Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Əli Kərimlinin ermənipərəst mərkəzlərə xidmət etməsi bir daha üzə çıxdı

Əli Kərimlinin ermənipərəst mərkəzlərə xidmət etməsi bir daha üzə çıxdı

26.10.2019 [09:56]

Pərviz Sadayoğlu

AXCP sədri Azərbaycanın uğurlarına, nailiyyətlərinə qarşı olduğunu növbəti dəfə etiraf edir
Sirr deyil ki, antimilli mövqedə duran, xarici ermənipərəst qurumların sifarişi ilə hərəkət edən, dağıdıcı təfəkkürdən əl çəkməyən “beşinci kolon” təmsilçiləri ölkəmizə qarşı olan planlarda yer alır, bunu hər addımda büruzə verirlər. Dövlət mənafeyinə və milli maraqlara düşmən kəsilən, dünya erməniliyinin apardığı anti-azərbaycançı siyasətin ölkəmizdə təmsilçiləri rolunu üstlənən dağıdıcı ünsürlər həmin anti-azərbaycançı mərkəzlərin verdikləri ianələri əldə etmək üçün bütün yollara baş vururlar.
Qeyd edək ki, antimilli ünsürlər bu ilin sentyabr ayından yenidən “fəallaşdırılaraq” ölkədəki sabitliyə xələl gətirmək üçün uğursuz mitinq şouları, qeyri-qanuni küçə aksiyaları ilə özlərinin varlığını sübuta yetirməyə çalışdılar. AXCP sədri Əli Kərimlinin insanları itaətsizliyə çağırması, vətəndaş qarşıdurması yaratmaq istəyi, ölkədəki sabitliyə qarşı xain planlar axtarışında olması, ən əsası isə, xaricdən gələn direktivlər əsasında “Sudan, Əlcəzair təcrübəsi”ni ölkəmizdə tətbiq etməyə çalışması radikalların bütün mahiyyətini bir daha Azərbaycan cəmiyyətinə nümayiş etdirdi.
Əslində, illərdir siyasi palitranın “qarınaltı yükünə” çevrilən, xəyanəti özünə peşə seçmiş ölkəmizin uğurlarına kölgə salmaq, əldə olunan nailiyyətlərə qarşı cəbhə açmaq üçün fəallaşdırılan radikal ünsürlər öz addımları ilə hansı “məqsədlər” üçün “mübarizə apardıqlarını” büruzə verirlər. Son dövrlərdə ölkə Prezidentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətiyyətli və cəsarətli bəyanatlarının düşmən Ermənistanın, onların havadarlarının narahatlığına səbəb olduğu açıq şəkildə ortadadır. Məhz bu səbəbdəndir ki, “mitinq” və ya “küçə aksiyası” adı altında ölkədə xaos, qarışıqlıq yaratmaq əmri almış radikal ünsürlər yenidən “zühur edirlər”.
Əli Kərimlinin məqsədinin heç də “dinc aksiya” keçirmək deyil, qarışıqlıq salmaq olması hələ bir müddət öncədən bəlli idi. Antimilli ünsürlərin nəzarətindəki internet kanallarına müsahibəsində dəfələrlə insanları qarşıdurmalara səsləyən Əli Kərimli öz ətrafındakı dağıdıcıları asayiş keşikçilərinin, hüquq-mühafizə orqanlarının qanuni tələblərinə tabe olmamağa çağırırdı. O bildirirdi ki, qanunu pozan şəxslərin saxlanılması ilə bağlı “informasiyalar” ermənilərin “əlinə işləyəcək”. Demək ki, Əli Kərimli düşmənlə əlbir olduğunu növbəti dəfə təsdiqlədi.
Göründüyü kimi, dövlətinin, xalqının mənafeyini satan, dövlətin uğurlarına kölgə salmağa çalışan xarici güclərin dəstəkçisinə çevrilən “sapı özümüzdən olan baltalar” bununla bir daha öz simalarını xalqa nümayiş etdirirlər. İllərdir anti-azərbaycançı mərkəzlərin əlində oyuncağa çevrilən, Azərbaycana qarşı hazırlanan planlarda ön sıralarda səf tutan, öz korporativ maraqlarına görə dövlət və xalq mənafeyinə qarşı dayanmağı özünə peşə seçən radikal düşərgə yenə də öz köhnə “havasını” çalmaqla ianələr qazanmağı “məqsədəuyğun” sayır.

Paylaş:
Baxılıb: 486 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30