Ana səhifə »  Müəlliflər »  Faşizmə xidmət etmiş şəxslərin Ermənistanda qəhrəmanlaşdırılmasına qarşı etirazlar genişlənir
A+   Yenilə  A-
Faşizmə xidmət etmiş şəxslərin Ermənistanda qəhrəmanlaşdırılmasına qarşı etirazlar genişlənir
Yazdı: Qaşqay ZİYƏDDİNOĞLU

Azərbaycanın dövlət başçısının faşistlərin təbliği və tərənnümünün yolverilməzliyi barədə fikirləri təkcə Azərbaycanda deyil, Rusiyada da ciddi şəkildə dəstəklənir
Məlum olduğu kimi, bu il oktyabr ayında Aşqabaddakı zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev MDB ərazisində faşistlərin qəhrəmanlar kimi tədim edilməsi mövzusuna toxunaraq alman faşistlərinə xidmət etmiş cəllad və satqın Njdeyə Yerevanın mərkəzində heykəl qoyulmasının yolverilməz olduğunu dilə gətirmişdi. Daha sonra bu məsələnin Rusiyada geniş ictimai müzakirəyə çıxarılması, MDB məkanında faşizmin qəhrəmanlaşdırılmasına, o cümlədən Q.Njde kimi faşistlərlə əməkdaşlıq edənlərin adını əbədiləşdirmək cəhdlərinə Rusiya cəmiyyətində birmənalı münasibətin nümayiş etdirilməsi həmin faşistin Krasnodar diyarının Armavir şəhərindəki xatirə lövhəsinin sökülməsinə gətirib çıxardı.
Təbii ki, baş verənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin son illər apardığı hücum diplomatiyasının uğurlu nəticələrindən biri kimi qiymətləndirilməlidir. Çünki bu ilin oktyabr ayında Soçidə “Valday” Müzakirə Klubunun plenar iclasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanın avqust ayında Xankəndidəki mitinqdə verdiyi sərsəm açıqlamasına qətiyyətli şəkildə “Qarabağ Azərbaycanındır. Və nida işarəsi” şəklində cavab verməsi bu prosesin başlanğıcı idi. Bundan bir qədər sonra isə MDB Dövlət Başçıları Şurasının Türkmənistanda keçirilmiş zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ildə Rusiya Xarici İşlər Nazirliyinin təqdim etdiyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzədən sitat gətirərək deyib ki, Ermənistanın keçmiş hakim respublikaçı partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Q.Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb.
Qeyd edək ki, bu zirvə görüşünün əsas mövzusu 2020-ci ildə Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinin qeyd olunmasına hazırlıq idi. Dövlət başçıları MDB ölkələrinin xalqlarına və dünya birliyinə müraciət edərək, faşist Almaniyasının məğlub edilməsində SSRİ-nin həlledici rolunu MDB-də qiymətləndirməyə, tarixə yenidən baxmaq cəhdlərinin və nasizmin tərənnümünün yolverilməzliyini nümayiş etdirməyə çağırıb. Bu kontekstdə Ermənistan paytaxtında faşist cəlladı və satqın Q.Njdeyə heykəl qoyulmasını kəskin şəkildə pisləyən və bunu faşizmin təbliği kimi dəyərləndirən Azərbaycan Prezidentinin həmin çıxışı geniş əks-səda doğurub.
Bundan sonra Krasnodar diyarı Armavir şəhər dumasının deputatı Aleksey Vinoqradov erməni apostol kilsəsinin ərazisində Njdenin şərəfinə qoyulmuş xatirə lövhəsini qara rənglə boyadı. Bununla yanaşı, Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə münasibətlər komitəsinin rəhbəri Leonid Kalaşnikov da Njdeyə qarşı mövqeyini ortaya qoydu. Rusiyadakı erməni diasporunun bəzi nümayəndələri də birmənalı şəkildə bildirirlər ki, Böyük Vətən müharibəsi dövründə Rusiya ərazisində Hitlerlə işləyən insanlara abidə olmamalıdır.
MDB Dövlət Başçıları Şurasının Aşqabaddakı zirvə görüşündə Ermənistanın baş naziri N.Paşinyan tərəfindən Q.Njdenin yazıçı A.Soljenitsın ilə, Yerevanda rusiyalı jurnalistlərlə görüşdə isə 1939-cu ildə “Alman-Sovet dostluq və sərhəd müqaviləsi”ni imzalayan SSRİ xarici işlər naziri Vyaçeslav Molotov ilə müqayisə edilməsi də Rusiya cəmiyyəti tərəfindən mənfi qarşılanıb.
N.Paşinyanın uğursuz açıqlamalarına münasibət bildirən Azərbaycan Prezidenti İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdəki çıxışında Ermənistan baş nazirinin böyük səhv buraxaraq Aşqabad zirvə görüşündə faşist Njdeni dissident yazıçı Soljenitsın, hətta Rusiya jurnalistləri ilə görüşdə Sovet İttifaqının xarici işlər naziri olmuş Molotovla müqayisə etməsinə, bu gülünc iddiaların Rusiya və digər ölkələrin mətbuatında istehza ilə qarşılanmasına toxunub. Həmin mərasimdəki çıxışında Ermənistanda hakimiyyət dəyişsə də, bu ölkənin faşist mahiyyətinin dəyişmədiyini vurğulayan Azərbaycan dövlətinin başçısı faşist Njdenin şərəfinə Yerevanın mərkəzində ucaldılmış altı metr hündürlüyündə heykəlin sökülməsini tələb edib. Prezident İlham Əliyev deyib: “MDB məkanında faşistlərə abidələr qoyulmasına yol vermək olmaz. Bu, qəbuledilməzdir və həmin abidə sökülməlidir”.
Sonda qeyd edək ki, bu gün Rusiyanın Njdenin qəhrəmanlaşdırılması məsələsindəki mövqeyi olduqca sərtdir. Ona görədir ki, son hadisə və baş nazir N.Paşinyan tərəfindən aparılan yersiz müqayisələr Rusiya cəmiyyətində və mətbuatında ikrah hissi ilə qarşılanır.

 
  • Oxunub:  4080  |  
  • Tarix:  04-12-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir

25 Yanvar 19:52
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru ADA Universitetində mühazirə oxuyub
25 Yanvar 19:45
Qafqaz Müsəlmanları İdarəsinin sədri “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə görüşüb
25 Yanvar 17:32
Saatlıda “Pambıqçılıq 2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
25 Yanvar 17:27
Prezident İlham Əliyev Davos Forumunda Azərbaycanın yeni hökumətinin prioritetlərini açıqlayıb
25 Yanvar 17:17
Əli Əhmədov: Beynəlxalq İqtisadi Forum gündən günə inkişaf edən Azərbaycanın və onun iqtisadiyyatının dünyaya açılması üçün gözəl bir imkandır
25 Yanvar 17:11
Deputatlığa namizəd Fatma Yıldırım Bərdə rayonunda şəhid ailələrini ziyarət edib
25 Yanvar 16:37
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
25 Yanvar 16:31
İnanıram ki, seçicilər gələcəyin partiyası olan YAP-ın namizədlərinə səs verəcəklər
25 Yanvar 16:28
Deputatlığa namizəd Elnur Rəhimovun seçicilərlə növbəti görüşü keçirilib
25 Yanvar 16:24
Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik edib
25 Yanvar 16:22
"Seçkilərin yüksək səviyyədə keçirilməsində məntəqə seçki komissiyaları böyük məsuliyyət daşıyırlar"
25 Yanvar 16:17
Yevlax gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar
25 Yanvar 16:15
Deputatlığa namizəd Səməd Seyidov Qazax rayonunda seçicilərlə görüşlər keçirib
25 Yanvar 16:03
Ermənistan işğal olunmuş ərazilərimizdəki abidələri “bərpa” etmək adı altında erməniləşdirmə siyasəti aparır - BƏYANAT
25 Yanvar 15:59
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonu Bucaq kəndində seçicilərlə görüşüb
25 Yanvar 15:54
Prezident İlham Əliyev Türkiyədəki azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqqında tapşırıq verib
25 Yanvar 15:25
Pakistan portalı Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə yayıb
25 Yanvar 15:16
Azərbaycan deputatları AŞPA-nın qış sessiyasında iştirak edəcəklər
25 Yanvar 15:12
Bütün seçiciləri daha güclü Azərbaycan naminə partiyamızın namizədlərinə səs verməyə çağırıram
25 Yanvar 15:03
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Şatırlı, İkinci Nazırlı, Kürdborakı, Hacılı, Birinci Qazaxlar kəndlərində seçicilərlə görüşüb
25 Yanvar 14:56
Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır”
25 Yanvar 14:22
Azərbaycan Ordusunda Həzi Aslanovun 110 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib
25 Yanvar 13:25
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib
25 Yanvar 11:47
YAP-ın 11 saylı Qaradağ seçki dairəsindən namizədi Aydın Hüseynovun Ələt qəsəbəsinin sakinləri ilə görüşü keçirilib
25 Yanvar 11:29
Nazirlər Kabinetində icbari sığorta sahəsində qarşıda duran vəzifələr müzakirə edilib
25 Yanvar 11:26
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb
25 Yanvar 11:21
Dilarə Cəbrayılova: Azərbaycanın nüfuzlu Davos İqtisadi Forumu ilə fəal əməkdaşlığı ölkəmizin iqtisadi inkişafı üçün yeni imkanlar açıb
25 Yanvar 11:19
Fevralın 24-dən “Gənclər Paytaxtı 2020” müsabiqəsinin onlayn səsvermə mərhələsi start götürəcək
25 Yanvar 11:17
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub
25 Yanvar 11:15
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ötən ilin yekunları müzakirə olunub
25 Yanvar 11:12
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samuxda və Göygöldə nümayəndəlikləri açılıb
25 Yanvar 11:09
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq
25 Yanvar 10:14
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlaması
25 Yanvar 10:08
Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir
24 Yanvar 18:11
Dövlət Komitəsinin sədri Sabirabadda məcburi köçkünləri qəbul edib
24 Yanvar 18:09
Yeni Azərbaycan Partiyasının Gəncədən olan 4 namizədinin gənclərlə görüşü keçirilib
24 Yanvar 17:43
Deputatlığa namizəd Kamran Bayramov Şəmkirin Mehrili və Abbaslı kəndlərində seçicilərlə görüşüb
24 Yanvar 17:43
Türkiyəli professor: "Azərbaycanda seçici, media və dövlət arasında əlaqə düzgün qurulub"
24 Yanvar 17:40
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Niyazi Tağıyev seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 17:36
Yuli Qusman: "Parlament seçkilərindən sonra da Azərbaycanın demokratik inkişafı davam edəcək"
24 Yanvar 17:28
Mariya Zaxarova: "Parlament seçkilərinin nəticələri dost Azərbaycan xalqının rifahının yaxşılaşmasına xidmət edəcək"
24 Yanvar 17:26
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində “Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirilir
24 Yanvar 17:19
Deputatlığa namizəd Ramil Həsən Ucarda seçicilərlə növbəti görüşlər keçirib
24 Yanvar 17:07
Energetika naziri Siyəzəndə, nazir müavinləri isə Qobustan və Cəlilabadda vətəndaşları qəbul ediblər
24 Yanvar 16:59
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 16:04
“YARAT”da yeni tamaşanın premyerası olacaq
24 Yanvar 15:57
Sabirabadlıların seçimi Əhliman Əmiraslanovdur
24 Yanvar 15:49
Heydər Əliyev Fondunun layihəsi olan “Balaca Şahzadə” növbəti dəfə repertuara salınıb
24 Yanvar 15:40
Deputatlığa namizəd Eldəniz Səlimov Xaçmazda seçicilərlə növbəti görüş keçirib
24 Yanvar 15:36
İmadəddin Nəsimiyə həsr olunmuş “Mənəm, mən...” tamaşası yenidən səhnədə
24 Yanvar 15:34
Seçicilər ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
24 Yanvar 15:31
Bakı məktəblilərinin beynəlxalq yarışlarda əldə etdiyi uğurların sayı artmaqdadır
24 Yanvar 15:26
MSK-nın Şəkidə keçirdiyi regional seminarda seçki mübahisələrinin həllinə dair məsələlər müzakirə olunub
24 Yanvar 15:22
Gəncədə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair regional müşavirə keçirilib
24 Yanvar 15:12
Ağdaşlılar YAP-ın namizədinə səs verəcəklər
24 Yanvar 14:51
YAP-ın namizədi Kamaləddin Qafarovun təhsil işçiləri ilə görüşü keçirilib
24 Yanvar 14:43
Deputatlığa namizəd Məşhur Məmmədov Masallı rayonu Xırmandalı kəndində seçicilərlə görüşüb
24 Yanvar 14:35
Fikrət Sadıqov: "Cəmiyyətdə seçkilərə maraq kifayət qədər yüksəkdir"
24 Yanvar 14:29
Yeni TV-də qonaq Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızıdır (VİDEO)
24 Yanvar 14:20
Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub
24 Yanvar 14:15
Prezident İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
24 Yanvar 14:08
Şöhrət Barlas: "Parlament seçkilərindən yalnız müsbət gözləntilərim var”
24 Yanvar 14:04
Azərbaycanda qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur
24 Yanvar 13:58
Prezident İlham Əliyev Davos Forumunun tribunasından Azərbaycan reallıqlarını dünyaya çatdırır
24 Yanvar 13:54
İnanıram ki, 2020-ci il fevral ayının 9-da seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək
24 Yanvar 13:05
Elçin Əhmədov: Prezident İlham Əliyevin Davosdakı görüşləri Azərbaycanın yüksək beynəlxalq nüfuzunun əyani göstəricisidir
24 Yanvar 12:43
Deputatlığa namizəd Fatma Yıldırım növbəti görüşlərini Bərdə rayonunun mədəniyyət və səhiyyə işçiləri ilə keçirib
24 Yanvar 11:46
"Yeni parlamentdə Azərbaycanın daha da inkişafına töhfə verəcək insanların yer alacağına ümid edirəm"
24 Yanvar 11:29
Stefan Şennak: "Əminəm ki, Azərbaycanda parlament seçkiləri ədalət prinsipləri əsasında keçiriləcək"
24 Yanvar 11:15
Moldova MSK-sının və parlamentinin nümayəndələri Azərbaycanda seçkiləri izləyəcəklər

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA