Ana səhifə »  Müəlliflər »  Qondarma “Milli şura” Azərbaycan cəmiyyətinin sosial-siyasi sifarişi deyil
A+   Yenilə  A-
Qondarma “Milli şura” Azərbaycan cəmiyyətinin sosial-siyasi sifarişi deyil
Yazdı: Mübariz Abdullayev

Diletant “siyasətçi” Rüstəm İbrahimbəyovun gündəmə gətirdiyi qurum xaricdəki antimilli mərkəzlərin maraqlarını ifadə edir
Son vaxtlar radikal müxalifət düşərgəsində əsas müzakirə mövzusu kosmopolit təbiətli, daha çox ermənipərəstliyi ilə tanınan Rüstəm İbrahimbəyovun ideya müəllifliyi ilə gündəmə gətirilən qondarma “Milli şura” ilə bağlıdır. “Milli şura”nın yaradılmasına çalışanlar onu təmtəraqla “cəmi müxalifətin yeni birlik formatı” kimi təqdim etsələr də, cəmiyyətin müxtəlif təbəqələrindən və elə ayrı-ayrı müxalifət partiyalarından gələn açıqlamalarda qondarma qurumla bağlı daha çox mənfi çalarlı epitetlər işlədildiyinin şahidi oluruq. Məsələn, bir çoxları o qənaətdədirlər ki, təməl prinsipləri, ideologiyası, fəaliyyət istiqamətləri bəlli olmadığından “Milli şura” ölü doğulan uşağa bənzəyir. Digərləri isə verilən ziddiyyətli məlumatlara istinad edərək onu “konfliktlər şurası” kimi xarakterizə edirlər. Cəmiyyətin müxtəlif təbəqələrinin ifadə etdikləri bu və digər fikirləri ümumiləşdirsək, qondarma qurumla bağlı bir neçə əsas məqamı qeyd edə bilərik.
Qondarma “Milli şura”nın yaradılmasını zəruri edən heç bir səbəb yoxdu...
Məlum olduğu kimi, “Milli şura” kimi qurumlar bu və ya digər ölkədə tarixi zərurət üzündən, keçilməz kataklizmlər yaşandığı dönəmlərdə ümummilli maraqlar naminə yaradılır və əsasən cəmiyyətdə konsolidasiya rolunu oynayır, insanları strateji məqsədlərə istiqamətləndirir, hər hansı şəxsi və qrup maraqlarının fövqündə dayanır. Tarixi təcrübəyə istinad etsək, görərik ki, “Milli şura” kimi qurumları bir qayda olaraq cəmiyyətin öndə gedən, ambisiyalardan uzaq olan, xalqının və Vətəninin gələcəyini düşünən işıqlı insanlar yaradıblar.
O da məlumdur ki, hazırda Azərbaycan tarixinin güclü sosial-iqtisadi, mədəni nailiyyətlərlə xarakterizə olunan yeni intibah dövrünü yaşayır. Ölkədə möhkəm daxili sabitlik hökm sürür, cəmiyyət strateji hədəflərə köklənib. Belə bir şəraitdə “Milli şura”nın yaradılmasını hansı amillərlə əsaslandırmaq mümkündür? Cavab birmənalıdır: Heç bir! Digər tərəfdən, Azərbaycan Konstitusiyasında belə bir təsisatın yaradılması ümumiyyətlə nəzərdə tutulmayıb.
Qondarma qurumun yaradılmasını təkid edənlərin siyahısına nəzər salsaq, görərik ki, onlardan heç biri müxalifət düşərgəsinin özündə və bütövlükdə cəmiyyətdə hörmət-izzət qazanan, nümunə ola biləcək mənəvi keyfiyyətləri və hansısa fəaliyyətləri ilə seçilən insanlar deyillər. Yuxarıda vurğuladığımız kimi, qondarma qurumu ideya kimi müxalifət düşərgəsinə kinodramaturq Rüstəm İbrahimbəyov gətirib. Bu şəxsin kimliyi Azərbaycan cəmiyyətində hər kəsə bəllidir. Qoca kinodramaturqun personası haqqında təsəvvür yaradacaq ən uyğun söz “kosmopolit” və “ermənipərəst” ifadələridir. Bundan başqa, son vaxtlarda onun iqtisadi xarakterli cinayətlərinin və mənəvi düşkünlüyünün üstü açılıb.
“Milli şura” məsələsində Rüstəm İbrahimbəyovun sağ çiyindaşı rolunda özünü qondarma “El” hərəkatının rəhbəri qismində təqdim edən, cəmiyyətin isə reneqat kimi tanıdığı Eldar Namazov çıxış edir. Bu şəxs yerini radikal müxalifət düşərgəsində qulluq mövqeyindən sui-istifadə etdiyinə, səlahiyyətlərini aşdığına görə vəzifədən qovulandan sonra tapıb. Bax belə dayaz, naqis mənəvi keyfiyyətlərə malik, zaman-zaman ambisiyalar nümayiş etdirən cütlüyün canfəşanlığı ilə zorən elan olunan “Milli şura”nın müəyyən maraqların ifadəsi kimi yaradıldığı heç kəsdə şübhə doğurmur. Qeyd etmək yerinə düşərdi ki, radikal düşərgənin təmsilçiləri olan AXCP və Müsavat Partiyası da məhz umacaqlarının müqabilində qondarma qurumu yaradanların sırasında yer alıblar.
Qondarma “Milli şura”da antimilli məqamlar
Qondarma qurumu yaradanlar onun adına “milli” sözünü calasalar da, burada milli maraqlara xidmət edəcək hansısa məqamlar tapmaq mümkün deyil. “Milli şura”nı yaradanlar nə qədər çalışsalar da, bu məsələnin xaricdəki hansı mərkəzlərin mətbəxində hazırlandığını və nə kimi çirkin məqsədlər güddüyünü gizlədə bilmədilər. Rüstəm İbrahimbəyovun və reneqat Eldar Namazovun Rusiyadakı anti-Azərbaycan dairələrlə yaxınlığı onu deməyə əsas verir ki, “Milli şura” küləyi məhz Şimaldan əsir. Azərbaycanın müstəqilliyini istəməyən, inkişafını gözü götürməyən həmin mərkəzlər “Milli şura” yaratmaqla respublikanın imicinə, ölkədəki möhkəm daxili sabitliyə xələl gətirmək, inkişafımızı, müstəqilliyimizin möhkəmlənməsini əngəlləmək məqsədi güdürlər.
Verilən ilk açıqlamalardan bəlli oldu ki, “Milli şura”da təmsil olunan digər partiyalar və siyasi qruplar da burada bağlı olduqları digər antimilli mərkəzlərin maraqlarını ifadə etmək niyyətindədirlər. Bu cəhətdən Müsavat Partiyasının başqanı İsa Qəmbərin “Milli şura”nın əsasnaməsinə Qərbə inteqrasiya ilə bağlı müddəanın salınmasını israr etməsi xüsusilə diqqəti cəlb edir.
Bütün bunlardan sonra yada Azərbaycanın məşhur atalar sözü düşür: Görünən dağa nə bələdçi? Yəni, “Milli şura”nın antimilli mahiyyəti, xaricdəki anti-Azərbaycan dairələrin maraqlarını ifadə edən bir alət olduğu ortada ikən bu barədə geniş müzakirələr açmağa lüzum yoxdur
Rüstəm İbrahimbəyov siyasətdə diletantdır
“Milli şura”nın ideya müəllifi sayılan Rüstəm İbrahimbəyov zorən siyasətçidir. Qoca kinodramaturqun siyasətdə naşılığı səsləndirdiyi “siyasi” fikirlərdə açıq-aydın nəzərə çarpır. Bu cəhətdən onun mətbuata verdiyi son müsahibəsində səsləndirdiyi fikirlərə diqqət yetirmək kifayətdir. Daha doğrusu, Rüstəm İbrahimbəyovun “Milli şura”nın Rusiyadakı məlum dairələrin aləti olması ilə bağlı Azərbaycan cəmiyyətində formalaşan qənaətə reaksiyası onun nə qədər diletant olduğunu ortaya qoyur.
Zənnimizcə, Rüstəm İbrahimbəyovun “əks-arqumentlərini” şərh etməyə lüzum yoxdur. Qoca kinodramaturqa təkcə onu xatırladaq ki, Azərbaycanla Rusiya arasında yaxşı dövlətlərarası münasibətlər formalaşıb və bu münasibətlər daim yüksələn xətlə inkişaf edir. O başqa məsələ ki, bu ölkədə Azərbaycana qısqanclıqla yanaşan müəyyən qüvvələr var və cəmiyyətimizin iddia etdiyi kimi “Milli şura” da məhz belə mərkəzlərin mətbəxinin məhsuludur.
Rüstəm İbrahimbəyov sözügedən müsahibəsində belə bir fikir səsləndirib: “Biz Rusiyadan, Amerikadan, Avropadan və başqalarından demokratik başlanğıclarımızı dəstəkləməyi xahiş edəcəyik”. Əslində, bu sitatda Rüstəm İbrahimbəyovun kosmopolit xarakteri, xaricdəki qüvvələrə bağlılığı və siyasi diletantlığı bir daha ifadə olunub. Özünü “siyasətçi” sayan Rüstəm İbrahimbəyov bilməlidir ki, ölkəmizdə gedən ictimai-siyasi proseslərin axarı, o cümlədən də seçkilərin taleyi xaricdən uzanan əllərlə deyil, Azərbaycan xalqının istəyi və əzmi ilə həll olunur.
Rüstəm İbrahimbəyovun buraxdığı növbəti “quş” onun seçkilərin nəticələrinin müəyyən olunmasında “beynəlxalq demokratik qüvvələrin” mövqeyinin əhəmiyyətini vurğulaması ilə bağlıdır. O bildirir ki, seçkilərdə qondarma qurumun “vahid namizəd”inin qalib gəlməyəcəyi təqdirdə həmin qüvvələr “seçkilərin qeyri-legitim olduğunu bildirməlidirlər”.
Bəs xalqın, Azərbaycan cəmiyyətinin, seçicilərin iradəsi necə olsun, “siyasətçi” Rüstəm İbrahimbəyov?

 
  • Oxunub:  26040  |  
  • Tarix:  08-06-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 17:28
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək
12 Noyabr 17:27
Vyanada Azərbaycan turizm potensialının təqdimatı olub
12 Noyabr 17:24
Elektron hökumətin formalaşdırılması istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib
12 Noyabr 17:23
Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunub
12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib
12 Noyabr 11:03
12 noyabr - Konstitusiya Günüdür
12 Noyabr 10:05
Konstitusiyamız və milli ideologiyamız
12 Noyabr 10:02
Şanxay idxal sərgisində 71,13 milyard dollarlıq razılaşmalar əldə olunub
12 Noyabr 09:58
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
12 Noyabr 09:37
Moldova Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
12 Noyabr 09:35
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub
11 Noyabr 22:51
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
11 Noyabr 22:32
Azərbaycanın Dövlət Bayrağı Günü Ankarada qeyd olunub
11 Noyabr 20:00
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
11 Noyabr 18:19
Azərbaycan XİN Lavrovun Yerevanda Ermənistan-Azərbaycan münaqişəsinə dair səsləndirdiyi fikirlərə münasibət bildirib
11 Noyabr 17:55
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək
11 Noyabr 17:40
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
10 Noyabr 16:16
Düşənbədə MDB ölkələrinin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXX yubiley iclası keçirilib
10 Noyabr 16:06
“Modern Diplomacy” portalında Ermənistanda faşistlərin və terrorçuların qəhrəmanlaşdırılmasına dair məqalə yayılıb
10 Noyabr 16:01
Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü Türkiyədə müxtəlif tədbirlərlə qeyd edilir
10 Noyabr 15:55
Naxçıvan Qarnizonu qoşunlarında Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilib
10 Noyabr 13:57
Sabah ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək
10 Noyabr 11:58
Azərbaycanlı tələbələr Qars şəhərinin küçə və meydanlarında dövlət bayrağımızı dalğalandırıblar

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+17 +21
gecə+9 +13