Ana səhifə »  Müəlliflər »  Ölkə vətəndaşları nəinki Əli Kərimlinin iddialarından, onun mövcudluğundan belə xəbərsizdirlər
A+   Yenilə  A-
Ölkə vətəndaşları nəinki Əli Kərimlinin iddialarından, onun mövcudluğundan belə xəbərsizdirlər
Yazdı: Pərviz Sadayoğlu

AXCP sədrinin sosial şəbəkələrdəki “aktivliyi” xarici ermənipərəst mərkəzlərdən daha çox qrant qoparmağa hesablanıb
Dünyada demokratiyanın göstəricilərindən biri sayılan müxalifətçilik ölkəmizdə bəzi radikal qruplar tərəfindən yanlış təzahürünü tapmaqdadır. Belə ki, əməllərində, mövqelərində radikallığı, dağıdıcılığı təlqin edən bu düşərgə təmsilçiləri antimilli mövqeləri ilə dövlətçilik və millət maraqlarından uzaq düşməklə yanaşı, autsayder vəziyyətində çabalamaqla da əsl müxalifətçilikdən kənarda olduqlarını bariz şəkildə ortaya qoyurlar. Daha dəqiq desək, siyasi fikir ayrılığını “xəyanət” sözü ilə assosiasiya edən dağıdıcı ünsürlər bu gün siyasi proseslərin ardınca sürünməkdədirlər və anti-Azərbaycan dairələrin ucuz şoularında aldıqları “rol”un qarşılığında “maddi başgirləməklərlə” məşğuldurlar.
Bunun ən bariz nümunəsi isə AXCP sədri Əli Kərimlidir. Əli Kərimlinin bütün fəaliyyəti onu göstərir ki, bu adam, sadəcə, özünə bir iş tapa bilmir, cəmiyyətə, ailəsinə, ətrafına fayda gətirə biləcək bir işin ucundan yapışmaq bacarığı yoxdur. “Klaviatura” arxasından yalanları ilə özünə siyasi gündəm yaratmağa çalışan AXCP sədri sosial şəbəkələrdə yazdığı hər statusunda iddia edir ki, guya hakimiyyət narahatdır. Onun “fikrincə”, cəmiyyət barıt çəlləyini xatırladır və bu gün-sabah “inqilab” olacaq. Maraqlıdır ki, onun son statusları, demək olar ki, eyni mövzudadır və orada eyni fikirlər ifadə edilib.
Əli Kərimlinin sosial şəbəkələrdəki bu “sərsəmləmələri” öz növbəsində ortaya haqlı suallar çıxarır. Görəsən, Əli Kərimlinin iddia etdiyi “hakimiyyətin narahatlığı”nın səbəbi nədir? Üç-dörd “xuliqan” cəbhəçinin saxlanılması və ya Tofiq Yaqublunun prokurorluğa çağırılması hansı narahatlıqlara əsas verir? Görünür, bütün şüurlu həyatını kompüter arxasında keçirən və səhərdən axşama kimi “Facebook”da ictimai qıcıq yaratmağa çalışan bu adam hesab edir ki, ətrafındakı bir neçə yaxınının onunla həmfikir olması və formalaşdırdıqları trol dəstəsinin “dəstəyi” “ictimai narazılıqdır”, “inqilabi situasiya”nın ərəfəsidir, “hakimiyyətin çöküşü”nün başlanğıcıdır.
Bir sözlə, görünən budur ki, Əli Kərimli və ətrafındakılar illərdir eyni “havanı” çalmaqdan yorulmurlar. Belə ki, 1993-cü ildən bu əsassız iddiaları səsləndirməkdən sevməyən Əli Kərimli əvvəllər bu yalanları nəzarətindəki KİV-lər vasitəsilə ictimai rəyə “təqdim” edirdisə, indi də sosial şəbəkələrdə eyni yalanları deməklə məşğuldur. Fakt isə budur ki, Əli Kərimli və onun kimilərinin “mübarizəsi” həmişə qəzet səhifəsində və ya sosial şəbəkələrdə olub. Onlar artıq virtual aləmlə real həyat arasında sərhədi itiriblər və elə düşünürlər ki, sosial şəbəkədə bir neçə səviyyəsizin ağzıköpüklü ritorikası “ictimai narazılıq”, kimlərinsə “asacağıq”, “kəsəcəyik” iddiası isə “inqilab”dır. Həqiqət isə budur ki, bunlar olsa-olsa yalnız virtual məkanda “qəhrəmanlıq” edə bilərlər, çünki real cəmiyyət, ölkə vətəndaşları nəinki Əli Kərimlinin iddialarından, onun mövcudluğundan belə xəbərsizdirlər.
Əli Kərimlinin bu sərsəm statusları onun hansı məqsədlərə xidmət göstərdiyini də açıq-aşkar ortaya qoyur. Xatırlanmalıdır ki, bir müddət öncə ölkəmizdə həyata keçirilən sosial tədbirləri hədəfə götürməyə niyyətlənən Əli Kərimli daha sonra xırda sosial problemləri qəsdən qabartmaqla özünə dividend qazanmağa cəhd göstərdi. Amma bu yolla iqtidarın sosial siyasətini gözdən salacağını düşünən Əli Kərimlinin yenə də əli ətəyində qaldı və niyyəti alınmadı. Sonradan o, məmurların, imkanlı şəxslərin əmlakını müzakirəyə çıxarmaqla hakimiyyətin nüfuzuna zərbə vuracağını düşündüsə də, bundan da bir şey çıxmadı. İndi isə “ay camaat, gəlin qoşulun cəbhəyə” çığırmaqla insanları rəhbərlik etdiyi partiyanın sıralarına cəlb etməyə çalışan, “Rusiyada aksiyalar keçirildi, bizdə də başlayacaq” deməklə vətəndaşları qarşıdurmaya cəlb eləmək istəyən Əli Kərimlinin arzuları yenə də boşa çıxır. Çünki real həyatda Əli Kərimlinin nə özü, nə də dəstəkçisi var. Bu səbəbdəndir ki, artıq adam nə edəcəyini bilmir. Sadəcə olaraq, Əli Kərimlinin sosial şəbəkələrdəki “aktivliyi”nin bir səbəbi var. Bu, Əli Kərimlinin “mövcudluğunu” təsdiq etməyə, yanında qalan beş-üç nəfərin də dağılıb qaçmasının qarşısını almağa və xarici ermənipərəst mərkəzlərdən daha çox qrant qoparmağa hesablanıb. Görünən budur ki, artıq onun problemi ilə psixoloqlar məşğul olmalıdırlar. Çünki bir insan iyirmi il davamlı olaraq eyni şeyi təkrar edib durursa və nəticədə heç nəyə nail ola bilmirsə, hətta geriləyirsə, ancaq yenə də həmin işi davam etdirirsə, deməli, onun problemləri dərindir.

 
  • Oxunub:  2700  |  
  • Tarix:  29-08-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib
16 Noyabr 09:45
Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
16 Noyabr 09:42
Masallı məktəblisi: Ölkəmizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur
16 Noyabr 09:41
Regionlarda meyvə istehsalı artıb
15 Noyabr 22:03
Fələstin Prezidentinin müşaviri: Azərbaycan xalqının multikulturalizm təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
15 Noyabr 21:47
Pakistanın Təhsil naziri UNESKO-nun Təhsil Komissiyasının sədri seçilib
15 Noyabr 21:39
Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib
15 Noyabr 21:36
Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
15 Noyabr 21:32
Lerikin 3 kəndinə təbii qaz verilib
15 Noyabr 21:29
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təliminin sonuncu mərhələsi keçirilib
15 Noyabr 21:23
Bakıda “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərgi açılıb
15 Noyabr 21:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində kadr məsələləri üzrə təlimi davam etdirir
15 Noyabr 21:17
Azərbaycan İlahiyyat İnstitutunda cenevrəli alimlə görüş
15 Noyabr 21:14
Azərbaycan mədəni irsin qorunması, bərpası və təbliği sahəsində UNESKO ilə sıx əməkdaşlıq edir
15 Noyabr 21:10
İqtisadçı ekspertlər vergi qanunvericiliyindəki dəyişikliklər barədə məlumatlandırılıblar
15 Noyabr 21:06
“MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi müsabiqəsinin qalibləri mükafatlandırılıblar
15 Noyabr 20:53
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub
15 Noyabr 20:50
Beynəlxalq İnkişafa Yardım İdarəsi xarici diplomatlar üçün ixtisasartırma kursu təşkil edir
15 Noyabr 20:47
Bakı 2021-ci və 2022-ci illərdə savat üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək
15 Noyabr 20:45
Qızıl Ordanın 750 illiyinə həsr olunmuş konfrans keçirilib
15 Noyabr 20:39
Şəkərli diabet xəstəliyinə tutulmuş insanlara dövlət qayğısı artırılır
15 Noyabr 20:36
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb
15 Noyabr 20:34
ADNSU: Aberdin Universitetinin Mühəndislik Məktəbi ilə əməkdaşlıqla bağlı müzakirələr aparılıb
15 Noyabr 20:33
Təhsil nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edib
15 Noyabr 19:35
Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15 Noyabr 18:03
Nəsib Məhəməliyev: 2020-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir
15 Noyabr 18:01
Malik Həsənov: İqtisadiyyatımız qeyri-neft sektorunun inkişafı hesabına daha da güclənir
15 Noyabr 18:00
Mahir Abbaszadə: Dövlət büdcəsində baş verən artım ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir
15 Noyabr 17:59
Tahir Rzayev: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir
15 Noyabr 17:57
Milli Oftalmologiya Mərkəzinin Gözdən Əlillər Cəmiyyətində keçirdiyi tibbi aksiya zamanı 71 nəfər müayinə olunub
15 Noyabr 17:55
Siyavuş Novruzov: Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir
15 Noyabr 17:54
Tarixi mirasın tolerantlıq dərsləri
15 Noyabr 17:29
“euro2020.affa.az” saytı istifadəyə verilib
15 Noyabr 17:27
Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin açılışı olub
15 Noyabr 17:23
“Ağ Şəhər”də növbəti yaşıllıq zonası yaradılır
15 Noyabr 17:14
Prezident İlham Əliyev Şamaxıda zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsinə 3 milyon manat ayırıb
15 Noyabr 17:08
Azərbaycan nümayəndə heyəti VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA