Ana səhifə »  Müəlliflər »  Əli Kərimli Əli İnsanova biət edəcəkmi?
A+   Yenilə  A-
Əli Kərimli Əli İnsanova biət edəcəkmi?
Yazdı: Pərviz Sadayoğlu

Yaxud radikal müxalifət düşərgəsinin yeni “birlik” oyunu
Bir sıra xarici fondlardan, ermənipərəst mərkəzlərdən ianələr alan, bunun qarşılığında isə məhz maliyyələşdikləri ünvanlardan gələn sifarişləri yerinə yetirən radikal ünsürlər bu dəfə də “ənənələrinə sadiq qalıblar”. Belə ki, dünən Müsavat Partiyasının qərargahında bir neçə radikal müxalifət təmsilçisinin “dəyirmi masa” arxasında toplanması, üstəlik radikalların bu görüşün əsas hissəsini mətbuata qapalı keçirmələri bir sıra mətləblərdən xəbər verir. “Dəyirmi masa” öncəsi çıxışlarında özlərini “sezon öncəsi alverçi” qismində təqdim edən radikal düşərgə təmsilçiləri bir sıra “nüanslar”a toxunmaqla köhnə şakərlərindən əl çəkmədiklərini, ən əsası isə, bütün “fəaliyyətlərinin” son nəticəsi olaraq xarici anti-azərbaycançı dairələrdən daha çox maliyyə qopartmaq arzusunda olduqlarını ortaya qoydular.
İlk olaraq Müsavat Partiyasının sədri Arif Hacılının guya bu “dəyirmi masa”nın “müxalifət qüvvələrinin koordinasiyası ilə bağlı” cəmiyyətin tələbi qismində qələmə vermək arzusuna toxunmaq daha doğru olar. Qeyd etmək yerinə düşər ki, hələ beş il öncə partiyasının qurultayında saxtakarlığa yol verən Arif Hacılının nəinki cəmiyyətdə, heç öz partiyası daxilində heç bir etimada malik olmaması hər kəsə bəllidir. Özünü guya “siyasi fiqur” kimi qələmə verməyə və İsa Qəmbərin kölgəsindən çıxmağa can atan Arif Hacılının cəmiyyət adından danışması olduqca gülünc görünür. Eləcə də digər çıxışçıların da Azərbaycan cəmiyyəti, xalqımız adından çıxış etməsi onların köhnə havadan kənara çıxa bilməmələrinin göstəriciləridir.
Çıxışını özünüreklama həsr edən Əli Kərimli isə bir daha oraya yığışan “zorən müttəfiqlərini” aşağıladı. Belə ki, oktyabrın 19-da keçirilən qeyri-qanuni aksiyanı xüsusi vurğu ilə “real müxalifətin” keçirdiyini bildirən AXCP sədri bununla “Müsavat”ı, eləcə də orada əyləşən digər radikal partiyaların sədrlərini hansı statusda gördüyünü bildirmiş oldu. Belə demək mümkündürsə, düşərgə daxilində özünü bir pillə digərlərindən üstün göstərməyə çalışan Əli Kərimli çıxışını “gəlin qoşulun mənə” və “kim nə qədər qışqıracaqsa, o qədər də pul alacaq” tezislərinin üstündə qurdu. Bu isə həm də ermənipərəst xarici qüvvələrdən alınan maddi dəstəyin Əli Kərimli tərəfindən idarə olunacağına bir işarə idi.
Yeri gəlmişkən, “dəyirmi masa”da Əli İnsanovun da peyda olması bir “yenilik” kimi dəyərləndirilə bilər. Belə görünür ki, Əli İnsanov hələ də radikal müxalifət camesində öz yerini, daha doğrusu, kimin yanında olacağını müəyyənləşdirə bilməyib. Lakin bu, elə də önəmli məsələ deyil. Əsas sual isə belədir: Əli İnsanov-Əli Kərimli izdivacından nə törəyəcək və yaxud Əli Kərimli Əli İnsanova biət edəcəkmi? Bu sualların cavabı yaxın vaxtlarda bəlli olacaq. Lakin, bəri başdan deyək ki, İnsanov-Kərimli izdivacı dağıdıcı düşərgəyə heç də uğur vəd etmir. Çünki hər kəsə yaxşı bəllidir ki, Əli Kərimli kimi, Əli İnsanov da daim özündən böyük iddialarda bulunur. Burada deyiblər ki, iki qoçun başı bir qazanda qaynamaz.
Qeyd edək ki, “dəyirmi masa”dakı çıxışların ana xəttinin keçmişdəki qarşılıqlı ittihamlara, daha doğrusu, illərdir Müsavat Partiyası ilə AXCP arasındakı xəyanətkar, xarici qüvvələrə işləyən və bu kimi epitetlərin aradan qaldırılmasına həsr olunması da maraq doğurdu. Əslində, bu, radikal düşərgədə qarşılıqlı etimad mühitinin olmadığını bir daha təsdiqlədi. Yəni pul qarşılığında zorən yenidən müttəfiqliyə sürüklənən bu partiyalar heç də bir-birləri üçün arzuolunan deyillər. İsa Qəmbərin çıxışı zamanı açıq kontekstdə “biz şərikik” ifadəsini işlətməsi də bu partiyaların siyasi əqidə birliyi əsasında deyil, sadəcə, xarici sifariş və pul qarşılığında “müttəfiq” olduqlarını deməyə əsas verir. Hətta addımbaşı AXP sədri Pənah Hüseynin İsa Qəmbərin çıxışını kəsərək replikalar atması da onu göstərir ki, xırda sayılan AXP və digər partiyalar pul bölgüsündən indidən narazıdır. Yenə də veriləcək “pay”ın böyük bir hissəsinin AXCP ilə “Müsavat” arasında bölünməsi, eləcə də digər “payçılar”ın peyda olması cırtdan müxalifət partiyalarının sədrlərini indidən narahat edir.
Digər tərəfdən, İsa Qəmbər çıxışında Əli Kərimliyə də mesaj verdi. Qarşılıqlı sayğı arzusunda olduğunu söyləyən İsa Qəmbər dolayısı ilə Əli Kərimlidən sosial şəbəkələrdə onu az söydürməsini tələb edirdi. Hətta “ortaq maraq dairələrinin-şərikliklərinin” olduğunu belə açıq şəkildə ifadə edən İsa Qəmbər, yəqin ki, AXCP sədrinə bir “centlemen sazişi” arzusunda olduğunu çatdırdı. Amma bir fakt faktlığında qalır ki, istər sıravi “müsavat”çıların, istərsə sıravi “cəbhə”çilərin qarşılıqlı ittihamları yerə qoyacaqları inandırıcı deyil. Hətta müttəfiq olduqları dövrdə belə icazəli aksiyalara çıxardıqları adamların sayına görə bir-birlərini küçə söyüşləri ilə təhqir edən radikal partiya üzvlərinin gələcəkdə də analoji addımları atmayacaqlarına nə İsa Qəmbər, nə də Əli Kərimli zamin dura bilir.
O ki qaldı bütün çıxışlardakı sərbəst toplaşma azadlığı ilə bağlı deyilənlərə, təbii ki, bununla bağlı söylənənlərin ağ yalan olduğu gün kimi aydındır. Radikal müxalifətin bütün mitinq istəklərinin müsbət cavablandırılması, onlara aksiyalarını keçirmək üçün yer ayrılması bir daha dağıdıcı ünsürlərin yalanlarını ifşa edir. Mitinq keçirməyə gücü, elektoratı olmayan radikal ünsürlərin “sərbəst toplaşma azadlığının məhdudlaşdırılması” kimi bir yalanın arxasında gizlənməyə çalışması isə onların hansı əqidəyə qulluq etdiklərini və hansı simaya malik olduqlarını bir daha ortaya çıxarır.

 
  • Oxunub:  1500  |  
  • Tarix:  06-11-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb

22 Noyabr 17:53
Dövlət Komitəsinin sədri Beyləqanda məcburi köçkünləri qəbul edib
22 Noyabr 17:49
Yayda yanğın baş verən meşə ərazilərində meşəbərpa tədbirlərinə başlanılacaq
22 Noyabr 17:38
YAP Səbail rayon təşkilatının fəalları Bilgəhdə yerləşən Pensiya yaşına çatmış şəxslər üçün Sosial Xidmət müəssisəsini ziyarət etdilər
22 Noyabr 17:26
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Tərtərdə məcburi köçkünlərlə görüşüb
22 Noyabr 17:23
Azərbaycan Texniki Universitetində keçirilən konfransda ölkəmizin multikulturalizm siyasətindən bəhs olunub
22 Noyabr 17:22
Nəsiminin yubileyi ilə bağlı 650 min ağacın harada əkiləcəyi yerləri əks etdirən xəritə hazırlanıb
22 Noyabr 17:20
AzTU-nun professoru Aşqabadda erməni yalanını ifşa etdi
22 Noyabr 17:19
Moskvada X Rusiya-Azərbaycan Regionlararası Forumu işə başlayıb
22 Noyabr 17:16
Azərbaycanlı alim beynəlxalq konfransda türk dünyası tarixçilərinin əməkdaşlığından danışıb
22 Noyabr 17:14
Bakıda VI Beynəlxalq Tibbi Treninq Günlərinə start verilib
22 Noyabr 17:12
Naxçıvanda əlil və şəhid ailələrinin mənzillə təminatının davam etdirilməsinə 500 min manat ayrılıb
22 Noyabr 17:10
Sərəncam: Naxçıvanda müasir suvarma sistemlərinin quraşdırılmasına 2 milyon manat ayrılıb
22 Noyabr 17:06
Qrant müsabiqəsi ilə bağlı QHT-lər üçün məlumatlandırma sessiyası təşkil olunacaq
22 Noyabr 17:03
Azərbaycanın Diplomatik Xidmət Orqanlarının 100 illiyi medalı Pakistanın ordu generalına təqdim olunub
22 Noyabr 16:55
“Loqos” beynəlxalq elmi konfransa hazırlaşır
22 Noyabr 16:49
Şəkidə dövlət-din münasibətlərindən bəhs edən seminar-müşavirə keçirilib
22 Noyabr 16:37
Sumqayıtın 70 illik yubileyinə marka buraxılıb
22 Noyabr 16:30
AMEA-nın Humanitar Elmlər Bölməsinin elmi müəssisələrinin hesabatları dinlənilib
22 Noyabr 16:26
Prezident İlham Əliyev Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı Sərəncam imzalayıb
22 Noyabr 16:22
Vüqar Rəhimzadə: Rəy sorğularının nəticələri Prezident İlham Əliyevin siyasətinə və reallaşdırdığı islahatlara böyük ictimai inamın və etimadın olduğunu isbatlayır
22 Noyabr 16:11
İrina Viner-Usmanova: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşü həyəcanla gözləyirdim
22 Noyabr 16:10
Dmitri Savelyev: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu foruma gəlişi tədbirin əhəmiyyətini bir daha vurğulayır
22 Noyabr 16:02
Akademik Rasim Əliquliyev “İƏT-15 Dialoq Platforması” konsepsiyasının müzakirəsinə dair iclasda iştirak edib
22 Noyabr 15:55
Tarix İnstitutunda Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub
22 Noyabr 15:40
Milli Məclisin komitə iclasında Ombudsmanın seçilməsi haqqında qanun layihəsi müzakirə olunur
22 Noyabr 15:38
Milli Məclisin noyabrın 25-də keçiriləcək plenar iclasının gündəliyi müəyyənləşib
22 Noyabr 15:05
Yaponiya ilə KOB sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
22 Noyabr 15:00
Ədliyyə işçiləri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
22 Noyabr 14:59
Bakıda Gender əsaslı Bələdiyyə Akademiyasının açılışı olub
22 Noyabr 14:54
“İqtisadi və statistik tədqiqatlarda innovasiyaların tətbiqi” mövzusunda elmi-praktiki konfrans keçirilib
22 Noyabr 14:46
“Özbək kino həftəsi” çərçivəsində Şəkidə kinosevərlərlə görüş
22 Noyabr 14:44
BSU-da “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda beynəlxalq konfrans keçirilir
22 Noyabr 14:38
YAP Zərdab rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü qeyd edib
22 Noyabr 14:35
Xaçmazda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
22 Noyabr 14:34
Mikayıl Cabbarov: Rusiya indiyədək Azərbaycan iqtisadiyyatına 5 milyard dollar investisiya yatırıb
22 Noyabr 14:29
Energetika nazirinin müavinləri Mingəçevir və Bərdədə vətəndaşları qəbul ediblər
22 Noyabr 14:28
Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəyliyə həsr olunmuş kitabın təqdimatı keçirilib
22 Noyabr 14:17
Sahib Ələkbərov: Velosipedçilərimizin Olimpiya Oyunlarına ilk milli lisenziya qazanmasından qürur hissi keçiririk
22 Noyabr 14:15
AzMİU-da memarlıq ali təhsilinin 100 illiyinə həsr olunmuş sərgi açılıb
22 Noyabr 14:09
Hikmət Babaoğlu: Bu, onların milli maraqlara necə xəyanət etdiyinin açıq izahatı idi
22 Noyabr 14:07
Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu yenidən qurulub
22 Noyabr 14:01
Tokioda Yaponiya ilə Azərbaycanın iqtisadi-ticari əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
22 Noyabr 13:58
Abşeronun kənd və qəsəbələrində telekommunikasiya infrastrukturu yenidən qurulur
22 Noyabr 13:56
Muğanlı-İsmayıllı avtomobil yolu ilə bağlı ilkin layihə planının variantları işlənilir
22 Noyabr 13:50
Azərbaycan Milli Məclisinin Sədri MDB Parlament Assambleyasının yubiley sessiyasında iştirak edib
22 Noyabr 13:47
Milli Kitabxanada Xal yazıçı Elçinin kitablarının təqdimatı olub
22 Noyabr 13:01
Bağdad Amreyev: Türk Şurası Transxəzər fiber-optik kabel xəttinin çəkilişini dəstəkləyəcək
22 Noyabr 12:35
Azərbaycan nümayəndə heyəti Rusiyada “Nəqliyyat həftəsi–2019” tədbirində iştirak edib
22 Noyabr 12:35
Professor Əli Birinci: Əhməd bəy Ağaoğlu Azərbaycan və Türkiyə üçün misilsiz xidmətlər göstərib
22 Noyabr 12:30
Dünya Səhiyyə Təşkilatı: uşaq və gənclər getdikcə daha az hərəkət edirlər
22 Noyabr 12:23
Azərbaycandan göndərilən məhsulların 5,8 faizi avtomobil nəqliyyatı ilə daşınıb
22 Noyabr 12:19
Daşkənddə MDB Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib
22 Noyabr 12:04
Hicran Hüseynova: Azərbaycanda qadın sahibkarların sayı artıb
22 Noyabr 12:01
Nazir: Cənub Qaz Dəhlizinin həyata keçirilməsində ABŞ-ın davamlı dəstəyi təqdirəlayiqdir
22 Noyabr 11:55
Bakıda alpaqut üzrə ikinci dünya çempionatı keçirilir
22 Noyabr 11:54
Komitə sədri: Azərbaycanda zorakılıq halları bir çox ölkələrdən çox aşağıdır
22 Noyabr 11:51
Göyçayda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
22 Noyabr 11:47
Siyavuş Novruzov: AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu dövrdə şiddət-güc ritorikasını onlar kimi düşünməyən hər kəsə qarşı tətbiq edirdi
22 Noyabr 11:40
Naxçıvanda “İdman hamı üçün!” şüarı ilə tədbir keçirilib
22 Noyabr 11:39
Amerikalı diplomatlara Azərbaycanın diplomatik xidmət orqanlarının yubiley medalı təqdim olunub
22 Noyabr 11:27
“OPEC plus” ölkələri neft istehsalının azaldılmasını davam etdirmək barədə qərar qəbul edə bilər
22 Noyabr 11:20
Abşeron rayonunun Qobu qəsəbəsində də 10 yeni fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
22 Noyabr 11:11
Xing Qu: Maddi mədəni irsin qorunması və davamlı inkişafı məsələsində həmişə Azərbaycanı dəstəkləyirik
22 Noyabr 10:53
Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Bolqarıstanın Daxili İşlər Nazirliyi arasında saziş imzalanıb
22 Noyabr 10:47
UNESKO Dünya Fəlsəfə Gününü qeyd edib
22 Noyabr 10:45
Quba, Qusar və Xızı rayonlarına qar yağıb
22 Noyabr 10:43
Energetika naziri ABŞ-da Azərbaycanın 25 illik nailiyyətlərindən danışıb
22 Noyabr 10:13
Polşa UNESKO-nun İcraiyyə Şurasının üzvü seçilib
22 Noyabr 10:10
Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaradılmasından 101 il ötür
22 Noyabr 10:09
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 21 dəfə pozub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA