Ana səhifə »  Müəlliflər »  “Milli şura” adlanan qondarma qurumun qanunsuz mitinqdən imtina etməsinin başlıca səbəbi aksiyanın əhali tərəfindən dəstəklənməməsidir
A+   Yenilə  A-
“Milli şura” adlanan qondarma qurumun qanunsuz mitinqdən imtina etməsinin başlıca səbəbi aksiyanın əhali tərəfindən dəstəklənməməsidir
Yazdı: Pərviz Sadayoğlu

Azərbaycan xalqı radikal müxalifət başçılarının və onların yaxın ətrafının sosial şəbəkələrdə apardığı çirkin təbliğatın reallığa uyğun olmadığını aydın görür və bu iddialara artıq heç bir əhəmiyyət vermir
Xəbər verildiyi kimi, radikal müxalifət düşərgəsinin noyabrın 2-də mitinq keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə etdiyi müraciət müsbət cavablandırılmışdı. Buna baxmayaraq, radikal ünsürlər təklif olunan ünvanda mitinq keçirməyəcəklərini iddia edərək qeyri-qanuni aksiya keçirəcəklərini bildirmişdilər. Lakin antimilli ünsürlər sonradan bu fikirdən də daşındılar. Təbii ki, radikal düşərgənin noyabrın 2-nə təyin edilmiş qanunsuz aksiyanı keçirməkdən imtina etməsinin səbəbləri fərqlidir.
İlk olaraq vurğulamaq yerinə düşər ki, “Milli şura” adlanan qondarma qurumun noyabrın 2-də Bakı şəhərinin mərkəzində təyin etdiyi qanunsuz mitinqdən imtina etməsinin başlıca səbəbi bu qurumun legitim olmaması və aksiyanın əhali tərəfindən dəstəklənməməsidir. Radikal müxalifət elektoratı olmadığı üçün aksiyaları icra orqanı tərəfindən müəyyən edilmiş yerlərdə keçirməkdən qorxur. Hazırda təmirə bağlanmış “Məhsul” stadionunda radikal düşərgənin ənənəvi icazəli mitinqlərini yada salsaq, görərik ki, keçirilən aksiyalarda cəmisi bir neçə yüz insan iştirak edirdi ki, onun da bir hissəsini KİV nümayəndələri, xarici səfirliklərin mitinqə ezam olunmuş əməkdaşları və eyvanlardan baxan sakinlər təşkil edirdi. Hər bir mitinqdən sonra sosial şəbəkələrdə istər Əli Kərimlinin, istərsə də digər partiya funksionerlərinin etirafları bir daha AXCP-nin timsalında radikal düşərgənin xalq tərəfindən dəstəklənmədiyi həqiqətini ortaya qoymuş olurdu. Bu gün Ə.Kərimlinin mitinq keçirmək üçün şəhərin mərkəzində yer iddia etməsi də məhz yeni biabırçılıqların qarşısının alınmasına hesablanıb. Yoldan ötəni, işinə gedəni, parkda istirahət edəni “mitinq” iştirakçısı kimi qələmə verməyə çalışan Əli Kərimli bununla da aldığı və ya alacağı maddi dəstəyin həm foto “hesabatını” hazırlamış olacaqdı, həm də yenidən özünü “müxalifət” adı altında bəlli xarici dairələrə sırıyacaqdı. Bir sözlə, radikal ünsürlər heç bir potensialı olmadığına görə paytaxtın mərkəzində aksiya təşkil etməklə kənar müşahidəçilərin hesabına izdiham görüntüsü yaratmağa çalışır.
Qeyd olunduğu kimi, Azərbaycan xalqı radikalların yalanlarını, xəyanətlərini çox görüb və onların hansı məqsədlər uğrunda “mübarizə” apardığını yaxşı bilir. Hətta ötən 10 gündən artıq müddətdə sosial şəbəkələrdə aparılan təbliğat, aksiyaya ardıcıl çağırışlar cəmiyyətdə yalnız neqativ emosiyalar doğurdu. Eləcə də, radikalların sosial şəbəkələrdə apardığı rəy sorğuları göstərdi ki, vətəndaşlar mitinq təşəbbüsünü dəstəkləmir. Hətta günlərlə müzakirə olunan və Ə.Kərimlinin israrla dilindən düşürmədiyi “sosial sifariş” məsələsinin də yalan olması elə radikalların ilk cəhdində üzə çıxdı və qanunsuz aksiyaya “dəstək”lə bağlı sosial şəbəkələrdə keçirilən bütün sorğular əsl fiaskoya çevrildi. Fərq o qədər böyük idi ki, radikallar məcbur qalaraq bu sorğuları öz səhifələrindən götürdülər. Azərbaycan xalqı radikal müxalifət başçılarının və onların yaxın ətrafının sosial şəbəkələrdə apardığı çirkin təbliğatın reallığa uyğun olmadığını aydın görür və bu iddialara artıq heç bir əhəmiyyət vermir. Vətəndaşlar bir qrup radikalın siyasi ambisiyasının reallaşdırılmasında vasitə olmaq istəmir, onların irəli sürdüyü təşəbbüs və ideyaları dəstəkləmir, bu iddiaları ölkənin inkişafı yolunda təhlükə kimi qiymətləndirirlər.
Onu da qeyd edək ki, xalqın radikal düşərgəyə dəstək verməməsi istər qondarma “Milli şura”, istərsə də AXCP daxilində böyük hikkə və xalqa qarşı kin yaradıb. Bunun nəticəsidir ki, vaxtilə hazırkı iqtidarın tərəfdarı olan, sonradan isə küskün düşərək radikal ünsürlərin cərgəsinə qoşulan xainlər xalqı təhqir etməkdən çəkinmir, bununla da öz mahiyyətlərini bir daha cəmiyyətə nümayiş etdirirlər.

 
  • Oxunub:  2340  |  
  • Tarix:  02-11-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb

22 Noyabr 17:53
Dövlət Komitəsinin sədri Beyləqanda məcburi köçkünləri qəbul edib
22 Noyabr 17:49
Yayda yanğın baş verən meşə ərazilərində meşəbərpa tədbirlərinə başlanılacaq
22 Noyabr 17:38
YAP Səbail rayon təşkilatının fəalları Bilgəhdə yerləşən Pensiya yaşına çatmış şəxslər üçün Sosial Xidmət müəssisəsini ziyarət etdilər
22 Noyabr 17:26
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Tərtərdə məcburi köçkünlərlə görüşüb
22 Noyabr 17:23
Azərbaycan Texniki Universitetində keçirilən konfransda ölkəmizin multikulturalizm siyasətindən bəhs olunub
22 Noyabr 17:22
Nəsiminin yubileyi ilə bağlı 650 min ağacın harada əkiləcəyi yerləri əks etdirən xəritə hazırlanıb
22 Noyabr 17:20
AzTU-nun professoru Aşqabadda erməni yalanını ifşa etdi
22 Noyabr 17:19
Moskvada X Rusiya-Azərbaycan Regionlararası Forumu işə başlayıb
22 Noyabr 17:16
Azərbaycanlı alim beynəlxalq konfransda türk dünyası tarixçilərinin əməkdaşlığından danışıb
22 Noyabr 17:14
Bakıda VI Beynəlxalq Tibbi Treninq Günlərinə start verilib
22 Noyabr 17:12
Naxçıvanda əlil və şəhid ailələrinin mənzillə təminatının davam etdirilməsinə 500 min manat ayrılıb
22 Noyabr 17:10
Sərəncam: Naxçıvanda müasir suvarma sistemlərinin quraşdırılmasına 2 milyon manat ayrılıb
22 Noyabr 17:06
Qrant müsabiqəsi ilə bağlı QHT-lər üçün məlumatlandırma sessiyası təşkil olunacaq
22 Noyabr 17:03
Azərbaycanın Diplomatik Xidmət Orqanlarının 100 illiyi medalı Pakistanın ordu generalına təqdim olunub
22 Noyabr 16:55
“Loqos” beynəlxalq elmi konfransa hazırlaşır
22 Noyabr 16:49
Şəkidə dövlət-din münasibətlərindən bəhs edən seminar-müşavirə keçirilib
22 Noyabr 16:37
Sumqayıtın 70 illik yubileyinə marka buraxılıb
22 Noyabr 16:30
AMEA-nın Humanitar Elmlər Bölməsinin elmi müəssisələrinin hesabatları dinlənilib
22 Noyabr 16:26
Prezident İlham Əliyev Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı Sərəncam imzalayıb
22 Noyabr 16:22
Vüqar Rəhimzadə: Rəy sorğularının nəticələri Prezident İlham Əliyevin siyasətinə və reallaşdırdığı islahatlara böyük ictimai inamın və etimadın olduğunu isbatlayır
22 Noyabr 16:11
İrina Viner-Usmanova: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşü həyəcanla gözləyirdim
22 Noyabr 16:10
Dmitri Savelyev: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu foruma gəlişi tədbirin əhəmiyyətini bir daha vurğulayır
22 Noyabr 16:02
Akademik Rasim Əliquliyev “İƏT-15 Dialoq Platforması” konsepsiyasının müzakirəsinə dair iclasda iştirak edib
22 Noyabr 15:55
Tarix İnstitutunda Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub
22 Noyabr 15:40
Milli Məclisin komitə iclasında Ombudsmanın seçilməsi haqqında qanun layihəsi müzakirə olunur
22 Noyabr 15:38
Milli Məclisin noyabrın 25-də keçiriləcək plenar iclasının gündəliyi müəyyənləşib
22 Noyabr 15:05
Yaponiya ilə KOB sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
22 Noyabr 15:00
Ədliyyə işçiləri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
22 Noyabr 14:59
Bakıda Gender əsaslı Bələdiyyə Akademiyasının açılışı olub
22 Noyabr 14:54
“İqtisadi və statistik tədqiqatlarda innovasiyaların tətbiqi” mövzusunda elmi-praktiki konfrans keçirilib
22 Noyabr 14:46
“Özbək kino həftəsi” çərçivəsində Şəkidə kinosevərlərlə görüş
22 Noyabr 14:44
BSU-da “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda beynəlxalq konfrans keçirilir
22 Noyabr 14:38
YAP Zərdab rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü qeyd edib
22 Noyabr 14:35
Xaçmazda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
22 Noyabr 14:34
Mikayıl Cabbarov: Rusiya indiyədək Azərbaycan iqtisadiyyatına 5 milyard dollar investisiya yatırıb
22 Noyabr 14:29
Energetika nazirinin müavinləri Mingəçevir və Bərdədə vətəndaşları qəbul ediblər
22 Noyabr 14:28
Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəyliyə həsr olunmuş kitabın təqdimatı keçirilib
22 Noyabr 14:17
Sahib Ələkbərov: Velosipedçilərimizin Olimpiya Oyunlarına ilk milli lisenziya qazanmasından qürur hissi keçiririk
22 Noyabr 14:15
AzMİU-da memarlıq ali təhsilinin 100 illiyinə həsr olunmuş sərgi açılıb
22 Noyabr 14:09
Hikmət Babaoğlu: Bu, onların milli maraqlara necə xəyanət etdiyinin açıq izahatı idi
22 Noyabr 14:07
Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu yenidən qurulub
22 Noyabr 14:01
Tokioda Yaponiya ilə Azərbaycanın iqtisadi-ticari əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
22 Noyabr 13:58
Abşeronun kənd və qəsəbələrində telekommunikasiya infrastrukturu yenidən qurulur
22 Noyabr 13:56
Muğanlı-İsmayıllı avtomobil yolu ilə bağlı ilkin layihə planının variantları işlənilir
22 Noyabr 13:50
Azərbaycan Milli Məclisinin Sədri MDB Parlament Assambleyasının yubiley sessiyasında iştirak edib
22 Noyabr 13:47
Milli Kitabxanada Xal yazıçı Elçinin kitablarının təqdimatı olub
22 Noyabr 13:01
Bağdad Amreyev: Türk Şurası Transxəzər fiber-optik kabel xəttinin çəkilişini dəstəkləyəcək
22 Noyabr 12:35
Azərbaycan nümayəndə heyəti Rusiyada “Nəqliyyat həftəsi–2019” tədbirində iştirak edib
22 Noyabr 12:35
Professor Əli Birinci: Əhməd bəy Ağaoğlu Azərbaycan və Türkiyə üçün misilsiz xidmətlər göstərib
22 Noyabr 12:30
Dünya Səhiyyə Təşkilatı: uşaq və gənclər getdikcə daha az hərəkət edirlər
22 Noyabr 12:23
Azərbaycandan göndərilən məhsulların 5,8 faizi avtomobil nəqliyyatı ilə daşınıb
22 Noyabr 12:19
Daşkənddə MDB Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib
22 Noyabr 12:04
Hicran Hüseynova: Azərbaycanda qadın sahibkarların sayı artıb
22 Noyabr 12:01
Nazir: Cənub Qaz Dəhlizinin həyata keçirilməsində ABŞ-ın davamlı dəstəyi təqdirəlayiqdir
22 Noyabr 11:55
Bakıda alpaqut üzrə ikinci dünya çempionatı keçirilir
22 Noyabr 11:54
Komitə sədri: Azərbaycanda zorakılıq halları bir çox ölkələrdən çox aşağıdır
22 Noyabr 11:51
Göyçayda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
22 Noyabr 11:47
Siyavuş Novruzov: AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu dövrdə şiddət-güc ritorikasını onlar kimi düşünməyən hər kəsə qarşı tətbiq edirdi
22 Noyabr 11:40
Naxçıvanda “İdman hamı üçün!” şüarı ilə tədbir keçirilib
22 Noyabr 11:39
Amerikalı diplomatlara Azərbaycanın diplomatik xidmət orqanlarının yubiley medalı təqdim olunub
22 Noyabr 11:27
“OPEC plus” ölkələri neft istehsalının azaldılmasını davam etdirmək barədə qərar qəbul edə bilər
22 Noyabr 11:20
Abşeron rayonunun Qobu qəsəbəsində də 10 yeni fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
22 Noyabr 11:11
Xing Qu: Maddi mədəni irsin qorunması və davamlı inkişafı məsələsində həmişə Azərbaycanı dəstəkləyirik
22 Noyabr 10:53
Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Bolqarıstanın Daxili İşlər Nazirliyi arasında saziş imzalanıb
22 Noyabr 10:47
UNESKO Dünya Fəlsəfə Gününü qeyd edib
22 Noyabr 10:45
Quba, Qusar və Xızı rayonlarına qar yağıb
22 Noyabr 10:43
Energetika naziri ABŞ-da Azərbaycanın 25 illik nailiyyətlərindən danışıb
22 Noyabr 10:13
Polşa UNESKO-nun İcraiyyə Şurasının üzvü seçilib
22 Noyabr 10:10
Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaradılmasından 101 il ötür
22 Noyabr 10:09
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 21 dəfə pozub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA