Qısa müddətdə Azərbaycanın müdafiə təyinatlı sənayesinin imkanları o səviyyəyə çatıb ki, artıq respublikamızdan xarici bazarlara yüksək rəqabət qabiliyyətinə malik silah, sursat ixrac olunur.
Həm xarici təchizatçılardan alınan, həm də yerli müəssisələrdə buraxılan silah-sursat sayəsində ordumuzun maddi-texniki təchizatı əhəmiyyətli dərəcədə möhkəmlənib. Prezident, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində hərbi qulluqçularla görüşdəki çıxışında məmnunluq hissi ilə vurğulayıb ki, bu gün ordu quruculuğu baxımından Azərbaycan dünyanın güclü ölkələrindəndir. Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmlənməsi və şəxsi heyətin peşəkarlığının artması beynəlxalq səviyyədə də etiraf olunur. Nüfuzlu reytinq təşkilatlarının dəyərləndirmələrinə görə hazırda Azərbaycan Ordusu dünya miqyasında öz potensialına görə 52-ci yerdədir.
Şanlı Aprel döyüşlərində təsdiqləndiyi kimi, ordumuz öz gücünü həmçinin döyüş meydanlarında nümayiş etdirir. Prezident İlham Əliyev Aprel döyüşlərinin hərbi baxımdan önəmini yüksək dəyərləndirib. Lakin bu döyüşlərin böyük əhəmiyyəti yalnız düşmənin itkilər verməsi və torpaqlarımızın bir hissəsinin işğaldan azad edilməsi kimi mühüm faktlarla məhdudlaşmır. Prezident İlham Əliyev diqqəti həm də Aprel döyüşlərinin mənəvi-psixoloji önəminə çəkib. “Aprel döyüşləri hərbi cəhətdən çox uğurlu əməliyyat idi. Çünki əlverişsiz mövqelərdən bizim hərbçilərimiz çox önəmli strateji yüksəklikləri işğalçılardan azad etmişlər. Eyni zamanda, bu döyüşlərin mənəvi-psixoloji baxımdan da böyük əhəmiyyəti vardır. Çünki uzun illər ərzində Ermənistan təbliğatı belə bir mif yaradırdı ki, onlar hərbi cəhətdən bizdən üstündür. Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu bu gün ən yüksək keyfiyyətlərə malikdir və istənilən anda istənilən vəzifəni icra edə bilər. Ermənistanın yaratdığı mif tamamilə darmadağın edildi”, - deyə dövlət başçısı vurğulayıb.
Aprel döyüşləri göstərdi ki, Azərbaycan ölkənin ərazi bütövlüyünün təmin olunmasında prinsipial mövqedən çıxış edir. Məlumdur ki, işğalçı Ermənistanın havadarlarının dəstəyi ilə başladığı elan olunmamış müharibə nəticəsində ölkəmizin ərazisinin təxminən 20 faizi işğala məruz qalıb, 1 milyondan artıq soydaşımız doğma yurd-yuvalarından zorla qovularaq qaçqın vəziyyətinə düşüb. Düşmən işğal etdiyi ərazilərdə misli görünməmiş vandalizm əməlləri törədib, xalqımıza məxsus çoxəsrlik maddi və mənəvi mədəniyyət nümunələrini vəhşicəsinə talayıb. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb, XX yüzilliyin insanlıq faciəsi sayılan Xocalı soyqırımı törədilib. Bu faciə zamanı aralarında uşaqlar, qadınlar, qocalar da olan 600-dən çox günahsız insan erməni cəlladları tərəfindən qətlə yetirilib, mindən çox insan itkin düşüb.
Azərbaycan işğal faktı ilə heç vaxt barışmayıb və bundan sonra da barışmayacaq. Prezident İlham Əliyev dövlətimizin və xalqımızın mövqeyini bir daha nəzərə çatdıraraq qətiyyətlə bildirib ki, Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır və respublikamız öz ərazi bütövlüyünün təmin olunmasında israrlıdır: “O ki qaldı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə, burada bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ bizim əzəli, tarixi torpağımızdır. Əsrlər boyu xalqımız bu torpaqlarda yaşayıb, qurub, yaradıb”.
Azərbaycan ölkənin ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı qarşıya qoyduğu məqsədə addım-addım yaxınlaşır. Biz yuxarıda Aprel döyüşlərində Azərbaycan Ordusunun döyüş meydanında misilsiz rəşadət göstərdiyi barədə söhbət açdıq. Şanlı Aprel döyüşləri nəticəsində Cocuq Mərcanlı kəndinə yeni həyat verildi. Cocuq Mərcanlı qısa müddət ərzində yenidən quruldu. Burada 150 fərdi ev, məktəb, uşaq bağçası, tibb məntəqəsi, Şuşa məscidinin bənzəri olan məscid tikilib. Kənddə yeni iş yerləri yaradılır. Yəni Cocuq Mərcanlıya həyat qayıdıb. Aprel döyüşlərindən sonra Azərbaycan Ordusu növbəti uğura Naxçıvanda imza atdı. Belə ki, 2018-ci ilin may ayında Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılan uğurlu əməliyyat nəticəsində 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar ərazi Azərbaycanın nəzarəti altına keçib. Günnüt əməliyyatı da yüksək məharətlə və peşəkarlıqla həyata keçirilib. Uğurlu əməliyyat nəticəsində milli ordu qüvvələri yeni, daha əlverişli mövqelərdə möhkəmləniblər. Şanlı Aprel döyüşləri, Naxçıvanda qazanılan Günnüt zəfəri xalqımızın böyük qələbəsinin və tarixi torpaqlarımıza böyük qayıdışın uzaqda olmadığını təsdiqləyir.
Beynəlxalq səviyyədə Azərbaycanın mövqeyinə dəstək artır
Qeyd edildiyi kimi, Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ora bitişik 7 rayon əzəli və tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu xalqımız bu torpaqlarda yaşayıb və böyük mədəniyyət yaradıb. İşğal altındakı ərazilərdəki maddi və mədəniyyət nümunələri, toponimlər bu yerlərin aborigen sakinlərinin məhz azərbaycanlılar olduğunu təsdiqləyir. Eyni zamanda, beynəlxalq hüquqa görə də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Son illər ərzində dünyanın aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı bir çox qərar və qətnamələr qəbul ediblər. Xatırladaq ki, BMT-nin Təhlükəsizlik Şurası Ermənistan ordusunun işğal edilmiş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnamə qəbul edib. ATƏT, AŞ PA, GUAM, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlar da ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən sənədlər imzalayıblar.
Avropa İttifaqının 2018-ci ildə Brüsseldə imzalanan “Tərəfdaşlıq prioritetləri” sənədində ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini, dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığı prinsipini dəstəkləməsi və ilk dəfə olaraq “Tərəfdaşlıq prioritetləri” sənədində sərhədlərin toxunulmazlığı məsələsinin qurum tərəfindən xüsusi qeyd edilməsi strateji əhəmiyyətə malikdir. Bu, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olduqca mühüm məqamdır.
İslam Əməkdaşlıq Təşkilatı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyini həmçinin ötən il mayın 5-6-da Banqladeşin Dəkkə şəhərində keçirilən təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 45-ci sessiyasında ifadə edib. Sessiyada qəbul edilmiş Dəkkə Bəyanatının 18-ci bəndində İƏT-ə üzv ölkələrdə mövcud olan münaqişə və böhranların BMT və İƏT-in nizamnamələrində təsbit olunmuş beynəlxalq hüquq normaları əsasında həlli, onların doğurduğu dağıdıcı təsirlərin aradan qaldırılması zərurəti qeyd edilib, bu xüsusda Azərbaycanla qəti həmrəylik bir daha ifadə olunub və münaqişənin dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipləri əsasında həll edilməli olduğu vurğulanıb. Xəbər verildiyi kimi, ötən ilin aprelində Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransının yekununda Bakı Bəyannaməsi qəbul edilib. Sənəddə beynəlxalq münasibətlər çərçivəsində hər hansı dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etmə təhdidindən çəkinməyə çağırış yer alıb.
Azərbaycan ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda o prinsipdən çıxış edir ki, beynəlxalq hüquq həmçinin Dağlıq Qarabağ münaqişəsinin həllinə də şamil edilməlidir. Ayrı-ayrı təşkilatların qəbul etdikləri sənədlərdən də göründüyü kimi, beynəlxalq miqyasda Azərbaycanın ədalətli mövqeyinə dəstək getdikcə daha da artır. Bunu nəzərə çatdıran Prezident İlham Əliyev deyib: “Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bütün mötəbər beynəlxalq təşkilatlar müvafiq qərar və qətnamələr qəbul etmişlər. Bu, tarixi və hüquqi əsasdır. Heç bir ölkə qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımayıb, əminəm ki, tanımayacaqdır”.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar formatının saxlanılması Azərbaycanın növbəti diplomatik uğurudur
Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaq üçün Azərbaycan öz Silahlı Qüvvələrini gücləndirməklə paralel şəkildə, həmçinin diplomatik müstəvidə səylərini davam etdirir. Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 29-da Vyanada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etmək üçün Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü olub. Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın təkbətək görüşü keçirilib. Sonra görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə davam edib.
Vyanada Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında keçirilən görüş Azərbaycan Respublikasının növbəti diplomatik uğurudur. Bu görüşün keçirilməsi bir daha təsdiq etdi ki, danışıqlar yalnız Azərbaycan Respublikası ilə Ermənistan arasında aparılır və danışıqların formatı dəyişməz qalır. Beləliklə, xeyli müddət keçdikdən sonra Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın baş naziri arasında ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəsi ilə ilk dəfə görüş keçirildi. Məlumdur ki, bundan əvvəl Ermənistan tərəfi danışıqların formatının dəyişdirilməsi ilə bağlı müxtəlif iddialar irəli sürürdü. Lakin 9 mart tarixində ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanatla çıxış edərək formatın dəyişdirilməsinin qəbuledilməzliyini bildirdilər. Azərbaycan tərəfi də öz növbəsində dəfələrlə formatın dəyişilməzliyini vurğulamışdı. Prezident İlham Əliyev bir daha nəzərə çatdırıb ki, Azərbaycanın birmənalı mövqeyi Ermənistanın yeni rəhbərliyinin danışıqların formatının dəyişdirilməsi ilə bağlı iddialarının gerçəkləşməsini mümkünsüz edib: “Danışıqların davam etdirilməsinin məqsədi işğal edilmiş torpaqların azad olunmasıdır. Siz bilirsiniz ki, Ermənistanın yeni rəhbərliyi danışıqların formatını dəyişdirmək istəmişdir. Verilən bəzi bəyanatlar da ictimaiyyət üçün bəllidir. Ancaq Azərbaycanın birmənalı mövqeyi bunu mümkün etməmişdir. Münaqişə Ermənistan ilə Azərbaycan arasındadır. Bizim torpaqlarımızı Ermənistan işğal edibdir. İşğal edilmiş torpaqlarda qarşı tərəfdə hərbçilərin 80 faizi Ermənistan vətəndaşlarıdır. Ona görə danışıqlar prosesi də iki ölkə arasında aparılmalıdır və aparılır. Son Vyana görüşü o cümlədən ona görə önəmli idi ki, bu mövcud formatı bir daha təsdiqlədi. Həm xarici işlər nazirləri arasında aparılan danışıqlar, həm də rəhbərlik arasında keçirilmiş görüş bir daha onu göstərir ki, bu, Ermənistan-Azərbaycan münaqişəsidir. Biz hər dəfə bu münaqişə ilə bağlı sözümüzü deyəndə bu münaqişəni belə də adlandırırıq: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi”.
Özlüyündə Vyana görüşü danışıqlar prosesinə yeni bir impuls verib. Nəticə etibarilə də Azərbaycan və Ermənistan xarici işlər nazirləri, eləcə də həmsədrlər tərəfindən birgə “3+2” formatında Bəyanat verilib. Bəyanatda qeyd olunur ki, görüş əsnasında danışıqlar prosesinin əsas məsələləri və substantiv məqamları barədə fikir mübadiləsi aparılıb. Sülh prosesinin irəli aparılması üçün mühitin yaradılması, münaqişənin həlli üçün danışıqlar prosesində konkret və nəticəyönümlü addımlar atılmasının vacibliyi qeyd olunub. Bəyanatda atəşkəslə bağlı məqamlar da qeyd edilib. Həmçinin atəşkəsin davam etdirilməsi, danışıqların intensiv, substantiv əsaslarla bir-birini tamamlaması vacib şərtlərdəndir, bunlar paralel və davamlı aparılmalıdır. Bu məqamda vurğulamaq yerinə düşər ki, dövlət başçılarının görüşündən əvvəl iki ölkənin xarici işlər nazirləri arasında 4 dəfə görüş keçirilib. Bu da formatın eyni şəkildə davam etdirilməsinin göstəricisidir.
Müəllifin digər məqalələri:
Qubad İbadoğlunun növbəti manipulyasiyası
Faktları təhrif etmək, ucuz manipulyasiya...
26.06.2021 [08:29]
Terrorçu Ermənistanın müharibə cinayətləri və beynəlxalq ictimaiyyətin məsuliyyəti
Bu günlərdə ötən il 44...
09.06.2021 [09:29]
Qubad İbadoğlu faktları təhrif etməyə çalışır
Xeyli vaxtdır ki, okeanın o tayında...
03.06.2021 [08:53]
Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır
Xaricdəki antimilli mərkəzlərin...
08.05.2021 [08:39]
Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır
Radikal müxalifət düşərgəsində...
28.04.2021 [09:40]
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 Mart 19:44
Xəbər lenti
18 Mart 19:40
Xəbər lenti
18 Mart 18:11
Xəbər lenti
18 Mart 17:36
Xəbər lenti
18 Mart 17:00
Siyasət
18 Mart 16:44
İqtisadiyyat
18 Mart 16:32
Xəbər lenti
18 Mart 16:23
Xəbər lenti
18 Mart 16:16
Xəbər lenti
18 Mart 16:14
Siyasət
18 Mart 16:06
Xəbər lenti
18 Mart 15:59
Xəbər lenti
18 Mart 15:58
Xəbər lenti
18 Mart 15:50
Siyasət
18 Mart 15:49
Xəbər lenti
18 Mart 15:47
Gündəm
18 Mart 15:40
Gündəm
18 Mart 15:38
Xəbər lenti
18 Mart 15:33
Xəbər lenti
18 Mart 15:16
Xəbər lenti
18 Mart 14:52
Xəbər lenti
18 Mart 14:28
Siyasət
18 Mart 14:25
Siyasət
18 Mart 13:53
Xəbər lenti
18 Mart 13:42
Xəbər lenti
18 Mart 13:26
Xəbər lenti
18 Mart 13:21
Xəbər lenti
18 Mart 13:08
Xəbər lenti
18 Mart 13:06
Xəbər lenti
18 Mart 13:04
Gündəm
18 Mart 12:48
Xəbər lenti
18 Mart 12:42
Xəbər lenti
18 Mart 12:41
Xəbər lenti
18 Mart 12:30
Xəbər lenti
18 Mart 12:14
Xəbər lenti
18 Mart 11:49
Xəbər lenti
18 Mart 11:21
Xəbər lenti
18 Mart 11:16
İqtisadiyyat
18 Mart 10:52
Xəbər lenti
18 Mart 10:49
İdman
18 Mart 10:46
Xəbər lenti
18 Mart 10:37
Siyasət
18 Mart 10:12
Xəbər lenti
18 Mart 10:08
Müsahibə
18 Mart 10:00
Xəbər lenti
18 Mart 09:39
Xəbər lenti
18 Mart 09:00
Gündəm
18 Mart 00:56
Siyasət
17 Mart 23:27
Xəbər lenti
17 Mart 23:14
Gündəm
17 Mart 23:08
Siyasət
17 Mart 22:51
Xəbər lenti
17 Mart 22:45
Dünya
17 Mart 22:35
Xəbər lenti
17 Mart 22:26
Gündəm
17 Mart 20:28
Gündəm
17 Mart 20:10
Xəbər lenti
17 Mart 20:08
Xəbər lenti
17 Mart 17:56
Xəbər lenti
17 Mart 16:30
İdman
17 Mart 15:22
Xəbər lenti
17 Mart 14:24
Xəbər lenti
17 Mart 13:36
Sosial
17 Mart 12:31
Mədəniyyət
17 Mart 12:12
Xəbər lenti
17 Mart 11:26
Xəbər lenti
17 Mart 11:05
Xəbər lenti
17 Mart 11:01
Dünya
16 Mart 20:30
Xəbər lenti
16 Mart 17:27