Ana səhifə »  Müəlliflər »  Müsəlmanlar da yemir, yəhudilər də, amma Rüstəm İbrahimbəyov yeyir
A+   Yenilə  A-
Müsəlmanlar da yemir, yəhudilər də, amma Rüstəm İbrahimbəyov yeyir
Yazdı: Nadir Azəri

“Olaylar” informasiya agentliyinin məlumatına görə, iyunun 1-də Rusiyanın ORT telekanalı ilə nümayiş etdirilən Andrey Malaxovla “Bu gün axşam” adlı populyar veriliş tanınmış aktyor Aleksandr Abdulova həsr edilib. Həmin verilişdə Abdulovun ailə üzvləri, sənət dostları, onu tanıyanlar öz təəssüratlarını bölüşüb, keçmişi xatırlayıblar. Abdulovun həyat yoldaşı Yuliya Abdulova bildirib ki, həyat yoldaşının ölümündən sonra bir dəfə onu yuxuda görüb. Əri ona bildirib ki, yaxınlarından kiməsə nə isə olacaq. Bundan üç gün sonra onlar Anar Məmmədxanovun vəfat etdiyini eşidib və bu hadisəni Anarın həyat yoldaşı ilə bölüşüb. Verilişdə iştirak edən Rüstəm İbrahimbəyov isə sonluğun kədərli notlar üzərində qurulmasını istəmədiyini və qastronomik mövzu ilə auditoriyanın əhval-ruhiyyəsini dəyişmək niyyətində olduğunu bildirib. O, deyib ki “Mənim talismanım məni qoru” adlı filmin çəkilişi ilə bağlı Voldinə gedərək filmdə baş rolda olan Abdulovla görüşüb. Abdulov ona sürprizi olduğunu bildirib və İbrahimbəyovu donuz fermasına gətirib. Fermada Abdulov İbrahimbəyova donuz seçdiyini və onu kəsmək istədiyini deyib: “Donuz nəsə narahat oldu, insan, uşaq səsi ilə qışqırmağa başladı. Bir də gördüm ki, kimsə, nəsə mənim yanımdan səs sürəti ilə keçdi. Baxdım ki, Saşadı, hər şeyi rüsvayçı şəkildə atıb qaçır. Düzdür, sonra o donuzu bizə gətirdilər”.
Əslində, İbrahimbəyovun bu çıxışı yerinə düşməyib, heç gülməli də olmayıb. Hər halda, onun intellekti reklam olunduğu kimidirsə, daha yaxşı bir hadisə barədə danışa bilərdi. Amma məsələnin başqa tərəfi də var. İbrahimbəyov, bildiyimiz qədərilə müsəlmandır, özü də prezidentliyə iddialı bir adamdır. Onun rəhbəri olduğu “Milli şura”da da islamçılar var. İndi dindarlar bu donuz əhvalatını, rəhbərlərinin donuz əti yeməsini necə həzm edəcəklər, bax bu, müəmmalıdır. Hər halda, cəmiyyətin dindar kəsimi, Nardaran kəndinin camaatı və oradan “Milli şura”ya gedən dindarlar üçün bu məsələ düşündürücüdür.
Qeyd edək ki, “Qurani-Kərim”də donuz müsəlmanlar üçün haram buyrulub. İlahiyyatçı Elşad Miri hesab edir ki, donuzun insanlar üçün haram olması təkcə İslamda olan məsələ deyil, yəhudi dinində də donuz əti, yağı haramdır və bu gün də yəhudilər heç vaxt donuz əti və yağının istifadə edildiyi məhsulları yemirlər. Elşad Miri bildirib ki, İsraildə halal olan məhsulların üzərində “koşer”, ya da ki, “kaşar” sözlərini işlədirlər ki, həmin sözlər də yəhudi dilində “halal” mənasını verir: “Xristianlar üçün də donuz Allah tərəfindən haram buyrulub. Lakin sonrakı dövrlərdə “İncil”də edilən müəyyən təfsirlərdən sonra həmin hökmü dəyişiblər. “Qurani-Kərim”in “Maidə” surəsinin 90-cı ayəsində isə donuz əti müsəlmanlara haram edilib. İslam dini yaranmamışdan qabaq da ərəblər donuzun nə olduğunu bilmirdilər. Heç bilmirdilər ki, xınzır deyilən və mənası donuz olan söz nə deməkdir. Onlar ancaq donuzları müxtəlif ölkələrdə görmüşdülər. Ərəbistan yarımadası isti iqlimə sahib olduğu üçün orada heç vaxt donuz olmayıb, nə də ki, bu heyvan saxlanılıb. İslam dini təkcə müsəlmanlara yox, bütn millətlərə göndərilmiş bir dindir. Müsəlmanlara donuz əti Allah tərəfindən haram buyrulduğu üçün nəinki isti, heç soyuq iqlimdə yaşasalar belə yemirlər. Bu gün müasir tibb sübut edir ki, donuz əti yeyən insanlarda “trixin” adlanan xəstəlik əmələ gəlir. Həmin xəstəliyə heç vaxt müsəlman dövlətlərində rast gəlmək mümkün deyil. Donuz ətindən istifadə edilən ölkələrdə isə “trixin” xəstəliyi geniş yayılmış bir bəladır. Müsəlmanlar isə haram buyrulduğu üçün donuz yemir və buna görə heç vaxt peşiman deyillər. Donuz əti yeməmək həm sağlamlıqdır, həm də savabdır”.
Öz növbəsində sözügedən məsələyə münasibət bildirən Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli qəzetmizə açıqlamasında öncə bir neçə gün əvvəl Rüstəm İbrahimbəyovun “Milli şura”sı ilə bağlı Azərbaycan ictimaiyyətinə müraciət imzaladığını xatırladıb: “Həmin müraciətdə deyilir ki, əsrlərdir Azərbaycanın taleyüklü anlarında hər zaman millətimizin və dövlətimizin milli mənafeyini hər şeydən öndə tutan, təmsil etdiyim Qarabağ Seyid Ocaqları adından bəyan edirəm ki, yaradılması yeni elan edilən “Milli şura”nın əsl fikir ağaları Rusiyada fəaliyyət göstərən və ölkəmizin bütövlüyünü istəməyən zərərli qüvvələrdir. Rusiyada təhlükəli “beyin mərkəzləri”nin uzun illərdir ölkəmizdə sabitlikdən və siyasi mühitdən istifadə edərək öz təhlükəli oyunlarını həyata keçirmək üçün fürsət axtardıqları hər birimizə məlum idi. Müraciətdə o da bildirilir tariximizdə ən şərəfli yerlərdən birini tutan “Milli şura”nın adından düşmən qüvvələrin təlimatı ilə sui-istifadə olunması həqarətdir, xəyanətdir”.
“O ki qaldı “Olaylar” informasiya agentliyinin yaydığı xəbərə, mən də onu oxudum və əslində, çox təəccüblənmədim, həmçinin, üzülmədim” deyən Seyid Camal Əzimbəyli bunun səbəbini aşağıdakı kimi izah edib: “Çünki bu “Milli şura”nın adında milli sözü olsa da, həmin qurumun heç bir halda milli, mənəvi dəyərlərimizə və milli soy-kökümüzə o qədər aidiyyətinin olmadığını öncədən bəyan etmişdim. Amma bütövlükdə özünü guya “Azərbaycan milli qüvvələrinin ağsaqqalı” elan edən, həmçinin, hər ifadəsində “milli kəsim” deyə car çəkən bir adamın, bir rejissorun, yaxud da kinodramaturqun bu gün bəh-bəhlə həmin ifadələri (donuzla bağlı-red.) açıq efirdən söyləməsi bütövlükdə Azərbaycanın inanclı kəsiminə və “Milli şura”da təmsil olunan inanclı kəsimin təmsilçilərinə bir həqarətdir. Eyni zamanda, bu həqiqətən də Rüstəm İbrahimbəyovun siyasətdə nə qədər naşı olmasının əyani göstəricisi, həmçinin, İslama və Azərbaycanın xüsusi olaraq müsəlman kimliyinin mənəvi, dini dəyərlərinə sayğısızlığının bir nümunəsidir. Biz ağsaqqallıq, prezidentlik iddiasında olan və guya Azərbaycandakı milli qüvvələri bir araya gətirdiyini iddia edən bu adamın şəxsi keyfiyyətləri ilə bərabər, siyasətə Şimaldan əsən küləklərin girovluğunda gəlməsinin fərqindəydik. Amma son hadisənin fonunda Rüstəm İbrahimbəyovun, eyni zamanda, Azərbaycanın inanclı kəsiminə qarşı münasibətini ortaya qoymasının da şahidi olduq”.
Seyid Camal Əzimbəyli sonda onu da deyib ki, o, ölkəmizin inanclı kəsiminin, Qarabağ Seyid Ocaqlarının bir təmsilçisi olaraq Azərbaycanın müstəqilliyini həzm edə bilməyən anti-azərbaycançı qüvvələrin əlaltılarının, emissarlarının hakim-mütləq olmaması üçün mübarizə aparır: “Və bu gün də çox şadam ki, həqiqətən bolşevik təfəkkürünün daşıyıcısı olan “fikir adamlarının”, hətta mətbəx düşüncələri Azərbaycan ictimaiyyətinə və xüsusi olaraq ölkəmizin inanclı təbəqəsi adına “Milli şura”da təmsilçilik edənlərə bir dərs oldu”.

 
  • Oxunub:  22740  |  
  • Tarix:  11-06-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir

20 Aprel 18:49
Milli Məclisin deputatı Ukraynada bir sıra görüşlərdə iştirak edib
20 Aprel 18:48
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib
20 Aprel 18:19
Aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olmasının 10 illiyi ilə bağlı tədbir keçirilib
20 Aprel 18:15
Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda indiyədək 12 mindən artıq ağac əkilib
20 Aprel 18:00
“Heydər Əliyev siyasi məktəbini öyrənirik” gənc liderlər proqramının icrasına başlanılıb
20 Aprel 17:55
Qobustan qoruğunda “açıq qapı” günü təşkil olunub
20 Aprel 17:53
“Olimpsport” jurnalının fəaliyyətə başlamasının 10 illik yubileyi qeyd olunub
20 Aprel 17:47
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Kitabın işığın olsun” adlı tədbir keçirilib
20 Aprel 17:44
Milli Məclisin deputatı sağlam qidalanma ilə bağlı regional simpoziumda iştirak edəcək
20 Aprel 17:40
Bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın Ədilə Hüseynzadəyə həsr edilən kitabın təqdimatı olub
20 Aprel 17:36
Brüsseldə NATO Parlament Assambleyasının 100-cü Rouz-Rout seminarı keçiriləcək
20 Aprel 17:33
Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib
20 Aprel 17:30
Gömrük sistemində həyata keçirilən islahatlarla bağlı məlumat verilib
20 Aprel 16:27
Erl Litzenberqer: Amerikada təhsil alan azərbaycanlı tələbələrin sayının ildən-ilə artmasından qürur duyuruq
20 Aprel 16:19
YAP-ın təşkilatçılığı ilə Şəki şəhərində “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda regional müşavirə keçirilib
20 Aprel 15:54
Baş nazirin müavini Əli Əhmədov: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsini insanların rifahının yaxşılaşdırılması təşkil edir
20 Aprel 15:25
Səfir: ABŞ Azərbaycanda aparılan islahatları dəstəkləyirik
20 Aprel 15:03
Əli Əhmədov: Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir
20 Aprel 14:33
Türkiyə universitetləri ilə əməkdaşlıq Azərbaycanın inklüziv inkişafı barədə elmi ictimaiyyəti məlumatlandırmağa geniş imkanlar yaradır
20 Aprel 14:20
Professor Akkan Suver: Elmira Axundovanın əsərləri ulu öndər Heydər Əliyev ideyalarını dərindən mənimsəmək üçün əsaslı vəsaitdir
20 Aprel 14:19
Daxili işlər nazirinin birinci müavini Qubada vətəndaşların qəbulunu keçirib
20 Aprel 14:11
YAP-ın təşkilatçılığı ilə Şəkidə “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda müşavirə keçirilir
20 Aprel 14:06
Azərbaycan-Fransız Universitetinin gələcək superkompüterinin təqdimatı olub
20 Aprel 14:02
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüblər
20 Aprel 13:53
Rauf Əliyev: Qarşıda duran bütün vəzifələr müvəffəqiyyətlə həyata keçiriləcək
20 Aprel 13:45
Baş nazirin müavini Əli Əhmədov Şəki şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib
20 Aprel 13:17
Hikmət Babaoğlu: Mürəkkəb beynəlxalq və regional şərtlər daxilində ölkəmizin əldə etdiyi uğurlar anti-Azərbaycan şəbəkəni ciddi narahat edir
20 Aprel 13:07
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturu təsdiqlənib
20 Aprel 13:03
YAP rayon təşkilatlarında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 Aprel 12:59
Cavid Osmanov: Enerji sektorunda uğurlarımız davamlıdır
20 Aprel 12:57
Qadınlar İKT-də Beynəlxalq Gününə həsr olunan elmi-praktik konfrans təşkil ediləcək
20 Aprel 12:55
Sona Əliyeva: Azərbaycan reallığında birgəyaşayış nümunəsi dünya üçün örnəkdir
20 Aprel 12:50
Azərbaycan və Rusiya arasında pensiya təminatı sahəsində müqavilə layihəsi hazırlanır
20 Aprel 12:48
Tahir Rzayev: Bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ölkəmizdə davamlı addımlar atılır
20 Aprel 11:08
“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
20 Aprel 10:58
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə ikinci “AGF Junior Trophy” beynəlxalq turniri başlayıb
20 Aprel 10:49
Elçin Əhmədov: Anti-Azərbaycan qüvvələrin ölkəmizə təzyiq göstərmək, onu öz yolundan döndərmək cəhdləri əbəsdir
20 Aprel 10:44
Hanoyda OANA İcraiyyə Komitəsinin 44-cü iclası başa çatıb
20 Aprel 10:41
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub
20 Aprel 10:32
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir
20 Aprel 10:30
Sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin sərgisi təşkil olunub
20 Aprel 10:28
Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri Şamaxıya səfər ediblər
20 Aprel 10:26
Masallıda “Milli aktyorluq məktəbi” mövzusunda keçirilən mühazirə maraqla qarşılanıb
20 Aprel 10:22
YAP Səbail rayon təşkilatında Könüllülər Birliyinin təqdimatı keçirilib
20 Aprel 10:21
YAP Qubadlı rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib
20 Aprel 10:16
Anti-Azərbaycan dairələr tərəfindən ölkəmizə qarşı aparılan “qara piar” kampaniyası heç bir nəticə verməyəcək
20 Aprel 10:13
BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun keçirdiyi beynəlxalq konfransın əsərləri “Clarivate Analytics”də yerləşdirilib
20 Aprel 10:11
“France-24” kanalının saytında Naftalan nefti haqqında məqalə verilib
20 Aprel 10:10
“Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir
20 Aprel 10:09
Azərbaycanın regionlarında əhalinin su təchizatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır
19 Aprel 21:36
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib
19 Aprel 21:33
Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiqlənib
19 Aprel 21:28
Bakı Dövlət Universitetinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 21:23
Azərbaycan “Equinor” üçün mühüm ölkədir
19 Aprel 21:17
Bakıda İran Ticarət Mərkəzi açılıb
19 Aprel 21:04
Anar Bağırov: Vəkilliyə qəbulla bağlı namizədlər üçün hər cür şərait yaradılıb
19 Aprel 21:01
Gənclər Fondunun yenilənmiş veb-səhifəsinin təqdimatı olub
19 Aprel 20:55
Bakı Metropolitenində Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş seminar keçirilib
19 Aprel 20:53
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
19 Aprel 20:50
Bakıda “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçirilib
19 Aprel 20:45
Vüqar Rəhimzadə: Ölkəmizin uğurlu inkişafı antiazərbaycan qüvvələrin və “5-ci kolon”un çirkin kampaniyasına tutarlı cavabdır
19 Aprel 20:40
Mərakeş qəzeti Azərbaycanın əhalisinin sayının 10 milyona çatmasından bəhs edir
19 Aprel 20:37
Elçin Mirzəbəyli: Azərbaycana qarşı olan qüvvələr ölkə Prezidentinin böyük ictimai dəstəyə malik olmasından narahatdırlar
19 Aprel 20:27
Vyetnamın Baş naziri OANA İcraiyyə Komitəsi iclasının bir qrup iştirakçısını qəbul edib
19 Aprel 20:22
Ekspert: Ölkəmizin uğurları erməni lobbisini, anti-Azərbaycan qüvvələri və daxildəki “5-ci kolon”u ciddi narahat edir
19 Aprel 18:08
Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası fiziki şəxslərin problemli kreditləri ilə bağlı açıqlama yayıb
19 Aprel 18:05
Azərbaycan Ordusunun nümayəndələri NATO-nun çoxmillətli tibb təlimində iştirak edib
19 Aprel 17:57
Paşinyan hökumətində böyük korrupsiya qalmaqalı
19 Aprel 17:48
Azərbaycan və Rusiyanın təhsil müəssisələri arasında təcrübə mübadiləsinə dair müzakirələr aparılıb
19 Aprel 17:46
Seymur Orucov: Bakı şəhərində keçirilən “Formula 1” yarışına dünyada maraq ildən ilə artır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA