Ana səhifə »  Müəlliflər »  Əli Kərimlinin adı müxalifət düşərgəsində və ictimai şüurda xəyanət sözü ilə assosiasiya olunur
A+   Yenilə  A-
Əli Kərimlinin adı müxalifət düşərgəsində və ictimai şüurda xəyanət sözü ilə assosiasiya olunur
Yazdı: Hikmət BABAOĞLU

Hazırkı mürəkkəb tarixi mərhələdə milli dövlətlərin qarşısında duran mühüm strateji məqsədlərdən biri dayanıqlı inkişafın təmin edilməsi və ictimai-siyasi sabitliyin qorunmasıdır. Bu strateji vəzifə rasional, praqmatik, milli maraqlara uyğun daxili və xarici siyasətin həyata keçirilməsini zəruri edir. Qloballaşma şəraitində yeni geostrateji şərtlər fonunda artan təhdidlər və risklər bir çox ölkələrin xaos, anarxiya meydanına çevrilməsinə səbəb olur, praqmatik, milli mənafeyə xidmət edən strateji kurs həyata keçirən, xalq-iqtidar birliyinin təmin olunduğu dövlətlər isə sabitlik adası kimi davamlı yüksəlişə malik olurlar. Bu kontekstdə Azərbaycanın müsbət təcrübəsi təqdirəlayiq hal və mütərəqqi nümunə kimi diqqəti cəlb edir.
Azərbaycan dövləti həmişə vətəndaşlarının yanındadır
Azərbaycan dünyaya yeni və daha mütərəqqi, nümunəvi xarakter daşıyan inkişaf modeli təqdim edib. Bu model bir çox cəhətləri ilə diqqəti cəlb edir. Onun başlıca səciyyəvi xüsusiyyətlərindən biri ölkədə dinamik tərəqqinin bütün sahələri əhatə etməsidir. Azərbaycanın inkişafının davamlı xarakter daşımasını şərtləndirən strateji faktorlardan biri müasir çağırışlara uyğun mütərəqqi islahatlar paketinin reallaşdırılmasıdır. Ölkədə son 15 il ərzində bütün sahələri əhatə edən sistemli və kompleks islahatlar aparılıb, milli iqtisadiyyatın dayanıqlı və dinamik inkişafı təmin edilib. Eyni zamanda, çevik və məqsədyönlü fəaliyyət göstərən yeni idarəetmə strukturunun formalaşdırılması üçün mühüm institusional islahatlar həyata keçirilib, əhəmiyyətli nəticələr əldə olunub. Dərin iqtisadi və institusional islahatların davamı kimi hüquqi islahatların aparılması da bu kontekstdə mühüm əhəmiyyətə malikdir. Şübhəsiz ki, bütün bunlar müəyyənləşdirilmiş strateji hədəflərə çatmağa imkan verir, Azərbaycanın qarşısında yeni perspektivlər açır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursun mühüm xarakterik xüsusiyyətlərindən biri onun sosialyönümlü olmasıdır. Yəni dövlət başçısının da qeyd etdiyi kimi, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahı və mənafeyi dayanır. Bu, bir reallıqdır ki, dövlət başçısı ilə vətəndaşlar arasında inam, etimad və etibar olduqda cəmiyyət, eyni zamanda, dövlət də inkişaf edir. Biz bunu Azərbaycanın nümunəsində bariz şəkildə müşahidə edirik. Bunun başlıca səbəbi, heç şübhəsiz ki, dövlət başçısı tərəfindən həyata keçirilən siyasətin xalq tərəfindən dəstəklənməsidir. Hakimiyyət-xalq vəhdəti buradan ortaya çıxır. Bunu zəruri edən şərtlər çoxdur və həmin şərtlər Azərbaycanda təmin olunub. Onun hüquqi, sosial, iqtisadi əsasları var. Ancaq burada önə çıxan, ilk növbədə, Azərbaycan vətəndaşının rifahıdır, onun həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır ki, bu siyasət daim Azərbaycan Prezidenti tərəfindən həyata keçirilib və bu gün də davam etdirilir. Prezident İlham Əliyevin müvafiq Fərman və sərəncamları əsasında şəhid ailələrinə, məcburi köçkünlərə, tələbələrə, əlilliyi olan şəxslərə verilən müavinətlərin, minimum aylıq əməkhaqqının, pensiyaların artırılması və digər nümunələr bu reallığın bariz nümunəsidir. Son bir il ərzində həyata keçirilən sosial islahatlar paketi 3 milyon vətəndaşın rifahının ciddi şəkildə yaxşılaşmasına, bütövlükdə əhalinin həyat şəraitinin daha da yaxşılaşmasına imkan yaradıb. Bütün bunlar onun göstəricisidir ki, Azərbaycan dövləti həmişə vətəndaşlarının yanındadır.
Beynəlxalq dialoq və əməkdaşlıq məkanına çevrilən Azərbaycan dünyanın diqqət mərkəzindədir
Bunlarla yanaşı, praqmatik, çoxvektorlu və milli maraqlara uyğun xarici siyasət həyata keçirən Azərbaycan dünyada böyük etimad qazanıb, etibarlı tərəfdaş kimi tanınır, ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir. Cənubi Qafqaz geosiyasi məkanının lider aktoru olan Azərbaycanın iştirakı ilə regional miqyaslı, qlobal xarakterli strateji layihələrin uğurla reallaşdırılması, eləcə də ölkəmizin ikitərəfli və çoxtərəfli əlaqələrinin möhkəmlənməsi, dostlarının və strateji tərəfdaşlarının sayının artması həyata keçirilən strateji kursun pozitiv nəticələridir. Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri ölkəmizi tərəfdaşlıq və əməkdaşlıq platformasına çevirməkdir. Prezident İlham Əliyev hər zaman qeyd edir ki, Azərbaycan qarşıdurma, rəqabət məkanı deyil, tərəfdaşlıq və əməkdaşlıq məkanıdır. Xarici siyasətimizin strateji əsaslarından biri olan bu ideya, onun konstruktiv məzmunu və real siyasi proseslərdə özünü doğrultması beynəlxalq münasibətlərin hazırkı mürəkkəb mərhələsində Azərbaycanı strateji tərəfdaşlıq üçün cazibə mərkəzinə çevirir. Azərbaycanın cazibə mərkəzinə çevrilməsi həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil xarici siyasət kursunun dünyanın güc mərkəzləri tərəfindən hörmətlə qarşılanması və qəbul edilməsinin əyani təsdiqidir.
Bununla yanaşı, beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi tanınan Azərbaycan qlobal xarakterli mühüm tədbirlərə uğurla ev sahibliyi edir, sivilizasiyalararası dialoqa əhəmiyyətli töhfələr verir. Ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq tədbirlərdən bəhs edərkən, heç şübhəsiz, “Formula 1” yarışlarını da xüsusi qeyd etmək lazımdır. Digər mühüm idman tədbirləri kimi, “Formula 1” yarışları da Azərbaycan reallıqlarının dünyaya çatdırılması, ölkəmizin dünyada təbliği, ölkəyə turist axınının güclənməsi baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Ən əsası, bu cür beynəlxalq əhəmiyyətli və yüksək reytinqə sahib tədbirlərin ölkəmizdə keçirilməsi respublikamıza olan müsbət münasibətin, dinamik inkişafa malik Azərbaycanın sabitlik adası kimi yüksək nüfuzunun göstəricisidir. Bir sözlə, pozitiv beynəlxalq imicə - reputasiyaya sahib olan Azərbaycan dünyanın diqqət mərkəzindədir.
