Ana səhifə »  Müəlliflər »  Azərbaycanla Gürcüstan arasında nifaq salmaq ssenarilərinin reallaşmasında canfəşanlıq göstərən radikallar bir daha ifşa olundular
A+   Yenilə  A-
Azərbaycanla Gürcüstan arasında nifaq salmaq ssenarilərinin reallaşmasında canfəşanlıq göstərən radikallar bir daha ifşa olundular
Yazdı: Hikmət BABAOĞLU

Dövlət ən ciddi sosial-siyasi institut olmaqla cəmiyyətin sosial sifarişi nəticəsində meydana gəlir. Dövlət cəmiyyətin bütün stratalarının - təbəqələrinin maraqlarını nəzərə almaqla xüsusi idarəetmə institutları yaradır. Beləliklə, bir millətin təşkilatlanma və idarəetmə baxımından yarada biləcəyi ən böyük sosial-siyasi institut dövlətdir. Azərbaycan xalqı dövlət qurmaq bacarığına və istedadına malik olan, eyni zamanda, qurduğu dövləti qorumağı bacaran xalqdır. Tarixin müxtəlif mərhələlərində dövlətçiliklə bağlı müəyyən təhdidlər ortaya çıxır. Azərbaycan dövlətçiliyinin 5 min illik tarixi sübut edir ki, məhz belə kritik anlarda da Azərbaycan xalqı öz dövlətini qorumaqla, onun yaşamasını təmin etməklə milli varlığını qorumağı bacarıb.
Heç şübhəsiz ki, illər ötdükcə, cəmiyyət inkişaf etdikcə dövlətin institusional qurumları da ixtisaslaşmağa başlayır və cəmiyyətin özü inkişaf etdiyi kimi, onu idarə etmək üçün yaradılmış struktur vahidləri də təkmilləşir. Hazırda modern dövlət dedikdə, xalqın maraqlarını qoruyan, funksional, institutlaşmış, özünəməxsus struktural forma nəzərdə tutulur.
Azərbaycan mürəkkəb geostrateji rayonda uzun illər ərzində öz milli maraqlarını müstəqil şəkildə müdafiə etməyi bacarıb
Ümumiyyətlə, bir millətin milli gücü onun malik olduğu maddi, mədəni və intellektual resursların cəmi ilə ölçülür. Ona görə də milli güc və onun resursları iki komponent əsasında müəyyənləşdirilir. Bunlardan biri milli gücün maddi komponentləri, digəri milli gücün mənəvi komponentləridir. Milli gücün maddi komponentləri dedikdə dövlətin yerləşdiyi ərazi, onun yeraltı və yerüstü sərvətləri, sənayeləşmə dərəcəsi, onun istehsal münasibətləri və əhali faktoru nəzərdən keçirilir. Milli gücün mənəvi komponentləri dedikdə isə milli mənəviyyat, milli xarakter, milli əxlaq və milli diplomatiya başa düşülür. Milli gücü bütövlükdə şərh edərkən isə milli diplomatiyanı milli gücün “beyni” hesab edirlər. Çünki əgər bütün resurslar varsa, onlar milli maraqların həyata keçirilməsi üçün səfərbər olunmursa, deməli, o güc hələlik potensial olaraq qalır. Bu gün də Azərbaycanın milli diplomatiyası, xarici siyasət idarəsi və şübhəsiz ki, xarici siyasət strategiyasını müəyyənləşdirən Azərbaycan Prezidenti məhz bu faktordan milli maraqlarımızın qorunması üçün məharətlə istifadə etməyi bacarır. Əgər belə olmasaydı, Azərbaycan mürəkkəb geostrateji rayonda uzun illər ərzində öz milli maraqlarını müstəqil şəkildə müdafiə etməyi bacarmazdı.
Əlbəttə ki, bu resursların düzgün istismar olunması, milli məqsədlər üçün yönləndirilməsi müasir, inkişaf edən, güclü, qüdrətli Azərbaycanı formalaşdırıb. Azərbaycan uzun illərdir müxtəlif cəbhələrdə, xüsusilə də iqtisadi sektorda qalib olub, meqa layihələr həyata keçirməyi bacarıb. Azərbaycan 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə başlayan əfsanəvi layihələrini, nəhayət, 2018-ci ildə Bakı-Tbilisi-Qars dəmiryol xəttinin açılışı ilə uğurla davam etdirməyə nail olub. Azərbaycan TANAP və TAP kimi qlobal strateji layihələrin həyata keçirilməsində öz iradəsini ortaya qoyub. Eyni zamanda, bütün beynəlxalq təşkilatlarla Azərbaycanın münasibətləri ən yüksək səviyyədədir. Azərbaycan 2018-ci ildə Avropa İttifaqı ilə “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanmasını həyata keçirib. Bütün bunlar beynəlxalq münasibətlər sistemində Azərbaycanın nüfuzunu, rolunu daha da artırır, yerini daha da möhkəmləndirir. Belə olan halda, Azərbaycan get-gedə regionun dominant iqtisadi, siyasi, həmçinin idman və mədəniyyət mərkəzinə çevrilir.
Azərbaycan xalqı ölkəmizə qarşı antimilli qüvvələr tərəfindən həyata keçirilən təxribat xarakterli kampaniyaların məqsədini yaxşı dərk edir
Ölkəmizin əldə etdiyi bu uğurlar isə dostlarımızı sevindirdiyi kimi, düşmənlərimizi də məyus edir. Ona görə də vaxtaşırı ən müxtəlif mərkəzlərdən Azərbaycana qarşı fərqli-fərqli hücumlar təşkil edilir. Bu hücumların bir qismi informasiya cəhbəsindən, bir qismi iqtisadi, digər qismi isə sosial sektordan təşkil olunur. Xüsusilə islamofob, ermənipərəst mərkəzlər və erməni lobbisi müxtəlif siyasi texnologiyalarla və taktikalarla Azərbaycanın maraqlarını hədəfə götürürlər. Təəssüflə qeyd edirik ki, vaxtilə Azərbaycanda hakimiyyətdə olan, milli maraqları və öz iqtidarlarını qoruya bilmədikləri üçün hakimiyyətdən getməyə məcbur qalan şəxslər bu gün Azərbaycan xalqının, dövlətimizin maraqlarına qarşı fəal “aktor”a çevriliblər. Onların başında duranlardan biri Əli Kərimlidir, digəri onunla eyni cəbhədə olmadığı iddia edilsə də, əslində, siyasi partiya yaradıb Azərbaycanda hakimiyyətə iddialı olan Əli Əliyevdir. Eyni zamanda, özlərini müxalifətçi elan edib, əslində isə, Azərbaycana qarşı olan mərkəzlərin sifarişlərini bilərəkdən və ya bilməyərəkdən yerinə yetirən “mühacirlər” də bu formada milli maraqlarımıza zərbə vururlar. Bununla yanaşı, korporativ, şəxsi maraqlarını təmin etmək, Avropada maddi vəziyyətini yaxşılaşdırmaq və ya daha yaxşı həyat şəraiti əldə etməyə qədər ən müxtəlif məqsədlərlə xaricə gedən bəzi şəxslər qlobal imperialist mərkəzlərin toruna düşərək Azərbaycana qarşı təzyiq vasitəsinə çevriliblər. O cümlədən xarici maliyyə qurumlarından ciddi qrantlar qoparmağı bacaran Sevinc Osmanqızı, ermənipərəst Leyla Yunus və onun ailə üzvləri, heç bir müsbət reputasiyaya malik olmayan Qənimət Zahid və digərləri də Azərbaycana qarşı aparılan bu cür kampaniyalarda fəallıq nümayiş etdirirlər. Əlbəttə ki, ölkəmizdə intellektual cəmiyyət formalaşdığı, respublikamızın daxili və xarici siyasəti məhz Azərbaycanın milli maraqları əsasında həyata keçirildiyi üçün bu cür çoxsaylı hücumlar uğurla dəf edilir. Azərbaycan xalqı bunu görür, qiymətləndirir və ölkəmizə qarşı antimilli qüvvələr tərəfindən həyata keçirilən təxribat xarakterli kampaniyaların nə üçün təşkil olunduğunu yaxşı dərk edir.
Keşikçidağ məsələsində hadisələrin nəzarətdən çıxması yalnız üçüncü qüvvələrin marağını təmin edə bilərdi
Son dövrlərdə isə Azərbaycana qarşı hücumlarda yeni bir forma müəyyənləşdirilib. Bu, Azərbaycanın ayrı-ayrı dövlətlər və qonşu ölkələrlə münasibətlərinin pozulmasına, beləliklə, onun maraqlarına zərbə endirilməsinə hesablanan hücumların təşkil edilməsidir.
Məlumdur ki, bu yaxınlarda Keşikçidağ məntəqəsində insident baş verdi. Təbii ki, hadisələrin nəzarətdən çıxması, qanlı qarşıdurma müstəvisinə keçməsi həm Azərbaycanın, həm də Gürcüstanın milli maraqları baxımından qətiyyən yolverilməzdir. Çünki Azərbaycanın beynəlxalq iqtisadi və kommunikasiya əməkdaşlığı əsasən Gürcüstan vasitəsilə həyata keçirilir. Həmçinin ölkəmizin təbii resurslarının dünya bazarına çıxarılması, o cümlədən bütün qlobal layihələrin həyata keçirilməsi Gürcüstan və Türkiyə üzərindən Qərbə keçərək təmin olunur. Eyni zamanda, Gürcüstanın iqtisadiyyatı məhz Azərbaycanın həyata keçirdiyi beynəlxalq, qlobal və meqa layihələr əsasında formalaşıb. Bu iki ölkə arasında münasibətlərin korlanması, heç şübhəsiz ki, iqtisadi münasibətlərin, o cümlədən kommunikasiyaların pozulmasına gətirib çıxara bilər. Belə vəziyyət isə yalnız üçüncü qüvvələrin lehinə ola bilər və hər iki Cənubi Qafqaz respublikasını məhz həmin üçüncü güc mərkəzindən asılı vəziyyətə sala bilər. Ona görə də Azərbaycan öz maraqlarını müdafiə etmək üçün dərin strateji diplomatiya həyata keçirməlidir və dövlətimiz bu istiqamətdə mühüm addımlar atır.
Azərbaycan əsgəri milli maraqlarımıza uyğun olaraq düzgün hərəkət etdi
Bu kontekstdə Keşikçidağ insidenti zamanı Azərbaycan əsgəri, doğrudan da, milli maraqlarımıza uyğun olaraq düzgün hərəkət etdi. Mümkün qarşıdurma və təxribata yol vermədi və qan tökülərək təxribatın ikinci fazaya keçirilməsinin qarşısını aldı. Beləliklə, üçüncü güc mərkəzləri tərəfindən planlaşdırılan ssenari həyata keçmədi. Antiazərbaycançı mərkəzlər bu planlarının baş tutmadığını gördükdə ölkə daxilindəki radikal qruplaşmalara məsələni siyasiləşdirmək üçün direktivlər göndərdi və təxribatı siyasi müstəvidə Azərbaycan hakimiyyətinə qarşı siyasi şantaj vasitəsinə çevirməyə başladı.
Bir qismi bilərəkdən, bir qismi isə bilməyərəkdən imperializmə xidmət edən qeyd etdiyimiz ölkədaxili “sosial” və yaxud “siyasi aktorlar” ilk növbədə Azərbaycan əsgərini, sonra Dövlət Sərhəd Xidmətini, daha sonra bütövlükdə Azərbaycan Ordusunu, nəhayət, Azərbaycan dövlətini, ölkəmizin xarici siyasətini hədəfə götürdülər. Beləliklə, bu hadisədə təxribatçı, qızışdırıcı mövqe tutdular. Belə mövqedə dayanmaq isə milli maralarımıza qarşıdır və qətiyyən yolverilməzdir. Çünki hadisələr bir qədər gərginləşərsə, Gürcüstan-Azərbaycan münasibətləri pozularsa, bu, zəncirvari şəkildə iki ölkə arasındakı münasibətlərin bütün sektorlarına sirayət edə, son nəticədə Cənubi Qafqazda müstəqil subyekt kimi çıxış edən iki ölkə yavaş-yavaş müstəqilliklərini itirmək təhlükəsi ilə üz-üzə qala bilər. Belə bir vəziyyətdə, şübhəsiz ki, yenidən üçüncü mərkəzlərin vassalına çevrilmək ehtimalı gündəmə gələ bilər. Məsələnin mahiyyəti bundan ibarətdir. Gürcüstanda da bunu dərk edirlər. Ona görə də Gürsüstan hakimiyyəti rəsmilərinin, eyni zamanda, Azərbaycan hakimiyyəti və dövlətinin rəsmi şəxslərinin açıqlamalarında daim bu məsələyə vurğu edilir.
Azərbaycanın ən böyük sərvəti onun qurduğu intellektual cəmiyyətdir. Belə savadlı və yetkin cəmiyyəti bir qrup radikal əlbəttə manipulyasiya edə bilməz
Təəssüflə qeyd etmək lazımdır ki, Keşikçidağ ətrafında baş verən məlum insident zamanı Gürcüstanda və Azərbaycanda bu hadisələri qızışdırmağa, az qala iki ölkə arasında savaşa səbəb olacaq məsələ kimi təqdim etməyə çalışan əsl təxribatçılar da tapıldı. Siyasi fəaliyyətlə məşğul olan, gələcəkdə siyasi hakimiyyətə iddialı olan, müəyyən siyasi keçmişi olan və bu gün Azərbaycan xalqı qarşısında ictimai məsuliyyət daşımalı olan Əli Kərimli kimilərin prinsipial dövlətçilik məsələlərində qızışdırıcı mövqe tutması əsl antimilli xarakterli təxribatdır. Onlar, bəlkə də, elə hesab edirlər ki, məsələyə bu cür yanaşmaqla Azərbaycan hakimiyyətini gözdən salacaqlar, hansısa məqamda Azərbaycan hakimiyyətini cəsarətsizlikdə ittiham etməklə siyasi dividend əldə edəcəklər. Amma xalqımız nəyin və nə üçün baş verdiyini yaxşı bildiyi üçün radikallar əsla məqsədlərinə çata bilməyəcəklər. Ən azı ona görə ki, bu hadisələrin niyə baş verdiyini, bəlkə də, sıravi vətəndaş daha düzgün dərk edir və hakimiyyətin mövqeyini daha doğru hesab edir, nəinki özlərini “siyasətçi” adlandıran və hakimiyyətə iddialı olan bu adamlar. Onların məqsədi bu hadisədən Azərbaycan dövlətinə, Azərbaycan hakimiyyətinə qarşı siyasi şantaj vasitəsi kimi istifadə etməkdir. Ancaq milli maraqlar əsas götürüldükdə müxalifətin də, hakimiyyətin də ümdə vəzifəsi Azərbaycan dövlətini qorumaq olmalıdır. Bu gün Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqlarını təhdid etmək üçün düşünülmüş bu cür təxribatlar varsa, bərtərəf etmək lazımdır. Çünki bütün dünyada sivil müxalifətin rolu ondan ibarətdir ki, belə prinsipial məsələlərdə dövlətin və xalqın maraqlarını qorumağı bacarsın. Azərbaycan xalqı müdrik xalqdır və bu gün nəyin, harada, nə üçün və nə zaman baş verdiyini dərk edir. Bu gün əldə etdiyi digər nailiyyətlərlə bərabər, Azərbaycanın ən böyük sərvəti onun qurduğu intellektual cəmiyyətdir. Belə savadlı və yetkin cəmiyyəti bir qrup radikal, əlbəttə, manipulyasiya edə bilməz.
Əli Kərimli Azərbaycan hakimiyyətinə deyil, Azərbaycan dövlətinə və xalqına qarşı müxalifətçilik edir
Ona görə də Əli Kərimlilər bu ümummilli məsələdə təxribatçı mövqe tutmaqla bir daha hakimiyyətə deyil, Azərbaycan dövlətinə, Azərbaycan xalqına qarşı müxalifətdə olduqlarını sübut etdilər. Bu hadisə növbəti dəfə göstərdi ki, bu insanlar Azərbaycan xalqını provokasiyaya çəkməklə, onun qürurunu incidəcək ifadələr işlətməklə, onu qonşu xalqa qarşı düşmənçilik etməyə çağırmaqla xaricdən, o cümlədən ermənipərəst mərkəzlərdən aldıqları sifarişləri yerinə yetirirlər. Heç şübhəsiz ki, Azərbaycan xalqı növbəti mərhələdəki siyasi proseslərdə də öz iradəsini və mövqeyini ifadə edərkən mütləq bu təxribatçıların antimilli fəaliyyətini nəzərə alaraq qərar qəbul edəcək.
Hikmət BABAOĞLU

 
  • Oxunub:  2970  |  
  • Tarix:  26-07-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Bakıda Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclası keçirilib

17 Sentyabr 10:11
Emin Ağalarov: İdman mənim həyatımın bir hissəsidir
17 Sentyabr 10:06
Ədliyyə Nazirliyinin İcra Baş idarəsinin nümayəndə heyəti Parisdə təlim səfərindədir
17 Sentyabr 10:04
Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüş keçirilib
17 Sentyabr 10:01
Xarici İşlər naziri Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb
17 Sentyabr 09:56
Nur-Sultanda MDB-də rəqəmsallaşma sahəsinin inkişafı müzakirə edilib
17 Sentyabr 09:52
Misir ilə Azərbaycan arasında bütün sahələrdə münasibətlər sürətlə inkişaf edir
17 Sentyabr 09:28
“Multikulturalizmə giriş” dərsliyinin təqdimatı olub
17 Sentyabr 09:26
Bakı Ali Neft Məktəbi yeni tədris ilinə uğurla başlayır
17 Sentyabr 09:23
Regionlarda pambıq sahələrindən bol məhsul toplanacağı gözlənilir
16 Sentyabr 21:50
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
16 Sentyabr 20:56
Türkiyənin Vitse-prezidenti Fuat Oktay "ASAN xidmət" mərkəzi ilə tanış olub
16 Sentyabr 20:46
Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimi keçirilib
16 Sentyabr 20:45
Azərbaycan-FAO əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
16 Sentyabr 20:35
Bakıda Azərbaycan–Türkiyə biznes forumu keçirilib
16 Sentyabr 20:12
Şərq İqtisadi Forumu: Asiyada geosiyasi dinamika yeniləşir
16 Sentyabr 20:04
Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində Bilik Günü qeyd edilib
16 Sentyabr 19:40
Azərbaycan və Çin arasında ədliyyə sahəsində əməkdaşlıq genişlənir
16 Sentyabr 19:08
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
16 Sentyabr 18:05
Gürcüstanın Qardabani rayonunda iki uşaq bağçası istifadəyə verilib
16 Sentyabr 17:54
Şirvanda yeni məktəb binası açılıb
16 Sentyabr 17:50
Şahin Mustafayev: Hazırda Azərbaycanda 3 mindən çox türk şirkəti fəaliyyət göstərir
16 Sentyabr 17:46
Sona Əliyeva: Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi təhsilin keyfiyyətini əhəmiyyətli dərəcədə artırır
16 Sentyabr 17:44
Rauf Əliyev: Beynəlxalq yarış Azərbaycanın təbliği üçün də böyük önəm kəsb edir
16 Sentyabr 17:41
Ötən illərlə müqayisədə BSU-ya qəbul olunanların sayı artıb
16 Sentyabr 17:38
Nazir: Bu ilin 7 ayında Azərbaycanla Türkiyənin ticarət dövriyyəsi 33 faiz artıb
16 Sentyabr 17:35
TAP-ın 89,3 faizi tamanlanıb
16 Sentyabr 17:12
İlahiyyat İnstitutunda yuxarı kurs tələbələri ilə görüş keçirilib
16 Sentyabr 17:09
BŞTİ-nin müdiri Rəşad Tağıyev “Bilik günü” münasibətilə 261 nömrəli məktəb-liseydə olub
16 Sentyabr 17:03
Muxtar respublikada Bilik Günü qeyd olunub
16 Sentyabr 17:00
Türkiyədən gəlmiş qazilər Bakının qurtuluşu gününə həsr olunmuş mərasimdə “Yallı” halayına qoşulublar
16 Sentyabr 16:51
Bilik Günü Masallıda üç yeni məktəb binası istifadəyə verilib
16 Sentyabr 16:43
Azərbaycanda əhalinin sayı 46417 nəfər artaraq 10 milyon 27 min 874 nəfərə çatıb
16 Sentyabr 16:41
Seymur Orucov: Gənclərimiz tariximizi dərindən öyrənməli və onu qorumalıdırlar
16 Sentyabr 16:40
İmişlinin Qızılkənd və Aranlı kəndlərinin şagirdlərinə Bilik Günü hədiyyəsi
16 Sentyabr 16:30
Lənkəranda yeni məktəb binası, Lənkəran Dövlət Universitetinin yeni tədris korpusları və tələbə yataqxanası açılıb
16 Sentyabr 16:25
“Qarabağ” – “Sevilya” oyununun idarə edilməsi ukraynalı hakimlər briqadasına tapşırılıb
16 Sentyabr 16:00
İctimai-iaşə və heyvan mənşəli məhsullara nəzarət tədbirlərinin gücləndirilməsi ilə əlaqədar iclas keçirilib
16 Sentyabr 15:49
Fuat Oktay: Türkiyə və Azərbaycan ortaq tarixə malik, hər zaman sevincləri və kədərləri birgə bölüşən qardaş ölkələrdir
16 Sentyabr 15:46
Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclasının Protokolu imzalanıb
16 Sentyabr 15:28
Gəncədə Heydər Əliyev Fondu tərəfindən inşa və təmir olunan yeni məktəblər və uşaq bağçası istifadəyə verilib
16 Sentyabr 15:23
Naqif Həmzəyev: Azərbaycan-Çin əməkdaşlıq münasibətləri yüksək səviyyədə formalaşıb
16 Sentyabr 15:19
Musa Qasımlı: Bakının erməni işğalından azad edilməsi, əhəmiyyətinə görə Xalq Cümhuriyyətinin elan edilməsindən sonra ikinci böyük tarixi hadisə oldu
16 Sentyabr 15:17
Bakı dəmir yolu vağzalında Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib
16 Sentyabr 15:15
Türkiyənin Vitse-prezidenti Fuat Oktayin şərəfinə rəsmi nahar verilib
16 Sentyabr 14:50
Novruz Məmmədov: Azərbaycan-Türkiyə birliyi, dostluğu və strateji müttəfiqliyi regional sabitliyə və tərəqqiyə böyük töhfə verir
16 Sentyabr 14:25
Bakıda Çərçivə Konvensiyasının VI Tərəflər Konfransına hazırlıq komitəsinin görüşü keçirilir
16 Sentyabr 14:20
Rektor Gülçöhrə Məmmədova: Universitetə qəbul olan abituriyentlərin orta keçid balları ilbəil yüksəlir
16 Sentyabr 14:15
ADPU: Yeni tədris ilində tələbə qəbulunda uğurlu nəticələr əldə edilib
16 Sentyabr 14:14
Azərbaycan XİN Özbəkistanın Türk Şurasına üzv olması qərarı ilə əlaqədar bəyanat yayıb
16 Sentyabr 14:12
Parisdə keçirilən beynəlxalq konfransda Azərbaycanda məhkəmə islahatları zamanı toplanmış müsbət təcrübədən danışılıb
16 Sentyabr 14:06
Akademik Akif Əlizadə: Bu il AMEA-nın magistraturasına 120 tələbə qəbul olunub
16 Sentyabr 14:02
Azərbaycanın xanlıqlar dövrü haqqında kitab Rusiya kitabxanalarında
16 Sentyabr 14:01
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
16 Sentyabr 13:22
Xaçmazda 432 yerlik müasir məktəb binası qapılarını şagirdlərin üzünə açıb
16 Sentyabr 13:17
Azərbaycan məhsulları “Food Expo Warsaw-2019” sərgisində
16 Sentyabr 12:59
Bu il hər bir ölkə sakini 575,7 manatlıq ödənişli xidmətlərdən istifadə edib
16 Sentyabr 12:57
Bu gün Ankarada Rusiya, İran və Türkiyə liderlərinin Sammiti keçiriləcək
16 Sentyabr 12:55
Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyini nümayəndə heyətini qəbul edib
16 Sentyabr 12:53
Bilal Dündar: Bakının xilası Türkiyə-Azərbaycan birliyinin və qardaşlığının əbədiliyinə əyani sübutdur
16 Sentyabr 12:51
Bakının 1918-ci ildə işğaldan azad olunması münasibətilə Ankarada möhtəşəm konsert
16 Sentyabr 12:49
Emin Ağalarovun Almaniya qastrolları başa çatıb
16 Sentyabr 12:39
Elçin Babayev: Əminəm ki, tələbələrimiz Azərbaycanı siyasi, mədəni, elmi arenalarda layiqincə təmsil edəcəklər
16 Sentyabr 12:35
AAK Avropa ölkələrindəki bəzi soydaşlarımızın destruktiv fəaliyyətini pisləyən bəyanat yayıb
16 Sentyabr 12:34
Bakıda Azərbaycan-Almaniya biznes forumu keçiriləcək
16 Sentyabr 12:27
Bakı məktəblərində “Bilik günü” qeyd olunub
16 Sentyabr 12:18
Bərdənin dörd kəndində yeni modul tipli məktəb binaları istifadəyə verilib
16 Sentyabr 12:00
Bakıda Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilir
16 Sentyabr 11:47
Marneulidə Azərbaycan dilli məktəbin açılışı olub
16 Sentyabr 11:38
Əli Əhmədov: Dövlətimiz gənc nəslin layiqli təhsil alması naminə geniş imkanlar yaradıb
16 Sentyabr 11:36
Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü olub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA
Bakı
gündüz+24 +27
gecə+16 +20