Ana səhifə »  Müəlliflər »  Əli Kərimlinin faydalı bir işlə məşğul olmaq bacarığı yoxdur
A+   Yenilə  A-
Əli Kərimlinin faydalı bir işlə məşğul olmaq bacarığı yoxdur
Yazdı: Pərviz Sadayoğlu

Əgər bir insan iyirmi il davamlı olaraq eyni şeyi təkrar edib durursa və nəticədə heç nəyə nail ola bilmirsə, hətta geriləyirsə, ancaq yenə də həmin işi davam etdirirsə, deməli, onun problemi ilə artıq psixoloqlar məşğul olmalıdırlar
Siyasi riyakarlığı özünə peşə seçmiş radikal müxalifət düşərgəsi Azərbaycan dövlətinin maraqlarına xəyanət etməklə yanaşı, addımbaşı siyasi şou düzəltmək, yalan gündəm yaratmaq və bundan dividend qazanmaq üçün dəridən qabıqdan çıxır. Belə ki, anti-azərbaycançı mərkəzlərlə işbirliyində olan radikal ünsürlər ölkəmizin əleyhinə yalan təbliğatlar aparan mərkəzlərin sifarişləri əsasında şər-böhtanlar yaymağa çalışır, sosial şəbəkələrdə özünəməxsus “qara piar” kampaniyaları təşkil edirlər. Xalq arasında heç bir hörməti olmayan, siyasi elektoratı tükənmiş, yalnız sosial şəbəkələrdə trollar vasitəsilə özündən “müxalifət partiyası” düzəldən belələri, necə deyərlər, özü deyib, özü eşidir.
Məsələn, AXCP sədri Əli Kərimlinin son dövrlərdə “siyasi fəaliyyəti” yalnız sosial şəbəkələrdə statuslar yazmaq və köhnə şəkillər paylaşmaqla məhdudlaşır. Partiya sədri olduğunu iddia edən, rəhbərlik etdiyi siyasi təşkilatın azsaylı üzvlərinin çayxana görüşlərini, səhər yeməklərini sosial şəbəkələrdə paylaşıb “partiya iclası” kimi qələmə verməyə cəhd göstərən Ə.Kərimli bununla yalnız özünə təsəlli verməyə çalışır. Bəli, Əli Kərimlinin bütün fəaliyyəti onu göstərir ki, bu adam, sadəcə, özünə bir iş tapa bilmir, onun cəmiyyətə, ailəsinə, ətrafına fayda gətirə biləcək bir işin ucundan yapışmaq bacarığı yoxdur.
Vurğulandığı kimi, siyasəti sosial şəbəkələrdə ermənipərəst mərkəzlərin əmrlərinə riayət etmək kimi qavrayan AXCP sədri hər statusunda iddia edir ki, guya hakimiyyət narahatdır, cəmiyyət barıt çəlləyini xatırladır və bu gün-sabah “inqilab” olacaq. Təsadüfi deyil ki, o, son statuslarında da eyni fikirləri ifadə edib. Bu halda isə ortaya haqlı suallar çıxır.
Məsələn maraqlıdır ki, Əli Kərimlinin iddiasına əsasən, hakimiyyətin narahatlığının səbəbi nədir? Üç-dörd “xuliqan” cəbhəçinin saxlanılması və ya Tofiq Yaqublunun prokurorluğa çağırılması hansı narahatlığa səbəb ola bilər ki?
Görünür, bütün şüurlu həyatını kompüter arxasında keçirən və səhərdən axşama kimi “Facebook”da ictimai qıcıq yaratmağa çalışan Əli Kərimli hesab edir ki, bir neçə yaxınının onunla həmfikir olması və formalaşdırdıqları “trol dəstəsi”nin dəstəyi “ictimai narazılıqdır” və ya “inqilabi situasiyanın ərəfəsi”dir, hakimiyyətin “çöküşünün” başlanğıcıdır.
Göründüyü kimi, Əli Kərimli və ətrafındakı azlıq 1993-cü ildən bu əsassız iddiaları səsləndirməkdən yorulmurlar. Onlar virtual dünyaya “transformasiya” olunmamışdan öncə qəzetlərdə eyni “serenada”nı oxuyurdularsa, indi də sosial şəbəkələrdə ənənəvi “havalarındadırlar”. Fakt isə odur ki, Əli Kərimli və onun kimilərinin mübarizəsi həmişə qəzet səhifəsi və ya sosial şəbəkə ilə məhdudlaşıb. Onlar artıq virtual aləmlə real həyat arasında sərhədi itiriblər. Elə düşünürlər ki, sosial şəbəkədə bir neçə səviyyəsizin ağzıköpüklü ritorikası ictimai narazılıq, kimlərinsə “asacağıq”, “kəsəcəyik” iddiaları isə inqilabdır. Əslində isə bunlar olsa-olsa yalnız virtual məkanda “qəhrəmanlıq” edə bilərlər, çünki real cəmiyyət, ölkə vətəndaşları nəinki Əli Kərimlinin iddialarından, heç onun mövcudluğundan belə xəbərsizdir.
Əli Kərimlinin zaman-zaman müraciət etdiyi mövzulara nəzər salanda görünür ki, bu adamın yalnız ara qarışdırmaq, çaşqınlıq yaratmağa cəhd göstərməkdən başqa peşəsi yoxdur. AXCP sədri bir müddət öncə ölkəmizdə həyata keçirilən sosial tədbirləri hədəfə götürmək istədi, hər gün xırda sosial problemləri yalandan qabardıb ictimailəşdirməklə iqtidarın sosial siyasətini gözdən salacağını düşündü, amma alınmadı. Daha sonra məmurların və ya ayrı-ayrı imkanlı şəxslərin əmlakını müzakirəyə çıxarmaqla hakimiyyətin nüfuzuna zərbə vuracağını hesab etdi, bundan da bir şey çıxmadı. İndi isə olmayan partiyasına üzv toplamaq üçün “ay camaat, gəlin qoşulun cəbhəyə” çığır-bağırı salaraq insanları rəhbərlik etdiyi partiyanın sıralarına cəlb etməyə çalışan Əli Kərimli “Rusiyada aksiyalar keçirildi, bizdə də başlayacaq” deməklə vətəndaşları qarşıdurmaya cəlb eləmək istədi. Təbii ki, onun bu istəyi də boşa çıxdı. Çünki real həyatda onun heç bir dəstəkçisi yoxdur. Sadəcə olaraq, bu adam artıq nə edəcəyini bilmir. Onun sosial şəbəkələrdən əl çəkməməsinin də bir səbəbi məhz budur. Əli Kərimli anlayır ki, sosial şəbəkələrdə bu yalanları yazmasa, hay-küy salmasa, onun mövcudluğundan belə xəbər tutan olmayacaq və yanında qalan beş-üç nəfər də dağılıb qaçacaq. Bir sözlə, əgər bir insan iyirmi il davamlı olaraq eyni şeyi təkrar edib durursa və nəticədə heç nəyə nail ola bilmirsə, hətta geriləyirsə, ancaq yenə də həmin işi davam etdirirsə, deməli, onun problemi ilə artıq psixoloqlar məşğul olmalıdırlar.

 
  • Oxunub:  2580  |  
  • Tarix:  27-08-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb

22 Noyabr 17:53
Dövlət Komitəsinin sədri Beyləqanda məcburi köçkünləri qəbul edib
22 Noyabr 17:49
Yayda yanğın baş verən meşə ərazilərində meşəbərpa tədbirlərinə başlanılacaq
22 Noyabr 17:38
YAP Səbail rayon təşkilatının fəalları Bilgəhdə yerləşən Pensiya yaşına çatmış şəxslər üçün Sosial Xidmət müəssisəsini ziyarət etdilər
22 Noyabr 17:26
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Tərtərdə məcburi köçkünlərlə görüşüb
22 Noyabr 17:23
Azərbaycan Texniki Universitetində keçirilən konfransda ölkəmizin multikulturalizm siyasətindən bəhs olunub
22 Noyabr 17:22
Nəsiminin yubileyi ilə bağlı 650 min ağacın harada əkiləcəyi yerləri əks etdirən xəritə hazırlanıb
22 Noyabr 17:20
AzTU-nun professoru Aşqabadda erməni yalanını ifşa etdi
22 Noyabr 17:19
Moskvada X Rusiya-Azərbaycan Regionlararası Forumu işə başlayıb
22 Noyabr 17:16
Azərbaycanlı alim beynəlxalq konfransda türk dünyası tarixçilərinin əməkdaşlığından danışıb
22 Noyabr 17:14
Bakıda VI Beynəlxalq Tibbi Treninq Günlərinə start verilib
22 Noyabr 17:12
Naxçıvanda əlil və şəhid ailələrinin mənzillə təminatının davam etdirilməsinə 500 min manat ayrılıb
22 Noyabr 17:10
Sərəncam: Naxçıvanda müasir suvarma sistemlərinin quraşdırılmasına 2 milyon manat ayrılıb
22 Noyabr 17:06
Qrant müsabiqəsi ilə bağlı QHT-lər üçün məlumatlandırma sessiyası təşkil olunacaq
22 Noyabr 17:03
Azərbaycanın Diplomatik Xidmət Orqanlarının 100 illiyi medalı Pakistanın ordu generalına təqdim olunub
22 Noyabr 16:55
“Loqos” beynəlxalq elmi konfransa hazırlaşır
22 Noyabr 16:49
Şəkidə dövlət-din münasibətlərindən bəhs edən seminar-müşavirə keçirilib
22 Noyabr 16:37
Sumqayıtın 70 illik yubileyinə marka buraxılıb
22 Noyabr 16:30
AMEA-nın Humanitar Elmlər Bölməsinin elmi müəssisələrinin hesabatları dinlənilib
22 Noyabr 16:26
Prezident İlham Əliyev Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı Sərəncam imzalayıb
22 Noyabr 16:22
Vüqar Rəhimzadə: Rəy sorğularının nəticələri Prezident İlham Əliyevin siyasətinə və reallaşdırdığı islahatlara böyük ictimai inamın və etimadın olduğunu isbatlayır
22 Noyabr 16:11
İrina Viner-Usmanova: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşü həyəcanla gözləyirdim
22 Noyabr 16:10
Dmitri Savelyev: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu foruma gəlişi tədbirin əhəmiyyətini bir daha vurğulayır
22 Noyabr 16:02
Akademik Rasim Əliquliyev “İƏT-15 Dialoq Platforması” konsepsiyasının müzakirəsinə dair iclasda iştirak edib
22 Noyabr 15:55
Tarix İnstitutunda Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub
22 Noyabr 15:40
Milli Məclisin komitə iclasında Ombudsmanın seçilməsi haqqında qanun layihəsi müzakirə olunur
22 Noyabr 15:38
Milli Məclisin noyabrın 25-də keçiriləcək plenar iclasının gündəliyi müəyyənləşib
22 Noyabr 15:05
Yaponiya ilə KOB sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
22 Noyabr 15:00
Ədliyyə işçiləri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
22 Noyabr 14:59
Bakıda Gender əsaslı Bələdiyyə Akademiyasının açılışı olub
22 Noyabr 14:54
“İqtisadi və statistik tədqiqatlarda innovasiyaların tətbiqi” mövzusunda elmi-praktiki konfrans keçirilib
22 Noyabr 14:46
“Özbək kino həftəsi” çərçivəsində Şəkidə kinosevərlərlə görüş
22 Noyabr 14:44
BSU-da “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda beynəlxalq konfrans keçirilir
22 Noyabr 14:38
YAP Zərdab rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü qeyd edib
22 Noyabr 14:35
Xaçmazda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
22 Noyabr 14:34
Mikayıl Cabbarov: Rusiya indiyədək Azərbaycan iqtisadiyyatına 5 milyard dollar investisiya yatırıb
22 Noyabr 14:29
Energetika nazirinin müavinləri Mingəçevir və Bərdədə vətəndaşları qəbul ediblər
22 Noyabr 14:28
Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəyliyə həsr olunmuş kitabın təqdimatı keçirilib
22 Noyabr 14:17
Sahib Ələkbərov: Velosipedçilərimizin Olimpiya Oyunlarına ilk milli lisenziya qazanmasından qürur hissi keçiririk
22 Noyabr 14:15
AzMİU-da memarlıq ali təhsilinin 100 illiyinə həsr olunmuş sərgi açılıb
22 Noyabr 14:09
Hikmət Babaoğlu: Bu, onların milli maraqlara necə xəyanət etdiyinin açıq izahatı idi
22 Noyabr 14:07
Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu yenidən qurulub
22 Noyabr 14:01
Tokioda Yaponiya ilə Azərbaycanın iqtisadi-ticari əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
22 Noyabr 13:58
Abşeronun kənd və qəsəbələrində telekommunikasiya infrastrukturu yenidən qurulur
22 Noyabr 13:56
Muğanlı-İsmayıllı avtomobil yolu ilə bağlı ilkin layihə planının variantları işlənilir
22 Noyabr 13:50
Azərbaycan Milli Məclisinin Sədri MDB Parlament Assambleyasının yubiley sessiyasında iştirak edib
22 Noyabr 13:47
Milli Kitabxanada Xal yazıçı Elçinin kitablarının təqdimatı olub
22 Noyabr 13:01
Bağdad Amreyev: Türk Şurası Transxəzər fiber-optik kabel xəttinin çəkilişini dəstəkləyəcək
22 Noyabr 12:35
Azərbaycan nümayəndə heyəti Rusiyada “Nəqliyyat həftəsi–2019” tədbirində iştirak edib
22 Noyabr 12:35
Professor Əli Birinci: Əhməd bəy Ağaoğlu Azərbaycan və Türkiyə üçün misilsiz xidmətlər göstərib
22 Noyabr 12:30
Dünya Səhiyyə Təşkilatı: uşaq və gənclər getdikcə daha az hərəkət edirlər
22 Noyabr 12:23
Azərbaycandan göndərilən məhsulların 5,8 faizi avtomobil nəqliyyatı ilə daşınıb
22 Noyabr 12:19
Daşkənddə MDB Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib
22 Noyabr 12:04
Hicran Hüseynova: Azərbaycanda qadın sahibkarların sayı artıb
22 Noyabr 12:01
Nazir: Cənub Qaz Dəhlizinin həyata keçirilməsində ABŞ-ın davamlı dəstəyi təqdirəlayiqdir
22 Noyabr 11:55
Bakıda alpaqut üzrə ikinci dünya çempionatı keçirilir
22 Noyabr 11:54
Komitə sədri: Azərbaycanda zorakılıq halları bir çox ölkələrdən çox aşağıdır
22 Noyabr 11:51
Göyçayda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
22 Noyabr 11:47
Siyavuş Novruzov: AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu dövrdə şiddət-güc ritorikasını onlar kimi düşünməyən hər kəsə qarşı tətbiq edirdi
22 Noyabr 11:40
Naxçıvanda “İdman hamı üçün!” şüarı ilə tədbir keçirilib
22 Noyabr 11:39
Amerikalı diplomatlara Azərbaycanın diplomatik xidmət orqanlarının yubiley medalı təqdim olunub
22 Noyabr 11:27
“OPEC plus” ölkələri neft istehsalının azaldılmasını davam etdirmək barədə qərar qəbul edə bilər
22 Noyabr 11:20
Abşeron rayonunun Qobu qəsəbəsində də 10 yeni fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
22 Noyabr 11:11
Xing Qu: Maddi mədəni irsin qorunması və davamlı inkişafı məsələsində həmişə Azərbaycanı dəstəkləyirik
22 Noyabr 10:53
Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Bolqarıstanın Daxili İşlər Nazirliyi arasında saziş imzalanıb
22 Noyabr 10:47
UNESKO Dünya Fəlsəfə Gününü qeyd edib
22 Noyabr 10:45
Quba, Qusar və Xızı rayonlarına qar yağıb
22 Noyabr 10:43
Energetika naziri ABŞ-da Azərbaycanın 25 illik nailiyyətlərindən danışıb
22 Noyabr 10:13
Polşa UNESKO-nun İcraiyyə Şurasının üzvü seçilib
22 Noyabr 10:10
Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaradılmasından 101 il ötür
22 Noyabr 10:09
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 21 dəfə pozub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA