Ana səhifə »  Müəlliflər »  Milli Yaylaq Festivalı milli yaddaşımızın yenilənməsi, çoxəsrlik ənənələrimizə qayıdış oldu
A+   Yenilə  A-
Milli Yaylaq Festivalı milli yaddaşımızın yenilənməsi, çoxəsrlik ənənələrimizə qayıdış oldu
Yazdı: Hikmət BABAOĞLU

Köç mədəniyyəti bəşər sivilizasiyasının dan yeridir
- Dünyanın ən qədim mədəniyyəti köç mədəniyyətidir. Köç mədəniyyəti çadır mədəniyyəti və çadır arxitekturası ilə birlikdə bəşər sivilizasiyasının dan yeri kimi xarakterizə edilməlidir... 
- Bir dəqiqə... Siz nə danışırsınız? Dərsimiz Dünya mədəniyyəti tarixidir. Dünyada isə cəmisi beş qədim mədəniyyət var. Hind-Qanq, Misir, Yunan-Roma, Çin və Mesopotamiya-Babil mədəniyyəti... Tədris proqramına uyğun olaraq bunlardan danışın... 
- Doğru buyurursunuz. Akademik tarix yalnız 5 mədəniyyəti qədim hesab edir və bu 5 mədəniyyətdən çox danışılıb. Mən isə mənə doğma olan və əcdadımın yaratdığı, sizə görə altıncı, mənə görə isə birinci olan qədim Turan-Köç mədəniyyətindən danışacam...!
Bu dialoq tələbəlik illərində Dünya mədəniyyəti tarixi dərsində bu fənni tədris edən professorla mənim aramda yaşanmışdı. Aradan uzun illər keçməsinə baxmayaraq, mən yenə o qənaətdəyəm ki, dünyanın ən qədim mədəniyyəti, ən qədim kəşfləri, ən qədim dövlətçilik ənənələri, ən qədim yasa (qanun) və törə (hüquq normaları) köç mədəniyyəti ilə əlaqədardır. Bu gün də alternativ tapa bilmədiyimiz sürət vasitəsini təmin edən təkər məhz köçəri türk tayfalar tərəfindən yükdaşımalar üçün icad edilib. Hərb tarixində barıtın kəşfinə bərabər tutulan üzəngi hərbi vasitə kimi yenə köçərilər tərəfindən yaradılıb. Çünki üzəngi olmasa, at üstündə qılınc çalmaq üçün müvazinətini saxlamaq olmaz. Atın əhliləşdirilməsi skiflər tərəfindən 5-7 min il əvvəl baş verib. At minik və qoşqu vasitəsi kimi kəşf edilməsəydi, nə dövlət, nə imperiyalar qurmaq olardı. Şalvar geyim vasitəsi kimi at minmək üçün xüsusi olaraq yaradılıb. Maraqlıdır ki, şimalda yaşayan şotlandlar da, Misirdə yaşayan yerlilər də xalat tipli paltar geyinirdilər. Türklər isə şalvarı icad etdilər və bu gün bütün dünya ən yaxşı geyim vasitəsi kimi ondan istifadə edir. Köçəri türklər tarixdə ilk dəfə dəmiri emal etməyi öyrəndilər və üzəngidən sürüşməsin deyə çarıxa daban düzəltdilər. Bu gün dabansız ayaqqabı geyinmək heç kəsin ağlına gəlmir. Bu siyahını nə qədər desəniz uzatmaq olar. Ancaq gəlin bir anlıq dünyanı bunlarsız təsəvvür edək. Tutaq ki, təkər kəşf olunmayıb... Gerisini özünüz təsəvvür edin...!
Qədim mədəniyyətlər tarixinə bu qısa ekskursdan sonra bu mədəniyyətlər içərisində mühüm yeri olan köç mədəniyyəti, köçəri mədəniyyəti qarşımıza parlayan inci kimi çıxır. Mənim uşaqlıq illərimin ən şirin xatirələrindən biri də köç və yaylaqlarla bağlıdır. Kəndimiz, əslində, elə yaylaqda yerləşirdi. Ancaq yenə də yaz aylarında Türkiyə ilə sərhəddə yerləşən Göy dağ yaylaqlarına köç edilirdi. Burada Taya qaya, Naxoş dağ, Ağlayan kimi zirvələr vardı və yüksəklikdən sərhədin o tayında inci kimi parlayan Çıldır gölü görünürdü...!
Dağların yaşıl yamaclarına yayılan sürülər, atların tarixin qədim qatlarından gələn kişnərti səsləri, oymaq-oymaq səpələnmiş binələr, alaçıqlar elə bir möhtəşəm mənzərə yaradırdı ki, ən dahi rəssam belə bu mənzərəyə həsəd aparardı. Mən uzun illər yenidən belə bir mənzərəni görməyin həsrəti ilə yaşadım. Və...!
Yaylaq Festivalı əsl bayram əhval-ruhiyyəsi yaratdı
İyul ayının 26-28-də Gədəbəydə, Miskinli yaylağında Milli Yaylaq Festivalında iştirak etmək üçün dəvət aldım. Böyük həyəcan və səbirsizliklə tədbirə gedəcəyim günü gözlədim və budur, Miskinli yaylağındayıq...!
Yaylaq deyəndə, onun gözəlliyini görəndə ilk yada düşən, şübhəsiz ki, Ulu Ozanımız Ələsgər oldu. Qeyri-ixtiyari onun “Yaylaq” şeirini pıçıltı ilə əzbər söylədim.

Gözəllər seyrangahısan,
Görüm səni var ol, yaylaq!
Açılsın gülün, nərgizin,
Təzə mürgüzar ol, yaylaq!

Gözüm qaldı siyah teldə,
Bülbül öldü meyli güldə.
Kimsəm yoxdu qürbət eldə,
Sən mənə qəmxar ol, yaylaq!

Mən səni görəndən bəri
Sinəm oldu qəm dəftəri,
Yazıq Aşıq Ələsgəri
Öldür, günahkar ol, yaylaq!
Miskinli yaylağından ruhumuz Kəlbəcərə, Göyçəyə boylandı
Ustad, yazırsan ki, “Kimsəm yoxdu qürbət eldə, Sən mənə qəmxar ol, yaylaq!” Ancaq bizim qürbət eldə kimsələr kimsəsi vətənimiz qaldı! Ustad, vətən bizə qürbət oldu, əcdadlarımızın qəbri, Ulu Ələsgərin məzarı qürbətdə qaldı. Bizə qəmxar oldu, ustad. Qoy ruhun bizi bağışlasın! Göyçəyə, Kəlbəcərə, Zəngəzura, İrəvana, Ağbabaya, Şuşaya qayıdana qədər, yurd yerlərimizi şenləndirənə qədər bizə möhlət ver, Ulu Ozan! 
Miskinli yaylağından Göyçəyə qədər olan 70-80 km yol indi dünyanın ən uzun yoludur. Ustad, bilmirəm bu yolu gedib başa çatmaq üçün bir ömür bəs edəcəkmi!? Ancaq bu gün yenə də ruhun şad olsun. Şəninə nəğmə qoşduğun yaylaq və yaylaq ənənəsi Ulu Gədəbəydə yaşadılır.
Gədəbəy qədim mədəniyyət beşiyi, düşmənlə sərhəddə alınmaz qalamızdır
Gədəbəy Azərbaycan tarixinin ən qədim dövrlərindən bu günədək mövcuddur, Xocalı-Gədəbəy mədəniyyətinin beşiyidir. Düşmənlərimizlə, işğalçı Ermənistanla sərhəddə alınmaz qalamızdır. Başkəndi işğaldan azad edən, ürəyimizə az da olsa təskinlik verən qürurumuzdur. Gədəbəy torpağı yaratdığı daş abidələrlə, qala surları ilə, Kurqan məzarlıqlar ilə, əcdadlarımızın çadır arxitekturası ilə birlikdə daş arxitekturasını da yaşatmağı bacardığını sübut edir.
Bu qədim mədəniyyət məbədində milli yaddaşımızı yeniləyən Milli Yaylaq Festivalının keçirilməsi isə bu gün də Gədəbəyin gələcək nəsillər üçün yeni tarix yaratdığından xəbər verir.
Milli Yaylaq Festivalı milli ruha müraciət, tariximizə səyahətdir
Milli Yaylaq Festivalı hər şeydən öncə milli ruha müraciət, tariximizə səyahətdir. Bu festival adət-ənənələrimizə qayıdış, milli şüurun yenilənməsi hadisəsidir, tarixi şüurun canlanması üçün vəsilədir. Bütün bunlar isə xalqımızın bugünkü birliyi üçün, dəyərlərimiz ətrafında sıx birləşməsi üçün, işğalçı Ermənistana qarşı bir yumruq kimi birləşməmiz üçün, Ali Baş Komandanımızın əmri ilə torpaqlarımızı bir həmlədə işğaldan azad etməmiz üçün çağırışdır. Mən Milli Yaylaq Festivalında bunları gördüm və təqdir etdim!
Təşkilatçılıq, proqram və ardıcıllıq yüksək səviyyədə idi
Təşkilatçılıq, proqram və ardıcıllıq yüksək səviyyədə idi. Festival iştirakçılarının bütün tələbatlarını qarşılaya biləcək infrastruktur hazırlanmışdı. Rəsmi, mədəni və əyləncə hissələri bir-birini elə tamamlayırdı ki, bütün proqramları bayram əhval-ruhiyyəsində izləyirdim. Milli mətbəx nümunələrimiz Festival iştirakçılarının damaq zövqünü oxşayırdı. Bütün bunlar ölkəmizdə və regionlarımızda nə qədər zəngin turizm potensialının olmasından xəbər verirdi. 
Fəsəli - milli mətbəximizin unudulmaqda olan ləzzəti
Köşklərin birində milli mətbəximizin az qala unudulmuş ləzzəti fəsəli satıldığını gördüm. Əlbəttə, ləziz təamı dadmadan olmazdı. Bir saatlıq növbədən sonra fəsəli aldım! Uzun illərdir dadmadığım bu təamı böyük ləzzətlə yedim. Əlbəttə ki, fəsəlini milli şirniyyat mətbəximizin şedevrlərindən biri kimi ədəbiyyata gətirən böyük şairimiz Səməd Vurğunun məşhur qoşmasını yada salaraq!

Başına döndüyüm gül üzlü sona!
Ömrümün ilk çağı yadıma düşdü.
Şairlər vətəni, bizim tərəflər,
Tərlanın oylağı yadıma düşdü.


... Göylərə baş çəkir Göyəzən dağı,
Axşam açıq olur ayın qabağı.
Bizim gəlinlərin bayram qabağı
Fəsəli yaymağı yadıma düşdü.


Sən bizim ellərin ruhuna bir bax!
Bizdən inciməmiş bir əziz qonaq.
Nişanlı qızların görüşdən qabaq
Telini saymağı yadıma düşdü.


Vurğunun xəyalı gəzdi aranı,
Gözümdə oynadı dağın boranı.
Qışın buz qatığı, yayın ayranı,
Payızın qaymağı yadıma düşdü.

Ruhun qarşısında baş əyir, rəhmət və şükranla anırıq səni, ey böyük Ustad!
Sən bizim ellərin ruhuna bir bax, bizdən inciməmiş bir əziz qonaq
Bu sözlər xalqımızın qonaqpərvərliyini izah edir. Elə Milli Yaylaq Festivalında da bütün qonaqlar təşkilatçılardan, yerli əhalidən olduqca məmnun görünürdülər. Qələbəliyin içərisində irəliləyərək tez-tez mənə salam verir, adımla müraciət edirdilər. Doğrusu, ictimaiyyət arasında bu qədər tanındığımı güman etmirdim. Bu, məni həm sevindirir, həm də bir qədər daha məsuliyyətli edirdi. Qarışıq hisslər içərisində irəliləyərkən Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı ilə üzləşdik. Rayona daxil olandan bəri İbrahim müəllim Mustafayevlə bir neçə dəfə telefonla danışsaq da, ilk dəfə idi görüşürdük. Bu insanın sadəliyi, yerli əhali ilə birlikdə gələn hər qonağa ayrıca diqqət göstərməyi, üstəlik 50 minə qədər qonağın qatıldığı bu böyük kütləvi tədbirdə hər şeyin yüksək səviyyədə olmasını təmin etməsi, doğrusu, olduqca hörmətəlayiq bir iş idi. Bu qədər rəsmi və qeyri-rəsmi qonağın içərisində heç kimsəni diqqətdən kənarda qoymamağa çalışırdı İbrahim müəllim. 
Çay süfrəsi arxasında bakılı qonaqların təklifləri rayon rəhbərliyi tərəfindən xüsusi diqqətlə qarşılandı
Söhbət edərkən qonaqların içində dostlarım Rəşad Məcid və Xəyal Rzanı gördüm. Onları gənc şairimiz, əslən gədəbəyli İntiqam Yaşar müşayiət edirdi. İbrahim müəllim dərhal bizi çay süfrəsinə dəvət etdi. Xeyli şirin-şirin söhbət etdik. Tədbirin gözlənildiyindən daha yüksək səviyyədə baş tutmasından, təşkilatçılığın yüksək səviyyədə olmasından danışdıq. Şair Xəyal Rza növbəti tədbirdə Yazıçılar Birliyi üçün ayrıca “kitab köşkü” ayrılmasını və həm də yazarlarımızla imza gününün keçirilməsini təklif etdi. İbrahim müəllim dərhal razılıq verərək, xüsusi qeyd apardı. Rəşad Məcid Yaylaq Mədəniyyətini vəsf edən hekayə və şeirlər müsabiqəsinin keçirilməsini, mən isə tarixi-etnoqrafik məqalələr müsabiqəsinin keçirilməsi və qalib olan tədqiqatçı alim və jurnalistlərin məhz Yaylaq Festivalında elan edilməsi təklifini verdik. İbrahim müəllim böyük məmnuniyyətlə bütün təkliflərimizin gələn il keçiriləcək festivalda nəzərə alınacağını bildirdi. Mən Gədəbəy İH ilə əhalinin münasibətlərində bir ailə səmimiyyətinin olduğunu müşahidə etdim. Və bunu Prezident İlham Əliyevin kadr islahatlarının səmərəli nəticəsi kimi başa düşdüm. 
Yaylaq Festivalının mötəbər qonağı Bilal Ərdoğan!
Mən həmişə istedadın genetik olduğuna inanmışam. Festivala təşrif buyurmuş Dünya Etnospor Federasiyasının başçısı Bilal bəy Ərdoğanın çıxışını dinlədikdə bir daha əmin oldum ki, Ərdoğan ailəsində natiqlik, yüksək pafosla nitq söyləmək qabiliyyəti genetikdir. Bu bir ilahi töhfədir. Möhtərəm qonağımız Bilal bəy olduqca maraqlı bir çıxış etdi. Onun çıxışının fikir tacı isə bu idi... “Torpaqlarımızı işğal edə bilməyənlər beyinlərimizin içini işğal etmək istəyirlər”. Bu fikir Qlobal İmperializmin milli dövlətləri işğal etməsinin yeni strategiyasını çox gözəl izah edir. Hərbi-siyasi güclə milli dövlətləri yıxa bilməyən Qlobal İmperializm ölkə vətəndaşlarının beynini manipulyasiya etməklə öz dövlətini öz əli ilə yıxdırmağa çalışır. “15 Temmuz” hadisələrində də elə buna cəhd etdilər, ancaq qardaş Türk xalqı öz lideri Rəcəb Tayyib Ərdoğanla birləşərək imperializmə qalib gəldi! Bu, mühüm tarixi qələbə idi. Elə bizim üçün də! Çünki Türkiyə ilə Azərbaycan Ulu Öndərimizin dediyi kimi, bir millətin iki dövlətidir. Prezident İlham Əliyev isə Türkiyə güclü olduqca biz də güclü oluruq deyir. Elə Milli Yaylaq Festivalında Bilal Ərdoğanın tədbirə qatılmasıyla bir daha güclü olduq. Sərhəd bölgəmizdən işğalçı Ermənistana bir daha mesaj verdik ki, işğala son qoysun.
Gözün aydın, Gədəbəy, Kərkükdən, Türkmən elindən qonaqların var
Festivalda birdən-birə qarşıma Türkmən elimin şair balası, yazıçı-publisist, Kərkük Kültür Dərnəyinin genel başqanı Şəmsəddin Kuzəçi çıxdı. Qardaş sevgisiylə salamlaşdıq. Kərkük Kültür Dərnəyinin İraq şöbəsinin başqanı, keçmiş millət vəkili Fevzi Əkrəm Terzioğlu ilə görüşdük. Doğrusu, kərküklü qardaşlarımızla Bakıda dəfələrlə görüşsək də, Miskinli yaylağında görüşməyin ləzzəti başqa oldu. Gədəbəydən Kərkükə, Tuzhurmatuya, bütün Türkmən elinə, Türk kimliyinin qalası olan Kərkük Qalasına salamlar göndərdik.
Haçaqaya - Hunna dərəsi, Kiçik Qafqazın parlayan incisi
Ayrılmaq istəmədiyim ümummilli bayram əhval-ruhiyyəsində keçən Festivaldan məni gədəbəyli dostum Rövşən Tanrıverdiyev ayırdı və Haçaqaya ziyarətgahına getməyimizi təklif etdi. Tədbirin sonuna yaxın dəniz səviyyəsindən 2226 metr hündürlükdə olan Haçaqaya zirvəsinə gəldik. Bu zirvə yerli əhali arasında müqəddəs sayılır və olduqca strateji əhəmiyyət daşıyır. Günəşli günlərdə bu zirvədən Tovuz və Gədəbəy rayonlarının çoxsaylı kəndləri, o cümlədən Ermənistanın Şəmşəddil rayonunun Tovuzun Əlibəyli sərhəd kəndi ilə üzbəüz olan bir neçə kəndi aydın görünür. Bir qədər aşağıda isə məşhur Hunna (Xınna) dərəsi iti axan dağ çayı və yamaclarındakı yaşıl meşələri ilə ovsunlayıcı bir mənzərə yaradır. Bu zirvədən dağların yamaclarında qurulmuş oymaq-oymaq obalar köçəri mədəniyyətinin günümüzdə yaşayan inciləri kimi insanın ürəyini riqqətə gətirir. Qeyd edim ki, Hunna adı etnotoponimdir və əcdadımız olan qədim hunlarla bağlı çoxsaylı yer adlarından biridir.
Çadır turizmi üçün ideal məkan
Dünyada gedən səssiz müharibələrin bir növü olan ərzaq müharibəsinin qurbanı olduğumuz bir vaxtda bu obaların yanında çadır qurub bir neçə gün yaşamaq, saf, təmiz bulaq suyu içmək, təbii bal, yağ, qaymaqla qidalanmaq müasir turizmin baş tacı hesab edilə bilər. Əminəm ki, tədbirdə iştirak edən Mədəniyyət Nazirliyinin, Dövlət Turizm Agentliyinin rəhbər işçiləri bu imkanları nəzərdən qaçırmadılar və “kənd turizmi”, “çadır turizmi” brendi altında belə turist səfərləri təşkil etməklə həm daxili turizmin, həm də xarici turizmin bölgələrimizdə inkişafına təkan verəcəklər.
İndi əvəlik aşını yalnız Gədəbəydə içmək olar
Dostumun təkidi ilə bir gün “Narzan” restoranında nahar etməli olduq. Gədəbəy rayonunun gözəl infrastrukturu, müasir hotelləri və çox yaxşı restoranları var. Xidmət səviyyəsi də yaxşıdır. Milli mətbəximizin elə nümunələri təklif olunur ki, onları kim bilir, bəlkə də, yalnız Gədəbəydə tapmaq olar. Məsələn, mən “birinci”, yəni duru yemək nə var sualına digər şorbalarımızla yanaşı, həm də “əvəlik aşı” cavabını aldım. Çox böyük məmnuniyyətlə bir boşqab “əvəlik aşı” içdim. Çatışmayan cəhəti bircə içərisində cızdağın olmaması idi. Bəzi regionlarımızda əvəlik aşına cızdaq da qatırlar ki, bu da aşı daha da ləzzətli edir.
“Narzan”da ozan məclisi: aşıq, bir “Döşəmə Koroğlu” çal
Gədəbəyin ən gözəl cəhətlərindən biri də nahar zamanı yerli aşıqların milli müsiqimizi layiqincə təqdim etməyi bacarmalarıdır. Belə aşıqlardan birini dəvət edib aşıq havası çalınmasını xahiş etdim. Hansı havanı çalım, deyə soruşdu. Doğrusu, bu sual məni bir qədər provokasiya etdi. Və düşünmədən bir “İrəvan çuxuru” havası çal, vokal sənətinin əcdadının aşıq musiqisi olduğunu bir daha xatırlayaq dedim. Görünür, aşıq bu havanı xahiş edəcəyimi gözləmir, gündəlik hamının dinlədiyi populyar havalardan sifariş edəcəyimi düşünürdü. Ona görə də sual verdiyinin peşmançılığı içərisində o havanı bilmirəm dedi və dərhal soruşdu, başqa?! Dedim, onda bir “Ayaq Cəlili” havası çal, qoy ruhumuzun mayasında aşıq havalarının olduğunu bir daha yada salaq. Dedi, bu havanı da bilmirəm. Dedim onda bir “Döşəmə Koroğlu” havası çal, bu dağların zirvəsində ruhumuz cövlan eyləsin, cəngə köklənək! Dedi, onu da bilmirəm. Dedim, aşıq, onda sazını qoy burada, get. Aşıq isə sazını götürüb getdi. Mənimsə yadıma yenə Ulu Ələsgərin bir qoşması düşdü.

Aşıq olub, diyar-diyar gəzənin
Əzəl başdan pür kamalı gərəkdir.
Oturub-duranda ədəbin bilə,
Mərifət elmindən dolu gərəkdir.
Görünür, Gədəbəyimizin ustad aşıqları, bilgə aşıqları Yaylaq Festivalında olduqları üçün mənim bəxtimə aşıqlığa təzə başlayan “şəyird” düşmüşdü. Yəqin ki, bu hadisədən sonra ustadından daha bərk yapışacaq!
Gədəbəydə Milli Yaylaq Festivalı başa çatdı, ruhumuz da, yolumuz da Kəlbəcərə, Laçına, Göyçəyə qənşər... Amin!
Yenidən Milli Yaylaq Festivalına qayıtdıq. Bayram əhval-ruhiyyəsi bütün coşqusu ilə yaşanırdı. Qədirbilən, milli adət və ənənələrimizi sevə-sevə yaşadan gədəbəylilərin sevinci gözlərindən oxunurdu. Elə bu əhval-ruhiyyə ilə də düşmənlə sərhəddə mətin dayanan, qonaqpərvər, istiqanlı, şirin ləhcəli Gədəbəyimizdən ayrıldım. Yasamal aşırımını aşıb, Qafar bulağına salam verib, yavaş-yavaş yaylaqdan aşağı endim. Ancaq ürəyim və ruhum Miskinli yaylağında qaldı. Gələn görüşədək, Gədəbəyim. Gələn görüşədək, Miskinli yaylağı. Səfərin sonunda yenə yadıma bir qoşma düşdü...

Süsənli, sünbüllü, tər bənövşəli
Yaylaq, bizim yaylaqlara bənzərsən.
İçən ölməz sənin kövsər suyundan,
Bulaq, bizim bulaqlara bənzərsən.

Ket dağı, Əyricə, Daşkənd baxarı,
Ağ sürülər Sarıyaldan yuxarı,
Var bizim suların əcəb axarı,
Çaylaq, bizim çaylaqlara bənzərsən.

Ruhun şad olsun, Ulu Ozan, Aşıq Alı. 
Miskinli yaylağından Əyricə, Sarıyal yaylaqlarına əl uzatsan, çatar. Kim bilir, bəlkə də, Gədəbəydən yanqılanan saz səsi sənin məzarına da çatdı, ruhun şad oldu. Növbəti Milli Yaylaq Festivalını Göyçədə, Kəlbəcərdə, Zəngəzurda, Şuşada, Ağbabada keçirmək arzusu ilə...
P.S. Sonda mən bu cür yaddaqalan tədbirin təşkilatçıları olan Gədəbəy rayon İcra Hakimiyyətinə, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinə (TİKA) və “Cavadxan” Tarix və Mədəniyyət Fonduna təşəkkür edirəm.
Hikmət Babaoğlu
Bakı-Gədəbəy-Bakı

 
  • Oxunub:  4680  |  
  • Tarix:  31-07-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda yol tikintisi geniş vüsət alıb

20 Avqust 18:23
Əli Əhmədov: Hansısa şübhəli maraqlar naminə ölkənin firəvanlığını, gələcəyini qurban verməyə hazır olanlar milli qüvvələrin sərt təpkisinə tuş gəlməlidirlər
20 Avqust 18:18
Ətraf mühitin mühafizəsi sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yeni Azərbaycan Partiyasının birgə layihələri davamlıdır
20 Avqust 17:57
Daxili İşlər naziri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb
20 Avqust 17:56
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
20 Avqust 17:50
Eldar İbrahimov: Aqrar Sığorta Fondunun yaradılması böyük əhəmiyyət kəsb edir
20 Avqust 17:43
Bakı Dövlət Universitetinin nümayəndə heyəti İsrailin Holon Texnologiya İnstitutunda olub
20 Avqust 17:39
Tahir Rzayev: Ölkəmizdə davamlı islahatların həyata keçirilməsi milli iqtisadiyyatımızın inkişafını şərtləndirən mühüm amillərədn biridir
20 Avqust 17:34
Sevinc Hüseynova: Sosial sahədə atılan addımlar ciddi nəticələr verməkdədir
20 Avqust 17:21
Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
20 Avqust 17:06
İlin birinci yarısında ölkədə 92 min yeni iş yerləri açılıb
20 Avqust 17:03
Ölkəmizdə keçiriləcək Avrasiya Xalqları Assambleyası Günləri ilə bağlı fikir mübadiləsi aparılıb
20 Avqust 16:58
Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır
20 Avqust 16:55
Əsas məqsədimiz odur ki, dövlətin yaratdığı imkanlardan maksimum faydalanaq və məhsulumuzu xaricə ixrac edək
20 Avqust 16:53
Əcnəbi könüllülər “ASAN xidmət”də
20 Avqust 16:48
Yanvar-iyul aylarında hava nəqliyyatı ilə 1,4 milyondan çox sərnişin daşınıb
20 Avqust 16:07
Yeddi ayda Azərbaycana 7,4 faiz çox əcnəbi gəlib
20 Avqust 16:03
Azərbaycan millisi Avropa çempionatına Xorvatiya ilə oyunla start verəcək
20 Avqust 15:45
Müdafiə Nazirliyinin rəhbərliyi axtarış əməliyyatlarında fəal iştirak edənlərə təşəkkürünü bildirib
20 Avqust 15:17
Yusif Babanlı: Dövlət idman siyasəti Azərbaycanın beynəlxalq yarışlarda uğurlu çıxışı üçün geniş imkanlar açır
20 Avqust 15:14
Bakı Slavyan Universitetində sənəd qəbulu: valideynlər razılıq edir
20 Avqust 14:58
BMT okeanlarda flora və faunanın mühafizəsinə dair Konvensiyanı müzakirə edir
20 Avqust 14:51
Astarada “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib
20 Avqust 14:41
Yol polisləri Binəqədi rayonunda “Təmiz hava aylığı” ilə bağlı maarifləndirici aksiyalar keçirirlər
20 Avqust 14:30
Azərbaycanın sədrliyi: Bakı Qoşulmama Hərəkatına yeni stimul verir
20 Avqust 13:52
Bakı-Tbilisi-Ceyhan kəməri ilə 7 ayda 19 milyon tonadək neft daşınıb
20 Avqust 13:34
Müdafiə Nazirliyi: Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb
20 Avqust 12:59
Azərbaycan Banklar Assosiasiyasının “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib
20 Avqust 12:56
Avqustun 21-də bəzi bölgələrdə havanın hərarəti 42 dərəcəyə yüksələcək
20 Avqust 12:48
Pakistan mətbuatında Azərbaycanla bağlı məqalələr dərc edilib
20 Avqust 12:40
İcbari tibbi sığortaya keçidlə əlaqədar Şəmkirdə maarifləndirmə tədbiri keçiriləcək
20 Avqust 11:55
Gənclər Fondu xaricdə təhsilin maliyyələşdirilməsi üzrə elan etdiyi müsabiqənin nəticələrini açıqlayıb
20 Avqust 11:32
Macarıstanın Seqed şəhəri estafeti Bakıdan qəbul edib
20 Avqust 11:15
İcbari tibbi sığortanın tətbiqi ilə bağlı dövlət tibb müəssisələrində İKT infrastrukturunun qurulması üzrə işlər davam etdirilir
20 Avqust 11:14
Bədii gimnastika üzrə 26-cı Azərbaycan çempionatı keçiriləcək
20 Avqust 11:10
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
20 Avqust 11:04
Daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul olunub
20 Avqust 11:01
Culfa-Ordubad avtomobil yolu yenidən qurulur
20 Avqust 10:59
Dünya birjalarında neftin qiyməti bahalaşıb
20 Avqust 10:50
2-ci “Animafilm” festivalına 50 ölkədən 268 müraciət daxil olub
20 Avqust 10:38
Bu gün UEFA Çempionlar Liqasının play-off mərhələsi start götürür
20 Avqust 10:32
BDU-nu seçmiş tələbələrin sənəd qəbulu davam edir
20 Avqust 09:58
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
20 Avqust 09:14
Azərbaycanda yol tikintisi geniş vüsət alıb
20 Avqust 09:12
Əsmər Hacızadə: Gələcəkdə təhsilimi xaricdə davam etdirməyi planlaşdırıram
20 Avqust 09:10
Ermənistanı yeni etiraz dalğası bürüyüb
20 Avqust 09:07
“Sosial şəbəkə müxalifəti” “Facebook”dan kənara çıxa bilmir
20 Avqust 09:05
Ölkəmizdə arıçılığın həm daxili bazar, həm də ixrac üçün çox böyük potensialı var
20 Avqust 00:13
Əli Kərimlinin dövlətçilik və hüquqi təfəkkürü məntiqsiz və natamamdır
19 Avqust 23:20
Altı ayın uğurları: Azərbaycan liderliyini saxlayır
19 Avqust 20:58
Yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artırılıb
19 Avqust 20:52
Çinin Şansi istedadlar dərnəyinin nümayəndə heyəti AZƏRTAC-da olub
19 Avqust 20:46
Rusiya-Azərbaycan: İqtisadi inkişafımızı bərabər həyata keçiririk
19 Avqust 20:44
Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub
19 Avqust 20:37
Cavanşir Paşazadə: Ölkəmizdə həyata keçirilən böyük sosial paketin əhatə dairəsi kifayət qədər genişdir
19 Avqust 18:04
Rafiq Bayramov: Mədəniyyət sahəsində müasir sistemin qurulması, xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl işlər aparılır
19 Avqust 18:02
“Suriya düyünü”: təhlükəsizlik zonası və risklər
19 Avqust 17:40
Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıblar
19 Avqust 17:30
“ASAN xidmət" mərkəzinin tikintisində "Yaşıl ASAN" konsepti tətbiq olunur
19 Avqust 17:26
Daxili İşlər naziri Daxili Qoşunların paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub
19 Avqust 16:45
Rauf Əliyev: Azərbaycan unikal sosial-iqtisadi inkişaf modelinə malik olan ölkədir
19 Avqust 16:16
İçərişəhər haqqında film beynəlxalq kinofestivalda göstəriləcək
19 Avqust 15:52
Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi icra olunur
19 Avqust 15:46
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək
19 Avqust 15:44
Sona Əliyeva: Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır
19 Avqust 15:27
İlham Məmmədov: Bu il ərzində ölkəmizdə minimum pensiya məbləğinin əhəmiyyətli şəkildə artması təmin edilib
19 Avqust 15:24
Peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşır
19 Avqust 15:05
“Avro 2020”: UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb
19 Avqust 14:57
Mir Şahin Gəncə teraktı ilə bağlı - şok VİDEO yaydı
19 Avqust 14:33
Azərbaycan Gürcüstanın ticarət tərəfdaşları sırasında ilk beşlikdədir
19 Avqust 14:06
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniya yığmasına qalib gəlib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+32 +37
gecə+20 +24