Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Nikol Paşinyanın saxtakarlığı bir daha sübut olundu

Nikol Paşinyanın saxtakarlığı bir daha sübut olundu

08.01.2020 [09:26]

Qaşqay ZİYƏDDİNOĞLU

Yaxud işğalçı ölkədə insanları aldatmaq yolu ilə hakimiyyətə gələnlər iqtidarı əldə saxlamaq üçün bütün yollara baş vururlar
İşğalçı Ermənistanda acınacaqlı sosial-iqtisadi vəziyyətin davam etməsi bu ölkənin vətəndaşları arasında narazılığı yüksək səviyyəyə çatdırıb. Baş nazir Nikol Paşinyanın yarıtmaz idarəçiliyindən və yalan vədlərindən narazı olanların sayı hər keçən gün daha da artır. Onun hakimiyyətə gəlməsini böyük nikbinliklə qarşılayan ermənilər hazırda məyusluq hissi keçirirlər. Buna baxmayarq, mövcud hakimiyyət heç bir real göstərici olmadan 2019-cu ilin hansısa “uğur”larından bəhs edərək rəqəmlərlə manipulyasiyanı davam etdirir. Erməni KİV-in yazdığına görə, bunu parlamentdə büdcənin müzakirəsi zamanı və digər tədbirlərdə müşahidə etmək mümkün idi.
Bu arada baş nazir Nikol Paşinyanın öz “facebook” səhifəsində yenidən əhalini aldatmaq cəhdi onun növbəti dəfə biabır olmasına gətirib çıxarıb. Belə ki, N.Paşinyan guya BVF-nin (Beynəlxalq Valyuta Fondunun) məlumatlarına istinad edərək ölkənin adambaşına düşən ÜDM-in (ümumi daxili məhsul) həcminə görə qonşu Gürcüstan və Azərbaycanı qabaqladığını iddia edib.
“News.am” saytı yazır ki, bu açıqlama Ermənistan əhalisi və iqtisadi ekspertlər tərəfindən böyük etiraz və təəccüblə qarşılanıb. Bundan sonra N.Paşinyan səhvini düzəltməyə cəhd edib və Ermənistanın yalnız Gürcüstanı qabaqladığını bildirib. Sonra da əsassız olaraq, gələn il guya adambaşına düşən ÜDM-in həcminə görə Ermənistanın Azərbaycanı üstələyəcəyini iddia edib.
Bu iddialara cavab verən bir çox erməni mütəxəssis Ermənistanda adambaşına düşən ÜDM göstəricisinin əksər hallarda əhaliyə nisbətən iqtisadiyyatın dəqiq vəziyyətini əks etdirmədiyini, ölkə sakinlərinin mütləq rifah halına müsbət təsir göstərmədiyini əsas gətirərək N.Paşinyanı pis vəziyyətdə qoyublar.
Məsələn, Ermənistanın keçmiş baş naziri, iqtisadçı Hrant Baqratyan baş nazir N.Paşinyanın Cənubi Qafqazda ÜDM göstəriciləri ilə bağlı açıqlamasını tənqid edib. H.Baqratyan öz “facebook” səhifəsində bildirib ki, 2019-cu və 2020-ci illərin nəticələrinə görə, adambaşına düşən ÜDM-in həcminə görə Ermənistan nə Gürcüstan, nə də Azərbaycandan öndə olacaq. H.Baqratyanın sözlərinə görə, Ermənistan hələ də ÜDM həcminə görə Gürcüstandan çox-çox geridədir. Üstəlik, H.Baqratyan dəqiq fakt və rəqəmlərlə N.Paşinyanın saxtakarlığını üzə çıxarıb. Onun sözlərinə görə, ÜDM-ə dair rəsmi məlumat Beynəlxalq Valyuta Fondu tərəfindən deyil, Dünya Bankı tərəfindən verilir. Dünya Bankı isə 2019-cu il üçün məlumatlarını 2020-ci ilin aprel-may aylarında təqdim edəcək.
Bəzi erməni mütəxəssislər isə bildiriblər ki, ölkənin baş nazirinin bütün dünya qarşısında özünü rüsvay etməsi arzuolunan deyil. Bir sözlə, N.Paşinyanın saxta şəkildə Ermənistanı “regional lider”ə çevirmək istəyi onu çətin vəziyyətə salıb.
Daha dəqiq desək, N.Paşinyanın saxtakarlığı bir daha sübut olundu və vətəndaşları aldatmaq yolu ilə hakimiyyətə gələnlərin iqtidarı əldə saxlamaq üçün bütün yollara baş vurduqları ortaya çıxdı.

Paylaş:
Baxılıb: 449 dəfə

Müəllifin digər məqalələri:

Ermənistanda seçki düyünü

Məlum olduğu kimi, baş nazir Nikol...

31.03.2021 [08:47]

Qənimət Zahidin məyusluqdan doğan hikkəsi...

44 günlük Vətən...

04.03.2021 [08:41]

Ermənistanda siyasi qarşıdurma kəskinləşir

Məğlub Ermənistanda xaos və böhran...

25.02.2021 [09:05]

Ermənistanda xaos: ziddiyyətlər dərinləşir, etiraz aksiyaları genişlənir

Məlum olduğu kimi, məğlub Ermənistanda...

15.02.2021 [08:44]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30