Ana səhifə »  Müəlliflər »  Xalq-hakimiyyət birliyi 1994-cü ilin oktyabrında Azərbaycanda silahlı çevriliş etmək istəyən qüvvələrə qalib gəldi
A+   Yenilə  A-
Xalq-hakimiyyət birliyi 1994-cü ilin oktyabrında Azərbaycanda silahlı çevriliş etmək istəyən qüvvələrə qalib gəldi
Yazdı: Pərviz Sadayoğlu

Həmin dövrdə silahlı qiyamçıların yanında yer alan radikal ünsürlər bu gün də öz dağıdıcı zehniyyətindən əl çəkmir, ölkədə qarşıdurmalar yaratmağa cəhd göstərirlər
Sirr deyil ki, bir əsrdə iki dəfə istiqlaliyyətə qovuşmuş Azərbaycanın müstəqillik yolu çətin dolambaclardan keçib. 1918-ci ildə yaradılan AXC-nin varlığına son qoyulduqdan sonra SSRİ-nin tərkibinə qatılan Azərbaycan 1991-ci ildə imperiyanın dağılması ilə ikinci dəfə suverenliyini əldə etmək imkanı qazandı. Müstəqilliyin elan olunmasının ardından isə gənc respublika istər daxildən, istərsə də xaricdən yeni təhdidlər və təhlükələrlə üz-üzə qaldı.
Ermənistanın ölkəmizə qarşı təcavüzünün qısa müddətdə böyük vüsət almasının, bu işğalçılıq siyasətinin gündən-günə genişlənməsinin və ard-arda ərazilərimizin işğal olunmasının, Xocalı soyqırımının baş verməsinin bir səbəbi də ölkədə bir-birini əvəz edən hakimiyyətlərin başında duran şəxslərin antimilli siyasət yürütməsi və səriştəsiz olmaları idi. Ölkədə hakimiyyətə yiyələnmək istəyən ayrı-ayrı şəxslər və qruplar arasındakı mübarizə hətta separatizmə yol açmışdı və ölkənin bir sıra regionlarında artıq belə meyillər müşahidə olunmaqda idi. 1992-ci il mayın 14-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk gündən özünün qeyri-sağlam fəaliyyəti, səriştəsizliyi ilə seçildi. Məntiqsiz, bir-birini təkzib edən fərmanlar, özbaşınalıqlar bu şəxslərin ölkəni idarə edə bilməyəcəyini açıq şəkildə göstərirdi. Artıq hakimiyyətin ən yüksək ranqlarında qruplaşmaların yarandığı açıq-aydın görsənirdi. Qruplararası mübarizə, hakimiyyət strukturlarına nəzarət edə bilməmə 1993-cü ilin yayında Azərbaycanı vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. Baş verənlər fonunda Azərbaycan dövləti xəritədən slinmək, müstəqilliyini itirmək təhlükəsi yaşayırdı. Bu cür çətin zamanda xalqın yeganə ümidi düşmən blokadasında belə Naxçıvan Muxtar Respublikasını qorumağı bacaran, Azərbaycanın xilaskarı Heydər Əliyev idi. Vətənin bu ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi, çox qısa zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Beləliklə, 15 İyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.
Ölkənin müqəddəratının həll olunduğu zamanda Ümummilli Lider Heydər Əliyevin Bakıya qayıdışı müstəqil Azərbaycanın işıqlı gələcəyinə ümid yaratdı. Hər bir vətəndaş yaranan çətin vəziyyətdən çıxış yolunun yalnız Heydər Əliyev dühası olduğuna inanırdı. Qısa müddətdə ölkəmizdə sabitliyin yaradılması, iqtisadiyyatın inkişafı, ən əsası, hüquqi dövlət quruculuğu prosesində mühüm addımlar atıldı. 1994-cü ilin sentyabr ayında “Əsrin müqaviləsi”nin imzalanması isə Azərbaycanın siyasi-iqtisadi müstəqilliyinin, inkişafının qarantına çevrildi.
Təəssüf ki, bir sıra xarici dairələrin əlaltısı qismində çıxış edən subyektlər yenicə sabitliyə qovuşmuş, inkişaf yoluna qədəm qoymuş ölkəmizdə çaxnaşma, qarşıdurma yaratmağa cəhd göstərdilər. 1994-cü ilin oktyabr ayının 4-də baş verən qiyamın əsasında Ulu Öndər Heydər Əliyevin “Əsrin müqaviləsi”ndə yalnız milli maraqlardan çıxış etməsi, bir sıra xarici dairələrin əldə etmək istədiyi üstünlüyü qazana bilməməsi dayanırdı. “Əsrin müqaviləsi”nin imzalanmasının ardından həmin xarici dairələrlə işbirliyində olan xəyanətkar qruplar bir sıra təxribat və terror xarakterli addımlar atdılar. Belə ki, 1994-cü il sentyabrın 21-dən 22-nə keçən gecə dövləti cinayətlərdə təqsirləndirilən 4 nəfər şəxs Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından qaçırıldı, Milli Məclisin sədr müavini Afiyəddin Cəlilov və Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov terrorla qətlə yetirildi. Bu hadisələr oktyabrın 2-də Mahir Cavadovun rəhbərliyi ilə əsasən “OMON”çulardan ibarət silahlı dəstənin Respublika Prokurorluğunun binasını gülləbaran edərək ələ keçirməsi ilə öz pik nöqtəsinə çatdı. Həmin zamanlarda Nyu-Yorkda BMT Baş Məclisinin illik sessiyasında iştirak edən Prezident Heydər Əliyev təcili ölkəyə qayıdaraq təhlükəli proseslərin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlərə əl atdı. Oktyabrın 4-də Cavadov qardaşları ilə əlbir olan o zamankı üsyankar baş nazir Surət Hüseynovun qanunsuz silahlı dəstələri Gəncə şəhərində hakimiyyət orqanlarının inzibati binalarını, dəmir yolu vağzalını və aeroportu zorla ələ keçirdi. Demək olar ki, Gəncə və ona yaxın regionlara qarşı silahlı basqınlar həyata keçirən, “OMON”un yerli dəstələri vasitəsilə qanuni dövlət strukturlarına qarşı silahlı təzyiq göstərən qiyamçılar ölkədə yeni vətəndaş qarşıdurması yaratmağa niyyətlənmişdilər. Belə bir şəraitdə oktyabrın 4-də televiziya ilə birbaşa xalqa müraciət edərək, vətəndaşları Azərbaycan dövlətçiliyini və milli suverenliyini qorumaq naminə Prezident sarayının qarşısına çağıran Ulu Öndər Heydər Əliyev bir daha Azərbaycan xalqına güvəndiyini, inandığını ortaya qoydu. Gecə saatları olmasına baxmayaraq, qısa müddətdə on minlərlə insan Ulu Öndərin çağırışı ilə Prezident sarayının qarşısına yığıldı və xalq-hakimiyyət birliyinin gücünü, qüdrətini qiyamçılara və onları dəstəkləyən xarici dairələrə nümayiş etdirdi. Qısa zamanda silahlı qiyamçılar zərərsizləşdirildi və günahkarlar öz layiqli cəzalarını aldılar. Bu qiyamın qarşısının alınması Azərbaycanın yeni inkişaf yoluna qədəm qoymasına, hüquqi dövlət quruculuğu prosesinin daha sürətlə aparılmasına şərait yaratdı.
Bəli, 1994-cü ilin oktyabrından ötən 25 il Azərbaycanın inkişafı tarixinə qızıl hərflərlə yazılıb. Ötən dövrdə yerləşdiyi Cənubi Qafqaz regionunun lider ölkəsinə çevrilən Azərbaycan bu gün müstəqil xarici siyasəti, sabit inkişafı ilə beynəlxalq münasibətlər sistemində mühüm tərəfdaş kimi qəbul olunur. Təəssüfləndirici haldır ki, həmin dövrdə də xalqın yanında yer almayan və silahlı üsyanı dəstəkləyərək qiyamçıların kölgəsinə sığınmağa çalışan AXC-”Müsavat” cütlüyünün təmsilçiləri ötən 25 ildə öz dağıdıcı təfəkkürlərindən əl çəkə bilməyiblər. 1993-cü ildə qiyamçı Surət Hüseynovun qabağından qaçaraq ölkəni uçurumun bir addımlığına gətirən və hakimiyyəti qoyub qaçanlar 1994-cü ildə həmin qiyamçının yanında yer alaraq müstəqil dövlətçiliyə qarşı olduqlarını bir daha nümayiş etdirdilər. Bu gün də eyni dağıdıcı mahiyyətdən əl çəkə bilməyən və sivil siyasi mübarizə yolunu mənimsəmək imkanında olmayan Əli Kərimli və onun ətrafındakı dağıdıcı ürsürlər hələ də “Sudan-Əlcəzair təcrübəsi”nə müraciət etməyə, ölkədə xaos yaratmağa çalışırlar. Amma belələri anlamalıdırlar ki, Azərbaycan xalqı hər zaman öz inkişafının, sabitliyin keşiyindədir və ölkəmizdəki xalq-iqtidar birliyi bütün təxribatların qarşısını almağa qadirdir. Ölkədə ara qarışdırmağa, xəyanətkar mövqe tutaraq sabitliyi pozmağa çalışanlar hər zaman öz layiqli cəzalarını alırlar...

 
  • Oxunub:  2130  |  
  • Tarix:  05-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır

22 Oktyabr 22:09
Polşada keçirilən rəsm müsabiqəsində Azərbaycan da iştirak edib
22 Oktyabr 21:28
“Rossiya-24” telekanalının reportajında Azərbaycan Prezidentinin tələbə bileti nümayiş olunub
22 Oktyabr 21:23
Xırdalanda gənc alimlərin məktəblərlə əməkdaşlığı müzakirə olunub
22 Oktyabr 21:17
Ankarada fəaliyyət göstərən Heydər Əliyev adına orta məktəbdə Dövlət Müstəqilliyi Günü qeyd olunub
22 Oktyabr 20:49
“İnnovasiya həftəsi” çərçivəsində “İnnovasiya ekosisteminə siyasi baxış” mövzusunda dəyirmi masa keçirilib
22 Oktyabr 20:38
Azərbaycanın tolerantlıq və multikulturalizm təcrübəsinin təbliği məsələləri müzakirə olunub
22 Oktyabr 20:35
İstanbulda “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” elmi konfransına yekun vurulub
22 Oktyabr 20:33
Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasına tam hazırdır
22 Oktyabr 20:22
Prezident İlham Əliyev Şahin Mustafayevi yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib
22 Oktyabr 17:46
Bahar Muradova: Azərbaycan dövləti hər zaman olduğu kimi bu cür hərəkətlərin qiymətini hüquqi müstəvidə verməklə yanaşı, öz yoluna davam edəcək
22 Oktyabr 17:38
Yaxın Şərqdə geosiyasi dinamikada yeni mərhələ: Türkiyə faktorunun təsiri
22 Oktyabr 17:35
Akademik Gövhər Baxşəliyeva: Biz hamımız vahid komandanın üzvləriyik
22 Oktyabr 17:31
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələri yaradılacaq
22 Oktyabr 17:30
Ölkə başçısı tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında Sərəncam imzalayıb
22 Oktyabr 17:22
Polis Akademiyasını bitirmiş 45 nəfərin zabit yerlərinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib
22 Oktyabr 17:19
Pekində əcnəbi jurnalistlər üçün “Bir kəmər, bir yol” informasiya şəbəkəsi çərçivəsində ikinci tədris proqram-seminarı açılıb
22 Oktyabr 17:13
İkinci “Bakı Elektron Ticarət Forumu” davam edir
22 Oktyabr 17:11
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22 Oktyabr 17:08
Bakı Limanı ilə Aktau və Kurik limanları bilet satışlarını vahid onlayn rejim üzərindən aparacaq
22 Oktyabr 17:07
Suraxanı rayonunda Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
22 Oktyabr 17:03
Prezident İlham Əliyev Macarıstanın milli bayramı münasibətilə Prezident Yanoş Aderi təbrik edib
22 Oktyabr 16:58
Ziyafət Əsgərov: Azərbaycan bundan sonra da inkişaf edəcək və dünyanın ən seçilən dövlətlərindən biri olacaq
22 Oktyabr 16:55
Hikmət Babaoğlu: Belə təxribatlar nə qədər cox olacaqsa, Azərbaycan xalqı radikalları bir o qədər də küncə sıxışdıracaq (VİDEO)
22 Oktyabr 16:53
Eldar İbrahimov: Azərbaycan xalqı onları yaxşı tanıyır
22 Oktyabr 16:51
Siyavuş Novruzov: Hər kəs qanunsuz aksiyalar keçirməklə qarşıdurma yaratmaq istəyənlərin hərəkətlərinə münasibət bildirməlidir
22 Oktyabr 16:32
Lənkəranda çoxmənzilli binaların dam örtükləri dəyişdiriləcək
22 Oktyabr 16:04
Azərbaycan Prezidenti rusiyalı həmkarına başsağlığı verib
22 Oktyabr 15:55
Nigar Arpadarai: Formula 1 yarışına dördgünlük biletlər 20 faiz endirimlə təklif edilir
22 Oktyabr 15:53
Soçidə Rusiya və Türkiyə prezidentlərinin görüşü keçirilir
22 Oktyabr 15:38
Gəncə-Qazax iqtisadi rayonundakı sahibkarlara 631 min manat güzəştli kredit verilib
22 Oktyabr 15:21
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında “Vikipediya” Metodik Mərkəzi yaradılıb
22 Oktyabr 15:15
Azərbaycanda ilk dəfə “StartupFest 2019” adlı beynəlxalq startap festivalı keçiriləcək
22 Oktyabr 15:08
Prezident İlham Əliyevin müəllifi olduğu yeni islahatlar strategiyası inkişafı sürətləndirməkdədir
22 Oktyabr 14:55
Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib
22 Oktyabr 14:43
Sofiyada Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına həsr olunan dəyirmi masa təşkil olunub
22 Oktyabr 14:15
Siyavuş Novruzov: Heydər Əliyev heç bir təhlükə və təhdidin onu yolundan çəkindirməyəcəyini qayıdışı ilə hər kəsə sübut etdi
22 Oktyabr 14:00
Yaxın günlərdə daha 121 şəhidin 177 vərəsəsinə birdəfəlik ödəmə veriləcək
22 Oktyabr 13:41
Rövzət Qasımov Mərkəzi Seçki Komissiyasına üzv təyin edilib
22 Oktyabr 13:35
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı qatılacaq
22 Oktyabr 13:33
Azərbaycan ilə Rusiyanın Primorsk diyarı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
22 Oktyabr 13:29
Monitorinq insidentsiz başa çatıb
22 Oktyabr 13:27
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı təsdiqlənib
22 Oktyabr 13:01
Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışına start verilib
22 Oktyabr 12:58
Naxçıvan Dövlət Universitetində “Akademik İsa Həbibbəyli-70” mövzusunda elmi konfrans keçirilib
22 Oktyabr 12:56
Yubiley “BakuBuild 2019” sərgisi açılıb
22 Oktyabr 12:51
Maksim Şevçenko: Aİ Azərbaycandakı aksiyadan narahatlıq ifadə etməkdənsə, İspaniya hökumətinə qarşı bəyanatlar versin
22 Oktyabr 12:48
Bu il TANAP-la 1,8 milyard kubmetrədək təbii qaz nəql olunub
22 Oktyabr 12:42
Brüsseldə Pan Avropa Regional Şurasının İcraiyyə Komitəsinin iclası keçirilib
22 Oktyabr 12:38
Milli Məclisin növbəti plenar iclası keçirilir
22 Oktyabr 12:16
Azərbaycana 10 min tonadək çay idxal edilib
22 Oktyabr 12:13
Oktyabrın 29-da Belarusda Azərbaycan Gəncləri Günlərinə start veriləcək
22 Oktyabr 12:06
Azərbaycanı səsimizlə birinci edək
22 Oktyabr 11:57
Pekində Azərbaycan və Çin Müdafiə nazirlərinin görüşü keçirilib
22 Oktyabr 11:40
Azərbaycanın şimal rayonlarında 12 modul tipli yeni məktəb binası quraşdırılır
22 Oktyabr 11:28
Giorgi Qaxariya: Regionda həyata keçirilən layihələrin çox böyük əhəmiyyəti var
22 Oktyabr 11:05
Beynəlxalq Enerji Agentliyi: "Cənub Qaz Dəhlizi" Avropaya tədarükün təhlükəsizliyinin təmin olunmasında vacib amil olacaq
22 Oktyabr 10:52
UEFA Çempionlar Liqası: bu gün üçüncü tura start verilir
22 Oktyabr 10:51
Təhsil Nazirliyi yanında İctimai Şuranın Əsasnaməsi qəbul edilib
22 Oktyabr 10:48
Mirzəcan Xəlilov: Azərbaycan sosial-iqtisadi sahədə inkişafını uğurla davam etdirir
22 Oktyabr 10:38
Sahibə Qafarova: İmkan vermək olmaz ki, xaricdən tapşırıq alan hansısa qruplar ölkəmizdəki sabitliyə xələl yetirsin
22 Oktyabr 10:34
“Üçüncü Tbilisi İpək Yolu Beynəlxalq Forum”u işə başlayıb
22 Oktyabr 10:21
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
22 Oktyabr 10:19
Sevinc Fətəliyeva: Radikal müxalifətin bütün fəaliyyəti xalqın deyil, şəxsi maraqların təminatına, ölkədəki sabitliyin pozulmasına istiqamətlənib
22 Oktyabr 10:17
İradə Hüseynova: Biz Liderimizin ətrafında daha da sıx birləşməli, ziyalı olaraq dövlətimizin başçısına hər zaman dəstək olmalıyıq
22 Oktyabr 10:14
Naqif Həmzəyev: Xalq dağıdıcı müxalifətin pafoslu çağırışlarını rədd edir
22 Oktyabr 09:50
Azərbaycan Prezidenti İlham Əliyev MDBMİ-ni yubiley münasibətilə təbrik edib
22 Oktyabr 09:46
Yaponiya paytaxtında İmperator Naruhitonun taxta çıxması mərasimi keçiriləcək
22 Oktyabr 09:40
Azərbaycan ilə Meksika gömrük məsələlərində qarşılıqlı inzibati yardıma dair saziş imzalayacaq
22 Oktyabr 09:34
YAP Nərimanov rayon təşkilatının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üzrə ərazi ilk partiya təşkilatında tədbir keçirilib
22 Oktyabr 09:33
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA