Ana səhifə »  Müəlliflər »  Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə
A+   Yenilə  A-
Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə
Yazdı: Hikmət BABAOĞLU

Vyana şəhərində bu mövzuda keçirilən beynəlxalq konfransda müxtəlif mədəniyyət, sivilizasiya və dinlərin təmsilçiləri tolerantlıq və multikulturalizmin vacibliyi ilə bağlı dünyaya mühüm çağırışlar etdilər
Müasir mürəkkəb tarixi şəraitdə beynəlxalq münasibətlər sisteminin sivilizasiyaların qarşıdurması fəlsəfəsi üzərində şərh edilməsi, baş verən beynəlxalq qlobal kataklizmlərin bir hissəsinin məhz sivilizasiyalararası ziddiyyətlər kontekstində izah olunması bu sahədə mövcud olan problemlərin həlli üçün qlobal çağırışların zəruriliyini ortaya çıxarır. Bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsləri, o cümlədən dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, dinlərarası dialoqun inkişaf etdirilməsinə, ümumbəşəri dəyərlərin, multikulturalizmin təbliği və təşviqinə, qlobal xarakterli problemlərin həllinə yönəlmiş davamlı siyasət son illərdə Azərbaycanın qlobal və regional səviyyədə humanitar mərkəzə çevrilməsinə şərait yaradıb. Belə ki, dövlət başçısının böyük diqqəti və qayğısı sayəsində Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Zirvə toplantısı, Qlobal Bakı Forumu və digər tədbirlərin məhz Azərbaycanda keçirilməsi sivilizasiyalararası dialoqun inkişafına mühüm töhfələr verir.
Azərbaycanın tərəfdaşlıq və əməkdaşlıq fəlsəfəsi müasir mərhələdə sivilizasiyalararası və dinlərarası dialoqun təmin olunmasına hesablanıb
Azərbaycanın təşəbbüsü ilə 2008-ci ildə başlanan, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin yeni bir formatda əməkdaşlığına əsaslanan “Bakı Prosesi” beynəlxalq münasibətlərdə yeni əməkdaşlıq və tərəfdaşlıq ənənələrinin yaradılması üçün bir sıra mühüm tədbirlərin keçirilməsi ilə uğurlu olub. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili”, 2017-ci ilin isə “İslam Həmrəyliyi ili” elan olunmasının ardınca dövlətimizin dinlərarası dialoq platformasına çevrilməsi böyük əhəmiyyət daşıyır. Bu istiqamətdə aparılan fəaliyyətlər də yeni tarixi mərhələdə sivilizasiyalar arasında dialoqun qurulmasında mühüm addımlar kimi səciyyələndirilə bilər. Əlbəttə ki, “Multikulturalizm ili” və “İslam Həmrəyliyi ili” elan olunması, hətta “İslam Həmrəyliyi ili”ndə də multikultural dəyərlərin önə çəkilməsi və onun daha çox sivilizasiyalararası dialoq vasitəsinə çevrilməsi üçün addımların atılması, o cümlədən beynəlxalq konfransların keçirilməsi Azərbaycan Prezidentinin təşəbbüslərinin beynəlxalq miqyasda yüksək qiymətləndirilməsinə səbəb olub.
Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan dinlərarası dialoq platforması çərçivəsində bir çox ölkədə, o cümlədən Almaniyada, İspaniyada, Rusiyada, Türkiyədə, İranda, Misirdə silsilə tədbirlər keçirməklə sivilizasiyaların və dinlərin fəlsəfəsinin daha çox sülh üçün mühüm vasitə olması iddiası ilə çıxış edir və qısa müddətdə məhz bu ideya ətrafında özünə çox mühüm tərəfdaşlar tapıb. “İslam həmrəyliyi ili”ndə sivilizasiyaların dialoqunun fəlsəfəsini və məzmununu əks etdirən konfrans və forumların həm də xristian ölkələrində keçirilməsi bu mühüm tədbirlərin dünyanın bir sıra aparıcı ölkələrinin, həmçinin Avropanın bəzi güc mərkəzlərinin ümumi bəşəri mənafelərinə xidmət edə biləcəyini göstərir.
Bununla yanaşı, Azərbaycan təkcə Bakıda beynəlxalq tədbirlər təşkil etmir, ölkəmizdən kənarda sivilizasiyalararası və dinlərarası dialoqun inkişafına təkan verən bütün platformalarda təşkil olunan tədbirlərdə fəal təmsil olunur və dünyada sivilizasiyalararası dialoqun inkişafına böyük töhfələr verən mühüm missiyanı yerinə yetirməkdədir. Azərbaycanın irəli sürdüyü tərəfdaşlıq və əməkdaşlıq fəlsəfəsi bir neçə il müddətlə məhdudlaşmır, müasir mərhələdə sivilizasiyalararası və dinlərarası dialoqun təmin olunmasına hesablanıb. Belə ki, Azərbaycanda tarixi ənənələrin davamı olaraq Prezident İlham Əliyevin böyük səyi və təşəbbüsü ilə qarşılıqlı hörmət mühitində multikulturalizm, tolerantlıq, sabitlik, təhlükəsizlik və insan hüquqlarının müdafiəsi təmin olunub. Bu da öz növbəsində Azərbaycanın demokratik, tərəqqipərvər və humanist ənənələri, multikultural dəyərləri yaşadan dövlət kimi tanınmasına şərait yaradıb. İctimai-siyasi, sosial-iqtisadi, dini və mədəni sahədə həyata keçirilən fəaliyyətlərdə ölkədə yaşayan digər səmavi dinlərin nümayəndələrinin iştirakını təmin etməklə əslində Azərbaycan dünyaya yeni bir model təqdim edib. Bu model bütün dinlərin bir arada yaşaya biləcəyinin mümkün olduğunu göstərir.
Qeyd edək ki, hazırkı mərhələdə dinlərarası dialoqun həyata keçirilməsi qlobal müstəvidə dinlərarası fəaliyyəti təmin edəcək yeni təşkilatlanmanı zəruri edib. KAICIID Dialoq Mərkəzi də Azərbaycanın həyata keçirdiyi dinlərarası dialoq siyasətindən sonra meydana çıxan təşkilatlardandır. Qeyd edək ki, KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi kimi təşkilatların yaranması və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin bu təşkilatın İdarə Heyətinə üzv seçilməsi, bu qəbildən olan platformalarda bütün din daşıyıcılarının və sistemlərin nümayəndələrinin təmsil olunması, onun növbəti konfransının Avstriyada keçirilməsi, şübhəsiz ki, Azərbaycandan başlayan sivilizasiyalararası və dinlərarası dialoqun mühüm platformaya çevrilməsi kimi qiymətləndirilə bilər.
Azərbaycan və Avstriyanı tarixi dostluq əlaqələri bağlayır
Bu baxımdan iyunun 16-20-də Avstriya Respublikasının paytaxtı Vyana şəhərində Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzi və KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi tərəfindən “Dinlərarası və Sivilizasiyalararası əməkdaşlıqdan ümumbəşəri həmrəyliyə” mövzusunda beynəlxalq konfransın keçirilməsi, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyətinin, həmçinin 30-dan çox ölkənin nümayəndəsinin, dövlət və hökumət rəsmilərinin bu konfransda iştirak etməsi təqdirəlayiq haldır.
Qeyd edilənlərdən yola çıxaraq belə bir qənaətə gəlmək mümkündür ki, Azərbaycanın təşəbbüsü ilə sivilizasiyalararası və dinlərarası dialoqun beynəlxalq müstəviyə çıxarılması baxımından Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin Avstriyaya səfəri mühüm əhəmiyyət daşıyır.
Xatırladaq ki, səfər çərçivəsində əvvəlcə Azərbaycan nümayəndə heyəti Avstriya hökumətinin və parlamentinin üzvləri ilə görüş keçirib. Görüşdə Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, xarici işlər nazirinin müavini Ramiz Həsənov, Milli Məclisin komitə sədrləri Siyavuş Novruzov, Səməd Seyidov və Eldar İbrahimov, Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov, Avstriyanın federal nəqliyyat, innovasiya və texnologiya naziri Andreas Rayxhart, Avstriya parlamentinin üzvü Qeral Hauzer, Azərbaycan-Avstriya Əməkdaşlıq Şurasının rəhbərliyi iştirak ediblər.
Görüşdə Vyanada “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda beynəlxalq konfransın keçirilməsi üçün yaradılan şəraitə görə təşəkkür edən Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin ideya rəhbəri olduğu tədbir barədə ətraflı məlumat verib. Qeyd edilib ki, müxtəlif dinlərin və mədəniyyətlərin dinc birgə yaşadıqları Avstriya tarixən yüksək tolerantlığın hökm sürdüyü ölkə kimi tanınıb və məhz buna görə də beynəlxalq konfransın bu ölkənin paytaxtı Vyana şəhərində keçirilməsi qərara alınıb.
Görüşdə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə Avstriya nümayəndələrini bu ilin sentyabrında keçiriləcək “Dünya dini liderlərinin II Bakı sammiti”ndə iştiraka dəvət edib.
Avstriyanın federal nəqliyyat, innovasiya və texnologiya naziri Andreas Rayxhart konfransın Vyanada keçirilməsindən məmnunluğunu ifadə edərək, özünü əbədi bitərəf dövlət elan etmiş Avstriyada dinlərarası və mədəniyyətlərarası dialoqun mühüm əhəmiyyət daşıdığını bildirib. Bu tarixi ənənə fonunda Avstriyanın müxtəlif dini, milli, mədəni və digər görüşləri təmsil edən tərəflər arasında dialoqun baş tutduğu ölkəyə çevrildiyini qeyd edən nazir, həmçinin bu amillərlə yanaşı, iqtisadi əlaqələrin inkişafının diqqət mərkəzində durduğunu bildirib. Diqqətə çatdırılıb ki, Azərbaycanı və Avstriyanı uzun illərə söykənən dostluq əlaqələri bağlayır. Bu ilin martında Azərbaycan Prezidenti İlham Əliyevin Avstriyaya səfəri bu dostluğun zirvə nöqtəsini təşkil edib. Həmin səfər çərçivəsində Azərbaycan-Avstriya Əməkdaşlıq Şurasının əsası qoyulub. Bu Şuranın əsas məqsədi iki ölkə arasındakı dostluq əlaqələrini yeni mərhələyə çıxarmaqdır. Avstriya-Azərbaycan iqtisadi əlaqələrinin dərinləşməsi ilə yanaşı, mədəni və dini mövzularda layihələrin inkişaf etdirilməsini hədəf seçən bu qurum ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına xidmət edəcək. Uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsinə qarşılıqlı marağın mövcud olması hər iki ölkənin bu əlaqələrdən bəhrələnməsinə gətirib çıxaracaq.
Nazir bir daha iki ölkə arasında sıx və mütəmadi əlaqələrin inkişaf etməsində maraqlı olduqlarını və şəxsən özünün Azərbaycana dərin dostluq hissləri bəslədiyini ifadə edib.
Bu məqamda vurğulamaq yerinə düşər ki, Avstriyanın federal nəqliyyat, innovasiya və texnologiya naziri Andreas Rayxhartın Azərbaycan nümayəndə heyəti ilə görüşməsi, eyni zamanda, Avstriya parlamentində fəaliyyət göstərən və Azərbaycan dostluq qrupunun üzvü olan millət vəkillərinin bu görüşdə iştirak etməsi, həm qanunverici, həm də icraedici hakimiyyət orqanları arasında əlaqələrin yeni körpüsünün qurulması kimi qiymətləndirilə bilər. Qeyd olunduğu kimi, cari ilin martında Azərbaycan Prezidentinin Vyanaya səfəri zamanı Avstriya və Azərbaycan hökumətləri arasında imzalanan sənədlər tərəfdaşlığın yeni istiqamətlərini müəyyənləşdirib. Məhz bunların təmin olunması üçün də nazir Andreas Rayxhartın bu məsələləri Avstriya tərəfindən koordinasiya etməsi və onun ölkəmizi yaxından tanıması, eyni zamanda ölkələrimiz arasında əməkdaşlıq üçün çox böyük perspektivlərin olmasını dilə gətirməsi görüşün mühüm məqamlarından biri kimi yadda qalıb.
Azərbaycan Prezidenti sivilizasiyalar arasında dialoq, əməkdaşlıq və tərəfdaşlığı alternativi olmayan bir istiqamət hesab edir
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov görüşdə çıxış edərək Prezident İlham Əliyevin Avstriya xalqına və hökumətinin üzvlərinə ehtiram və salamlarını çatdırıb. Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan tərəfi ölkələrimiz arasında münasibətlərin daha da inkişafına dəstək verəcək.
Cari ilin martında Prezident İlham Əliyevin Avstriyaya uğurlu səfərinin nəticəsi olaraq Azərbaycan-Avstriya Əməkdaşlıq Şurasının yaradıldığını və bu qurumun artıq öz fəaliyyət istiqamətlərini müəyyən edərək işə başladığını bildirən Əli Həsənov Şuranın iki ölkə arasında əlaqələrin dərinləşməsinə töhfə verəcəyinə inandığını vurğulayıb.
Vyananın Avrasiyada dinlərarası və mədəniyyətlərarası dialoqun mərkəzlərindən biri olduğunu bildirən Prezidentin köməkçisi beynəlxalq konfransın keçirilməsi üçün məkan seçimində qərarın bu şəhərin xeyrinə verilməsinin təsadüfi olmadığını diqqətə çatdırıb. Qeyd edilib ki, dinlər, mədəniyyətlər və sivilizasiyalar arasında dialoq Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin istiqamətlərindən biridir. Azərbaycanın müstəqillik tarixinin son 25 ilində ölkə daxilində davamlı olaraq bu istiqamətdə dialoq dövlətin yürütdüyü ali siyasi kursdur. Lakin Azərbaycan bu dialoqu ölkə daxilində reallaşdırmaqla kifayətlənmir, eyni zamanda, qarşılıqlı hörmət və rəğbətə söykənən bu dəyərləri dövlətlərarası münasibətlərin əsas prinsiplərindən biri hesab edir. Dövlətlərarası müstəvidə bu, özünü müxtəlif sivilizasiyalar arasında əlaqələrin intensivləşməsində tapır. Azərbaycan dövlətinin başçısı müxtəlif xüsusiyyətlərə malik sivilizasiyalar arasında dialoq, əməkdaşlıq və tərəfdaşlığı alternativi olmayan bir istiqamət hesab edir və dünya ölkələrinin bu siyasi xəttə əməl etməsi arzuolunandır.
Vyanada keçirilən konfransın əhəmiyyətinə toxunan Əli Həsənov qeyd edib ki, bütün dinləri və sivilizasiyaları təmsil edən nümayəndələrin, dövlət və hökumət rəsmilərinin iştirak edəcəkləri tədbirdə müzakirəyə çıxarılacaq mövzular, ediləcək çağırışlar, onun təmsil etdiyi dəyərlər həm Azərbaycanın, həm Avstriyanın, həm də bütövlükdə Avropa İttifaqının kursuna tam uyğundur.
Görüş zamanı Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Avstriya-Azərbaycan münasibətlərini məhz müasir beynəlxalq münasibətlər sistemində baş verən hadisələr konteksində təhlil edərək, bu tərəfdaşlığın həm Qafqaz üçün, həm Avropa üçün nə qədər əhəmiyyətli olmasını dilə gətirməsi, eyni zamanda, bu əməkdaşlığın və tərəfdaşlığın hər iki ölkənin maraqları üçün çox əhəmiyyətli, həmçinin o qədər də perspektivli olmasını söyləməsi, əlbəttə ki, ev sahibi ölkənin icraedici orqanlarının rəhbərləri olan yüksəkvəzifəli şəxslər tərəfindən də maraqla qarşılanıb.
Prezident İlham Əliyev: Dünyada sülh, dinc birgəyaşayış, humanizm dəyərlərinin təbliği və təşviqi günümüzün vacib məsələlərindəndir
Ən nəhayət, 19 iyun 2019-cu il tarixində Avstriyanın paytaxtı Vyana şəhərinin “Hofburq” sarayında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin, KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin, Cenevrə İnsan Hüquqları və Qlobal Dialoq Mərkəzinin və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə təşkilatçılığı ilə “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda beynəlxalq konfrans baş tutub.
Vyana konfransında Avstriya və Azərbaycanın dövlət və qeyri-hökumət təşkilatları, o cümlədən dünyanın müxtəlif dini konfessiya rəhbərləri, dövlət, elm və mədəniyyət xadimləri, Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin Himayədarlar və Məşvərət şuralarının üzvləri iştirak ediblər. Beynəlxalq konfransda ümumilikdə dünyanın 30-dan çox ölkəsini təmsil edən 300-ə yaxın dövlət, ictimaiyyət, elm və din xadimlərinin, həmçinin 5 beynəlxalq və 16 qeyri-hökumət təşkilatının rəhbərlərinin, o cümlədən BMT Baş katibinin müavinləri - M.Moratinos və R.Xalikovun, Avstriya Federal Hökumətinin və parlamentinin nümayəndələrinin, habelə Avstriyada akkreditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların, dini konfessiyaların nümayəndələri təmsil olunublar. Avstriya tərəfdən Federal Hökumətin və parlamentin nümayəndələri, o cümlədən Avstriya Xarici İşlər Nazirliyinin Baş katibi - nazir müavini Yohannes Peterlik, Avstriyadakı 15 dini konfessiyanın nümayəndələri iştirak ediblər.
Azərbaycan nümayəndə heyətinin tərkibinə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin baş katibi Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə, Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov, Milli Məclisin komitə sədrləri Siyavuş Novruzov, Səməd Seyidov, Eldar İbrahimov, deputatlar Cavanşir Paşazadə, Hikmət Məmmədov, Azərbaycandakı dini konfessiyaların rəhbərləri - Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr, Bakı Dağ yəhudiləri dini icmasının başçısı Melih Yevdayev, Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi yepiskop Vladimir Fekete və Alban-Udi xristian dini icmasının başçısı Robert Mobili daxil olub.
Konfransın açılışında Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlət başçısı İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub. Azərbaycan Prezidentinin “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda Vyana Beynəlxalq Konfransının iştirakçılarına ünvanladığı məktubda deyilir: “Hörmətli konfrans iştirakçıları! Sizi - Avstriya Respublikasının Vyana şəhərində keçirilən “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda Beynəlxalq Konfransın təşkilatçılarını və iştirakçılarını səmimi qəlbdən salamlayıram.
Nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin, görkəmli elm və din xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi bu mötəbər konfrans dünyada cərəyan edən ictimai-siyasi proseslərdə və sivilizasiyalararası dialoqda dinlərin və milli mədəniyyətlərin qarşılıqlı münasibətləri kimi aktual məsələlərin müzakirəsinə həsr olunmuşdur.
Dünyada sülh, dinc birgəyaşayış, humanizm dəyərlərinin təbliği və təşviqi günümüzün vacib məsələlərindəndir. Müasir dövrün çağırışları bəşəriyyət qarşısında ciddi vəzifələr qoyur. Təsadüfi deyil ki, etnik və dini müxtəlifliyin milli sərvət kimi qorunduğu, bütün konfessiyaların azad fəaliyyəti üçün bərabər şərait yaradıldığı Azərbaycan Respublikasında multikulturalizm və tolerantlıq dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ölkəmiz müxtəlif mədəniyyətlərin ahəngdar münasibətlərinə və humanitar əməkdaşlıq ideyalarına hərtərəfli dəstək verir, bu sahədə çoxsaylı qlobal təşəbbüslər irəli sürür. Ümumdünya Mədəniyyətlərarası Dialoq və Beynəlxalq Humanitar forumlarının, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun, Dünya dini liderlərinin Zirvə görüşünün Bakıda keçirilməsi Azərbaycanın bu sahədəki fəaliyyətinin beynəlxalq birlik tərəfindən yüksək dəyərləndirildiyinin göstəricisidir. Biz müxtəlif dinlər və sivilizasiyalar arasında əməkdaşlığın genişlənməsinə, qlobal müstəvidə qarşılıqlı etimad mühitinin yaradılmasına mühüm töhfə olacaq daha bir beynəlxalq tədbirin - Dünya dini liderlərinin II Bakı Sammitinin keçirilməsi barədə qərar qəbul etmişik.
Ölkəmizin təşəbbüsü ilə keçirilən hazırkı konfransın təşkilinə Avstriya tərəfindən dəstəyi, konfransın işi üçün yaradılan şəraiti yüksək qiymətləndirirəm. Bu tədbirin birgə keçirilməsi, eyni zamanda, Azərbaycan-Avstriya əlaqələrinin, ölkələrimiz və xalqlarımız arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin bariz nümunəsidir.
İnanıram ki, xoşməramlı niyyətlərə xidmət edən Vyana Beynəlxalq Konfransı konstruktiv müzakirələr ruhunda keçəcək, bəşəri dəyərlərin təbliğinə, xalqlar arasında qarşılıqlı anlaşmaya, sivilizasiyalararası dialoqun və mədəni-mənəvi inteqrasiyanın inkişafına töhfələr verəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, konfransın işinə uğurlar diləyirəm”.
Məktubda irəli sürülən məsələlər, o cümlədən dialoqun zəruriliyinin, habelə hazırkı mürəkkəb şəraitdə dünyada sülh, dinc birgəyaşayış, humanizm dəyərlərinin təbliği və təşviqinin aktuallığının, müxtəlif dinlər və sivilizasiyalar arasında əməkdaşlığın genişlənməsinin, qlobal müstəvidə qarşılıqlı etimad mühitinin yaradılmasının vacibliyinin dilə gətirilməsi konfrans iştirakçıları tərəfindən alqışla qarşılanıb.
Onu da xatırladaq ki, Vyana konfransında Azərbaycanın sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafında rolundan və multikulturalizm dəyərlərindən bəhs edən “Bəşəri çağırış” filmi də nümayiş olunub. Eyni zamanda, konfransın keçirildiyi sarayın foyesində Azərbaycandakı tolerantlığa, ölkəmizin tarixinə və mədəniyyətinə həsr olunan kitablardan ibarət guşə təqdim edilib.
Azərbaycanın multikulturalizm modeli dinlərarası və sivilizasiyalararası əməkdaşlığın inkişafında müstəsna əhəmiyyət kəsb edir
Daha sonra QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək bildirib ki, kəskin ziddiyyətlər, terror, dini və milli zəmində ekstremizm, ksenofobiya, xristianofobiya, antisemitizm və islamofobiyanın tüğyan etdiyi, dini-mədəni dəyərlərə savaş açıldığı narahat dünyamıza Azərbaycan öz nadir təcrübəsini - multikulturalizm modelini təklif edir. Bu model Azərbaycan Prezidentinin müəllifi olduğu mədəniyyətlərarası əməkdaşlığa dair “Bakı Prosesi”, elan etdiyi “Multikulturalizm” və “İslam həmrəyliyi” illəri çərçivəsində ölkəmizdə və xaricdə mütəmadi keçirilən qlobal forum və tədbirlərdə təbliğ və təşviq olunur. Eyni zamanda, Azərbaycanda 2017-ci ildə dövlət başçısının tövsiyəsi ilə Qafqaz Müsəlmanları İdarəsi nəzdində yaradılmış Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzi artıq İspaniya və Almaniyada uğurlu beynəlxalq konfranslar təşkil edib. Vyanada təşkil edilən konfrans da bu qəbildən olan növbəti nüfuzlu tədbirdir.
Şühəsiz ki, A.Paşazadənin bütün görüşlərdə və toplantılardakı nitqlərində insanları dialoqa və sülhə çağırması, eyni zamanda, Azərbaycanın sülh istəyini dilə gətirməsi və bu kontekstdə mütləq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin də sülh yolu ilə həll olunmasının vacibliyini söyləməsi, həm Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından əhəmiyyətli olub, həm də bu sivilizasiyaların tərəfdaşlığı və əməkdaşlığı kontekstində qlobal çağırış kimi dəyərləndirilib. QMİ sədri “həqiqətən də, bəşəriyyət sülh istəyirsə, mütləq ədalətə söykənməlidir” tezisini irəli sürür və Şeyxülislamın bu çağırışları olduqca çox səmimi qəbul edilir. Doğrudan da, bütün səmavi dinlərin, digər geniş yayılmış dinlərin hamısının pərvəriş tapmasında humanizm və ədalət faktorlarının önə çəkilməsi onların bu günə qədər yaşamasını təmin edib. Məhz hazırkı mürəkkəb şəraitdə sülhün bərqərar olması üçün bu məsələlərdə yenə də ədalət və humanizmə söykənilməsinin aktuallaşdırılması hazırkı qlobal müstəvidə yeni çağırış kimi qəbul edilə bilər.
Azərbaycan dinlərarası, konfessiyalararası həmrəyliyin, milli birliyin, mənəvi vəhdətin, dini-mədəni müxtəlifliyin nadir nümunəsidir
Şeyxülislam bildirib ki, milli və bəşəri dəyərlərə, multikultural ənənələrə hər zaman böyük önəm verən Azərbaycan bu gün dünyanın mənəvi dəyərlər mərkəzi olaraq tanınır. Multikulturalizm ölkəmizdə dövlət siyasəti səviyyəsində həyata keçirilir və bu müdrik siyasətin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasəti yüksək səviyyədə davam və inkişaf etdirən Prezident İlham Əliyevin fəaliyyəti sayəsində bu gün Azərbaycan dinlərarası, konfessiyalararası, həmçinin məzhəblərarası həmrəyliyin, milli birliyin, mənəvi vəhdətin, dini-mədəni müxtəlifliyin nadir nümunəsidir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dünya miqyasında mədəni sahədə çox uğurlu fəaliyyəti, milli-mənəvi irsimizi ən yüksək səviyyədə təbliği ilə yanaşı, ümumbəşəri dəyərlərə diqqət və qayğısı Azərbaycanın bu istiqamətdə söz sahibinə çevrilməsində mühüm rola malikdir.
Şeyxülislam A.Paşazadə çıxışında deyib ki, Azərbaycan uzun illər davam edən, regionda və dünyada sülhə təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranmış problemin ərazi bütövlüyümüz çərçivəsində həllini istəyir, Ermənistan tərəfindən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə əməl olunmasını tələb edir və ATƏT-in Minsk qrupunun sülhyaratma missiyasından real nəticə gözləyir.
Allahşükür Paşazadə vurğulayıb ki, bu ilin payızında dünya dini liderlərinin Bakıda keçiriləcək II Sammiti Azərbaycan dövlətinin sivilizasiyalararası dialoqun inkişafına, qlobal müstəvidə insan hüquqlarının təmini və qarşılıqlı etimad mühitinin yaradılması işinə daha bir dəyərli töhfəsi olacaq.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında bildirib ki, hazırda dünya miqyasında dini ayrı-seçkiliyin gücləndiyi, bəzən dini zəmində qarşıdurmaya bilərəkdən rəvac verildiyi dövrdə yaşayırıq. Bu səbəbdən dini dözümlülüyün, tolerantlığın hakim mövqe tutması, dinlərarası əməkdaşlıq və bəşəri həmrəylik mühüm əhəmiyyət daşıyır.
Komitə sədri deyib ki, Azərbaycanın dövlət-din münasibətlərində uğurlarının səbəbi isə dinlə bağlı siyasətin sağlam və düzgün istiqamətdə qurulmasıdır. Ümummilli Lider Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycanda bu münasibətlərin beynəlxalq hüququn normaları müstəvisində tənzimlənməsi, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanması üçün hüquqi baza yaradılıb. Azərbaycanda dövlət-din münasibətləri modeli Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun olaraq daha da təkmilləşdirilib.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə çıxışında müasir dünyada radikalizmin bütün növlərinə qarşı mübarizənin vacibliyini qeyd edərək, eyni zamanda, dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına da diqqət göstərilməsinin əhəmiyyətini qeyd edib. O, bu dialoqun inkişaf etdirilməsində konkret ideyaların müəyyənləşdirilməsini mühüm addım hesab edərək, xoş mərama söykənməli olan bu ideyaların geniş ictimaiyyət arasında təbliğinə xüsusi diqqət ayrılmalı olduğunu vurğulayıb.
BMT Baş katibinin müavini Prezident İlham Əliyevin təşəbbüslərini “uzaqgörən siyasətin nəticəsi” adlandırıb
KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibi Feysəl bin Muammar rəhbərlik etdiyi qurumun Vyana konfransının həmtəşkilatçısı olmasından məmnunluq duyduğunu bildirib. O, Şeyxülislam Allahşükür Paşazadənin dinlərarası və sivilizasiyalararası əməkdaşlığın inkişafında xidmətlərini xüsusi qeyd edib. Baş katib müasir dövrdə qeyri-tolerantlıq və ksenofobiyanın dünyada radikalizm, dini və etnik icmalara, qaçqınlara, cəmiyyətin müxtəlif təbəqələrinə qarşı mənfi yanaşmalara yol açdığını bildirib və buna görə də dini rəhbərləri münaqişələrin nizamlanması, cəmiyyətdə ekstremizm hallarının artmasına qarşı vahid strategiya və mexanizmlərin hazırlanmasında birgə fəaliyyətə çağırıb.
Cenevrə İnsan Hüquqları və Qlobal Dialoq Mərkəzinin icraçı direktoru İdris Cəzairi çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli-dini tolerantlıq və multikultural ənənələrin qorunması sahəsində qlobal əhəmiyyətli təşəbbüslərini qeyd edib və Vyana konfransını dünyanın qlobal proseslərinə Azərbaycanın özəl və dəyərli töhfəsi kimi qiymətləndirib.
Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin dini işlər üzrə müşaviri Əli Əbdürrəhman əl-Haşim tolerantlığı bütün insanlar arasında əmin-amanlıq yaratmağa aparan yol kimi dəyərləndirib. O, Birləşmiş Ərəb Əmirlikləri dövlətində dinlər arasında tolerantlıq üzrə nazirlik yaratdıqlarını vurğulayıb.
Misirin dini işlər üzrə parlament komitəsinin sədri Usama əl-Abd dinlərarası əməkdaşlığın real nəticələr verdiyini və Azərbaycanın dünyada multikulturalizm ideyalarının təşviqində rolunun, töhfələrinin əhəmiyyətini vurğulayıb.
BMT Baş katibinin müavini Raşid Xalikov müasir dövrdə bəşəriyyətin dinlərarası və mədəniyyətlərarası dialoqa daha güclü ehtiyac duyduğunu, sülh, dinc birgəyaşayış və ədalət kimi bəşəri dəyərlərin cəmiyyətdə daha geniş təbliğ edilməli olduğunu bildirib. Qeyd edilib ki, hazırda dünyada yardıma ehtiyacı olan insanların sayı durmadan artır, BMT və digər beynəlxalq təşkilatlar dünyanın müxtəlif regionlarında qaçqın və yoxsul əhali təbəqələrinə yardımlar edir. Bu da, öz növbəsində, tolerant və səxavətli yanaşma, yardımlaşma istəyi, dinlər və mədəniyyətlər arasında dialoqun daha da gücləndirilməsini tələb edir.
BMT Baş katibinin müavini, təşkilatın Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Angel Moratinos müasir dünyada sivilizasiyalararası dialoqun əhəmiyyətindən danışıb. O, Prezident İlham Əliyevin 2016-cı ili ölkədə “Multikulturalizm İli” və 2017-ci ili isə “İslam Həmrəyliyi İli” elan etməsinin Azərbaycan dövlətinin bu sahədə nə qədər uzaqgörən siyasət yürütdüyünün və dünyada öncül mövqedə dayandığının göstəricisi olduğunu vurğulayıb.
Ermənistan etnik təmizləmə və işğalçılıq siyasətindən hələ də əl çəkməyib
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə çıxışında bildirib ki, çağdaş dünya bəşəri dəyər kimi tolerantlıq prinsiplərini hamının qəbul etməsi və bütün cəmiyyətlərdə bərqərar olunması istiqamətində XXI əsrə qədər xeyli yol keçib. Ən azı ona görə ki, bu gün dünyada heç bir dövlət beynəlxalq müstəvidə qəbul olunmuş tolerantlıq prinsiplərindən rəsmi şəkildə imtina etmir. Amma təbii ki, arxa planda bu prinsiplərə əməl etməyən dövlətlər və cəmiyyətlər də var. Məsələn, Ermənistan insan hüquqları və onun tərkib hissəsi kimi tolerantlıqla bağlı konvensiyalara qoşulmasına baxmayaraq, etnik təmizləmə və işğalçılıq siyasətindən hələ də əl çəkməyib. Əksinə, dünyanın gözü qarşısında və beynəlxalq təşkilatların mövqeyinə zidd olaraq Ermənistan monoetnik dövlətə çevrilib.
Konstantinopol Patriarxlığının Ekzarxı, KAICIID Direktorlar Şurasının üzvü Emmanuel Adamakis çıxışında dünyanın mövcud problemlərinin həllində qarşılıqlı anlaşma və dialoqun önəmini diqqətə çatdırıb. O qeyd edib ki, dialoq dünyada əmin-amanlığa aparan alternativsiz yoldur və bu yolda müxtəlif sivilizasiyalar həmrəylik göstərməlidirlər.
Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin xüsusi nümayəndəsi Filaret dinlərarası dialoq çərçivəsində insan haqları mövzusuna xüsusi diqqət ayrılmasına çağırıb. O deyib ki, hazırda bir sıra, istər münaqişə, istərsə də qeyri-münaqişə ölkələrində insanlar qaçqına çevrilir, ayrı-seçkiliyə məruz qalır və ya normal yaşayış üçün tələb olan şərtlərlə təmin olunmur. Bu da, öz növbəsində, həmin qrup insanların haqlarını qorumaq üçün beynəlxalq həmrəyliyin gücləndirilməsini tələb edir.
Azərbaycanın xarici işlər nazirinin müavini Ramiz Həsənov silahlı münaqişələr nəticəsində dünyada milyonlarla insanın öz doğma torpaqlarından didərgin düşdüyünü, Azərbaycanın da bu tale ilə üzləşdiyini qeyd edib. Münaqişələr nəticəsində maddi-mədəni, tarixi və dini abidələr məhv edilir, ən əsası isə insan talelərinə ağır zərbə vurulur. Bildirilib ki, ayrı-seçkiliyin güclənməsi dünyada qarşıdurma və münaqişələrin sayının artmasına apara bilər. Bu məsələdə mətbuatın da üzərinə məsuliyyət düşdüyünü qeyd edən R.Həsənov bir sıra mətbu orqanların jurnalistika prinsiplərinə zidd olaraq səhv xəbərlər, müxtəlif stereotiplərə söykənən saxta məlumatlar yaydığını və bu yolla problemlərin nizamlanmasına deyil, daha da qızışmasına cəhd etdiklərini, cəmiyyətdə dözümsüzlük toxumları səpdiyini diqqətə çatdırıb. Nazir müavini bildirib ki, buna görə də bəşəri həmrəyliyə nail olmaq üçün dini icmalar öz səylərini artırmalıdırlar.
Konfransda müxtəlif dini icmaların liderlərinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmələri böyük uğurdur
Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov bildirib ki, Azərbaycan çoxmillətli və çoxdinli bir dövlətdir və dini münasibətlərini multikulturalizm siyasəti çərçivəsində nizamlayır. Bu da cəmiyyətdəki etnik, dini və mədəni fərqliliklərin nizamlanması üçün ən səmərəli siyasi modeldir. Azərbaycanda əhalinin 96 faizi müsəlmanlardan ibarət olmasına baxmayaraq, burada bütün dinlər üçün yüksək şərait yaradılıb və məbədlər fəaliyyət göstərir. Qeyd edilib ki, Azərbaycan Konstitusiyasının 18-ci maddəsində “Bütün dinlər qanun qarşısında bərabərdir” prinsipi əksini tapır və bu prinsip dövlətin dinlərlə bağlı siyasi kursunu təşkil edir. Məhz buna görə də Azərbaycanda həm müsəlman təriqətləri arasında, həm də digər dini icmalarla münasibətdə heç bir ayrı-seçkilik və qarşıdurma halına rast gəlinmir, bütün dinlərin təmsilçiləri dinc və birgə yaşayırlar.
Prezident Administrasiyasının rəsmisi Etibar Nəcəfovun və Milli Məclisin komitə sədri Səməd Seyidovun moderatorluğu ilə davam edən konfransda digər çıxış edənlər dini tolerantlığın gücləndirilməsi ilə yanaşı, dünyada yoxsulluğa qarşı mübarizə, dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafı üçün yeni strategiyaların hazırlanması, gənc nəslin təhsilli və gələcəyə inamlı yetişməsi istiqamətində fəaliyyətin gücləndirilməsini vacib hesab ediblər.
Qeyd olunduğu kimi, konfransın ayrı-ayrı iclaslarında müxtəlif dini liderlər və dövlət xadimləri ilə yanaşı, Azərbaycan nümayəndə heyətinə daxil olan Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov və Milli Məclisin üzvü, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidovun konfransın ayrı-ayrı iclaslarına moderatorluq etməsi xüsusi yadda qalan hadisələrdən olub. Ona görə ki, həmin toplantılarda müzakirə olunan məsələlərin yekun bəyannamədə öz əksini tapması baxımından mühüm əhəmiyyət daşıyır. Ən azı ona görə ki, konfransın idarə olunmasının nəticəsi olaraq bəyannamədə görmək istədiyimiz ifadələrin yer alması, səsvermə nəticəsində KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi, təşkilatın İdarə Heyəti və konfrans iştirakçıları tərəfindən həmin müddəaların qəbul edilməsi Azərbaycanın dövlət maraqları baxımından mühüm hadisə hesab olunur.
Belə ki, konfransda bir çox xristian və yəhudi dini icmalarının liderləri və nümayəndələri, Yaponiya və Hindistandan gələn təmsilçilər, eyni zamanda, Yaxın Şərqin xristian icmalarını təmsil edən din xadimləri iştirak edirdilər. Onların Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmələrini, işğalın pislənməsi faktlarının öz əksini tapdığı bəyannaməni qəbul etmələrini böyük uğur hesab etmək olar. Çünki Azərbaycanın maraqlarına cavab verən “dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörmət etmək prinsiplərinə tam uyğun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunması” ifadələrinin əks olunduğu bəyannamənin səsə qoyulması və bu zaman ciddi etirazların olmaması böyük diplomatik məharət tələb edirdi. Moderator Səməd Seyidovun bu işin öhdəsindən çox böyük ustalıqla gəlməsini xüsusi qeyd etmək lazımdır.
QMİ sədrinin təşəbbüsü ilə konfransda ədalətin və sülhün bərqərar olması üçün müxtəlif dillərdə dualar səsləndirildi
Konfransda “Sivilizasiyalararası və dinlərarası əməkdaşlığın bəşəri həmrəyliyə doğru inkişafı dünyada sülhün bərqərar olmasına xidmət edir”, “Terrorizm, ekstremizm, separatizm və ksenofobiya dinlərarası əməkdaşlığa təhdid kimi”, “Gənclərin maarifləndirilməsində, mədəni və mənəvi irsin qorunmasında sivilizasiyalararası və dinlərarası əməkdaşlığın rolu”, “İnsan hüquqları sahəsində, qadın və uşaq haqlarının qorunmasında din, dövlət, elm və ictimaiyyət xadimlərinin birgə fəaliyyətinin vacibliyi” mövzularında çıxışlar dinlənilib, müzakirələr aparılıb.
Konfrans iştirakçıları müasir dövrdə Avstriyanın və Azərbaycanın multikulturalizm ənənələrinə, dinlərarası və sivilizasiyalararası əməkdaşlıq ideyalarına verdikləri töhfələri xüsusi vurğulayaraq, dünyada baş verən terrorizm, ekstremizm, dini radikalizm, o cümlədən ksenofobiya, antisemitizm, islamofobiya, habelə dinin siyasi məqsədlərlə istismarı təzahürlərinə qarşı dünya ictimaiyyətini, dövlət, elm və din xadimlərini birgə əməkdaşlığa çağırıblar. Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi və Cenevrə İnsan Hüquqları və Qlobal Dialoq Mərkəzi ilə birgə təşkil etdiyi Vyana konfransının beynəlxalq müstəvidə müsbət nümunə olduğu tədbir iştirakçıları tərəfindən qeyd edilib.
Ən maraqlı hadisələrdən biri konfransın sonunda Şeyxülislam A.Paşazadənin dünyada sülhün, ədalətin bərqərar olması üçün konfrans iştirakçılarına hər birinin öz dinlərinin qaydalarına uyğun olaraq öz dillərində dua etmək çağırışı olub. Bu çağırışa cavab olaraq bir anda böyük konfrans salonunda ədalətin və sülhün bərqərar olması üçün müxtəlif dillərdə və müxtəlif dinlərin rituallarına uyğun olaraq dualar səsləndirilib. Doğrudan da, müxtəlif dinlərin rituallarının bir salonda yerinə yetirilməsi kimi bu nadir hadisənin təşəbbüskarının Azərbaycanın ali dini lideri olması Azərbaycandan gedən nümayəndə heyətinin hər bir üzvündə qürur hissi doğurub. Bu cür çağırışların birmənalı şəkildə qəbul edilməsi onu göstərir ki, dövlət başçısı möhtərəm İlham Əliyevin birbaşa təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan dövlətinin həyata keçirdiyi dinlərarası dialoq, həmçinin multikulturalizm siyasəti, Onun ədalətə, haqqa söykənən daxili və xarici siyasəti dünya ölkələri tərəfindən dəstəklənir, həmin xarici ölkələrin dini liderləri və dövlət xadimləri tərəfindən səmimiyyətlə qəbul edilir.
Bütün dünyanı dinlərarası və sivilizasiyalararası əməkdaşlığa çağıran Vyana Bəyannaməsi qəbul edildi
Sonda beynəlxalq konfransda yekun sənəd - Vyana Bəyannaməsi qəbul edilib. Bütün dünya ölkələrini dinlərarası və sivilizasiyalararası əməkdaşlığa çağıran sənəddə qeyd olunur ki, müasir dünyada humanist ideyaların təşviqi və multikultural həyat tərzinin təbliği baxımından önəm kəsb edən belə forumların davamlı keçirilməsi olduqca aktual və zəruridir. Bəyannamədə qarşılıqlı etimad və anlaşma mühitində mədəni müxtəlifliyin, sivilizasiyalararası və dinlərarası əməkdaşlığın təşviq edilməsinin sülhə, təhlükəsizliyə və bəşəri həmrəyliyə töhfə olduğu və bu istiqamətdə səylərin artırılmasının vacibliyi qeyd olunur.
Həmçinin dünyada terrorizmin geniş miqyasda yayılması, ayrı-seçkiliyin, ksenofobiyanın, rasizmin, eləcə də dini və etnik zəmində dözümsüzlüyün artması, terrorçu və ekstremist qruplaşmalar tərəfindən dinin istismar olunması, mədəni, dini və tarixi irsin dağıdılması, qaçqınların, məcburi köçkünlərin və miqrantların humanitar fəlakət həddinə çatmış kütləvi axını nəticəsində dünyada sülhün, qlobal dialoqun və bəşəri həmrəyliyin bərqərar olmaması ilə bağlı dərin narahatlıq ifadə edilir.
Sənəddə davamlı tərəqqiyə, sabitlik və təhlükəsizliyə əsas maneə olan silahlı münaqişələrə, aqressiv təbliğatlara, dinlərarası və məzhəblərarası ixtilafların qızışdırılması hallarına qarşı beynəlxalq birlik tərəfindən səylərin gücləndirilməsinin zəruriliyi vurğulanır.
Daha sonra terrorizmin və insaniyyətə qarşı cinayətlərin din ilə bağlanması, ayrı-seçkiliyə əsaslanan rasizmin, habelə təhqiramiz olan ksenofobiyanın, antisemitizmin, xristianofobiyanın və islamofobiyanın qarşısının alınması üçün təsirli tədbirlər görməyə çağırış edilir.
Bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunaraq Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına, xüsusilə dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət etməyə, dünyanın bir çox bölgələrində, o cümlədən Yaxın Şərqdə davam edən münaqişələrin, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına töhfə verməyə çağırış edilir.
Konfransa Avstriya mediası və Mərkəzi Avropa ölkələrinin aparıcı mətbuat orqanları geniş diqqət yetirib 
Avropanın aparıcı dövləti olan və müxtəlif mədəniyyətlərin, dinlərin təmsil olunduğu Avstriyada keçirilən beynəlxalq konfransa ölkə mediası geniş diqqət yetirib. Belə ki, Avstriya Mətbuat Agentliyi (APA) iyunun 19-da Vyanada keçirilmiş “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda konfransla bağlı məqalə yayıb.
“Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda konfrans Mərkəzi Avropa ölkələrinin aparıcı mətbuat orqanlarının da diqqət mərkəzində olub. Belə ki, Avstriya, Almaniya və İsveçrənin aparıcı mətbu orqanları və internet portalları dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğinə həsr olunmuş bu mühüm tədbiri geniş işıqlandırıblar. Avstriyanın “Die Presse” və “Der Standard” gündəlik qəzetləri, Almaniyanın “Der Tagesspiegel” və “Focus online” portalları, www.pr-board.de, www.finanzen.net saytları, İsveçrənin www.presseportal.ch saytı Vyana Beynəlxalq Konfransının gedişatı, əhəmiyyəti və qəbul olunmuş Yekun Bəyannamənin mahiyyəti barədə məqalələr dərc ediblər.
Məqalələrdə konfransın Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin, KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin, Cenevrə İnsan Hüquqları və Qlobal Dialoq Mərkəzinin və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutduğu qeyd edilib. Bildirilib ki, nüfuzlu beynəlxalq konfransda Avstriya və dünyanın 30-dan çox ölkəsindən hökumət, parlament üzvləri, beynəlxalq qurumların, qeyri-hökumət təşkilatlarının, iqtisadi dairələrin, dini konfessiyaların təmsilçiləri, eləcə də Vyanada akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin baş katibi Şeyxülislam Allahşükür Paşazadənin və Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun rəhbərlik etdikləri Azərbaycan nümayəndə heyətinin tərkibində hökumət və parlament təmsilçiləri, elm və din xadimləri yer alıblar.
Həmçinin qeyd edilib ki, beynəlxalq konfransın təşkili multikulturalizm modelinin təbliğinin bəşəri önəminə diqqət çəkmək, dinlərarası və sivilizasiyalararası dialoq və əməkdaşlığın inkişaf etdirilməsinin müasir dünyanı narahat edən problemlərin aradan qaldırılmasında əhəmiyyətini vurğulamaq məqsədi daşıyır. Avropanın aparıcı dövləti olan və müxtəlif mədəniyyətlərin, dinlərin təmsil olunduğu Avstriyada keçirilən beynəlxalq konfrans qlobal əhəmiyyət kəsb edən bu mövzuya dünya ictimaiyyətinin diqqətini daha da artırmaq, sülhü və əmin-amanlığı təhdid edən amillərə, xüsusilə dinlərarası ixtilaflara qarşı müxtəlif mədəniyyətlərin, sivilizasiyaların və dinlərin nümayəndələrinin birgə mövqeyini nümayiş etdirmək məramına xidmət edir. 
Diqqətə çatdırılıb ki, tədbirdə həmçinin BMT Baş katibinin müavinləri Migel Angel Moratinos və Rəşid Xalikov çıxış ediblər. Şeyxülislam Allahşükür Paşazadə çıxışında Azərbaycanda milli və bəşəri dəyərlərə, multikulturalizm ənənələrinə böyük önəm verildiyini, müxtəlif mədəniyyətlər və dinlər arasında əməkdaşlığın dövlət səviyyəsində dəstəkləndiyini bildirib. O, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş ərazilərimizdə tarixi, mədəni və dini abidələrin məhv edildiyini diqqətə çatdıraraq, münaqişənin beynəlxalq hüququn normaları əsasında sülh yolu ilə həllinin vacibliyini, BMT-nin məlum qətnamələrinin yerinə yetirilməsinin və ATƏT-in Minsk qrupunun öz səylərini artırmasının zəruriliyini vurğulayıb.
Azərbaycan dinlərarası və sivilizasiyalararası əməkdaşlıq sahəsində aparıcı mövqeyini möhkəmləndirir
Göründüyü kimi, Prezident İlham Əliyevin Şərq və Qərb sivilizasiyalarını dialoq platforması ilə daha da yaxınlaşdırmaq təşəbbüsü real nəticələrini verir. İstər Avropada, istərsə də Şərq ölkələrində keçirilən dinlərarası və mədəniyyətlərarası dialoqa həsr olunmuş tədbirlərdə ölkəmizin təşəbbüskar və təşkilatçı kimi çıxış etməsi dünyada mövcud olan dinlərarası və sivilizasiyalararası ziddiyyətlərin həllində Azərbaycanın mühüm rol oynadığını bir daha göstərir. Təbii olaraq Azərbaycanın dinlərarası və sivilizasiyalararası əməkdaşlıq sahəsində təqdim etdiyi platforma da ciddi uğurların əldə olunmasını şərtləndirir. Bu baxımdan ölkəmizdə mövcud olan və bütün dünyaya örnək olaraq göstərilən müxtəlif dinlərə, məzhəblərə mənsub xalqlar arasında dostluq və birgəyaşayış modelinin dünyaya təbliği istiqamətində aparılan fəaliyyət sayəsində Azərbaycan dinlərarası və sivilizasiyalararası əməkdaşlıq sahəsində aparıcı mövqeyini daha da möhkəmləndirir.
Bu baxımdan Avstriyanın paytaxtı Vyanada baş tutan “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda konfransın təşkili də Prezident İlham Əliyevin irəli sürdüyü Azərbaycanın multikulturalizm modelinin təbliğinin bəşəri önəminə diqqət çəkmək, dinlərarası və sivilizasiyalararası dialoq və əməkdaşlığın inkişaf etdirilməsinin müasir dünyanı narahat edən problemlərin aradan qaldırılmasında müstəsna əhəmiyyətini vurğulamaq məqsədi daşıyır. Avropanın aparıcı dövləti olan və müxtəlif mədəniyyətlərin, dinlərin təmsil olunduğu Avstriyada keçirilən beynəlxalq konfrans mühüm, qlobal əhəmiyyət kəsb edən bu mövzuya dünya ictimaiyyətinin diqqətini daha da artırmaq, sülhü və əmin-amanlığı təhdid edən amillərə, xüsusilə dinlərarası ixtilaflara qarşı müxtəlif mədəniyyətlərin, sivilizasiyaların və dinlərin nümayəndələrinin birgə mövqeyini nümayiş etdirmək məramına xidmət edir.
Beləliklə, Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin bu mühüm əhəmiyyətli tədbirinin təşəbbüskarı yenə Azərbaycan oldu və Avstriya hökumətinin dəstəyi ilə belə bir mötəbər konfransın baş tutmasını həm Azərbaycan-Avstriya ikitərəfli münasibətləri, həm də ümumavropa, ümumbəşəri sivilizasiyalararası dialoq kontekstində olduqca yüksək qiymətləndirmək olar. Çünki Avropanın mərkəzində yerləşən Avstriya mühafizəkar-mərkəzçi siyasətə malikdir, bu siyasətlə də dəyərlərin identifikasiyası, uzlaşdırılması, təmin olunması kimi məsələlərin müzakirə olunmasını, şübhəsiz ki, Avropa ölkələrinə mesaj kimi qiymətləndirmək olar.
Son olaraq birmənalı şəkildə demək olar ki, ölkəmizdə sivilizasiyalararası və dinlərarası dialoqun mövcud vəziyyətini və Azərbaycanın milli maraqlarını əsas götürərək Azərbaycan Prezidentinin apardığı multikultural və sülhpərvər siyasət növbəti dəfə öz bəhrəsini verib. Tədbirin yüksək səviyyədə baş tutması, QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin və nümayəndə heyətinin digər üzvlərinin çıxışları və tədbirin sonunda qəbul edilən Vyana Bəyannaməsi olduqca mühüm əhəmiyyət daşıyır. Vyana Bəyannaməsində bütün dinlərin fəlsəfəsində olan humanizm, tərəfdaşlıq, birlik, əməkdaşlıq kimi məsələlərin müzakirəsi, ədalət anlayışının sivilizasiyalararası və dinlərarası dialoq müstəvisində yenidən dilə gətirilməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin xatırlanması, bu münaqişənin ədalətli şəkildə və beynəlxalq hüquq çərçivəsində həllinin vacibliyinin QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə tərəfindən diqqətə çatdırılması və Vyana Bəyannaməsində öz əksini tapması bu beynəlxalq konfransda Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlərdir.
HİKMƏT BABAOĞLU
Bakı-Vyana-Bakı

 
  • Oxunub:  8580  |  
  • Tarix:  05-07-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan yüksək infrastruktur təminatına malik ölkəyə çevrilib

29 Yanvar 17:49
İstanbulda keçiriləcək Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə ölkəmiz də qatılacaq
29 Yanvar 17:46
Bakı limanı koronavirusla əlaqədar sanitar nəzarəti gücləndirib
29 Yanvar 17:40
Deputatlığa namizəd Ziyafət Əsgərovun seçicilərlə növbəti görüşü keçirilib
29 Yanvar 17:29
Sevinc Fətəliyeva: Medianın cəmiyyətin və dövlətin inkişafında rolu böyükdür
29 Yanvar 17:24
Tibbi ərazi bölmələri təsdiq edilib
29 Yanvar 17:16
YAP xalqın böyük etimadı ilə parlament seçkilərində növbəti dəfə inamlı qələbə qazanacaq
29 Yanvar 16:55
MSK-nın iclasında parlament seçkilərində “exit poll” keçirmək istəyən təşkilatların müraciətlərinə baxılıb
29 Yanvar 16:52
"Milli Məclisə seçkilərdə 292 namizəd mübarizəni dayandırıb"
29 Yanvar 16:43
Əli Əhmədov: AŞPA-nın qərar qəbuletmə mexanizmində anti-Azərbaycan alqoritmi var
29 Yanvar 16:37
Çinin “Huawei” şirkəti AZƏRTAC-la əməkdaşlığı genişləndirməkdə maraqlıdır
29 Yanvar 16:26
Sahibə Qafarova: Azərbaycan demokratik yolla öz inkişaf məqsədlərinə sadiqdir
29 Yanvar 15:55
Naqif Həmzəyev: Davos Forumu Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim edir
29 Yanvar 15:31
Serj Sarkisyan barədə cinayət işinin materialları məhkəməyə göndərilib
29 Yanvar 15:24
Alman-Azərbaycan Xarici Ticarət Palatası ilə KOB sahəsində əməkdaşlıq müzakirə olunub
29 Yanvar 14:57
Əməkdar artist Timur Əsgərov Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının səhnəsində
29 Yanvar 14:45
Treninqlər seçki proseduru barədə məlumatlandırılma baxımından önəmlidir
29 Yanvar 14:37
Bakı Ali Neft Məktəbi akademik Xoşbəxt Yusifzadə adına təqaüd təsis edib
29 Yanvar 14:34
Polis orqanları seçkilər zamanı asayişin təmin edilməsində mühüm rol oynayırlar
29 Yanvar 14:27
Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü keçirilir
29 Yanvar 14:25
“Bloomberg”in saytında dərc edilmiş məqalədə Azərbaycana münasibətdə ikili standartlar qeyd olunub
29 Yanvar 14:00
2050-ci ilədək qlobal elektrik enerjisi istehsalının 25 faizini günəş enerjisi təmin edə bilər
29 Yanvar 13:50
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzov Şahbuz şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb
29 Yanvar 13:45
"Azərbaycanın seçki qanunvericiliyi beynəlxalq hüququn prinsiplərinə uyğun hazırlanıb"
29 Yanvar 13:02
Nərimanov birinci seçki dairəsi dairə seçki komissiyasında maarifləndirici treninqlər davam edir
29 Yanvar 12:50
Ümumi təhsil məktəblərində qış tətili ekskursiyaları təşkil olunur
29 Yanvar 12:48
Heydər Əliyev adına NEZ-də aparılan modernləşdirmə işlərinin gedişi müzakirə olunub
29 Yanvar 12:46
Fransalı yazıçı: Azərbaycan xalqının qəhrəmanlıq salnaməsindən bütün dünya xəbərdar olmalıdır
29 Yanvar 12:42
Moskvada XI Beynəlxalq Mstislav Rostropoviç festivalı keçiriləcək
29 Yanvar 12:19
Məntəqələrdə hərəkət məhdudiyyətli seçicilər üçün xüsusi panduslar quraşdırılacaq
29 Yanvar 12:12
“Qoca və Mələk” növbəti dəfə repertuara salınıb
29 Yanvar 11:58
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Divanlı, Qaradağlı, Güloğlular, Gərənə kəndlərinin seçiciləri ilə görüşüb
29 Yanvar 11:31
Əbu Dabidə İSESKO-nun İcraiyyə Şurasının 40-cı sessiyası işə başlayıb
29 Yanvar 11:20
Sabah seçki bülletenlərinin hazırlanması müddəti başa çatır
29 Yanvar 11:17
Konstantin Kosaçev: "Əminəm ki, seçkilər beynəlxalq norma və qaydalara uyğun keçiriləcək"
29 Yanvar 11:09
YAP-ın 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə deputatlığa namizədi Ceyhun Məmmədov Sabunçu və Nərimanov rayonlarında məskunlaşan məcburi köçkünlərlə görüşüb
29 Yanvar 10:50
ATƏT DTİHB seçki prosesinin bütün aspektlərini izləyəcək
29 Yanvar 10:40
Babək Rayon Baytarlıq İdarəsinin yeni binası istifadəyə verilib
29 Yanvar 10:39
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə kursant qəbulu qaydaları
29 Yanvar 10:30
AŞPA-da “20 Yanvar” faciəsinin 30-cu ildönümünə həsr edilmiş konfrans keçirilib
29 Yanvar 10:25
Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
29 Yanvar 10:20
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 22 dəfə pozub
29 Yanvar 09:46
Beynəlxalq aləmdə Azərbaycan multikulturalizm siyasətinin təbliğatı uğurla davam etdirilir
29 Yanvar 09:42
“Sevinirəm ki, Azərbaycanda fəaliyyət göstərmək xoşbəxtliyini yaşadım”
29 Yanvar 09:33
Azərbaycan yüksək infrastruktur təminatına malik ölkəyə çevrilib
28 Yanvar 17:59
Xırdalanın Heydər Əliyev prospekti yenidən qurulur
28 Yanvar 17:58
Deputatlığa namizəd Cavid Osmanov növbəti görüşünü Ağdaş şəhər seçiciləri ilə keçirib
28 Yanvar 17:56
Deputatlığa namizəd Məlahət İbrahimqızı seçicilərlə növbəti görüşlərini keçirib (VİDEO)
28 Yanvar 17:52
Deputatlığa namizəd Kamilə Əliyeva Balakən rayonun Kortala kəndində seçicilərlə görüş keçirdi
28 Yanvar 17:51
Deputatlığa namizəd Nizami Cəfərov Ağstafa rayonu Qırılı kəndində seçicilərlə görüşüb
28 Yanvar 17:49
Konstitusiya Məhkəməsi Aparatının ötənilki fəaliyyətinin yekunlarına dair hesabat iclası keçirilib
28 Yanvar 17:46
Ombudsmanın Şəki və Gəncə regional mərkəzləri tərəfindən seçki hüququ ilə əlaqədar tədbir keçirilib
28 Yanvar 17:34
İcbari tibbi sığorta tədbiq olunan 23 rayonun tibb müəssisələri üzrə 265 min 335 müraciət qeydə alınıb
28 Yanvar 17:14
Mədəniyyət naziri BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi ilə görüşüb
28 Yanvar 17:08
Azərbaycan ilə Qətərin prokurorluq orqanları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
28 Yanvar 17:06
Qoşunların yeni tədris dövrünə hazırlığının yoxlanılması davam edir
28 Yanvar 16:58
Gözde Dizdar: "Azərbaycanda demokratik seçkilərin keçirilməsi istiqamətində ciddi addımlar atılıb"
28 Yanvar 16:46
Azərbaycanla Türkiyənin maliyyə bazarlarına qarşılıqlı investisiya yatırımları müzakirə olunub
28 Yanvar 16:29
“ASAN xidmət” mərkəzlərinə gün ərzində 2390 nəfər ilk dəfə müraciət edir
28 Yanvar 16:24
Nazirlər Kabinetində koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsinə dair məsələlər müzakirə edilib
28 Yanvar 15:33
Gözdən əlil seçicilərin səs verməsi üçün Brayl əlifbası ilə bülletenlər çap olunacaq
28 Yanvar 15:13
Gəncə xanımları Pərvin Kərimzadəni dəstəkləyirlər
28 Yanvar 14:59
Yasamalda “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
28 Yanvar 14:40
“Azərenerji” ilə Yaponiyanın “TEPSCO” şirkətinin əməkdaşlığının mövcud vəziyyəti müzakirə edilib
28 Yanvar 14:35
Müdafiə Nazirliyinin hərbi liseylərinə kursant qəbulunun qaydaları açıqlanıb
28 Yanvar 14:31
“Exit-poll” keçirmək istəyən təşkilatların akkreditasiyası üçün müddət sabah başa çatır
28 Yanvar 14:19
Vətəndaşlar əmin ola bilərlər ki, biz onları parlamentdə şərəflə təmsil edəcəyik
28 Yanvar 14:16
Deputatlığa namizəd Fatma Yıldırımın Bərdədə qadın seçicilərlə görüşü keçirilib
28 Yanvar 13:57
Prezident İlham Əliyev Davosda regional təhlükəsizliyin vacibliyindən danışıb
28 Yanvar 13:00
“Avropa Şurası ənənəvi nöqsanlarından qurtularaq yeni inkişaf yoluna başlamalıdır”
28 Yanvar 12:57
Aleksandr Şapiro Suliman: "Azərbaycanda keçiriləcək parlament seçkiləri aparılan islahatların davamıdır"

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+9 +13
gecə+4 +6