Ana səhifə »  Müəlliflər »  “İaşə müxalifəti” qrant almaq üçün hətta Vətənə xəyanət etməkdən belə çəkinmir
A+   Yenilə  A-
“İaşə müxalifəti” qrant almaq üçün hətta Vətənə xəyanət etməkdən belə çəkinmir
Yazdı: Pərviz Sadayoğlu

Bir çox ekspertlər tərəfindən haqlı olaraq “sosial şəbəkə müxalifəti” adlandırılan bu radikal qruplar yalnız şübhəli mənbələrdən maliyyələşirlər
Ermənipərəst mərkəzlərin sifarişi əsasında fəaliyyət göstərən, onların əlaltısı qismində çıxış edən radikal müxalifət düşərgəsinin Azərbaycanın milli maraqlarına qarşı düşmən münasibət bəsləməsi kimsəyə sirr deyil. İstər daxildə radikal müxalifət kimi tanınan, istərsə də xaricdə məskunlaşıb öz dövlətini və Azərbaycan hakimiyyətini hədəf götürən “mühacirlər”in fəaliyyəti göstərir ki, onlar yalnız şəxsi mənafe və daha çox maddiyyat əldə etmək uğrunda çarpışırlar. “Facebok”dan kənara çıxmayan və bir çox ekspertlər tərəfindən haqlı olaraq “sosial şəbəkə müxalifəti” adlandırılan bu radikal qruplar bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb, yalnız şübhəli mənbələrdən maliyyələşirlər. “Qrant müxalifəti” bu vəsaitləri almaq üçün hətta Vətənə xəyanət etməkdən belə çəkinmir. Bu qruplar milli-mənəvi və əxlaqi dəyərlərimizi tapdaq altına atdıqlarına, siyasi mübarizə adı altında mənəviyyatsızlığı təbliğ etdiklərinə görə həm də “söyüş müxalifəti”, “iaşə müxalifəti” kimi də xarakterizə olunur.
Vurğulanmalıdır ki, 1991-1993-cü illərdə ölkəni təhlükəli böhrana sürükləyən AXC-”Müsavat” hakimiyyətində təmsil olunan, hakimiyyəti itirdikdən sonra isə radikal müxalifətçilik yolu tutan Əli Kərimli və yaxın ətrafı illərdir ki, öz səhvlərindən heç bir nəticə çıxarmır, antimilli və qeyri-konstruktiv fəaliyyətlərini davam etdirirlər. Siyasi fəaliyyəti, təmsil olunduğu partiyanı belə özü üçün şəxsi mənfəət yolu kimi müəyyənləşdirən Əli Kərimli əslində qorxaq, cəsarətsiz, pula həris, öz mənafeyini milli maraqlardan üstün tutan, mənsub olduğu komandanı belə öz siyasi iddiaları naminə istismar edən birisidir. “Demokratiya” sözünün arxasında gizlənməklə pafosa güc verən və çoxsaylı yalanları ilə xalqı aldatmağa çalışan Ə.Kərimli bu gün də öz “ənənəsinə” sadiqdir. Belə ki, özünü “vətənpərvər” qiyafəsində təqdim etməyə çalışan bu şəxs tez-tez guya Azərbaycan torpaqlarının müdafiəsində iştirak etdiyini iddia edir. Lakin Azərbaycan cəmiyyəti bu iddianın da ağ yalan olduğunu yaxşı bilir. Onunla eyni vaxtda tələbə təşkilatlarında, daha sonra isə AXCP-də təmsil olunan şəxslərin də qeyd etdiyi kimi, o, heç zaman Azərbaycan torpaqlarının müdafiəsində, döyüşlərdə iştirak etməyib, hətta ailə üzvləri belə Azərbaycan ordusu sıralarında xidmət göstərməyiblər. Ə.Kərimli sadəcə həmin dövrdə komsomol katibi kimi özünümüdafiə dəstələrinə köməyə gedən tələbələrə baş çəkmək üçün rektor tərəfindən Laçına göndərilib. O isə bunu fərqli şəkildə təqdim edir, ictimai rəyi aldatmağa çalışır və özünü Qarabağın müdafiəsinin iştirakçısı kimi qələmə verir. Təsadüfi deyil ki, Ə.Kərimlinin bu iddiaları onu tanıyanlar tərəfindən ikrahla qarşılanır.
Ümumiyyətlə, Dağlıq Qarabağın ermənilər tərəfindən işğalı Ə.Kərimlinin təmsil olunduğu hakimiyyətin ardıcıl səhvlərinin, naşılığının nəticəsi idi. 1990-cı illərin əvvəllərində Azərbaycanın ciddi problemlərlə üz-üzə qalmasının, ölkə daxilində anarxiya və xaosun, vətəndaş qarşıdurmasının, özbaşına silahlı dəstələrin hökmranlığının, iqtisadiyyatın talan olunmasının əsas səbəbi də məhz AXC-”Müsavat” hakimiyyətinin siyasətdən uzaq və mağara təfəkkürlü idarəçiliyi ilə bağlı idi. Eləcə də Ermənistanın təcavüzünə və torpaqlarımızın işğalına baxmayaraq, ölkəmizə qarşı ağır sanksiyaların tətbiq edilməsi Ə.Kərimlinin təmsil olunduğu hakimiyyətin Azərbaycan xalqına və dövlətinə qoyduğu “miraslar”dandır.
Sonradan Ə.Kərimli radikal müxalifətdə təmsil olunduğu dövrdə də bu fəaliyyətini davam etdirib. Təsadüfi deyil ki, 1999-cu ildə Qarabağla bağlı birləşmiş müxalifətin keçirəcəyi mitinq də Əli Kərimlinin ABŞ səfirliyindən böyük miqdarda pul almasından sonra ləğv edilmişdi. Bütün bu faktlar bir daha onu göstərir ki, Ə.Kərimli hər zaman maddiyyat qarşılığında ölkəsini, xalqını satmağa hazırdır. Məsələn, vaxtilə onunla eyni partiyada təmsil olunan şəxslərin də bildirdiyi kimi, Brüsselə son səfəri zamanı Əli Kərimli iddia edib ki, Azərbaycanın indiki iqtidarının hakimiyyətdə qalması sülhə təhlükədir. Onun “fikrinə görə”, yalnız Ermənistanda və Azərbaycanda demokratik qüvvələrin hakimiyyətə gəlməsi problemin sülh yolu ilə həllini təmin edə bilər. Hətta onun məntiqindən belə görünür ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanda yaşayan ermənilərin hüquqlarının pozulması nəticəsində başlayıb. Göründüyü kimi, Əli Kərimli Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hətta ən qatı erməni milliyyətçilərinin demədiyini deyir, onlara öz iddialarını möhkəmləndirmək üçün əsaslar verir.
Ə.Kərimlinin ermənipərəst mövqedən çıxış etməsi təkcə bu faktlarla bitmir. Ermənistanda “məxməri inqilab” başlayan zaman Əli Kərimli israrla Azərbaycan hakimiyyətini Qarabağda müharibəyə başlamamağa çağırırdı. Amma bir müddət öncə Keşikçidağ məsələsində Ə.Kərimli Azərbaycan hərbçilərini cəsarətsizlikdə ittiham edirdi. Bu məntiqsizlik göstərir ki, Əli Kərimli fəaliyyətinin və iddialarının iki mənbəyi var: xarici sifariş və şəxsi mənafe.
Göründüyü kimi, yalvarışla beynəlxalq birlikdən Azərbaycana qarşı sərt mövqe istəyən, Ermənistanı “demokratik” adlandıran və beləliklə də onun cinayətlərinə bəraət qazandıran, sosial şəbəkələri hakimiyyətə qarşı mübarizə meydanına çevirməyə çalışan, ölkədə baş verən istənilən hadisəni təhrif edərək ictimai rəyi çaşdıran Əli Kərimli heç vaxt Azərbaycan dövlətinin və xalqının yanında olmayıb. Bu gün də ermənilərlə belə əməkdaşlığı özünə rəva bilən, Xocalı faciəsini törədənlərin maraqlarının keşikçisi qismində çıxış edən Ə.Kərimli özünü yenidən anti-azərbaycançı mərkəzlərə “satmaq” üçün öz ampluasına davam etməkdədir.

 
  • Oxunub:  3990  |  
  • Tarix:  15-08-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb

19 Yanvar 20:11
Mərkəzi Seçki Komissiyasının sədri MDB Müşahidə Missiyasının nümayəndə heyəti ilə görüşüb
19 Yanvar 16:34
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 20 Yanvar hadisələrinin 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıb
19 Yanvar 12:06
Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb
19 Yanvar 10:27
20 Yanvar faciəsi insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara hərflərlə yazılıb
18 Yanvar 18:52
Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu
18 Yanvar 15:07
Əli Əhmədov: 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin şanlı və parlaq səhifələrindən biridir
18 Yanvar 15:01
YAP İcra Katibliyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
18 Yanvar 14:20
99 saylı Şəmkir kənd seçki dairəsindən YAP-ın deputatlığa namizədi Nurlan Həsənov seçiciləri ilə ilk görüşünü keçirib
18 Yanvar 14:16
YAP-ın 98 saylı Şəmkir şəhər seçki dairəsi üzrə namizədi Sahibə Qafarova seçicilərlə ilk görüşlərini keçirib
18 Yanvar 14:13
Yeni Azərbaycan Partiyasından 100 saylı Şəmkir-Daşkəsən Seçki Dairəsi üzrə Deputatlığa namizəd Kamran Bayramovun Kür qəsəbə seçiciləri ilə görüşü keçirilmişdir
18 Yanvar 13:14
Ağdaşlı mədəniyyət işçilərinin seçimi Cavid Osmanovdur
18 Yanvar 13:10
14 saylı Xəzər seçki dairəsində 76 müşahidəçi qeydiyyatdan keçib
18 Yanvar 13:01
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər
18 Yanvar 12:55
109 saylı Balakən seçki dairəsindən YAP-ın deputatlığa namizədi Nəsib Məhəməliyevin seçicilərlə görüşü keçirilib
18 Yanvar 12:53
Gəncənin deputatlığa namizədi Pərvin Kərimzadə 100 yaşlı seçicisinin xeyir-duasını alıb
18 Yanvar 12:50
Sosial sahədə aparılan islahatlar bu il daha geniş miqyasda davam etdiriləcək
18 Yanvar 12:42
Deputatlığa namizəd Sevinc Fətəliyevanın Hövsan seçiciləri ilə görüşü keçirilmişdir
18 Yanvar 12:38
Parlament seçkilərinə qatılan namizəd qadınların sayında artım müşahidə olunub
18 Yanvar 12:36
Dövlət Turizm Agentliyinin sədri Şəkidə vətəndaşlarla görüşüb
18 Yanvar 11:59
Seçkiqabağı təşviqat necə aparılmalıdır, nələr qadağandır?
18 Yanvar 11:39
Suat Önal: "Azərbaycanda parlamentin yenilənməsi ölkənin inkişafına əlavə impuls verəcək"
18 Yanvar 11:17
20 Yanvar Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı qəhrəmanlıq səhifəsidir
18 Yanvar 11:15
Seçki hüququnun pozulmasına dair müraciətlərə baxılmasına həsr olunan seminarlar başlayıb
18 Yanvar 11:11
Seçki ilə bağlı daxil olan şikayətlərin sayı açıqlandı
18 Yanvar 11:09
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri AMEA-nın əməkdaşları ilə görüşüb
18 Yanvar 11:08
Azərbaycan regionun qüdrətli dövlətidir
18 Yanvar 11:06
"Edilən müraciətlər qərəzsiz, dəqiq, obyektiv araşdırılır" - MSK rəsmisi
18 Yanvar 10:17
2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb
17 Yanvar 22:55
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
17 Yanvar 21:46
Azərbaycan Dilqəm Əsgərovun və Şahbaz Quliyevin qanunsuz həbsi ilə bağlı BMT baş katibinə məktub göndərib
17 Yanvar 21:44
Rusiya XİN: Ötən il Azərbaycanla strateji tərəfdaşlıq bütün əsas istiqamətlərdə yüksələn xətt üzrə inkişaf edib
17 Yanvar 21:30
Nazirlər Kabinetində əmək münasibətlərinin tənzimlənməsinə həsr olunmuş müşavirə keçirilib
17 Yanvar 21:22
AMEA Rəyasət Heyətinin iclası keçirilib
17 Yanvar 21:16
20 Yanvar faciəsi insanlıq əleyhinə cinayətdir
17 Yanvar 17:34
MİDA və YAP Nəsimi rayon təşkilatı 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillər ilə görüş təşkil edib
17 Yanvar 17:32
66 saylı Biləsuvar seçki dairəsində 106 müşahidəçi qeydiyyatdan keçib
17 Yanvar 17:17
“İrəli” İctimai Birliyinin “Könüllülər ili” ilə əlaqədar fəaliyyət planı müzakirə olunub
17 Yanvar 17:01
19 saylı Nərimanov birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Hikmət Babaoğlu Nərimanov rayon gəncləri ilə görüş keçirib
17 Yanvar 16:51
MSK nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibində dəyişiklik edilib
17 Yanvar 16:41
RF Dövlət Dumasının deputatı Dmitri Savelyev Bakıya “Əmək rəşadəti şəhəri” adı verilməsini təklif edib
17 Yanvar 16:31
Siyasi analitik: "Seçkiqabağı təbliğat və təşviqat dövründə gənclər öz potensiallarını göstərməlidirlər"
17 Yanvar 16:29
YAP Goranboy rayon təşkilatı təbliğat kampaniyasına start verib
17 Yanvar 16:26
17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə deputatlığa namizəd Elnur Allahverdiyev seçicilərlə ilk görüşünü keçirib
17 Yanvar 16:15
AMEA-nın Şərqşünaslıq İnstitutunda 20 Yanvar şəhidlərinə həsr olunan tədbir keçirilib
17 Yanvar 16:11
Naqif Həmzəyev: Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil
17 Yanvar 16:08
Xətai rayonunda YAP-ın namizədlərinin seçki qərərgahı təbliğat-təşviqat kampaniyasına start verdi
17 Yanvar 16:06
Ali Məhkəmənin sədri Salyanda vətəndaşları qəbul edib
17 Yanvar 16:03
Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb
17 Yanvar 15:59
Bakı Şəhər Baş Polis İdarəsində ötən ilin yekunları müzakirə olunub
17 Yanvar 15:58
Millət vəkili seçilərəmsə əlimdən gələni edəcəm ki, insanlar mənə səs verdikləri üçün təəssüflənməsinlər
17 Yanvar 15:53
Prezident Kitabxanasında 20 Yanvar şəhidlərinə həsr edilmiş foto və kitab sərgisinin açılışı olub
17 Yanvar 15:51
Qida Təhlükəsizliyi Agentliyi ötən ilin yekunları ilə əlaqədar hesabat verib
17 Yanvar 15:45
Milli Kitabxanada 20 Yanvar faciəsinə həsr edilmiş kitabların və elektron məlumat bazasının təqdimatı olub
17 Yanvar 15:41
Yeni Azərbaycan Partiyası pulsuz efir hüququndan imtina ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət etdi
17 Yanvar 15:35
Yeni Azərbaycan Partiyası öz gücünü xalqdan alır və seçkilərdə də bu amil vacib şərtlərdən biridir
17 Yanvar 15:31
YAP Oğuz rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib
17 Yanvar 15:30
“Aparılan islahatlar parlament seçkilərində gənclərin yeni ideyalarla iştirakına stimul verəcək” - Arye Qut
17 Yanvar 15:26
AzMİU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 15:18
Hüseynbala Mirələmov: 2020-ci ilin Azərbaycanda "Könüllülər ili” elan edilməsinin böyük rəmzi mənası var
17 Yanvar 15:16
Qazaxıstanlı ekspert: “Azərbaycandakı seçkilər digər ölkələr üçün müsbət nümunə olacaq”
17 Yanvar 15:03
Naftalanda da YAP üzvləri fəallıqları ilə fərqlənirlər
17 Yanvar 14:57
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 14:56
İlahiyyat İnstitutunda qış imtahan sessiyası davam edir
17 Yanvar 14:52
Şəmkirdə 3 istiqamət üzrə 32,9 kilometrlik yol yenidən qurulub
17 Yanvar 14:46
YAP Samux rayon təşkilatı təbliğat kampaniyasına başlayıb
17 Yanvar 14:43
YAP Xəzər rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib
17 Yanvar 14:34
Prezidentin köməkçisi: Ermənistan tərəfi münaqişənin həlli ilə bağlı cəfəng fikirlər söyləmək əvəzinə lazımi addımları atmalıdır
17 Yanvar 14:29
Gəncədə seçkiqabağı təşviqat kampaniyasına start verildi
17 Yanvar 14:25
Pərvin Kərimzadə: Ölkəmizin MDB tarixində ən böyük sosial paketə imza atıb
17 Yanvar 14:23
Hikmət Hacıyev: Aİ-nin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ardıcıl mövqeyini yüksək qiymətləndiririk

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +9
gecə+2 +5