Ana səhifə »  Müəlliflər »  Rusiya Njdenin “qəhrəman”laşdırılmasına dözmək niyyətində deyil
A+   Yenilə  A-
Rusiya Njdenin “qəhrəman”laşdırılmasına dözmək niyyətində deyil
Yazdı: Qaşqay ZİYƏDDİNOĞLU

Paşinyanın faşizmə xidmət edənlərin müdafiəsi üçün səsləndirdiyi fikirlər istehza ilə qarşılanır
Ermənistanın keçmiş və indiki hakimiyyətinin “qəhrəman” kimi qələmə verdiyi faşist Qaregin Ter-Arutyunyanın (Njdenin) Rusiyada xatirə lövhəsinin sökülməsi və buna görə baş nazir Nikol Paşinyan tərəfindən yersiz müqayisələrin aparılması Rusiyada geniş ictimai müzakirəyə səbəb olub. Belə ki, Rusiya mətbuatı N.Paşinyanın ortaya qoyulan faktlara qarşı müqavimətini tutarlı arqumentlərlə heçə endirməkdədir.
Yeri gəlmişkən, xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev MDB dövlət başçılarının Aşqabad sammitindəki çıxışında MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinin yolverilməz olduğunu bəyan etmişdi. Eyni zamanda Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdəki nitqində bir daha bu məqama toxunan Prezident İlham Əliyev Ermənistan baş nazirinin böyük səhv buraxaraq Aşqabad Zirvə Görüşündə faşist Njdeni dissident yazıçı Soljenitsın, Rusiya jurnalistləri ilə görüşündə isə Sovet İttifaqının Xarici İşlər naziri olmuş Molotovla müqayisə etdiyini, bu gülünc iddiaların Rusiya və digər ölkələrin mətbuatında istehza ilə qarşılandığını bildirib. Ermənistanda hakimiyyət dəyişsə də, bu ölkənin faşist mahiyyətinin dəyişmədiyini vurğulayan Prezident İlham Əliyev Ermənistanın indiki hakimiyyətini bu abidəni sökməyə, bu ləkəni yumağa çağırıb.
MDB məkanında faşizmin qəhrəmanlaşdırılmasına, o cümlədən Rusiyada Q.Njde kimi faşistlərlə əməkdaşlıq edənlərin adını əbədiləşdirmək cəhdlərinə Rusiya mətbuatında yer alan münasibətlərə gəlincə, son günlər bu ölkənin aparıcı qəzetləri və saytları məsələyə çox ciddi reaksiya veriblər. Məsələn, “Arqumentı nedeli” qəzetinin saytında (“https://argumenti.ru”) yer alan Nikolay Uxtinin “Garegin Njde nifaq alması kimi” yazısında 2019-cu ilin may ayında Rusiya Xarici İşlər Nazirliyinin “İrqçiliyin müasir formalarının, irqi ayrı-seçkiliyi, ksenofobiya və onlarla bağlı olan dözümsüzlüyün kəskinləşməsinə yönələn nasizmin qəhrəmanlaşdırılması, neonasizmin digər praktik növlərinin yayılması vəziyyəti haqqında” adlı məruzəsinə diqqət yetirilib.
Qəzet həmçinin Krasnodar diyarı Armavir şəhər dumasının deputatı Aleksey Vinoqradovun erməni apostol kilsəsinin ərazisində Njdenin şərəfinə qoyulmuş xatirə lövhəsinin qara rənglə rəngləməsi məsələsinə də toxunub. Bununla yanaşı, Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə münasibətlər komitəsinin rəhbəri Leonid Kalaşnikovun da Njdeyə qarşı mövqeyini ortaya qoyub. Yazıda həmçinin Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin qüvvədə olması və nasizmin bərpasının cəzalandırılmasının vacibliyi vurğulanır.
Yazıda o da qeyd edilir ki, Böyük Vətən Müharibəsi illərində Njdenin SSRİ-yə qarşı apardığı mübarizədə Hitler rejimi ilə könüllü və bilərəkdən əməkdaşlığa başlaması haqqında məlumatlar, sənədlər toplu halında İrəvanda çoxdan (2007) nəşr olunub (Vaçe Hovsepyan “Garegin Njde və KQB: kəşfiyyatçının xatirələri”) və onun çapına heç vaxt Ermənistanın rəsmi orqanları tərəfindən hər hansı reaksiya verilməyib.
Rusiyanın “FederalPress” saytında isə (fedpress.ru) “Rusiya Njdenin “qəhrəman”laşdırılmasına dözmək niyyətində deyil. Moskvadan diplomatik siqnal İrəvana göndərildi” yazısında Yekaterina Lazareva “Vermaxt”la əməkdaşlıq edən Njdeyə haqq qazandırmaq cəhdləri ilə bağlı qalmaqalın Rusiya-Ermənistan münasibətlərinə təsir etməsinə toxunub. Saytda Rusiya Federasiyasının Ermənistandakı səlahiyyətli səfiri Sergey Kopırkinin mövqeyinə də yer verilib. Səfir rəsmi Moskvanın mövqeyi kimi beynəlxalq kontekstdə tarixin yenidən yazılmasına cəhdlərin yolverilməzliyini ortaya qoyub.
Müəllif N.Paşinyanın faşist Njdenin Molotovla müqayisəsinə, sovet marşalı İvan Baqramyanla eyniləşdirilməsinə toxunaraq bununla Ermənistan baş nazirinin özünü gülünc vəziyyətə saldığını bildirib. Yazıda Njdenin istintaqa verdiyi ifadələrinə istinadən alman hərbi geyimləri ilə təchiz edilən ermənilərin Sovet ordusuna qarşı vuruşmaq üçün Krıma göndərildikləri qeyd edilir.
Ən əsası odur ki, Rusiya XİN-in 2019-cu ilin mayındakı hesabatını da xatırladan Lazareva xüsusi olaraq vurğulayır ki, bu gün Rusiyanın bu məsələdəki mövqeyi kifayət qədər aydın və olduqca sərtdir.
Beləliklə, görünən odur ki, Njde məsələsi Ermənistanını iç üzünü bir daha ortaya qoyub. Yəni Rusiyaya, o cümlədən bütün dünyaya bəlli olub ki, işğalçı ölkədə hakimiyyət dəyişsə də, bu ölkənin faşist mahiyyəti dəyişmir. Terrorçu Serj Sarkisyan kimi, “demokrat” Nikol Paşinyan da faşizmə xüsusi rəğbəti ilə seçilir.

 
  • Oxunub:  3210  |  
  • Tarix:  29-11-2019  |  
  •    Çap et   |  


Qəzetin son buraxılışı

Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir

25 Yanvar 15:54
Prezident İlham Əliyev Türkiyədəki azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqqında tapşırıq verib
25 Yanvar 15:25
Pakistan portalı Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə yayıb
25 Yanvar 15:16
Azərbaycan deputatları AŞPA-nın qış sessiyasında iştirak edəcəklər
25 Yanvar 15:12
Bütün seçiciləri daha güclü Azərbaycan naminə partiyamızın namizədlərinə səs verməyə çağırıram
25 Yanvar 15:03
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Şatırlı, İkinci Nazırlı, Kürdborakı, Hacılı, Birinci Qazaxlar kəndlərində seçicilərlə görüşüb
25 Yanvar 14:56
Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır”
25 Yanvar 14:22
Azərbaycan Ordusunda Həzi Aslanovun 110 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib
25 Yanvar 13:25
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib
25 Yanvar 11:47
YAP-ın 11 saylı Qaradağ seçki dairəsindən namizədi Aydın Hüseynovun Ələt qəsəbəsinin sakinləri ilə görüşü keçirilib
25 Yanvar 11:29
Nazirlər Kabinetində icbari sığorta sahəsində qarşıda duran vəzifələr müzakirə edilib
25 Yanvar 11:26
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb
25 Yanvar 11:21
Dilarə Cəbrayılova: Azərbaycanın nüfuzlu Davos İqtisadi Forumu ilə fəal əməkdaşlığı ölkəmizin iqtisadi inkişafı üçün yeni imkanlar açıb
25 Yanvar 11:19
Fevralın 24-dən “Gənclər Paytaxtı 2020” müsabiqəsinin onlayn səsvermə mərhələsi start götürəcək
25 Yanvar 11:17
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub
25 Yanvar 11:15
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ötən ilin yekunları müzakirə olunub
25 Yanvar 11:12
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samuxda və Göygöldə nümayəndəlikləri açılıb
25 Yanvar 11:09
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq
25 Yanvar 10:14
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlaması
25 Yanvar 10:08
Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir
24 Yanvar 18:11
Dövlət Komitəsinin sədri Sabirabadda məcburi köçkünləri qəbul edib
24 Yanvar 18:09
Yeni Azərbaycan Partiyasının Gəncədən olan 4 namizədinin gənclərlə görüşü keçirilib
24 Yanvar 17:43
Deputatlığa namizəd Kamran Bayramov Şəmkirin Mehrili və Abbaslı kəndlərində seçicilərlə görüşüb
24 Yanvar 17:43
Türkiyəli professor: "Azərbaycanda seçici, media və dövlət arasında əlaqə düzgün qurulub"
24 Yanvar 17:40
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Niyazi Tağıyev seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 17:36
Yuli Qusman: "Parlament seçkilərindən sonra da Azərbaycanın demokratik inkişafı davam edəcək"
24 Yanvar 17:28
Mariya Zaxarova: "Parlament seçkilərinin nəticələri dost Azərbaycan xalqının rifahının yaxşılaşmasına xidmət edəcək"
24 Yanvar 17:26
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində “Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirilir
24 Yanvar 17:19
Deputatlığa namizəd Ramil Həsən Ucarda seçicilərlə növbəti görüşlər keçirib
24 Yanvar 17:07
Energetika naziri Siyəzəndə, nazir müavinləri isə Qobustan və Cəlilabadda vətəndaşları qəbul ediblər
24 Yanvar 16:59
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 16:04
“YARAT”da yeni tamaşanın premyerası olacaq
24 Yanvar 15:57
Sabirabadlıların seçimi Əhliman Əmiraslanovdur
24 Yanvar 15:49
Heydər Əliyev Fondunun layihəsi olan “Balaca Şahzadə” növbəti dəfə repertuara salınıb
24 Yanvar 15:40
Deputatlığa namizəd Eldəniz Səlimov Xaçmazda seçicilərlə növbəti görüş keçirib
24 Yanvar 15:36
İmadəddin Nəsimiyə həsr olunmuş “Mənəm, mən...” tamaşası yenidən səhnədə
24 Yanvar 15:34
Seçicilər ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
24 Yanvar 15:31
Bakı məktəblilərinin beynəlxalq yarışlarda əldə etdiyi uğurların sayı artmaqdadır
24 Yanvar 15:26
MSK-nın Şəkidə keçirdiyi regional seminarda seçki mübahisələrinin həllinə dair məsələlər müzakirə olunub
24 Yanvar 15:22
Gəncədə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair regional müşavirə keçirilib
24 Yanvar 15:12
Ağdaşlılar YAP-ın namizədinə səs verəcəklər
24 Yanvar 14:51
YAP-ın namizədi Kamaləddin Qafarovun təhsil işçiləri ilə görüşü keçirilib
24 Yanvar 14:43
Deputatlığa namizəd Məşhur Məmmədov Masallı rayonu Xırmandalı kəndində seçicilərlə görüşüb
24 Yanvar 14:35
Fikrət Sadıqov: "Cəmiyyətdə seçkilərə maraq kifayət qədər yüksəkdir"
24 Yanvar 14:29
Yeni TV-də qonaq Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızıdır (VİDEO)
24 Yanvar 14:20
Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub
24 Yanvar 14:15
Prezident İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
24 Yanvar 14:08
Şöhrət Barlas: "Parlament seçkilərindən yalnız müsbət gözləntilərim var”
24 Yanvar 14:04
Azərbaycanda qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur
24 Yanvar 13:58
Prezident İlham Əliyev Davos Forumunun tribunasından Azərbaycan reallıqlarını dünyaya çatdırır
24 Yanvar 13:54
İnanıram ki, 2020-ci il fevral ayının 9-da seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək
24 Yanvar 13:05
Elçin Əhmədov: Prezident İlham Əliyevin Davosdakı görüşləri Azərbaycanın yüksək beynəlxalq nüfuzunun əyani göstəricisidir
24 Yanvar 12:43
Deputatlığa namizəd Fatma Yıldırım növbəti görüşlərini Bərdə rayonunun mədəniyyət və səhiyyə işçiləri ilə keçirib
24 Yanvar 11:46
"Yeni parlamentdə Azərbaycanın daha da inkişafına töhfə verəcək insanların yer alacağına ümid edirəm"
24 Yanvar 11:29
Stefan Şennak: "Əminəm ki, Azərbaycanda parlament seçkiləri ədalət prinsipləri əsasında keçiriləcək"
24 Yanvar 11:15
Moldova MSK-sının və parlamentinin nümayəndələri Azərbaycanda seçkiləri izləyəcəklər
24 Yanvar 11:07
Diasporla İş üzrə Dövlət Komitəsi yeni könüllülərin qeydiyyatına başlayıb
24 Yanvar 10:55
AŞPA nümayəndələrinin siyasi partiyalarla görüşünün detalları
24 Yanvar 10:18
Prezidentin islahatlarının daha bir nəticəsi: Azərbaycan Korrupsiya Qavrama İndeksində 26 pillə irəliləyib
24 Yanvar 10:11
Dövlət Komitəsində 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib
24 Yanvar 10:10
Mixail Qusman: Multikulturalizmin tarixən Azərbaycan üçün həyat tərzi olduğunu söyləyən Prezident İlham Əliyev tamamilə haqlıdır
24 Yanvar 10:07
ATƏT nümayəndəsi KİVDF-nin fəaliyyəti ilə tanış olub
24 Yanvar 09:58
Professor Əhəd Canəhmədovun “Mühəndislik fəlsəfəsi” traktatının yenilənmiş nəşri çapdan çıxıb
24 Yanvar 09:55
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib
24 Yanvar 09:52
Azərbaycan sabit və davamlı inkişafda olan ölkədir
23 Yanvar 18:28
YAP-ın deputatlığa namizədi Aytən Hüseynova Səbail rayonu Bibiheybət qəsəbəsinin sakinləri ilə görüşüb
23 Yanvar 18:25
Naqif Həmzəyevin bu dəfəki görüşü Nərimanov prospekti və Şahsevənlər küçəsinin sakinləri ilə olub
23 Yanvar 18:22
Deputatlığa namizəd Ağalar Vəliyevin Goranboy rayonunun Şəfəq və Zeyvə kəndlərində seçicilərlə görüşü keçirilib
23 Yanvar 18:19
Nəsib Məhəməliyev növbəti görüşlərini Balakən rayonunun təhsil və səhiyyə işçiləri və Mazımqaray kənd seçiciləri ilə keçirib
23 Yanvar 18:18
Məzahir Pənahov siyasi partiyalara müraciət edib
23 Yanvar 18:13
Parlament seçkilərini izləmək üçün 42 min 257 yerli müşahidəçi qeydiyyatdan keçib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+5 +7
gecə+2 +2