Ana səhifə »  Müəlliflər »  Əli Kərimlinin mitinq manipulyasiyası növbəti dəfə iflasa uğradı
A+   Yenilə  A-
Əli Kərimlinin mitinq manipulyasiyası növbəti dəfə iflasa uğradı
Yazdı: Pərviz Sadayoğlu

AXCP sədri “Sudan təcrübəsi”ni təklif etməklə qarşıdurmaları dəstəklədiyini bir daha nümayiş etdirdi
Radikal müxalifət düşərgəsinin, daha doğrusu, AXCP və onun yedəyinə çevrilmiş qondarma “Milli şura”nın “mitinq manipulyasiya”sı növbəti dəfə ifşa olundu. Belə ki, dağıdıcı ünsürlərin mitinq keçirmək müraciəti Bakı şəhər İcra Hakimiyyəti tərəfindən müsbət cavablandırılsa da, radikal düşərgə təmsilçiləri onlara təklif olunan ünvanda mitinq keçirməkdən imtina ediblər. Bu fakt bir daha radikal düşərgə təmsilçilərinin mitinq keçirmək adı altında hansı qaranlıq məqsədlərə xidmət göstərdiyini ortaya çıxarmış oldu.
Əli Kərimlinin mitinq üçün şəhərin mərkəzində, insanların sıx olduğu ünvanlarda yer “tələb etməsi” heç bir məntiqə sığmır
Təbii ki, Əli Kərimlinin mitinq üçün şəhərin mərkəzində, insanların sıx olduğu ünvanlarda yer “tələb etməsi” heç bir məntiqə sığmır. O, başqa məsələdir ki, ötən illərin təcrübəsi Əli Kərimlini məhz şəhərin mərkəzində, insanların sıx olduğu məkanlarda aksiya keçirməyə sövq edir. Bunun altında isə sadə bir səbəb yatır.
Hazırda təmirə bağlanmış “Məhsul” stadionunda radikal düşərgənin ənənəvi mitinqlərini yada salsaq, görərik ki, keçirilən icazəli aksiyalarda cəmisi bir neçə yüz insan iştirak edirdi ki, onun da bir hissəsini KİV nümayəndələri, xarici səfirliklərin mitinqi müşahidə edən əməkdaşları və eyvanlardan baxan “mitinq iştirakçıları” təşkil edirdi. Hər bir mitinqdən sonra sosial şəbəkələrdə istər Əli Kərimlinin, istərsə də digər partiya funksionerlərinin acı etirafları bir daha AXCP-nin timsalında radikal düşərgənin xalq tərəfindən dəstəklənmədiyi həqiqətini ortaya qoymuş olurdu. Bu gün Ə.Kərimlinin mitinq keçirmək üçün “28 May” meydanı və ya “Nərimanov” parkı kimi məkanlara iddia etməsi də məhz növbəti dəfə biabır olmalarının qarşısının alınmasına hesablanıb. Yoldan ötəni, işinə gedəni, parkda istirahət edəni “mitinq” iştirakçısı kimi qələmə verməyə çalışan Əli Kərimli bununla da aldığı və ya alacağı maddi dəstəyin həm foto “hesabatını” hazırlamış olacaqdı, həm də yenidən özünü “müxalifət” adı altında bəlli xarici dairələrə sırıyacaqdı. Amma bunun baş verməməsi onun bütün planlarını boşa çıxardı. Əli Kərimli əgər mitinq etmək niyyətindədirsə və onun mitinqi, həqiqətən, iddia etdiyi kimi, “sosial sifariş”dirsə onda məkanın hər hansı bir önəmi olmamalı idi.
Ə.Kərimli növbəti dəfə pul hərisliyini “sosial sifariş” kimi cəmiyyətə sırımağa çalışır
Günlərdir müzakirə olunan və Ə.Kərimlinin israrla dilindən düşürmədiyi “sosial sifariş” məsələsinin də yalan olması elə birinci cəhddə üzə çıxdı. Daha doğrusu, radikal ünsürlər özləri öz yalanlarını ifşa etmiş oldular. Mitinqin “zəruriliyi” və buna “dəstək”lə bağlı sosial şəbəkələrdə keçirilən bütün sorğular əsl fiaskoya çevrildi. Hətta fərq o qədər böyük (80%-20%, bəzən 90%-10%) idi ki, məcbur qalaraq bu sorğuları öz səhifələrindən götürdülər. Demək ki, bu mitinq sifarişi heç də Əli Kərimlinin iddia etdiyi kimi, xalqdan gəlmirdi. Bəs görəsən, xalqın adından danışmağa adət etmiş Ə.Kərimliyə bu sifariş haradan gəlib? Və ya cəmiyyətdə heç bir mitinq ovqatının olmadığı, cəmiyyətin bu barədə düşünmədiyi bir vaxtda süni “mitinq ab-havası” yaratmaq fikri Ə.Kərimlidə “haradan” yaranıb. Əslində, AXCP sədrinin mövsümi olaraq “mitinq biznesi” ilə məşğul olduğu, eləcə də bəzi şəxslərin bu mitinq-şoularda “eksklüziv” şəkillər çəkdirərək bir neçə min ABŞ dolları qarşılığında saxta vəsiqə əldə etməsi, “mühacirətə” yollanması sirr deyil. Bu yolla özünün bəzi şəxsi xərclərini qarşılayan Ə.Kərimli yenidən bu biznesi fəallaşdırmağa çalışır. Görünür, Ə.Kərimli növbəti dəfə pul hərisliyini “sosial sifariş” kimi cəmiyyətə sırımağa çalışır.
Özünü “demokrat” adlandıran Əli Kərimli kütləvi itaətsizliyə çağırışlar edir
Mitinq “boykot”unun ardından yenidən internet resurslarında peyda olan Ə.Kərimli bir daha hansı simaya malik, ölkəmizə, dövlətimizə qarşı hansı mövqedə olduğunu üzə çıxardı. Belə ki, özünün xaricdəki missionerlərindən biri olan Qənimət Zahidovun internet kanalına verdiyi müsahibəsində Əli Kərimli növbəti dəfə xain planlarından danışıb. Xalqı kütləvi itaətsizliyə çağıran, qarşıdurmaları dəstəklədiyini bəyan edən Əli Kərimli hətta Sudan və Əlcəzair kimi ölkələrin “təcrübələrindən” istifadə etməyin məqsədyönlü olduğunu söyləyib. Görəsən, dünənə qədər özünü “demokrat” adlandıran, Qərbə inteqrasiya yolunu seçdiyini iddia edən, guya Azərbaycanın inkişafının Qərb modelinə istinadının vacibliyindən dəm vuran Əli Kərimli hansı səbəblərdən “Sudan təcrübəsi”nə müraciət etmək qərarına gəlib? Demək ki, əvvəllər də bildirildiyi kimi, Ə.Kərimlinin məqsədi qanlı qarşıdurmaları dəstəkləmək, ölkədə xaos yaratmaq, qanun pozuntularına rəvac verməkdir.
Bu cür qarşıdurmalardan sonra isə qanun çərçivəsində görüləcək tədbirlərin “Qərb dairələrində” insan hüquqlarının pozuntusu kimi qiymətləndiriləcəyini, ölkəmizə qarşı bu yolla təzyiqlər göstəriləcəyini söyləyən Əli Kərimli özü etiraf edir ki, bu yolla ermənilərə bir “dost xidməti” də göstərir. AXCP sədri bildirir ki, bu, ermənilərin mövqelərini daha da möhkəmləndirəcək.
Artıq şərhə ehtiyac qalmır. Ermənilərin mövqelərini möhkəmləndirmək, düşmənin əlinə dəstəvuz vermək üçün Azərbaycan qanunlarını pozmağı belə özünə rəva bilənlər, demək ki, bu dövlətin və xalqın elə ermənilər qədər də düşmənidirlər...

 
  • Oxunub:  3900  |  
  • Tarix:  01-10-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir

25 Yanvar 19:52
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru ADA Universitetində mühazirə oxuyub
25 Yanvar 19:45
Qafqaz Müsəlmanları İdarəsinin sədri “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə görüşüb
25 Yanvar 17:32
Saatlıda “Pambıqçılıq 2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
25 Yanvar 17:27
Prezident İlham Əliyev Davos Forumunda Azərbaycanın yeni hökumətinin prioritetlərini açıqlayıb
25 Yanvar 17:17
Əli Əhmədov: Beynəlxalq İqtisadi Forum gündən günə inkişaf edən Azərbaycanın və onun iqtisadiyyatının dünyaya açılması üçün gözəl bir imkandır
25 Yanvar 17:11
Deputatlığa namizəd Fatma Yıldırım Bərdə rayonunda şəhid ailələrini ziyarət edib
25 Yanvar 16:37
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
25 Yanvar 16:31
İnanıram ki, seçicilər gələcəyin partiyası olan YAP-ın namizədlərinə səs verəcəklər
25 Yanvar 16:28
Deputatlığa namizəd Elnur Rəhimovun seçicilərlə növbəti görüşü keçirilib
25 Yanvar 16:24
Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik edib
25 Yanvar 16:22
"Seçkilərin yüksək səviyyədə keçirilməsində məntəqə seçki komissiyaları böyük məsuliyyət daşıyırlar"
25 Yanvar 16:17
Yevlax gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar
25 Yanvar 16:15
Deputatlığa namizəd Səməd Seyidov Qazax rayonunda seçicilərlə görüşlər keçirib
25 Yanvar 16:03
Ermənistan işğal olunmuş ərazilərimizdəki abidələri “bərpa” etmək adı altında erməniləşdirmə siyasəti aparır - BƏYANAT
25 Yanvar 15:59
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonu Bucaq kəndində seçicilərlə görüşüb
25 Yanvar 15:54
Prezident İlham Əliyev Türkiyədəki azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqqında tapşırıq verib
25 Yanvar 15:25
Pakistan portalı Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə yayıb
25 Yanvar 15:16
Azərbaycan deputatları AŞPA-nın qış sessiyasında iştirak edəcəklər
25 Yanvar 15:12
Bütün seçiciləri daha güclü Azərbaycan naminə partiyamızın namizədlərinə səs verməyə çağırıram
25 Yanvar 15:03
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Şatırlı, İkinci Nazırlı, Kürdborakı, Hacılı, Birinci Qazaxlar kəndlərində seçicilərlə görüşüb
25 Yanvar 14:56
Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır”
25 Yanvar 14:22
Azərbaycan Ordusunda Həzi Aslanovun 110 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib
25 Yanvar 13:25
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib
25 Yanvar 11:47
YAP-ın 11 saylı Qaradağ seçki dairəsindən namizədi Aydın Hüseynovun Ələt qəsəbəsinin sakinləri ilə görüşü keçirilib
25 Yanvar 11:29
Nazirlər Kabinetində icbari sığorta sahəsində qarşıda duran vəzifələr müzakirə edilib
25 Yanvar 11:26
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb
25 Yanvar 11:21
Dilarə Cəbrayılova: Azərbaycanın nüfuzlu Davos İqtisadi Forumu ilə fəal əməkdaşlığı ölkəmizin iqtisadi inkişafı üçün yeni imkanlar açıb
25 Yanvar 11:19
Fevralın 24-dən “Gənclər Paytaxtı 2020” müsabiqəsinin onlayn səsvermə mərhələsi start götürəcək
25 Yanvar 11:17
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub
25 Yanvar 11:15
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ötən ilin yekunları müzakirə olunub
25 Yanvar 11:12
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samuxda və Göygöldə nümayəndəlikləri açılıb
25 Yanvar 11:09
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq
25 Yanvar 10:14
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlaması
25 Yanvar 10:08
Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir
24 Yanvar 18:11
Dövlət Komitəsinin sədri Sabirabadda məcburi köçkünləri qəbul edib
24 Yanvar 18:09
Yeni Azərbaycan Partiyasının Gəncədən olan 4 namizədinin gənclərlə görüşü keçirilib
24 Yanvar 17:43
Deputatlığa namizəd Kamran Bayramov Şəmkirin Mehrili və Abbaslı kəndlərində seçicilərlə görüşüb
24 Yanvar 17:43
Türkiyəli professor: "Azərbaycanda seçici, media və dövlət arasında əlaqə düzgün qurulub"
24 Yanvar 17:40
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Niyazi Tağıyev seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 17:36
Yuli Qusman: "Parlament seçkilərindən sonra da Azərbaycanın demokratik inkişafı davam edəcək"
24 Yanvar 17:28
Mariya Zaxarova: "Parlament seçkilərinin nəticələri dost Azərbaycan xalqının rifahının yaxşılaşmasına xidmət edəcək"
24 Yanvar 17:26
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində “Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirilir
24 Yanvar 17:19
Deputatlığa namizəd Ramil Həsən Ucarda seçicilərlə növbəti görüşlər keçirib
24 Yanvar 17:07
Energetika naziri Siyəzəndə, nazir müavinləri isə Qobustan və Cəlilabadda vətəndaşları qəbul ediblər
24 Yanvar 16:59
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 16:04
“YARAT”da yeni tamaşanın premyerası olacaq
24 Yanvar 15:57
Sabirabadlıların seçimi Əhliman Əmiraslanovdur
24 Yanvar 15:49
Heydər Əliyev Fondunun layihəsi olan “Balaca Şahzadə” növbəti dəfə repertuara salınıb
24 Yanvar 15:40
Deputatlığa namizəd Eldəniz Səlimov Xaçmazda seçicilərlə növbəti görüş keçirib
24 Yanvar 15:36
İmadəddin Nəsimiyə həsr olunmuş “Mənəm, mən...” tamaşası yenidən səhnədə
24 Yanvar 15:34
Seçicilər ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
24 Yanvar 15:31
Bakı məktəblilərinin beynəlxalq yarışlarda əldə etdiyi uğurların sayı artmaqdadır
24 Yanvar 15:26
MSK-nın Şəkidə keçirdiyi regional seminarda seçki mübahisələrinin həllinə dair məsələlər müzakirə olunub
24 Yanvar 15:22
Gəncədə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair regional müşavirə keçirilib
24 Yanvar 15:12
Ağdaşlılar YAP-ın namizədinə səs verəcəklər
24 Yanvar 14:51
YAP-ın namizədi Kamaləddin Qafarovun təhsil işçiləri ilə görüşü keçirilib
24 Yanvar 14:43
Deputatlığa namizəd Məşhur Məmmədov Masallı rayonu Xırmandalı kəndində seçicilərlə görüşüb
24 Yanvar 14:35
Fikrət Sadıqov: "Cəmiyyətdə seçkilərə maraq kifayət qədər yüksəkdir"
24 Yanvar 14:29
Yeni TV-də qonaq Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızıdır (VİDEO)
24 Yanvar 14:20
Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub
24 Yanvar 14:15
Prezident İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
24 Yanvar 14:08
Şöhrət Barlas: "Parlament seçkilərindən yalnız müsbət gözləntilərim var”
24 Yanvar 14:04
Azərbaycanda qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur
24 Yanvar 13:58
Prezident İlham Əliyev Davos Forumunun tribunasından Azərbaycan reallıqlarını dünyaya çatdırır
24 Yanvar 13:54
İnanıram ki, 2020-ci il fevral ayının 9-da seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək
24 Yanvar 13:05
Elçin Əhmədov: Prezident İlham Əliyevin Davosdakı görüşləri Azərbaycanın yüksək beynəlxalq nüfuzunun əyani göstəricisidir
24 Yanvar 12:43
Deputatlığa namizəd Fatma Yıldırım növbəti görüşlərini Bərdə rayonunun mədəniyyət və səhiyyə işçiləri ilə keçirib
24 Yanvar 11:46
"Yeni parlamentdə Azərbaycanın daha da inkişafına töhfə verəcək insanların yer alacağına ümid edirəm"
24 Yanvar 11:29
Stefan Şennak: "Əminəm ki, Azərbaycanda parlament seçkiləri ədalət prinsipləri əsasında keçiriləcək"
24 Yanvar 11:15
Moldova MSK-sının və parlamentinin nümayəndələri Azərbaycanda seçkiləri izləyəcəklər

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA