Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Saxta mühacirlərlə radikal müxalifət Azərbaycana qarşı fəaliyyətdə birgə hərəkət edirlər

Saxta mühacirlərlə radikal müxalifət Azərbaycana qarşı fəaliyyətdə birgə hərəkət edirlər

06.09.2019 [08:44]

Pərviz Sadayoğlu

Hər iki xəyanətkar dəstə xaricdəki ermənipərəst mərkəzlərin təmsilçisi rolunu oynayır, həmin dairələrin maraqlarının həyata keçirilməsində vasitəçilik xidməti göstərir
Beynəlxalq aləmdə baş verən siyasi-iqtisadi kataklizmlərin fonunda öz inkişafını davam etdirən, həmçinin siyasi stabilliyini daha da möhkəmləndirən Azərbaycan dövləti yerləşdiyi Cənubi Qafqaz regionunun, eləcə də dünyanın ən təhlükəsiz ölkələrindən biri sayılır. İstər aparıcı beynəlxalq təşkilatlar, istərsə də digər dövlətlər tərəfindən hər zaman mühüm tərəfdaş qismində qəbul olunan, eləcə də dünyanın tolerantlıq nümunələrindən sayılan Azərbaycanda hüququn aliliyi yüksək səviyyədə təmin edilir, vətəndaş birliyinin inkişafı yönündə əsaslı addımlar atılır.
Təbii ki, Azərbaycanın bu nailiyyətləri bir sıra xarici anti-Azərbaycan mərkəzlərin, o cümlədən onların ölkə daxilində himayə etdikləri “beşinci kolon”un maraqları ilə uzlaşmır. Bu nöqteyi-nəzərdən həmin mərkəzlər və onların yerli “filialları” sayılan radikal müxalifət partiyaları zaman-zaman müəyyən şər-böhtan kampaniyaları aparır, ölkəmizin imicinə zərər yetirmək üçün bütün yollara əl atırlar. Birmənalı şəkildə vurğulanmalıdır ki, xalq tərəfindən dəstəklənməyən dağıdıcı ünsürlər son dövrlərdə əsasən sosial şəbəkələr vasitəsilə “aktivləşdirilir” və xarici direktivlər əsasında ölkəmizə qarşı aparılan kampaniyaların tərkib hissəsinə çevrilirlər. Məsələn, AXCP sədri Əli Kərimli və onun ətrafındakı məhdud qruplaşma məhz sosial şəbəkələr vasitəsilə şər-böhtan yaymaqla və erməni təbliğatına xidmət göstərən tezislərin tirajlanması ilə məşğuldur. Əlbəttə ki, xalqımız Əli Kərimli və onun təmsil olunduğu radikal düşərgənin hansı məram və məqsədlərə xidmət göstərdiyindən, o cümlədən bu şəxslərin 1992-93-cü illərdə hakimiyyətdə olan zaman ölkəmizin başına hansı bəlaları açdıqlarından xəbərdardır. Bununla belə, sosial şəbəkələri özünün “siyasi poliqon”una çevirməyə çalışan Əli Kərimli və digər radikal ünsürlər bu yolla ictimai rəyi çaşdırmağa niyyətlənirlər.
Bu məqamda vurğulanmalıdır ki, ermənipərəst mərkəzlərin ölkəmizə qarşı həyata keçirməyə çalışdığı antimilli kampaniyaların əsas “fiqurlarından” biri də məhz radikal düşərgə daxilindən çıxmış və xaricdə sığınacaq almış şəxslərdir. Özlərini “mühacir” adlandıran bu şəbəkələşmiş qrup ölkə daxilindəki “beşinci kolon”la eyni mahiyyətə malikdir. Belə demək mümkündürsə, xaricdəki bu şəbəkələşmiş qrupla ölkə daxilindəki “beşinci kolon” bir medalın iki üzüdür: hər ikisi ölkədaxili siyasi proseslərdə xarici maraqların təmsilçisi rolunu oynayır, hətta həmin maraqların həyata keçirilməsində vasitəçilik xidməti göstərir.
Qeyd etdiyimiz kimi, adını “mühacir” qoymuş bu şəbəkələşmiş, dağıdıcı qrup elə Əli Kərimli və digər radikal düşərgə rəhbərlərinin ən yaxın ətrafıdır. Ölkədaxili radikal ünsürləri maliyyələşdirmək üçün həmin sığınmış şəbəkədən istifadə edən ermənipərəst dairələr bunlara internet resursları açır və digər imkanlar tanıyır. Məsələn, Sevinc Osmanqızı, Qənimət Zahidov kimi sığıntılara internet kanalları açan, onları maliyyələşdirən ermənipərəst mərkəzlər onlardan rahat şəkildə öz məqsədləri üçün istifadə edirlər. Bu isə onu deməyə əsas verir ki, həmin şəbəkə üzvləri sığındıqları anti-Azərbaycan dairələrin və ya həmin ölkələrin bir sıra xüsusi xidmət orqanlarının təsirindən özünü qorumaq şansını itirib, onların nəzarəti altında fəaliyyət göstərməyə məhkumdurlar.
Digər tərəfdən, həmin xaricə sığınmış dəstənin internet resurslarında açdıqları “mövzuların” əsas “ekspertləri” də məhz ölkədaxili “beşinci kolon” nümayəndələridir. Yeri gəlmişkən, guya Azərbaycanda “fərqli fikrinə görə təqib olunduqlarını” iddia edən bu sığınmışların ekspert kimi Azərbaycanda olan radikal ünsürləri danışdırması haqlı suallar meydana gətirir. Əgər Azərbaycanda fərqli fikrə görə kimlərsə “təqib” olunursa, nə üçün həmin radikal ünsürlər təqib olunmurlar? Həmin internet resurslarına müsahibə verənlər azad şəkildə bu ölkədə yaşayıb fərqli fikirlərini ifadə edirlərsə, demək ki, xaricə sığınanların iddiaları tam yalandır. Bunlar özləri əməlləri ilə etiraf edirlər ki, Azərbaycanda hüquqi dövlət mövcuddur və insanların bütün azadlıqları qorunur.
Nəticə etibarı ilə, istər xaricə sığınmış və özlərin “mühacir” adlandıran həmin şəbəkə, istərsə də ölkə daxilindəki “beşinci kolon” dövlətin və xalqın maraqlarına qarşı xəyanətkar mövqedədirlər. Özlərini “ədalət tərəfdarı” kimi qələmə verməyə çalışan, sözdə guya dövlət və millətin qayğısı ilə yaşadıqlarını bəyan etsə də, əslində xarici anti-Azərbaycan dairələrin birbaşa nəzarəti altında və maliyyəsi ilə fəaliyyət göstərən, sifariş yerinə yetirənlərin yeganə məqsədi daha çox qrant almaq və mənimsəməkdir. Özləri özlərini ifşa edən şəbəkə üzvləri bununla bir daha, xain və düşmən dəyirmanına su tökən ünsürlər olduqlarını Azərbaycan cəmiyyətinə göstərmiş olurlar...

Paylaş:
Baxılıb: 521 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31