Ana səhifə »  Müəlliflər »  Paşinyan hökumətinin “Doing Business 2020” hesabatında “səhv axtarmaq” cəhdi baş tutmadı
A+   Yenilə  A-
Paşinyan hökumətinin “Doing Business 2020” hesabatında “səhv axtarmaq” cəhdi baş tutmadı
Yazdı: Qaşqay ZİYƏDDİNOĞLU

Yaxud Ermənistanın acınacaqlı durumda olması beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapır
Məlum olduğu kimi, işğalçı ölkənin baş naziri Nikol Paşinyan və onun komandası ötən ilin mayından bu günə kimi sosial-iqtisadi sahədə heç bir irəliləyiş əldə edə bilməyib. Eyni zamanda, işğalçılıq siyasətindən əl çəkməməsi, ziddiyyətli xarici siyasət yürütməsi səbəbindən Ermənistanın beynəlxalq müstəvidə qeyri-ciddi imic qazanmasına görə bu ölkəyə heç bir xarici investisiya cəlb olunmayıb. Bütün bunların fonunda Ermənistanda mövcud olan iqtisadi böhran, yoxsulluq, işsizlik işğalçı ölkədə hər gün yeni etiraz aksiyalarının keçirilməsinə gətirib çıxarır.
Beləliklə işğalçı ölkənin acınacaqlı durumda olması bütün çılpaqlığı ilə ortadadır. Və əksər ekspertlərin də vurğuladıqları kimi Ermənistanın əhalisinin 70 faizinin yoxsulluq həddindən də aşağı səviyyədə yaşamasına baxmayaraq, N.Paşinyanın hansısa mücərrəd artımdan danışması, müdafiə xərclərinin artırılmasını planlaşdırması təəccüb doğurur. “news.am” saytının yazdığına görə, oktyabrın 28-də 2020-ci il dövlət büdcəsi layihəsinin ilkin müzakirəsi zamanı parlamentin daimi komissiyalarının birgə iclasında çıxış edən N.Paşinyanın sözlərinə görə, 2020-ci ildə büdcə ayırmalarını 25,3 faiz artırmaq planlaşdırılır. Qeyd edək ki, 2019-cu ildə Ermənistan müdafiə xərcləri üçün 300 milyard 437 milyon dram (təxminən 630 milyon dollar) ayırıb.
Yerli əhalini və mütəxəssisləri maraqlandıran da məhz baş nazirin müdafiə xərcləri üçün bu qədər vəsaiti hansı gəlir hesabına artırmağı planlaşdırmasıdır. Məsələn parlamentdəki müzakirə zamanı deputat Mikayıl Melkumyan bu iqtisadi templə insanların həyatında müsbətə doğru heç nə gözlənilmədiyini bildirib. Onun sözlərinə görə, Ermənistana investisiya qoyuluşu çox azdır: “2018-ci ilin yanvar-iyun aylarında birbaşa xarici sərmayə 38 milyard dram, 2019-cu ildə isə 7,8 milyard təşkil edib”.
Yeri gəlmişkən, bu yaxınlarda “Yerkir.am” saytına müsahibəsində Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan bəyan edib ki, N.Paşinyan hakimiyyətə gəldikdən sonra investisiya modelinə keçid üçün dəyişiklik etmək naminə bir barmağını belə tərpətməyib. H.Baqratyanın sözlərinə görə, keçmiş prezident Serj Sarkisyanın dövründə olduğu kimi, iqtisadi inkişaf yoxdur.
“Tert.am” saytının məlumatına görə, “Çiçəklənən Ermənistan” partiyasının deputatı Sergey Baqratyan da baş nazirin vəd etdiyi iqtisadi artımın mümkünsüzlüyünü dilə gətirib: “Son bir il yarım ərzində insanların həyatında maddi planda heç bir xüsusi dəyişiklik olmayıb. Yəni, hakimiyyət dəyişikliyindən 1,5 il keçibsə, bu 1,5 ilə bərabər iş görmək lazım idi”.
Onu da qeyd edək ki, yeni hökumətin yarıtmazlığını beynəlxalq maliyyə qurumlarının hesabatları da sübut edib. Belə ki, Dünya Bankının “Doing Business 2020” hesabatında Ermənistanın daha bir neçə pillə geriləməsi Paşinyan hökumətini pis vəziyyətdə qoyub. N.Paşinyan hətta bir qədər irəli gedərək “Doing Business 2020” hesabatında Ermənistanın reqressiyası ilə əlaqədar müvafiq qurumlardan açıqlama tələb edib. Mərkəzi bankın rəhbəri Artur Cavadyan isə guya hesabatın reytinq cədvəlində texniki səhv olduğunu, Ermənistanın daha yuxarı yerdə qərarlaşacağını iddia edərək baş naziri aldatmağa çalışıb.
Lakin həmişə olduğu kimi, bu dəfə də ermənilərin ifşası çox çəkməyib. Belə ki, “Amerikanın səsi” radiosuna müsahibə verən Dünya Bankının özəl sektorun inkişafı üzrə baş mütəxəssisi Valentina Sayntayn bankın rəhbəri A.Cavadyanın hesabatın reytinq cədvəlində səhv buraxıldığı barədə iddialarını təkzib edib: “Hesabatda Ermənistanla bağlı qeyri-dəqiqlik və ya səhv yoxdur”.
Bu məqamda qeyd etmək lazımdır ki, İran istisna olmaqla, Ermənistanın qonşuları Azərbaycan, Gürcüstan, Türkiyə hesabatda daha yüksək yerləri tutur. Bu da yalnız quru vədlər verən N.Paşinyanın bütün sahələrdə olduğu kimi, sosial-iqtisadi sahədə də Ermənistanı tənəzzülə sürüklədiyini bir daha ortaya qoyur.

 
  • Oxunub:  7920  |  
  • Tarix:  31-10-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir

22 Fevral 22:34
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb
22 Fevral 22:22
Prezident İlham Əliyevin Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşü olub
22 Fevral 21:52
Azərbaycan Prezidenti İlham Əliyev Vatikanda Papa Fransisk ilə görüşüb
22 Fevral 21:33
Elçin Əhmədov: XX əsrin sonunda Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasəti
22 Fevral 17:50
Gələn il Bakı IV Beynəlxalq Etnoidman Forumuna ev sahibliyi edəcək
22 Fevral 17:18
Azərbaycan Prezidenti Estoniya Prezidentinə təbrik məktubu göndərib
22 Fevral 16:59
Azərbaycan Prezidenti Bruney Sultanını milli bayram münasibətilə təbrik edib
22 Fevral 16:53
Pakistanın Xeybər Puxtunxva əyalətinin Assambleyası Azərbaycanın ərazi bütövlüyünə hörməti təsdiq edən qətnamə qəbul edib
22 Fevral 16:33
Berlində Ümumavropa Qarabağ mitinqi başlayıb
22 Fevral 16:31
Elxan Şahinoğlu: İtaliya Avropada Azərbaycanın əsas tərəfdaşıdır
22 Fevral 16:30
Nəsib Məhəməliyev: Erməni baş nazirin necə çətin duruma düşdüyünü hər kəs əyani şəkildə gördü
22 Fevral 16:16
YAP könüllüləri “Kitablarımızı paylaşaq, dilimizi yaşadaq” aksiyasına start verib (VİDEO)
22 Fevral 16:12
Dostluq və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsində
22 Fevral 12:03
Misirxan Həsənov: Könüllülər hərəkatında iştirak etmək hər bir gənc üçün faydalıdır
22 Fevral 11:49
İtaliyada Azərbaycan dəmir yollarının yükdaşıma imkanları təqdim edilib
22 Fevral 11:31
Pərvin Abbasova: Könüllülük həm də vətənpərvərlik məktəbidir
22 Fevral 11:20
Culyetto Kyeza: Azərbaycan Prezidentinin İtaliyaya səfəri Bakı və Roma üçün əlamətdar hadisədir
22 Fevral 11:12
Prezident İlham Əliyevin İtaliyaya səfəri bu ölkə mətbuatının diqqət mərkəzindədir
22 Fevral 11:02
AZPROMO ilə İtaliyanın “K-BEKSPORT SRL” şirkəti əməkdaşlıq edəcək
22 Fevral 10:58
Parisdə İslam Konfransı Gənclər Forumu Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbir keçirib
22 Fevral 10:50
UNESCO-da Beynəlxalq Ana Dili Günü qeyd edilib
22 Fevral 10:42
KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb
22 Fevral 10:36
“Dilin özü-sözün izi” adlı tərbir keçirilib
22 Fevral 10:35
“İtaliya Azərbaycanın ən mühüm iqtisadi tərəfdaşlarından biridir”
22 Fevral 10:32
100 yaşın mübarək, “Gəncənin səsi”!
22 Fevral 10:27
Azercell transformasiya ilininin nəticələrini açıqladı
22 Fevral 10:18
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası bölgələrin inkişafında əsaslı rol oynayır
22 Fevral 10:16
Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir
21 Fevral 20:01
Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
21 Fevral 19:54
Ekspert: “Azəriqaz”dakı islahatlar yüz dəfə ölçülüb və bir dəfə qərar verilib”
21 Fevral 19:50
Dövlət Komitəsinin sədri Goranboyda məcburi köçkünləri qəbul edib
21 Fevral 19:47
Milli və dini ayrıseçkilik monoetnik cəmiyyətin yaranmasına səbəb olur
21 Fevral 19:36
Prezident İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub
21 Fevral 17:51
Kamal Abdulla Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru ilə görüşüb
21 Fevral 17:41
Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib
21 Fevral 17:11
Azərbaycanda keçirilən bütün seçkilər mətbuat üçün açıqdır və KİV-lər bu prosesdə önəmli rola malikdir
21 Fevral 17:04
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Hacıqabul, Saatlı rayonlarının və Şirvan şəhərinin sakinləri ilə görüşüb
21 Fevral 17:00
İstiqlal Muzeyində “Xocalıda can qaldı” adlı tədbir təşkil olunub
21 Fevral 16:52
Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul edib
21 Fevral 16:49
Ali Məhkəmənin sədri Ağsu rayonunda vətəndaşları qəbul edib
21 Fevral 16:47
Milli Arxiv İdarəsində müşavirə keçirilib
21 Fevral 16:23
İradə İbrahimova: Vizual məlumat bazasının yaradılması yaşıllıqların qorunması işində müsbət başlanğıcdır
21 Fevral 15:51
Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər
21 Fevral 15:40
Təhsil naziri Kürdəmir şəhərində vətəndaşları qəbul edir
21 Fevral 15:37
Azərbaycan Milli Paralimpiya Komitəsinin ümumi yığıncağı keçirilib
21 Fevral 15:34
Nəzarətsiz zonalarda silahların qeyri-qanuni transferi təhlükəsizlik üçün kəskin təhdid yaradır
21 Fevral 15:18
AMEA-nın Şərqşünaslıq İnstitutu ilə Yaponiya arasında elmi əlaqələrin perspektivləri müzakirə olunub
21 Fevral 15:08
Seymur Orucov: Yeni Azərbaycan Partiyasının gəncləri könüllülər hərəkatında fəal iştirak edirlər
21 Fevral 15:03
YAP İcra Katibliyində Yeni Azərbaycan Partiyasının könüllülərinin toplantısı keçirilib
21 Fevral 14:36
Bakı Şəhər İcra Hakimiyyətində Xocalı faciəsinin ildönümünə həsr olunan tədbir keçirilib
21 Fevral 14:13
Sercio Mattarella: İtaliya ilə Azərbaycan bir-biri ilə dost ölkələrdir və regionda əsas tərəfdaşlardır
21 Fevral 13:52
Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib
21 Fevral 13:49
Los-Ancelesdəki UCLA Universitetində İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
21 Fevral 13:45
Sercio Mattarella: İtaliya-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri geniş və dərin panoramaya malikdir
21 Fevral 13:10
Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanında səfərdədir
21 Fevral 12:54
Sabah ölkə ərazisində temperaturu 15 dərəcəyə yüksələcək
21 Fevral 12:33
Milli Onkologiya Mərkəzində Azərbaycan-Türkiyə müştərək konfransı keçirilib
21 Fevral 12:28
Özbəkistanlı alim Ədəbiyyat İnstitutunun fəxri doktoru seçilib
21 Fevral 12:15
Kibertəhlükəsizlik üzrə yeni strategiya hazırlanır
21 Fevral 11:38
Yanvarda Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 110 milyon dollara yaxın olub
21 Fevral 11:22
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron xidməti “myGov” portalına inteqrasiya olunub
21 Fevral 11:07
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı qurbanlarını xatirəsi anılıb
21 Fevral 10:57
Kənd təsərrüfatı məhsullarının istehsalı artıb
21 Fevral 10:36
Monoetnik dövlət olan Ermənistanın nümayəndələrinin insan hüquqlarından danışması riyakarlıqdır
21 Fevral 10:17
Ceyhun Ələkbərov: Azərbaycan Prezidentinin Münxendə parlaq çıxışı bir daha göstərdi ki, Ermənistanın işğalçı siyasətinin sonu sürətlə yaxınlaşmaqdadır
21 Fevral 10:11
Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 Fevral 09:43
Şəffaf və operativ xidmət
21 Fevral 09:40
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yeni binada fəaliyyətə başlaması ilə bağlı tədbir keçirilib
21 Fevral 09:38
Naftalanda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
21 Fevral 09:36
YAP Qazax rayon təşkilatı Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbir keçirib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+8 +12
gecə+4 +7