Ana səhifə »  Müəlliflər »  Radikal müxalifətin birliyi yaranmadan dağılmağa məhkumdur
A+   Yenilə  A-
Radikal müxalifətin birliyi yaranmadan dağılmağa məhkumdur
Yazdı: Pərviz Sadayoğlu

Düşərgə təmsilçilərinin qarşılıqlı ittihamları, bir-birinə güvənsizliyi yaxın zamanda yeni bir çəkişmənin başlanacağından xəbər verir
İllərdir “küsüb-barışan”, “birləşib-ayrılan” radikal müxalifət partiyaları, deyəsən, xaricdəki anti-azərbaycançı dairələrdən yeni əmrlər və ya sifarişlər alıb. Bunun nəticəsidir ki, dağıdıcı düşərgənin bir-birinə patoloji nifrəti ilə seçilən təmsilçiləri, eləcə də digər şəxslər bir masa arxasında oturdulublar. Yəni dəfələrlə zorən “müttəfiq” olan radikal düşərgə təmsilçilərinin budəfəki “ənənəvi birləşmə mərhələsi”nin arxasında da hər zamankı kimi, maddi gəlir, ermənipərəst xarici dairələrin ianələri dayanır.
Məhz bu kontekstdə, noyabrın 5-də bir neçə radikal düşərgə partiyasının sədrinin, eləcə də Əli İnsanovun iştirakı ilə “dəyirmi masa” keçirilib. Vurğulanmalıdır ki, bu “dəyirmi masa” bir sıra məqamları ilə yadda qaldı.
Əli İnsanov “Müsavat”- AXCP qarşıdurmasının arbitri rolunda
Əslində “dəyirmi masa”da Arif Hacılının ardınca Əli İnsanovun çıxış etməsi, eləcə də vaxtilə “faşist” adlandırdığı İsa Qəmbərin ona cümləbaşı “professor” deyə müraciət etməsi budəfəki “birlik”də İnsanovun “yerini” müəyyənləşdirir. Belə ki, AXCP ilə Müsavat Partiyasının “birliyinin” çox da uzun çəkməyəcəyini onları birləşdirən ermənipərəst dairələr də yaxşı bilir. Bu səbəbdəndir ki, hələ birləşmək mövzusu gündəmə gəlməmiş İsa Qəmbər ayrılmadan sonrakı vəziyyətlə bağlı fikirlərini bölüşdü. Daha doğrusu, indiki məqamda qarşılıqlı olaraq xəyanətlə, xainliklə bağlı ittihamları, küçə təhqirlərini, sosial şəbəkələrdəki küçə leksikonunu bir kənara qoymağın ilkin şərt olduğunu söyləyən İ.Qəmbər, deyəsən, onu qarşıda nələrin gözlədiyini bilir. Yəni “feyk-profil”ləri vasitəsilə hətta öz partiyadaşlarını da küçə söyüşləri ilə linc etməyə öyrəşmiş Əli Kərimlinin onu da hədəfə alacağını bilən İ.Qəmbər radikal düşərgənin yeni simasına - Əli İnsanova “güvənir”. Çünki orda əyləşən digər şəxslərin də on illərdir AXCP-”Müsavat” qarşıdurmasında iştirak etdiyini nəzərə alsaq, iki partiyanın budəfəki “küsüb-barışması”nın “arbitri” məhz Əli İnsanov olacaq.
Əli İnsanov-Əli Kərimli “izdivac”ından nə törəyəcək?
Radikal düşərgənin bu görüşündə ən maraqlı məqamlardan biri də Əli İnsanovun təzə müttəfiqlərinə “tənzimləmə” verməyə çalışması oldu. Dünənə qədər radikal düşərgənin önünə çıxmaq uğrunda ölüm-dirim savaşına girən Əli Kərimli ilə İsa Qəmbərin bunu susqunluqla qarşılaması özü də maraq doğurur. Daha doğrusu, İsa Qəmbərin partiya sədrliyindən getməsinin ardından özünü radikal ünsürlərin başçısı qismində görməyə başlayan Əli Kərimlinin də İnsanovun bəzi fikirlərinə cavab verməməsi onların işbirliyində olmasından xəbər verir. Belə ki, hər zaman İ.Qəmbərin başına yığılan “cırtdan partiyaların” radikal düşərgə birliyində təmsilçiliyini yolverilməz sayan Əli İnsanov bununla da İsa Qəmbəri tərk-silah etdi. Ən əsası isə, bu birlikdə əsas söz sahibinin özünün və Əli Kərimlinin olduğunu göstərdi. Demək ki, Əli İnsanov-Əli Kərimli siyasi “izdivac”ı yarana bilmə ehtimalı çox aşağı olan radikal düşərgə birliyinin əsas “lokomotiv”i olmağa namizəddir. Bu “izdivac”dan nəyin törəyəcəyi isə hələ də qeyri-müəyyəndir. Çünki illərlə eyni düşərgədə təmsil olunduğu İsa Qəmbərə belə güzəştə getməyən, xaricdən gələn ianələri kimsələrlə bölmək istəməyən Əli Kərimlinin Əli İnsanovla hara qədər yol yeriyəcəyi sual doğurur...
Əli Kərimli Əli İnsanova beyət edəcəkmi?
Vurğulandığı kimi, Əli Kərimli artıq uzun illərdir ki, radikal düşərgədə önə çıxmaq üçün “mübarizə” aparır. Bunun uğrunda hətta öz partiyadaşlarına, müttəfiqlərinə belə xəyanət edən Əli Kərimlinin nəticə etibarı ilə qondarma “Milli şura”nı öz nəzarətinə keçirməsi də həmin cılız məqsədə xidmət edir. Özünü xarici ermənipərəst mərkəzlərə “əsas və ya real” müxalifət qismində təqdim etmək üçün min bir yola baş vuran Əli Kərimli son dövrlərdə mitinq-şouları ilə buna nail olduğunu düşünürdü. Amma Əli İnsanovun radikal müxalifətin görüşündəki çıxışının bir ucu da dolayısı ilə Əli Kərimliyə ünvanlanıb. Yuxarıda vurğuladığımız kimi, yarana bilmə ehtimalı olmayan radikal düşərgə birliyində İsa Qəmbərin önə çıxmasının qarşısını almaq üçün gizli ittifaq yaradan Əli Kərimli-Əli İnsanov cütlüyü öz aralarında da “mehriban düşmənlər”dir. Belə ki, Əli Kərimlinin Əli İnsanova asan şəkildə beyət edəcəyi mümkün görünmür. Bu isə radikal müxalifət təmsilçiləri arasında yaxın zamanda yeni bir çəkişmənin başlanmasına rəvac verə bilər. Yəni radikal müxalifətin birliyi yaranmadan dağılmağa məhkumdur.

 
  • Oxunub:  3000  |  
  • Tarix:  07-11-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir

22 Fevral 22:34
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb
22 Fevral 22:22
Prezident İlham Əliyevin Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşü olub
22 Fevral 21:52
Azərbaycan Prezidenti İlham Əliyev Vatikanda Papa Fransisk ilə görüşüb
22 Fevral 21:33
Elçin Əhmədov: XX əsrin sonunda Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasəti
22 Fevral 17:50
Gələn il Bakı IV Beynəlxalq Etnoidman Forumuna ev sahibliyi edəcək
22 Fevral 17:18
Azərbaycan Prezidenti Estoniya Prezidentinə təbrik məktubu göndərib
22 Fevral 16:59
Azərbaycan Prezidenti Bruney Sultanını milli bayram münasibətilə təbrik edib
22 Fevral 16:53
Pakistanın Xeybər Puxtunxva əyalətinin Assambleyası Azərbaycanın ərazi bütövlüyünə hörməti təsdiq edən qətnamə qəbul edib
22 Fevral 16:33
Berlində Ümumavropa Qarabağ mitinqi başlayıb
22 Fevral 16:31
Elxan Şahinoğlu: İtaliya Avropada Azərbaycanın əsas tərəfdaşıdır
22 Fevral 16:30
Nəsib Məhəməliyev: Erməni baş nazirin necə çətin duruma düşdüyünü hər kəs əyani şəkildə gördü
22 Fevral 16:16
YAP könüllüləri “Kitablarımızı paylaşaq, dilimizi yaşadaq” aksiyasına start verib (VİDEO)
22 Fevral 16:12
Dostluq və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsində
22 Fevral 12:03
Misirxan Həsənov: Könüllülər hərəkatında iştirak etmək hər bir gənc üçün faydalıdır
22 Fevral 11:49
İtaliyada Azərbaycan dəmir yollarının yükdaşıma imkanları təqdim edilib
22 Fevral 11:31
Pərvin Abbasova: Könüllülük həm də vətənpərvərlik məktəbidir
22 Fevral 11:20
Culyetto Kyeza: Azərbaycan Prezidentinin İtaliyaya səfəri Bakı və Roma üçün əlamətdar hadisədir
22 Fevral 11:12
Prezident İlham Əliyevin İtaliyaya səfəri bu ölkə mətbuatının diqqət mərkəzindədir
22 Fevral 11:02
AZPROMO ilə İtaliyanın “K-BEKSPORT SRL” şirkəti əməkdaşlıq edəcək
22 Fevral 10:58
Parisdə İslam Konfransı Gənclər Forumu Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbir keçirib
22 Fevral 10:50
UNESCO-da Beynəlxalq Ana Dili Günü qeyd edilib
22 Fevral 10:42
KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb
22 Fevral 10:36
“Dilin özü-sözün izi” adlı tərbir keçirilib
22 Fevral 10:35
“İtaliya Azərbaycanın ən mühüm iqtisadi tərəfdaşlarından biridir”
22 Fevral 10:32
100 yaşın mübarək, “Gəncənin səsi”!
22 Fevral 10:27
Azercell transformasiya ilininin nəticələrini açıqladı
22 Fevral 10:18
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası bölgələrin inkişafında əsaslı rol oynayır
22 Fevral 10:16
Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir
21 Fevral 20:01
Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
21 Fevral 19:54
Ekspert: “Azəriqaz”dakı islahatlar yüz dəfə ölçülüb və bir dəfə qərar verilib”
21 Fevral 19:50
Dövlət Komitəsinin sədri Goranboyda məcburi köçkünləri qəbul edib
21 Fevral 19:47
Milli və dini ayrıseçkilik monoetnik cəmiyyətin yaranmasına səbəb olur
21 Fevral 19:36
Prezident İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub
21 Fevral 17:51
Kamal Abdulla Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru ilə görüşüb
21 Fevral 17:41
Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib
21 Fevral 17:11
Azərbaycanda keçirilən bütün seçkilər mətbuat üçün açıqdır və KİV-lər bu prosesdə önəmli rola malikdir
21 Fevral 17:04
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Hacıqabul, Saatlı rayonlarının və Şirvan şəhərinin sakinləri ilə görüşüb
21 Fevral 17:00
İstiqlal Muzeyində “Xocalıda can qaldı” adlı tədbir təşkil olunub
21 Fevral 16:52
Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul edib
21 Fevral 16:49
Ali Məhkəmənin sədri Ağsu rayonunda vətəndaşları qəbul edib
21 Fevral 16:47
Milli Arxiv İdarəsində müşavirə keçirilib
21 Fevral 16:23
İradə İbrahimova: Vizual məlumat bazasının yaradılması yaşıllıqların qorunması işində müsbət başlanğıcdır
21 Fevral 15:51
Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər
21 Fevral 15:40
Təhsil naziri Kürdəmir şəhərində vətəndaşları qəbul edir
21 Fevral 15:37
Azərbaycan Milli Paralimpiya Komitəsinin ümumi yığıncağı keçirilib
21 Fevral 15:34
Nəzarətsiz zonalarda silahların qeyri-qanuni transferi təhlükəsizlik üçün kəskin təhdid yaradır
21 Fevral 15:18
AMEA-nın Şərqşünaslıq İnstitutu ilə Yaponiya arasında elmi əlaqələrin perspektivləri müzakirə olunub
21 Fevral 15:08
Seymur Orucov: Yeni Azərbaycan Partiyasının gəncləri könüllülər hərəkatında fəal iştirak edirlər
21 Fevral 15:03
YAP İcra Katibliyində Yeni Azərbaycan Partiyasının könüllülərinin toplantısı keçirilib
21 Fevral 14:36
Bakı Şəhər İcra Hakimiyyətində Xocalı faciəsinin ildönümünə həsr olunan tədbir keçirilib
21 Fevral 14:13
Sercio Mattarella: İtaliya ilə Azərbaycan bir-biri ilə dost ölkələrdir və regionda əsas tərəfdaşlardır
21 Fevral 13:52
Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib
21 Fevral 13:49
Los-Ancelesdəki UCLA Universitetində İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
21 Fevral 13:45
Sercio Mattarella: İtaliya-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri geniş və dərin panoramaya malikdir
21 Fevral 13:10
Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanında səfərdədir
21 Fevral 12:54
Sabah ölkə ərazisində temperaturu 15 dərəcəyə yüksələcək
21 Fevral 12:33
Milli Onkologiya Mərkəzində Azərbaycan-Türkiyə müştərək konfransı keçirilib
21 Fevral 12:28
Özbəkistanlı alim Ədəbiyyat İnstitutunun fəxri doktoru seçilib
21 Fevral 12:15
Kibertəhlükəsizlik üzrə yeni strategiya hazırlanır
21 Fevral 11:38
Yanvarda Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 110 milyon dollara yaxın olub
21 Fevral 11:22
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron xidməti “myGov” portalına inteqrasiya olunub
21 Fevral 11:07
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı qurbanlarını xatirəsi anılıb
21 Fevral 10:57
Kənd təsərrüfatı məhsullarının istehsalı artıb
21 Fevral 10:36
Monoetnik dövlət olan Ermənistanın nümayəndələrinin insan hüquqlarından danışması riyakarlıqdır
21 Fevral 10:17
Ceyhun Ələkbərov: Azərbaycan Prezidentinin Münxendə parlaq çıxışı bir daha göstərdi ki, Ermənistanın işğalçı siyasətinin sonu sürətlə yaxınlaşmaqdadır
21 Fevral 10:11
Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 Fevral 09:43
Şəffaf və operativ xidmət
21 Fevral 09:40
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yeni binada fəaliyyətə başlaması ilə bağlı tədbir keçirilib
21 Fevral 09:38
Naftalanda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
21 Fevral 09:36
YAP Qazax rayon təşkilatı Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbir keçirib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+8 +12
gecə+4 +7