Radikal müxalifətə Rusiyadakı antimilli mərkəzlərdən yeni təlimat gəlib
13.06.2013 [00:58]
Mübariz Abdullayev
“Özünüzü bizim adam kimi tanıtmaqla ifşa olundunuz. Maymaqlar, bundan imtina edin!”
Məlumdur ki, Azərbaycan cəmiyyətində qondarma “Milli şura” ilə bağlı obyektiv mövqe formalaşıb. Bu saxta qurum Rusiyadakı antimilli mərkəzlərin respublikamızla bağlı xoş olmayan planlarına əsasən yaradılıb. Həmin mərkəzlərın radikal müxalifətin yeni birlik formatının yaradılmasına dəstək verməkdə məqsədi Azərbaycan cəmiyyətinin monolitliyinə, bütün dünyada nümunə sayılan sosial-iqtisadi inkişafımıza hansı yollarlasa ziyan gətirməkdən, ölkəmizin imicinə xələl vurmaqdan və başqa belə çirkin məqsədlərdən ibarətdir. Qondarma qurumun ermənipərəst Rüstəm İbrahimbəyov-reneqat Eldar Namazov cütlüyünün fəal iştirakı ilə yaradılması da onun gizli izlərinin Rusiyadakı məlum dairələrə gedib çıxdığını təsdiqləyir. Çünki həm Rüstəm İbrahimbəyov, həm də Eldar Namazov birlikdə və ayrı-ayrılıqda ermənilərin dirijor çubuğu ilə idarə olunan həmin mərkəzlərlə sıx əlaqələrə malikdirlər. Bu cütlük mütəmadi qaydada sözügedən dairələrdən müvafiq təlimatlar və bu təlimatların can-başla yerinə yetirilməsinin müqabilində həm də gen-bol maddi təminatlar alırlar. Qondarma “Milli şura” radikal müxalifətin Rusiyadakı məlum dairələrlə şübhəli əməkdaşlığının növbəti təzahürüdür.
Qondarma “Milli şura” ssenarisini hazırlayanlar və onu radikal düşərgədə müəyyən gözləntilərin müqabilində ciddi-cəhdlə dəstəkləyənlər nə qədər çalışsalar da, qurumla bağlı bütün bu və digər məqamları ictimaiyyətdən gizlədə bilmədilər. Qondarma quruma ünvanlanan sərt təpkilər onu deməyə əsas verir ki, Azərbaycan cəmiyyəti radikalların Rusiyadakı antimilli mərkəzlərlə birləşərək milli maraqlarımızla bir araya sığmayan əməllər sərgiləmələrinə və belə əməllərin tərkib hissəsi olan “Milli şura”ya kəskin etirazını bildirir.
Azərbaycan cəmiyyətinin qondarma “Milli şura”ya belə əks-reaksiya göstərməsi Rusiyadakı sözügedən mərkəzlərin narahatlığına səbəb olub. Onlar “Milli şura” ilə bağlı planlarının tamam iflasa uğrayacağından ehtiyatlanırlar və buna görə də, radikal düşərgədəki “sapı özümüzdən olan baltalara” yeni təlimatlar ünvanlayıblar. Radikal düşərgə təmsilçilərinin “maymaq” adlandırıldıqları yeni təlimatlarda elə belə də deyilir: “Özünüzü bizim adam kimi tanıtmaqla ifşa olundunuz. Maymaqlar, bundan imtina edin!”
Rusiyadakı antimilli dairələrin “adamın yeddi qatından keçən” tənbehi radikal düşərgə təmsilçilərini əməlli-başlı hərəkətə gətirib. İndi onlar sözügedən mərkəzlərin “Milli şura” planını Avroatlantik məkana bağlamaq üçün guya Qərbə yönəlik siyasəti prioritet hesab etdiklərini bildirirlər. Bu xüsusda ilk danışan “Müsavat”ın başqanı İsa Qəmbər oldu. O, iz azdırmaq məqsədilə “Milli şura”nın əsasnaməsinə Avroatlantik məkana inteqrasiya ilə bağlı bəndin salınmasını israr etdi. Siyasətdə diletant olan Rüstəm İbrahimbəyov “əsasnaməyə belə bir bəndin salınmasına lüzum yox idi” deməklə İsa Qəmbərin “Qərb patriotluğu”nun astar üzünü nümayiş etdirdi. İndi başqan mətbuata verdiyi açıqlamalarda “Milli şura” sədrinin “siyasi səhvini” ört-basdır etməyə, daha dəqiq desək, qondarma qurumun Rusiyadakı məlum dairələrin dəhlizlərinə uzanan izlərini gizlətməyə çalışır. İsa Qəmbər mətbuata verdiyi son müsahibədə bildirir ki, “Avroatlantik məkana inteqrasiya məsələsi onlar üçün qırmızı xətdir”. Bunun ardınca “Müsavat”ın rəhbəri özünü sadəlövh yerinə qoyaraq izah etməyə çalışır ki, “Milli şura”nın əsasnaməsi hazırlanarkən diqqətsizlik və yaxud hansısa başqa belə səbəb üzündən həmin məsələ ora salınmayıb. Görəsən, nə üçün İsa Qəmbər insanların gözünün içinə baxa-baxa yalan danışır? Axı, söhbət həqiqətən “qırmızı xətdən” gedirdisə, onda “Müsavat”çılar “diqqətsizlik” yox, təkid etməli idilər. Açıq görünür ki, Avroatlantik məkana inteqrasiya “Müsavat” üçün sıradan bir məsələdir. Sadəcə, indi Rusiyadakı sözügedən mərkəzlərdən gələn yeni təlimatlar “Müsavat”ın başqanını bu məsələni “qırmızı xətt” səviyyəsinə yüksəltməyə məcbur edib.
İsa Qəmbərin ardınca qondarma “Milli şura”nın yaradılmasında çox çabalamalarda bulunan saxta “El” hərəkatının rəhbəri Eldar Namazov da deyib ki, “bəs insanlar onu Rusiyadakı ayrı-ayrı mərkəzlərə bağlamaqla yanlışlığa yol verirlər, o, Rusiyadakı dairələrdən daha çox Avroatlantik məkana açıqdır”.
“Milli şura”nı Rusiyadakı antimilli dairələrin layihəsi hesab edənlər saxta “Ziyalılar forumu”nun üzvü Cəmil Həsənlini də bərk əsəbləşdiriblər. O, qondarma qurumun Rusiyadakı məlum dairələrə bağlılığı ilə əlaqədar yayılan kiçik bir xəbərə çox həssaslıqla cavab verərək yazır: “Moskvada “Milli şura”nın saytının yaradılması və serverin orada yerləşməsi haqqında məlumat təxribatdır”.
Qondarma “Milli şura” ilə bu və ya digər dərəcədə bağlı olan radikal müxalifət təmsilçilərinin eyni vaxtda uca səslə “biz Rusiyadakı antimilli dairələrə bağlı deyilik, Avroatlantik məkana inteqrasiya tərəfdarıyıq” qışqırmaları “torbada qara pişik” olduğunun göstəricisidir. Radikallara komanda eyni vaxtda və eyni mərkəzdən gəlib və indi onlar bu komandanın qulu olduqlarını nümayiş etdirmək üçün “kim daha ucadan qışqırıb daha ağ yalan danışar” növbəsinə düzülüblər.
Müəllifin digər məqalələri:
Qubad İbadoğlunun növbəti manipulyasiyası
Faktları təhrif etmək, ucuz manipulyasiya...
26.06.2021 [08:29]
Terrorçu Ermənistanın müharibə cinayətləri və beynəlxalq ictimaiyyətin məsuliyyəti
Bu günlərdə ötən il 44...
09.06.2021 [09:29]
Qubad İbadoğlu faktları təhrif etməyə çalışır
Xeyli vaxtdır ki, okeanın o tayında...
03.06.2021 [08:53]
Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır
Xaricdəki antimilli mərkəzlərin...
08.05.2021 [08:39]
Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır
Radikal müxalifət düşərgəsində...
28.04.2021 [09:40]
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 Aprel 21:00
Xəbər lenti
17 Aprel 20:15
Xəbər lenti
17 Aprel 18:15
Xəbər lenti
17 Aprel 17:08
Xəbər lenti
17 Aprel 16:40
Xəbər lenti
17 Aprel 15:34
Xəbər lenti
17 Aprel 15:31
Siyasət
17 Aprel 15:01
Xəbər lenti
17 Aprel 14:48
Siyasət
17 Aprel 14:34
Dünya
17 Aprel 14:26
Xəbər lenti
17 Aprel 14:17
Siyasət
17 Aprel 14:07
Xəbər lenti
17 Aprel 13:25
Xəbər lenti
17 Aprel 13:15
Sosial
17 Aprel 13:01
Xəbər lenti
17 Aprel 12:52
Xəbər lenti
17 Aprel 12:51
Xəbər lenti
17 Aprel 12:50
Xəbər lenti
17 Aprel 12:27
Xəbər lenti
17 Aprel 12:26
Xəbər lenti
17 Aprel 12:03
İdman
17 Aprel 11:38
Xəbər lenti
17 Aprel 11:20
Xəbər lenti
17 Aprel 11:00
Mədəniyyət
17 Aprel 10:57
Siyasət
17 Aprel 10:50
Siyasət
17 Aprel 10:48
Xəbər lenti
17 Aprel 10:47
İqtisadiyyat
17 Aprel 10:44
Siyasət
17 Aprel 10:43
Analitik
17 Aprel 10:42
Xəbər lenti
17 Aprel 10:36
İqtisadiyyat
17 Aprel 10:35
Siyasət
17 Aprel 10:32
MEDİA
17 Aprel 10:28
İqtisadiyyat
17 Aprel 10:26
Siyasət
17 Aprel 10:23
Gündəm
17 Aprel 10:20
Xəbər lenti
17 Aprel 10:15
Siyasət
17 Aprel 10:13
Gündəm
17 Aprel 10:00
Xəbər lenti
17 Aprel 09:50
Xəbər lenti
17 Aprel 09:47
İqtisadiyyat
17 Aprel 09:45
Xəbər lenti
17 Aprel 09:34
Xəbər lenti
17 Aprel 09:31
Xəbər lenti
16 Aprel 23:11
Dünya
16 Aprel 22:19
Gündəm
16 Aprel 20:50
Sosial
16 Aprel 19:50
Xəbər lenti
16 Aprel 19:43
Xəbər lenti
16 Aprel 19:10
Xəbər lenti
16 Aprel 18:59
İqtisadiyyat
16 Aprel 18:55
Xəbər lenti
16 Aprel 18:06
Xəbər lenti
16 Aprel 17:07
Xəbər lenti
16 Aprel 16:38
Xəbər lenti
16 Aprel 16:24
Dünya
16 Aprel 16:06
Dünya
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 15:39
Avropa
16 Aprel 15:30
Xəbər lenti
16 Aprel 15:19
Dünya
16 Aprel 15:15
Xəbər lenti
16 Aprel 15:11
Xəbər lenti
16 Aprel 14:55
Xəbər lenti
16 Aprel 14:43
Xəbər lenti
16 Aprel 14:39