Azərbaycan xalqı Prezident İlham Əliyevin daxili və xarici siyasətini tam dəstəkləyir
Əlbəttə, bütün bu nailiyyətlər vətəndaşlarda böyük məmnunluq hissi yaradır, xalq-iqtidar birliyini daha da gücləndirir. Azərbaycan xalqının Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət kursunu dəstəkləməsi ictimai rəy sorğularında da öz əksini tapır. Son olaraq Fransanın nüfuzlu “Opinion Way” sorğu mərkəzinin mart ayında vətəndaşlarımız arasında keçirdiyi rəy sorğusunun nəticələri də bu reallığı bir daha təsdiqləyir. Ümumiyyətlə, sosioloji kontekstdə müşahidə etməyi və ictimai nəbzi tutmağı bacaranlar üçün bəhs olunan rəy sorğusunun nəticələri gözlənilən idi. Sorğunun nəticələrindən məlum olur ki, ötən bir ildə görülən işlər, əslində, 15+1 formulu kontekstində qiymətləndirilib və Azərbaycan cəmiyyətinin ictimai yaddaşı kifayət qədər dərin və məntiqlidir. Əgər 15 il öncə həyata keçirilən işlər olmasaydı, son bir ildə bu qədər böyük işlər görmək də mümkün olmazdı.
Beynəlxalq anti-Azərbaycan şəbəkəsi yeni “qara piar” kampaniyasına start verib
Heç şübhəsiz, Azərbaycanın parlaq nailiyyətlər qazanması, beynəlxalq mövqeyinin möhkəmlənməsi, ölkəmizdə möhkəm əsaslara söykənən sabitliyin, xalq-iqtidar birliyinin mövcud olması anti-Azərbaycan dairələr tərəfindən böyük narahatlıq və qısqanclıqla qarşılanır. Ən çox narahatlıq keçirən isə erməni lobbisi, işğalçı Ermənistan və onun havadarlarıdır. Beynəlxalq anti-Azərbaycan şəbəkəsi son günlər yenidən fəallaşmağa başlayaraq ölkəmiz əleyhinə qarayaxma kampaniyasına start verib. Bu, əlbəttə, təsadüfi deyil. Çünki 2019-cu ildə Azərbaycan bir sıra əhəmiyyətli beynəlxalq layihələrini başa çatdıracaq, mühüm sazişlərə imza atacaq, ötən illərdə həyata keçirilən islahatların bazasında milli iqtisadiyyatın daha da böyüməsini təmin edəcək, beynəlxalq nüfuzundan istifadə etməklə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həllində real nəticələr əldə etməyə çalışacaq, sosial islahatları davam etdirməklə, yeni, daha effektiv sosial-iqtisadi model yaratmaqla öz vətəndaşlarının rifahı üçün yeni əlverişli şərtlər formalaşdıracaq, ordu quruculuğu işini davam etdirəcək. Erməni simpatizanı olan bu beynəlxalq şəbəkə islamofob mərkəzləri və ölkəmizdəki “5-ci kolon” üzvlərini də səfərbər edərək Azərbaycanı gözdən salmaq, onun beynəlxalq nüfuzuna zərbə vurmaq istəyir. Azərbaycandakı bəzi radikal müxalif marginallar da ölkəmizin uğurlarının üzərinə kölgə salmaq, ictimai şüuru manipulyasiyaya məruz qoymaq üçün müxtəlif cəhdlər edirlər. Yəni radikallar Azərbaycanın milli maraqlarına zidd mövqedən çıxış edən ermənipərəst dairələrlə sinxron fəaliyyət göstərirlər.
Əli Kərimli radikalizm ideyasını mənimsəmiş marginal, antimilli siyasi ünsürdür
Cəmiyyətdə heç bir nüfuza sahib olmayan, antimilli mövqedən çıxış edən, siyasi autsayderə çevrilmiş Əli Kərimli də anti-Azərbaycan dairələrin siyasi direktivləri əsasında ermənipərəst mərkəzlərlə sinxron hərəkət edir, ictimai şüuru manipulyasiyaya məruz qoymaq üçün absurd iddialar ortaya atır. Antixalq və anti-dövlət xarakterli çağırışlar səsləndirən bu marginal, antimilli şəxsin müxalifətçilik anlayışı milli məqsədlərə xidmət edən missiya deyil, tam əksinə, milli maraqlarımıza zərbə vuran alət kimi çıxış edir. Yəni Əli Kərimli və onun kimi xüsusi missiya yerinə yetirən bir qrup marginalın fəaliyyəti xalqımızın maraqlarına hesablanmış siyasi fəaliyyət deyil, Azərbaycana qarşı cəbhə açmış mərkəzlərin maraqlarının qorunması kimi qiymətləndirilə bilər.
Ə.Kərimlinin ictimai diqqətə çatdırmaq istədiyi fikirlər manipulyativ xarakter daşımaqla yanaşı, elə 1990-cı illərin əvvəlində AXC-”Müsavat” cütlüyünün ifadə etdiyi fikirlərin eynisidir. Bu, onun göstəricisidir ki, ötən 25 il ərzində Azərbaycanda hər şey köklü şəkildə və müsbət istiqamətdə dəyişsə də, radikal müxalifətin, Əli Kərimli kimilərin düşüncəsi, müxalifətçilik fəlsəfəsi dəyişməyib, əvvəlki illərdə olduğu kimi, marginal və dağıdıcı xarakterlidir, milli mənafelərimizə ziddir. Beləliklə, Əli Kərimlinin səsləndirdiyi fikirlər anti-Azərbaycan dairələrin siyasi-ideoloji tezislərini əks etdirməklə yanaşı, bu şəxsin radikalizm ideyasını mənimsəmiş, radikal-ekstremist dünyagörüşünə malik olan dağıdıcı siyasi ünsür olduğunu göstərir. Onun missiyası anti-Azərbaycan mövqedən çıxış etmək, funksiyası isə dağıdıcı “ideya”lar vasitəsilə ictimaiyyəti manipulyasiyaya məruz qoymaqdır.
Göründüyü kimi, Ə.Kərimlinin müxalifətçilik anlayışı antixalq və antidövlət mövqeyində durmaqdır. Əgər belə olmasaydı, Əli Kərimli kimi marginallar və radikal düşərgənin digər nümayəndələri bütün dünyanın təqdir etdiyi inkişafımızı və ölkəmizdə aparılan çoxşaxəli islahatları tənqid yox, təqdir edərdilər. 
Əli Kərimli Azərbaycanı düşünürsə, nə üçün Qarabağı işğal edənlərdən, ermənilərin müdafiəçilərindən danışmır?
Əslində, Azərbaycanın inkişafı, qazanılmış uğurlar Vətənini sevən hər bir vətəndaşda olduğu kimi, ölkə müxalifətində də məmnunluq yaratmalıdır. Çünki bütün bu nailiyyətlər Azərbaycanın qüdrətinin daha da artmasına xidmət edir. Amma biz radikal düşərgənin timsalında fərqli mənzərənin şahidi oluruq. Əli Kərimli kimilər Azərbaycanın müstəqil siyasətini uğurla davam etdirməsini, parlaq nailiyyətlər qazanmasını narahatlıq və qısqanclıqla qarşılamaqla əsl simalarını nümayiş etdirirlər. Haqlı olaraq sual olunur ki, Ə.Kərimli nə üçün Azərbaycanın müsbət reallıqları barədə heç bir pozitiv fikir ifadə etmir? Məgər o, bu Vətənin övladı deyilmi?
Digər bir nüansa nəzər salaq. Əli Kərimli Azərbaycan xalqına və dövlətinə qarşı düşmən münasibətini ört-basdır etmək üçün özünü cəmiyyətə fərqli siyasi simada, obrazda - “xalqın maraqlarının müdafiəçisi” kimi təqdim etməyə çalışır. Amma Azərbaycan ictimaiyyəti onun ictimai şuürla manipulyasiyasına məruz qalmayacaq qədər intellektualdır. Azərbaycan cəmiyyəti Əli Kərimli kimi şəxslərin hansı dairələrin direktivləri əsasında fəaliyyət göstərdiyini, hansı məqsədlərə xidmət etdiyini yaxşı bilir. Azərbaycan cəmiyyətinin ayrı-ayrı fərdləri öz ailəsini ölkədən kənarda saxlayan bu şəxsə dəfələrlə “sən Azərbaycanı düşünürsənsə, nə üçün bir dəfə də olsun Qarabağı işğal edənlərdən, erməniləri müdafiə edənlərdən bəhs etmirsən” sualını ünvanlayıb. Amma Əli Kərimli heç vaxt bu suala cavab verə bilməyib, çünki o, məhz anti-Azərbaycan dairələrdən sifarişlər alır, Azərbaycan ərazisinin 20 faizini işğal edən ermənilərin maraqlarının müdafiəçisi qismində çıxış edir. Əgər belə olmasaydı, Ə.Kərimli Ermənistanın işğalçı siyasətini, erməni lobbisinin tarixi faktları təhrif edərək Azərbaycana qarşı apardığı “qara piar” kampaniyasını ifşa edən fikirlər səsləndirməkdən, milli maraqları müdafiə etməkdən çəkinməzdi.
Əli Kərimli müxalifət düşərgəsində də xəyanətkar və satqın adı qazanıb
Əli Kərimli təmsil olunduğu müxalifət düşərgəsində də xəyanətkar və satqın adı qazanıb. Onun Əbülfəz Elçibəyə xəyanətdə, AXC-ni parçalamaqda ittiham olunması təsadüfi xarakter daşımır. Əli Kərimlinin fəaliyyətini xarakterizə etsək, söyləyə bilərik ki, bu şəxsin korporativ maraqlar zəminində və anti-milli mövqeyinin fonunda bu günədək etdiyi təşəbbüslərin əsasında xəyanət amili dayanıb. Əli Kərimlinin xarici fondlardan aldığı qrantları, maliyyə vəsaitlərini öz ətrafına xəyanət etməklə “məharət”lə xərcləməsinə dair informasiyalar da cəmiyyətə məlumdur. Qısa zaman kəsiyində müxtəlif qərəzli, dağıdıcı xarici qüvvələrlə təmasları sıxlaşdıran bu şəxs aldığı qrantlar və vədlər müqabilində Azərbaycana qarşı qərəzli mövqedən çıxış edən spontan qüvvələrlə sıx əməkdaşlıq münasibətləri qurub. Bu şəxs hələ də erməni fondlarından aldığı pullardan imtina etmir. Qısacası, Əli Kərimlinin adı müxalifət düşərgəsində və ictimai şüurda xəyanət sözü ilə assosiasiya olunur

 
  • Oxunub:  3450  |  
  • Tarix:  25-04-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan dünyada 10 ən islahatçı ölkə sırasında yer alır

21 May 20:05
YAP Səbail rayon təşkilatının iclasında qarşıda duran vəzifələr müzakirə edilib
21 May 20:02
Səfir Mixail Boçarnikov: Azərbaycanda yaşamaq və işləmək olduqca maraqlıdır
21 May 20:00
Nikola Yurçeviç: Qarşıdaki oyunlara çox ciddi hazırlaşırıq
21 May 19:56
BDU-da tədbir: Laçınsız 27 il, biz o torpaqlara qayıdacağıq
21 May 19:53
Gəncədə “Azərbaycançılıq ideologiyası" və "Terrorçuluğa qarşı mübarizədə ictimaiyyətin rolu” mövzularında konfrans keçirilib
21 May 19:48
Azərbaycan ilə İspaniya arasında miqrasiya məsələləri müzakirə olunub
21 May 19:45
Şəkidə I Beynəlxalq Keramika Simpoziumu işə başlayıb
21 May 19:39
Sahib Məmmədov: Real sektora yatırılan investisiyalar öz nəticəsini verməkdədir
21 May 19:37
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
21 May 19:34
Kolumbiyanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim edib
21 May 19:27
Tovuzda “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans keçirilir
21 May 19:24
Çingiz Hüseynzadə: “Rio-2016”da qazanılan uğuru təkrarlamaq üçün Tokio Olimpiadasına ciddi hazırlaşmalıyıq
21 May 19:22
Bakıda təsnifat, mənşə və qiymətləndirmə üzrə ilkin qərar sisteminin inkişafına dair müzakirələr aparılır
21 May 19:18
Rusiya Elmlər Akademiyasının prezidenti AMEA-nın Fizika İnstitutunun fəaliyyəti ilə tanış olub
21 May 17:47
Daxili işlər naziri Qəbələdə və Bakıda sıra baxışları keçirib
21 May 17:41
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi qərb bölgəsində vətəndaşların müraciətlərini dinləyiblər
21 May 17:33
İlahiyyat İnstitutu əməkdaşlıq əlaqələrini genişləndirir
21 May 17:23
Təlimlərdə qoşunların yerdəyişməsi, qüvvələrin ehtiyat atəş və start mövqelərinə çıxarılması icra olunub
21 May 17:19
Sevinc Hüseynova: Davamlı və məqsədyönlü siyasət bütövlükdə ölkəmizdə ailə institutunun inkişafına müsbət təsir göstərib
21 May 17:15
Malik Həsənov: Azərbaycanda həyata keçirilən kompleks islahatlar beynəlxalq səviyyədə yüksək dəyərləndirilir
21 May 17:13
Sona Əliyeva: Ermənistandakı son proseslər yaxşı heç nə vəd etmir
21 May 17:10
Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltif və mükafatların təqdimatı olub
21 May 17:05
UEFA Avropa Liqasının kuboku Cocuq Mərcanlıda
21 May 17:04
Milli Məclisin komitə iclasında 2018-ci il dövlət büdcəsinin icrası müzakirə olunub
21 May 16:58
BMT-nin Əhali Fondu tərəfindən media nümayəndələri üçün seminar keçirilir
21 May 16:54
Bakıda “Kibertəhlükəsizlik üzrə Gənclər Seminarı” keçirilib
21 May 16:52
Dövlət Gömrük Komitəsi ilə BMT arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
21 May 16:47
UEFA Avropa Liqasının final oyununa bilet satışının dördüncü mərhələsi başlayıb
21 May 16:45
Şimal bölgəsində fəaliyyət göstərən vəkillər Sumqayıtda “Vəkillik etikası: müasir çağırışlar” mövzusunu müzakirə ediblər
21 May 16:32
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Şura iclası
21 May 16:30
Bakıda Menecment və İnnovasiya Forumu işə başlayıb
21 May 16:25
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə təsdiqlənib
21 May 16:23
Rüfət Quliyev: “Doing Business 2019” hesabatında Azərbaycanın 190 ölkə arasında 25-ci yerdə qərarlaşması ölkəmizin böyük uğurudur
21 May 16:10
Kamilə Əliyeva: Azərbaycanın arzusu, istəyi olmadan bu regionda heç nəyi reallaşdırmaq, icra etmək mümkün deyil
21 May 15:56
Azərbaycanla Yaponiya arasında potensial əməkdaşlıq imkanları müzakirə olunub
21 May 15:52
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Fransada silsilə görüşlər keçirib
21 May 15:35
Vəkillər Kollegiyasının ilk regional qurumu olan Sumqayıt Regional Vəkil Bürosunun binası istifadəyə verilib
21 May 15:15
Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Kürdəxanı qəsəbəsində olub
21 May 14:49
İspaniyada Azərbaycan diasporunun fəaliyyətinin genişləndirilməsi məsələləri müzakirə olunub
21 May 14:27
Azərbaycanlı tələbələr Pekində mədəniyyət festivalında ölkəmizi təmsil ediblər
21 May 14:13
Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıqla əlaqədar atletika hakimləri üçün növbəti seminara start verilib
21 May 14:07
“Sərhəd” hərbi-idman oyununun respublika birinciliyinin final mərhələsinin təntənəli açılışı olub
21 May 14:04
Paytaxtın ümumi təhsil müəssisələri direktorlarının iştirakı ilə müşavirə keçirilib
21 May 14:01
DST dünyada sağlamlığın möhkəmləndirilməsi məsələləri üzrə dörd yeni xoşməramlı səfirini təqdim edir
21 May 13:59
AMEA ilə Rusiya Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında saziş imzalanıb
21 May 13:51
Tahir Süleymanov: Ölkəmizdə aparılan islahatların səmərəliliyi beynəlxalq səviyyədə etiraf olunur
21 May 13:01
Azərbaycandan Avropa İttifaqı ölkələrinə məhsul ixracı 1 milyard dollardan çox artıb
21 May 12:58
Dövlət proqramlarının icrası nəticəsində regionlarda infrastruktur müasir tələblər çərçivəsində yenidən qurulur
21 May 12:53
Azərbaycan və Paraqvay arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
21 May 12:48
“Araz” klubu növbəti dəfə UEFA Çempionlar Liqasında iştirak edəcək
21 May 12:44
Vüqar Bayramov: "Doing Business" hesabatında mövqeyimizin yaxşılaşması dərinləşdirilən islahatların nəticəsi olaraq xarakterizə edilməlidir
21 May 12:26
Maliyyə naziri: Problemli kreditlərin həlli ilə bağlı işlər mayın 28-dək yekunlaşacaq
21 May 12:08
Müdafiə Nazirliyinin nümayəndə heyəti “BOO - 2019” yarışları üzrə növbəti konfransda iştirak edib
21 May 11:56
Muxtar respublikada ümumi daxili məhsul istehsalı 727 milyon manatı ötüb
21 May 11:51
Nazir: Məqsəd xarici dövlət borcunu daha çox milli valyutada olan dövlət borcu ilə əvəzləməkdir
21 May 11:46
Heydər Əliyev Mərkəzində Zurab Seretelinin sərgisi açılacaq
21 May 11:41
Bakıda Asiya İnkişaf Bankının Dövlət Borclarının İdarəedilməsinə dair Regional Forumu işə başlayıb
21 May 11:38
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Elmlər Akademiyasının prezidentini qəbul edib
21 May 11:36
Milli Dram Teatrının yaradıcı kollektivi ayın sonu üçün maraqlı tamaşalar hazırlayıb
21 May 11:34
Qubada ən çox kitab oxuyanlar mükafatlandırılıb
21 May 11:30
Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib
21 May 11:10
Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın iclası və enerji forumu keçiriləcək
21 May 11:04
Dörd ay ərzində Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 4208 cərrahi əməliyyat icra olunub
21 May 10:21
Silahlı Qüvvələrin təlimlərinin planına uyğun olaraq xəritə üzərində tapşırıqlar icra edilir
21 May 10:14
Nazir İnam Kərimov : Kənd təsərrüfatının intensiv inkişafı peşəkar kadrlardan birbaşa asılıdır
21 May 10:10
Düşmən Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda davam edir
21 May 10:01
Azərbaycan dünyada 10 ən islahatçı ölkə sırasında yer alır
21 May 09:55
Avropa İttifaqı ilə əlaqələr Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir
21 May 09:54
Hikmət Babaoğlu: Azərbaycan milli maraqlarını tərəfdaşlarının maraqları ilə ustalıqla uzlaşdıra bilir
21 May 09:48
General-mayor Kamil Məmmədov: Bu gün bizim Cocuq Mərcanlıda olmağımız ordumuzun şücaəti sayəsindədir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA