Ana səhifə »  Müəlliflər »  “İP”i qırıqlar...
A+   Yenilə  A-
“İP”i qırıqlar...
Yazdı: Pərviz Sadayoğlu

Yaxud radikal müxalifətin yeni “palata”sındakı köhnə “xəstə”lər...
Üzü SİDSUH-dan bu yana “birləşib”-ayrılan radikallar yenidən masaya oturublar. Demək ki, bir az təzə, bir az köhnə, nəticə etibarı ilə eyni adamların üç ildən bir, beş ildən bir qazanda “qaynayıb” qarışdırılması, bişənin nə olduğu bilinmədən qazandan bir çömçə istənməsi tamaşası yenidən gündəmə gəlir. Yəni bunlar, necə deyərlər, bir növ adətkər olublar. Bu dəfə də bir-birlərini təhqir etmək üçün yeni kompromatlar hazırlayırlar.
Vaxtilə “İctimai palata”da “yan-yana uzanmış” bu adamlar “İP”i əlində qalanlar, “Azadlıq” adı altında xarici ermənipərəstlərin boyunduruğuna girənlər, “ərəbin baharı”na soyunub, Qərbin “narıncı”sına bürünənlərdir. Azərbaycan xalqı bu rəngdən-rəngə düşənləri, cilddən-cildə girənləri yaxşı tanıyır. “Qarabağ” dərdini özünün siyasi oyununa alət etməyə çalışan, “Qarabağ” adı ilə siyasi alverə girişən Əli Kərimlisindən tutmuş, ona faşist deyənin sağ böyrünü kəsdirib iki dəqiqədən bir üzünə irişən İsa Qəmbərinə kimi hər biri bu xalqa, cəmiyyətə əla tanışdır. Bu, həmin Əli Kərimlidir ki, 2016-cı ildə Azərbaycan oğulları Qarabağda erməni təxribatlarına sinə gərib torpaqlarımızı işğaldan azad edəndə öz oğlunu saakyanlarla yanaşı otuzdurub kiminlə çiyin-çiyinə dayandığını hər kəsə göstərmişdi. Bu, həmin İsa Qəmbər idi ki, “demokratiya” sözü dilindən düşmədiyi halda, partiyasının qurultayında min hoqqadan çıxanları, bülleten oğurlayanları özünə vəliəhd seçmişdi.
Bunların keçmiş “İP”lərinin həsrətini çəkdikləri ilk baxışdan bəllidir. Görünən odur ki, bir zamanlar “İP”ə dırmaşmaq istəyərkən yarı yoldaca tarappıltı ilə başıaşağı gələrək “palata”larında xəstə yatanların “yara”sının dərmanı olan yaşıl əsginaslar düşüb yadlarına. Yan-yörələrini dövrələyənlər də əllərində bir başqa nəsnələr tutub əmrə müntəzir dayanıblar. Necə deyərlər, “ələkçi”yə lazım olan mazəmələri indidən hazırdır.
Bu dəfə ictimai olmayan “palata”ya təşrif buyuranların içində “təzə” simaların olması bir başqa pəstəhadır. Vaxtilə “genetik xəstə” adlandırdığı İsa Qəmbərin sağ böyründə qısır səslə danışan Əli İnsanov, yəqin ki, təzə müttəfiqinin xəstəliyinin diaqnozunu düzgün müəyyənləşdirib və keçici olmadığını dəqiqləşdirib. Əks halda onunla eyni “palata”da yan-yana “yatmağı” özünə rəva bilməzdi. Eyni zamanda, vaxtilə radikal müxalifəti itdən alıb itə verən, Əli Kərimliyə ədəbi dilin bütün incəliklərindən istifadə etməklə epitetlər yapışdıran Əli İnsanov, yəqin ki, AXCP sədrinin də mərəzlərinə bir çarə tapar, onun müalicəsi ilə bu dəfə özü şəxsən məşğul olar.
Amma bir məsələ də var. Bu təzə “məclis”də kimsə kimsənin “İP”inin üstünə odun yığmaq fikrində deyil. Axı onları bir-birindən yaxşı kimsə tanımır. Bunların necə “İP”i qırıq olduqları elə özlərinə bəllidir. Bu səbəbdən idi ki, İsa Qəmbər üstüörtülü Əli Kərimliyə sosial mediadakı əlaltılarının “İP”ini çəkməyi tapşırır. Əli Kərimli isə öz növbəsində öz “İP”inin kimlərin əlində olmasından fəxrlə danışır.
...Elə bu cür mənasız oyunların içində də özləri özlərini itiriblər. Ermənipərəstlərin pulları ilə bu illər ərzində neçə min dəfə dost, sonra düşmən olmayıblar ki? Puldan ötrü kimlərlə bir “palata”da yatmayıblar? Puldan yana kimlərlə bir “İP”dən sallanmayıblar? Bu da bir almaq, qazanmaq metodudurmu? Yaradırlar, biri girir, biri çıxır, “palata”nın qapısı açıq qalır, it motaldan əl çəkir, motal “İP”ə-sapa yatmır və... Bu prosesin sonu olmur. Elə dövr edir özü üçün. Yenə də köhnə hamam, təzə dollar... Dediyimiz kimi, radikal düşərgədə bu proses heç zaman dayanmayıb. Sadəcə, bu prosesin zaman-zaman sürəti azalıb. Tarixin çevrilmiş səhifəsi olan radikal müxalifət cəbhəsində önə keçmək cəhdləri, sadəcə, maddi sferada - satqınlığın qarşılığında verilən pulların qədərindən asılı olub. Özləri özlərini ifşa ediblər. Reallıq hissini itirən, nostalji hisslərdən qurtula bilməyənlər yenə də xarici havalara oynamaqdan sanki zövq alırlar.
Qısacası, bunların noyabrın 5-də qurduqları məclis də elə əvvəlki “palata”lardan fərqlənməyəcək. Birinci görüşdən bəlli oldu ki, indi adını “müttəfiq” qoyanlar bir-birlərinə torba tikməklə məşğuldurlar. Biri göz ağartmaqla, biri söz atmaqla, biri özünü “əsas müxalifət” adlandırmaqla, biri hələlik səsinin bəm yerinə salmaqla həmin torbanın içinə pişik atmağa hazırlaşır. İçindəki pişiklərin sayı artdıqca isə torba haqqında fikirlər tam olaraq reallaşır. Necə ki, İsa Qəmbər pul məsələsini birinci olaraq torbaya yerləşdirdi, şərik olduqlarını dedi. Gör-götürü yalnız maddi müstəvidə analiz etməyi bacaran və o dəqiqə də əlini uzadanların əlində-ovcunda olan isə pişik miyoltusundan başqa bir şey olmayacaq. Dağa-daşa düşməyinə dəyməz...

 
  • Oxunub:  1830  |  
  • Tarix:  14-11-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir

11 Dekabr 13:24
Azərbaycan və Koreya statistika komitələri anlaşma memorandumu imzalayıblar
11 Dekabr 13:17
Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider
11 Dekabr 12:58
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının sosial inkişaf üzrə ilk Nazirlər Konfransında iştirak edib
11 Dekabr 12:48
Almanların Azərbaycanda məskunlaşmasının 200 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilib
11 Dekabr 12:12
Əli Əhmədov: Bu gündən növbədənkənar parlament seçkilərinin rəsmi startı başlayır
11 Dekabr 12:00
Milli inkişaf strategiyasının müəllifi
11 Dekabr 11:51
Bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb
11 Dekabr 11:27
Yeni Azərbaycan Partiyasının nümayəndələri Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
11 Dekabr 11:24
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə xalqımız həqiqi dövlət müstəqilliyinə qovuşub
11 Dekabr 11:17
Naxçıvanda Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə keçirilən bilik yarışının qalibləri müəyyənləşib
11 Dekabr 11:15
Ucar-Zərdab-Ağcabədi yolu II texniki dərəcəyə uyğun yenidən qurulur
11 Dekabr 11:04
Ulu Öndər Heydər Əliyev sözün həqiqi mənasında, Azərbaycanda möcüzələr yaratdı
11 Dekabr 11:01
Qaradağ rayonunda YAP-ın namizədləri yekdilliklə dəstəklənəcək
11 Dekabr 11:00
YAP Xətai rayon təşkilatında təbliğat-təşviqat kampaniyası çərçivəsində qadın seçicilərlə görüş keçirildi
11 Dekabr 10:56
Moldova parlamentinin spikeri: Dahi lider Heydər Əliyev hər zaman xalqının, dövlətinin mənafeyi uğrunda çalışıb
11 Dekabr 10:54
Hikmət Şikarov: Azərbaycan uğurlu islahatlar dövrünə qədəm qoyub
11 Dekabr 10:45
Azərbaycanın dinamik inkişaf strategiyasının əsasını qoymuş görkəmli dövlət xadimi
11 Dekabr 10:43
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
11 Dekabr 10:20
Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir
11 Dekabr 10:08
Ədliyyə Nazirliyində “İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda KİV-lərlə görüş keçirilib
11 Dekabr 09:54
Azərbaycanda müsbət biznes mühiti formalaşıb
11 Dekabr 09:48
Azərbaycan dövləti uşaq və gənclərin hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atır
11 Dekabr 09:46
Azərbaycanda ekologiya və ətraf mühitin qorunması sahəsində görülən işlər bir çox ölkələr üçün örnək təşkil edir
11 Dekabr 09:43
“Azerbaijan Digital Hub” proqramı “İlin İnfrastruktur layihəsi” mükafatına layiq görülüb
11 Dekabr 09:37
İngilislərin Bakıda kommunal xidmət sahəsində apardıqları monitorinqlər davam edir
11 Dekabr 09:35
Regionlarda avtomobil yollarının tikintisi və yenidən qurulması üzrə işlər davamlı xarakter daşıyır
10 Dekabr 21:38
Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb
10 Dekabr 21:25
Azərbaycan Konqreslər Bürosunun “Səfirlər proqramı”nın təqdimatı olub
10 Dekabr 21:22
AMEA-da “Heydər Əliyev: Ümummilli Lider, zaman və müasir dövr” mövzusunda konfrans keçirilib
10 Dekabr 21:05
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
10 Dekabr 20:54
YAP Bərdə rayon təşkilatı təbliğat kampaniyasını uğurla davam etdirir
10 Dekabr 20:37
YAP Nərimanov rayon təşkilatında ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib
10 Dekabr 20:25
Azərbaycanda mövcud seçki sistemi və radikal müxalifətin əsassız iddiaları
10 Dekabr 17:53
Ulu Öndər Heydər Əliyevin həyatı xalqa, Vətənə, dövlətə xidmət nümunəsidir
10 Dekabr 17:52
Qədirbilən Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini çox yüksək qiymətləndirir, Onun əziz xatirəsini daim öz qəlbində yaşadır
10 Dekabr 17:46
İordaniyanın Kralı II Abdullahın Azərbaycana rəsmi səfəri başa çatıb
10 Dekabr 17:44
Baş Prokurorluqda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
10 Dekabr 17:37
“Azərbaycan könüllülük həftəsi”nin yekunları ilə bağlı tədbir keçirilib
10 Dekabr 17:32
Şəmkir rayonunda qadın seçicilərlə görüş keçirilib
10 Dekabr 17:28
DSX-nin hərbi hissə və bölmələrində ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
10 Dekabr 17:20
Ağstafa rayonunun Köçəsgər, Eynallı və Həsənsu kəndlərində seçicilərlə görüş keçirilib
10 Dekabr 17:15
Məcburi köçkün gənclər kiçik sahibkarlıq fəaliyyətinə başlamaq üçün avadanlıqlarla təmin edilib
10 Dekabr 17:01
Azərbaycan Ordusunun komandir heyətinin toplanışı başa çatıb
10 Dekabr 16:23
Birinci Gənc Sahibkarlar Forumu keçirilib
10 Dekabr 16:15
Bakı Musiqi Akademiyasında görkəmli bəstəkar Arif Məlikovun xatirəsi anılıb
10 Dekabr 16:08
Heydər Əliyev Beynəlxalq Aeroportu yeni aviaşirkətlər cəlb edir
10 Dekabr 16:07
Bakıda “Zorakı ekstremizm ilə mübarizə: birgə tərəfdaşlıqla dayanıqlığın gücləndirilməsi” mövzusunda konfrans keçirilib
10 Dekabr 16:03
Gəncə “YAP”çıları bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir
10 Dekabr 16:02
Moldovada Nəsimiyə həsr olunan silsilə tədbirlər xoş təəssüratlar yaradıb
10 Dekabr 15:54
“Azərişıq”: Bayram günlərində bütün mənzillərdə dayanıqlı və keyfiyyətli enerji təchizatının təmin olunması istiqamətində işlər görülür
10 Dekabr 15:43
Energetika naziri Yevlaxda vətəndaşları qəbul edib
10 Dekabr 15:42
“Port Baku Mall”da “Gingerbread City” adlı sərgisi açılıb
10 Dekabr 15:21
Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullah ilə işçi nahar edib
10 Dekabr 15:11
Azərbaycan Prezidentinin İordaniya Kralı ilə təkbətək görüşü olub
10 Dekabr 15:06
İmadəddin Nəsimin 650 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
10 Dekabr 15:02
İordaniyanın Kralı II Abdullahın rəsmi qarşılanma mərasimi olub
10 Dekabr 14:42
Müasir avadanlıqlarla təchiz edilmiş Su Laboratoriya Mərkəzinə baxış keçirilib
10 Dekabr 14:39
Dövlət İdarəçilik Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
10 Dekabr 14:36
Qətərdə keçirilən simpoziumda Ermənistanın işğalçılıq siyasətindən danışılıb
10 Dekabr 14:29
Ekosahibkarlığın inkişafına dəstək məqsədilə ağacəkmə aksiyası keçirilib
10 Dekabr 14:27
İordaniyanın Kralı II Abdullah Azərbaycana rəsmi səfərə gəlib
10 Dekabr 14:26
“The Jerusalem Post”: TANAP qaz kəməri Azərbaycanın geosiyasi əhəmiyyətini təsdiq edir
10 Dekabr 14:13
Bolqarıstan Bakı-Tbilisi-Qars ilə Avropaya yüklərin daşınmasında maraqlıdır
10 Dekabr 13:46
Yeni Azərbaycan Partiyası Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirakı ilə bağlı qərar qəbul edib
10 Dekabr 12:51
Səbinə Əliyeva: "Ombudsman təsisatı öz işini aşkarlıq, şəffaflıq və qərəzsizlik prinsipləri əsasında həyata keçirir"
10 Dekabr 12:49
İranlı nazir: Azərbaycanla elektrik enerjisi mübadiləsini həyata keçirmək üçün proqram hazırlanıb
10 Dekabr 12:39
Parisdə AŞPA-nın komitə və Büro iclasları keçirilir
10 Dekabr 12:31
Şəki şəhərində qadın seçicilərlə görüş keçirilib
10 Dekabr 12:18
Bələdiyyə seçkiləri ilə əlaqədar dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssisləri üçün seminarlara başlanılıb
10 Dekabr 12:01
Son bir ildə KOBİA-ya 200-dən çox gənc sahibkardan müraciətlər daxil olub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+9 +12
gecə+4 +7