Ana səhifə »  Müəlliflər »  “Milli şura”, yoxsa mehriban düşmənlər?!
A+   Yenilə  A-
“Milli şura”, yoxsa mehriban düşmənlər?!
Yazdı: Pərviz Sadayoğlu

Bu qondarma qurumda təmsil olunanlar tarixən bir-birinə zidd mövqedə olan partiyalardır
İyunun 7-də zorən bir masa arxasına yığılıb guya “birlik” nümayiş etdirən radikal müxalifət qruplarının yaratdıqları “Milli şura” 20 illik ənənəvi “müxalifətçilik tamaşasının” yeni pərdəsidir. İllərdir ki, müxalifət adını mənimsəmək, bu adı öz monopoliyası altına almaq istəyən qüvvələr arasında gedən çəkişmələr bunu deməyə əsas verir ki, qarşıdan gələn prezident seçkilərinə az müddət qalmış bu “birliyin” də əsl siması üzə çıxacaq. O mənada ki, indiyə qədər yaradılan və hər dəfə də faciəvi sonluqlarla tarixin çevrilmiş səhifəsinə dönən bu “birliklər” qarşılıqlı ittihamlar, hətta təhqirlərlə müşayiət olunub. Radikal qruplaşmaların başçıları “müttəfiqlikləri” başa çatan kimi bir-biriləri haqda olmazın fikirləri ilə mətbuatın səhifələrini bəzəməyə tələsirlər.
Maraqlıdır ki, “Milli şura” oyununda bu cür gedişlər hələ qurum yaranmamışdan qabaq özünü büruzə verirdi. Məsələn, bu gün hansısa şərtlər daxilində, hansısa təzyiq qarşılığında “Milli şura”da təmsil olunmaq məcburiyyətində qalan bəzi insanlar var ki, qurumun “təsis” edilməsinə saatlar qala, şura haqqında fikirlərini çox açıq şəkildə dilə gətirirdilər. Hətta bu gün həmin qurumda “müttəfiqlik” cildinə girənlərin arasında bir-birilərini xarici kəşfiyyata işləməkdə günahlandıranlar, o cümlədən “Milli şura”ya alternativ qurumlar yaradanlar da yer alır. Bütün bunlar indidən həmin qurumun səmimiyyətdən kənar-korporativ maraqlar üzərində bərqərar olmasını deməyə əsas verir.
Məsələn, ən azından bu qurumda bir-birilərini qəbul etməyən Mirmahmud Mirəlioğlu və Əli Kərimli, o cümlədən, Lalə Şövkət və İsa Qəmbər kimi insanlar təmsil olunur. Digər tərəfdən, elə ən yaxın keçmişimizdə yaşananlar bu “birliyin” hansı sevdalardan qaynaqlandığını ortaya qoymağa kifayət edir. Ən azından, bu gün üzdə müttəfiq kimi görünməyə çalışan və Rüstəm İbrahimbəyovun şurasından yararlanmaq istəyən “Müsavat” və AXCP təmsilçilərinin cəmisi bir neçə il öncə bir-biriləri haqqında demədikləri söz qalmamışdı. AXCP sədri şəxsən İsa Qəmbəri elə “bədii sözlərlə” bəzəyib-düzəmişdi ki, eşidənlər dəhşətə gəlirdi. Necə olur ki, dünənin satqınları bu günün “müttəfiqləri”nə çevrilirlər.
Eləcə də, digər partiyalara nəzər yetirdikdə bunun şahidi olmaq mümkündür. ALP lideri Lalə Şövkətin ümumiyyətlə, İsa Qəmbər olan məkana gəlmədiyi də hər kəsə bəllidir. Təbii ki, bu da onun İsa Qəmbərə olan “xüsusi hüsn-rəğbətindən” qaynaqlanır. Rəsul Quliyevin Əli Kərimli və İsa Qəmbər haqqında dediklərini isə etika xatirinə nəinki yazmaq, hətta oxumaq belə düzgün deyil.
Bütün bunlarla yanaşı, “Milli şura” adlanan bu amorf təşkilatın vahid namizəd oyununda da razılığa gələ bilməməsi onların yalanlarını bir daha üzə çıxarır. Erməni lobbisinin puluna nökərçiliklə məşğul olan Leyla Yunusun öz “əziz-təbərrik” dostu, ermənipərəst Rüstəm İbrahimbəyovu müxalifət qruplarının vahid namizədi kimi görmək istəməsi heç də boş yerdən deyildi. Təbii ki, bu əmri Leyla Yunusa verənlər məhz Rüstəm İbrahimbəyovu Azərbaycan xalqının iradəsinin əksinə mövqe tutmağa, Azərbaycan dövlətinin maraqlarını tapdamağa sövq edən anti-azərbaycançı dairələrdir. Sadəcə həmin iclasda İsa Qəmbərin başının dəstəsinin Leyla Yunusa və digərlərinə dirəniş göstərməsinin əsasında pay bölgüsündə hegemoniyanı əlində saxlama arzusu dayanırdı. Yəni, onsuz da vahid namizədin olub-olmayacağı və ya onun kim olacağı Azərbaycan xalqının edəcəyi seçimə heç bir təsir göstərməyəcək, sadəcə radikal qruplaşmalar arasında gedən savaş antimilli dairələrdən gələn ianələrin pay bölgüsündə əhəmiyyətli çoxluğu əlində cəmləşdirməkdən ibarətdir.
Maraqlıdır ki, son günlər yayılan bəzi informasiyalar “Milli şura” adlanan bu əndirəbadinin vəziyyətinin üstünə daha aydın işıq saçmış oldu. Hər zaman özünü dini-milli adət-ənənələrə sadiq göstərən, hətta özünün müqəddəs məkanları ziyarət edərək Hacı titulu qazandığını əlində dəstəvuz edən İsa Qəmbərin donuz əti yeyən Rüstəm İbrahimbəyovla bir yerdə olması, onun “komanda” aldığı digər donuz əti “həvəskarlarının” nökərinə çevrilməsi göstərir ki, İ.Qəmbər burada da yalan danışır. Onun üçün pul, maddi təminat hər şeydən öndə gəlir. Hələ, bu qurumda təmsil olunan və adını dini rituallarla süstləyən insanların Rüstəm İbrahimbəyova dəstəyi lap qaranlıq məsələlərdəndir. Görünən odur ki, hər zaman qaranlıqlara öyrəşmiş radikal qruplar bu dəfə də qaranlıq işlərindən əl çəkmək niyyətində deyillər...

 
  • Oxunub:  21960  |  
  • Tarix:  12-06-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Sumqayıt Kimya Sənaye Parkı Azərbaycanda gedən sənayeləşmə siyasətinin gözəl nəticəsidir

19 Fevral 16:56
“Könüllülər Parlamenti – Azərbaycan, 2019”un iştirakçılarının Milli Məclisin komitə sədrləri ilə görüşü olub
19 Fevral 16:44
Avropadaxili Vergi Administrasiyaları Təşkilatı ilə Vergilər Nazirliyi Bakıda beynəlxalq forum təşkil edib
19 Fevral 16:38
Vüqar Bayramov: Azərbaycan Prezidenti bu Fərmanla “çoxillik həllolunmaz problem”ə son qoydu
19 Fevral 16:23
Əli Əhmədov: Birgə iqtisadi layihələr Türkiyə-Azərbaycan qardaşlığını daha da gücləndirir
19 Fevral 15:46
Aydın Hüseynov: Prezidentin bu Fərmanından sonra Azərbaycanda sənədsiz və qeydiyyatsız bina qalmayacaq
19 Fevral 15:24
Statistika Komitəsi ilə UNICEF-in əməkdaşlığının prioritetləri müzakirə edilib
19 Fevral 15:21
Azərbaycan ABŞ-ın ən böyük turizm sərgisində təmsil olunub
19 Fevral 14:55
Dövlət gerbinin istifadəsi qaydalarına dair qanun layihəsi parlamentin iclasında sonuncu oxunuşda qəbul olunub
19 Fevral 14:44
Milli Məclisin gənclər və idman komitəsinin tərkibində dəyişiklik edilib
19 Fevral 14:40
Həştərxanda RAGB-nin təşəbbüsü ilə keçirilən “Xəzər-2019 mükafatı” festivalının qalibləri elan edilib
19 Fevral 14:30
Səttar Möhbalıyev: Bəzi müxalifət nümayəndələri Prezident İlham Əliyevin gördüyü işlərə kölgə salmağa cəhd edirlər
19 Fevral 14:18
Siyavuş Novruzov: Bəziləri dövlət başçısı tərəfindən atılan addımları öz adlarına çıxırlar
19 Fevral 14:06
Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsi sadələşdirilir
19 Fevral 13:37
Milli Məclisdə Dövlət himnimizin istifadəsi qaydaları ilə bağlı qanun layihəsi sonuncu oxunuşda qəbul edilib
19 Fevral 12:27
Prezident İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19 Fevral 12:24
“Nəsimi kəlamının işığında” adlı ədəbi-bədii gecə olub
19 Fevral 12:20
Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun ilk iclası keçirilir
19 Fevral 12:17
Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşüb
19 Fevral 12:15
Bu gün UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki oyunu keçiriləcək
19 Fevral 12:11
Xələf Xələfov: Xəzərin statusu barədə Konvensiya Xəzəryanı ölkələrin tarixində yeni səhifədir
19 Fevral 12:06
Milli Məclisin növbəti plenar iclası keçirilir
19 Fevral 11:54
Prezident İlham Əliyev Avropa Komissiyasının nümayəndə heyətini qəbul edib
19 Fevral 11:48
Şirvanda yeddi gündə 8 min nəfərdən çox sakin kütləvi tibbi müayinədən keçib
19 Fevral 11:39
Azərbaycan meyvə-tərəvəz ixracını artırıb
19 Fevral 11:36
Mülki aviasiya sahəsində Avropa mütəxəssislərinin təcrübəsinin tətbiqi müzakirə olunub
19 Fevral 11:12
Sabah Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçiriləcək
19 Fevral 11:10
Fevralın 26-sı ümumtəhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr ediləcək
19 Fevral 11:09
Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin yaradılmasının 20 illiyi qeyd olunub
19 Fevral 11:08
ADU-nun kollektivi: Təqaüdlərin artırılması təhsil alan gənclərin daha yaxşı yaşamasına istiqamətlənib
19 Fevral 10:56
Asiya İnkişaf Bankı Azərbaycanda bərpaolunan enerji layihələrinə maliyyə dəstəyi göstərməyə hazırdır
19 Fevral 10:39
Azərbaycandan Avropa İttifaqına üzv ölkələrə 729 milyon dollarlıq məhsul göndərilib
19 Fevral 10:38
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi pozmaqda davam edir
19 Fevral 09:58
Sumqayıt Kimya Sənaye Parkı Azərbaycanda gedən sənayeləşmə siyasətinin gözəl nəticəsidir
19 Fevral 09:58
Görkəmli teleaparıcı Rafiq Hüseynovun yaşadığı evin qarşısında barelyefi açılıb
19 Fevral 09:56
Siyavuş Novruzov: Bələdiyyələr ələbaxımlılıqdan qurtulmalıdır
19 Fevral 09:53
Azərbaycan-Rusiya münasibətlərinin inkişafında dinlərarası dialoqun xüsusi rolu var
19 Fevral 09:50
Hikmət Babaoğlu: Ermənistan çalışır ki, danışıqları mümkün qədər uzatmaqla status-kvonu saxlasın, ancaq bu, mümkün deyil
19 Fevral 09:50
Prezident İlham Əliyevin vətəndaşların fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə göstərişlərinə uyğun olaraq mühüm layihələr icra edilib
19 Fevral 09:48
Bakıda “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda forum keçirilib
19 Fevral 09:45
Prezident İlham Əliyev: Sumqayıtın kompleks inkişafı daim diqqət mərkəzindədir
19 Fevral 09:45
Prezident İlham Əliyev: Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir
19 Fevral 09:44
Prokurorluq orqanlarına işə qəbulla bağlı müsabiqə elan edilib
19 Fevral 09:43
Azərbaycanın regionlarında sahibkarlara çoxşaxəli dəstək tədbirləri həyata keçirilir
18 Fevral 21:27
Rusiya-Azərbaycan: Mədəniyyət ustaları dostluq körpüləri salırlar
18 Fevral 21:09
Dünyanın bir sıra ölkələrinin vətəndaşları Xocalıya ədalət istəyiblər
18 Fevral 21:02
Milli Məclisin deputatları BMT-nin parlament dinləmələrində iştirak edəcəklər
18 Fevral 20:35
Ombudsman təsisatında Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ilə görüş olub
18 Fevral 20:30
Qətər qəzetləri Azərbaycan həqiqətlərindən yazır
18 Fevral 20:28
Azərbaycanın yanvarda ən çox məhsul idxal etdiyi ölkələr açıqlanıb
18 Fevral 20:25
Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişdiyi ölkəyə çevrilir
18 Fevral 19:13
Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “IDEX-2019” beynəlxalq müdafiə sərgisində iştirak edir
18 Fevral 19:05
Xocalı soyqırımı qurbanlarının xatirəsi İsraildə yad olunacaq
18 Fevral 19:02
Kürdəmir: ümumi məhsul buraxılışının 39,9 faizi kənd təsərrüfatının payına düşüb
18 Fevral 18:50
Azərbaycan və Avstriya dəmir yolları arasında əməkdaşlıq əlaqələri müzakirə edilib
18 Fevral 18:28
Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın qış sessiyasında iştirak edəcək
18 Fevral 18:00
Nazir: Ölkədəki əlverişli mühit sahibkarlara biznesin istənilən sahəsi ilə məşğul olmağa imkan verir
18 Fevral 17:29
Ombudsman Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
18 Fevral 17:28
İsa Həbibbəyli: Ölkəmizdə vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində uğurlu sosial siyasət həyata keçirilir
18 Fevral 17:19
Hikmət Babaoğlu: İşğalçı ölkə Azərbaycanın verdiyi dərsi unuda bilmir
18 Fevral 17:16
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları
18 Fevral 17:01
Azərbaycanla Böyük Britaniyanın enerji sahəsində əməkdaşlığı müzakirə olunub
18 Fevral 17:00
Prezident İlham Əliyev: Bu il Sumqayıt Kimya Sənaye Parkında bir neçə müəssisənin açılışı nəzərdə tutulur
18 Fevral 16:55
Teodore Doriç: Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsi tolerantlıq barədə nəzəri biliklərimizi artırdı
18 Fevral 16:47
Prezident İlham Əliyev Sumqayıtın dənizkənarı bulvarında şəhərin sakinləri ilə görüşüb
18 Fevral 16:42
“Könüllülər Parlamenti – Azərbaycan, 2019” layihəsinin iştirakçıları qanunvericilik prosesi barədə məlumatlandırılıb
18 Fevral 16:37
“Məcburi əməyin və insan alverinin qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib
18 Fevral 16:33
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
18 Fevral 16:29
Qorxmaz Hüseynov: Regional inkişaf proqramları çərçivəsində bölgələrdə 11 min km-dən çox magistral və paylayıcı su, 6 min km kanalizasiya xətləri çəkilib
18 Fevral 16:23
YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
18 Fevral 16:17
Azərbaycan Prezidenti: “SOCAR Polymer” qeyri-neft ixracını 15 faiz artıracaq

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA
Bakı
gündüz+2 +3
gecə+2 +3